Məhkəmə qərarları › İş №3(3-8)-489/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-489/2026

25.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-489/2026 25.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Rzayev Mәhәmmәdәli Əsәd oğlunun sәdrliyi, Oruczadә Urfan Eynur oğlunun katibliyi, Tәlәbkar Zәrәrçәkmiş şәxs MMC-nin qanuni tәmsilçisi Nümayәndә, Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs vә onun müdafiәçisi Bünyatov Adil İbrahim oğlunun iştirakları ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 528.1-1-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin müdafiәçisi Vәkil tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı ilә (hakim X4) ##.##.1974-cü ildә Sumqayıt şәhәrindә anadan olmuş, Azәrbaycan Respublikasının vәtәndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan vә yaşayan (FİN: *******) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azәrbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddәsi ilә tәqsirli bilinәrәk, inzibati qaydada 15 (on beş) gün müddәtinә hәbs edilmәsi qәrara alınmışdır. İşin halları: İnzibati materiallardan müәyyәn olunur ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddәsi ilә inzibati xәta törәtmәsi haqqında Sumqayıt şәhәri üzrә İcra İdarәsinin şöbәsinin icra mәmuru X5 tәrәfindәn tәrtib edilmiş protokol birinci instansiya mәhkәmәsinә daxil olmuşdur. Sumqayıt Şәhәr Mәhkәmәsi yuxarıda göstәrilәn nәticәyә gәlmişdir. Mәhkәmәnin qәrarından barәsindә inzibati qaydada iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs müdafiәçisi Vәkil apellyasiya şikayәti verәrәk, iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Tәlәbkar Zәrәrçәkmiş şәxs MMC-nin nümayәndәsi Nümayәndә apellyasiya şikayәtinә etiraz verәrәk, şikayәtin tәmin edilmәmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, Zәrәrçәkmiş şәxs MMC-nin nümayәndәsi kimi mәhkәmәdә iştirak edәn Nümayәndә açıq-aşkar şәkildә qisasçılıq niyyәti ilә müdafiәçisi olduğu şәxsә qarşı qәrәz nümayiş etdirir. Hәtta mәhkәmә baxışı zamanı öz qәrәzini açıq şәkildә ifadә etdi. Sumqayıt Kommersiya Mәhkәmәsindә "X3” MMC-nin nümayәndәsi kimi iştirak edәn Nümayәndә hәmin mәblәğdә Sumqayıt şәhәr Mәhkәmәsindә öz adından iddia qaldıraraq göstәrir ki, guya Şahin ondan borc alıb. Sumqayıt şәhәr Mәhkәmәsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qәtnamәsi ilә Nümayәndә iddiası rәdd olunub, lakin o hәmin qәtnamәdәn dә apellyasiya şikayәti verib. Şahin bankdan kredit götürәrәk ##.##.2026-cı il tarixdә 10.000 manat Sumqayıt İcra Şöbәsinin depozitinә keçirib. Lakin Nümayәndә hәmin mәblәği dә götürmәkdәn imtina edib. Yәni, o mәhkәmә qәtnamәsinin hissә-hissә icra edilmәsini bilәrәkdәn istәmir. Mәhkәmә isә qәrarında belә nәticәyә gәlib ki, birinci dәfә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs inzibati xәta haqqında 528.1-1-ci maddәsi ilә cәzalansa da bir nәticә çıxartmamışdır. Mәhkәmәnin gәldiyi nәticә ilә razılaşmır vә mәhkәmәnin nәzәrinә çatdırır ki, halhazırda mәhkәmәyә tәqdim edilmiş protokol da sifarişlidir. Belә ki, Nümayәndә şikayәti vә havadarları sayәsindә tәrtib edilmiş protokoldur. Belә ki, ##.##.2026-cı il tarixdә ödәdiklәri 10.000 manat mәblәğindә pulun olması onun göstәricisidir ki hal-hazırki vәziyyәtdә İXM-nin 528.1-1-ci maddәsinin tәrkibi yaranmır. Mәhkәmәnin bu mәsәlәyә mәsuliyyәtdәn yayınmaq kimi yanaşması da doğru yanaşma deyil. Belә ki, 10.000 manat ödәndikdәn sonra hәr ay ödәniş etmәyә hazır olduqlarını bildirmiş, tәrәf isә nәinki buna razılaşmış hәtta 10.000 manatı belә qәbul etmәmişdir. İcra Şöbәsi protokol tәrtib etmәdәn dә әgәr tәrkib varsa AR CM-nin 306-cı maddәsi ilә cinayәt işinin başlanması ilә bağlı tәqdimat verә bilәr. Ona görә dә hesab edir ki mәhkәmә işә düzgün yanaşmayıb vә müdafiәçisi olduğu şәxs barәsindә sәrt cәza qәbul edib. Onun sәhhәtindә ciddi problemlәr var. Hüquqi məsələlər: Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Mәhkәmә iclasının yeri vә vaxtı barәdә lazımi qaydada xәbәrdar olunsa da icra mәmuru X5 mәhkәmә iclasında iştirak etmәmiş, mәhkәmә İnzibati Xәtalar Mәcәllәsinә әsasәn onun iştirakı olmadan materiala baxılmasını mümkün hesab etmişdir. Apellyasiya mәhkәmәsindә iştirak edәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs şikayәtin dәlillәrinә uyğun izahat verәrәk, şikayәtin tәmin edilmәsini xahiş etmişdir. Apellyasiya mәhkәmәsindә iştirak edәn müdafiәçi Bünyadov Adil İbrahim oğlu apellyasiya şikayәtini müdafiә edәrәk, hüquqlarını müdafiә etdiyi şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs 10.000(on min) manat ödәniş etmәsini, qәrәzli olmamasını nәzәrә alaraq apellyasiya şikayәtinin tәmin edilmәsini mәhkәmәsindәn xahiş etdi. Tәlәbkar Zәrәrçәkmiş şәxs MMC-nin qanuni tәmsilçisi Nümayәndә izahat verәrәk, 10000(on min) manatı qәbul etmәsi ilә bağlı icra idarәsindә әrizә yazdığını, borclunun qәsdәn icra sәnәdi üzrә mәhkәmә qәtnamәsini icra etmәdiyini vә buna görә dә inzibati hәbs növündә tәnbeh qәrarının dәyişdirilmәdәn saxlanılmasını xahiş etmişdir. Azәrbaycan Respublikası İXM-nin 133.2.8-ci maddәsinә әsasәn, inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә inzibati xәta haqqında iş üzrә icraat materiallarını araşdırıb, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsi vә onun müdafiәçisini, tәlәbkarı, dinlәyib, apellyasiya şikayәtinin dәlillәrini öyrәnib, belә qәnaәtә gәlir ki, aşağıdakı әsaslara görә apellyasiya şikayәti tәmin edilmәli, mәhkәmәnin qәrarı dәyişdirilmәlidir. Belə ki, iş materiallarına olan Sumqayıt Kommersiya Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı icra vәrәqәsinin surәtindәn görünür ki, Sumqayıt Kommersiya Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı icra sәnәdinә әsasәn cavabdeh Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs 40834 (qırx min sәkkiz yüz otuz dörd) manat mәblәğindә әsas borc, 1500 (min beş yüz) manat mәblәğindә penya vә 217 (iki yüz on yeddi) manat mәblәğindә dövlәt rüsumu olmaqla, cәmi 42551 (qırx iki min beş yüz әlli bir) manat mәblәğindә pul vәsaiti tutularaq iddiaçı Zәrәrçәkmiş şәxs Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinә ödәnilmәlidir. Sumqayıt Kommersiya Mәhkәmәsinin *-*(*-**)-**/**** saylı, ##.##.2026-cı il tarixli qәrardadına әsasәn, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs mülkiyyәtindә olan Opel Astra minik markalı **-DU-*** dövlәt qeydiyyat nişanlı avtomobilin üzәrinә hәbs qoyulmuşdur. Kapital Bank ASC-ә aid ##.##.2026-cı il tarixli qәbzdәn görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn X3 MMC-nin hesabına 10000(on min) manat pul köçürülmüşdür. Azәrbaycan Respublikası Konstitusiyasının 129-cu maddәsinin İ vә II hissәlәrinә әsasәn mәhkәmәnin qәbul etdiyi qәrarlar dövlәtin adından çıxarılır vә onların icrası mәcburidir. Mәhkәmә qәrarının icra olunmaması qanunla müәyyәn edilmiş mәsuliyyәtә sәbәb olur. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsinә әsasәn icra sәnәdindәki tәlәbin üzrsüz sәbәbdәn icra mәmuru tәrәfindәn müәyyәn olunmuş müddәtdә icra edilmәmәsinә vә ya icra mәmurunun mәhkәmә vә ya başqa dövlәt orqanlarının qәrarlarının icrası ilә әlaqәdar digәr qanuni tәlәblәrinin yerinә yetirilmәmәsinә görә inzibati mәsuliyyәt nәzәrdә tutulmuşdur. Azәrbaycan Respublikasında mәhkәmә vә digәr orqanların qәrarlarının mәcburi icrası icra mәmurları tәrәfindәn hәyata keçirilir. Mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar icra mәmurunun tәlәblәri Azәrbaycan Respublikasının әrazisindә bütün orqanlar, hüquqi şәxslәr, onların vәzifәli şәxslәri vә fiziki şәxslәr üçün mәcburidir. Mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar mәhkәmә icraçılarının tәlәblәrini yerinә yetirmәyәn, onlara hәvalә edilmiş vәzifәlәrin icrasına mane olan şәxslәr Azәrbaycan Respublikasının qanunvericiliyi ilә nәzәrdә tutulmuş qaydada mәsuliyyәt daşıyırlar. “İcra Haqqında» Azәrbaycan Respublikasının Qanununun 3-cü maddәsindәn görünür ki, mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar icra mәmurunun tәlәblәri Azәrbaycan Respublikasının әrazisindә bütün orqanlar, hüquqi şәxslәr, onların vәzifәli şәxslәri vә fiziki şәxslәr üçün mәcburidir. Mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar icra mәmurlarının tәlәblәrini yerinә yetirmәyәn, onlara hәvalә edilmiş vәzifәlәrin icrasına mane olan şәxslәr Azәrbaycan Respublikasının qanunvericiliyi ilә nәzәrdә tutulmuş qaydada mәsuliyyәt daşıyırlar. Apellyasiya Mәhkәmәsi apellyasiya şikayәtinin iş üzrә icraata xitam verilmәsinә dair dәlillәri ilә razılaşmır vә hesab edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs sözügedәn icra sәnәdini icra etmәmәsi vә icra mәmurunun qanuni tәlәbini yerinә yetirmәmәsi sübut olunduğundan Sumqayıt Şәhәr Mәhkәmәsinin onun әmәlindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın tәrkibi olmasına dair gәldiyi nәticә qanunidir. Lakin mәhkәmә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ailә vәziyyәtini, icra sәnәdi üzrә ödәniş etmәsini, törәtdiyi inzibati xәtanın xarakteri vә onun şәxsiyyәtini nәzәrә almadan ona inzibati hәbs növündә inzibati tәnbeh tәtbiq etmişdir. Azәrbaycan Respublikası İXM-nin 9.1-ci maddәsinә әsasәn inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәn şәxsiyyәtinә uyğun olmalıdır. Azәrbaycan Respublikası İXM-nin 30.1-ci maddәsinә әsasәn inzibati hәbs yalnız müstәsna hallarda tәtbiq edilir. Azәrbaycan Respublikası İXM-nin 31.2-ci maddәsinә әsasәn fiziki şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, xәtanın xarakteri, inzibati xәta törәdәn şәxsin şәxsiyyәtini xarakterizә edәn hallar, onun tәqsirinin dәrәcәsi, әmlak vәziyyәti, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. İnsan hüquqlarının vә әsas azadlıqların müdafiәsi haqqında Konvensiyaya dair Konvensiyaya vә ona dair Birinci Protokola artıq daxil edilәnlәrdәn başqa, bәzi hüquq vә azadlıqların tәmin olunması haqqında * saylı protokolun borca görә azadlıqdan mәhrum etmәnin qadağan olunmasından bәhs edәn 1-ci maddәsinә әsasәn heç kәs yalnız hәr hansı bir müqavilә öhdәliyini ödәmәk iqtidarında olmadığına görә azadlıqdan mәhrum edilә bilmәz. Apellyasiya instansiya mәhkәmәsi işin hallarını, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin şәxsiyyәtini, hәmçinin onun ailә vәziyyәtini, icra sәnәdi üzrә 10.000 (on min) manat ödәniş etmәsini nәzәrә alaraq belә nәticәyә gәlir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs inzibati hәbs növündә inzibati tәnbehin tәyin edilmәsi mәqsәdәuyğun deyil, ona tәyin edilmiş 15 (on beş) gün müddәtinә inzibati hәbs 1000 (min) manat mәblәğindә inzibati qaydada cәrimә tәnbeh tәdbiri ilә әvәz edilmәlidir. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ##.##.2026-cı il tarixdәn hәbsdә olduğu müddәt nәzәrә alınmalı vә tәyin olunmuş 1000 (min) manat mәblәğindә cәrimә azaldılmalı, onun üzәrindә 800 (sәkkiz yüz) manat cәrimә inzibati tәnbeh növü saxlanılmalıdır. Azәrbaycan Respublikası İXM-nin 135.1.5-ci maddәsinә әsasәn tәtbiq edilmiş tәnbehin bu Mәcәllәsinin 31-34-cü maddәlәrinin tәlәblәrinә uyğun olmaması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsaslardır. Azәrbaycan Respublikası İXM-nin 134.1.2-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәbul edilmiş qәrardan şikayәt vә ya protestә baxılarkәn bu Mәcәllәnin 135.1.2 – 135.1.5-ci maddәlәri ilә müәyyәn edilmiş hallarda qәrarın dәyişdirilmәsi haqqında vә ya qәrarı lәğv edәrәk yeni qәrarın çıxarılması haqqında qәrar qәbul edilir. Apellyasiya mәhkәmәsi hesab edir ki, apellyasiya şikayәti qismәn tәmin edilmәli, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 528.1-1-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәlidir. Hәmçinin mәhkәmә hesab edir ki, barәsindә inzibati qaydada iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya mәhkәmә iclasında dövlәt hesabına hüquqlarını müdafiә etmiş Sumqayıt Regional Vәkil Bürosunun vәkili Bünyadov Adil İbrahim oğluna dövlәt büdcәsi hesabına vәsait ödәnilmәlidir. Belә ki, Azәrbaycan Respublikası inzibati qanunvericiliyin tәlәblәrinә әsasәn müdafiәçinin mәhkәmә prosesindә iştirakı İXM-nin 66-cı maddәsindә nәzәrdә tutulmuş hallarda tәmin olunmalıdırsa, mәhkәmә prosesini hәyata keçirәn orqan hәmin şәxsә hüquqi yardımın göstәrilmәsini Azәrbaycan Respublikasının dövlәt büdcәsi vәsaiti hesabına tәmin etmәlidir. Mәhkәmә, vәkil tәrәfindәn tәqdim edilmiş hesabatı nәzәrdәn keçirәrәk hesab edir ki, barәsindә inzibati qaydada iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs göstәrilmiş hüquqi xidmәtә görә Sumqayıt Regional Vәkil Bürosunun vәkili Bünyadov Adil İbrahim oğluna mәhkәmәdә iştirak etdiyi cәmi 04 (dörd) iş saatına görә 44 (qırx dörd) manat mәblәğindә vәsait Azәrbaycan Respublikası Dövlәt büdcәsinin vәsaiti hesabından Sumqayıt Regional Vәkil Bürosu vasitәsilә ödәnilmәlidir. Göstәrilәnlәri vә Azәrbaycan Respublikası İXM-nin 134.1.2, 135.1.5 vә 136-cı maddәlәrini rәhbәr tutaraq, mәhkәmә Q Ə R A R A ALDI : Apellyasiya şikayәti qismәn tәmin edilsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 528.1-1-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәyin edilmiş 15 (on beş) gün müddәtinә inzibati hәbs növündә inzibati tәnbeh tәdbiri, 1000 (min) manat mәblәğindә inzibati qaydada cәrimә tәnbeh tәdbiri ilә әvәz edilsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ##.##.2026-cı il tarixdәn hәbsdә olduğu müddәt nәzәrә alınaraq tәyin olunmuş 1000 (min) manat mәblәğindә cәrimә azaldılsın, onun üzәrindә 800 (sәkkiz yüz) manat cәrimә inzibati tәnbeh növü saxlanılsın. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs mәhkәmә iclas zalından dәrhal hәbsdәn azad edilsin. Qәrarın icrası Sumqayıt şәhәri üzrә İcra İdarәsinә hәvalә edilsin. Barәsindә inzibati qaydada iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya mәhkәmә iclasında dövlәt hesabına hüquqlarını müdafiә etmiş Sumqayıt Regional Vәkil Bürosunun vәkili Bünyadov Adil İbrahim oğluna sәrf etdiyi hәr iş saatına görә 11 (on bir) manat hesab edilmәklә, 04 (dörd) iş saatına görә 44 (qırx dörd) manat mәblәğindә vәsait Azәrbaycan Respublikası Dövlәt büdcәsindәn Sumqayıt Regional Vәkil Bürosu vasitәsilә ödәnilsin. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz. Hakim Məhəmmədəli Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar