Məhkəmə qərarları › İş №3(3-8)-491/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-491/2026

06.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-491/2026 06.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Mən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Ağayev Rəşadət Əhməd oğlu, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin nümayəndəsi X3 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC barəsində Azərbaycan Respublikası IXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsinin rəis müavini Tamerlan Məlikli tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audiovideo yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDIM : Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-105)-1735/2026 nömrəl qərarı ilə (hakim F.Ş.Kərimova) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri sübuta yetirilmədiyindən xitam verilməsi qərara alınmışdır. IŞIN HALLARI : Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin BŞI-nin əmək müfəttişi X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC barəsində Azərbaycan Respublikası IXM-nin 539.3-cü maddəsi ilə ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, X2 müraciəti əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-yə ##.##.2026-cı il tarixli, *-**-*/*-****/**** saylı məktub göndərilərək, müraciətə dair məlumatların 7 iş günü ərzində X4 Xidməti Bakı Şəhər Idarəsinə təqdim edilməsi tələb edilmişdir. Lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC tərəfindən müvafiq məlumatlar X4 Xidməti Bakı Şəhər Idarəsinə təqdim edilməmişdir. Bununla bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı Şəhər Idarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Inzibati xəta haqqında protokola baxan birinci instansiya məhkəməsinin hakimi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Qərardan narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsinin rəis müavini Tamerlan Məlikli apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-****/**** nömrəli qərarının ləğv edilməsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin inzibati məsuliyyət cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xidmətin Bakı şəhər Idarəsi tərəfindən müəyyən edilmiş müddət ərzində sənədlər tam təqdim edilmədiyindən inzibati xəta törədilmiş hesab edilir. Həmçinin, inzibati xəta haqqında protokol tərtib olunan dövrdə müvafiq sənədlər hələ də təqdim olunmadığı üçün inzibati xəta tərkibi yarandığından bundan sonrakı mərhələdə hüquq pozuntusunun aradan qaldırılmasının məsuliyyəti aradan qaldırması yalnız qanunla müəyyən edildiyi halda mümkün ola bilərdi. Məhkəmənin inzibati xəta tərkibinin olmaması ilə bağlı qənaəti qanunaziddir. IXM-nin 539.3-cü madddəsi ilə bağlı məhkəmə inzibati tənbeh vermə haqqında şərti qərar qəbul edərək hüquq pozuntusunun aradan qaldırılması ilə bağlı müəssisəni yalnız cərimənin ödənilməsindən azad edə bilərdi. Çünki IXM-nin 116.3-cü maddəsində Məcəllənin 116.2ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə inzibati cərimənin ödənilməməsi nəzərdə tutulmuşdur. Bu halda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Məcəllədə qanuni əsas müəyyən edilməmişdir. Bu mahiyyət etibarı ilə məsuliyyətin müəyyən edilməsinə xidmət edir. Belə ki, inzibati tənbeh vermə haqqında qərarın şərtiliyi inzibati xəta törətmiş şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnməməlidir. Bu şərtilik eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi hallarını istisna edirsə, gələcəkdə məsuliyyətin müəyyən edilməsi zamanı təkrar halın müəyyən edilməsini mümkün etməyəcək. Beləliklə, Abşeron rayon Məhkəməsi tərəfindən mötəbər sübutların qiymətləndirilməsi düzgün aparılmadığından işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmişdir. Xidmətin Bakı şəhər Idarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin əməlində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. PROSES IŞTIRAKÇILARININ IZAHATLARI : Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən protokol tərtib etmiş orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onu da vurğuladı ki, X4 Xidmətinin Bakı şəhər Idarəsinin ## ##### 2026-cı il tarixli inzibati xəta haqqında protokolu əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, X2 şikayəti əsasında Xidmətin Bakı şəhər Idarəsi tərəfindən aparılan araşdırma zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-yə ##.##.2026-cı il tarixli məktub göndərilərək vətəndaşın müraciətinə dair məlumatların və məktubda göstərilən sənədlərin 7 iş günü müddətində Xidmətin Bakı şəhər Idarəsinə verilməsi tələb olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC tərəfindən isə həmin sənədlər tam təqdim edilməmişdir. Göründüyü kimi qanunvericilikdə müvafiq maddə ilə inzibati məsuliyyət təkcə sənədlərin təqdim edilməməsinə görə yox, həm də sənədlərin tam, düzgün və vaxtında təqdim edilməməsinə görə yaranır. Xidmətin Bakı şəhər Idarəsi tərəfindən müəyyən edilmiş müddət ərzində sənədlər tam təqdim edilmədiyindən inzibati xəta törədilmiş hesab edilir. Həmçinin, inzibati xəta haqqında protokol tərtib olunan dövrdə müvafiq sənədlər hələ də təqdim olunmadığı üçün inzibati xəta tərkibi yarandığından bundan sonrakı mərhələdə hüquq pozuntusunun aradan qaldırılmasının məsuliyyəti aradan qaldırması yalnız qanunla müəyyən edildiyi halda mümkün ola bilərdi. Məhkəmənin inzibati xəta tərkibinin olmaması ilə bağlı qənaəti qanunaziddir. Xidmətə ünvanlanmış məktubda onun ## ###### 2026-cı il tarixdə göndərildiyi qeyd edilsə də, məktub ## ###### 2026-cı il tarixdə poçta verilmişdir. Apellyasiya şikayətinin təmin olunmasını xahiş edirəm. Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, X4 Xidməti tərəfindən tələb olunan sənədlər müəyyən edilmiş müddətdə Xidmətə təqdim edilmişdir. Belə ki, tələb olunan sənədlər həm poçt vasitəsilə, həm də elektron poçt vasitəsilə Xidmətə göndərilmişdir. Sənədlərin elektron poçt vasitəsilə göndərilməsini təsdiq edən məlumatların həqiqiliyini mobil telefonunda mövcud olan müvafiq sayt vasitəsilə də baxıla bilər. Onlar sonradan həmin sənədləri Xidmətə yazılı şəkildə məktuba qoşma olaraq əlavə edilərək təqdim olunmuşdur və onların göndərilməsini təsdiq edən elektron məlumatları məhkəməyə təqdim edə bilər. Məhkəmənin təklifi ilə nümayəndə mobil telefonunda olan elektron məlumatları məhkəməyə təqdim etdi. Məhkəmə həmin məlumatlara proses iştirakçılarının iştirakı ilə baxış keçirdi. Həmin məlumatlarla bağlı X4 Xidmətinin nümayəndəsi Nümayəndə etirazının olmamasını və qəbul ediləcək qərarın məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdi. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikasının IXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati icraat materiallarını nəzərdən keçirib, tədqiq olunmuş sübutlara qiymət verərək hesab edirəm ki, Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır ona görə ki, birinci instansiya məhkəməsi inzibati icraat üzrə qərar qəbul edərkən işin materiallarını mahiyyəti üzrə tam araşdırmış, inzibati xətalara dair qanunvericiliyin tələblərinə riayət etmişdir. Aşağıda qeyd olunanlara görə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsini qanuni və əsaslı sayıram. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, qeyd olunan maddə üzrə inzibati məsuliyyətin yaranması üçün, ilk növbədə, səlahiyyətli dövlət orqanının qanuni tələbinin mövcudluğu, həmin tələb üzrə zəruri məlumat və sənədlərin təqdim edilməli olması, habelə bu sənədlərin təqdim edilməməsi və ya tam, düzgün yaxud vaxtında təqdim edilməməsi halının mötəbər sübutlarla təsdiq edilməsi zəruridir. Iş materiallarından müəyyən olunur ki, X4 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-yə ## ###### 2026-cı il tarixli məktub göndərilərək X2 müraciəti ilə əlaqədar zəruri sənədlərin müəyyən edilmiş müddətdə təqdim edilməsi tələb edilmiş, həmin məktub ## ###### 2026-cı il tarixdə cəmiyyətə çatdırılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən poçt göndərişinin izlənilməsinə dair məlumatlar, habelə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC tərəfindən təqdim edilmiş və “AzeMis” elektron informasiya sistemi vasitəsilə elektron formada göndərilmiş sənədlər tədqiq edilmişdir. Həmin sənədlərdən tələb olunan məlumat və sənədlərin ## ###### 2026-cı il tarixdə X4 Xidmətinin Bakı Şəhər Idarəsinə elektron formada göndərildiyi müəyyən edilmişdir. Bu hal birinci instansiya məhkəməsinin qərarında da əsaslandırılmış və məhkəmə məhz həmin sübutların məcmusuna qiymət verərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinin sübuta yetirilmədiyi qənaətinə gəlmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin bu nəticəsi ilə razılaşır. Belə ki, inzibati məsuliyyətin yaranması üçün yalnız səlahiyyətli orqanın sənədlərin təqdim edilməsini tələb etməsi kifayət etmir. Həmçinin həmin sənədlərin qanunla və ya səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş müddətdə təqdim edilmədiyi və ya tam, düzgün təqdim olunmadığı da sübuta yetirilməlidir. Hazırkı iş üzrə isə tələb olunan sənədlərin ümumiyyətlə təqdim edilmədiyini və ya müəyyən edilmiş müddətdə təqdim edilmədiyini təsdiq edən mötəbər və təkzibedilməz sübutlar müəyyən olunmamışdır. Əksinə, iş materiallarında olan elektron məlumatlardan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC tərəfindən tələb olunan sənədlərin ## ###### 2026cı il tarixdə elektron formada X4 Xidmətinə göndərildiyi, həmçinin həmin məktubun sonunda “əlavədəki sənədlərə nəzər yetirilməsinin” xahiş olunduğu qeyd edilmişdir. Məhz həmin hal apellyasiya instansiyası məhkəməsinin ## ###### 2026-cı il tarixli məhkəmə iclasında da ayrıca araşdırılmış və müəyyən edilmişdir ki, sənədlərin elektron poçt vasitəsilə göndərilməsini təsdiq edən sayt məlumatlarında müfəttişliyin tələb etdiyi bütün sənədlər “əlavə” pəncərəsində yerləşdirilmiş və bunu iclas zamanı proses iştirakçılarının mobil telefon vasitəsilə QSC-nin xüsusi saytında yerləşdirilmiş məlumatlara baxış vasitəsilə də təsdiq olundu. Belə olan halda, apellyasiya şikayətində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC tərəfindən tələb olunan sənədlərin müəyyən edilmiş müddətdə tam təqdim edilməməsi barədə irəli sürülən dəlil iş materialları ilə təkzib olunur. Apellyasiya instansiyası məhkəməsi həmçinin X4 Xidməti nümayəndəsinin sənədlərin ## ###### 2026-cı il tarixdə göndərilməsi göstərilsə də, məktubun ## ###### 2026-cı il tarixdə poçta verilməsi barədə dəlilinə də münasibət bildirərək qeyd edir ki, həmin hal inzibati xəta tərkibinin mövcudluğunu təsdiq etmir. Belə ki, iş üzrə hüquqi əhəmiyyət kəsb edən məsələ tələb olunan məlumat və sənədlərin səlahiyyətli orqana vaxtında təqdim edilib-edilməməsidir. Sənədlərin elektron formada ## ###### 2026-cı il tarixdə göndərilməsi barədə sübutlar mövcud olduğu halda, həmin sənədlərin poçt vasitəsilə sonrakı tarixdə göndərilməsi faktı elektron təqdim edilmənin hüquqi və faktiki nəticəsini aradan qaldırmır. Əksinə, elektron formada göndərilməni təsdiq edən məlumatlar sənədlərin səlahiyyətli orqana vaxtında təqdim edildiyini göstərir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsində həmin elektron sübutların araşdırılması zamanı X4 Xidmətinin nümayəndəsi tərəfindən də bu sübutların hüquqi şəxsdən tələb olunan sənədlərin qanunla müəyyən edilmiş vaxtda təqdim edilməsini təsdiq etdiyi bildirilmişdir. Bu baxımdan, apellyasiya şikayətində irəli sürülən və sənədlərin vaxtında təqdim edilməməsi ilə bağlı dəlilin məhkəmə iclasında araşdırılmış sübutlarla təkzib edildiyi nəticəsinə gəlinir. Məhkəmə apellyasiya şikayətində qeyd olunan “inzibati xəta haqqında protokol tərtib edilən vaxt sənədlərin hələ təqdim edilmədiyi” barədə dəlili də əsaslı hesab etmir. Çünki inzibati məsuliyyətin mövcudluğunun müəyyən edilməsi üçün protokol tərtib edən orqanın həmin anda formalaşdırdığı qənaət deyil, iş üzrə hüquqpozmanın bütün əlamətlərinin mötəbər sübutlarla təsdiq olunması əsas götürülməlidir. Hazırkı iş üzrə isə sənədlərin vaxtında elektron formada təqdim edilməsini təsdiq edən sübutlar mövcuddur və həmin sübutlar həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmışdır. Apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticənin yanlış olduğunu təsdiq etmir və qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulmuş əsasları yaratmır. IXM-nin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. IXM-nin 53.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. IXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edirəm ki, apellyasiya şikayətinin dəlilləri iş üzrə müəyyən olunmuş faktiki hallarla təkzib olunduğundan həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas ola bilməz, ona görə də apellyasiya şikayəti təmin edilmədən Abşeron Rayon Məhkəməsinin 04 iyun 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, IXM-nin 134.1, 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq o cümlədən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən IXM-nin 134.1.1, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDIM : Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilməsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar