Məhkəmə qərarları › İş №3(3-8)-487/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-487/2026

31.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-487/2026 31.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mәn, Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimi Ağayev Rәşadәt Əhmәd oğlunun sәdrliyi, Hüseynzadә Elsevәr Ismayıl oğlunun katibliyi, barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) iştirakı ilә, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә qәbul edilmiş ##.##.2026-cı il tarixli, TP seriyalı, ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrardan verilmiş şikayәt üzrә Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş şikayәtә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDIM : Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı ilә (hakim V.İ.Hәsәnov) Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtinin tәmin edilmәmәsi, Abşeron Rayon Polis Idarәsinin Dövlәt Yol Polisi Şöbәsinin ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tәnbeh vermә haqqında qәrarının dәyişdirilmәdәn saxlanılması qәrara alınmışdır. IŞIN HALLARI : Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtlә mәhkәmәyә müraciәt edәrәk, ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tәnbeh vermә haqqında qәrarının lәğv edilmәsini vә iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Işә baxan birinci instansiya mәhkәmәsi yuxarıda qeyd edilәn qәrarı qәbul etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI : Qәrarla razılaşmayan Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәt verәrәk göstәrmişdir ki, birinci instansiya mәhkәmәsi işin faktiki hallarını tam vә obyektiv araşdırmamış, tәqdim etdiyi dәlillәrә lazımi hüquqi qiymәt vermәmişdir. Ona istinad edilәn yolayrıcını keçmә qaydalarının pozulması faktı baş vermәmişdir. Yolayrıcını keçdiyi zaman hәrәkәt zolağı boş olmuş, yolayrıcını keçdikdәn sonra isә digәr hәrәkәt iştirakçılarının yol hәrәkәti qaydalarını pozaraq baş yola çıxmaları sәbәbindәn nәqliyyat vasitәsini әylәclәmәyә mәcbur qalmışdır. Buna görә dә arxada hәrәkәt edәn nәqliyyat vasitәsinin dә әylәclәmәsi onun hәrәkәtindәn deyil, digәr sürücülәrin qayda pozuntusundan irәli gәlmişdir. Yol-patrul xidmәti әmәkdaşı digәr qayda pozuntusu törәdәn sürücülәrә münasibәtdә tәdbir görmәdiyi halda, әsassız olaraq onu inzibati mәsuliyyәtә cәlb etmiş, hadisә ilә bağlı verdiyi izahatı nәzәrә almamışdır. Bundan әlavә, o, tәqsirsizlik prezumpsiyasına istinad edәrәk tәqsirinin sübuta yetirilmәdiyini, mövcud şübhәlәrin isә onun xeyrinә qiymәtlәndirilmәli olduğunu qeyd etmәklә birinci instansiya mәhkәmәsinin qәrarının vә inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәsini, inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş edir. PROSES IŞTIRAKÇISININ IZAHATI : Apellyasiya instansiya mәhkәmәsinin iclasında iştirak edәn barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtin dәlillәrinә uyğun izahat verәrәk әlavә olaraq qeyd etdi ki, o, yolayrıcını keçәrkәn sol tәrәf boş, sağdan tәrәfdәn gәlәn ilk avtomobil ilә dә xeyli mәsafә var idi. Hәmin avtomobilin arxasında yol polisi avtomobili var idi vә onu görmüşdü. Yol polisi avtomobilini gördüyü halda yol hәrәkәti qaydalarını pozması, avtomobilә yol vermәmәsi mәntiqsizdir. Ondan qabaqda vә arxadakı avtomobillәri, eyni zamanda onun da qәfil tormozlama sәbәbi digәr tәrәfdәn gәlәn avtomobillәrin yolayrıcına yol hәrәkәti qaydalarını pozaraq daxil olmaları idi. Apellyasiya baxışı ilә әlaqәdar işә baxılmanın vaxtı vә yeri barәdә lazımi qaydada xәbәrdar edilmәsinә baxmayaraq, inzibati tәnbeh vermә haqqında qәrar qәbul etmiş orqanın nümayәndәsi mәhkәmә iclasına gәlmәmiş, gәlmәmәsinin üzürlü sәbәbdәn olması vә ya mәhkәmә iclasının tәxirә salınması barәdә vәsatәt vermәmişdir. Hesab edirәm ki, şikayәt üzrә mәhkәmә baxışı iclası inzibati tәnbeh vermә haqqında qәrarı qәbul etmiş orqanın nümayәndәsinin iştirakı olmadan keçirilmәsi mümkündür ona görә ki, üzürlü sәbәblәr olmadan mәhkәmә iclasında iştirak etmәmә işin baxılmasına mane olmur. HÜQUQI MƏSƏLƏLƏR : Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. IXM-nin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Inzibati icraat materiallarını yoxlayıb, apellyasiya şikayәtinin dәlillәrini iş materiallarındakı sәnәdlәrlә tәhlil edib hesab edirәm ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır ona görә ki, birinci instansiya mәhkәmәsi inzibati icraat üzrә qәrar qәbul edәrkәn iş materiallarını mahiyyәti üzrә araşdıraraq inzibati mәsuliyyәtә cәlb edilmәnin әsası olan qanunvericiliyin tәlәblәrinә riayәt etmişdir. Aşağıda qeyd olunanlara görә birinci instansiya mәhkәmәsinin iş üzrә gәldiyi nәticәsini qanuni vә әsaslı sayıram. Iş materiallarında olan Abşeron Rayon Polis Idarәsinin Dövlәt Yol Polisi Şöbәsi tәrәfindәn qәbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tәnbeh vermә haqqında qәrara әsasәn Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn yolayrıcını keçmә qaydalarının pozulması nәticәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 327.2-ci maddәsindә nәzәrdә tutulmuş әmәli törәtmәkdә tәqsirli bilinәrәk, 100 manat mәblәğindә cәrimә edilmişdir. Iş materiallarında olan CD diskdә olan videogörüntüyә baxış zamanı müәyyәn edilmişdir ki, Qәrardan şikayәt verәn orqan (şәxs) idarә etdiyi nәqliyyat vasitәsinin yolayrıcını keçmә qaydalarını pozması müәyyәn edilmişdir. Verilmiş şikayәt әsasında işә mahiyyәti üzrә baxan birinci instansiya mәhkәmәsi şikayәt әrizәsindә qeyd olunanlara hüquqi qiymәt verәrәk hesab etmişdir ki, Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәti әsassız olduğundan tәmin edilmәmәlidir. Apellyasiya şikayәtindә vә mәhkәmә iclasında Qәrardan şikayәt verәn orqan (şәxs) mahiyyәt etibarilә yolayrıcını keçmә qaydalarını pozmadığını, yolayrıcını keçdiyi zaman yolun boş olduğunu, sonradan digәr nәqliyyat vasitәlәrinin yol hәrәkәti qaydalarını pozaraq hәrәkәt zolağına daxil olmaları sәbәbindәn әylәclәmәyә mәcbur qaldığını, bu sәbәbdәn onun hәrәkәtlәrindә Inzibati Xәtalar Mәcәllәsinin 327.2-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәta tәrkibinin olmadığını bildirmiş, hәmçinin yol polisi әmәkdaşının onun izahatını nәzәrә almadığını vә әsassız olaraq inzibati mәsuliyyәtә cәlb etdiyini göstәrmişdir. Bununla yanaşı, apellyasiya baxışı zamanı da hәmin halları tәkrar etmiş, yol polisi avtomobilini gördüyü halda yol hәrәkәti qaydalarını pozmasının mәntiqsiz olduğunu, qәfil әylәclәmәnin isә digәr avtomobillәrin yolayrıcına qaydaları pozmaqla daxil olmalarından irәli gәldiyini bildirmişdir. Mәhkәmә hәmin dәlillәri әsaslı hesab etmir. Çünki birinci instansiya mәhkәmәsi iş üzrә tәqdim olunmuş bütün sübutları, o cümlәdәn inzibati xәta haqqında protokolu, inzibati tәnbeh vermә haqqında qәrarı vә iş materiallarında olan videogörüntünü bilavasitә tәdqiq etmiş, hәmin videogörüntüyә baxış keçirәrәk Qәrardan şikayәt verәn orqan (şәxs) idarә etdiyi nәqliyyat vasitәsi ilә yolayrıcını keçmә qaydalarını pozmasının obyektiv şәkildә tәsdiq olunduğunu müәyyәn etmişdir. Birinci instansiya mәhkәmәsinin gәldiyi bu nәticә iş materialları ilә uzlaşır vә mәhkәmә hәmin qiymәtlәndirmәni düzgün hesab edir. Apellyasiya baxışı zamanı da şikayәtçi tәrәfindәn birinci instansiya mәhkәmәsinin gәldiyi nәticәni tәkzib edә bilәcәk hәr hansı yeni sübut tәqdim edilmәmiş, yalnız әvvәlki mövqeyi tәkrar edilmişdir. Mәhkәmә iclasında ona öz mövqeyini tam şәkildә izah etmәk imkanı yaradılmış, lakin әlavә vәsatәt vermәmiş, iş materiallarında elan olunmuş sәnәdlәrlә bağlı hәr hansı irad bildirmәmişdir. Bu sәbәbdәn şikayәtçinin izahatları iş üzrә mövcud obyektiv sübutların mәcmusunu tәkzib edәn kifayәt qәdәr әsas kimi qәbul edilә bilmәz. Birinci instansiya mәhkәmәsindә IXM-nin 76.1, 84.1 vә 99.1-ci maddәlәrinin tәlәblәrinә uyğun olaraq sübutların mәcmu şәkildә qiymәtlәndirilmәsi aparılmış vә mәhkәmә daxili inam әsasında nәticәyә gәlmişdir. Belә ki, IXM-nin 48-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan, inzibati xәta törәtmiş şәxsi aşkar etmәkdәn vә onu inzibati mәsuliyyәtә cәlb etmәkdәn, çıxarılmış qәrarın icrasını tәmin etmәkdәn, habelә inzibati xәtanın törәdilmәsinә kömәk edәn sәbәblәri vә şәraiti aşkar etmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir. IXM-nin 76.1-ci maddәsinә әsasәn inzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәkdәn ötrü hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәrçәkmiş şәxslәrin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. IXM-nin 84.1-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәrә baxan hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) işin bütün hallarının mәcmusunun hәrtәrәfli, tam vә obyektiv surәtdә baxılmasına әsaslanan öz daxili inamı ilә sübutları qiymәtlәndirir. Birinci instansiya mәhkәmәsi bu tәlәblәrә riayәt etmiş, sübutları hәrtәrәfli araşdıraraq, şikayәtçinin izahatı ilә toplanmış obyektiv mәlumatları әlaqәli şәkildә tәdqiq etmişdir. Mәhkәmә müәyyәn etmişdir ki, inzibati xәta haqqında qәrar qәbul edilәrkәn prosedur qaydalar pozulmamış, hadisә real vә obyektiv şәkildә texniki vasitәlәrlә tәsbit olunmuşdur. Iş materiallarında olan sәnәdlәri araşdıraraq hesab edirәm ki, birinci instansiya mәhkәmәsinin inzibati xәta haqqında iş üzrә şikayәtin tәmin edilmәmәsi ilә bağlı gәldiyi nәticә düzgündür. Belә ki, Yol hәrәkәti haqqında Azәrbaycan Respublikasının Qanunun 77-ci maddәsinin İ hissәsinә әsasәn eyni әhәmiyyәtli olmayan yolların kәsişdiyi yolayrıcında, ikinci dәrәcәli yolla hәrәkәt edәn nәqliyyat vasitәsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nәqliyyat vasitәlәrinә, onların sonrakı hәrәkәt istiqamәtindәn asılı olmayaraq, yol vermәlidir. Hәmin qanunun III hissәsinә әsasәn eyni әhәmiyyәtli yolların kәsişdiyi yolayrıcında relssiz nәqliyyat vasitәsinin sürücüsü sağdan yaxınlaşan nәqliyyat vasitәlәrinә yol vermәlidir. Iş materialları ilә müәyyәn olunur ki, Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn IXM-nin 327.2-ci maddәsinin tәlәblәri pozularaq, yәni yolayrıcını keçmә qaydalarının pozulması ilә hәmin qaydalar pozulmuşdur. Bu iş üzrә müәyyәn olunmuş sübutlarla da tәsdiq olunur. Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәcllәsinin 327.2-ci maddәsinә әsasәn svetoforun vә ya nizamlayıcının qadağanedici işarәsi verilәrkәn hәrәkәtin davam etdirilmәsinә, 3.1 “Giriş qadağandır” yol nişanının tәlәblәrinin vә ya sәrnişin daşıma, әks istiqamәtli hәrәkәt zolağına çıxmaqla ötmә vә ya manevr etmә, yolayrıcını keçmә qaydalarının pozulmasına, ümumi istifadәdә olan nәqliyyat vasitәlәrinin, yaxud adamlar daşınan yük avtomobillәrinin sәrnişinlәrlә yanacaqdoldurma mәntәqәsinә daxil olmasına, 1.1, 1.3 vә 1.11 üfüqi nişanlanma xәtlәrinin tәlәblәrinә riayәt etmәyәrәk sola vә ya geriyә dönmәyә, yaxud maneәni kәnardan keçmәyә görә - yüz manat mәblәğindә cәrimә edilir. Hesab edirәm ki, apellyasiya qaydasında verilmiş şikayәtin dәlillәrindә qeyd edilәn hallar barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs tәrәfindәn birinci instansiya mәhkәmәsinә verdiyi şikayәtdә göstәrdiyi hallarla eynilik tәşkil etdiyindәn, başqa sözlә desәk apellyasiya baxışı zamanı da tәrәfin izahatında qeyd edilәn hallar şikayәtin dәlillәrindә hadisәnin tәfәrrüatlarını әks etdirәn hallarla eynilik tәşkil etdiyindәn birinci instansiya mәhkәmәsi tәrәfindәn inzibati xәta pozuntusuna verilmiş hüquqi qiymәt әsaslı olduğundan apellyasiya qaydasında verilmiş şikayәtin dәlillәri әsaslı hesab edilmәyәrәk, şikayәtdә qeyd edilәn “işә baxan birinci instansiya mәhkәmәsi tәrәfindәn iş üzrә heç bir araşdırma aparılmadığının” әsassız olmasını vә ya bu halın tәrtib edilmiş protokolda göstәrilәnlәrә hәr hansı bir aidiyyәtinin olmasını әsaslandırmadığı üçün apellyasiya qaydasında verilmiş şikayәtin dәlillәri birinci instansiya mәhkәmәsinin qәrarın lәğv edilmәsi üçün әsas ola bilmәz. Bu baxımdan apellyasiya şikayәtinin dәlillәri mülahizә xarakterli olmaqla işin halları ilә tәkzib edildiyindәn әsassızdır hәm dә ona görә ki, bu dәlillәrә istinad etmәklә inzibati xәta törәtmiş şәxs mәsuliyyәtdәn yayınmaq mәqsәdi daşıyır, bununla da barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) törәtmiş olduğu inzibati xәtaya görә inzibati xәtalar qanunvericiliyinin müvafiq maddәsinin sanksiyasında nәzәrdә tutulmuş inzibati tәnbeh tәdbirinin tәtbiq edilmәsi әsaslı olmuşdur. Belәliklә, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә ##.##.2026-cı il tarixli inzibati tәnbeh vermә haqqında qәrar qanuni әsaslarla çıxarıldığından birinci instansiya mәhkәmәsinin qәrarından verilmiş şikayәtin dәlillәri hәmin qәrarın lәğv edilmәklә inzibati iş üzrә icraata xitam verilmәsinә әsas ola bilmәz. Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә tәtbiq edilmiş inzibati tәnbehin әsaslılığı müzakirә edilәrkәn aşağıdakılar nәzәrә alınır. IXM-nin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizlik) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur vә tәnbeh edilir. IXM-nin 9.1-ci maddәsinә әsasәn inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına uyğun, qanuni vә әsaslı olmalıdır. IXM-nin 21 vә 31.1-ci maddәlәrinә әsasәn inzibati tәnbeh inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır vә bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. IXM-nin 134.1, 134.1.1-ci maddәlәrinә әsasan inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxıldıqda, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә protestin tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Yuxarıda qeyd olunanlara mәcmu halında qiymәt verәrәk hesab edirәm ki, barәsindә inzibati qaydada tәnbeh tәdbiri tәtbiq edilmiş şәxs tәrәfindәn verilmiş şikayәtin dәlillәri formal xarakter daşımaqla Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarının lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsas kimi qәbul oluna bilmәz, ona görә dә apellyasiya şikayәti tәmin edilmәmәli, birinci instansiya mәhkәmәsinin qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Göstәrilәnlәrә әsasәn IXM-nin 134.1.1, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, QƏRARA ALDIM : Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә qәbul edilmiş ##.##.2026-cı il tarixli, TP seriyalı, ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrardan verilmiş şikayәt üzrә Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılsın. Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar