Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-484/2026 31.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Rzayev Mәhәmmәdәli Əsәd oğlunun sәdrliyi, Hacıyeva Aytәkin Qurban qızının katibliyi, Tәlәbkar zәrәrçәkmiş şәxs2 İslam oğlunun, Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İlqar qızı vә onun müdafiәçisi Vәkil İbrahim oğlunun iştirakları ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İlqar qızının Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 528.1-1-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından tәlәbkar zәrәrçәkmiş şәxs2 İslam oğlu tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin binasında açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt şәhәri üzrә İcra İdarәsinin icra mәmuru X1 tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İlqar qızı barәsindә Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 528.1-1-ci maddәsinә uyğun olaraq inzibati xәta haqqında ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrәli protokol tәrtib olunmuş, baxılması üçün Sumqayıt Şәhәr Mәhkәmәsinә tәqdim edilmişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı ilә (hakim X2) ##.##.1987-ci ildә Qubadlı rayonunda anadan olmuş, Azәrbaycan Respublikası vәtәndaşı, subay, orta ixtisas tәhsilli, Qubadlı rayonu, ünvan 1 ünvanında yaşayan. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlqar qızının Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 528.1-1-ci maddәsi ilә tәqsirli bilinәrәk, 1000 (min) manat inzibati cәrimә növündә inzibati tәnbeh tәtbiq edilmәsi qәrara alınmışdır. Qeyd olunan qәrardan tәlәbkar zәrәrçәkmiş şәxs2 İslam oğlu apellyasiya şikayәti verәrәk, Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qәrarının lәğv edilmәsini vә borclu Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İlqar qızının inzibati qaydada hәbs edilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, mәhkәmәnin çıxardığı qәrarı onun hüquqlarının pozulması kimi qiymәtlәndirir, çünki Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İlqar qızı 2-ci dәfәdir ki, cәrimә edilir. Borclu 1-ci dәfә dә eyni protokola görә 500(beş yüz) AZN cәrimә edilmişdir. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İlqar qızı hәr dәfә ona yalan vәdlәr verәrәk, Qubadlı Rayon Mәhkәmәsinin qәtnamәsindә qeyd olunan mәblәği vermәkdәn yayınır. Bu nöqteyi-nәzәrdәn İXM-nin 528.1-1-ci maddәsi ilә tәqsirli bilinәrәk 2 ay müddәtinә inzibati hәbs edilmәsini mәhkәmәdәn xahiş edir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Apellyasiya mәhkәmә iclasında iştirak edәn zәrәrçәkmiş şәxs zәrәrçәkmiş şәxs2 İslam oğlu apellyasiya şikayәtinin dәlillәrinә uyğun çıxış edәrәk bildirdi ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ilә Fuad adlı ortaq tanışları vasitәsilә tanış olmuşlar.O, Günelin onun iş yoldaşı olduğunu vә sex açdığını ona demiş vә hәqiqәtәn sexinin olduğunu öyrәnmişdir. Günel ondan ilk vaxtlar pulu alıb geri qaytarırmış. Sonrakı vaxtlarda daha böyük xammal üçün pul lazım olduğunu deyәrәk 10 gündüәn sonra qaytarması şәrtilә ondan pul almışdır. Ancaq bunun üzәrindәn 3 il vaxt keçsә dә, ödәniş edilmәmişdir. Ona verilәn suallara cavab olaraq bildirmişdir ki, hazırda ona 15 150 manat borc qalmışdır. Hәmin vaxt mövcud sifariş üzrә pul qazanmalı imişlәr. O vaxtadәk şәrikli iş görüb gәlir әldә etdiyi hallar olmuşdur. Hәmin hadisәdәn sonra isә Günelә pul vermәmişdir. O, hәr dәfә müxtәlif sәbәblәr – müflis olduğunu, malların anbarda olduğunu, sәhv tikiliş olduğunu deyirәk ödәniş edilmәsindәn yayınıb. Mәhkәmәlәrdә dә işә baxılarkәn fәrqli sәbәblәr bildirmişdir. O, Günelә hәr ay 1000 manat, yaxud hәr hәftә 500 manat ödәniş edilmәsinә razılıq olduğunu desә dә, Günel bunu da etmәmişdir. Bundan başqa 4400 manat әldәn çıxmış faydaya dair iddia tәlәbi ilә dә müraciәt etsә dә, güzәşt olaraq onu geri götürmüşdür. Ona ümumilikdә 1000 manat ödәniş edilib. Apellyasiya mәhkәmә iclasında iştirak edәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İlqar qızı çıxış edәrәk bildirdi ki, bankdan kredit götürüb borcu tam şәkildә ödәyәcәkdir. Ancaq bunun üçün ona tәxminәn 15 gün vaxt lazımdır. Müdafiә Nazirliyinә mal hazırlayıb göndәrsә dә, bir neçә dәfә mallar geri qaytarılmışdır. Bununla bağlı sәnәd dә mövcuddur. Hәmin mallar satılmadığı üçün zәrәrә düşmüşdür. Ümumilikdә 150 000 manat zәrәrә düşmüşdür. Mәhkәmә qәrarı ilә tәyin edilәn cәrimәlәri ödәmәmişdir. Borcu iki hәftә әrzindә ödәmәk niyyәtindәdir. Şikayәtin tәmin edilmәmәsini xahiş etmişdir. Apellyasiya mәhkәmә iclasında iştirak edәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin müdafiәçisi Vәkil İbrahim oğlu çıxış edәrәk bildirmişdir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs iş qurmaq üçün hәmin pulu almışdır. Əslindә bu işә başlamazdan әvvәl müqavilә bağlanılaraq gәlir vә xәrclәr birgә şәrik olaraq razılaşdırılmalı idi. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs özündәn asılı olmayan sәbәblәrdәn zәrәrә düşüb, ancaq ödәnişi etmәkdәn qәrәzli olaraq yayınmır. Ödәniş etmәk niyyәtindәdir. Şikayәtin tәmin edilmәmәsini xahiş etmişdir. Mәhkәmә iclasının yeri vә vaxtı barәdә mәlumat verilmәsinә baxmayaraq Sumqayıt şәhәri üzrә İcra İdarәsinin icra mәmuru X1 vә digәr tәlәbkar mәhkәmә iclasına gәlmәmişlәr. Mәhkәmә onların iştirakı olmadan mәhkәmә iclasının keçirilmәsini mümkün hesab etmişdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn, inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya mәhkәmәsi inzibati xәta haqqında iş üzrә icraat materiallarını araşdırıb, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsi, onun müdafiәçisini vә tәlәbkarı dinlәyib, apellyasiya şikayәtinin dәlillәrini öyrәnib, belә qәnaәtә gәlir ki, aşağıdakı әsaslara görә apellyasiya şikayәti tәmin edilmәmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt şәhәr * saylı Notariat ofisinin *i-**** saylı ##.##.2026-cı tarixli icra qeydinә әsasәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İlqar qızından 20000 manat zәrәrçәkmiş şәxs1nın xeyrinә tutulmalıdır. Qubadlı Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** saylı icra vәrәqәsindәn görünür ki, cavabdeh Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İlqar qızından 16000 (on altı min) manat әsas vә 150 manat mәblәğindә dövlәt rüsumunun әvәzi iddiaçı zәrәrçәkmiş şәxs2 İslam oğlunun xeyrinә tutulmalıdır. ##.##.2026-cı il tarixli “ bir neçә icra sәnәdinin ümumi icraatda birlәşdirilmәsi haqqında” Sumqayıt şәhәri üzrә İcra İdarәsinin qәrarından görünür ki, Sumqayıt şәhәr * saylı Notariat Kontorunun 8İ-1997 nömrәli, ##.##.2026-cı il tarixli vә Qubadlı Rayon Mәhkәmәsinin *(***)- ***/**** nömrәli, ##.##.2025-ci il tarixli icra sәnәdlәri “İcra Haqqında” Qanununun 54.1-ci maddәsinә әsasәn icra qurumunda eyni borclu barәsindә bir neçә icra sәnәdi olduğundan, onlar ümumi bir icraatda birlәşdirilmişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qәrarı ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İlqar qızı Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә tәqsirli bilinәrәk 500 manat mәblәğindә cәrimә edilmişdir. ##.##.2026-cı il tarixli MN ******* nömrәli inzibati xәta haqqında protokoldan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İlqar qızı 34150 manat borcu ödәmәkdәn üzrsüz sәbәbdәn yayınır. Apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İlqar qızının icra mәmurunun qanuni tәlәbini yerinә yetirmәmәsi sübut olunduğundan Sumqayıt Şәhәr Mәhkәmәsinin onun әmәlindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 528.1-1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın tәrkibi olmasına dair gәldiyi nәticә qanuni vә әsaslıdır. Belә ki, Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsinә әsasәn icra sәnәdindәki tәlәbin üzrsüz sәbәbdәn icra mәmuru tәrәfindәn müәyyәn olunmuş müddәtdә icra edilmәmәsinә vә ya icra mәmurunun mәhkәmә vә ya başqa dövlәt orqanlarının qәrarlarının icrası ilә әlaqәdar digәr qanuni tәlәblәrinin yerinә yetirilmәmәsinә görә inzibati mәsuliyyәt nәzәrdә tutulmuşdur. Azәrbaycan Respublikasında mәhkәmә vә digәr orqanların qәrarlarının mәcburi icrası icra mәmurları tәrәfindәn hәyata keçirilir. Mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar icra mәmurunun tәlәblәri Azәrbaycan Respublikasının әrazisindә bütün orqanlar, hüquqi şәxslәr, onların vәzifәli şәxslәri vә fiziki şәxslәr üçün mәcburidir. Mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar mәhkәmә icraçılarının tәlәblәrini yerinә yetirmәyәn, onlara hәvalә edilmiş vәzifәlәrin icrasına mane olan şәxslәr Azәrbaycan Respublikasının qanunvericiliyi ilә nәzәrdә tutulmuş qaydada mәsuliyyәt daşıyırlar. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 528.1-1-ci maddәsinә әsasәn bu Mәcәllәnin 528.1-ci maddәsindә nәzәrdә tutulmuş xәtanın inzibati tәnbeh almış şәxs tәrәfindәn inzibati tәnbeh vermә haqqında qәrarın qanuni qüvvәyә mindiyi gündәn bir il әrzindә eyni icra sәnәdinә münasibәtdә tәkrar törәdilmәsinә görә fiziki şәxslәr min manatdan min beş yüz manatadәk mәblәğdә cәrimә edilir vә ya işin hallarına görә, pozuntunu törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla iki ayadәk müddәtә inzibati hәbs tәtbiq olunur, vәzifәli şәxslәr iki min beş yüz manatdan dörd min manatadәk mәblәğdә, hüquqi şәxslәr beş min manatdan yeddi min manatadәk mәblәğdә cәrimә edilir. Qeyd olunan inzibati xәtaya görә mәsuliyyәtin yaranması üçün inzibati xәta tәrkibinin obyektiv tәrәfinin vacib elementi kimi şәxsin hәrәkәtinin icra mәmurunun qanuni tәlәblәrinin yerinә yetirilmәmәsinә vә ya icra mәmuru tәrәfindәn müәyyәn olunmuş müddәtdә borclunu müәyyәn hәrәkәtlәri etmәyә vә ya müәyyәn hәrәkәtlәri etmәkdәn çәkinmәyә mәcbur edәn icra sәnәdinin üzrsüz sәbәbdәn bir il әrzindә tәkrar icra edilmәmәsinә yönәlmәsi vә subyektiv tәrәfinin elementi kimi şәxsin әmәlinin hüquqa zidd xarakterini dәrk etmәsi, onun nәticәlәrini qabaqcadan görmәsi vә hәmin nәticәlәri arzu etmәsi, yәni şәxsin etdiyi hәrәkәtlәri qәsdәn törәtmәsi zәruri şәrtlәr kimi müәyyәn edilmişdir “İcra Haqqında» Azәrbaycan Respublikasının Qanunun 3-cü maddәsindәn görünür ki, mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar icra mәmurunun tәlәblәri Azәrbaycan Respublikasının әrazisindә bütün orqanlar, hüquqi şәxslәr, onların vәzifәli şәxslәri vә fiziki şәxslәr üçün mәcburidir. Mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar icra mәmurlarının tәlәblәrini yerinә yetirmәyәn, onlara hәvalә edilmiş vәzifәlәrin icrasına mane olan şәxslәr Azәrbaycan Respublikasının qanunvericiliyi ilә nәzәrdә tutulmuş qaydada mәsuliyyәt daşıyırlar. Apellyasiya mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsi inzibati icraat üzrә qәrar qәbul edәrkәn iş materiallarını mahiyyәti üzrә tam araşdırmış, inzibati mәsuliyyәtә cәlb edilmәnin әsası olan qanunvericiliyin tәlәblәrinә riayәt etmişdir. Bundan başqa tәlәbkar zәrәrçәkmiş şәxs2 İslam oğlu apellyasiya şikayәtindә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İlqar qızı barәsindә hәbs növündә tәnbeh tәdbiri tәyin edilmәsini xahiş etmişdir. Apellyasiya mәhkәmәsi tәlәbkar tәrәfindәn verilmiş apellyasiya şikayәtinin dәlillәrinә hüquqi qiymәt verәrәk, hәmin dәlillәri әsaslı hesab etmir. Belә ki, birinci instansiya mәhkәmәsi barәsindә inzibati qaydada iş üzrә icraat aparılan şәxs barәsindә inzibati tәnbeh tәtbiq edәrkәn törәtdiyi xәtanın xarakterini, inzibati xәta törәdәn şәxsin tәqsirinin dәrәcәsini, mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran halların olmamasını, şәxsiyyәtini nәzәrә alaraq tәqsirli bilindiyi inzibati xәtaya görә barәsindә cәrimә növündә tәnbeh tәdbirinin tәtbiq olunması ilә bağlı düzgün qәrar qәbul etmişdir. Azәrbaycan Respublikası İXM-nin 9.1-ci maddәsinә görә, inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. Azәrbaycan Respublikası İXM-nin 21-ci maddәsindәn görünür ki, inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. Azәrbaycan Respublikası İXM-nin 31.2-ci maddәsinә әsasәn, fiziki vә ya vәzifәli şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, xәtanın xarakteri, inzibati xәta törәdәn şәxsin şәxsiyyәtini xarakterizә edәn hallar, onun tәqsirinin dәrәcәsi, әmlak vәziyyәti, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. İnsan hüquqlarının vә әsas azadlıqların müdafiәsi haqqında Konvensiyaya dair Konvensiyaya vә ona dair Birinci Protokola artıq daxil edilәnlәrdәn başqa, bәzi hüquq vә azadlıqların tәmin olunması haqqında * saylı protokolun borca görә azadlıqdan mәhrum etmәnin qadağan olunmasından bәhs edәn 1-ci maddәsinә әsasәn heç kәs yalnız hәr hansı bir müqavilә öhdәliyini ödәmәk iqtidarında olmadığına görә azadlıqdan mәhrum edilә bilmәz. Belәliklә, apellyasiya instansiyası mәhkәmәsi hesab edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İlqar qızının Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 528.1-1-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından tәlәbkar zәrәrçәkmiş şәxs2 İslam oğlu tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәmәli, mәhkәmәnin mübahisә olunan qәrarı dәyişdirilmәmәlidir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 134.1, 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Hәmçinin mәhkәmә hesab edir ki, barәsindә inzibati qaydada iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İlqar qızının apellyasiya mәhkәmә iclasında dövlәt hesabına hüquqlarını müdafiә etmiş Sumqayıt Regional Vәkil Bürosunun vәkili Vәkil İbrahim oğluna dövlәt büdcәsi hesabına vәsait ödәnilmәlidir. Belә ki, Azәrbaycan Respublikası inzibati qanunvericiliyin tәlәblәrinә әsasәn müdafiәçinin mәhkәmә prosesindә iştirakı İXM-nin 66-cı maddәsindә nәzәrdә tutulmuş hallarda tәmin olunmalıdırsa, mәhkәmә prosesini hәyata keçirәn orqan hәmin şәxsә hüquqi yardımın göstәrilmәsini Azәrbaycan Respublikasının dövlәt büdcәsi vәsaiti hesabına tәmin etmәlidir. Mәhkәmә, vәkil tәrәfindәn tәqdim edilmiş hesabatı nәzәrdәn keçirәrәk hesab edir ki, barәsindә inzibati qaydada iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İlqar qızına göstәrilmiş hüquqi xidmәtә görә Sumqayıt Regional Vәkil Bürosunun vәkili Vәkil İbrahim oğluna mәhkәmәdә iştirak etdiyi cәmi 04 (dörd) iş saatına görә 44 (qırx dörd) manat mәblәğindә vәsait Azәrbaycan Respublikası Dövlәt büdcәsinin vәsaiti hesabından Sumqayıt Regional Vәkil Bürosu vasitәsilә ödәnilmәlidir. Şәrh olunanlara әsasәn Azәrbaycan Respublikası İnzibatı Xәtalar Mәcәllәsinin 134.1.1-ci maddәsini rәhbәr tutaraq mәhkәmә, Q Ə R A RA A L D İ : Apellyasiya şikayәti tәmin edilmәsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İlqar qızının Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 528.1-1-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Barәsindә inzibati qaydada iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İlqar qızının apellyasiya mәhkәmә iclasında dövlәt hesabına hüquqlarını müdafiә etmiş Sumqayıt Regional Vәkil Bürosunun vәkili Vәkil İbrahim oğluna sәrf etdiyi hәr iş saatına görә 11 (on bir) manat hesab edilmәklә, 04 (dörd) iş saatına görә 44 (qırx dörd) manat mәblәğindә vәsait Azәrbaycan Respublikası Dövlәt büdcәsindәn Sumqayıt Regional Vәkil Bürosu vasitәsilә ödәnilsin. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrar qәtidir, ondan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz. Hakim: Məhəmmədəli Rzayev
Məhkəmə qərarları › İş №3(3-8)-484/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-484/2026
31.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver