Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-502/2026 10.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X1 katibliyilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətində inzibati həbs tətbiq edilməsinə dair Quba Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Quba Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. (hakim Nigar Xəlilova) İşin halları : Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda göstərilənlərə əsasən Quba Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı icra sənədinin icra edilməməsi və icra məmurunun qanuni tələblərini yerinə yetirməməsinə görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokola baxan birinci instansiya məhkəməsinin hakimi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı tamamilə əsassız, sübutsuz və prosessual normaların kobud pozulması ilə qəbul edilmişdir. Belə ki, bildiriş və xəbərdarlıq ona təqdim edilməmiş, onun barəsində icra məmuru tərəfindən icra hərəkətləri aparılarkən və məhkəmə iclası təyin edilərkən ona heç bir rəsmi məktub, çağırış vərəqəsi və ya SMS bildiriş daxil olmamışdır. Quba Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru məzuniyyətdə olduğu dövrdə prosesin necə aparılması, onun "yayınma" adı altında polis axtarışına verilməsi əsassızdır. Barəsində axtarış elan olunmasını Quba Rayon Polis Şöbəsinin əməkdaşı ona zəng etdikdən sonra öyrənmiş, icra prosesindən və məhkəmədən qəsdən yayınmamış, ona məlumat verilməmişdir.Ona qarşı irəli sürülən pul borcu iddiasını və borclu olmasını bu günə qədər qəbul etmir. Hesab edir ki, barəsində çıxarılmış qərarlar heç bir möhkəm və obyektiv sübuta əsaslanmır, işin hərtərəfli və tam araşdırılması aparılmamışdır. Onun hüquqları kobud şəkildə pozulmuşdur. Prosessual məsələlər : Apellyasiya instansiyası məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətini müdafiə edərək şikayətinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, o, qərarın icrasından yayınmır, zərərçəkmiş şəxsə mağaza verməyi təklif etmiş, lakin qarşı tərəf razılaşmamış və bunu borcun 10000 manatı hesab edib qalan məbləğin də ödənilməsini tələb etmişdir. Hüquqi məsələlər : Apellyasiya məhkəməsi inzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib, proses iştirakçısının çıxışını dinləyib, iş materialları ilə apellyasiya şikayətinin dəlillərini əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Quba Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına uyğun qərar qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi inzibati iş üzrə mübahisələndirilən məsələyə dair qərar qəbul edərkən, bu məsələnin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırıb ətraflı təhlil etmiş, gəldiyi nəticəni qanunun tələblərinə və sübutlara istinad edərək əsaslandırmışdır. Məhkəmə araşdırması zamanı bu məsələ ilə bağlı icra məmuru, borclu dindirilərək izahatları alınmış, sənədlər tədqiq olunmuş və məhkəmə araşdırması üzrə nəticə etibarı ilə yekun məhkəmə aktı qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş və birinci instansiya məhkəməsi tərəfindən ətraflı və obyektiv şəkildə araşdırılmış: - Quba Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı icra sənədindən görünür ki, ## #### 2024-cü tarixdən başlayaraq borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 103.000 manat məbəğində pul alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Apellyasiya instansiyası məhkəməsi inzibati iş üzrə toplanmış icraat materiallarında olan sübutları bir daha sadalamağa lüzum görmür və hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə materialda olan sənədlərə, qanunun tələblərinə istinad edilərək ətraflı şərh olunmaqla əsaslandırılmışdır. Həmin nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün apellyasiya instansiyası məhkəməsi onunla razılaşır və qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin ləğv edilməsinə heç bir əsas vermir. Göründüyü kimi, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Quba Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs 101385 manat məbləğində ödəniş etməlidir. Lakin icra sənədi üzrə icraata başlanıldığı andan borclu tərəfindən 2500 manat ödənilmişdir. Bundan başqa, icra sənədi üzrə tələbkarın nümayəndəsi birinci instansiya məhkəməsinə iclasında borcu tam tələb etmiş, əks halda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həbs edilməsini xahiş etməsinə baxmayaraq, borclu tərəfindən heç bir ödəniş edilməmişdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bildirir ki, təqribən 02 ildən çox müddət ərzində borclu şəxs tərəfindən əsaslı ödəniş edilməməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etməməsinə dəlalət edir. Qeyd edilməlidir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Quba Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli icra vərəqəsindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etmədiyinə görə Quba Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 3(027)-1029/2025 il tarixli qərarı ilə 8 (səkkiz) gün müddətinə inzibati həbs edilməsinə edilməsinə baxmayaraq, inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində sözügedən icra sənədinə münasibətdə İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təkrar törətmişdir. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilib barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə tənbeh tətbiq etməkdə haqlı olmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs artıq həmin həbsi çəkib qurtarmış və həbsdən buraxıldıqdan sonra hazırki şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlillərində qeyd olunan xüsusatlar birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas deyildir. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslı olmuş, apellyasiya baxışı müddətində də icra sənədində göstərilən tələb icra olunmamışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tənbeh edilməsinə dair Quba Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI : Apellyasiya şikayəti təmin olunmasın. Quba Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası İXM-nin 138.1.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardan kassasiya şikayəti və ya protesti verilməsi hüququ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №3(3-8)-502/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-502/2026
10.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver