Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-505/2026 10.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Ağayev Rəşadət Əhməd oğlu, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ M: Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə (hakim V.Y.Məmmədova) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilməsi, qərarın icrasının Sumqayıt şəhəri üzrə Icra Idarəsinə həvalə edilməsi alınmışdır. İŞİN HALLARİ: Inzibati materialdan müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Sumqayıt şəhəri üzrə Icra Idarəsinin icra məmuru X1 tərəfindən tərtib edilmiş protokol məhkəməyə göndərilmiş və protokola baxan birinci instansiya məhkəməsinin hakimi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarını ləgv edib, barəsində başladılmış inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində 2877 manat ödənməli borcu olmasını və bu borcun qəbul etməsi bildirmişdir. Icra məmurunun fikirlərinə münasibət olaraq, qeyd etmişdir ki, həmin vaxt xərçəng xəstəliyindən əziyyət çəkirdi, buna görə də xəstəxanada şüa qəbul edirdi və çağırışlara gələ bilmirdi. O, onkoloji xəstədir. Maddi vəziyyəti pisdir. Hazırda bacı və qardaşının himayəsində yaşayır. Qətnamə ilə qət edilən borcu ödəməkdən yayınmır. Əvvəllər pensiya alırdı, lakin hazırda pensiya təminatı da dayandırılmışdır. 2026-cı ilin sentyabr ayında pensiya təminatı bərpa olunan zaman qalan borcu ödəməyə başlayacaqdır. Məhkəmə qərarı ilə tutulacaq 4000 manat borcdan hazırda 2877 manat qalmışdır. Yuxarıda qeyd edilən hallar, yəni onun maddi vəziyyətinin pis olması, onkoloji xəstəliyi, pensiyasının dayandırılması və bacı-qardaşımın himayəsində olması nəzərə alınmamışdır. Əgər o, qərarın icrasından qəsdən boyun qaçırsa idi, hazırda borcu 2877 manat deyil, 4000 manat olardı. Bundan başqa, yaxın qohumlarının iştirakı ilə o, ##.##.2026-cı il tarixdə Zərərçəkmiş şəxs xeyrinə 2875 manat ödəniş etmişdir. Məhkəmə iclasında bunun üçün ona vaxt verilməsini xahiş etsə də, hakim bunu nəzərə almamış, tez-tələsik ona cərimə tətbiq etmişdir. Beləliklə də, işin hallarından görünür ki, icra sənədində göstərilən tələb hazırda tamamilə icra edilmişdir. Bu halın apellyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmasını xahiş edir. PROSES IŞTIRAKÇILARININ IZAHATLARI : Apellyasiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun izahat verərək əlavə olaraq qeyd etdi ki, zərərçəkmiş şəxsə olan borcunu tam olaraq ödəmişdir. Onun pensiyası kəsildi və pensiyasının verilməsi növbəti aydan bərpa olunacaqdır. O elə bilirdi ki, pensiyası təmin olunduqdan sonra tutulmalar davam edəcəkdir. Icra məmuru ona məlumat versəydi, o bu müddətdə heç olmasa aylıq 75 manat ödəyərdi. Hazırda borc tamamilə ödənildiyindən iş üzrə icraata xitam verilməsini xahiş edir. Apellyasiya instansiyası məhkəməsinin iclasının yeri və vaxtı barədə məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt şəhəri üzrə Icra Idarəsinin nümayəndəsi və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məlumatlandırılmış olsalar da, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Hesab edirəm ki, şikayət üzrə məhkəmə baxışı iclası inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan keçirilməsi mümkündür. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikası IXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya şikayətinin dəlillərini iş materiallarında olan sənədlərlə müqayisəli şəkildə araşdırıb hesab edirəm ki, apellyasiya şikayəti təmin edilməklə Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv olunmalı, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Füzuli Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2024-cü il tarixli icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbkar Zərərçəkmiş şəxs xeyrinə ümumilikdə 4000 manat məbləğində pul tutulması müəyyən edilmiş, icra sənədinin icrası ilə əlaqədar icra hərəkətləri həyata keçirilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan icra sənədlərini, icra məmurunun ## ###### 2024-cü il tarixli aktını və digər sənədləri araşdıraraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədində müəyyən edilmiş tələbi vaxtında icra etmədiyi nəticəsinə gəlmiş və onun əməlini Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsi ilə tövsif edərək inzibati məsuliyyətə cəlb etmişdir. Birinci instansiya məhkəməsinin qərar qəbul etdiyi vaxt iş materiallarında olan məlumatlara əsasən icra sənədinin tələbinin tam icra edilmədiyi və borcun 2877 manat hissəsinin qaldığı müəyyən edilmişdir. Həmin hal birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qəbul edildiyi vaxt mövcud olan sübutlar baxımından qiymətləndirilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin qərarında da iş materiallarında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 2877 manat məbləğində borcun tələbkarın xeyrinə ödənilməli olduğu göstərilmişdir. Lakin apellyasiya instansiyasında işə baxılarkən iş üzrə əhəmiyyətli olan yeni hal müəyyən edilmişdir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya məhkəməsinin iclasında apellyasiya şikayətini müdafiə edərək zərərçəkmiş şəxsə olan borcunu tam ödədiyini bildirmiş, pensiyasının dayandırıldığını və sonradan bərpa olunacağını, borcun ödənilməsi ilə bağlı icra tədbirlərinin davam etdiriləcəyini düşündüyünü bildirməklə apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Hazırkı iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədindən irəli gələn borcun ödənilməsi istiqamətində əvvəl də müəyyən ödənişlər etdiyi iş materialları ilə təsdiq olunur. Belə ki, Sumqayıt şəhəri üzrə Icra Idarəsinin ## #### 2025-ci il tarixli ödəniş tapşırığından icra sənədi üzrə tutulmuş 300 manatın tələbkar Zərərçəkmiş şəxs hesabına köçürüldüyü görünür. Bununla yanaşı, apellyasiya şikayətinə əlavə edilmiş sənədlərdən və apellyasiya instansiyası məhkəməsinin iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi izahatdan onun icra sənədindən irəli gələn öhdəliyi icra etdiyi müəyyən olunur. Apellyasiya şikayətində də ## #### 2026-cı il tarixdə tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödəniş edildiyi və icra sənədində göstərilən tələbin artıq icra olunduğu göstərilmiş, həmçinin bu hal Sumqayıt şəhər Icra idarəsinin ##.##.2026-cı il tarixli e******/****-**-** saylı arayışı ilə də təsdiq edilir. Məhkəmə hesab edir ki, 528.1-ci maddənin Qeyd hissəsində nəzərdə tutulmuş normanın məqsədi icra sənədinin faktiki icrasının təmin edilməsinə üstünlük vermək və icra sənədini icra etmiş borclunun həmin xüsusi əsasla inzibati məsuliyyətdən azad edilməsini təmin etməkdir. Bu səbəbdən, icra sənədinin tələbi inzibati xəta haqqında iş üzrə məhkəmə tərəfindən yekun qərar qəbul edilənədək icra edildikdə, həmin halın inzibati məsuliyyət məsələsinə hüquqi təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və II hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. IXM-nin 528.1-ci maddəsində qeyd olunan inzibati xətanın obyekti ədalət mühakiməsinin, xeyrinə məhkəmə qərarı çıxarılmış ayrı-ayrı hüquqi və fiziki şəxslərin, habelə dövlətin mənafeyi olmaqla, obyektiv cəhətdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmədə, həmin məhkəmə qətnaməsinin icrasına maneçilik törətmədə, habelə icra ilə əlaqədar icra məmurlarının qanuni tələblərini icra etməmədə ifadə olunur. Inzibati hüquq nəzəriyyəsində məhkəmə qətnaməsini, hökmünü, qərarını və yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərini üzrsüz səbəbdən icra etməmə onda ehtiva olunur ki, təqsirkar şəxsə yazılı şəkildə məhkəmə qərarının icra edilməsi barədə xəbərdarlıq edilmiş olsun, həmin xəbərdarlıqdan və icra məmurlarının qanuni tələblərindən təqsirkar şəxsin məlumatı olsun və hər hansı üzrlü səbəb göstərmədən həmin hərəkətlərini davam etdirmiş olsun. Yuxarıda qeyd olunanlara görə məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Sumqayıt şəhəri üzrə Icra Idarəsinin icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməməsi iş materialları ilə sübuta yetirildiyindən birinci instansiya məhkəməsinin onu IXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək, 500 (beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbirini tətbiq etməsi qanuni və əsaslı olmuşdur. Apellyasiya baxışı zamanı məhkəməyə təqdim edilmiş qəbzdən görünür ki, ## #### 2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Zərərçəkmiş şəxs xeyrinə 2875 manat məbləğində ödəniş edilmişdir. Beləliklə, icra sənədi üzrə tutulmalı olan məbləğin bir hissəsinin ödənilməsi ilə yanaşı, apellyasiya baxışı zamanı qalan hissəsinə aid ödənişin həyata keçirilməsi iş üzrə yeni hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının IXM-nin 528-ci maddəsinin Qeyd hissəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Ona görə də hesab edirəm ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli icra sənədi üzrə olan 4000 manat borc tam şəkildə ödənildiyinə görə IXM-nin 528-ci maddəsinin Qeyd hissəsinə əsasən o, inzibati məsuliyyətdən azad edilməlidir. Beləliklə, inzibati xəta haqqında işin materiallarına əlavə edilmiş sübutları bir daha təhlil edib, barəsində inzibati qaydada iş üzrə icraat aparılan şəxsin şikayəti üzrə apellyasiya instansiyası məhkəməsində aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb hesab edirəm ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-155)-1866/2026 qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, IXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. IXM-nin 134-cü maddəsinə müvafiq olaraq inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, o cümlədən IXM-nin 134.1.3 və 135-ci maddələrində nəzərdə tutulmuş hallarda, qərarın ləğv edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. IXM-nin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. IXM-nin 138.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53.1.2, 134- 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDIM : Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin Qeyd hissəsinə əsasən inzibati məsuliyyətdən azad edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-8)-505/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-505/2026
10.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver