Məhkəmə qərarları › İş №3(3-8)-498/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-498/2026

10.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-498/2026 10.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X2 katibliyilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Rəhimov İlahişükür İsrayıl oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3 iştirakları ilə, «xxxx» MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 233.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Zəngilan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (bundan sonra mətndə RETSİ) rəisi Vüsal İbrahimli tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Zəngilan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə hüquqi şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. (hakim Gülsarə İmanova) İşin halları: Hüquqi şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinin tələblərini pozması barədə ** saylı RETSİ tərəfindən tərtib edilmiş MN ******* nömrəli, ## #### 2026-cı il tarixli inzibati xəta haqqında protokol baxılması üçün Zəngilan Rayon Məhkəməsinə göndərilmişdir. ** saylı RETSİ tərəfindən tərtib edilmiş MN ******* nömrəli, ## #### 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ünvan 1 ərazisində ##.##.2025-ci il tarixdə ətraf mühitə atılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən (norma:5 mq/m3 ) artıq olması (5.5 mq/m3 ) faktı müəyyən edilmiş və nəticədə «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokola baxan birinci instansiya məhkəməsinin hakimi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Qərardan ** saylı RETSİ-nin rəisi Vüsal İbrahimli apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və "xxxx” MMC barəsində İXM-nin 233.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassız olmuş, maddi va prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Zəngilan Rayon Məhkəməsi qərarında akt və protokol tərtib olunarkən Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi tərəfindən heç bir xəbər verilmədiyí, bildiriş göndərilmədiyi, protokol tertib etmiş orqan tərəfindən hüquqi şəxsə qanunvericiliyin tələblərini pozduğundan barəsində İXM-nin 233.1-ci maddəsi ilə protokol tərtib ediləcəyi barədə rəsmi bildiriş göndərilmədiyi, tərtib olunmuş aktı da "xxxx” MMC-yə imzalanması üçün təqdim olunmaması qeyd edilmiş və "xxxx” MMC-nin obyektində hava təmizləyici filtr mövcud olduğu üçün İXM-nin 233.1.-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Ekologiya ve X4 yanında X1 Monitorinq İdarəsi tərəfindən ** saylı RETSİ-nin inzíbati ərazisi olan ünvan 1 ərazisində fəaliyyət gösterən "xxxx” MMCdə aparılmış monitorinq zamanı restoranda manqaldan istifadə olunduğu lakin, atmosfer havasına atılan zərərli qaz qarışıqlarının qarşısının alınması üçün qaz toztutucu təmizləyici qurğunun quraşdırılmadığı müəyyən edilmişdir. Həmçinin aparılan monitorinq zamanı manqal fəaliyyətdə olarkən tüstü bacanın ətraf ərazisinde səyyar cihaz BOSEAN vasitəsi ile ölçmə işləri aparılmış, ölçmə nəticəsində dəm qazının miqdarının CO-5,5 mg/m³ (norma:5,0 ma/m3) təşkil edərək, ətraf mühit üçün yol verilən hədd normasından artıq olduğu öz əksini tapmış və "xxxx" MMC-nin əməkdaşlarının iştirakı ilə ##.##.2025-ci il tarixli ****** nömrəli akt tərtib edilmiş lakin "xxxx MMC-nin əməkdaşı özünü Elsevər Abdulzadə kimi təqdim edən şəxs aktın tərtibatında iştirak etsə də akta imza çəkməkdən imtina etmişdir. "xxxx” MMC-nin rəhbəri X3 tərəfindən qanun pozuntusu aşkar olunduqdan sonra iaşə obyektinin fəaliyyəti művəqqəti olaraq dayandırılmış va qaz toztutucu qurğu quraşdırıldıqdan sonra iaşə obyekti yenidən fəaliyyətə başlamış, lakin sözügedən qurğuya baxış keçirilərkən qurğudan yağ axdığı üçün texniki göstəricilərə cavab verilmədiyi müşahidə edilmişdir. Beləliklə, monitorinq zamanı ünvan 1 ərazisində fəaliyyət göstərən "xxxx” MMC-də manqaldan istifadə zamanı tüstü bacasından atmosfer havasına atılan zərərli qaz qarışığının miqdarı müəyyən olunmuş normalardan artıq olduğu üçün "Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunun 10, 27ci maddələrinin və "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanunun 30, 32-ci maddələrinin tələbləri pozulmuşdur. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi məhkəmə tərəfindən “Ətraf mühitin mühafizəsi haqqında" və "Atmosfer havasının mühafizəsi haqqında Azərbaycan Respublikası Qanunları düzgün tövsif olunmamış, işin bütün halları nəzərə alınmamışdır. Prosessual məsələlər : Apellyasiya instansiyası məhkəməsində ** saylı RETSİ-nin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib şikayətinin dəlillərinə uyğun çıxış edərək bildirdi ki, “xxxx” MMC tərəfindən atmosfer havasına atılan zərərli qaz qarışıqlarının qarşısının alınması üçün qaz toztutucu təmizləyici qurğu quraşdırılmamış və nəticədə manqaldan istifadə olunduğu zaman tüstü bacasından atmosfer havasına atılan zərərli qaz qarışığının miqdarı müəyyən olunmuş normalardan artıq olmuşdur. Belə olan halda "xxxx” MMC barəsində İXM-nin 233.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin iclasında "xxxx” MMC-nin nümayəndəsi apellyasiya şikayətinə etiraz etdiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, monitorinq keçirilən zaman cəmiyyətin nümayəndəsi monitorinqdə iştirak etməmişdir. Restoranın daxilində müvafiq mexaniki qurğu quraşdırılmışdır. Bütün filtirlərdə qaz karbonu var, onun hansı dərəcədə təmizləndiyini yalnız cihaz ölçə bilər. Onun mətbəxinin içərsində filtir olmuş, lakin tullantının hansı dərəcədə təmizlənməsini ölçən cihazın quraşdırılmalı olmasını bilməmişdir. Hüquqi məsələlər : Azərbaycan Respublikasının İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi inzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin olunmalı, Zəngilan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ləğv ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraatın materialları yenidən baxılması üçün Qubadlı Rayon Məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiya məhkəməsi gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Zəngilan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı onunla əsaslandırılmışdır ki, protokolu tərtib etmiş orqan tərəfindən hüquqi şəxsə qanunvericiliyin tələblərini pozduğundan barəsində İXM-nin 233.1-ci maddəsi ilə protokol tərtib ediləcəyi ilə bağlı rəsmi olaraq bildiriş göndərilməmiş, tərtib olunmuş akt «xxxx» MMC-yə imzalanması üçün təqdim olunmamış, ** saylı RETSİ tərəfindən təqdim olunmuş fotoşəkillərə əsasən «xxxx» MMC-nin obyektində hava təmizləyici filtr mövcud olmuş və bu onu göstərir ki, hüquqi şəxsin əməlində İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmamışdır. İş materiallarında olan ** saylı RETSİ tərəfindən tərtib edilmiş ***** nömrəli, ## #### 2026-cı il tarixli aktın məzmunundan görünür ki, aparılan monitorinq zamanı ünvan 1 ərazisində fəaliyyət göstərən “xxxx” MMC-də manqaldan istifadə zamanı tüstü bacasından atmosfer havasına atılan dəm qazının miqdarı 5.5 mq/m3 (norma:5 mq/m3 ) təşkil edərək ətraf mühit üçün yol verilən norma daxilindən artıq olması faktı aşkar edilmiş və hüquqi şəxsin direktotu olan X3 aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan ** saylı RETSİ tərəfindən tərtib edilmiş MN ******* nömrəli, ## #### 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs «xxxx» MMC ünvan 1 ərazisində ##.##.2025-ci il tarixdə ətraf mühitə atılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən (norma:5 mq/m3 ) artıq olması (5.5 mq/m3 ) faktı nəticəsində «xxxx» MMC Azərbaycan Respublikasının İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və cəmiyyətin direktoru olan X3 potokolu imza etməkdən imtina etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Monitorinq idarəsi tərəfindən tərtib edilmiş ****** nömrəli, ## ######## 2025ci il tarixli aktdan görünür ki, ** saylı RETSİ-nin inzibati ərazisində fəaliyyət göstərən “xxxx» iaşə obyektində aparılmış monitorinq zamanı restoranda manqaldan istifadə olunduğu atmosfer havasına atılan zərərli qaz qarışıqlıqlarının qarşısının alınması üçün qaz toztutucu təmizləyici qurğunun quraşdırılmadığı müəyyən edilmiş, tərəflərindən manqal fəaliyyətdə olduğu tüstü bacanın ətraf ərazisində səyyar cihaz BOSEAN vasitəsi ilə ölçmə işləri aparılmış, ölçmə nəticəsində dəm qazı CO-5,5 mq/m3 (norma:5,0 mq/m3 ) təşkil edərək, ətraf mühit üçün yol verilən hədd normasından artıq olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən ünvan 1 ünvanında fəaliyyət göstərən «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinə ünvanlanmış ****-**/*-***/**** nömrəli, ## #### 2026-cı il tarixli məktubun məzmunundan aydın olur ki, hüquqi şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli protokol həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən baxılması üçün Zəngilan Rayon Məhkəməsinə göndərilməsi qeyd edilmişdir. Birinci instansiya məhkəməsi də məhz yuxarıda qeyd edilən ** saylı RETSİ tərəfindən təqdim olunmuş fotoşəkillərə əsaslanaraq «xxxx» MMC-nin obyektində hava təmizləyici filtr mövcud olmasını qeyd edib «xxxx» MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 233.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam vermişdir. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, İXMnin 233.1-ci maddəsində ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Monitorinq idarəsi tərəfindən tərtib edilmiş ****** nömrəli, ## ######## 2025-ci il tarixli aktda qeyd edilmiş ölçmə cihazının nəticələri araşdırılmamışdır. «xxxx» MMC tərəfindən atmosfer havasına atılan zərərli qaz qarışığın miqdarının müəyyən edilməsi ona görə vacibdir ki, İXM-nin 233.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün ölçmə nəticəsindəki dəm qazının miqdarı ətraf mühit üçün yol verilən hədd normasından artıq olmalıdır. Həmçinin ## ######## 2025-ci il tarixli aktın tərtibində iştirak etmiş şəxslərin izahatları ilə qeyd edilən halın araşdırılmasının mümkünlüyü nəzərdən keçirilməmişdir. Apellyasiya məhkəməsi qeyd edir ki, ## #### 2026-cı il tarixli protokolun tərtibinə əsas olmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Monitorinq İdarəsinin ölçmə cihazının nəticələrinə dair müvafiq sənədlər işə baxan məhkəmə tərəfindən tələb edilərək araşdırılmadığından zəruri sənədlərin tələb edilməklə MMC barəsində tərtib edilmiş MN ******* nömrəli, ## #### 2026-cı il tarixli inzibati xəta haqqında protokol əsasında «xxxx» MMC-nin inzibati məsuliyyətinin olub-olmaması barədə məsələ araşdırılaraq əsaslı qərar qəbul edilməlidir. İşə baxan birinci instansiya məhkəməsi isə yuxarıda qeyd edilənləri nəzərə almadan, səthi araşdırma aparmaqla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatına və şəxsin əməlində inzibati xəta tərkibinin yaranması üçün zəruri olan subyektiv cəhətin olmamasına əsaslanmaqla tam və hərtərəfli araşdırma aparmadan yanlış nəticəyə gəlmişdir. Apellyasiya Məhkəməsi ** saylı RETSİ tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, həmin dəlillər ilə qismən razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mühüm əhəmiyyət kəsb edən hallar tam və hərtərəfli araşdırılmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xəta haqqında hər bir işin hallarının vaxtında, hərtərəfli, tam və obyektiv surətdə araşdırılması inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası İXM-nin 75.0.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusitexniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İXM-nin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarını məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda göstərilənlər nəzərə alınaraq inzibati işə yenidən baxılarkən ## #### 2026cı il tarixli protokolun tərtibinə əsas olmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Monitorinq İdarəsinin ölçmə cihazının nəticələrinə dair müvafiq sübutlar, yəni ölçmə nəticəsində dəm qazının məhz CO-5,5 mq/m olmasını təsdiq edən sübutların olub olmaması işə baxan məhkəmə tərəfindən ətraflı araşdırılmalı, zərurət olarsa ## ######## 2025-ci il tarixli aktın tərtibində iştirak etmiş şəxslər dəvət edilməklə izahatları alınmaqla ətraflı araşdırma aparılmalı, həmçinin işin digər halları araşdırılmalı, nəticəsindən asılı olaraq iş üzrə qanunamüvafiq qərar qəbul edilməlidir. Qeyd edilən xüsusatlar aydınlaşdırılmadan birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Həmin xüsusatların apellyasiya instansiya məhkəməsində müəyyənləşdirilməsi sonradan gəlinən nəticənin yuxarı instansiya məhkəməsində mübahisələndirilməsini mümkünsüz edəcəyindən Zəngilan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ləğv edilməli və Zəngilan Rayon Məhkəməsinin hakimi öz qərarında maddi hüquq normalarına da istinad edib fikir bildirdiyindən ədalətli məhkəmə araşdırılmasının təmin edilməsindən ötrü inzibati xəta haqqında material yenidən baxılması üçün Qubadlı Rayon Məhkəməsinə göndərilməli, şikayətçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsində əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ləğv olunsun. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Qubadlı Rayon Məhkəməsinə göndərilsin. Azərbaycan Respublikası İXM-nin 138.1.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardan kassasiya şikayəti və ya protesti verilməsi hüququ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar