Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-504/2026 12.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Əsgәrova Ruhiyyә Orucәli qızının sәdrliyi, Şükürov Cahangir Fәxrәddin oğlunun katibliyi, Barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilmiş şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) iştirakı ilә, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 253.3.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-****)-****/**** saylı, ## #### 2026-cı il tarixli qәrardadından barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilmiş şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsi tәrәfindәn qәbul edilmiş MN seriyalı, ******* saylı, ##.##.2025-ci il tarixli inzibati tәnbeh vermә haqqında qәrara әsasәn Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 253.3.1-ci maddәsi ilә ilә tәqsirli bilinәrәk, barәsindә 5000 (beş min) manat inzibati cәrimә tәnbeh tәdbiri tәtbiq edilmişdir. Barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilmiş şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) qәrardan apellyasiya şikayәti vә prosessual müddәtin bәrpasına dair vәsatәtlә Sumqayıt Şәhәr Mәhkәmәsinә müraciәt etmişdir. Vәsatәt onunla әsaslandırmışdır ki, qәrar ona vaxtında tәqdim edilmәmiş vә hüquqi savadsızlıq sәbәbindәn şikayәt etmә müddәtini ötürmüşdür. Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-****)-****/**** saylı, ## #### 2026-cı il tarixli qәrardadı (hakim S.İsmayılov) ilә Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsinin ## ######## 2025-ci il tarixli MN seriyalı ******* nömrәli inzibati tәnbeh tәtbiq etmә haqqında qәrarından şikayәt verilmәsi üçün müәyyәn edilmiş prosessual müddәtinin bәrpası barәdә Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş vәsatәtin rәdd edimәsi, Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsinin ## ######## 2025-ci il tarixli MN seriyalı ******* nömrәli inzibati tәnbeh tәtbiq etmә haqqında qәrarından Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş şikayәt vә ona әlavә edilmiş materialların geri qaytarılması qәrara alınmışdır. Barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilmiş şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) qәrardaddan apellyasiya şikayәti verәrәk, qәrardadın lәğv edilmәsini vә yeni qәrardad qәbul eidlmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, ## ######## 2025-ci il tarixli MN Seriyalı ******* saylı “İnzibati tәnbeh vermә haqqında” qәrar * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsi tәrәfindәn mәnә vaxtında tәqdim edilmәmişdir. Hüquqi savadsızlıq sәbәbindәn qәrardan şikayәtetmә müddәtini buraxmışdır. * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsi tәrәfindәn barәsindә ## ######## 2025-ci ildә MN Seriyalı ******* saylı “İnzibati tәnbeh vermә haqqında” qәrar qәbul edilmiş vә hәmin qәrara görә AR İnzibati Xәtalar Mәcәllәsinin 253.3.1-ci maddәsinә әsasәn tәqsirli bilinәrәk 5000 (beş min) manat mәblәğindә inzibati qaydada cәrimә edilmişdir. * saylı RETSİ-nin ## ######## 2025-ci il tarixli, MN Seriyalı ******* saylı qәrarı ilә razılaşmır. Belә ki qәrarda göstәrilәn ünvanda yәni, Sumqayıt şәhәri, 13-cü mikrorayon, Ü.Hacıbәyov küçәsi ünvanında yerlәşәn “Cavid Center” Ticarәt Mәrkәzinin qarşısında әkilmiş 3 әdәd kolun kәsilәrәk mәhv edildiyi göstәrilmişdir. O, vәzifәli şәxs kimi qәbul edilmiş qәrarla razılaşmır. Belә ki abadlıq işlәri aparılarkәn 3 әdәd bәzәk kolu çıxardılaraq digәr bir münasib yerdә әkilmişdir. Hәmin bәzәk kolu çıxardılarkәn vә digәr bir yerә köçürülәrkәn mәhv edilmәmiş, kәsilmәmişdir. Hal-hazırda hәmin bәzәk kolu yaşıl haldadır. İXM-nin 253.3.1-ci maddәsinә görә kol әkinlәri mәhv edildikdә, qanunsuz kәsildikdә inzibati cәrimә tәtbiq edilir. Qeyd edildiyi kimi “Cavid Center” Ticarәt Mәrkәzinin qarşısındakı 3 әdәd bәzәk kol bitkisi digәr bir yerә köçürülüb vә hal-hazırda sağ-salamatdır. Belә olan halda “Cavid Center” Ticarәt Mәrkәzinin әmәlindә inzibati xәta hadisәsi mövcud deyil. Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, 3(5-155)- ****/**** saylı qәrardadının lәğv edilmәsi barәdә yeni qәrardad qәbul edilmәlidir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә İnzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәri ilә bağlı birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә üzrә dәyәrlәndirmә apararaq, proses iştirakçısının izahatını dinlәyәrәk hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, gәlinәn nәticә dәyişdirilmәdәn saxlanılmalıdır. Apelyasiya instansiya mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** saylı qәrardadı ilә şikayәt әrizәsi vә ona әlavә edilmiş sәnәdlәr geri qaytarılmışdır. Hәmin vaxt mәhkәmәyә tәqdim edilmiş sәnәdlәrә әsasәn müәyyәn edilmişdir ki, Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsinin ##.##.2025-ci il tarixli, MN seriyalı ******* nömrәli inzibati tәnbeh tәtbiq etmә barәdә qәrarı 30.09.2025ci il tarixli müşayiәtedici mәktubla şikayәtçiyә göndәrilmiş, hәmin qәrar ##.##.2025-ci il tarixdә rәsmi qaydada ona tәqdim edilmişdir. Qәrarın tәqdim edilmә tarixi hәmin vaxt şikayәtçinin özü tәrәfindәn mәhkәmәyә tәqdim olunmuş poçt zәrfi vә müşayiәtedici mәktubla tәsdiq edilmişdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin: 130.1-ci maddәsinә әsasәn bu Mәcәllәnin 126.1-ci maddәsindә nәzәrdә tutulmuş hallar istisna olmaqla, qәrarın surәti bu Mәcәllәnin 57-ci maddәsindә nәzәrdә tutulmuş rәsmi qaydada verildiyi vaxtdan on gün müddәtindә inzibati xәta haqqında iş üzrә qәrardan şikayәt verilә bilәr. 130.2-ci maddәsinә әsasәn bu Mәcәllәnin 130.1-ci maddәsindә nәzәrdә tutulmuş müddәt üzrlü sәbәbdәn buraxıldıqda, şikayәt verәn şәxsin vәsatәti ilә bu müddәt hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) tәrәfindәn bәrpa edilir. 130.3-cü maddәsinә әsasәn buraxılmış müddәtin bәrpası qeyri-mümkün hesab edildikdә, bu halda vәsatәti rәdd etmә haqqında qәrardad qәbul edilir. 57.1-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәr üzrә icraatın iştirakçılarına bu Mәcәllәdә müәyyәn edilmiş hallarda inzibati xәtalar haqqında işlәr üzrә sәnәdlәr (qәrarlar, qәrardadlar, protokollar, bildirişlәr) hakim vә ya sәlahiyyәtli orqan (vәzifәli şәxs) tәrәfindәn “Poçt haqqında” Azәrbaycan Respublikasının Qanununda nәzәrdә tutulmuş sifarişli poçt göndәrişi ilә çatdırılır, yaxud sәlahiyyәtli vәzifәli şәxs tәrәfindәn şәxsәn verilir. Sifarişli poçt göndәrişi - göndәrilmәk üçün qәbul olunduğuna dair istifadәçiyә qәbz verilmәsi, çatdırılarkәn isә ünvan sahibinin müvafiq sәnәdi imzalaması tәlәb olunan poçt göndәrişidir. Sәnәdin çatdırılmasını hakim mәhkәmә işçisinә, sәlahiyyәtli orqan isә müvafiq orqanın әmәkdaşına tapşıra bilәr. Bununla әlaqәdar qeyd edilmәlidir ki, inzibati xәta haqqında qәrardan, qәrar rәsmi qaydada verildiyi gündәn 10 gün müddәtindә şikayәt verilә bilәr. Əgәr bu müddәt ötürüldükdәn sonra şikayәt verilәrsә, prosessual müddәtin bәrpasına dair vәsatәt verilmәlidir. Hәmin vәsatәt әsaslandırılmaqla, әsaslar әsaslı şübhә yaratmayan sübutlarla tәsdiq edilmәlidir. Qanunla nәzәrdә tutulmuş prosessual müddәtin bәrpası üçün yalnız elә sәbәblәr üzürlü hesab edilә bilәr ki, onların mövcudluğu prosessual hüquqlara vә vәzifәlәrә malik şәxsin iradәsindәn asılı olmasın, özü tәrәfindәn onların dәf edilmәsi imkanlarından kәnara çıxsın, müvafiq hәrәkәtin yerinә yetirilmәsinә, maneә törәtsin vә ya mәhdudiyyәt yaratsın. Barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs qәrardan şikayәti verilmәsinә dair prosessual müddәtin bәrpası barәdә vәsatәti savadsızlığı ilә әsaslandırsa da, inzibati tәnbeh vermә haqqında qәrarın nәticә hissәsindә qәrardan şikayәt verilmә müddәti vә hansı qaydada şikayәt vermәsi aydın vә anlaşılan formada göstәrilmişdir ki, hәmin hal onun savadsızlığa istinad edilmәsi halının formal mülahizә kimi dәyәrlәndirilmәli olması qәnaәtini formalaşdırır. Belә olan halda apellyasiya instansiya mәhkәmәsi birinci instansiya mәhkәmәsinin gәldiyi nәticәni qanuni vә әsaslı hesab edir. Konstitusiya Mәhkәmәsinin Plenumu, hәmçinin apellyasiya instansiyası mәhkәmәlәrinin diqqәtini ona cәlb etmәyi lazım bilir ki, onlar birinci instansiya mәhkәmәsinin faktlar nöqteyi nәzәrindәn qanuni vә әsaslı, mahiyyәt üzrә düzgün olan qәrarının yalnız formal mülahizәlәrә görә lәğv edilmәsindәn çәkinmәlidirlәr (Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2019-cu il tarixli Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 38.1 vә 430.4-cü maddәlәrinin әlaqәli şәkildә şәrh edilmәsinә dair Qәrarı). Belәliklә, apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-****)-****/**** saylı, ## #### 2026-cı il tarixli qәrardadı dәyişdirilmәdәn saxlanılmalıdır. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası İXM-nin 133-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-****)-****/**** saylı, ## #### 2026-cı il tarixli qәrardadı dәyişdirilmәdәn saxlanılsın. Apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-504/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-504/2026
12.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver