Məhkəmə qərarları › İş №3(3-8)-485/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-485/2026

29.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-485/2026 29.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Əsgәrova Ruhiyyә Orucәli qızının sәdrliyi, Şükürov Cahangir Fәxrәddin oğunun katibliyi, Barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) iştirakı ilә, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 327.2-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azәrbaycan Respublikası DİN Bakı şәhәr DYPİ Yol Patrul Xidmәtinin ##.##.2026-cı il tarixli TP ******* saylı inzibati tәnbeh vermә haqqında qәrarına әsasәn, Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 327.2-ci maddәsindә nәzәrdә tutulan inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәrәk 100 manat mәblәğindә cәrimә edilmişdir. Barәsindә inzibati xәta haqqında qәrar qәbul edilmiş şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәt әrizәsilә Sumqayıt Şәhәr Mәhkәmәsinә müraciәt edәrәk, inzibati tәnbeh vermә haqqında qәrarın lәğv olunmasını xahiş etmişdir. Şikayәt onunla әsaslandırılmışdır ki, “Kia Sorento” markalı **HV*** dövlәt qeydiyyat nişanlı avtomobili idarә etmәsi ilә bağlı İXM-in 327.2-ci maddәsinә (svetforun vә ya nizamlayıcının qadağanedici işarәsi verilәrkәn hәrәkәtin davam etdirilmәsi) uyğun olaraq barәsindә ## #### 2026-cı il tarixli, TP seriyalı ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrar qәbul edilmiş vә ona elektron qaydada mәlumat verilmişdir. Hәmin qәrarla razı deyil. Belә ki, törәdilmiş inzibati xәtailә bağlı ilk öncә protokol tәrtib edilmәli, sonra xәtanın törәdilmәsi sürücünün iştirakı ilә әtraflı araşdırılmalı vә lazım gәlәrsә bu barәdә müvafiq qәrar qәbul edilmәlidir. Lakin bu hal nәzәrә alınmadan birbaşa qәrar qәbul edilmişdir. Bundan әlavә törәdilmiş inzibati xәtanın foto vә video görüntüsü olmadığı üçün inzibati xәtanın baş vermәsi bәlli deyil. Əgәr belә bir foto vә ya video görüntü vardırsa hәmin görüntünü qeydә almış xüsusi cihazın sertifikatı vә bu cihazın yararlılığı barәdә axırıncı texniki baxış haqqında sәnәd tәqdim edilmәlidir. Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qәrarı (hakim S.İsmayılov) ilә Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş şikayәtin tәmin edilmәmәsi, Bakı şәhәr Baş Polis İdarәsi X1 İdarәsinin ## #### 2026-cı il tarixli, TP seriyalı ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarının dәyişdirilmәdәn saxlanılması qәrara alınmışdır. Barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) qәrardan apellyasiya şikayәti verәrәk, qәrarın lәğv edilmәsini, şikayәtinin tәmin edilmәsini, cәrimә kimi ödәdiyi 100 manat mәblәğindә pulun ona qaytarılması barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, qәrar ilә razılaşmır. Mәhkәmә baxışı zamanı tәqdim edilmiş videoda görünәn avtomobilin dövlәt nömrә nişanları aydın oxunmadığı üçün ona aid olması sübuta yetirilmir. ##.##.2026-cı il tarixli qәrar qәbul edilәrkәn İXM-nin tәlәblәri pozulmuş, bu barәdә şikayәtindә dә qeyd etmişdir. Video görüntüdә avtomobilin nömrәsi oxunmadığı üçün onun kimә mәxsus olması mәlum deyildir. Görüntü zamanı oradan daha bir Kia sorento markalı avtomobilin keçdiyini müşahidә etmişdir. Video görüntü yandan çәkildiyi üçün yol ayrıcında işıqforun qarşı tәrәfdә qırmızı işığının yanması göründüyü halda İST petrol tәrәfdә dә qırmızı işığın yandığı görünmür. O, qaydanı pozmamışdır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә İnzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәri ilә bağlı birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә üzrә dәyәrlәndirmә apararaq hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn gәlinәn nәticә qanuni vә әsaslı olduğundan, apellyasiya şikayәti tәmin edilmәmәli, gәlinәn nәticә dәyişdirilmәdәn saxlanılmalıdır. Apellyasiya insatansiya mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. İş materiallarında olan inzibati tәnbeh vermә haqqında qәrardan müәyyәn edilir ki, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә ##.##.2026-cı il tarixdә svetoforun vә ya nizamlayacının qadağanedici işarәsi verilәrkәn hәrәkәtin davam etdirilmәsinә görә barәsindә inzibati tәnbeh vermә barәdә qәrar qәbul edilmişdir. İnzibati Xәtalar Mәcәllәsinin 327.2-ci maddәsinә görә svetoforun vә ya nizamlayıcının qadağanedici işarәsi verilәrkәn hәrәkәtin davam etdirilmәsinә, 3.1 “Giriş qadağandır” yol nişanının tәlәblәrinin vә ya sәrnişin daşıma, әks istiqamәtli hәrәkәt zolağına çıxmaqla ötmә vә ya manevr etmә, yolayrıcını keçmә qaydalarının pozulmasına, ümumi istifadәdә olan nәqliyyat vasitәlәrinin, yaxud adamlar daşınan yük avtomobillәrinin sәrnişinlәrlә yanacaqdoldurma mәntәqәsinә daxil olmasına, 1.1, 1.3 vә 1.11 üfüqi nişanlanma xәtlәrinin tәlәblәrinә riayәt etmәyәrәk sola vә ya geriyә dönmәyә, yaxud maneәni kәnardan keçmә inzibati mәsuliyyәtә sәbәb olur. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. Qeyd edilәnlәr üzrә dәyәrlәndirmә apararaq apellyasiya instansiya mәhkәmәsi qeyd edir ki, Qәrardan şikayәt verәn orqan (şәxs) ünvan 1 ünvanında idarә etdiyi nәqliyyat vasitәsi svetaforun nizamlayıcı işığının tәlәbinә riayәt etmәyәrәk, qadağanedici işıqda yol hәrәkәtini davam etdirmişdir. Bu hadisәni әks etdirәn video görüntü ilә tәsdiq edilir. O, hәmin video görüntüdә olan avtomobilin nömrәsinin görünmәdiyini mübahisәlәndirsә dә, video görüntüyә diqqәtlә baxıldıqda mübahisәnin özünü müdafiә olması qәnaәti formalaşır. Çünki, onun hәmin istiqamәtdә hәrәkәti mübahisәlәndirilmir, mübahisәlәndirilәn avtomobilin nömrәsi tәşkil edir ki, avtomobilin nömrәsindә olan rәqәm vә hәrf ardıcıllığı diqqәtlә baxıldıqda eynilik tәşkil etdiyi müşahidә edilir. Bu isә onu tәsdiq edir ki, Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası İХM-nin 327.2-ci maddәsindә nәzәrdә tutulmuş inzibati хәtanı törәtmәsi barәdә inzibati хәta haqqında qәrar qәbul etmiş orqan Azәrbaycan Respublikası İnzibati Хәtalar Mәcәllәsinin 75-85-ci maddәlәrinin tәlәblәrinә әmәl edәrәk inzibati хәta törәtmiş şәхsin ona istinad olunmuş inzibati хәtanı törәtmәsi haqda mötәbәr nәticәyә gәlmәk üçün kifayәt qәdәr sübutlar toplamış vә bu sübutların hәr birinin mәnsubiyyәti, mümkünlüyü vә mötәbәrliyi qiymәtlәndirilәrәk işin faktiki hallarına uyğun olan yekun qәrarı qәbul edilmişdir. İnzibati Xәtalar Mәcәllәsinin 6.1-ci maddәsinә әsasәn inzibati xәtaya görә inzibati tәnbeh bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. Belә olan halda apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, inzibati хәta haqqında qәrar qәbul etmiş orqan tәnbeh edilәn şәхsin inzibati qaydada tәnbeh edilmәsi ilә bağlı bütün halların hәrtәrәfli, tam vә obyektiv araşdırılmasını tәmin etmiş, qanuni üsullarla toplanmış sübutları tam araşdırmaqla Qәrardan şikayәt verәn orqan (şәxs) tәnbeh olunan әmәli törәtmәsi haqda işin faktiki hallarına uyğun olan nәticәyә gәlmiş vә onun hәmin әmәlini Azәrbaycan Respublikası İnzibati Хәtalar Mәcәllәsinin 327.2-ci maddәsi ilә düzgün qiymәtlәndirmişdir. Belә olan halda apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn barәsindә inzibati tәnbehvermә haqqında qәrardan verilmiş şikayәtin tәmin edilmәmәsi barәdә gәldiyi nәticә qanuni vә әsaslı olmaqla, hәmin qәrarın lәğv edilmәsi barәdә apellyasiya şikayәtinin dәlillәri әsassız vә formal mülahizә kimi dәyәrlәndirilmәlidir. Konstitusiya Mәhkәmәsinin Plenumu, hәmçinin apellyasiya instansiyası mәhkәmәlәrinin diqqәtini ona cәlb etmәyi lazım bilir ki, onlar birinci instansiya mәhkәmәsinin faktlar nöqteyi nәzәrindәn qanuni vә әsaslı, mahiyyәt üzrә düzgün olan qәrarının yalnız formal mülahizәlәrә görә lәğv edilmәsindәn çәkinmәlidirlәr (Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2019-cu il tarixli Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 38.1 vә 430.4-cü maddәlәrinin әlaqәli şәkildә şәrh edilmәsinә dair Qәrarı). Belәliklә apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası İXM-nin 133-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar