Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-495/2026 06.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Ağayev Rəşadət Əhməd oğlu, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, Sumqayıt şəhər DYPŞ-nin R X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-nin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDIM : Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə (hakim S.B.Ismayılov) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək onun nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 (altı) ay müddətə məhdudlaşdırılması qərara alınmışdır. IŞIN HALLARI : Sumqayıt şəhər DYPŞ-nin R X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-nin 333-1.1-ci maddəsi ilə ## #### 2026-cı il tarixli IXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin tarixdə saat 15:06 radələrində “Opel Astra” minik markalı **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri, Sahil küçəsində idarə edərkən saxlanılmış, müayinə zamanı narkotik vasitədən istifadə etməsi müəyyən edilmişdir. Inzibati xəta haqqında protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və protokola baxan birinci instansiya məhkəməsinin hakimi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI : Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı ilə razı deyildir və hesab edir ki, inzibati tənbeh tətbiq edərkən tənbehin ağırlığına görə məhkəmə əsassız və ədalətsiz qərar qəbul etmişdir. Belə ki, onun barəsində inzibati protokol ona görə tərtib olunmuşdur ki, ## #### 2026-cı il tarixdə saat 15:06 radələrində “Opel Astra” minik markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri, Sahil küçəsində idarə edərkən saxlanılmış, müayinə zamanı narkotik vasitədən istifadə etməsi müəyyən edilmişdir. Qeyd edilən inzibati xətaya görə inzibati Xətalar Məcəlləsinin 333-1.1 maddəsi ilə barəmdə inzibati orqan tərəfindən 600 manat məbləğində cərimə olunmuşdur. O da həmin cərimə ilə razılaşmışdır. Lakin buna baxmayaraq həmin inzibati xəta üzrə tərtib edilmiş protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə isə məhkəmə iclasında onun iştirakını təmin etmədən, məhkəmə iclasının vaxtı və yeri barədə məlumat vermədən, iş üzrə mühüm əhəmiyyət təşkil edən bütün sübutları arşadırmadan əsassız qərar qəbul etmişdir. Göründüyü kimi barəsində faktiki olaraq törətdiyi eyni inzibati xətaya görə 2 dəfə inzibati tənbeh tətbiq edilmişdir. Eyni zamanda qeyd edir ki, o, ailədə yeganə qazanc gətirən şəxsdir, himayəsində iki azyaşlı övladı var, dolanışığı yalnız taksi fəaliyyətindən ibarətdir. Sürücülük hüququndan məhrum edilməsi ailəsini də çətin vəziyyətə salır. PROSES IŞTIRAKÇILARININ IZAHATLARI : Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etməklə onu da əlavə etdi ki, ona həm 600 manat məbləğində cərimə tətbiq edilmiş, həm də nəqliyyat vasitələrini idarə etmə hüququ 6 ay müddətə məhdudlaşdırılmışdır. 6 ay keçdikdən sonra cəriməni ödəmədiyi halda nəqliyyat vasitələrini idarə etmə hüququ bərpa olunmayacaqdır. O sadəcə cərimə növündə tənbeh tədbirinin tətbiq olunmasını, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən protokolu tərtib edən şəxs Sumqayıt şəhər DYPŞ-nin R X1 izahatında göstərdi ki, sürücü barəsində protokol tərtib edilmiş, lakin qərar qəbul olunmamışdır. Bu qəbildən olan inzibati xətalar baxılması üçün məhkəməyə göndərilir, məhkəmə qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə sürücünün nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması barədə qərar qəbul etdikdə, qərarsız olan protokol qüvvəyə minmir, onun cərimə ödəməsinə zərurət qalmır. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikası IXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati icraat materiallarını yoxlayıb, apellyasiya şikayətinin dəlillərini öyrənib hesab edirəm ki, Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır, ona görə ki, birinci instansiya məhkəməsi inzibati icraat üzrə qərar qəbul edərkən işin materiallarını mahiyyəti üzrə tam araşdırmış, inzibati məsuliyyətə cəlb edilmənin əsası olan qanunvericiliyin tələblərinə riayət etmişdir. Iş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə **** saylı, ## #### 2026-cı il tarixli aktdan görünür ki, həmin tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs götürülmüş nümunə ekspress test üsulu ilə yoxlanılmış və həmin nümunədə narkotik vasitə aşkar edilmişdir. Iş materiallarında olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Sumqayıt ŞPInin DYPŞ-də yazdığı izahatından görünür ki, o, narkotik vasitə qəbul etməsini etiraf edərək məsuliyyət daşımağa razı olduğunu bildirmişdir. Məhkəməyə verilmiş protokol əsasında işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi hesab etmişdir ki, toplanmış sübutlarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının IXM-nin 333-1.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, törətdiyi xətaya görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati tənbeh edilməlidir. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Iş materialları ilə təsdiq olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozaraq, avtomobili narkotik vasitənin təsiri altında idarə etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi, inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə **** saylı, ## #### 2026-cı il tarixli akt və iş materiallarında olan digər sənədlər ilə öz təsdiqini tapır. Hesab edirəm ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti düzgün olmuş, eyni zamanda apellyaiya şikayətinin dəlilləri formal xarakterli dəlillər kimi qiymətləndirilməklə əsassız hesab edilir və inzibati xəta törətmiş şəxsi məsuliyyətdən yayındırmaq məqsədi daşıyır. Halbuki, inzibati tənbeh tədbirinin inzibati xəta törətmiş şəxsin islah olunmasına, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınması, habelə törədilmiş inzibati xətanın xarakteri, onun törədilməsi halları baxımından qanuni və ədalətli olmuşdur. Hesab edirəm ki, birinci instansiya məhkəməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş inzibati tənbeh əsaslı olmuş və bu tənbehin əsaslılığı müzakirə edilərkən aşağıdakılar nəzərə alınır. Belə ki, IXM-nin 3-cü maddəsinə müvafiq olaraq məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. IXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. IXM-nin 21 və 31.1-ci maddələrinə əsasən inzibati tənbeh inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır və bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. IXM-nin 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. IXM-nin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, hesab edirəm ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş və bu qərar ədalətli olmaqla inzibati xəta törətmiş şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsinə xidmət edir. Bu səbəbdən birinci instansiya məhkəməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilən inzibati tənbeh növünün və bu tənbehin həddinin dəyişdirilməsi üçün hər hansı bir əsas yoxdur. Qeyd olunanları, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, inzibati tənbehin məqsədlərinə nail olmaq, sonuncunu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq və ədalətlilik prinsipi baxımından sonuncuya tətbiq edilmiş nəqliyyat vasitəsini idarə etmək hüququnun altı ay müddətinə məhdudlaşdırılması törədilmiş əmələ adekvatdır. Yuxarıda şərh edilənlərə əsasən hesab edirəm ki, apellyasiya şikayətinin dəlilləri qərarın dəyişdirilməsi üçün əsas kimi qəbul edilməyərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılmasına dair Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, IXM-nin 134.1, 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq o cümlədən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən IXM-nin 134.1.1, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDIM : Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayəti təmin edilməsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-8)-495/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-495/2026
06.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver