Məhkəmə qərarları › İş №3(3-8)-503/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-503/2026

01.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-503/2026 01.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məmmədli Sevinc Əbülfəz qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Şimal Vəkil Bürosunun vəkili Hüseynov Elçin Vidayət oğlunun iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 334.3-cü maddəsi ilə təqsirli bilinib 1(bir) ay müddətinə inzibati qaydada həbs olunmasına dair Şamaxı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şamaxı Rayon Polis Idarəsinin DYPB-nin baş inspektoru, R X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-nin 334.3-cü maddəsi ilə inzibati xətaya dair ##.##.2026-cı il tarixli protokol tərtib edilərək baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Inzibati xəta haqqında protokola əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə “Mercedes E190” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən zaman Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şamaxı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 334.3- cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1 (bir) ay müddətinə həbs edilmişdir. Qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayət verərək Şamaxı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilərək inzibati həbsdən azad edilməyi barədə yeni qərar qəbul edilməsini, hazırki inzibati xəta ilə bağlı barəsində inzibati cərimə tətbiq edilməsini və tətbiq olunmuş 2000 (iki min) manat cərimənin tərəfindən ödənilməsi üçün ona vaxt verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında hazırki iş üzrə onun məsuliyyətini ağırlaşdıran halın olmaması qeyd edilmiş, lakin yüngülləşdirici halın da olmamasının qeyd edilməsi yanlışdır. Məhkəmə qərar qəbul edərkən onun ailəli, ömürlük 3-cü qrup əlil olması, epilepsiya xəstəsi olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə almamışdır. Yol nəqliyyat hadisəsi ## ### 2026-cı il tarixdə törədilməsinə baxmayaraq o, 55 (əlli beş) gündən sonra həbs edilmişdir. O, bu müddətdə 2000 (iki min) manat cəriməni ödəyə bilməmişdir. Həmin məbləği ödəmək üçün ona vaxt verilməsi barədə xahişi nəzərə alınmamış və nəticədə 1 (bir) ay müddətində inzibati həbs olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi apellyasiya şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin olunmasını xahiş etdilər. Azərbaycan Respublikasının IXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı işdə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi inzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib, proses iştirakçılarının izahatını dinləyib, iş materialları ilə şikayətin dəlillərini əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin edilməməli, hazırki iş üzrə Şamaxı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli, IXP ******* saylı inzibati xəta haqqında protokoldan və digər sənədlərdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə “Mercedes E190” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan, sərxoş vəziyyətdə idarə edərək digər şəxsin sağlamlığına yüngül xəsarət yetirərək maddi zərər vurmuşdur. Bunanla da o Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Iş materiallarında olan sərxoşluğun xüsusi texniki vasitə ilə müəyyən edilməsi barədə qəbzdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs alkoqolun konsentrasiyasının həcmi 8.344 % promildir. Iş materiallarında olan Protokolu tərtib edən orqan-nin DYPB tərəfindən verilmiş arayışdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sürücülük vəsiqəsinin olub-olmaması barədə Azərbaycan Respublikası DINnin Baş DYP Idarəsinin Mərkəzi Məlumat Xidmətinin bazasında yoxlanılmış və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sürücülük vəsiqəsinin olmaması müəyyən edilmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş Şamaxı Rayon DSMF tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verilmiş ****** nömrəli vəsiqədən görünür ki, vəsiqənin sahibi III (üçüncü) qrup əlildir. Inzibati xəta haqqında işin materiallarını tədqiq edib və toplanmış sübutlara qiymət verən birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, şəxsiyyətini xarakterizə edən halları nəzərə alıb hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinməli və ona IXM-nin 334.3-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Apellyasiya məhkəməsi törədilmiş xətaların xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halın olmasını və məsuliyyətini ağırlaşdıran halların aşkar edilməməsi, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsi, törədilən xətanın ciddiliyini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində 1(bir) ay müddətə həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və onun barəsində 1(bir) ay müddətinə həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Apellyasiya məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi birinci instansiya məhkəməsində araşdırılmış sübutlarla öz təsdiqini tapmış, istər inzibati xəta haqqında protokolu tərtib etmiş orqan, istərsə də işə baxmış birinci instansiya məhkəməsinin hakimi IXM-nin 75-85-ci maddələrinin tələblərinə əməl edərək inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilməklə tətbiq edilmiş inzibati tənbeh əmələ adekvat olmuşdur. IXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. IXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. IXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının IXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsinin inzibati xəta üzrə gəldiyi nəticə qanuni və əsaslı olmaqla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati həbsdən azad olunması barədə şikayətinin dəlilləri əsassızdır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1(bir) ay müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edərkən sonuncunun törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla qanuni və əsaslı nəticəyə gəlmişdir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş şikayətin dəlilləri Şamaxı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının dəyişdirilməsi üçün əsas kimi qəbul oluna bilməz, bu səbəbdən də şikayət təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin apellyasiya məhkəməsində dövlət hesabına hüquqlarını müdafiə etmiş Şimal Vəkil Bürosunun vəkili Hüseynov Elçin Vidayət oğluna dövlət büdcəsi hesabına vəsait ödənilməli, hər iş saatına görə ödəniləcək məbləğin hazırda 11 manat olması və müdafiəçinin hesabatı nəzərə alınmaqla 3 iş saatına görə 33 manat məbləğində vəsait həmin vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. IXM-nin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, qərarın dəyişdirilmədən, şikayətin və protestin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və IXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALIR: Apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 334.3-cü maddəsi ilə təqsirli bilinib 1(bir) ay müddətinə inzibati qaydada həbs edilməsinə dair Şamaxı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hüquqi yardım göstərilməsinə görə onun müdafiəçisi Şimal Vəkil Bürosunun vəkili Hüseynov Elçin Vidayət oğluna ödənilməsi üçün Azərbaycan Respublikası dövlət büdcəsindən Şimal Vəkil Bürosunun hesabına 33 manat köçürülsün. Azərbaycan Respublikası IXM-nin 138.1.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərar qətidir, ondan kassasiya şikayəti və ya protesti verilməsi hüququ Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar