Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-496/2026 05.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Əsgәrova Ruhiyyә Orucәli qızının sәdrliyi, Şükürov Cahangir Fәxrәddin oğunun katibliyi, Sumqayıt şәhәr prokurorunun kömәkçisi X1, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs vә müdafiәçisi Vәkil iştirakı ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 198.2-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs vә müdafiәçisi Vәkil tәrәfindәn verilmiş apelyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDİ: Protokolu tәrtib edәn orqan tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 198.2-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material baxılması üçün Sumqayıt Şәhәr Mәhkәmәsinә göndәrilmişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qәrarı (hakim F.Nәsimiyev) ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 198.2-ci maddәsi ilә tәqsirli bilinәrәk 1000 (min) manat mәblәğindә inzibati cәrimә tәtbiq edilmәsi qәrara alınmışdır. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs vә müdafiәçisi Vәkil qәrardan apellyasiya şikayәti verәrәk, qәrarın lәğv edilmәsini, inzibati xәta haqqına iş üzrә icraata xitam verilmәsinә dair qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, qәrar qanunsuz vә әsassız olduğuna görә lәğv edilmәlidir. Belә ki, Sumqayıt şәhәr prokuroru tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikasının İXM-nin 198.2-c maddәsi ilә ## #### 2026-cı il tarixli inzibati xәta haqqında iş üzrә icraatın başlanması haqqında qәrar tәrtib olunaraq mәhkәmәyә göndәrilmişdir. Qәrarda Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs vәzifәli şәxs kimi göstәrilsә dә onun * saylı sahәnin növbә rәisi işlәmәsi vәzifәli şәxs olması anlamına gәlmir. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs hәmişәki kimi, hadisә baş verәn gün dә vәzifә tәlimatı üzrә üzәrinә düşәn bütün öhdәliklәrini yerinә yetirmişdir. Zәrәrçәkmişin üzәrindә forma, kaska, әlcәk vә s. fәrdi mühafizә vasitәlәri olmuşdur. Onların gördüklәri iş üzrә maye keçirmәyәn plaş, kombinzon istifadәsi nәzәrdә tutulmamış, ona bununla bağlı hәr hansı göstәriş verilmәmişdir. Cinayәt işinin başlanmasının rәdd edilmәsi haqqında qәrarın özündәn dә görünür ki, zәrәrçәkmiş şәxsin әmәllәrindә tәlimat üzrә qaydaların pozulması aşkar olunur. Zәrәrçәkmiş şәxs uzun müddәtdir inqibitor işlәrini görür, hadisә baş verәn gün dә bir neçә dәfә hәmin әmәliyyatı hәyata keçirmiş vә heç bir xoşagәlmәz hal baş vermәmişdir. Yәqin ki, zәrәrçәkmiş şәxs özgüvәn vә arxayınlıq göstәrәrәk әlcәklәrdәn düzgün istifadә etmәdiyi, yaxud ehtiyatsızlıq etdiyi üçün mәhz özünün tәqsiri üzündәn hadisәnin baş vermәsinә sәbәb olmuşdur. Mәhkәmәdә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs idarәdә qeyd edilәn iş üzrә sәbәb kimi göstәrilәn sukeçirmәyәn plaş (kombinzon) olmadığını (hәmin geyiminin iş şәraitindә istifadә olunarsa başqa tәhlükә yaradıbyaratmayacağı mәlum deyil), onun hәmin geyimi almaq, istifadә etmәk vә ya etdirmәk sәlahiyyәtinin olmadığını bildirdikdә, mәhkәmә ona “әgәr lazımlı geyim vә şәrait yoxdursa, işçini işә burxmazdın, imtina edәrdin işin icrasından” demişdir. Bununla bağlı bildirmәk istәyirәm ki, göstәrilәn qurğu fasilәsiz işlәyәn qurğudur vә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs işi dayandırmaq kimi imkanı yoxdur. Hәmçinin, zәrәrçәkmiş şәxsin qol nahiyәsinә tökülmüş maddәnin kimyәvi tәrkibi elәdir ki, onun töküldüyü anda vә ya 30 dәqiqә müddәtindә adi su ilә yuduqda heç bir hal baş vermir. Zәrәrçәkmiş şәxs bunu bildiyi halda etmәmiş, heç kәsә bu barәdә mәlumat vermәmiş, hәtta gün әrzindә işini davam etdirmişdir. Ancaq 4-5 gündәn sonra qolunda qızartı görüb hәkimә müraciәt etdikdәn sonra bu barәdә hamı ilә bәrabәr Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs xәbәri olmuşdur. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs uzun illәrdir neft sahәsindә çalışır, işinin ustasıdır, heç vaxt bu cür hadisә ilә qarşılaşmayıb. Mәhkәmә isә yuxarıda qeyd edilәnlәri nәzәrә almayaraq, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs inzibati mәsuliyyәtә cәlb edilmәsi barәdә qәrar qәbul etmişdir. Hesab edirlәr ki, hәmin qәrar әdalәtsiz, әsassız qәrardır, nәinki, insanları inzibati xәta törәtmәkdәn çәkindirmir, әksinә illәrlә zәhmәtlә xidmәt göstәrәn sadә insanların, dövlәtә, dövlәtçiliyә, konstitusion hüquqların tәminatına inamını sarsıdır, ruhdan salır. İş materiallarından da göründüyü kimi, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs әmәlindә İXM-nin 198.2-ci maddәsinin tәrkibi yaranmır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә İnzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya instansiya mәhkәmәsi apelyasiya şikayәtinin dәlillәri ilә bağlı birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә üzrә dәyәrlәndirmә apararaq hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn gәlinәn nәticә dәyişdirilmәdәn saxlanılmalı, apellyasiya şikayәti tәmin edilmәmәlidir. Apellyasiya instansiya mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. Birinci instansiya mәhkәmәsinin Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs qeyd edilәn inzibati xәta üzrә tәqsirli bilinmәsinә dair yekun nәticәyә gәlәrkәn tәdqiq edilmәklә qiymәtlәndirilәn sübutlara düzgün istinad etdilmәklә, onlara hüquqi qiymәt verilmәsi barәdә gәldiyi nәticә ilә razılaşdığından, apellyasiya instansiya mәhkәmәsi hәmin sübutların mәzmununu hazırki qәrarda tәkrarlamağa zәrurәt görmür. İnzibati Xәtalar Mәcәllәsinin 198.2-ci maddәsinә әsasәn texniki tәhlükәsizlik vә ya әmәk mühafizәsinin başqa qaydalarına riayәt edilmәsi vәzifәsi hәvalә edilmiş şәxs tәrәfindәn bu qaydaların pozulması nәticәsindә ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zәrәrin vurulması inzibati xәta tәrkibi yaradır. İnzibati Xәtalar Mәcәllәsinin 48-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan, inzibati xәta törәtmiş şәxsi aşkar etmәkdәn vә onu inzibati mәsuliyyәtә cәlb etmәkdәn, çıxarılmış qәrarın icrasını tәmin etmәkdәn, habelә inzibati xәtanın törәdilmәsinә kömәk edәn sәbәblәri vә şәraiti aşkar etmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir. İnzibati Xәtalar Mәcәllәsinin 76.1-ci maddәsinә әsasәn inzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi orqanın (qurumun) informasiya sistemindә, habelә digәr dövlәt informasiya sistemlәrindә (ehtiyatlarında) aşkar olunan mәlumatlarla, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. Bununla әlaqәdar apellyasiya instansiya mәhkәmәsi qeyd edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İХM-nin 198.2-ci maddәsindә nәzәrdә tutulmuş inzibati хәtanı törәtmәsi barәdә qәnaәtә gәlәrkәn Azәrbaycan Respublikası İnzibati Хәtalar Mәcәllәsinin 75-85-ci maddәlәrinin tәlәblәrinә әmәl edәrәk inzibati хәta törәtmiş şәхsin ona istinad olunmuş inzibati хәtanı törәtmәsi haqda mötәbәr nәticәyә gәlmәk üçün kifayәt qәdәr sübutlar toplamış vә bu sübutların hәr birinin mәnsubiyyәti, mümkünlüyü vә mötәbәrliyi qiymәtlәndirilәrәk işin faktiki hallarına uyğun olan yekun qәrarı qәbul edilmişdir. Növbә rәisi vәzifәsindә işlәyәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs vәzifәsi yalnız tabeçiliyindә olan işçilәri tәlimatlandırmaqla mәhdudlaşmır, onun vәzifәsi hәmçinin tabeçiliyindә olan işçilәrin işinә nәzarәt edilmәsi, sahәdә texniki tәhlükәsizlik vә әmәyin qorunması normalarını tәmin etmәkdәn ibarәtdir. İndiki halda Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs qeyd edilәn vәzifәlәrini yerinә yetirmәmәsi, yәni tabeçiliyindә olan işçinin işinә nәzarәt etmәmәsi, onun işlәdiyi sahәdә texniki tәhlükәsizlik vә әmәyin qorunması normalarını tәmin etmәmәsi nәticәsindә zәrәrçәkmiş şәxsin sağlamlığına yüngül zәrәr vurulmasına sәbәb olmuşdur. Belә ki, növbә rәisi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs maşinist Zәrәrçәkmiş şәxs kimyәvi yandırıcı xassәyә malik olan inqibitorun, әynindә xüsusi qoruyucu maye keçirmәyәn plaş, kombinizon vә.s. geyinmәdәn çәnә vurulmasına yol verdiyinә, buna nәzarәt etmәdiyinә görә mәlum hadisә baş vermişdir. Mәhkәmә tәhlükәsizlik texnikası ekspertizasının ## #### 2026-cı il tarixli *-**-**-**/*-***/**** saylı rәyindә dә göstәrilmişdir ki, maşinist vәzifәsindә işlәyәn Zәrәrçәkmiş şәxs iş zamanı kimyәvi, yandırıcı xassәyә malik olan inqibitorun çәnә vurulması işini, әynindә xüsusi qoruyucu maye keçirmәyәn (plaş, kombinzon vә.s) geyim olmadan hәyata keçirmәsinә yol verildiyinә görә «İşçilәrin mühafizә vasitәlәri»12.4.011-89.Dövlәtlәrarası standartın 2.1, 2.3-cü bәndlәrinin tәlәblәri yuxarıda göstәrilәn vәzifә tәlimatına uyğun olaraq sahә rәisi vә növbә rәisi tәrәfindәn pozulmuşdur. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs da hadisә vaxtı әmәyin tәhlükәsizliyinә cavabdeh şәxs olmuşdur. Belә olan halda apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsi şәхsin barәsindә inzibati qaydada tәnbeh tәtbiq edilmәsi ilә bağlı bütün halların hәrtәrәfli, tam vә obyektiv araşdırılmasını tәmin etmiş, qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәnbeh olunan әmәli törәtmәsinә dair işin faktiki hallarına uyğun olan nәticәyә gәlmiş vә onun hәmin әmәlini Azәrbaycan Respublikası İnzibati Хәtalar Mәcәllәsinin 198.2-ci maddәsi ilә düzgün qiymәtlәndirmişdir. İşin faktiki halları vә әmәlin hüquqi tövsifinә dair gәlinәn nәticә qanuni vә әsaslıdır. Apellyasiya şikayәtinin dәlillәri әmәldә inzibati xәta tәrkibinin olmaması vә inzibati tәnbeh tәtbiq edilmәsi barәdә qәrarın lәğv edilmәsi üçün әsas ola bilmәz. Konstitusiya Mәhkәmәsinin Plenumu, hәmçinin apellyasiya instansiyası mәhkәmәlәrinin diqqәtini ona cәlb etmәyi lazım bilir ki, onlar birinci instansiya mәhkәmәsinin faktlar nöqteyi nәzәrindәn qanuni vә әsaslı, mahiyyәt üzrә düzgün olan qәrarının yalnız formal mülahizәlәrә görә lәğv edilmәsindәn çәkinmәlidirlәr (Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2019-cu il tarixli Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 38.1 vә 430.4-cü maddәlәrinin әlaqәli şәkildә şәrh edilmәsinә dair Qәrarı). Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Belәliklә apelyasiya instansiya mәhkәmәsi hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası İXM-nin 133-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-496/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-496/2026
05.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver