Məhkəmə qərarları › İş №3(3-8)-497/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-497/2026

10.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-497/2026 10.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimi Mәmmәdov Elçin Qüdrәt oğlunun sәdrliyi, Mәmmәdli Sevinc Əbülfәz qızının katibliyi ilә, Sumqayıt şәhәri üzrә İcra İdarәsinin icra mәmuru X2, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs iştirakları ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 529.1-ci maddәsi ilә tәrtib edilmiş inzibati xәta haqqında protokolla bağlı qәbul olunmuş Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli ##.##.2026-cı il tarixli qәrarından icra mәmuru Orxan Bağırov tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio vә video yazı aparılmaqla keçirilәn açıq mәhkәmә iclasında baxaraq, Müəyyən etdi: Sumqayıt şәhәri üzrә İcra İdarәsinin icra mәmuru İsayev Tural Cәfәr oğlu tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 529.1-ci maddәsi ilә ##.##.2026-cı il tarixli MN seriyalı ******* saylı inzibati xәta haqqında protokol tәrtib edilәrәk baxılması üçün aidiyyәti üzrә Sumqayıt Şәhәr Mәhkәmәsinә göndәrilmişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli ##.##.2026-cı il tarixli qәrarı ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә İXM-nin 529.1-ci maddәsi ilә başlanmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi vә icra sәnәdinin icrası istiqamәtindә mәcburi icra tәdbirlәri davam etdirilmәsi qәrara alınmışdır. (hakim Samir İsmayılov) Birinci instansiya mәhkәmәsinin qәrarından narazı qalan Sumqayıt şәhәri üzrә İcra İdarәsinin icra mәmuru X2 apellyasiya şikayәti verәrәk, mәhkәmәnin qәrarının lәğv edilmәsini vә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MN seriyalı ******* nömrәli, ## #### 2026-cı il tarixli inzibati xәta haqqında protokol әsasında inzibati mәsuliyyәtә cәlb edilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, Konstitusiya mәhkәmәsәnin ##.##.2026cı il tarixli qәrarında İnzibati Xәtalar Mәcәllәsinin 150.7-ci maddәsinә müvafiq olaraq, barәsindә inzibati cәrimә növündә tәnbeh tәtbiq edilәn fiziki şәxs işlәmirsә, yaxud onun әmәk haqqından vә ya digәr gәlirlәrindәn inzibati cәrimәnin ödәnilmәsi mümkün deyildirsә, elәcә dә hüquqi şәxsin banklarda vә digәr kredit tәşkilatlarında hesabları barәdә mәlumat vә ya hüquqi şәxsin hesabında pul vәsaiti olmadıqda, yaxud cәrimә könüllü qaydada ödәnilmәdikdә inzibati cәrimә tәtbiq etmә haqqında qәrar “İcra haqqında” Azәrbaycan Respublikasının Qanununda (bundan sonra - “İcra haqqında” Qanun) nәzәrdә tutulmuş qaydada mәcburi icraya yönәldilir. Hesab edir ki, inzibati cәrimәni icraya yönәldәn inzibati orqan borclunun әmlak gәlirinin olmaması sәbәbindәn inzibati cәrimә tәtbiq edilmәsi haqqında qәrarı icraya yönәltmişdir. Əlavә olaraq qeyd olunur ki, “Elektron İcra” İnformasiya Sisitemi tәtbiq olunduğu vaxtdan etibarәn borclulara vә icra sәnәdi üzrә digәr tәrәf olan şәxslәr barәsindә lazımi mәlumatların real vaxt rejimindә әldә edilmәsini mümkün vәziyyәtә gәtirmiş, әlavә olaraq hәr hansı sorğuların cavablarının uzun müddәt gözlәnilmәsi yükündәn hәmçinin mәhkәmә vә digәr orqanların qәrarlarının daha tez vә sәmәrәli icra olunmasına zәmin yaratmışdır. Buda öz növbәsindә vәtәndaş mәmnunluğuna bir başa xidmәt etmişdir. Bu mәlumatlar hәmçinin “Elektron Mәhkәmә” informasiya sisteminә inteqrasiya etmişdir. Qәrardadda göstәrilәn 10 günlük könüllü icra müddәtinә münasibәtdә qeyd olunmalıdır ki, Konstitusiya mәhkәmәsinin ##.##.2026-cı il tarixli qәrarında “İnzibati Xәtalar Mәcәllәsinin 101.1-ci maddәsi bir qayda olaraq inzibati xәta haqqında protokolun inzibati xәtanın törәdilmәsi faktı aşkar edildikdәn dәrhal sonra tәrtib edilmәsini tәlәb edir” müddәası borclunun ##.##.2026-cı il tarixdә icra idarәsindә olan zaman ona cәrimәnin ödәnilmәsi üçün möhlәt verilmәsi lakin ##.##.2026-cı il tarixdә onun icra idarәsinә yaxınlaşaraq borcu ödәyә bilmәyәcәyi barәdә izahat vermәsi artıq onun inzibati cәrimәni könüllü müddәtdә ödәmәyәcәyini göstәrmiş, inzibati xәtanın törәdilmәsi faktının aşkar edilmәsinә vә barәsindә dәrhal protokol tәrtib edilmәsi zәrurәti yaratmışdır. Bundan әlavә burada mәqsәd Konstitusiya Mәhkәmәsinin ##.##.2026-cı il tarixli qәrarında göstәrilәn müddәtlәrin ötürülmәmәsi olmuşdur hansı ki, qeyd olunan inzibati tәnbeh vermә haqqında haqqında cәrimә qәrarının ##.##.2026-ci il tarixdә icra idarәsinin icraatına daxil olmasını nәzәrә alsaq ümumilikdә icraya yönәldikdәn sonrakı 2 ay müddәti yәni İXM-nin 150.9cu maddәsinә müvafiq olaraq, fiziki vә ya vәzifәli şәxs barәsindә inzibati cәrimә növündә inzibati tәnbeh tәtbiq etmә haqqında sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) mәcburi icraya yönәldilmiş qәrarı 2 ay müddәtindә icra olunmadıqda ona İXM-nin 529.1-ci maddәsi maddәsi ilә protokol tәrtib etmәsini tәlәb edir. Tәbii ki, İnzibati Xәtalar Mәcәllәsinin müddәtin keçmәsinә görә mәsuliyyәtdәn azad etmәni nәzәrdә tutan 38.1-ci maddәsinә әsasәn, “inzibati tәnbeh inzibati xәtanın törәdildiyi gündәn әn geci dörd ay keçәnәdәk verilә bilәr” müddәasını da nәzәrә alaraq ümumilikdә 6 aylıq müddәtin sonu 2026-cı ilin iyun ayında yekunlaşması da protokolun tәrtib edilmәsinin intensivliyini artırmışdır. Prosessual məsələlər: Apellyasiya instansiya mәhkәmәsinin iclasında iştirak edәn icra mәmuru Orxan Bağırov apellyasiya şikayәtinin dәlillәrinә uyğun izahat verәrәk, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MN seriyalı ******* nömrәli, ## #### 2026-cı il tarixli inzibati xәta haqqında protokol әsasında inzibati mәsuliyyәtә cәlb edilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etdi. Apellyasiya instansiya mәhkәmәsinin iclasında iştirak edәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәtinin dәlillәrinә etiraz edәrәk, şikayәtin tәmin edilmәmәsini, birinci instansiya mәhkәmәsinin qәrarının dәyişdirilmәdәn saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn, inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә şikayәtin dәlillәrini iş materialları ilә әlaqәli şәkildә araşdırıb, tәdqiq olunmuş sübutlara qiymәt verәrәk hesab edir ki, apellyasiya şikayәti qismәn tәmin edilmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli ##.##.2026-cı il tarixli qәrarı lәğv edilmәklә, yeni qәrar qәbul edilmәklә inzibati mәsuliyyәtә cәlb etmә müddәtinin keçmәsi әsası ilә icraata xitam verilmәlidir. Apellyasiya instansiya mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. İş materiallarına әlavә edilmiş * saylı RETSİ-nin rәisi Asif Mәcidov tәrәfindәn qәbul edilmiş MN seriyalı ******* nömrәli, ## ######## 2024-cü il tarixli “İnzibati tәnbeh vermә haqqında” qәrardan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İXM-nin 237.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәyә görә 2000 manat mәblәğindә cәrimә edilmişdir. İş materiallarında olan Sumqayıt şәhәri üzrә İcra İdarәsinin icra mәmuru X2 tәrәfindәn qәbul edilmiş ##.##.2026-cı il tarixli “İcraata başlamaq haqqında” qәrardan görünür ki, * saylı RETSİ-nin MN seriyalı ******* nömrәli, ## ######## 2024-cü il tarixli icra sәnәdi üzrә icraata başlanılmışdır. İş materiallarında olan * saylı RETSİ-nin rәisi Asif Mәcidov tәrәfindәn qәbul edilmiş ** nömrәli, ##.##.2025-ci il tarixli “İnzibati tәnbeh vermә haqqında qәrarın mәcburi icraya yönәldilmәsi haqqında” qәrardan görünür ki, * saylı RETSİ-nin rәisi Asif Mәcidov tәrәfindәn qәbul edilmiş MN seriyalı ******* nömrәli, ## ######## 2024-cü il tarixli qәrarına әsasәn 2000 manat mәblәğindә cәrimә vә 1200 manat mәblәğindә dәbbә pulu hesablanmaqla cәmi 3200 manat mәblәğindә vәsaitin Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs alınaraq ödәnilmәsinә dair qәrar icra olunması üçün Sumqayıt şәhәri üzrә İcra İdarәsinә göndәrilmişdir. İXM-nin 529.1-ci maddәsindә әsasәn yol hәrәkәti qaydaları әleyhinә olan inzibati xәtaların vә bu Mәcәllәnin 353.1, 353.2, 353.4 vә ya 353.5-ci maddәlәrindә nәzәrdә tutulan inzibati xәtaların törәdilmәsinә görә inzibati cәrimә istisna olmaqla, inzibati cәrimә növündә inzibati tәnbeh tәtbiq etmә haqqında sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) qәrarının qanuni qüvvәyә mindiyi gündәn 3 ay müddәtindә qanunla müәyyәn edilmiş әsaslar olmadan icra edilmәmәsinә inzibati mәsuliyyәt nәzәrdә tutulmuşdur. İXM-nin 529.1-ci maddәsinin dispozisiyasından da göründüyü kimi barәsindә inzibati tәnbeh tәtbiq edilmiş şәxsin, konkret halda Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs hazırki işә münasibәtdә icra mәmurunun icraata başlamaq haqqında qәrar qәbul etdiyi gündәn (##.##.2026-cı ildәn) 3 ay müddәtindә icra edilmәmәsi ilә inzibati mәsuliyyәt yaranır. Bu müddәt ##.##.2026-cı ildәn hesablandıqda ##.## 2026-cı ildә bitir. Yәni ##.##.2026-cı il tarixdәn sonra inzibati xәta hadisәsi törәdilmiş hesab olunur. Lakin hazırki iş üzrә inzibati xәta haqqında protokol ##.##.2026-cı il tarixdә tәrtib olunmuş vә hәmin gün baxılması üçün birinci instansiya mәhkәmәsinә göndәrilmişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli qәrarı ilә İXM-nin 529.1-ci maddәsi ilә başlanmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmişdir. Apellyasiya mәhkәmәsi qeyd edir ki, Sumqayıt Şәhәr Mәhkәmәsi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә qәrarında göstәrilәn әsaslarla icraata xitam verәrkәn yanlışlığa yol vermişdir. Apellyasiya qaydasında verilmiş şikayәtә baxılmaqla qәrar qәbul edilәnәdәk ümumilikdә ##.##.2026-cı il tarixdәn hazırki qәrar qәbul olunan ##.##.2026-cı il tarixәdәk olan müddәt 4 ay 3 gün tәşkil edir. Belә olan halda İXM-nin 38.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati mәsuliyyәtә cәlb etmә müddәti keçmişdir. Belә ki, Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 53.1.6-cı maddәsinә әsasәn İXM-nin 38-ci maddәsindә nәzәrdә tutulmuş müddәtlәr başa çatdıqda inzibati xәtalar haqqında işlәr üzrә icraat başlanıla bilmәz, başlanmış icraata isә xitam verilir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 38.1-ci maddәsinә әsasәn inzibati tәnbeh inzibati xәtanın törәdildiyi gündәn әn geci dörd ay keçәnәdәk verilә bilәr. İş materiallarına әsasәn apellyasiya mәhkәmәsi qeyd edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn İXM-nin 529.1-ci maddәsindә nәzәrdә tutulan inzibati xәta törәdilmәsindә tәqsirliliyi sübuta yetirilir, onun bu әmәli nәzәrdә tutulan mәsuliyyәti yaratsa da, inzibati mәsuliyyәtә cәlb etmә müddәtinin keçmәsi iş üzrә başlanmış inzibati icraata xitam verilmәsi üçün әsas olduğundan, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İXM-in 529.1-ci maddәsi ilә tәqsirli bilinmәli vә inzibati mәsuliyyәtә cәlb etmә müddәti keçdiyindәn iş üzrә icraata xitam verilmәlidir. Apelllyasiya mәhkәmәsi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İXM-nin 529.1-ci maddәsilә tәrtib edilmiş MN seriyalı ******* nömrәli, ## #### 2026-cı il tarixli inzibati xәta haqqında protokol әsasında inzibati mәsuliyyәtә cәlb edilmәsinә dair şikayәtin dәlili ilә әlaqәdar qeyd edir ki, İnzibati Xәtalar Mәcәllәsinin tәlәbinә әsasәn qanunda nәzәrdә tutulan müddәt keçәrsә xәtanı törәdәn şәxsә inzibati tәnbeh tәdbiri tәtbiq edilә bilmәz. Qeyd olunanlara әsasәn apellyasiya instansiya mәhkәmәsi belә nәticәyә gәlir ki, apellyasiya şikayәti qismәn tәmin edilmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli ##.##.2026-cı il tarixli qәrarı lәğv edilәrәk iş üzrә yeni qәrar qәbul edilmәli, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 529.1-ci maddәsi ilә tәqsirli bilinmәli vә barәsindә inzibati xәta haqqında işin icraatına inzibati mәsuliyyәtә cәlb etmә müddәtinin keçmәsi әsası ilә xitam verilmәlidir. İnzibati Xәtalar Mәcәllәsinin 53.1.6-cı maddәsinә görә bu Mәcәllәnin 38-ci maddәsindә nәzәrdә tutulmuş müddәtlәr başa çatdıqda inzibati xәtalar haqqında işlәr üzrә icraat başlanıla bilmәz, başlanmış icraata isә xitam verilir. İnzibati Xәtalar Mәcәllәsinin 134.1.3-cü maddәsinә görә bu Mәcәllәnin 53-cü maddәsindә nәzәrdә tutulan hallardan biri mövcud olduqda inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi haqqında qәrar çıxarılır. Göstәrilәnlәrә әsasәn Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 38, 53, 134.1.3-cü maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDİ: Apellyasiya şikayәti qismәn tәmin edilsin. Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli ##.##.2026-cı il tarixli qәrarı lәğv edilsin vә hazırki qәrarın tәsviri әsaslandırıcı hissәsindә göstәrilәn әsasla iş üzrә yeni qәrar qәbul edilsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 529.1-ci maddәsi ilә tәqsirli bilinsin vә Azәrbaycan Respublikası İXM-nin 38.1-ci maddәsinә әsasәn inzibati mәsuliyyәtә cәlb etmә müddәtinin keçmәsi әsası ilә iş üzrә icraata xitam verilsin. Azәrbaycan Respublikası İXM-nin 138.1.3-cü maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan şikayәt vә ya protest verilmәsi hüququ Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsindә nәzәrdә tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar