Məhkəmə qərarları › İş №3(3-8)-507/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-507/2026

13.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-507/2026 13.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Ağayev Rəşadət Əhməd oğlu, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət üzrə Şamaxı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəis müavini Elmar Musayev tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ M: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Idarəsinin inzibati tənbeh vermə haqqında MN seriyalı, ******* saylı, ## ###### 2025-ci il tarixli qərarına əsasən, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 2000 (iki min) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) şikayətlə Qobustan Rayon Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Qobustan rayonunda yerləşən “Glass kafe” restoranının icarəçisidir və həmin restoranda sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bir müddət əvvəl ona məlum olmuşdur ki, o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla IXM-in 237.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 2000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh olunmuşdur. Lakin, həmin qərarın surəti ona uzun müddət ərzində rəsmi qaydada təqdim edilməmiş, dəfələrlə müraciət etməsinə baxmayaraq, ünvanına göndərilməmiş, yalnız son müraciətindən sonra ## ###### 2026-cı il tarixli məktubla həmin qərarın surəti ona göndərilmişdir. Hazırda şikayətinə əlavə etdiyi poçt zərfindən də, göründüyü kimi, o, qərarın surətini yalnız ## #### 2026-cı il tarixdə əldə etmişdir. * saylı RETSI göndəriş məktubunda həmin qərarın ona “yenidən” göndərildiyini qeyd etsə də, bu tamamilə əsassız olmuş, o, nə qərarın, nə də protokolun surətini əldə etməmişdir. Ümumiyyətlə, həmin protokolun tərtib edilməsi və qərarın qəbul olunması barədə məlumatlandırılmamışdır. Bundan əlavə, poçtdan da bu barədə məlumatı dəqiqləşdirmiş və müəyyən edilmişdir ki, ona göndərilmiş əvvəlki məktub “Bu ünvanda yaşamır” qeydi ilə idarənin özünə geri qaytarılmış, ona təqdim olunmamışdır. Lakin, poçt bu barədə arayış verməkdən imtina etmişdir. O, barəsində çıxarılmış həmin inzibati tənbeh vermə haqqında qərarla razı deyil. Belə ki, qərardan ona məlum olmuşdur ki, həmin qərar ## #### 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib olunmuşdur və həmin qərarın qəbul edilməsi səbəbi Qobustan rayonunda “Glass kafe”də qaz-toz təmizləyici qurğunun quraşdırılmaması, dəm qazının normadan artıq olması olmuşdur. O, sözügedən restoranı icarə hüququ əsasında əldə edərək oradan istifadə edir və ora hazır biznes kimi onun tərəfindən idarə olunmağa başlanmışdır. Həmin restoranın yerləşdiyi ərazi “xxxx” MMC-yə məxsus olmuş, ## #### 2025-ci il tarixli icarə müqaviləsi əsasında həmin obyekt “xxxx” MMC-nin icarəsinə verilmişdir. Bundan sonra, həmin tarixdə onunla "xxxx” MMC arasında subicarə müqaviləsi bağlanmışdır. Müqaviləyə görə, icarəyə verən Qobustan rayonu, Bakı-Şamaxı yolunun 97-ci kilometrliyində yerləşən, ümumi sahəsi 13 hektar olan “Qobuland” əyləncə mərkəzinin 8 hektarlıq hissəsində yerləşən, ümumi sahəsi 705 kv.m olan 2 restoran sahəsi (Glass və Piramida) icarəçinin icarəsinə verilir, icarəçi isə icarə obyetkini icarəyə qəbul edir və müqavilə ilə razılaşdırılmış icarə haqqını bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə ödəyir. Icarə obyekti restoran və istirahət mərkəzi kimi istifadə məqsədilə verilir və icarəyə verənin razılığı olmadan başqa məqsədlərlə istifadə edilə bilməz. ## #### 2025-ci il tarixli subicarə müqaviləsinin 2.1-ci bəndinə görə, tərəflər razılaşmışlar ki, bu müqavilənin qüvvəyə mindiyi tarixə icarə obyekti icarəçinin əsas fəaliyyəti və bu müqavilənin məqsədi üçün istismara tam yararlı vəziyyətdədir. IXM-in 237.1-ci maddəsindən göründüyü kimi, maddənin dispozisiyasında təmizləyici qurğularla və avadanlıqla təmin edilməyən müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsini nəzərdə tutmuşdur. Bu baxımdan hesab edir ki, IXM-in 237.1-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu öz təsdiqini tapsaydı belə, bunun üçün məsuliyyəti o deyil, həmin restoranı icarə əsasında ona istismara tam yararlı vəziyyətdə verdiyini qeyd edən icarəyə verən daşımalıdır. Belə ki, o, hazır biznes olaraq həmin restoranı icarəyə götürüb işlətməyə başlasa da, həmin restoranı iddia olunan çatışmazlıqlarla istismara verən şəxs kimi o deyil, icarəyə verən çıxış etmişdir. Ona görə də, onun əməlində inzibati xəta tərkibi mövcud olmamış, o, sadəcə müqavilə üzrə istismara tam yararlı vəziyyətdə təhvil aldığı restoranda müvafiq fəaliyyətlə məşğul olmuşdur. Qobustan Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarı (hakim S.İ.Mayılov) ilə şikayətin təmin edilməsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş MN ******* saylı, ## ###### 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, Qərardan şikayət verən orqan (şəxs) barəsində IXM-in 237.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin *(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikasının IXM-nin 237.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Qobustan Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarının və ## #### 2026-cı il tarixli qərardadının ləğv edilməsi, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Idarəsinin inzibati tənbeh vermə haqqında MN seriyalı, ******* saylı, ## ###### 2025-ci il tarixli qərarından verilən şikayət baxılmasından ötrü inzibati xəta haqqında material Şamaxı Rayon Məhkəməsinə işin baxılmağa hazırlanması mərhələsinə göndərilməsi qərara alınmışdır. Şamaxı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə (hakim Q.B.Abasov) Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin MN ******* nömrəli, ## ###### 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin buraxılmasına dair vəsatəti təmin edilərək buraxılmış müddət üzrlü hesab edilməklə bərpa olunması, inzibati xəta haqqında material baxılması üçün icraata qəbul edilməsi və işin baxılması ##.##.2026-cı il tarixə, saat 11:30-a Şamaxı Rayon Məhkəməsinin binasına təyin edilməsi qərara alınmışdır. Şikayətə baxan Şamaxı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (hakim Q.B.Abasov) şikayətin təmin edilməsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Şamaxı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə razılaşmayan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəis müavini Elmar Musayev apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ## ###### 2025-ci il tarixli MN №******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılmasını və Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə verdiyi şikayətinin təmin edilməməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən X2 Monitorinq Idarəsi tərəfindən atmosfer havasının vəziyyəti üzərində həyata keçirilən dövlət monitorinqi zamanı Qobustan rayonu ərazisində yerləşən “Glass Kafe” restoranında atmosferə normadan artıq tullantıların atılması müəyyən edilmiş, monitorinq nəticələri əsasında tərtib edilmiş materiallar * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinə göndərilmiş və həmin materiallar əsasında Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-in 237.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və 2000 manat məbləğində cərimə tətbiq edilmişdir. Birinci instansiya məhkəməsi IXM-in 237.1-ci maddəsinin hüquqi məzmununu düzgün müəyyən etməmiş, inzibati məsuliyyətin subyektini yanlış qiymətləndirmiş, dövlət ekoloji monitorinqinin hüquqi mahiyyətini sahibkarlıq sahəsində aparılan yoxlama ilə eyniləşdirmiş və iş üzrə təqdim edilmiş sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirməmişdir. Birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) “Glass Kafe” restoranının mülkiyyətçisi deyil, subicarəçisi olmasını əsas götürməklə onun IXM-in 237.1-ci maddəsi üzrə inzibati məsuliyyət daşıya bilməməsi qənaətinə gəlmişdir. Həmin normanın dispozisiyası yalnız obyektin mülkiyyətçisinin məsuliyyətini nəzərdə tutmur və inzibati məsuliyyətin müəyyən edilməsində əsas meyar şəxsin mülkiyyət hüququ deyil, obyektin faktiki istismarını və fəaliyyəti həyata keçirib-keçirməməsidir. Iş materiallarından Qərardan şikayət verən orqan (şəxs) “Glass Kafe” restoranını subicarə müqaviləsi əsasında qəbul etdiyi, həmin obyektdə faktiki sahibkarlıq fəaliyyəti həyata keçirdiyi və obyektin istifadəsi ilə bağlı idarəetmə və istismar fəaliyyətini həyata keçirdiyi görünür. Bu baxımdan qaz-toz təmizləyici qurğunun saz vəziyyətdə saxlanılması, atmosferə normadan artıq tullantıların buraxılmasının qarşısının alınması və ekoloji təhlükəsizlik tədbirlərinin görülməsi də onun fəaliyyət dairəsinə aid olmuşdur. Birinci instansiya məhkəməsinin obyektin Qərardan şikayət verən orqan (şəxs) tərəfindən istismara verilməməsi barədə nəticəsi də məsuliyyəti aradan qaldırmır. Obyektin faktiki olaraq fəaliyyət göstərməsi, həmin obyekt üzrə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və atmosferə normadan artıq tullantıların atılması müəyyən edilmişdir. Bu səbəbdən şəxsin yalnız obyektin əvvəlki dövrdə başqa şəxs tərəfindən istismara verilməsinə əsasən məsuliyyətdən azad edilməsi düzgün deyildir. Birinci instansiya məhkəməsi dövlət ekoloji monitorinqini sahibkarlıq subyektində aparılan yoxlama kimi qiymətləndirməklə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini tətbiq etmiş, lakin monitorinqin hüquqi mahiyyətini düzgün müəyyən etməmişdir. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2004-cü il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması Qaydaları” dövlət ekoloji monitorinqini müstəqil dövlət funksiyası kimi müəyyən edir. Monitorinqin məqsədi ətraf mühitin vəziyyətinin sistemli müşahidəsi, çirklənmə mənbələrinin müəyyən edilməsi, atmosfer havası və digər təbii komponentlər üzrə məlumatların toplanması, təhlili və qiymətləndirilməsindən ibarətdir. Bu səbəbdən monitorinqin sahibkarlıq subyektlərində aparılan planlı və ya plandankənar yoxlama ilə eyniləşdirilməsi düzgün hesab edilə bilməz. Monitorinq zamanı sahibkarlıq fəaliyyətinin maliyyə sənədləri, istehsal və təsərrüfat fəaliyyəti araşdırılmamış, kommersiya sirri təşkil edən sənədlər tələb edilməmiş və sahibkarlıq subyektinin daxili fəaliyyətinə müdaxilə olunmamışdır. Bu baxımdan həmin tədbirin sahibkarlıq sahəsində aparılan yoxlama kimi qiymətləndirilməsi və monitorinq nəticələrinin yalnız yoxlamaların aparılması qaydalarına riayət edilməməsi əsası ilə hüquqi qüvvədən məhrum edilməsi düzgün yanaşma deyildir. PROSESSUAL MƏSƏLƏLƏR : Apellyasiya baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş qurumun nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbdən olması və ya məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmişlər. Hesab edirəm ki, şikayət üzrə məhkəmə baxışı iclası inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş idarənin nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsin iştirakı olmadan keçirilməsi mümkündür. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikasının IXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati icraat materiallarını yoxlayıb, apellyasiya şikayətinin dəlillərini iş materiallarındakı sənədlərlə tədqiq edib hesab edirəm ki, apellyasiya şikayəti təmin olunmaqla iş üzrə Şamaxı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməklə yeni qərar qəbul edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən X2 Monitorinq Idarəsi tərəfindən atmosfer havasının vəziyyətinin monitorinqi zamanı Qobustan rayonu, “Glass Kafe” restoranında atmosfer havasına normadan artıq tullantıların atılması, habelə qaz-toz təmizləyici qurğunun quraşdırılmaması müəyyən edilmiş, bununla bağlı toplanmış materiallar əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası IXM-in 237.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında ## ###### 2025-ci il tarixli, MN ******* nömrəli qərar qəbul edilmiş və ona 2000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Birinci instansiya məhkəməsi şikayəti təmin edərkən əsasən həmin obyektin Qərardan şikayət verən orqan (şəxs) mülkiyyətində olmamasına, onun obyektdən subicarə əsasında istifadə etməsinə və obyektin ondan əvvəl digər şəxslər tərəfindən istismar edilməsinə istinad etmişdir. Məhkəmə IXM-in 237.1-ci maddəsinin dispozisiyasını nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, mübahisəli obyektin istismara verilməsi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən həyata keçirilmədiyindən onun həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi əsaslı hesab edilə bilməz. Məhkəmə birinci instansiya məhkəməsinin bu nəticəsi ilə razılaşmır. Belə ki, şəxsin inzibati məsuliyyət məsələsinin həlli zamanı yalnız obyektin mülkiyyətçisi olub-olmaması əsas götürülməməli, iş üzrə müəyyən edilmiş faktiki hallar, həmin şəxsin obyekt üzərində faktiki istifadə, idarəetmə və istismar imkanlarına malik olub-olmaması, habelə inzibati xəta ilə nəticələnən fəaliyyətin məhz onun fəaliyyəti ilə bağlı olub-olmaması müəyyən edilməlidir. Iş materiallarında olan ## #### 2025-ci il tarixli GCO-**-*** nömrəli subicarə müqaviləsindən görünür ki, “xxxx” MMC tərəfindən Qobustan rayonu, Bakı-Şamaxı yolunun 97ci kilometrində yerləşən, ümumi sahəsi 705 kv.m olan “Glass” və “Piramida” restoran sahələri Qərardan şikayət verən orqan (şəxs) istifadəsinə verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən obyektin istismar vəziyyətinin təmin olunması ilə bağlı müəyyən öhdəliklər bilavasitə icarəçinin üzərinə qoyulmuş, o cümlədən icarəçi icarə obyektini və onun daxilindəki əşyaları daim istismara yararlı vəziyyətdə saxlamağı öhdəsinə götürmüşdür. Başqa sözlə desək, icarəçi Qərardan şikayət verən orqan (şəxs) ilə “xxxx” MMC-nin direktoru X3 arasında bağlanılmış ## #### 2025-ci il tarixli subicarə müqaviləsinin 3.2.1-ci bəndinə görə Icarəçi icarə obyektinin qanunvericiliyə uyğun fəaliyyətinə görə məsuliyyət daşıyır. Müqavilənin 3.2.4-cü bəndi isə icarə obyektində avadanlıqlarda yaranan qüsur və nasazlıqların Icarəçinin öz hesabına təmir etdirilməsi , bu dövrdə fəaliyyətin dayanması ilə bağlı itkilərə, əldən çıxmış fayda və s. görə Icarəyə verənin məsuliyyət daşımamasını nəzərdə tutmuşdur. Beləliklə, Qərardan şikayət verən orqan (şəxs) obyektin mülkiyyətçisi olmaması onun həmin obyektin faktiki istifadəsi zamanı icarə obyektinin qanunvericiliyə uyğun fəaliyyətinin təmin edilməsi, o cümlədən “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulan halların pozuntusuna görə də məsuliyyət daşıması müəyyən olunur. Birinci instansiya məhkəməsi isə bu halları lazımi qaydada qiymətləndirmədən yalnız obyektin əvvəllər digər şəxslər tərəfindən istismar edilməsinə və Qərardan şikayət verən orqan (şəxs) mülkiyyətçi olmamasına istinad etmişdir. Halbuki inzibati məsuliyyət məsələsinin həlli üçün şəxsin obyektin mülkiyyətçisi olub-olmaması deyil, həmin obyektin istismarı ilə bağlı faktiki və hüquqi imkanları, habelə ekoloji tələblərə əməl olunmasına cavabdehliyi də müəyyən edilməlidir. Məhkəmə həmçinin birinci instansiya məhkəməsinin monitorinq tədbirinin sahibkarlıq sahəsində aparılan yoxlama kimi qiymətləndirilməsi ilə bağlı nəticəsini də əsaslı hesab etmir. Iş materiallarından görünür ki, X2 Monitorinq Idarəsi tərəfindən həyata keçirilən tədbirin məqsədi atmosfer havasının vəziyyətinin müşahidə edilməsi, atmosferə atılan tullantıların müəyyənləşdirilməsi və ekoloji vəziyyətin qiymətləndirilməsi olmuşdur. Apellyasiya şikayətində də əsaslı olaraq göstərilmişdir ki, monitorinq zamanı sahibkarlıq fəaliyyətinin maliyyə sənədlərinin, kommersiya sirri təşkil edən məlumatların və müəssisənin daxili təsərrüfat fəaliyyətinin yoxlanılması həyata keçirilməmişdir. Bu baxımdan dövlət ekoloji monitorinqinin hüquqi mahiyyətinə görə sahibkarlıq subyektində aparılan planlı və ya plandankənar yoxlama ilə eyniləşdirilməsi düzgün deyildir. Birinci instansiya məhkəməsinin monitorinq nəticələrinin yalnız yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması və digər yoxlama prosedurlarına riayət edilməsi baxımından qiymətləndirilməsi həmin tədbirin mahiyyətinin düzgün müəyyən edilməməsinə səbəb olmuşdur. Iş materiallarında olan monitorinq sənədləri, texniki ölçmə məlumatları və digər materiallarla “Glass Kafe” restoranının fəaliyyəti nəticəsində atmosfer havasına normadan artıq tullantıların atılması, vizual baxışdan belə müəyyən olunan qaz-toz təmizləyici qurğunun olmaması ilə bağlı hallar təsdiq olunur. Halbuki, “Atmosfer havasının mühafizəsi haqqında” ## #### 2001-ci il tarixli, ***-IIQ nömrəli Azərbaycan Respublikası Qanununun 14.7-ci maddəsinə əsasən atmosfer havasının mühafizəsi qaydalarında nəzərdə tutulmuş qaztoztutucu qurğuları və atmosfer havasına atılan zərərli maddələrə ölçü-nəzarət vasitələri olmayan təsərrüfat obyektlərinin yerləşdirilməsi və istismarı qadağandır. Həmin Qanunun 27-ci maddəsinin tələblərinə görə atmosfer havasına atılan zərərli maddələrin stasionar mənbələri olan hüquqi və fiziki şəxslər: atmosfer havasına atılan zərərli maddələrin inventarlaşdırılmasının keçirilməsini və atmosfer havasına atılan zərərli maddələrin və onların fiziki təsirlərinin yol verilən həddinə dair normativlərə əməl olunmasını (27.1.1); atmosfer havasının çirklənməsi səviyyəsinin azaldılması məqsədilə az tullantılı və tullantısız texnologiyaları tətbiq etməyi (27.1.3); atmosfer havasına zərərli maddələrin atılmasının qarşısının alınmasına, onların təkrar işlədilməsinə, zərərsizləşdirilməsinə, belə maddələrin istehsalına dair tədbirlərin hazırlanmasını və həyata keçirilməsini (27.1.4); atmosfer havasına zərərli maddələrin atılmasına nəzarəti və onların zərərsizləşdirilməsi üçün nəzərdə tutulmuş tikililərin, qurğuların və cihazların quraşdırılmasını həyata keçirməyi və onların istismar qaydalarına əməl etməyi (27.1.7); atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin tələblərinin pozulmasının aradan qaldırılması dair müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin sərəncamlarını və yazılı göstərişlərini yerinə yetirməyi (27.1.10) təmin etməlidirlər. “Ətraf mühitin mühafizəsi haqqında” # #### 1999-cu il tarixli, ***-IQ nömrəli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 2-ci hissəsinə əsasən ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqi ətraf mühitin mühafizəsi və təbiətdən istifadənin idarə olunması, ona nəzarəti təmin edir, müvafiq məlumat bankları və informasiya sistemlərinin yaradılmasını nəzərdə tutur. Həmin Qanununun 71.3-cü maddəsinə əsasən ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar verilmiş qərarların icrası bütün hüquqi və vəzifəli şəxslər, vətəndaşlar üçün məcburidir və onlardan inzibati və məhkəmə qaydasında şikayət edilə bilər. Məhkəmə qeyd edir ki, Inzibati Xətalar Məcəlləsinin 84.1 və 84.2-ci maddələrinin tələblərinə görə sübutlar işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanan daxili inamla qiymətləndirilir və heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bu baxımdan iş üzrə təqdim edilmiş sübutlar ayrı-ayrılıqda deyil, onların qarşılıqlı əlaqəsi nəzərə alınmaqla qiymətləndirilməlidir. Hazırkı iş üzrə həmin sübutların məcmusundan müəyyən olunur ki, Qərardan şikayət verən orqan (şəxs) ## #### 2025-ci il tarixli subicarə müqaviləsi əsasında “Glass kafe” restoranını qəbul etmiş, obyektdə sahibkarlıq fəaliyyətini həyata keçirmiş və obyektin istismar vəziyyətinin təmin olunması ilə bağlı müqavilə üzrə öhdəliklər daşımışdır. Bu səbəbdən onun yalnız subicarəçi olması əsası ilə inzibati məsuliyyətdən azad edilməsi IXM-in 237.1-ci maddəsinin məqsəd və mahiyyəti ilə uzlaşmır. Birinci instansiya məhkəməsinin “obyektin Qərardan şikayət verən orqan (şəxs) tərəfindən istismara verilməməsi” barədə nəticəsi də iş üzrə müəyyən edilmiş faktiki halların tam və düzgün qiymətləndirilməsinə əsaslanmamışdır. Məhkəmə həmin anlayışı yalnız obyektin ilkin olaraq tikilib istifadəyə verilməsi və ya başqa şəxs tərəfindən fəaliyyətə başlanılması kimi məhdud çərçivədə qiymətləndirmişdir. Halbuki iş üzrə mübahisə edilən ekoloji pozuntunun mövcud olduğu dövrdə obyektin faktiki olaraq Qərardan şikayət verən orqan (şəxs) istifadəsində və idarəetməsində olması, onun həmin obyektdə sahibkarlıq fəaliyyəti həyata keçirməsi və obyektin istismar vəziyyətinə cavabdeh olması hüquqi qiymətləndirmə baxımından əhəmiyyətli hallardır. Bu səbəbdən inzibati tənbeh vermə haqqında qərarın yalnız obyektin əvvəlki dövrdə başqa şəxs tərəfindən istismara verilməsi arqumentinə əsasən qanunsuz hesab edilməsi üçün əsas yoxdur. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə mövcud olan sübutların məcmusunu tam, hərtərəfli və obyektiv qiymətləndirməmiş, subicarə müqaviləsinin hüquqi nəticələrini, Qərardan şikayət verən orqan (şəxs) obyektin faktiki istifadəçisi olmasını, monitorinq nəticələrini və həmin nəticələri təsdiq edən sənədləri qarşılıqlı əlaqədə araşdırmamışdır. Beləliklə, iş materiallarının məcmu qiymətləndirilməsi göstərir ki, Qərardan şikayət verən orqan (şəxs) əməlində Azərbaycan Respublikası IXM-in 237.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri mövcuddur və onun həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsini istisna edən hallar müəyyən edilməmişdir. Halbuki, IXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-nin 76.1-ci maddəsinin tələblərinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. IXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. IXM-nin 237.1-ci maddəsinə əsasən yol verilə bilən son hədlərin normativləri səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdirilməsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqla təmin edilməyən, yaxud təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadan müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsinə görə vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Maddənin məzmunundan göründüyü kimi, inzibati məsuliyyətin yaranması üçün əsas şərt obyektin məhz mülkiyyətçi tərəfindən istismara verilməsi deyil, həmin obyektin müvafiq təmizləyici qurğular və avadanlıqlarla təmin edilmədən istismar edilməsidir. Belə ki, normada “mülkiyyətçi”xxxx“müəssisələrin, qurğuların və başqa obyektlərin istismar edilməsi” hərəkəti inzibati xətanın obyektiv tərəfi kimi müəyyən edilmişdir. Bu baxımdan şəxsin obyektin mülkiyyətçisi deyil, icarəçisi və ya subicarəçisi olması özözlüyündə onun IXM-in 237.1-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb edilməsini istisna edən hal kimi qiymətləndirilə bilməz. Əhəmiyyət kəsb edən məsələ həmin şəxsin müvafiq obyekti faktiki olaraq istismar edib-etməməsi və onun istismara verilməsi ilə bağlı hərəkətlərdə iştirakının müəyyən olunmasıdır. Iş materiallarından isə görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## #### 2025-ci il tarixli subicarə müqaviləsi əsasında “Glass kafe” restoranını qəbul etmiş, həmin obyektdə sahibkarlıq fəaliyyəti həyata keçirmiş və obyektdən faktiki istifadə etmişdir. Bu hal onun yalnız formal subicarəçi deyil, obyektin faktiki istifadəçisi və istismarını həyata keçirən şəxs olduğunu göstərir. IXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. IXM-nin 21 və 31.1-ci maddələrinə əsasən inzibati tənbeh inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır və bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Yuxarıda qeyd olunanlara əsasən hesab edirəm ki, birinci instansiya məhkəməsinin inzibati xəta haqqında qərar qəbul etmiş orqanın işin tam, hərtərəfli və obyektiv araşdırılmamasına dair nəticəsi əsassız olduğundan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəis müavini Elmar Musayev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməklə yeni qərar qəbul edilməli, Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməyərək onun IXM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəis əvəzi X1 tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, IXM-nin 134.1, 134.1.2-ci maddələrinə əsasan bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən IXM-nin 134.1.2, 135-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDIM : Şamaxı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin olunmasın. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəis əvəzi X1 tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar