Məhkəmə qərarları › İş №3(3-8)-490/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-490/2026

05.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-490/2026 05.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Əsgәrova Ruhiyyә Orucәli qızının sәdrliyi, Şükürov Cahangir Fәxrәddin oğunun katibliyi, Azәrbaycan Respublikası Fövqәladә Hallar Nazirliyi X2 Xidmәtinin Şimal Regional X2 İdarәsinin nümayәndәsi Nümayәndә vә barәsindә inzibati xәta haqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) iştirakı ilә, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 518.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qәrarından Azәrbaycan Respublikası FHN X2 Xidmәtinin Şimal Regional X2 İdarәsi tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azәrbaycan Respublikası Fövqәladә Hallar Nazirliyi X2 Xidmәtinin Şimal Regional X2 İdarәsi tәrәfindәn qәbul edilmiş ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarına әsasәn ##.##.2026-cı il tarixdә Xaçmaz rayon, Ağaverdioba kәndindә yerlәşәn ümumi orta ümumtәhsil mәktәbindә diqqәtli YTM-nә zamanı YTQ-nın 01.2001 bәnd 4.4, 6.1, 10.4, 9.4 tәlәblәri pozulması nәticәsindә Qәrardan şikayәt verәn orqan (şәxs) İXM-nin 518.1-ci maddәsinә әsasәn 100 manat mәblәğindә inzibati cәrimә olunmuşdur. İnzibati cәrimә İXM-nin 116-cı maddәsinә әsasәn şәrti tәtbiq edilmәklә 30 gün müddәt müәyyәn edilmişdir. Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәt әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk barәsindә Azәrbaycan Respublikası Fövqәladә Hallar Nazirliyinin X2 Xidmәtinin X1 Yanğın Nәzarәti İdarәsinin ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarının lәğv edilәrәk iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Şikayәt vermiş şәxs şikayәt әrizәsini onunla әsaslandırmışdır ki, o, Azәrbaycan Respublikası Fövqәladә Hallar Nazirliyinin X2 Xidmәtinin X1 Yanğın Nәzarәti İdarәsinin inzibati tәnbeh vermә haqqında ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrәli qәrarı ilә Azәrbaycan Respublikası İXM-nin 518.1-ci maddәsinә әsasәn vәzifәli şәxs kimi 100 (yüz) manat mәblәğindә cәrimә edilmişdir. Qәrarın surәtini ##.##.2026-cı il tarixdә almışdır. Hәmin qәrar lәğv edilmәli, inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәlidir. Azәrbaycan Respublikası Fövqәladә Hallar Nazirliyinin X1 Yanğından Mühafizә İdarәsinin inzibati tәnbeh vermә haqqında ##.##.2026-cı il tarixli, M№ ******* saylı qәrarında inzibati xәta haqqında qәrar qәbul edilmәsinә sәbәb kimi göstәrilir: ##.##.2026-cı il tarixdә Xaçmaz rayon, Ağaverdioba kәndindә yerlәşәn ümumi orta ümumtәhsil mәktәbindә diqqәtli YTM-nә zamanı YTQ-nın 01.2001 bәnd 4.4, 6.1, 10.4, 9.4 tәlәblәri pozulmuşdur. Görülәcәk işlәr onun sәlahiyyәtindә olmadığı vә Quba-Xaçmaz Regional Tәhsil İdarәsinin sәlahiyyәtindә olduğundan daha әvvәl cәrimә yazılmamışdan öncә yazılı tәqdimatla Quba-Xaçmaz Regional Tәhsil İdarәsinә Xaçmaz rayonu, Ağaverdioba kәnd ümumi orta ümumtәhsil mәktәbindә yanğın tәhlükәsizliyi işini müvafiq qaydalara uyğun tәşkil etmәk mәqsәdi ilә cәrimә yaranacağına sәbәb olan çatışmamazlıqları tәmin etmәk üçün kömәklik etmәklәrini xahiş etmişdir. Buna dair ##.##.2026-cı il tarixdә göndәrdiyi tәqdimat da bunu sübut edir. Bu sәbәbdәn dә qәrar әsassız olaraq yazılmışdır. Çatışmamazlıqları aradan qaldırmaq mәqsәdi ilә yenidәn mәktubla ## ##### 2026-cı il tarixdә Quba-Xaçmaz Regional Tәhsil İdarәsinә müraciәt etmişdir. Vәzifәli şәxs kimi o hәr hansı bir funksiyalarının yerinә yetirmәsilә bağlı bu hadisә baş vermәmişdir. Bu sәbәbdәn dә, onun İXM-nin 518.1-ci maddәsi ilә inzibati tәnbehә mәruz qalması әsaslı hesab edilә bilmәz. Göründüyü kimi tәrtib edilmiş inzibati tәnbehin tәtbiq edilmәsi haqqında qәrar qanuni vә әsaslı deyildir. Xaçmaz Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qәrarı (hakim N.Ağazadә) ilә Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş şikayәtin tәmin edilmәsi, Azәrbaycan Respublikası Fövqәladә Hallar Nazirliyinin X2 Xidmәtinin X1 Yanğın Nәzarәti İdarәsi tәrәfindәn Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә çıxarılmış ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilәrәk inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi qәrara alınmışdır. Azәrbaycan Respublikası FHN X2 Xidmәtinin Şimal Regional X2 İdarәsi qәrardan apellyasiya şikayәti verәrәk, qәrarın lәğv edilmәsini, inzibati tәnbeh vermә haqqında qәrarın qüvvәdә saxlanılması barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, Fövqәladә Hallar Nazirliyinin X2 Xidmәtinin X1 Yanğın Nәzarәti İdarәsinin X2 Şöbәsinin әmәkdaşları tәrәfindәn ##.##.2026-cı il tarixindә Xaçmaz rayonu, Ağaverdioba kәndindә yerlәşәn ümumi orta mәktәbindә diqqәtli yanğın-texniki müayinә (bundan sonra YTM) keçirilmişdir. YTM zamanı yanğına tәhlükәsizliyi qaydalarının pozulduğu aşkar edilmiş vә bu barәdә akt tәrtib edilmişdir. Tәrtib edilmiş YTM aktı mәktәbin direktoru Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn imzalanmış vә heç bir etiraz bildirmәmişdir. Aşkar edilmiş pozuntulara görә Mәktәbin direktoru Qәrardan şikayәt verәn orqan (şәxs) İXM-nin 518.1-ci maddәsi ilә ******** nömrәli inzibati xәta haqqında protokol tәrtib edilmişdir. Tәrtib edilmiş protokol Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn imzalanmış vә heç bir etiraz bildirmәmişdir. ##.##.2026-cı il tarixli *-**-**/*-M-***-***/SO/**** nömrәli bildiriş ilә ## ##### 2026-cı il tarixindә saat 11:00-a X1 Yanğın Nәzarәti İdarәsinә dәvәt edilmişdir. Qeyd olunan bildiriş poçt vasitәsilә ##.##.2026-cı il tarixindә çatdırılmışdır. ##.##.2026-cı il tarixindә Qәrardan şikayәt verәn orqan (şәxs) barәdә MN******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrar ilә 100 manat mәblәğindә cәrimә edilmişdir. İXM-nin 116-cı maddәsinә әsasәn 30 gün müddәtinә şәrti qәbul edilmişdir. Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn X1 Yanğın Nәzarәti İdarәsinә qeyd olunan mәsәlәlәrin hәlli ilә bağlı müraciәt etmәmişdir. Qәrardan şikayәt verәn orqan (şәxs) 18 may tarixindә 24 gün sonra Xaçmaz rayon Mәhkәmәsinә әrizә ilә müraciәt etmişdir. Xaçmaz Rayon Mәhkәmәsi tәrәfindәn iş icraata götürülәrәk ##.##.2026cı il tarixindә 3(5-126)-992/2026-cı il tarixli qәrar ilә 128-137-ci maddәlәr rәhbәr tutaraq ## ##### 2026-cı il tarixixli MN******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrara xitam verilmiş lakin 53 maddәsinin hansı bәndinin tәlәblәri pozulduğu qeyd olunmamışdır. Tәhsil müәssisәlәrinin bina vә qurğularının istismarı zamanı yanğın tәhlükәsizliyi Qaydaları YTQ № **- 2004 1.3-cü bәndinә әsasәn qüvvәdә olan qanunvericiliyә uyğun olaraq tәhsil müәssisәlәrinin yanğın tәhlükәsizliyinin tәmin edilmәsindә cavabdehlik onların rәhbәrlәrinin üzәrinә düşür. Xaçmaz rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrәli qәrarını Fövqәladә Hallar Nazirliyinin X2 Xidmәtinin X1 Yanğın Nәzarәti İdarәsinin nümayәndәsi Nümayәndә Elektron kabinetinә ##.##.2026-cı il tarixindә daxil olmuşdur. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә İnzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәri ilә bağlı birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә üzrә dәyәrlәndirmә apararaq hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәli, gәlinәn nәticә lәğv edilmәli vә inzibati tәnbeh vermә haqqında qәrardan verilmiş şikayәt tәmin edilmәmәlidir. Apellyasiya instansiya mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. İş materiallarından müәyyәn edilir ki, ##.##.2026-cı il tarixdә Xaçmaz rayon, Ağaverdioba kәndindә yerlәşәn ümumi orta ümumtәhsil mәktәbindә diqqәtli YTM-nә zamanı YTQ-nın 01.2001 bәnd 4.4, 6.1, 10.4, 9.4 tәlәblәri pozulması nәticәsindә Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә inzibati tәnbeh tәdbiri tәtbiq edilmişdir. O da müәyyәn edilir ki, ##.##.2026-cı il tarixli vә ##.##.2026-cı il tarixli mәktublarla Xaçmaz rayon Ağaverdioba kәnd ümumi orta ümumtәhsil mәktәbinin direktoru Qәrardan şikayәt verәn orqan (şәxs) QubaXaçmaz Regional İdarәsinә müraciәt edәrәk hәmin mәktәbin yanğın tәhlükәsizliyi işini müvafiq qaydalara uyğun tәşkil etmәk mәqsәdilә çatışmazlıqların tәmin edilmәsini xahiş etmişdir. “Tәhsil müәssisәlәrinin bina vә qurğularının istismarı zamanı yanğın tәhlükәsizliyi” Qaydalarının 1.3-cü bәndinә görә qüvvәdә olan qanunvericiliyә uyğun olaraq tәhsil müәssisәlәrinin yanğın tәhlükәsizliyinin tәmin edilmәsindә cavabdehlik onların rәhbәrlәrinin üzәrinә düşür. Onların borcudur: 1.4.2. Qızdırıcı, havadәyişmә, elektrik qurğularının texniki vәziyyәtinә nәzarәt etmәk, vә yanğın baş vermәsinә sәbәb ola bilәcәk, aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrә dәrhal tәdbirlәr görmәk; 1.4.4. Mövcud yanğınsöndürmә qurğuların vә vәsaitlәrin daima istifadә üçün yararlı vәziyyәtdә saxlanılmasını tәmin etmәk. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 518.1-ci maddәsinin mәzmununa görә mülkiyyәt formasından asılı olmayaraq müәssisә, idarә vә tәşkilatlarda, ictimai yerlәrdә, anbarlarda, yataqxanalarda vә ya digәr yaşayış sahәlәrindә, meşәlәrdә vә nәqliyyatda yanğın tәhlükәsizliyi standartlarının, normalarının vә qaydalarının tәlәblәrinin pozulması vә ya yerinә yetirilmәmәsi inzibati mәsuliyyәtә sәbәb olur. Azәrbaycan Respublikası İXM-nin 3-cü maddәsinә әsasәn Yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. Apellyasiya instansiya mәhkәmәsi qeyd edir ki, istinad olunan inzibati xәtaya görә mәsuliyyәtin yaranmasından ötrü mülkiyyәt formasından asılı olmayaraq müәssisә, idarә vә tәşkilatlarda, ictimai yerlәrdә, anbarlarda, yataqxanalarda vә ya digәr yaşayış sahәlәrindә, meşәlәrdә vә nәqliyyatda yanğın tәhlükәsizliyi standartlarının, normalarının vә qaydalarının tәlәblәrinin pozulmalı vә ya yerinә yetirilmәmәlidir. İnzibati xәta üzrә müәyyәn edilir ki, Xaçmaz rayon, Ağaverdioba kәndindә yerlәşәn ümumi orta ümumtәhsil mәktәbindә diqqәtli YTM-nә zamanı YTQ-nın 01.2001 bәnd 4.4, 6.1, 10.4, 9.4 tәlәblәri pozulması aşkar edilmişdir. Xaçmaz rayon, Ağaverdioba kәndindә yerlәşәn ümumi orta ümumtәhsil mәktәbinin direktorunun Regional tәhsil idarәsinә çatışmazlıqların aradan qaldırılması barәdә müraciәt etmәsi, onun mәsuliyyәtini aradan qaldıran hal kimi dәyәrlәndirilmәmәlidir. Çünki o, inzibati tәnbeh tәtbiri tәtbiqi barәdә qәrar qәbul edilmәmişdәn әvvәl müraciәt etmәsinә dair mәktub tәqdim etsә dә, hәmin müraciәtin nәticәsi müәyyәn edilmir. Hәmin müraciәtin nәticәsi barәdә cavab tәdbiri görülmәdiyi tәqdirdә hәrәkәtsizlik nümayiş etdirmәsi onun inzibati mәsuliyyәtә cәlb edilmәsinin mәqsәdә müvafiq olmaması barәdә gәlinәn nәticәnin әsassızlığını ehtiva edir. Bu isә onu ehtiva edir ki, inzibati хәtanı törәtmәsi barәdә inzibati хәta haqqında qәrar qәbul etmiş etmiş orqan Azәrbaycan Respublikası İnzibati Хәtalar Mәcәllәsinin 75-85-ci maddәlәrinin tәlәblәrinә әmәl edәrәk inzibati хәta törәtmiş şәхsin ona istinad olunmuş inzibati хәtanı törәtmәsi haqda mötәbәr nәticәyә gәlmәk üçün kifayәt qәdәr sübutlar toplamış vә bu sübutların hәr birinin mәnsubiyyәti, mümkünlüyü vә mötәbәrliyi qiymәtlәndirilәrәk işin faktiki hallarına uyğun olan yekun qәrarı qәbul edilmişdir. İnzibati Xәtalar Mәcәllәsinin 6.1-ci maddәsinә әsasәn inzibati xәtaya görә inzibati tәnbeh bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. Belә olan halda apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, inzibati tәnbeh vermә haqqında qәrar qәbul edәn orqanın qәrarın verilmәsinә әsas olan sübutlarla barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxsin tәqdim etdiyi sübutların müqayisәli tәhlili әmәldә inzibati xәta tәrkibin olmasının şübhә altına alınmasına әsas ola bilmәz. Birinci instansiya mәhkәmәsi tәrәfindәn әdalәtli mәhkәmә araşdırılmasının pozulmasına rәvac verәn mәhkәmә aktı qәbul edilmişdir. İnzibati tәnbeh vermә haqqında qәrarın qәbul edilmәsinә әsas olan sübutların müqayisәli tәhlili qәrarın lәğv edilmәsi üçün Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 135-ci maddәsindә nәzәrdә tutulan qanuni әsasın olmadığını, nәticәdә isә birinci instansiya mәhkәmәsi tәrәfindәn gәlinәn nәticәnin işin faktiki hallarına uyğun olmadığı qәnaәtini formalaşdırır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. İnzibati Xәtalar Mәcәllәsinin 9.1-ci maddәsinә әsasәn inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. Hәmin Mәcәllәnin 21-ci maddәsinә әsasәn inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. Hәmin Mәcәllәnin 31.2-ci maddәsinә әsasәn fiziki vә ya vәzifәli şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, xәtanın xarakteri, inzibati xәta törәdәn şәxsin şәxsiyyәtini xarakretizә edәn hallar, onun tәqsirinin dәrәcәsi, әmlak vәziyyәti, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. Belә olan halda apellyasiya instansiya mәhkәmәsi qeyd edilәnlәr üzrә dәyәrlәndirmә apararaq hesab edir ki, inzibati tәnbeh vermә haqqında qәrarın lәğvinә dair şikayәtin dәlillәri әsaslı hesab edilmәdiyindәn, hәmin şikayәtin tәmin edilmәli olması barәdә birinci instansiya mәhkәmәsi tәrәfindәn gәlinәn nәticә dә lәğv edilmәlidir. İnzibati Xәtalar Mәcәllәsinin 134.1.2-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq bu Mәcәllәnin 135.1.2 – 135.1.5-ci maddәlәri ilә müәyyәn edilmiş hallarda qәrarın dәyişdirilmәsi haqqında vә ya qәrarı lәğv edәrәk yeni qәrarın çıxarılması haqqında qәrar qәbul edilir. İnzibati Xәtalar Mәcәllәsinin 135.1.1 vә 135.1.2-ci maddәlәrinin mәzmununa görә hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) gәldiyi nәticәlәr üzrә mühüm әhәmiyyәt kәsb edәn bütün faktiki halların araşdırılmaması vәgәldiyi nәticәlәrin işin faktiki hallarına uyğun olmaması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsaslardır. Belәliklә apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәri üzrә yekun hüquqi dәyәrlәndirmә apararaq hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәli, Xaçmaz Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qәrarı lәğv edilmәli, ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarın lәğvinә dair şikayәt tәmin edilmәmәlidir. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası İXM-nin 133-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Azәrbaycan Respublikası FHN X2 Xidmәtinin Şimal Regional X2 İdarәsi tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilsin. Xaçmaz Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qәrarı lәğv edilsin. Barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş şikayәt tәmin edilmәsin. Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikasının İXM-nin 518.1-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair MN seriyalı, ******* nömrәli, ##.##.2026-cı il tarixli inzibati tәnbeh vermә haqqında haqqında Azәrbaycan Respublikası Fövqәladә Hallar Nazirliyi X2 Xidmәtinin Şimal Regional X2 İdarәsi tәrәfindәn qәbul edilmiş qәrar dәyişdirilmәdәn saxlanılsın. Qәrar elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar