Məhkəmə qərarları › İş №3(3-8)-493/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-493/2026

04.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-493/2026 04.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məmmədli Sevinc Əbülfəz qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru Səbinə Şahverdiyevanın iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati qaydada cərimə edilməsinə dair Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru Səbinə Şahverdiyeva tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində inzibati xətanın obyekti olmuş 21742.50 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20% məbləğində, yəni 4348.5 ABŞ dolları məbləğinin ödəniş gününə olan Azərbaycan manatının məzənnəsi nəzərə alınmaqla cərimə olunmuşdur. (hakim Vaqif Həsənov) İşin halları : Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə ##.##.2026-cı il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 70000.00 BBŞ dollar məbləğində vəsait bank vasitəsilə ## ### 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür.”Azərbaycan Respöublikası rezidentlərinini xarici valyutada, habelə qeyri rezidentlərin milli və xarici valyutada əməliyyatlarınını aparılması Qaydalar”nın 4.3.1.3cü yarımbındinin tləblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddəyində 21742.50 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) öləyə idxal edilməmiş və ya həmin məblğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta ## ### 2026-cı il tarixdə hüquqi şəxsin qeyd olunan (AZ0100, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə ev 10). Qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsini və inzibati xətanın törədilməsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin təqsirinin olmaması (qarşısıalınmaz qüvvə — fors-major halların mövcudluğu) səbəbindən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz, əsassız və işin faktiki halları obyektiv araşdırılmadan qəbul edilmişdir. Xaricə köçürülmüş valyuta vəsaitinin qarşılığında nəzərdə tutulan mallar artıq Azərbaycan Respublikasının ərazisinə gətirilmiş və gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmışdır. Şirkət tərəfindən valyuta nəzarəti rejiminə və ya dövlətin iqtisadi maraqlarına hər hansı qərəzli zərər vurulmamış, müqavilə öhdəliyi faktiki olaraq icra olunmuşdur. Malların qanunla (müqavilə ilə) müəyyən olunmuş müddətdə ölkəyə gətirilə bilməməsinin yeganə səbəbi İran İslam Respublikasında baş verən hərbi əməliyyatlar, hərbi vəziyyət və bununla bağlı sərhəd-keçid məntəqələrinin, logistika və tranzit dəhlizlərinin məhdudlaşdırılması (bağlanması) olmuşdur. Müqavilə üzrə öhdəliklərin vaxtında icra edilməməsi birbaşa qarşısıalınmaz qüvvənin (forsmajor) təsiri altında baş vermişdir. İXM-nin 23-cü maddəsinə əsasən, hüquqi şəxs yalnız inzibati xətanın törədilməsində təqsiri olduğu halda inzibati məsuliyyətə cəlb olunur. Qarşısıalınmaz qüvvə nəticəsində yaranmış gecikmədə “xxxx’* MMC-nin subyektiv təqsiri (qəsdi və ya ehtiyatsızlığı) mövcud deyildir. Birinci instansiya məhkəməsi işə baxarkən logistik maneələri, hərbi vəziyyətlə bağlı yaranmış qarşısıalınmaz şərait haqqında təqdim olunmuş sübutları və malların artıq ölkəyə daxil olması faktını İXM-in 75-ci və 81-ci maddələrinin tələblərinə uygun olaraq tam, hərtərəfli və obyektiv qiymətləndirməmişdir. Prosessual məsələlər: Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, şikayətinin təmin edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsinin iclasının yeri və vaxtı barədə məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş Protokolu tərtib edən orqan nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər : Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2020-ci il tarixli, **/* nömrəli Qərarı ilə yeni redaksiyada verilmiş və ## ###### 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayanməbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 05 (beş) iş günü ərzində Protokolu tərtib edən orqan təqdim edilir. İş materiallarında olan Protokolu tərtib edən orqan inzibati icraat və məhkəmə işləri şöbəsinin hüquq məsləhətçisi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 70000.00 BBŞ dollar məbləğində vəsait bank vasitəsilə ## ### 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür.”Azərbaycan Respöublikası rezidentlərinini xarici valyutada, habelə qeyri rezidentlərin milli və xarici valyutada əməliyyatlarınını aparılması Qaydalar”nın 4.3.1.3-cü yarımbındinin tləblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddəyində 21742.50 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) öləyə idxal edilməmiş və ya həmin məblğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Məhkəmə qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində qeyd edilən inzibati xətanı törətməsi inzibati işin materialları ilə kifayət qədər sübuta yetirilmişdir və birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş tərkib əlamətinin olması barədə qanuni və düzgün nəticəyə gəlmişdir. İnzibati tənbeh məsələsinə gəldikdə isə birinci instansiya məhkəməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində inzibati təhbeh təyin edərkən, qanuni və ədalətli inzibati təhbeh təyin etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə əsasən, hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Apellyasiya məhkəməsi şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək qeyd edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Protokolu tərtib edən orqan səlahiyyətli əməkdaşı tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə tam sübuta yetirilir. Apellyasiya şikayətinə əlavə edilmiş gömrük bəyannamələri ilə bağlı qeyd edilməlidir ki, qeyd edilən mallar ödənişin aparıldığı gündən iki ildən artıq müddət keçdikdən sonra ölkəyə idxal edilmişdir ki, bu da hüquqi şəxsi məsuliyyətdən azad etmir. Məhkəmə hesab edir ki, istinad edilən sənədlərə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi təsdiq olunur və inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi tərəfindən verilmiş şikayətin təmin edilməsinə dair irəli sürülən dəlillər əsassızdır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati qaydada iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən verilmiş şikayətin dəlilləri formal xarakter daşımaqla Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas kimi qəbul oluna bilməz, ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 134.1, 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq o cümlədən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI : Apellyasiya şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası İXM-nin 138.1.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardan kassasiya şikayəti və ya protesti verilməsi hüququ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar