Məhkəmə qərarları › İş №3(3-8)-486/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-486/2026

25.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-486/2026 25.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Rzayev Mәhәmmәdәli Əsәd oğlunun sәdrliyi, Oruczadә Urfan Eynur oğlunun katibliyi, Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs vә onun müdafiәçisi vәkil1 iştirakları ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından müdafiәçi vәkil1 vә tәlәbkar Zәrәrçәkmiş şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtlәrinә Sumqayıt Mәhkәmә Kompleksinin binasında açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt şәhәri üzrә İcra İdarәsinin böyük icra mәmuru X3 tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsinә uyğun olaraq inzibati xәta haqqında ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrәli protokol tәrtib olunmuş, baxılması üçün Sumqayıt Şәhәr Mәhkәmәsinә tәqdim edilmişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli tarixli *(*-***)-****/**** saylı qәrarı ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İXM-in 528.1ci maddәsi ilә tәqsirli bilinәrәk 500 manat mәblәğindә inzibati cәrimә edilmişdir. Hәmin qәrardan zәrәrçәkmiş şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәti üzrә Sumqayıt Apellyasiya Mәhkәmәsinin ##.##.2026-cı il tarixli qәrarına әsasәn Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qәrarı lәğv edilәrәk yenidәn baxılması üçün birinci instansiya mәhkәmәsinә qaytarılmışdır. Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı ilә (hakim İsmayılov Samir Bәyistan oğlu) ##.##.1989-cu ildә Sumqayıt şәhәrindә anadan olmuş, Azәrbaycan Respublikasının vәtәndaşı, subay, orta tәhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan vә yaşayan (FİN: *******) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinib, barәsindә, 08 (sәkkiz) gün müddәtindә inzibati hәbs növündә inzibati tәnbeh tәdbiri tәtbiq edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Qәrardan narazı qalan barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin vәkili vәkil1 apellyasiya şikayәtlәri verәrәk, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә olan Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli inzibati xәta haqqında iş üzrә qәrarın lәğv olunmasını vә icraata xitam verilmәsini xahiş etmişdir. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin vәkili vәkil1 apellyasiya şikayәtini onunla әsaslandırmışdır ki, Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli 3(5- 155)-1503/2026 № li inzibati xәta haqqında iş üzrә qәrarı Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin tәlәblәrinin kobud şәkildә pozulması ilә çıxarılmışdır. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs AR İXM-nin 528.1-ci maddәsi ilә nәzәrdә tutulmuş üzürsüz sәbәbdәn icra sәnәdindәki tәlәbi icra etmәmәyinin qәsdәn olması ilә bağlı heç bir sübut yoxdur. Mәhkәmә onun törәtmәyini istinad etdiyi inzibati xәtanı etdiyi hansı hәrәkәt sәbәbindәn qәsdәn törәtmәyi qәnaәtinә gәlmәyini göstәrә vә әsaslandıra bilmәmişdir. Halbuki iş materiallarında olan sübutlar әksinә onu tәsdiq edir ki, o icra sәnәdindәki tәlәbi icra etmәk üçün әlindәn gәlәn hәr şeyi edir. Mәhkәmәnin diqqәtinә çatdırır ki, ##.##.2025-ci il tarixinә qәdәr o cәzaçәkmә müәssisәsindә olmuş, ##.##.2025-ci il tarixindә cәza müddәti başa çatmış vә o azadlığa buraxılmışdır. İcra işini aparan icra mәmuru cәzaçәkmә müәssisәsindә olan şәxs barәsindә ##.##.2025-ci il tarixindә icraata başlamaq haqqında qәrar qәbul etmiş vә tәlәbin könüllü icrası haqqında bildiriş vermişdir. Bu da azmış kimi cәzaçәkmә müәssisәsindә olan şәxs barәsindә mәhkәmәyә ölkәdәn getmәyinә qadağa qoyulması haqqında tәqdimat vermiş vә mәhkәmә dә hәmin tәqdimatı tәmin etmişdir. ## ###### 2026-cı il tarixindә onun cәzaçәkmә müәssisәsindәn çıxmağından cәmi 18 gün sonra barәsindә inzibati xәta haqqında protokol tәrtib edilәrәk mәhkәmәyә tәqdim edilmişdir. Azadlığa buraxıldıqdan dәrhal sonra o ilk növbәdә iş tapıb işlәyәrәk uşaqlarının saxlanması üçün alimenti vaxtında ödәmәk vә cәzaçәkmә müәssisәsindә olan dövr üçün yaranmış aliment borcunu da hissә-hissә ödәyәrәk borcunu aradan qaldırmağa çalışmışdır. Bu mәqsәdlә işlә tәmin olunmağı üçün X7 müraciәt etmiş vә hәmin agentlik tәrәfindәn işlә tәmin olunmaq üçün müvafiq kursa da göndәrilmişdir. Kursu bitirdikdәn sonra işlә tәmin olunana qәdәr günәmuzd işlәrә gedir ki, pul qazanaraq hәm alimenti, hәm dә әvvәldәn yaranmış aliment borcunu ödәsin. Hәmçinin ailә üzvlәrinin kömәyi vә onların vәsaiti ilә aylıq aliment ödәnişlәrini dә icra etmiş vә icra etmәkdә davam edir ki, uşaqlarının ehtiyacları ödәnilsin. Lakin tәlәbkar Zәrәrçәkmiş şәxs öz qәrәzli hәrәkәtlәri ilә ona işlәyәrәk pul qazanmağa, alimenti vә yaranmış borcu ödәmәyә, hәmçinin hәyatını yenidәn quraraq uşaqlarında ünsiyyәt yaratmağa imkan vermir. Mәhz onun lazımsız vә әsassız şikayәtlәri nәticәsindә o normal şәkildә işlәyә bilmir ki, yığılmış aliment borclarını ödәyә bilsin. Əgәr tәlәbkarın mәqsәdi aliment borcunun alınması olsaydı bu qәdәr şikayәt etmәyә heç bir zәrurәt qalmazdı. Belә ki, onun hәbsdә olduğu hәr gün qazancdan mәhrum olmağına sәbәb olur ki, bu da yaranmış aliment borcunun ödәnilmәsini daha da gecikdirir. Cәrimә olunmağı isә tәlәbkara ödәyәcәyi pulun dövlәt büdcәsinә getmәsinә sәbәb olur ki, bu da tәlәbkarın mәnafeyinә uyğun deyil. Bütün bunlar isә onu tәsdiq edir ki, tәlәbkarın mәqsәdi heç dә aliment borcunun ondan alınması deyil onun uşaqlarından mümkün qәdәr uzaq tutmaq, onlarla ünsiyyәtdә olmaqdan mәhrum etmәkdir. Bunun üçün isә onun әlindә olan yeganә vasitә onu tutdurmaqdır. Tәlәbkarın onun inzibati qaydada tutulmağına israr etmәsi deyilәnlәrin hәqiqәt olmasını bir daha sübut edir. Qәrardan narazı qalan tәlәbkar Zәrәrçәkmiş şәxs apellyasiya şikayәti verәrәk, mübahisәli qәrarın dәyişdirilmәsini vә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә 1 ay müddәtinә inzibati hәbs tәnbeh növünü tәtbiq edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, mәhkәmәnin Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәsindә düzgün hüquqi nәticәyә gәlsә dә, onun barәsindә tәtbiq edilmiş inzibati tәnbeh tәdbiri hәddәn artıq yüngül olmuş, onun islah edilmәsi üçün yetәrli deyil. Belә ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs mәhkәmә iclasları zamanı maddi imkanının olmamasını әsas gәtirәrәk aliment borcunu tam icra edә bilmәdiyini qeyd etsә dә faktiki olaraq onun maddi imkanı dәfәlәrlә hüquqlarının müdafiәsi ilә bağlı vәkil müqavilәsi bağlamağa yetmiş, lakin uşaqlarına aliment borcunu ödәmәyә maddi imkanı olmamışdır. Halbuki, qanunvericiliklә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan maddi imkanı olmayan şәxsә dövlәt vәsaiti hesabına hüquqi yardım göstәrilmәsi üçün müdafiәçi ilә tәmin edilirlәr. Lakin hazırki işdәndә göründüyü kimi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs maddi imkanı yaxşı olduğu üçün ona göstәrilәn hüquqi yardımın dövlәt vәsaiti hesabına deyil, ödәnişli әsaslarla müdafiә edilmәsini seçmişdir. Bununla yanaşı dәfәlәrlә mәhkәmә iclasları zamanı izahat verәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs öz izahatlarında yaranmış aliment borcuna münasibәt bildirәrkәn qeyd etmişdir ki, Rәşidә ona aliment borcu mәblәğindә borc pul vermәyib ki, onun dәrhal ödәnilmәsini tәlәb etsin. Görünәn odur ki, borclu hәlәdә aliment öhdәliyinin icrası mülki mühakimә icrası qaydasından tәrәflәr arasında olan borc öhdәliyindәn fәrqlidir, burda söhbәt aliment borcundan gedir, uşaqların mәnafeyi mübahisә mövzusu olmamalıdır. Ata kimi uşaqları qarşısında aliment öhdәliklәrini qeyd-şәrtsiz icra etmәlidir. Borclunun mәhkәmәni aldatması öz rәsmi izahatında ifşa olunur. Belә ki, o bir tәrәfdәn heç bir qazancının olmadığını vә anasının pensiyasına möhtac olduğunu iddia edir, digәr tәrәfdәn isә atasının ağır revmatizm xәstәsi olduğunu vә onun bahalı dәrman xәrclәrini şәxsәn özünün qarşıladığını etiraf edir. İşlәmәyәn, gәliri olmayan vә yalnız anasının pensiyası ilә dolanan şәxsin hәm özünü dolandırması, hәm anasının pensiyası ilә aliment ödәmәsi, hәm dә atasının bahalı müalicә vә dәrman xәrclәrini tәkbaşına qarşılaması mәntiqә vә reallığa ziddir.Borclu faktiki olaraq qeyri rәsmi, yәni әmәk kontraktı olmadan işlәyir vә bu fәaliyyәtindәn yüksәk mәblәğdә qeyri-rәsmi, gizli gәlirlәr әldә edir. O, bu gәlirlәrini dövlәt orqanlarından uşaqlarına aliment vermәmәk üçün qәsdәn gizlәdir. Borclu maddi imkanının olmadığını iddia etdiyi halda, ona sövdәlәşmә tәklif edәrәk bildirmişdir: "3000 manat nağd pul verirәm, lakin sәn mәhkәmәdә vә icra idarәsindә formalaşmış bütün qalıq borcdan rәsmәn imtina et". Maddi imkanı olmayan, işsiz şәxs hazırda uşaqlarının boğazından kәsdiyi minlәrlә manat qalıq borcu birdәfәlik sildirmәk üçün hәmin mәblәği haradan vә hansı mәnbәdәn tapıb tәklif edir? Bu fakt borclunun pulunun olduğunu, lakin alimenti qәsdәn vә bәdxah niyyәtlә ödәmәdiyini birbaşa sübut edir. Borclu artıq 9 ildir ki. öz doğma övladlarına bir qәpik dә olsun xәrc çәkmir, onların dolanışığı ilә bir ata kimi qәtiyyәn maraqlanmır. Bu vaxta qәdәr azyaşlı övladlarını böyük çәtinliklәrlә, borc-xәrc içindә tәkbaşına saxlamış, hazırda isә dosta-tanışa, qohumlara kifayәt qәdәr borcu formalaşıb, bu borc әlindәn hәmin tanışlarının üzünә baxa bilmir, çünki yalançı çıxmış, borcu vәd etdiyi vaxtda qaytara bilmәmişdir. Borclunun cәzaçәkmә müәssisәsindә olduğu 2016-2025-ci illәr üçün ona aliment vermәmişdir, yalnız boşanma davası açıldıqdan sonra yәni 2025-ci ilin dekabr ayından aliment tәlәbi tәmin edilmiş, hәmin müddәtә münasibәtdә aliment hesablanmışdır. Lakin o, bir ata kimi övladlarını düşünsәydi, cәzaçәkmә müәssisәsindә olduğu müddәtdә dövlәtin mәhkumlar üçün yaratdığı әmәk imkanlarından istifadә edәrәk işlәyәrdi vә uşaqlarına dolanışıq pulu göndәrәrdi. Onun orada işlәmәkdәn boyun qaçırması alimenti qәsdәn ödәmәmәk niyyәtini bir daha sübut edir. Borclu mәhkәmәdә barәsindә aparılan axtarışdan vә icraatdan guya mәlumatsız olduğunu iddia edәrәk növbәti yalanına әl atmışdır. Reallıqda isә polis әmәkdaşları alimenti ödәmәmәsi vә barәsindәki axtarış tәdbirlәri ilә bağlı onun istifadәsindә olan mobil nömrәyә dәfәlәrlә zәng vuraraq rәsmi xәbәrdarlıqlar etmişlәr. Lakin borclu qanuni tәlәblәrә mәhәl qoymayaraq polislәrdәn qәsdәn gizlәnmiş, yayınmış vә yerini dәyişmişdir. Borclu nәinki keçmiş dövrdәn yaranmış 6924 manat qalıq borclarını icra etmir, hәtta aylıq cari aliment ödәnişini dә qәsdәn kәsir. Mәhkәmә qәrarı ilә o, iki uşaq üçün hәr ay ümumilikdә 447 manat 20 qәpik aliment ödәmәlidir. Lakin borclu uşaqların minimum dolanışıq tәlәbatını heçә sayaraq, özbaşına şәkildә hәr ay cәmi 223 manat (yәni yalnız bir uşağın pulunu) ödәmәklә uşaqları vә onu ağır vәziyyәtdә qoyur. ##.##.2026-cı il tarixli mәhkәmәdәn әvvәl isә onun yaxın qohumları vә özü ona açıq şәkildә: "Əgәr Orxan inzibati qaydada hәbs olunsa, sәnin başına oyun açacağıq" deyә hәdә-qorxu gәlmişdilәr. O bir ana kimi tәhlükә hiss etdiyi vә qorxduğu üçün hәmin vaxt şikayәtindәn imtina etmәk mәcburiyyәtindә qalmış vә işә xitam verilmişdir. Bu baxımdan ##.##.2026-cı il tarixdәn sonra borclunun barәsindә tәdbir görülmәmәsi onu daha da arxayınlaşdırdı. Lakin artıq dözә bilmir, qarşı tәrәf onu öldürsә belә, bir ana kimi övladlarının haqqını sonadәk tәlәb edәcәk vә bu qorxu altında uşaqlarının hüquqlarının tapdanmasına göz yuma bilmәz. Hüquqi məsələlər: Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Apellyasiya mәhkәmә iclasında iştirak edәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs vә onun müdafiәçisi vәkil1 apellyasiya şikayәtinin dәlillәrinә uyğun çıxış edәrәk, Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)- ****/**** saylı, ##.##.2026-cı il tarixli inzibati xәta haqqında iş üzrә qәrarın lәğv olunmasını vә icraata xitam verilmәsini xahiş etmişdir. Mәhkәmә iclasının vaxtı vә yeri barәdә mәlumat verilmәsinә baxmayaraq icra mәmuru vә tәlәbkar mәhkәmә iclasına gәlmәmişlәr. Mәhkәmә onların iştirakı olmadan mәhkәmә iclasının keçirilmәsini mümkün hesab etmişdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn, inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya mәhkәmәsi inzibati xәta haqqında iş üzrә icraat materiallarını araşdırıb, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsi vә onun müdafiәçisini dinlәyib, apellyasiya şikayәtinin dәlillәrini öyrәnib, belә qәnaәtә gәlir ki, aşağıdakı әsaslara görә apellyasiya şikayәti tәmin edilmәmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı icra sәnәdinә әsasәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ## ####### 2024-cü il tarixdәn başlayaraq ## ### 2019-cu il tәvәllüdlü X1 vә ## ###### 2016-cı il tәvәllüdlü X2 yetkinlik yaşına çatanadәk saxlanılmaları üçün sonrakı artımlar nәzәrә alınmaqla, hәr ay hәr uşağa görә ölkә üzrә müәyyәn olunmuş minimum әmәk haqqının (193/345x100%) 0.559 misli hәddindә sabit pul mәblәğindә aliment tutularaq iddiaçı Zәrәrçәkmiş şәxs ödәnilmәlidir. ##.##.2025-ci il il tarixli icraata başlamaq haqqında qәrardan görünür ki, Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı icra sәnәdi üzrә icra mәmuru X3 tәrәfindәn icraata başlanmışdır. Tәlәbin könüllü icrası haqqında bildirişdәn görünür ki, Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı icra sәnәdi üzrә tәlәbi 10 gün müddәtindә könüllü icra etmәsi borclu Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәklif edilmiş, әks halda mәsuliyyәt daşıması barәdә xәbәrdarlıq edilmişdir. ##.##.2026-cı tarixli borclunun axtarışı haqqında qәrardan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә axtarış elan edilmişdir. Zәrәrçәkmiş şәxs ##.##.2025-ci il tarixli әrizәsindәn görünür ki, borclu barәsindә mәcburi icra tәdbirlәrinin görülmәsini xahiş etmişdir. Sumqayıt şәhәr Mәhkәmәsinin ##.##.2025-ci il tarixli qәrardadından görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ölkәdәn getmәk hüququ müvәqqәti mәhdudlaşdırılmışdır. ## #### 2026-cı il tarixli MN ******* nömrәli inzibati xәta haqqında protokoldan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2025-ci il tarixli e-*(***)-***/**** nömrәli icra sәnәdi üzrә üzrlü sәbәb olmadan icra mәmurunun qanuni tәlәblәrini yerinә yetirmәmiş vә hazırda 6924 manat borcu yaranmışdır. Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı ilә müәyyәn edilmişdir ki, ümumi hesablanmış aliment mәblәği 9.013,875 manat (964,275 manat + 8.049,6 manat), ümumi mәblәğdәn indiyә kimi 2572 manat ödәniş edilmiş vә qalıq borc hazırda 6.441,875 manat tәşkil edir. Mәhkәmә hesab edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs sözügedәn icra sәnәdini icra etmәmәsi vә icra mәmurunun qanuni tәlәbini yerinә yetirmәmәsi sübut olunduğundan Sumqayıt Şәhәr Mәhkәmәsinin onun әmәlindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın tәrkibi olmasına dair gәldiyi nәticә qanunidir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsinә әsasәn icra sәnәdindәki tәlәbin üzrsüz sәbәbdәn icra mәmuru tәrәfindәn müәyyәn olunmuş müddәtdә icra edilmәmәsinә vә ya icra mәmurunun mәhkәmә vә ya başqa dövlәt orqanlarının qәrarlarının icrası ilә әlaqәdar digәr qanuni tәlәblәrinin yerinә yetirilmәmәsinә görә inzibati mәsuliyyәt nәzәrdә tutulmuşdur. Azәrbaycan Respublikasında mәhkәmә vә digәr orqanların qәrarlarının mәcburi icrası icra mәmurları tәrәfindәn hәyata keçirilir. Mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar icra mәmurunun tәlәblәri Azәrbaycan Respublikasının әrazisindә bütün orqanlar, hüquqi şәxslәr, onların vәzifәli şәxslәri vә fiziki şәxslәr üçün mәcburidir. Mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar mәhkәmә icraçılarının tәlәblәrini yerinә yetirmәyәn, onlara hәvalә edilmiş vәzifәlәrin icrasına mane olan şәxslәr Azәrbaycan Respublikasının qanunvericiliyi ilә nәzәrdә tutulmuş qaydada mәsuliyyәt daşıyırlar. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsinә әsasәn icra sәnәdindәki tәlәbin üzrsüz sәbәbdәn icra mәmuru tәrәfindәn müәyyәn olunmuş müddәtdә icra edilmәmәsinә vә ya icra mәmurunun mәhkәmә vә ya başqa dövlәt orqanlarının qәrarlarının icrası ilә әlaqәdar digәr qanuni tәlәblәrinin yerinә yetirilmәmәsinә görә fiziki şәxslәr beş yüz manatdan min manatadәk mәblәğdә cәrimә edilir vә ya işin hallarına görә, pozuntunu törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla, bir ayadәk müddәtә inzibati hәbs tәtbiq olunur, vәzifәli şәxslәr min iki yüz manatdan iki min beş yüz manatadәk mәblәğdә, hüquqi şәxslәr üç min manatdan beş min manatadәk mәblәğdә cәrimә edilir. Konstitusiya Mәhkәmәsinin Plenumu “Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 37-ci maddәsinin Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 306.1-ci maddәsi baxımından şәrh edilmәsinә dair” 2014-cü il ## ###### tarixli Qәrarında formalaşdırdığı hüquqi mövqeyi tәkrarlayaraq bir daha qeyd etmişdir ki, mәhkәmә aktlarının qәrәzli icra edilmәmәsini aşağıdakılara әsasәn müәyyәn etmәk olar: - mәhkәmә qәrarında nәzәrdә tutulmuş tәlәblәrin hәmin qәrarda müәyyәn edilmiş müddәt әrzindә icra edilmәmәsi; - borcluya mәhkәmә qәrarının icra edilmәmәsi haqqında dәfәlәrlә rәsmi xәbәrdarlıq edilmәsi; - borclunun mәhkәmә qәrarını icra etmәmәsinә görә inzibati mәsuliyyәtә cәlb edilmәsi; - borclu tәrәfindәn mәhkәmә qәrarının icrası üçün yetәrli tәdbirlәrin görülmәmәsi. Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin ## #### 2016-cı il tarixli, *-*/**** nömrәli qәrarının 8.2-ci bәndindә qeyd edilmişdir ki, uşağın Azәrbaycan Respublikasının qanunvericiliyi ilә müәyyәn edilmiş minimum dolanacaq xәrclәrindәn az olmayan maddi tәminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azәrbaycan Respublikası Qanununun 13-cü maddәsi). Nikahın pozulması ilә әlaqәdar uşağın valideynlәrdәn birinin himayәsinә verilmәsi, uşağa qulluq, onun sağlamlıq, tәhsil, inkişaf, mәişәt qayğılarının çәkilmәsinin uşağın himayәsindә olduğu valideynin üzәrinә düşmәsi, qanunvericiliklә müәyyәn edilmiş minimum dolanacaq xәrclәrindәn az olmayan maddi tәminatın aliment kimi digәr valideyndәn tutulmasına әsas verir. Aliment ödәyәn әmәk qabiliyyәtli valideynin rәsmi olaraq heç bir yerdә işlәmәmәsi vә qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklә müәyyәn olunmuş minimum dolanacaq xәrclәrindәn az olmayan maddi tәminatı ödәmәk vәzifәsindәn azad etmir. “İcra Haqqında» Azәrbaycan Respublikasının Qanununun 3-cü maddәsindәn görünür ki, mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar icra mәmurunun tәlәblәri Azәrbaycan Respublikasının әrazisindә bütün orqanlar, hüquqi şәxslәr, onların vәzifәli şәxslәri vә fiziki şәxslәr üçün mәcburidir. Mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar icra mәmurlarının tәlәblәrini yerinә yetirmәyәn, onlara hәvalә edilmiş vәzifәlәrin icrasına mane olan şәxslәr Azәrbaycan Respublikasının qanunvericiliyi ilә nәzәrdә tutulmuş qaydada mәsuliyyәt daşıyırlar. Apellyasiya mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsi inzibati xәta haqqında iş üzrә qәrar qәbul edәrkәn iş materiallarını mahiyyәti üzrә tam araşdırmış, inzibati mәsuliyyәtә cәlb edilmәnin әsası olan qanunvericiliyin tәlәblәrinә riayәt etmişdir. Apellyasiya Mәhkәmәsi müdafiәçi tәrәfindәn verilmiş şikayәtin dәlillәrinә hüquqi qiymәt verәrәk, hәmin dәlillәri әsaslı hesab etmir. Belә ki, iş materiallarından da göründüyü kimi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı icra sәnәdinә әsasәn ##.##.2024-cü il tarixdәn başlayaraq sonrakı artımlar nәzәrә alınmaqla, hәr ay hәr uşağa ölkә üzrә müәyyәn olunmuş minimum әmәk haqqının (193/345x100%) 0.559 misli hәddindә sabit pul mәblәğindә aliment ödәnilmәsi müәyyәn edilsә dә ödәnişlәr tam icra olunmamış vә Zәrәrçәkmiş şәxs 6441,875 manat aliment borcu yaranmışdır. Bu da onu demәyә әsas verir ki, borclu borcu ödәmәkdәn qәrәzli olaraq yayınmış, icra sәnәdinin üzrsüz sәbәbdәn icra etmәmiş vә icra sәnәdinin icrası üçün yetәrli tәdbirlәr görmәmişdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 21-ci maddәsindәn görünür ki, inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. Hәmin Mәcәllәnin 9.1-ci maddәsinә görә, inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. Hәmin Mәcәllәnin 31.2-ci maddәsinә әsasәn, fiziki vә ya vәzifәli şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, xәtanın xarakteri, inzibati xәta törәdәn şәxsin şәxsiyyәtini xarakterizә edәn hallar, onun tәqsirinin dәrәcәsi, әmlak vәziyyәti, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. Bundan başqa Apellyasiya Mәhkәmәsi tәlәbkar tәrәfindәn verilmiş apellyasiya şikayәtinin dәlillәrin dә hüquqi qiymәt verәrәk, hәmin dәlillәri әsaslı hesab etmir. Belә ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs mәsuliyyәtini yüngüllәşdirәn vә ağırlaşdırılan hallar müәyyәn olunmamış vә qanunauyğun inzibati tәnbeh tәdbiri tәtbiq edilmişdir. Belәliklә Apellyasiya instansiyası mәhkәmәsi belә nәticәyә gәlir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından müdafiәçi vә tәlәbkar tәrәfindәn verilmiş apellyasiya şikayәtlәri әsassız olduğundan, mәhkәmәnin Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә olan qәrarı dәyişdirilmәmәlidir. Azәrbaycan Respublikası İnzibatı Xәtalar Mәcәllәsinin 134.1, 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn Azәrbaycan Respublikası İnzibatı Xәtalar Mәcәllәsinin 134.1.1-ci maddәsini rәhbәr tutaraq mәhkәmә, Q Ə R A RA A L D İ : Apellyasiya şikayәtlәri tәmin edilmәsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrar qәtidir, ondan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz. Hakim: Məhəmmədəli Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar