Məhkəmə qərarları › İş №3(3-8)-500/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-500/2026

07.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-500/2026 07.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Əsgәrova Ruhiyyә Orucәli qızının sәdrliyi, Şükürov Cahangir Fәxrәddin oğunun katibliyi ilә, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 327.2-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Quba Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qәrarından Azәrbaycan Respublikası Daxili İşlәr Nazirliyi Bakı şәhәri BPİ-nin X1 İdarәsi tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDİ: Barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) Bakı Şәhәri Yasamal Rayon Mәhkәmәsinә müraciәt edәrәk, İXM ******* saylı inzibati xәta haqqında protokolun vә hәmin protokol әsasında qәbul edilәn qәrarın lәğv edilmәsini xahiş etmişdir. Barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) vәsatәt ilә dә müraciәt edәrәk, şikayәtinin baxılması üçün Quba Rayon Mәhkәmәsinә göndәrilmәsini xahiş etmişdir. Bakı Şәhәri Yasamal Rayon Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qәrardadı ilә inzibati xәta haqqında qәrardan şikayәt baxılması üçün Quba Rayon Mәhkәmәsinә göndәrilmişdir. Şikayәt onunla әsaslandırılmışdır ki, o, Qәrardan şikayәt verәn orqan (şәxs) ## ###### 2026-cı il tarixindә Bakı şәhәri, Yasamal rayonu, Hüseyn Cavid prospekti әrazisindә idarә etdiyi nәqliyyat vasitәsi ilә hәrәkәtdә olmuşdur. Yolayrıcına yaxınlaşarkәn işıqforun yaşıl siqnalında hәrәkәtә başlamış vә nәqliyyat vasitәsinin ön hissәsi yolayrıcını keçdikdәn, tәxminәn 1 metr mәsafә qәt etdikdәn sonra sarı işıq yanmışdır. O, qırmızı işıqda hәrәkәt etmәmiş vә yol hәrәkәti qaydalarını pozmamışdır. Buna baxmayaraq, barәsindә № IXP ******* saylı inzibati xәta haqqında protokol tәrtib edilmişdir. Protokolun tәrtib edilmәsi ## ###### 2026-cı il tarixindә baş vermiş, onun şikayәtini tәqdim etmәyi isә ## ###### 2026-cı il tarixindә olmuşdur. Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinә görә, şikayәt tәqdim edilmәk üçün müәyyәn edilmiş müddәt hәlә ötmәmişdir. Protokolda göstәrilәn hallar faktiki vәziyyәtlә uyğunluq tәşkil etmir. İş üzrә mövcud olan kameradan videogörüntülәr açıq şәkildә göstәrir ki, nәqliyyat vasitәsi yolayrıcına yaşıl işıqda daxil olmuş vә hәr hansı inzibati xәta törәdilmәmişdir. Quba Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qәrarı (hakim G.Kamilli) ilә Azәrbaycan Respublikası BDYPİ Bakı şәhәr DYPİ-nin TP ******* nömrәli, ##.##.2026-cı il tarixli inzibati tәnbeh vermә haqqında qәrarının lәğv edilmәsi vә inzibati xәta haqqında iş üzrә icraata Azәrbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddәsinә әsasәn xitam verilmәsi qәrara alınmışdır. Azәrbaycan Respublikası Daxili İşlәr Nazirliyi Bakı şәhәri BPİ-nin X1 İdarәsi qәrardan apellyasiya şikayәti verәrәk, qәrarın lәğv edilmәsini, Qәrardan şikayәt verәn orqan (şәxs) oğlu barәsindә Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 327.2-ci maddәsinә әsasәn Bakı şәhәri BPİ DYPl-nin vәzifәli şәxsi tәrәfindәn ##.##.2026-cı il tarixli TP ******* nömrәli, inzibati tәnbeh vermә haqqında qәrarın dәyişdirilmәdәn qüvvәdә saxlanılması barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, mәhkәmә inzibati xәta haqqında iş üzrә icraat iştirakçısı olan sәlahiyyәtli orqanın nümayәndәsinin mәhkәmә iclasına gәlmәmәsinin sәbәblәrini araşdırmadan vә hәmin şәxsin iştirakı olmadan işә baxılmasının hüquqi әsaslarını müәyyәn etmәdәn iclasın keçirilmәsini mümkün hesab etmişdir. Mәhkәmә tәrәfindәn inzibati xәta haqqında iş üzrә icraat iştirakçısının prosessual hüquqlarının tәmin edilmәsi ilә bağlı qanunvericiliyin tәlәblәri pozulmuş, işin hәrtәrәfli, tam vә obyektiv araşdırılması prinsiplәrinә әmәl edilmәmişdir. Bu isә әdalәtli araşdırma hüququnun pozulmasına sәbәb olmuş vә mәhkәmә qәrarının formal mülahizәlәr әsasında qәbul edildiyini göstәrir. Mәhkәmә qәrarında Azәrbaycan Respublikasının inzibati Xәtalar Mәcәllәsinin tәqsirsizlik prezumpsiyası ilә bağlı müddәalarına istinad edәrәk hesab etmişdir ki, inzibati xәta törәdilmәsini tәsdiq edәn kifayәt qәdәr sübut tәqdim edilmәmişdir. Lakin mәhkәmә iş üzrә toplanmış sübutlara düzgün hüquqi qiymәt vermәmişdir. İş materiallarından müәyyәn edilir ki, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 327.2-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında protokol tәrtib edilmiş vә hәmin protokol әsasında inzibati tәnbeh vermә haqqında qәrar qәbul edilmişdir. İnzibati xәta haqqında protokol vә digәr inzibati xәta materialları sәlahiyyәtli vәzifәli şәxs tәrәfindәn qanunvericiliyin tәlәblәrinә uyğun olaraq tәrtib edilmiş, hәmin sәnәdlәrdә inzibati xәtanın törәdilmә vaxtı, yeri vә mahiyyәti göstәrilmişdir. Birinci instansiya mәhkәmәsi isә yalnız şikayәt verәn şәxsin izahatına әsaslanaraq inzibati xәta haqqında protokolu vә sәlahiyyәtli vәzifәli şәxsin müәyyәn etdiyi halları kifayәt qәdәr qiymәtlәndirmәmişdir. Mәhkәmә tәrәfindәn inzibati xәta haqqında iş üzrә qәrarın qanuniliyini yoxlayarkәn sәlahiyyәtli orqanın qәrar qәbul edәrkәn malik olduğu sübutların qiymәtlәndirilmәsi nәzәrә alınmamışdır. Hәmçinin mәhkәmә qәrarında qeyd edilmişdir ki, inzibati mәsuliyyәtә cәlb olunan şәxs öz tәqsirsizliyini sübut etmәyә borclu deyildir. Lakin bu norma inzibati xәta haqqında protokolun vә digәr sübutların hüquqi qüvvәsini aradan qaldırmır. Tәqsirsizlik prezumpsiyası o halda tәtbiq edilә bilәr ki, iş üzrә mövcud sübutlar ziddiyyәtli olsun vә şәxsin tәqsiri barәdә aradan qaldırıla bilmәyәn şübhәlәr yaransın. Hazırkı iş üzrә isә inzibati xәta haqqında qәrarın qәbul edilmәsinә әsas verәn hallar sәlahiyyәtli orqan tәrәfindәn müәyyәn edilmiş vә hәmin qәrarın lәğv edilmәsini tәlәb edәn әsaslar mövcud olmamışdır. Bundan әlavә, şikayәt verәn şәxs yol hәrәkәti qaydalarını pozmadığını bildirsә dә, bu halı tәsdiq edәn mötәbәr sübutlar tәqdim etmәmişdir. Sadәcә şәxsin hadisәyә münasibәtdә verdiyi izahat inzibati xәta haqqında materialları vә sәlahiyyәtli vәzifәli şәxsin müәyyәn etdiyi halları tәkzib edәn kifayәt qәdәr sübut hesab edilә bilmәz. Belәliklә, birinci instansiya mәhkәmәsi iş üzrә sübutları tam, hәrtәrәfli vә obyektiv araşdırmadan, maddi hüquq normalarını düzgün tәtbiq etmәdәn qәrar qәbul etmişdir. Bundan әlavә, mәhkәmә tәrәfindәn prosessual müddәtlәrlә bağlı da yanlış nәticәyә gәlinmişdir. Belә ki, inzibati tәnbeh vermә haqqında qәrar Azәrbaycan Respublikası BDYPl-nin deyil, Bakı şәhәr Baş Polis İdarәsi DYPl-nin sәlahiyyәtli vәzifәli şәxsi tәrәfindәn qәbul edilmişdir. Buna baxmayaraq, mәhkәmә işә baxılmasının yeri vә vaxtı barәdә bildirişi, elәcә dә qәbul etdiyi qәrarın surәtini qәrarı qәbul etmiş vәzifәli şәxsә deyil, Azәrbaycan Respublikası BDYPl-yә göndәrmişdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin tәlәblәrinә әsasәn, prosessual müddәtlәrin hesablanması iş üzrә hüquqları vә vәzifәlәri olan müvafiq şәxsә vә ya orqana sәnәdlәrin lazımi qaydada çatdırılması ilә әlaqәlәndirilir. Hazırkı halda isә birinci instansiya mәhkәmәsinin qәrarının surәti inzibati tәnbeh vermә haqqında qәrarı qәbul etmiş Bakı şәhәr Baş Polis İdarәsi DYPl-nin vәzifәli şәxsinә tәqdim edilmәmişdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә İnzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәri ilә bağlı birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә üzrә dәyәrlәndirmә apararaq hesab edir ki, apellyasiya şikayәti qismәn tәmin edilmәli, birinci instansiya mәhkәmәsi tәrәfindәn gәlinәn nәticә lәğv edilmәli vә yenidәn araşdırılmasından ötrü material birinci instansiya mәhkәmәsinә mәhkәmә baxışı mәrhәlәsinә qaytarılmalıdır. Apellyasiya instansiya mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. İnzibati xәta haqqında protokol ##.##.2026-cı il tarixdә saat 21:49 radәlәrindә Bakı şәhәri, Yasamal rayonu, H.Cavid pr. 11 ünvanında **UH*** dövlәt qeydiyyat nişanlı Toyota Prius (Hibrid) minik markalı avtomobil svetaforun vә ya nizamlayıcının qadağanedici işarәsi verilәrkәn hәrәkәtin davam etdirilmәsinә görә tәrtib edilmişdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 327.1-ci maddәsinә görә yol nişanlarının vә ya yolların hәrәkәt hissәsinin işarәlәrinin tәlәblәrinә riayәt edilmәmәsinә, yaxud nәqliyyat vasitәsinin yolların hәrәkәt hissәlәrindә yerlәşdirilmәsi, yaxud aramәsafәsi, yedәyә alma, yük daşıma, sürmә tәlimi keçmә, yaşayış zonasında hәrәkәt etmә, әks istiqamәtli hәrәkәt zolağına çıxmadan ötmә vә ya manevr etmә qaydalarının pozulmasına, sәkilәrlә vә “Yol hәrәkәti haqqında” Azәrbaycan Respublikasının Qanunu ilә nәzәrdә tutulmamış hallarda yolun çiyni ilә hәrәkәt etmәsi inzibati mәsuliyyәtә sәbәb olur. İnzibati Xәtalar Mәcәllәsinin 48-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan, inzibati xәta törәtmiş şәxsi aşkar etmәkdәn vә onu inzibati mәsuliyyәtә cәlb etmәkdәn, çıxarılmış qәrarın icrasını tәmin etmәkdәn, habelә inzibati xәtanın törәdilmәsinә kömәk edәn sәbәblәri vә şәraiti aşkar etmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir. İnzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәrçәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir (İXM-nin 76.1-ci maddәsi). Göründüyü kimi, inzibati xәta üzrә icraat aparılarkәn әdalәtli mәhkәmә araşdırılması inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan ibarәtdir. İnzibati tәnbeh vermә haqqında qәrar qәbul edәn şәxs onların iştirakı olmadan işә baxılmasını mübahisәlәndirmişdir. İş materiallarından göründüyü kimi inzibati xәta haqqında işә baxılarkәn mәhkәmә iclasının yeri vә vaxtı barәdә bildiriş göndәrilsә dә, hәmin bildirişin inzibati tәnbeh vermә haqqında qәrar qәbul edilәn orqana deyil, Nazirliyin digәr bir orqanına göndәrilmişdir. Bu isә şikayәtin dәlilinin әsaslılığı qәnaәtini formalaşdırır. Onların nümayәndәsinin iştirakı ona görә vacib vә zәruridir ki, şәxsin әmәlindә inzibati xәta tәrkibinin olmasını onlar iddia edirlәr vә inzibati xәtalar haqqında qanunvericiliyә әsasәn dә sübut etmә öhdәliyi onların üzәrinә düşür. Bu isә hәmin orqanın nümayәndәsinin iştirakının tәmin edilmәsini zәruri edir. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin әmәlindә inzibati xәta tәrkibinin olmaması qәnaәtinә gәlinsә dә, bununla bağlı nә inzibati xәta haqqında qәrar qәbul edәn şәxsin nümayәndәsinin, nә dә ki inzibati xәta haqqında qәrarın qәbul edilmәsinә әsas olan sübutları tәlәb etmәmiş, әmәldә inzibati xәta tәrkibinin olmaması qәnaәtinә gәlәrkәn göstәrilәn xüsusatlar üzrә tam, hәrtәrәfli araşdırılma aparılmamışdır. Bu isә gәlinәn nәticәnin әdalәtli mәhkәmә araşdırılması kimi qәbul edilmәsini istisna edir. Çünki әdalәt mühakimәsinin әn mühüm aktı olan mәhkәmә qәrarının qanuni, әsaslı vә әdalәtliliyinin tәmin edilmәsi demokratik hüquqi dövlәtdә xüsusi әhәmiyyәt kәsb edir. Belә olan halda apellyasiya instansiya mәhkәmәsi qeyd edilәnlәr üzrә dәyәrlәndirmә apararaq hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsi ilә müәyyәn edilmiş tәlәblәr işin hallarının hәrtәrәfli, tam vә obyektiv araşdırılmasına maneçilik törәdәcәk dәrәcәdә pozulmuşdur. Qeyd edilәn xüsusatlar aydınlaşdırılmadan şәxsin әmәlindә inzibati xәtanın olub-olmaması qәnaәtinә gәlinmәsi mümkün olmadığından, birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә qanuni vә әsaslı hesab edilә bilmәz. Hәmçinin hәmin xüsusatların apellyasiya instansiya mәhkәmәsindә aydınlaşdırılması nәticәsindә qәbul edilәcәk mәhkәmә aktının yuxarı instansiya mәhkәmәsindә mübahisәlәndirilmәsinin mümkünsüzlüyü nәzәrә alınarsa, qәbul edilәcәk mәhkәmә aktının yuxarı instansiya mәhkәmәsindә mübahisәlәndirilmәsi hüququnun tәmin edilmәsi әdalәtli mәhkәmә araşdırılmasının nәticәsini ehtiva etdiyindәn, bu hüququn qarşısının alınmaması üçün işin araşdırılması birinci instansiya mәhkәmәsinә qaytarılmalıdır. Göstәrilәn xüsusatlar üzrә dәyәrlәndirilmә aparılmaqla tәrәflәrin iştirakı tәmin edilmәklә iş üçün әhәmiyyәt kәsb edәn bütün hallar hәrtәrәfli, tam vә obyektiv araşdırılmalı, bunun nәtcәsindә әmәldә inzibati xәta tәrkibinin olub-olmaması, şәxsin inzibati mәsuliyyәti cәlb edilmәsi üçün qanunvericiliklә müәyyәn edilmiş әsaslar aydınlaşdırılmalı vә qanunun tәlәblәrinә cavab verәn qәrar qәbul edilmәlidir. İnzibati Xәtalar Mәcәllәsinin 134.1-cü maddәsinә әsasәn İnzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq bu Mәcәllәnin 135.1.1 vә 135.1.6-cı maddәlәri ilә müәyyәn edilmiş hallarda qәrarın lәğv edilmәsi vә inzibati xәta haqqında işin yenidәn baxılmaq üçün hakimә, sәlahiyyәtli orqana (vәzifәli şәxsә) göndәrilmәsi haqqında qәrar qәbul edilir. İnzibati Xәtalar Mәcәllәsinin 135.1.1 vә 135.1.6-cı maddәlәrinin mәzmununa görә hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) gәldiyi nәticәlәr üzrә mühüm әhәmiyyәt kәsb edәn bütün faktiki halların araşdırılmaması vә bu Mәcәllә ilә müәyyәn edilmiş tәlәblәrin işin hallarının hәrtәrәfli, tam vә obyektiv araşdırılmasına maneә törәdәcәk dәrәcәdә pozulması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsaslardır. Belәliklә apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, apellyasiya şikayәti qismәn tәmin edilmәli, Quba Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qәrarı lәğv edilmәli, inzibati xәta haqqında iş yenidәn baxılması üçün Quba Rayon Mәhkәmәsinә qaytarılmalıdır. İşә yenidәn baxılarkәn tәrәflәrin iştirakı ilә iş üçün әhәmiyyәt kәsb edәn bütün hallar hәrtәrәfli, tam vә obyektiv araşdırılmalı vә qanunun tәlәblәrinә cavab verәn qәrar qәbul edilmәlidir. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası İXM-nin 133-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Quba Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qәrarı lәğv edilsin. İnzibati xәta haqqında iş yenidәn baxılması üçün birinci instansiya mәhkәmәsinә, mәhkәmә baxışı mәrhәlәsinә qaytarılsın. Apellyasiya şikayәti qismәn tәmin edilsin. Qәrar elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar