Məhkəmə qərarları › İş №3(3-8)-494/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-494/2026

06.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-494/2026 06.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Ağayev Rəşadət Əhməd oğlu, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili nümayəndə1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası IXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDIM : Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə (hakim V.İ.Həsənov) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat inzibati cərimə edilməsi qərara alınmışdır. IŞIN HALLARI : Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Abşeron Xızı-regional şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası IXM-nin 539.3-cü maddəsi ilə ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, vətəndaş X3 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də əmək hüquqlarının pozulması ilə bağlı etdiyi müraciəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə uyğun sənədləri araşdırmaya təqdim olunması məqsədilə *-**-*/*-*****/**** nömrəli, ##.##.2026-cı il tarixli sorğu məktubunda qeyd olunan sənədləri təqdim edilməmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən IXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Inzibati xəta haqqında protokola baxan birinci instansiya məhkəməsinin hakimi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında iş üzrə prosessual hüquq normalarının kobud şəkildə pozulması, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin müdafiə hüququnun və məhkəmə baxışında iştirak etmək hüququnun təmin edilməməsi nəzərə alınaraq, iş üzrə yeni qərar qəbul edilməklə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsi haqqında Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsi və inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hesab edirəm ki, Abşeron Rayon Məhkəməsinin qeyd edilən qərarı işin faktiki halları tam və hərtərəfli araşdırılmadan, müdafiə hüququnun təmin edilməməsi və prosessual qanunvericiliyin imperativ tələblərinin pozulması nəticəsində qəbul edildiyindən qanuni və əsaslı hesab oluna bilməz. Məhkəmə işə baxarkən inzibati icraatın əsas prinsiplərinə, o cümlədən tərəflərin bərabərliyi, çəkişmə prinsipi, şəxsin dinlənilmək hüququ və müdafiə hüququnun təmin edilməsi tələblərinə lazımi qaydada əməl etməmişdir. Bu isə qəbul edilmiş qərarın qanuniliyini və obyektivliyini ciddi şəkildə şübhə altına alır. Belə ki, inzibati xəta haqqında iş üzrə məhkəmə baxışı ##.##.2026-cı il tarixə təyin edilsə də, məhkəmə iclasının keçiriləcəyi tarix, vaxt və yer barədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə qanunvericilikdə nəzərdə tutulmuş qaydada hər hansı bildiriş təqdim edilməmişdir. Cəmiyyət məhkəmə baxışının təyin edilməsindən əvvəl və ya sonra bu barədə heç bir rəsmi məlumat almamış, nəticədə məhkəmə iclasında iştirak etmək, öz mövqeyini bildirmək, etirazlarını təqdim etmək, sübutlar təqdim etmək, vəsatətlər vermək və digər prosessual hüquqlarından istifadə etmək imkanından faktiki olaraq məhrum edilmişdir. Məhkəmə tərəfindən elektron məhkəmə informasiya sistemində cəmiyyətin elektron kabinetinə hər hansı bildiriş yerləşdirilməmişdir. Iş materiallarına əlavə edilən elektron kabinetin ekran görüntüsündən də açıq şəkildə görünür ki, məhkəmə iclasının vaxtı və yeri barədə heç bir elektron bildiriş mövcud olmamışdır. Bununla yanaşı, cəmiyyətə SMS bildirişi göndərilməmiş, poçt rabitəsi vasitəsilə məhkəmə çağırışı təqdim edilməmiş, eləcə də məhkəmə iclasının keçirilməsi barədə qanunla nəzərdə tutulmuş digər məlumatlandırma üsullarından istifadə edilməmişdir. Beləliklə, məhkəmə tərəfindən tərəfin iclas barədə lazımi qaydada məlumatlandırıldığını təsdiq edən hər hansı mötəbər sübut mövcud deyildir. Nəticə etibarilə, məhkəmə iclasının keçirilməsi barədə lazımi qaydada məlumatlandırılmayan şəxsin iştirakı təmin edilmədən işə baxılması onun müdafiə hüququnun kobud şəkildə pozulmasına səbəb olmuşdur. Halbuki, məhkəmə tərəfindən işə baxılarkən tərəfin məlumatlandırılması yalnız formal xarakter daşımamalı, onun məhkəmə iclasında iştirakını və prosessual hüquqlarından real şəkildə istifadə etməsini təmin edəcək qaydada həyata keçirilməlidir. Məhkəmə bu vəzifəsini yerinə yetirmədiyindən, qəbul edilmiş qərar prosessual hüquq normalarının əhəmiyyətli şəkildə pozulması nəticəsində çıxarılmış və bu pozuntu işin nəticəsinə birbaşa təsir göstərmişdir. Bu səbəbdən də sözügedən qərar qanuni və əsaslı hesab edilə bilməz və ləğv edilməlidir. PROSES IŞTIRAKÇILARININ IZAHATLARI : Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən protokol tərtib etmiş orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edərək əlavə olaraq qeyd etdi ki, MMC barəsində tərtib edilmiş protokolda da qeyd edildiyi kimi, vətəndaş şikayəti üzrə tələb edilən sənədlərin müfəttişliyə təqdim edilməməsidir. Məhkəmə tərəfindən qəbul edilən qərar inzibati qanunvericiliyə uyğun olduğundan apellyasiya şikayətinin təmin edilməməsini xahiş edirik. Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək onu da vurğuladı ki, onlar barəsində protokol tərtib edilmələrindən, həmçinin birinci instansiya məhkəməsi tərəfindən keçirilən iclas barədə məlumatları olmamış, sonradan bu məsələ ilə bağlı vətəndaş ilə olan münasibət aydınlaşdırılaraq bütün anlaşılmazlıqlar həll edilmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməklə məhkəmə qərarının ləğv edilməsini iş üzrə icraata xitam verilməsini xahiş edirlər. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikasının IXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış materiallar ilə müqayisəli şəkildə tədqiq edərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır ona görə ki, birinci instansiya məhkəməsi inzibati icraat üzrə qərar qəbul edərkən iş materiallarını mahiyyəti üzrə tam araşdırmış, inzibati məsuliyyətə cəlb edilmənin əsası olan qanunvericiliyin tələblərinə riayət etmişdir. Aşağıda qeyd olunanlara görə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsini apellyatorun şikayətinə münasibətdə qanuni və əsaslı sayıram. Belə ki, iş materiallarında olan və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Abşeron-Xızı regional şöbəsinin *-**-*/*-*****/**** nömrəli, ##.##.2026-cı il tarixli məktubundan görünür ki, vətəndaş X1 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də əmək hüquqlarının pozulması barədə idarəyə şikayət ilə müraciət etmişdir. Müraciətə baxılması məqsədi ilə MMC-dən sənədlərin 7 iş günü ərzindəProtokolu tərtib edən orqan təqdim edilməsi xahiş edilmişdir. Sorğunun göndərilməsinə dair çıxarışın surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Abşeron-Xızı regional şöbəsinin *-**-*/*-*****/**** nömrəli, ##.##.2026-cı il tarixli sorğusu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin elektron kabinetinə yerləşdirilmiş və poçt vasitəsilə göndərilmişdir. Apellyasiya şikayətində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmadığını, bu səbəbdən məhkəmə iclasında iştirak etmək, izahat vermək, sübutlar təqdim etmək, vəsatətlər vermək və digər prosessual hüquqlarını həyata keçirmək imkanından məhrum edildiyini, bununla da müdafiə hüququnun pozulduğunu göstərmişdir. Lakin məhkəmə bu dəlillərlə razılaşmır. Belə ki, iş materiallarından və birinci instansiya məhkəməsinin qərarından müəyyən olunur ki, inzibati xəta haqqında iş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət təqdim etməmişdir. Həmçinin iş materialları ilə müəyyən olunur ki, MMC-nin hüquqi ünvanı müvafiq vergi orqanında Xırdalan şəhəri, H.Əliyev küçəsi ev 15, mənzil 51 ünvanı kimi qeydiyyatdan keçmiş olsa da, apellyasiya şikayətində MMC-nin faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov küçəsi ev 32 kimi göstərilsə də, bu barədə rəsmi dövlət orqanına hər hansı bir məlumat verilməmişdir. Bu baxımdan, birinci instansiya məhkəməsi IXM-in 61.3-cü maddəsinin tələblərinə istinad etməklə, işə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı olmadan baxılmasının mümkünlüyünü əsaslı olaraq qəbul etmişdir. Eyni zamanda məhkəmə IXM-in 112.1.4-cü maddəsinə uyğun olaraq iş üzrə icraatda iştirak edən şəxslərin gəlməməsinin səbəblərinin araşdırılması və onların iştirakı olmadan işə baxılması məsələsini həll etmişdir. Apellyasiya şikayətində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən məhkəmə iclası barədə hər hansı elektron bildirişin elektron kabinetə yerləşdirilmədiyi, SMS və poçt vasitəsilə də məlumatlandırmanın həyata keçirilmədiyi qeyd edilsə də, bu xüsusatın iş materialları ilə təsdiq olunması müəyyən edilmir. Əksinə, birinci instansiya məhkəməsinin qərarında məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verildiyi açıq şəkildə göstərilmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən həmin dəlil özlüyündə inzibati xəta hadisəsinin və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin təqsirinin mövcudluğunu təkzib edən hər hansı konkret sübutla əsaslandırılmamışdır. Şikayət verən şəxs məhkəmə iclasında iştirak edə bilməməsi ilə bağlı mövqeyini bildirsə də, X2 Xidmətinin qanuni tələbinə əsasən tələb edilmiş sənədlərin təqdim edilməsini təsdiq edən və ya həmin sənədlərin təqdim edilməməsinin üzrlü səbəbdən baş verdiyini göstərən hər hansı sübut təqdim etməmişdir. Əksinə, iş materiallarından görünür ki,Protokolu tərtib edən orqan ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin elektron kabinetinə yerləşdirilmiş, həmçinin poçt vasitəsilə göndərilmişdir. Həmin məktubla əmək hüquqlarının pozulması ilə bağlı müraciətin araşdırılması məqsədilə zəruri sənədlərin 7 iş günü ərzində təqdim edilməsi tələb edilmiş, lakin hüquqi şəxs tərəfindən həmin tələb icra edilməmişdir. Beləliklə, iş materialları ilə X2 Xidmətinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan kimi işəgötürəndən zəruri məlumat və sənədləri tələb etmək hüququnun olduğu, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə bu barədə müvafiq sorğu göndərildiyi və həmin sorğunun hüquqi şəxsin elektron kabinetinə yerləşdirildiyi müəyyən olunur. Birinci instansiya məhkəməsi də məhz bu sübutları digər iş materialları ilə birlikdə tədqiq edərək hüquqi şəxsin IXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə əsaslı nəticəyə gəlmişdir. Məhkəmə hesab edir ki, apellyasiya şikayətində göstərilən prosessual hüquqların pozulması barədə ümumi mülahizələr birinci instansiya məhkəməsinin gəldiyi nəticələri şübhə altına almağa əsas vermir. Belə ki, apellyasiya şikayətində məhkəmə iclasında iştirak etməməsi ilə əlaqədar qeyd olunan hallarla yanaşı, inzibati xəta haqqında protokolda göstərilən faktları təkzib edən, X2 Xidmətinin sorğusunun icrasını və tələb olunan sənədlərin vaxtında təqdim edilməsini təsdiq edən hər hansı sübut göstərilməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi inzibati tənbeh növünü və məbləğini müəyyən edərkən IXM-in 31.3-cü maddəsinin tələblərini nəzərə almış, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd etmiş və nəticədə IXM-in 539.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimənin aşağı həddini – 2.000 manat məbləğində cəriməni tətbiq etmişdir. Məhkəmə da həmin nəticə ilə razılaşır. Təyin edilmiş inzibati tənbeh IXM-in 539.3-cü maddəsinin sanksiyasının aşağı həddinə uyğun olmaqla, inzibati xətanın xarakteri və iş üzrə müəyyən edilmiş hallar baxımından qanuni və əsaslıdır. Bu səbəbdən apellyasiya şikayətində inzibati tənbehin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini şərtləndirən əsaslar müəyyən edilmir. IXM-nin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələrə əsaslanmaqla məsuliyyətdən yayınmaq üçün gətirilən arqumentlər olmaqla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən hesab edirəm ki, quvvədə olan qanunvericilik aktlarında nəzərdə tutulan normaların pozulması ilə müşayət olunan hərəkətlərə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə törətmiş olduğu inzibati xətalara görə inzibati xətalar qanunvericiliyinin tələbləri çərçivəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi əsaslı olmuşdur. Belə ki, IXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. IXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. IXM-nin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. IXM-nin 18.5-ci maddəsinə görə bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. IXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. IXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. IXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası IXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 2000 (iki min) manat məbləğində cərimə edilməsinə dair birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz, ona görə də apellyasiya şikayəti təmin edilmədən birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, IXM-nin 134.1, 134.1.1-ci maddələrinə əsasan inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, qərarın dəyişdirilmədən, şikayətin və protestin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən IXM-nin 134.1.1, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDIM : Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar