Məhkəmə qərarları › İş №3(3-8)-499/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-499/2026

07.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-499/2026 07.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mәn, Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimi Ağayev Rәşadәt Əhmәd oğlu, Hüseynzadә Elsevәr Ismayıl oğlunun katibliyi, Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi ** saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin nümayәndәsi X1, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs “xxxx” MMC-nin nümayәndәsi X2 iştirakları ilә, “xxxx” MMC barәsindә Azәrbaycan Respublikası IXM-nin 253.3.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Zәngilan Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrәli qәrarından Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi ** saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin rәisi Vüsal Ibrahimli tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDIM : Zәngilan Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrәli qәrarı ilә (hakim G.K.Imanova) hüquqi şәxs «xxxx» Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin әmәlindә inzibati xәta tәrkibi olmadığından barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 253.3.1-ci maddәsi ilә başlanmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi qәrara alınmışdır. IŞIN HALLARI : Inzibati materialdan müәyyәn olunur ki, Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi ** saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsi tәrәfindәn “xxxx” MMC barәsindә Azәrbaycan Respublikası IXM-nin 253.3.1-ci maddәsi ilә MN seriyalı, ******* nömrәli, ## #### 2026-cı il tarixli inzibati xәta haqqında protokol tәrtib olunmuşdur ona görә ki, hüquqi şәxs «xxxx» Mәhdud Mәsuliyyәtli Cәmiyyәti Zәngilan rayonu, Zәngilan şәhәrindә ##.##.2026-cı il tarixindә meşә fonduna aid olmayan sahәdә 1 әdәd itburnu cinsinә mәnsub kolun texnika vasitәsi ilә kürünәrәk mәhv edilmәsi faktı nәticәsindә «xxxx» Mәhdud Mәsuliyyәtli Cәmiyyәti Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 253.3.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmişdir. Inzibati xәta haqqında protokola baxan birinci instansiya mәhkәmәsinin hakimi yuxarıda qeyd olunan qәrarı qәbul etmişdir. Qәrardan narazı qalan Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi ** saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin rәisi Vüsal Ibrahimli apellyasiya şikayәti verәrәk Zәngilan Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrәli qәrarının lәğv edilmәsi, "xxxx" MMC barәdә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 253 3.1-ci maddәsinә әsasәn inzibati tәnbeh vermәyә dair yeni qәrarın qәbul edilmәsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, mәhkәmә qәrarında Zәngilan rayonu, Zәngilan şәhәri әrazisindә baxış zamanı bir әdәd kol şәkilli әncir ağacına rast gәlinsә dә, bir әdәd itburnu koluna rast gәlinmәdiyi qeyd olunmuşdur. ** saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsi әmәkdaşları tәrәfindәn tәrtib edilmiş ##.##.2025-ci il tarixli, **/YO nömrәli baxış aktında vә akta әlavә olunmuş fotoşәkillәrdә hәmin itburnu kolu görsәnir, hәmçinin Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi yanında Dövlәt Ekoloji Ekspertiza Agentliyi tәrәfindәn verilmiş ##.##.2025-ci il tarixli, BER-**/*** nömrәli “Fövqәladә Hallar Nazirliyinin Əsaslı Tikinti Idarәsi tәrәfindәn Zәngilan şәhәrinin inzibati әrazisindә yanğından mühafizә hissәsinin tikintisi ilә әlaqәdar hazırlanmış layihә sәnәdinә dair” dövlәt ekoloji ekspertiza rәyindә әrazinin hududları daxilindә 1 (bir) әdәd itburnu kolunun mövcud olduğu qeyd edilmişdir. Hәmçinin, Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi yanırıda Dövlәt Ekoloji Ekspertiza Agentliyi tәrәfindәn verilmiş ##.##.2025-ci il tarixli, ER-22/1838 nömrә!- “Zәngilan şәhәri әrazisindә Fövqәladә Hallar Nazirliyinin Əsaslı Tikinti Idarәsi tәrәfindәn yanğından mühafizә hissәsinin tikintisi ilә әlaqәdar layihә altına düşәn yaşıllıqların köçürülmәsinә dair” dövlәt ekoloji ekspertiza rәyindә 1 (bir) әdәd itburnu kolunun parametrlәri köçürülmә üçün әlverişli olduğundan müvafiq texniki imkanlara vә mütәxәssis heyәtinә malik ixtisaslaşdırılmış qurum tәrәfindәn yaşıllıq üçün nәzәrdә tutulmuş әrazidә әkilmәli olduğu bildirilmişdir. Faktla bağlı ## #### 2026-cı il tarixli, MN ******* nömrәli inzibati xәta haqqında protokol tәrtib edilmәsi ilә bağlı X3 bildiriş mәktubu verilmiş vә ona araşdırma ilә әlaqәdar mәsәlәlәr izah olunmuşdur. Mәlumat üçün bildiririk ki, bildiriş mәktubu verilәn zaman X3 birbaşa rәhbәri dә onunla birlikdә idi. Sözügedәn әrazidә şifahi sorğu aparılan zaman Eldar bәy bu mәsәıә ilә bağlı öz rәhbәrliyini xәbәrdar etdiyini dә bildirmişdir. Qeyd olunanlardan da göründüyü kimi mәhkәmә tәrәfindәn “Yaşıllıqların mühafizәsi haqqında” Azәrbaycan Respublikasının Qanunu vә ‘'Yaşıllıqların götürülmәsi haqqında” Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin *** nömrәli Qәrarı düzgün tövsif olunmamış, işin bütün halları nәzәrә alınmamışdır. PROSES IŞTIRAKÇILARININ IZAHATLARI : Apellyasiya mәhkәmәsinin iclasında iştirak edәn inzibati xәta haqqında protokolu tәrtib etmiş orqanın nümayәndәsi X1 apellyasiya şikayәtini müdafiә edib, әlavә olaraq qeyd etdi ki, mәhkәmә qәrarında Zәngilan şәhәri әrazisindә baxış zamanı bir әdәd kol şәkilli әncir ağacına rast gәlinsә dә, bir әdәd itburnu koluna rast gәlinmәdiyi qeyd olunması ilә әlaqәdar qeyd etdi ki, ** saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsi әmәkdaşları tәrәfindәn tәrtib edilmiş ## ###### 2025-ci il tarixli baxış aktında vә akta әlavә olunmuş fotoşәkillәrdә hәmin itburnu kolu görünür, hәmçinin Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi yanında Dövlәt Ekoloji Ekspertiza Agentliyi tәrәfindәn verilmiş ## ###### 2025-ci il tarixli “Fövqәladә Hallar Nazirliyinin Əsaslı Tikinti Idarәsi tәrәfindәn Zәngilan şәhәrinin inzibati әrazisindә yanğından mühafizә hissәsinin tikintisi ilә әlaqәdar hazırlanmış layihә sәnәdinә dair” dövlәt ekoloji ekspertiza rәyindә әrazinin hüdudları daxilindә 1 (bir) әdәd itburnu kolunun mövcud olduğu bildirilib. Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi yanırıda Dövlәt Ekoloji Ekspertiza Agentliyi tәrәfindәn verilmiş ## ###### 2025-ci il tarixli “Zәngilan şәhәri әrazisindә Fövqәladә Hallar Nazirliyinin Əsaslı Tikinti Idarәsi tәrәfindәn yanğından mühafizә hissәsinin tikintisi ilә әlaqәdar layihә altına düşәn yaşıllıqların köçürülmәsinә dair” dövlәt ekoloji ekspertiza rәyindә 1 (bir) әdәd itburnu kolunun parametrlәri köçürülmә üçün әlverişli olduğundan müvafiq texniki imkanlara vә mütәxәssis heyәtinә malik ixtisaslaşdırılmış qurum tәrәfindәn yaşıllıq üçün nәzәrdә tutulmuş әrazidә әkilmәli olduğu bildirilmişdir. Faktla bağlı ## #### 2026-cı il tarixli inzibati xәta haqqında protokol tәrtib edilmәsi ilә bağlı X3 bildiriş mәktubu verilmiş vә ona araşdırma ilә әlaqәdar mәsәlәlәr izah olunmuşdur. Apellyasiya instansiya mәhkәmәsinin iclasında iştirak edәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs “xxxx” MMC-nin nümayәndәsi X2 apellyasiya şikayәtinin dәlillәrinә etiraz edәrәk şikayәtin tәmin edilmәmәsini vә birinci intansiya mәhkәmәsinin qәrarının dәyişdirilmәdәn saxlanılmasını xahiş edәrәk әlavә olaraq qeyd etdi ki, әrazidә keçirilәn birinci baxış ilә ikinci baxış arasında xeyli müddәt keçmişdir. Bu müddәtdә hәtta fәsil dәyişikliyi baş vermişdir. Fotoşәkildә itburnu ilә әncir kolu eyni diametrdә göstәrilmişdir, bu mümkün deyildir. Itburnu kolunun diametri 1,8 metrdәn çox ola bilmir. Itburnu kolunu vәhşi heyvanlar da yeyirlәr. Tәbii ki, Zәngilanda bu daha realdır. Eldar Niftәliyev digәr layihәyә nәzarәt edәn şәxsdir. O, arabir onların layihәni hәyata keçirdiklәri әraziyә gәlib-getsә dә, onun bu layihә ilә әlaqәsi yoxdur. Onun müәyyәn sәnәdlәrә imza atması, sәlahiyyәti olmayan şәxsә imza etdirmә vә müvafiq sәnәdlәri tәqdim etmә hesab olunmalıdır. Eldar Nitәliyev mehmanxana kompleksinin tikintisinә nәzarәt edir. Tәqdim olunan fotoşәkillәrdәn hәmin ağacın itburnu olması sübuta yetirilmir. HÜQUQI MƏSƏLƏLƏR : Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә Inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. IXM-nin 133.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәt vә ya protest hakim vә ya vәzifәli şәxs tәrәfindәn tәkbaşına baxılır. IXM-nin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә apellyasiya şikayәtinin dәlillәrini iş materialları ilә әlaqәli şәkildә araşdırıb, tәdqiq olunmuş sübutlara qiymәt verәrәk hesab edir ki, Zәngilan Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrәli qәrarı lәğv edilmәli, yeni qәrar qәbul edilmәklә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs “xxxx” MMC IXM-nin 253.3.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtaya görә tәqsirli bilinәrәk inzibati qaydada cәrimә edilmәklә apellyasiya şikayәti tәmin edilmәlidir. Belә ki, birinci instansiya mәhkәmәsi “xxxx” MMC-nin әmәlindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 253.3.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәta tәrkibinin mövcudluğunun sübuta yetirilmәdiyi qәnaәtinә gәlәrәk inzibati xәta haqqında iş üzrә icraata xitam vermәsilә apellyasiya mәhkәmәsi aşağıda göstәrilәnlәrә әsasәn razılaşmır. Əvvәla, iş materiallarından görünür ki, ** saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin ## ###### 2025-ci il tarixli, **-YO nömrәli baxış aktında vә hәmin akta әlavә edilmiş fotoşәkillәrdә Zәngilan şәhәrinin inzibati әrazisindә yanğından mühafizә hissәsinin tikintisi ilә әlaqәdar ayrılmış әrazidә digәr 2 әdәd ağac vә 2 әdәd kol bitkisi müәyyәn edilmiş, hәmin ağacların diametri 1 әdәdi 24sm, 1 әdәdi 28 sm, 1 әdәd әncir kolu vә 1 әdәd itburnu kolundan ibarәt olması müәyyәn edilmişdir. Hәmin baxış aktı vә fotoşәkillәr sonradan Dövlәt Ekoloji Ekspertiza Agentliyinin ## ###### 2025-ci il tarixli, BER-**/*** nömrәli müsbәt rәyinin hazırlanması zamanı da әsas kimi götürülmüşdür. Bundan sonra Dövlәt Ekoloji Ekspertiza Agentliyinin ## ###### 2025-ci il tarixli, ER- **/**** nömrәli “Yaşıllıqların köçürülmәsinә dair” rәyindә Zәngilan şәhәri әrazisindә Fövqәladә Hallar Nazirliyinin Əsaslı Tikinti Idarәsi tәrәfindәn yanğından mühafizә hissәsinin tikintisi ilә әlaqәdar layihә altına düşәn 1 әdәd әncir ağacı vә 1 әdәd itburnu kolunun parametrlәrinin köçürülmә üçün әlverişli olduğu müәyyәn edilmiş vә hәmin yaşıllıqların müvafiq texniki imkanlara vә mütәxәssis heyәtinә malik ixtisaslaşdırılmış qurum tәrәfindәn köçürülәrәk yaşıllıq üçün nәzәrdә tutulmuş sahәdә әkilmәsi zәruri hesab edilmişdir. Mәhkәmә hesab edir ki, iş üzrә xüsusilә әhәmiyyәtli sübutlardan biri Azәrbaycan Respublikası Fövqәladә Hallar Nazirliyi Əsaslı Tikinti Idarәsinin rәisi tәrәfindәn ## ###### 2026-cı il tarixindә imzalanmış *-**-**/F-*/**** nömrәli qәrar vә hәmin qәrara әlavә edilmiş “Yaşıllığın götürülmәsi vәrәqi”dir. Belә ki, hәmin rәsmi sәnәddә yaşıllığın götürülmәsinin mәqsәdi “yaşıllıqların yerinin dәyişdirilmәsi”, yaşıllığın götürüldüyü ünvan isә Zәngilan rayon X4 Hissәsinin tikintisi üçün ayrılmış әrazi kimi göstәrilmiş, götürülәcәk yaşıllığın növü konkret olaraq “әncir ağacı vә itburnu kolu”, sayı isә “1 әdәd әncir ağacı vә 1 itburnu kolu” kimi müәyyәn edilmişdir. Sәnәddә yaşıllığın götürülmәsini zәruri edәn halın hәmin yaşıllıqların tikinti layihәsinin altına düşmәsi olduğu da göstәrilmişdir. Bununla yanaşı, hәmin qәrarın icrasına dair sәnәdlәrdәn görünür ki, yaşıllıqların götürülmәsi vә köçürülmәsi işlәrinin “Yaşıllıqların götürülmәsi Qaydası”na uyğun olaraq tәchizatçı tәrәfindәn hәyata keçirilmәsi, köçürülmә zamanı ** saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin әmәkdaşlarının iştirakının tәmin edilmәsi vә işlәrin nәticәlәri barәdә mәlumatların hәmin Idarәyә tәqdim edilmәsi tapşırılmışdır. Demәli, ## ###### 2026-cı il tarixindәn cәmi 12 gün әvvәl tәrtib edilmiş rәsmi “Yaşıllığın götürülmәsi vәrәqi”ndә mübahisә predmetini tәşkil edәn 1 әdәd itburnu kolunun konkret olaraq hәmin tikinti әrazisindә mövcud olduğu vә tikinti layihәsinin altına düşdüyü müәyyәn edilmişdir. Bu sәnәd mübahisәli yaşıllığın mövcudluğunu sadәcә әvvәlki tarixә aid mәlumat kimi deyil, inzibati xәta faktından bilavasitә әvvәlki dövrә aid rәsmi sәnәdlә tәsdiq edәn mühüm sübut kimi qiymәtlәndirilmәlidir. Başqa sözlә, birinci instansiya mәhkәmәsinin әsaslandığı ## ###### 2026-cı il tarixli baxış zamanı itburnu kolunun aşkar edilmәmәsi halı hәmin kolun ümumiyyәtlә mövcud olmamasını tәsdiq etmir. Əksinә, hәmin tarixdәn әvvәlki dövrdә kolun mövcudluğu ardıcıl vә bir-birini tamamlayan rәsmi sәnәdlәrlә tәsdiq edilmişdir. Belә ki, әvvәlcә ## ###### 2025-ci il tarixli baxış aktı vә fotoşәkillәrlә kolun mövcudluğu müәyyәn edilmiş, daha sonra ## ###### 2025-ci il tarixli dövlәt ekoloji ekspertiza rәyindә әrazidә bir әdәd itburnu kolunun mövcudluğu tәsdiqlәnmiş, ## ###### 2025-ci il tarixli rәy ilә hәmin kolun layihә altına düşdüyü vә köçürülmәsinin zәruri olduğu müәyyәn edilmiş, nәhayәt, ## ###### 2026-cı il tarixli “Yaşıllığın götürülmәsi vәrәqi”ndә hәmin kolun sayı vә növü konkret göstәrilmәklә onun tikinti layihәsi ilә әlaqәdar yerinin dәyişdirilmәsi nәzәrdә tutulmuşdur. Bu sәnәdlәrin xronoloji ardıcıllığı da xüsusi әhәmiyyәt daşıyır. Belә ki, söhbәt birbirindәn asılı olmayan tәsadüfi sәnәdlәrdәn deyil, eyni әrazidә eyni bir әdәd itburnu kolunun әvvәlcә aşkar edilmәsi, daha sonra layihә altına düşdüyünün müәyyәnlәşdirilmәsi vә nәhayәt, onun köçürülmәsi mәqsәdilә götürülmәsinin rәsmilәşdirilmәsindәn gedir. Bu baxımdan “xxxx” MMC nümayәndәsinin apellyasiya instansiyası mәhkәmәsindә irәli sürdüyü, birinci vә ikinci baxış arasında xeyli müddәt keçmәklә fәsil dәyişikliyi, eyni zamanda fotoşәkillәrdәn itburnu kolunun müәyyәn edilmәdiyi vә itburnu kolunun tәbii sәbәblәrdәn yox ola bilmәsi barәdә mülahizәlәr iş üzrә mövcud rәsmi sәnәdlәrlә tәkzib olunur. Belә ki, müdafiә tәrәfinin bu barәdә ehtimalları konkret vә mötәbәr sübutlarla tәsdiq edilmәdiyi halda, iş materiallarında kolun mövcudluğunu tәsdiq edәn bir neçә rәsmi sәnәd mövcuddur. Eyni zamanda, ## ###### 2026-cı il tarixli ***** nömrәli baxış aktında itburnu kolunun artıq әrazidә aşkar edilmәdiyi, әrazidә tikinti vә kürünmә-tәmizlәmә işlәrinin aparıldığı müәyyәn edilmişdir. Hәmin aktın tәrtib edilmәsi dә mәhz әvvәlki sәnәdlәrdә göstәrilәn yaşıllığın sonrakı vәziyyәtinin müәyyәnlәşdirilmәsi ilә bağlı olmuşdur. Iş materiallarından görünür ki, inzibati xәta haqqında protokolda da ## ###### 2026-cı il tarixindә hәmin әrazidә bir әdәd itburnu cinsinә mәnsub kolun texnika vasitәsilә kürünәrәk mәhv edildiyi göstәrilmişdir. Mәhkәmә üçün әhәmiyyәtli olan digәr hal ondan ibarәtdir ki, “Yaşıllığın götürülmәsi vәrәqi”ndә yaşıllığın yerinin dәyişdirilmәsi nәzәrdә tutulduğu halda, sonrakı faktiki baxış zamanı hәmin itburnu kolunun artıq mövcud olmaması müәyyәn edilmişdir. Halbuki ekoloji ekspertiza rәyindә vә “Yaşıllığın götürülmәsi vәrәqi”ndә hәmin yaşıllığın köçürülmәsi üçün konkret prosedur müәyyәn edilmiş, köçürülmә zamanı ** saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin nәzarәtinin tәmin edilmәsinin zәruriliyi xüsusi olaraq qeyd edilmişdir. Bu isә öz növbәsindә kolun qanuni qaydada köçürülmәsi deyil, әksinә, nәzәrdә tutulmuş köçürülmә proseduruna әmәl edilmәdәn mәhv edilmәsi barәdә nәticәyә gәlmәk üçün әhәmiyyәtli haldır. Belә ki, ekoloji ekspertiza rәyindә müvafiq qurumun rәyi aldıqdan sonra qәrar qәbul etmәli vә hәmin qәrarın “Yaşıllığın götürülmәsi vәrәqi” ilә birlikdә Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinә göndәrilmәli, hәmin vәrәqә uyğun olaraq yaşıllıqların köçürülmәsinin tәmin edilmәli olduğu, әks halda rәyin tәlәblәrinin pozulmuş hesab edilәcәyi vә inzibati tәdbirlәr görülәcәyi açıq şәkildә göstәrilmişdir. Demәli, iş materiallarında yaşıllığın qanuni qaydada götürülmәsi vә köçürülmәsi üçün bütün zәruri ilkin sәnәdlәrin mövcud olmasına baxmayaraq, ## ###### 2026-cı il tarixindә hәmin itburnu kolunun artıq әrazidә olmaması vә kolun texnika vasitәsilә kürünәrәk mәhv edilmәsi barәdә mәlumatın rәsmilәşdirilmәsi yaşıllığın müәyyәn edilmiş qaydada köçürülmәdiyini göstәrir. Mәhkәmә hesab edir ki, birinci instansiya mәhkәmәsi “Yaşıllığın götürülmәsi vәrәqi”nin sübut әhәmiyyәtini lazımi qaydada qiymәtlәndirmәmişdir. Halbuki hәmin sәnәd hadisәdәn cәmi 12 gün әvvәl tәrtib edilmiş, kolun növünü, sayını, yerlәşdiyi әrazini vә götürülmә mәqsәdini konkret müәyyәn etmiş rәsmi sәnәddir. Buna görә dә ## ###### 2026-cı il tarixli baxış zamanı kolun aşkar edilmәmәsi barәdә mәlumat “kol heç vaxt mövcud olmayıb” nәticәsinә deyil, hәmin kolun hәmin tarixәdәk әrazidәn götürüldüyü vә ya mәhv edildiyi faktının digәr sübutlarla birlikdә qiymәtlәndirilmәsinә әsas vermәlidir. Mәhkәmә hәmçinin nәzәrә alır ki, iş materiallarında olan inzibati xәta haqqında protokolda hüquqi şәxsin mәhz ## ###### 2026-cı il tarixindә meşә fonduna aid olmayan sahәdә bir әdәd itburnu cinsinә mәnsub kolu texnika vasitәsilә kürüyәrәk mәhv etdiyi göstәrilmişdir. Belәliklә, iş üzrә sübutlar xronoloji vә qarşılıqlı әlaqәdә qiymәtlәndirildikdә aşağıdakı ardıcıllıq müәyyәn olunur: әvvәlcә itburnu kolu әrazidә mövcud olmuş, bu hal sәlahiyyәtli dövlәt qurumlarının baxış aktı vә fotoşәkillәri ilә tәsdiqlәnmiş, sonrakı ekspertiza rәylәrindә hәmin kolun mövcudluğu vә köçürülmәsinin zәruriliyi müәyyәn edilmiş, ## ###### 2026-cı il tarixindә kolun götürülmәsi vә köçürülmәsi rәsmi olaraq rәsmilәşdirilmiş, lakin ## ###### 2026-cı il tarixindә hәmin kol artıq әrazidә olmamış vә onun texnika vasitәsilә kürünәrәk mәhv edilmәsi faktı barәdә akt vә inzibati xәta haqqında protokol tәrtib edilmişdir. Bu sübutlar mәcmu halında qiymәtlәndirildikdә “xxxx” MMC tәrәfindәn yaşıllığın mәhv edilmәsi faktının mövcudluğu barәdә nәticәyә gәlmәk üçün kifayәt qәdәr әsas vardır. Birinci instansiya mәhkәmәsinin ## ###### 2026-cı il tarixli baxış zamanı itburnu kolunun aşkar edilmәmәsini hüquqi şәxsin tәqsirinin istisna edilmәsi kimi qiymәtlәndirmәsi isә iş üzrә digәr sübutların, xüsusilә hadisәdәn cәmi 12 gün әvvәl verilmiş “Yaşıllığın götürülmәsi vәrәqi”nin mәzmunu ilә uzlaşmır. Mәhkәmә onu da qeyd edir ki, “Yaşıllığın götürülmәsi vәrәqi”ndә itburnu kolunun götürülmәsinin mәqsәdi onun mәhv edilmәsi deyil, mәhz yerinin dәyişdirilmәsi kimi müәyyәn edilmişdir. Bu sәbәbdәn kolun sonradan әrazidә aşkar edilmәmәsi onun qanuni әsaslarla mәhv edilmәsinә hüquqi әsas yaratmır. Əksinә, sәnәdlәrlә müәyyәn edilmiş prosedura uyğun olaraq kolun köçürülmәsi tәmin edilmәli idi. IXM-in 76.1-ci maddәsinә әsasәn inzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, dövlәt informasiya sistemlәrindә (ehtiyatlarında) aşkar olunan mәlumatlarla, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. Hәmin Mәcәllәnin 76.2-ci maddәsinә әsasәn isә qanuna zidd olaraq әldә edilmiş sübutların istifadә edilmәsinә yol verilmir. Mәhkәmә xüsusi olaraq vurğulayır ki, “Yaşıllığın götürülmәsi vәrәqi”nin mәzmunu müdafiә tәrәfinin “әrazidә itburnu kolu ümumiyyәtlә olmayıb” barәdә mövqeyi ilә uzlaşmır. Belә ki, hәmin rәsmi sәnәddә bir әdәd itburnu kolunun adı, sayı, yerlәşdiyi әrazi, götürülmә sәbәbi vә yerinin dәyişdirilmәsi mәqsәdi konkret şәkildә müәyyәn edilmişdir. Bu sәnәdin hadisәdәn cәmi 12 gün әvvәl tәrtib edilmәsi onun sübut әhәmiyyәtini xüsusilә artırır. Bununla da hüquqi şәxsin nümayәndәsinin izahatlarında irәli sürülәn arqumentlәrin iş materiallarında olan obyektiv vә rәsmi sübutlarla tәkzib edildiyi müәyyәn olunur. Mәhkәmә onu da qeyd edir ki, nümayәndәnin irәli sürdüyü arqumentlәrin әksәriyyәti faktın baş vermәdiyini tәsdiq edәn konkret mәlumatlar deyil, hәmin faktın başqa sәbәbdәn baş vermәsinin mümkünlüyünә dair ehtimallardır. Halbuki iş üzrә qiymәtlәndirilmәli olan әsas mәsәlә itburnu kolunun әvvәllәr mövcud olub-olmaması, onun tikinti layihәsi altına düşmәsi, qanuni qaydada köçürülmәsinin nәzәrdә tutulması vә sonradan tikinti işlәri aparılan әrazidә artıq mövcud olmaması ilә bağlı sübutların mәcmusudur. Bu sübutların qarşılıqlı әlaqәdә qiymәtlәndirilmәsi nәticәsindә mәhkәmә hesab edir ki, “xxxx” MMC nümayәndәsinin izahatları hüquqi şәxsin inzibati xәtanı törәtmәsini istisna edәn mötәbәr sübut kimi qәbul edilә bilmәz vә hәmin izahat iş üzrә digәr sübutların hüquqi qiymәtlәndirilmәsini dәyişdirmәk üçün әsas yaratmır. Mәhkәmә hesab edir ki, “xxxx” MMC-nin tikinti işlәri aparılan әrazidә yaşıllığın mәhv edilmәsinә aidiyyәti iş materialları ilә tәsdiq edilir vә onun әmәlindә Azәrbaycan Respublikası IXM-in 253.3.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın tәrkibinin bütün zәruri әlamәtlәri mövcuddur. IXM-nin 48-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan, inzibati xәta törәtmiş şәxsi aşkar etmәkdәn vә onu inzibati mәsuliyyәtә cәlb etmәkdәn, çıxarılmış qәrarın icrasını tәmin etmәkdәn, habelә inzibati xәtanın törәdilmәsinә kömәk edәn sәbәblәri vә şәraiti aşkar etmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir. IXM-nin 84.1-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәrә baxan hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) işin bütün hallarının mәcmusunun hәrtәrәfli, tam vә obyektiv surәtdә baxılmasına әsaslanan öz daxili inamı ilә sübutları qiymәtlәndirir. Yuxarıda qeyd edilәnlәr üzrә yekun hüquqi dәyәrlәndirmә apararaq hesab edirәm ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn gәlinәn nәticә qanuni vә әsaslı hesab edilmәyәrәk tәrtib olunmuş inzibati xәta haqqında protokol qanunun tәlәblәrinә vә işin faktiki hallarına uyğun olduğundan, “xxxx” MMC IXM-nin 253.3.1-ci maddәsi ilә tәqsirli bilinmәklә barәsindә inzibati tәnbeh növü olaraq cәrimә tәtbiq edilmәlidir. Iş materialları ilә “xxxx” MMC-nin mәsuliyyәtini yüngüllәşdirәn vә ağırlaşdıran hallar müәyyәn edilmir. Göstәrilәnlәri nәzәrә alaraq belә qәnatә gәlinir ki, “xxxx” MMC barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 253.3.1-ci maddәsi ilә başlanılmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsinә dair Zәngilan Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrәli qәrarı apellyasiya şikayәtinә әsasәn lәğv edilmәli vә “xxxx” MMC Azәrbaycan Respublikası IXM-nin 253.3.1-ci maddәsi ilә inzibati xәta törәtmәkdә tәqsirli bilinmәli vә barәsindә inzibati tәnbeh növündә cәrimә tәtbiq edilmәlidir. Belә ki, IXM-nin 9.1-ci maddәsinә görә, inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. IXM-nin 18.1-ci maddәsinә әsasәn hüquqi şәxslәr, o cümlәdәn xarici hüquqi şәxslәr vә xarici hüquqi şәxslәrin filial vә nümayәndәliklәri bu Mәcәllәnin Xüsusi hissәsindә nәzәrdә tutulmuş inzibati xәtalara görә inzibati mәsuliyyәtә cәlb olunurlar. IXM-nin 18.5-ci maddәsinә әsasәn bu Mәcәllәnin 127-4.5-ci maddәsindә nәzәrdә tutulmuş hal istisna olmaqla, hüquqi şәxs barәsindә inzibati tәnbeh yalnız hakim tәrәfindәn tәtbiq edilir. IXM-nin 31.3-cü maddәsinә әsasәn hüquqi şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, inzibati xәtanın xarakteri, inzibati xәta nәticәsindә hüquqi şәxsin әldә etdiyi xeyrin hәcmi vә ya onun maraqlarının tәmin edilmәsinin xarakteri vә dәrәcәsi, hüquqi şәxsi xarakterizә edәn hallar, o cümlәdәn onun maliyyә vә әmlak vәziyyәti, xeyriyyәçilik vә ya digәr ictimai faydalı fәaliyyәtlә mәşğul olması, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. IXM-nin 134.1.2-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq bu Mәcәllәnin 135.1.2-135.1.5-ci maddәlәri ilә müәyyәn edilmiş hallarda qәrarın dәyişdirilmәsi haqqında vә ya qәrarı lәğv edәrәk yeni qәrarın çıxarılması haqqında qәrar qәbul edilir. IXM-nin 135.1.2-ci maddәsindә әsasәn hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) gәldiyi nәticәlәrin işin faktiki hallarına uyğun olmaması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsasdır. Göstәrilәnlәrә әsasәn vә IXM-nin 134.1.2, 135-137-ci maddәlәrini rәhbәr tutaraq, QƏRARA ALDIM : Zәngilan Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrәli qәrarı lәğv edilsin. Iş üzrә yeni qәrar qәbul edilsin. Huquqi şәxs “xxxx” MMC Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 253.3.1-ci maddәsi ilә tәqsirli bilinsin vә barәsindә inzibati tәnbeh növü olaraq 35000 (otuz beş min) manat mәblәğindә cәrimә tәtbiq edilsin. Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi ** saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin rәisi Vüsal Ibrahimli tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan şikayәt vә ya protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar