Məhkəmə qərarları › İş №3(3-8)-506/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-506/2026

12.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-506/2026 12.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Rzayev Mәhәmmәdәli Əsәd oğlunun sәdrliyi, Hacıyeva Aytәkin Qurban qızının katibliyi ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikasının İXM-nin 253-1.1.3-cü maddәsi ilә başlanmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsinә dair Şamaxı Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarından Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsinin rәis müavini Elmar Musayev tәrәfindәn verilmiş şikayәtә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsi tәrәfindәn hüquqi şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 253-1.1.3-cü maddәsi ilә ## ### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrәli inzibati xәta haqqında protokol tәrtib edilәrәk baxılması üçün Şamaxı Rayon Mәhkәmәsinә göndәrilmişdir. Şamaxı Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarına әsasәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 253-1.1.3-cü maddәsi ilә başlanılmış inzibati xәta haqqında işin icraatına xitam verilmişdir (hakim X1). Qәrardan narazı qalan Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsinin rәis müavini Elmar Musayev apellyasiya şikayәti verәrәk, Şamaxı Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarının lәğv edilmәsini vә işә mahiyyәti üzrә baxaraq inzibati tәnbeh vermә haqqında qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, birinci instansiya mәhkәmәsi iş üzrә faktiki halları tam vә obyektiv araşdırmamış, maddi, hüquq normalarını düzgün tәtbiq etmәmiş, normativ hüquqi aktları yanlış tәfsir etmiş vә nәticәdә qanunsuz qәrar qәbul etmişdir. Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin ## ### 2018-ci il tarixli *** nömrәli Qәrarı ilә tәsdiq edilmiş "Yaşıllıqların uçotunun, kadastrının vә monitorinqinin aparılması Qaydaları"na әsasәn bәlәdiyyәlәr hәr il yaşıllıqların uçotu vә monitorinqinә dair mәlumatları 20 fevral tarixindәn gec olmayaraq Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinә tәqdim etmәlidirlәr. Lakin Quşçu Bәlәdiyyәsi hәmin öhdәliyi qanunla müәyyәn olunmuş müddәtdә yerinә yetirmәmiş, bu fakt ## ### 2026-cı il tarixli araşdırma aktı vә ## ### 2026-cı il tarixli inzibati xәta haqqında protokol ilә tәsdiq edilmişdir. Buna baxmayaraq, mәhkәmә yalnız mәlumatların sonradan tәqdim edilmәsini әsas götürәrәk inzibati mәsuliyyәti istisna etmişdir ki, bu da hәm İnzibati Xәtalar Mәcәllәsinin mәqsәdinә, hәm dә inzibati mәsuliyyәt institutunun hüquqi mahiyyәtinә ziddir. Bundan әlavә, mәhkәmә İXM-in 253-1.1.3-cü maddәsinin dispozisiyasının tәcrid olunmuş şәkildә qiymәtlәndirmiş, hәmin maddәnin tәtbiqini tәmin edәn Nazirlәr Kabinetinin *** nömrәli Qәrarının hüquqi әhәmiyyәtini nәzәrә almamışdır.Mәhkәmәnin bu yanaşması inzibati mәsuliyyәt institutunun preventiv funksiyasını faktiki olaraq aradan qaldırır. Belә yanaşma qәbul edilәrsә, istәnilәn hüquqi şәxs qanunla müәyyәn edilmiş müddәti keçirdikdәn sonra mәlumatı tәqdim etmәklә inzibati mәsuliyyәtdәn yayınmış olar ki, bu da qanunvericinin iradәsinә tamamilә ziddir. Eyni zamanda, mәhkәmә iş materiallarında olan yazılı sübutlara tam hüquqi qiymәt vermәmiş, inzibati xәta haqqında protokolun vә araşdırma aktının sübutedici qüvvәsini kifayәt qәdәr qiymәtlәndirmәmiş, yalnız sonradan tәqdim olunmuş mәlumat faktına üstünlük vermişdir. Nәticәdә qәbul edilmiş qәrar maddi hüquq normalarının düzgün tәtbiq edilmәmәsi vә sübutların düzgün qiymәtlәndirilmәmәsi sәbәbindәn qanunsuz vә әsassız hesab edilmәlidir. Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 253-1.1.3-cü maddәsi yaşıllıqların uçotu vә monitorinqi haqqında mәlumatların müvafiq icra hakimiyyәti orqanına tәqdim edilmәmәsinә görә inzibati mәsuliyyәt müәyyәn edir. Bu maddәnin mәqsәdi yalnız mәlumatın hәr hansı vaxtda tәqdim edilmәsini deyil, qanunvericiliklә müәyyәn edilmiş qaydada vә müddәtdә tәqdim olunmasını tәmin etmәkdir. İnzibati mәsuliyyәtin yaranması üçün әsas olan hüquqi fakt mәlumatın ümumiyyәtlә tәqdim edilmәmәsi deyil, qanunvericiliklә müәyyәn olunmuş öhdәliyin müәyyәn edilmiş vaxtda yerinә yetirilmәmәsidir. Mәhz buna görә dә normanın tәtbiqi zamanı onu tәnzimlәyәn digәr normativ hüquqi aktlarla sistemli şәkildә şәrh etmәk zәruridir. Quşçu Bәlәdiyyәsi tәrәfindәn 2025-ci ilә aid yaşıllıqların uçotu vә monitorinqi barәdә mәlumatlar qanunvericiliklә müәyyәn edilmiş müddәtdә tәqdim edilmәmiş, bu hal ## ### 2026-cı il tarixli araşdırma aktı ilә müәyyәn edilmiş, ## ### 2026-cı il tarixindә isә inzibati xәta haqqında protokol tәrtib olunmuşdur. Belә olan halda inzibati xәta artıq başa çatmış hesab edilir. Sonradan - ## ##### 2026-cı il tarixindә hәmin mәlumatların tәqdim olunması yalnız әvvәllәr yol verilmiş hüquq pozuntusunun aradan qaldırılmasına yönәlmiş hәrәkәt kimi qiymәtlәndirilә bilәr vә törәdilmiş inzibati xәtanı aradan qaldırmır. Hüquqi məsələlər: Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Mәhkәmә iclasının vaxtı vә yeri barәdә mәlumat verilmәsinә baxmayaraq, Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsinin vә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs nümayәndәlәri mәhkәmә iclasına gәlmәmişlәr vә iclasın onların iştirakları olmadan keçirilmәsini xahiş etmişlәr. Mәhkәmә onların iştirakı olmadan mәhkәmә iclasının keçirilmәsini mümkün hesab etmişdir. Mәhkәmә şikayәtin dәlillәrini iş materialları ilә әlaqәli şәkildә araşdırıb, tәdqiq olunmuş sübutlara qiymәt verәrәk hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәli, Şamaxı Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı lәğv edilmәlidir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Belə ki, iş materiallarında olan; Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsinin ## ### 2026-cı il tarixli, ****** nömrәli aktından görünür ki, * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsinin ## ### 2026-cı il tarixli, **** saylı sәrәncamına әsasәn Şamaxı rayonu әrazisindә yaşıllıqların uçot vә monitorinqi haqqında mәlumatları İdarәyә tәqdim etmәyәn mülkiyyәtçilәr barәdә qanunamüvafiq tәdbirlәrin görülmәsi mәqsәdilә araşdırma aparılmış, aparılan araşdırma zamanı Şamaxı rayonu Quşçu Bәlәdiyyәsi tәrәfindәn “Yaşıllıqların uçotunun, kadastrının vә monitorinqinin aparılması” qaydasının tәsdiq edilmsi haqqında” Azәrbaycan Respublikasının Nazirlәr Kabinetinin ## ### 2018-ci il tarixli, *** saylı qәrarının tәlәblәrindә göstәrilәn müddәtdә (yanvar ayının 1-dәn fevral ayının 20-dәk) “Yaşıllıqların uçot vә monitorinqi” haqqında mәlumatları Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinә tәqdim etmәdiyi mәlum olmuşdur. Bununla da Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs sәdri X2 tәrәfindәn Azәrbaycan Respublikasının Nazirlәr Kabinetinin ## ### 2018-ci il tarixli, *** saylı *** nömrәli “Yaşıllıqların uçotunun, kadastrının vә monitorinqinin aparılması qaydasının tәsdiq edilmәsi haqqında” qәrarının tәlәblәrini pozulmuşdur. Hәmin akt Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsinin mәslәhәtçi – müfәttişi G.Ramazanov vә baş mәslәhәtçi-müfәttiş Rauf Əhmәdov tәrәfindәn imzalanmışdır (Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs sәdri Hәbib Hәsәnov tәrәfindәn imzalanmamışdır). MN ******* nömrәli, ## ### 2026-cı il tarixli inzibati xәta haqqında protokoldan görünür ki, Şamaxı rayonu Quşçu Bәlәdiyyәsi ##.##.2026-cı il tarixdә yaşıllıqların uçotu, monitorinqi haqqında mәlumatları müvafiq icra hakimiyyәti orqanına tәqdim etmәmiş vә buna görә dә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 253-1.1.3-cü maddәsindә nәzәrdә tutulan inzibati xәtanı törәtmişdir. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs sәdrli X2 tәrәfindәn tәqdim edilmiş 2026-cı il tarixә aid olan göndәrilәn sәnәdlәrin qeydiyyat jurnalının vә eyni tarixli mәktubun surәtlәrindәn görünür ki, ##.##.2026-cı il tarixdә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn Yaşıllıqların uçot vә monitorinqi haqqında mәlumatları Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsinә tәqdim edilmişdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn, yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizlik) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur vә tәnbeh edilir. Hәmin Mәcәllәnin 12-ci maddәsinә әsasәn bu Mәcәllә ilә qorunan ictimai münasibәtlәrә qәsd edәn, hüquqazidd olan, tәqsirli sayılan (qәsdәn vә ya ehtiyatsızlıqdan törәdilәn) vә inzibati mәsuliyyәtә sәbәb olan әmәl (hәrәkәt vә ya hәrәkәtsizlik) inzibati xәta hesab olunur. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 48-ci maddәsinә әsasәn inzibati xәta haqqında hәr bir işin hallarının vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә araşdırılması inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәrinә aid edilmişdir. Azәrbaycan Respublikasının İXM-nin 75.0.3-cü maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәrin icraatı üzrә inzibati xәta törәtmәkdә şәxsin tәqsiri müәyyәn edilmәlidir. İnzibati Xәtalar Mәcәllәsinin 76.1-ci maddәsinә әsasәn inzibati xәtanın olubolmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi orqanın (qurumun) informasiya sistemindә, habelә digәr dövlәt informasiya sistemlәrindә (ehtiyatlarında) aşkar olunan mәlumatlarla, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. Qeyd olunan Mәcәllәnin 84.1-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәrә baxan hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) işin bütün hallarının mәcmusunun hәrtәrәfli, tam vә obyektiv surәtdә baxılmasına әsaslanan öz daxili inamı ilә sübutları qiymәtlәndirir. Apellyasiya mәhkәmәsi qeyd edir ki, birinci instansiya mәhkәmәsi qәrarını onunla әsaslandırmışdır ki, İXM-in 253-1.1.3-cü maddәsinin dispozisiya şәrtlәrindә yaşıllıqların uçotu vә monitorinqi haqqında mәlumatların müvafiq icra hakimiyyәti orqanına tәqdim edilmәmәsinә görә mәsuliyyәtin yaranması göstәrilmişdir. Hәmin maddәnin dispozisiya şәrtlәrindә göstәrilәn mәlumatların hәr-hansı müddәt әrzindә (dәqiq tarix vә ya vaxt aralığı göstәrilmәklә) tәqdim edilmәsi nәzәrdә tutulmamışdır. Hәmin maddә blanket norma olmamaqla, digәr normativ akta istinad etmәdiyindәn әmәldә inzibati xәta tәrkibinin yaranması üçün ümumi qaydada mәlumatların tәqdim edilmәmәsini nәzәrdә tutmuşdur. Apellyasiya Mәhkәmәsi birinci instansiya mәhkәmәsinin gәldiyini nәticәni әsassız hesab edәrәk qeyd edir ki, Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin ## ### 2018-ci il tarixli *** nömrәli Qәrarı ilә tәsdiq edilmiş "Yaşıllıqların uçotunun, kadastrının vә monitorinqinin aparılması Qaydaları"nın 2.5-ci bәndinә әsasәn bu Qaydaya uyğun olaraq, uçota alınan yaşıllıqlar barәdә mәlumatlar istifadәsindә olan torpaq sahәlәrindәki yaşıllıqlara münasibәtdә mәrkәzi icra hakimiyyәti orqanları, bәlәdiyyә mülkiyyәtindә olan torpaq sahәlәrindәki yaşıllıqlara münasibәtdә bәlәdiyyәlәr, digәr torpaq sahәlәrindәki yaşıllıqlara münasibәtdә isә yerli icra hakimiyyәti orqanları tәrәfindәn hәr il yanvarın 1-nә ümumilәşdirilir vә tәrtib olunmuş hesabatlar müvafiq dövlәt orqanları vә ya bәlәdiyyәlәr tәrәfindәn fevralın 20-dәk tәsdiq edilәrәk kağız vә elektron daşıyıcılarda (güclәndirilmiş elektron imza ilә) Azәrbaycan Respublikasının Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinә tәqdim edilir. Hәmin Qaydaların 2.9-cu bәndinә görә istifadәsindә olan torpaq sahәlәrindә mәrkәzi icra hakimiyyәti orqanları, bәlәdiyyә mülkiyyәtindә olan torpaq sahәlәrindә bәlәdiyyәlәr, digәr torpaq sahәlәrindә yerli icra hakimiyyәti orqanları aidiyyәti üzrә yaşıllıqların uçota alınmamasına, kәmiyyәt vә keyfiyyәt göstәricilәrinin tam vә dürüst әks olunmamasına, onların növlәrinin, yaşıllıq әrazilәrinin vә yaşıllıq barәdә digәr mәlumatların tәhrif edilmәsinә vә bu mәlumatların Azәrbaycan Respublikasının Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinә tәqdim edilmәmәsinә görә Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinә uyğun mәsuliyyәt daşıyırlar. Apellyasiya Mәhkәmәsi qeyd edir ki, İXM-in 253-1.1.3-cü maddәsinin mәtnindә hәr hansı tarixin birbaşa yazılmaması, qanunvericiliyin subyektә bu öhdәliyi müddәtsiz vә ya öz mülahizәsinә uyğun icra etmәk hüququ vermәsi kimi yozula bilmәz. Hüquq elmindә vә mәhkәmә tәcrübәsindә qәbul olunmuş qaydaya әsasәn, fәaliyyәtin müәyyәn bir sahәsini tәnzimlәyәn maddә müvafiq icra hakimiyyәti orqanının qәbul etdiyi normativ-hüquqi aktlarla vәhdәt tәşkil edir vә bütöv bir mexanizm formalaşdırır. Qanunverici orqan İXM-dә tәnbeh sanksiyasını tәsbit etdiyi halda, icraedici orqan (Nazirlәr Kabineti) bu öhdәliyin icra müddәtini vә qaydasını müәyyәn etmişdir. Bu sәbәbdәn, hesabatların fevralın 20-dәk tәqdim edilmәmәsi faktı formalaşdığı andan etibarәn subyekt tәrәfindәn hәrәkәtsizlik formasında törәdilәn inzibati xәtanın tәrkibi (obyektiv cәhәti) tamamilә tamamlanmış hesab olunur. Ona görә dә apellyasiya mәhkәmәsi şikayәtin dәlillәrinә hüquqi qiymәt verәrәk, hәmin dәlillәri әsaslı hesab edir. Belә ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 253-1.1.3-cü maddәsi ilә tәqsirli olması iş materallarında olan sübutlarla tam tәsdiq edilir. Azәrbaycan Respublikası İXM-nin 9.1-ci maddәsinә görә, inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. Azәrbaycan Respublikası İXM-nin 18.1-ci maddәsinә әsasәn hüquqi şәxslәr, o cümlәdәn xarici hüquqi şәxslәr vә xarici hüquqi şәxslәrin filial vә nümayәndәliklәri bu Mәcәllәnin Xüsusi hissәsindә nәzәrdә tutulmuş inzibati xәtalara görә inzibati mәsuliyyәtә cәlb olunurlar. Azәrbaycan Respublikası İXM-nin 18.5-ci maddәsinә әsasәn hüquqi şәxs barәsindә inzibati tәnbeh yalnız hakim tәrәfindәn tәtbiq edilir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 21 vә 31.1-ci maddәlәrinә әsasәn inzibati tәnbeh inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır vә bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. Azәrbaycan Respublikası İXM-nin 31.3-cü maddәsinә әsasәn hüquqi şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, inzibati xәtanın xarakteri, inzibati xәta nәticәsindә hüquqi şәxsin әldә etdiyi xeyrin hәcmi vә ya onun maraqlarının tәmin edilmәsinin xarakteri vә dәrәcәsi, hüquqi şәxsi xarakterizә edәn hallar, o cümlәdәn onun maliyyә vә әmlak vәziyyәti, xeyriyyәçilik vә ya digәr ictimai faydalı fәaliyyәtlә mәşğul olması, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. Azәrbaycan Respublikası İXM-nin 253-1.1.3-cü maddәsinә әsasәn yaşıllıqların uçotu vә monitorinqi haqqında mәlumatların müvafiq icra hakimiyyәti orqanına tәqdim edilmәmәsinә görә vәzifәli şәxslәr min manat miqdarında, hüquqi şәxslәr üç min manat miqdarında cәrimә edilir. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs mәsuliyyәtini yüngüllәşdirәn vә ağırlaşdıran hallar müәyyәn edilmәmişdir. Göstәrilәnlәri nәzәrә alaraq mәhkәmә belә qәnatә gәlir ki, apellyasiya şikayәti tәmin edilmәli, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası İXM-nin 253-1.1.3-cü maddәsi ilә başlanmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsinә dair Şamaxı Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı apellyasiya şikayәtinә әsasәn lәğv edilmәli vә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İXM-nin 253-1.1.3cü maddәsi ilә inzibati xәta törәtmәkdә tәqsirli bilinmәli vә barәsindә 3000 (üç min) manat mәblәğindә cәrimә növündә inzibati tәnbeh tәdbiri tәtbiq edilmәlidir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 134.1.2-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәbul edilmiş qәrardan şikayәt vә ya protestә baxılarkәn bu Mәcәllәnin 135.1.2–135.1.5-ci maddәlәri ilә müәyyәn edilmiş hallarda qәrarın dәyişdirilmәsi haqqında vә ya qәrarı lәğv edәrәk yeni qәrarın çıxarılması haqqında qәrar qәbul edilir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 135.1.2-ci maddәsinә әsasәn hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) gәldiyi nәticәlәrin işin faktiki hallarına uyğun olmaması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsasdır. Göstәrilәnlәri vә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 134.1.2 vә 135.1.2-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDİ: Apellyasiya şikayәti tәmin edilsin. Şamaxı rayon Quçşu Bәlәdiyyәsi barәsindә Azәrbaycan Respublikası İXM-nin 253- 1.1.3-cü maddәsi ilә başlanmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsinә dair Şamaxı Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı apellyasiya şikayәtinә әsasәn lәğv edilsin. İş üzrә yeni qәrar qәbul edilsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikasının İXM-nin 253-1.1.3-cü maddәsi ilә inzibati xәta törәtmәkdә tәqsirli bilinsin vә barәsindә 3000 (üç min) manat mәblәğindә cәrimә növündә inzibati tәnbeh tәdbiri tәtbiq edilsin. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan şikayәt vә ya protest verilә bilmәz. Hakim: Məhəmmədəli Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar