Məhkəmə qərarları › İş №3(3-8)-492/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-492/2026

05.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-492/2026 05.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Əsgәrova Ruhiyyә Orucәli qızının sәdrliyi, Şükürov Cahangir Fәxrәddin oğlunun katibliyi, Azәrbaycan Respublikası Dövlәt Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarәsinin nümayәndәsi X1 vә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs iştirakı ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 428.7.3-cü maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azәrbaycan Respublikası Dövlәt Reklam Agentliyi Sumqayıt Regional Reklam İdarәsi tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikasının İXM-nin 428.7.3-cü maddәsi ilә tәrtib edilmiş inzibati xәta haqqında protokol baxılması üçün Abşeron Rayon Mәhkәmәsinә göndәrilmişdir. Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qәrarı (hakim F.Kәrimova) ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs (VÖEN: **********) Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 428.7.3-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinmiş vә barәsindә 1500 (min beş yüz) manat mәblәğindә inzibati cәrimә növündә tәnbeh tәdbiri tәtbiq edilmәsi qәrara alınmışdır. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs qәrardan apellyasiya şikayәti verәrәk, qәrarın lәğv edilmәsini vә iş üzrә icraata xitam verilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, inzibati xәtanın obyekti olmuş, yәni ünvan 1 ünvanında yerlәşәn “Filiz Mebel” adlı sahibkarlıq obyektini artıq 5 ildir ki, müvafiq icarә müqavilәsindә әsasında işlәdir. İcarә әsasında işlәtdiyi müddәt әrzindә agentliklә heç bir problemi olmamış, ödәnişlәri vaxtı-vaxtında ödәmişdir. Sonuncu bir neçә ayı zәrәrә işlәmişdir. Bu sәbәbdәn reklam agentliyinә 70 manat mәblәğindә borcu qalmış vә müqavilәnin bitmә vaxtı yaxınlaşmışdır. Lakin müqavilәnin bitmә vaxtını bilmәmişdir. Daha sonra ona müvafiq göstәriş göndәrilmişdir. Göstәrişi almış, lakin ailә vәziyyәti ilә әlaqәdar olaraq hәmin müddәt әrzindә icra edә bilmәmişdir. Daha sonra barәsindә inzibati xәta haqqında protokol tәrtib edilәcәyi ilә bağlı müvafiq bildiriş ## ### 2026-cı il tarixdә ünvanına göndәrilmiş, lakin qısa müddәt olduğu üçün vә hәmin tarixlәrә uyğun olaraq işlәrini planladığı üçün ## ### 2026-cı il tarixdә protokolun tәrtib edilmәsindә iştirak edә bilmәmişdir. Barәsindә tәrtib edilmiş inzibati xәta haqqında protokol vә qәbul edilmiş inzibati tәnbeh vermә haqqında qәrar әsassızdır. Sәlahiyyәtli orqan ilk öncә yoxlama aparan zaman hәmin yoxlamanın plana uyğun olaraq vә ya plandan kәnar aparılmasını sübut edәn heç bir mötәbәr dәlil tәqdim etmәmiş, hәmin yoxlamam hәyata keçirmәk üçün Azәrbaycan Respublikası Ədliyyә Nazirliyindәn müvafiq reyestrdәn çıxarışı әldә etmәmiş, yaxud әldә etdiyi halda sahibkar olaraq mәnә tәqdim etmәmişdir. Bu da onu demәyә әsas verir ki, hәmin yoxlama vә ya monitorinq aparılmazdan öncә Azәrbaycan Respublikası Ədliyyә Nazirliyindә müvafiq reyestrdәn keçmәli olmağı qanunla müәyyәn edilsә dә sәlahiyyәtli orqan yoxlamanı qanuni reyestrdәn keçirmәmişdir. Belә olduğu tәqdirdә aparılmış hәmin yoxlama qanuni hesab edilmir vә bu cür yoxlamalar nәticәsindә әldә edilmiş faktlar әsaslanaraq mәsuliyyәt tәdbirlәri tәtbiq edilә bilmәz. Lakin birinci instansiya mәhkәmәsi qeyd olunan hallara qiymәt vermәdәn barәmdә inzibati tәnbeh tәdbiri tәtbiq etmişdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә İnzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apelyasiya instansiya mәhkәmәsi apelyasiya şikayәtinin dәlillәri ilә bağlı birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә üzrә dәyәrlәndirmә apararaq hesab edir ki, apelyasiya şikayәti tәmin edilmәmәli, birinci instansiya mәhkәmәsi tәrәfindәn gәlinәn nәticә dәyişdirilmәdәn saxlanılmalıdır. Apelyasiya instansiya mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. Fotoşәkillәrdәn görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs “Filiz Mebel” adlı obyektindә açıq mәkanda reklam yerlәşdirmişdir; ## #### 2026-cı il tarixli “açıq mәkanda reklam yayımının hәyata keçirilmәsi ilә bağlı qanunvericiliyin tәlәblәrinin pozulması hallarının aradan qaldlrılması barәdә” yazılı göstәrişdәn görünür ki, ünvan 1 әrazisindә yerlәşәn “Filiz Mebel” adlı sahibkarlıq obyektindә açıq mәkanda yayımlanan reklamların yayımının dәrhal dayandırılması vә reklam haqqında Azәrbaycan Respublikası Qanunun 26.2-ci maddәsindә nәzәrdә tutulmuş müvafiq icazәnin alınması üçün göstәrişi aldığı vaxtdan 5 gün müddәtindә Azәrbaycan Respublikası Dövlәt Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarәsinә müraciәt etmәyiniz tәlәb olunur. Bu tәlәblәr yerinә yetirilmәdikdә tәrәfindәn müvafiq reklamın yayımının dayandırılması üçün zәruri tәdbirlәr görülmәklә yanaşı, barәsindә İXM-in 428.7.3-cüi maddәsinә uyğun bәndi ilә inzibati xәta haqqında protokol tәrtib edilәrәk, baxılması üçün aidiyyәti mәhkәmәyә göndәrilәcәyi bildirilmişdir. “Reklam haqqında” Azәrbaycan Respublikası Qanunun; 2.0.1. maddәsinә әsasәn reklam – reklam istehlakçısının diqqәtini reklam obyektinә müxtәlif vasitә vә üsullardan istifadә olunmaqla istәnilәn formada cәlb etmәk, marağını formalaşdırmaq vә saxlamaq, әmtәәni bazarda tanıtmaq vә satışını stimullaşdırmaq mәqsәdi ilә yayımlanan mәlumatdır. 26.1. maddәsinә әsasәn reklam birbaşa vә ya reklam daşıyıcısı vasitәsilә torpaq sahәlәrindә, bina, qurğu vә digәr tikililәrin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklәrindә, bayıra ünvanlanmaqla qapıların, pәncәrәlәrin (pәncәrә altlıqlarının), vitrinlәrin çöl vә iç tәrәflәrindә, habelә açıq mәkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında vә yeraltı keçidlәrindә, hava şarlarının, aerostat vә dirijablların üzәrindә yerlәşdirildiyi halda açıq mәkanda reklam hesab olunur. 26.2. maddәsinә әsasәn açıq mәkanda reklam yerlәşdirmәk üçün reklam yayıcısı müvafiq icra hakimiyyәti orqanının yaratdığı qurumdan icazә almalıdır. İcazә reklam yayıcısının tәlәbatına uyğun, lakin üç ildәn artıq olmayan müddәtә verilir. İcazәnin verilmәsinә görә “Dövlәt rüsumu haqqında” Azәrbaycan Respublikasının Qanunu ilә müәyyәn edilmiş mәblәğdә vә qaydada dövlәt rüsumu tutulur. İcazә özündә, hәmçinin reklama dair texniki şәrtlәri, açıq mәkanda reklam yayımına görә haqqın vә bu Qanunun 26.2-2.2-ci maddәsindә nәzәrdә tutulmuş mәblәğin ödәnilmәsi ilә bağlı mәsәlәlәri әks etdirir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 428.7.3-cü maddәsinә görә müvafiq icra hakimiyyәti orqanının yaratdığı qurumun açıq mәkanda reklam sahәsindә (o cümlәdәn tikintisinә icazә tәlәb olunmayan açıq mәkanda reklam qurğularının quraşdırılması vә sökülmәsi sahәsindә) nәzarәtin hәyata keçirilmәsi çәrçivәsindә verdiyi yazılı göstәrişlәrin vә qәrarların (bu Mәcәllәnin 394.0.7-ci maddәsindә nәzәrdә tutulmuş hallar istisna olmaqla) vaxtında vә tam yerinә yetirilmәmәsinә fiziki şәxslәr üç yüz manatdan beş yüz manatadәk mәblәğdә, vәzifәli şәxslәr min beş yüz manatdan iki min beş yüz manatadәk mәblәğdә, hüquqi şәxslәr beş min manatdan on min manatadәk mәblәğdә cәrimә edilir. İnzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir (İXM-nin 76.1-ci maddәsi). Bununla әlaqәdar apellyasiya instansiya mәhkәmәsi qeyd etmәyi zәruri hesab edir ki, inzibati mәsuliyyәtin yaranması üçün ilk növbәdә açıq mәkanda reklam sahәsi mövcud olmalı, bu sahәdә reklam yerlәşdirilmiş olmalı, hәmin reklamın yerlәşdirilmәsi üçün müvafiq icazә alınmamış olmalı, qeyd edilәn fakt müvafiq icra hakimiyyәti orqanının yaratdığı qurum tәrәfindәn aşkar edilmәli, bununla bağlı reklamı yerlәşdirәn şәxsә yazılı göstәriş verilmәli vә ya icrası mәcburi qәrar qәbul edilmәli, icrası mәcburi olan göstәriş vә ya qәrar hәmin şәxs tәrәfindәn icra olunmamalıdır. ünvan 1 әrazisindә yerlәşәn “Filiz Mebel” adlı sahibkarlıq obyektindә açıq mәkanda yayımlanan reklamların yayımının dәrhal dayandırılması vә reklam haqqında Azәrbaycan Respublikası Qanunun 26.2-ci maddәsindә nәzәrdә tutulmuş müvafiq icazәnin alınması üçün göstәrişi aldığı vaxtdan 5 gün müddәtindә Azәrbaycan Respublikası Dövlәt Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarәsinә müraciәt etmәsi üçün yazılı göstәriş verilmәsinә baxmayaraq, reklam yayımının hәyata keçirilmәsi qaydasının pozulması davam etmişdir. Bu isә әmәldә inzibati xәta tәrkibinin olması qәnaәtini qaçılmaz edir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. Belә olan halda apellyasiya instansiya mәhkәmәsi birinci instansiya mәhkәmәsi tәrәfindәn gәlinәn nәticәni qanuni vә әsaslı hesab edir. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs “Sahibkarlıq sahәsindә aparılan yoxlamaların tәnzimlәnmәsi vә sahibkarların maraqlarının müdafiәsi haqqında” Azәrbaycan Respublikası Qanununa istinad edәrәk, inzibati xәta haqqında protokolu mübahisәlәndirsә dә, inzibati xәta haqqında protokol sahibkarln fәaliyyәtinin yoxlanılması ilә әlaqәdar tәrtib edilmәdiyindәn, yoxlamanın aparılmasından ötrü hәmin Qanunda göstәrilәn ardıcıllığa riayәt edilmәmәsinin mübahisәlәndirilmәsi әsaslı hesab edilmәmәli vә bu barәdә şikayәtin dәlillәri formal mülahizә kimi dәyәrlәndirilmәlidir. Qeyd edilәnlәr üzrә dәyәrlәndirmә apararaq apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, әmәldә inzibati xәta tәrkibinin olması qәnaәtinә gәlinmәsi әsaslı şübhә yaratmayan mötәbәr sübutlarla tәsdiq edildiyindәn birinci instansiya mәhkәmәsi haqlı olaraq inzibati xәta üzrә tәqsirli bilinmәklә inzibati cәrimә tәnbeh tәdbirinin tәtbiq edilmәsi qәnaәtinә gәlmişdir. Konstitusiya Mәhkәmәsinin Plenumu, hәmçinin apellyasiya instansiyası mәhkәmәlәrinin diqqәtini ona cәlb etmәyi lazım bilir ki, onlar birinci instansiya mәhkәmәsinin faktlar nöqteyi nәzәrindәn qanuni vә әsaslı, mahiyyәt üzrә düzgün olan qәrarının yalnız formal mülahizәlәrә görә lәğv edilmәsindәn çәkinmәlidirlәr (Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2019-cu il tarixli Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 38.1 vә 430.4-cü maddәlәrinin әlaqәli şәkildә şәrh edilmәsinә dair Qәrarı). Belәliklә apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası İXM-nin 133-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar