Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-508/2026 12.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Əsgәrova Ruhiyyә Orucәli qızının sәdrliyi, Şükürov Cahangir Fәxrәddin oğunun katibliyi ilә, Qәrardan şikayәt verәn orqan (şәxs) Baladadaş oğlunun barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 541-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Şamaxı Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qәrarından Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsi tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsi tәrәfindәn qәbul edilmiş ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrәli inzibati cәrimәnin şәrti tәtbiq edilmәsi haqqında qәrarına әsasәn Şamaxı rayonu, Çuxuryurd kәndi әrazisindә yerlәşәn “Çuxuryurd” restoranında qaz-toz tutucu qurğunun quraşdırılması üçün verilmiş ##.##.2026-cı il tarixli Ç-MG/****-*** nömrәli ekeloji tәlәbin yerinә yetirilmәmәsinә görә Qәrardan şikayәt verәn orqan (şәxs) Baladadaş oğlu İXM-nin 541-ci maddәsinә әsasәn 3000 (üç min) manat mәblәğindә inzibati cәrimә olunmuşdur. İnzibati cәrimә İXM-nin 116-cı maddәsinә әsasәn şәrti tәtbiq edilmәklә 30 gün müddәt müәyyәn edilmişdir. Qәrardan şikayәt verәn orqan (şәxs) Baladadaş oğlu şikayәt әrizәsi ilә Şamaxı Rayon Mәhkәmәsinә mәhkәmәyә müraciәt edәrәk, qәrarın lәğv edilmәsini vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Şikayәt onunla әsaslandırılmışdır ki, o, sahibi olduğu Şamaxı rayonu, Çuxuryurd kәndindә yerlәşәn “Çuxuryurd” restoranında qaz-tutucu aparat quraşdırmadığından Azәrbaycan Respublikası Ekologiya vә Tәbii sәrvәtlәr Nazirliyi * saylı Regional Ekologiya vә Tәbii sәrvәtlәr İdarәsinin ##.##.2026-cı il tarixli MN №******* saylı Qәrarı ilә Azәrbaycan Respublikası İXM-nin 237.2-ci maddәsinә әsasәn 3.000 manat cәrimә olunmuşdur. Yuxarıda qeyd edilәn qәrarın surәtini ##.##.2026-cı il tarixdә poçt xidmәti vasitәsilә rәsmi qaydada almışdır. Bidirir ki, Azәrbaycan Respublikası Ekologiya vә Tәbii sәrvәtlәr Nazirliyi * saylı Regional Ekologiya vә Tәbii sәrvәtlәr İdarәsinin ##.##.2026-cı il tarixli MN №******* saylı Qәrarı ilә razı deyil vә onun lәğv edilmәklә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini istәyir. Belә ki, Şamaxı rayonu, Çuxuryurd kәndindә yerlәşәn “Çuxuryurd” restoranında әtraf mühitә zәrәrli qazlar vә tüstülәt buraxılmamışdır. ##.##.2026-cı il tarixdә aparılmış yoxlama qәrәzli şәkildә aparılmış vә qeyd etdiyi qәrar qanunsuzdur vә hec bir hüquqi әsası yoxdur. Ona görә ki, * saylı Regional Ekologiya vә Tәbii sәrvәtlәr İdarәsinin әmәkdaşı olan Ramazan Gidayev tәrәfindәn onun iştirakı olmadan, tәkbaşına hal şahidlәrinin iştirakı olmadan qanunsuz yoxlama aparılmışdır. ##.##.2026-cı il tarixdә o, Bakı şәhәrindә olmuşdur. * saylı Regional Ekologiya vә Tәbii sәrvәtlәr İdarәsinin әmәkdaşı olan Ramazan Gidayev isә tәrtib etdiyi protokoldan belә görünür ki, guya o “Çuxuryurd” restoranında yoxlama aparanda o, orada olmuş vә protokolu imzalamaqdan vә izahat vermәkdәn imtina etmişdir. Bu protokolda aparılan yalan mәlumalardır. O, orada olsaydı әn azından izahat vermәklә dә, protokolda qanunsuz yoxlama ilә әlaqәdar etirazını qeyd edәrdi. * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsi tәrәfindәn aparılan yoxlama “Sahibkarlıq sahәsindә aparılan yoxlamaların tәnzimlәnmәsi onların yol vermiş olduğu pozuntu ondan ibarәtdir ki, hәmin İdarәnin nümayәndәsi әtraf mühitin mühafizәsi ilә әlaqәdar monitorinq keçirdiklәrini qeyd etsә dә, Azәrbaycan Respublikasının Nazirlәr Kabinetinin ##.##.2004-cü il tarixli, ** nömrәli Qәrarı ilә tәsdiq edilmiş “Ətraf mühitin vә tәbii ehtiyatların dövlәt monitorinqinin aparılması qaydaları haqqında” Əsasnamә ilә nәzәrdә tutulmuş monitorinq tәdbirlәrini deyil, monitorinq adı ilә yoxlama hәrәkәtlәrini hәyata keçirmişlәr. Şamaxı Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qәrarı (hakim Q.Abbasov) ilә Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsi tәrәfindәn Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә qәbul edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrar lәğv edilmәklә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi qәrara alınmışdır. Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsi qәrardan apellyasiya şikayәti verәrәk, qәrarın lәğv edilmәsini Qәrardan şikayәt verәn orqan (şәxs) Baladaş oğlunun şikayәtinin tәmin edilmәmәsini, Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsinin ## #### 2026-cı il tarixli, MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarı qanuni vә әsaslı hesab edilәrәk qüvvәdә saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, mәhkәmә iş üzrә sübutları tam vә obyektiv araşdırmamış, inzibati xәta tәrkibini düzgün qiymәtlәndirmәmiş, "Ətraf mühitin mühafizәsi haqqında" Qanunun vә İXM-in 541-ci maddәsinin tәlәblәrini düzgün tәtbiq etmәmiş, inzibati icraat zamanı toplanmış sübutlara birtәrәfli qiymәt vermiş, prosessual hüquq normalarını pozmuş vә nәticәdә qanunsuz qәrar qәbul etmişdir. Bundan әlavә, mәhkәmә İXM-in 541-ci maddәsinin tәtbiqi şәrtlәrini yan ış şәrh etmiş, ekoloji tәlәbin icrasının tәmin edilmәsinә yönәlmiş inzibati nәzarәt mexanizmini düzgün qiymәt endirmәmişdir. Bu isә qәrarın lәğv edilmәsini zәruri edәn әsaslı hüquqi pozuntu hesab edilmәlidir. Mәhkәmә iş üzrә mövcud sübutları natamam araşdırmış, onların qarşılıqlı әlaqәsini düzgün qiymәtlәndirmәmiş vә nәticәdә maddi hüquq normalarını yanlış tәtbiq etmişdir. İş materiallarından görünür ki, ##.##.2026-cı il tarixindә aparılmış dövlәt ekoloji nәzarәti zamanı "Çuxuryurd” restoranında atmosferә tullantı verәn manqalxanaya qaz-toztutucu qurğunun quraşdırılmadığı müәyyәn edilmiş, bu fakt akt vә inzibati xәta haqqında protokolla rәsmilәşdirilmişdir. Hәmin araşdırmanın nәticәlәrinә әsasәn ##.##.2026-cı il tarixli Ç-MG/4526- *** nömrәli ekoloji tәlәb hazırlanaraq hüquqpozuntu törәtmiş şәxsә ünvanlanmış, pozuntunun aradan qaldırılması üçün qanunvericilikdә nәzәrdә tutulmuş müddәt müәyyәn edilmişdir. Bundan sonra ##.##.2026-cı il tarixindә aparılmış tәkrar araşdırma zamanı ekoloji tәlәbin icra edilmәdiyi müәyyәn edilmiş vә bu barәdә müvafiq akt tәrtib olunmuşdur. Mәhz hәmin fakt әsasında Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 541-ci maddәsinә uyğun olaraq inzibati xәta haqqında protokol tәrtib edilmiş vә sonradan inzibati tәnbeh vermә haqqında qәrar qәbul edilmişdir. Belәliklә, inzibati mәsuliyyәtә cәlb edilmәnin hüquqi әsası tәkcә ekoloji tәlәbin mövcudluğu deyil, hәm dә hәmin tәlәbin müәyyәn edilmiş müddәtdә icra olunmamasının dövlәt ekoloji nәzarәti zamanı yenidәn tәsdiq edilmәsidir. Mәhkәmә isә yalnız ekoloji tәlәbin tәqdim edilmәsinin formal tәrәfinә diqqәt yetirmiş, lakin iş materiallarında mövcud olan digәr sübutları, o cümlәdәn dövlәt ekoloji nәzarәti zamanı tәrtib edilmiş aktları, inzibati xәta haqqında protokolları, ekoloji tәlәbi, tәkrar yoxlama materiallarını, inzibati araşdırmanın bütün sәnәdlәrini vә vahid sübut sistemi kimi qiymәtlәndirmәmişdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinә әsasәn, sübutların qiymәtlәndirilmәsi hәr bir sübutun ayrıca deyil, onların mәcmusu әsasında hәyata keçirilmәlidir. Mәhkәmә isә sübutların yalnız bir hissәsinә üstünlük vermiş, inzibati orqanın tәqdim etdiyi digәr sübutlara isә hüquqi qiymәt vermәmişdir. Digәr tәrәfdәn, iş materiallarından görünür ki, Qәrardan şikayәt verәn orqan (şәxs) Baladaş oğlu ekoloji tәlәbin mövcudluğundan vә onun mәzmunundan xәbәrdar olmuş, hәmin tәlәbә münasibәt bildirmiş, mәhkәmә iclasında da hәmin sәnәdә istinad etmişdir. Bu isә onun ekoloji tәlәbdәn tamamilә xәbәrsiz olması barәdә nәticәni tәkzib edir. Mәhkәmәnin yalnız ekoloji tәlәbin tәqdim edilmә üsulu ilә bağlı ehtimallara әsaslanaraq inzibati xәta tәrkibinin olmadığını qәbul etmәsi sübutların obyektiv vә hәrtәrәfli qiymәtlәndirilmәsi prinsiplәrinә uyğun deyildir. Əksinә, iş üzrә mövcud sәnәdlәrin mәcmusu göstәrir ki, inzibati mәsuliyyәt üçün zәruri olan faktiki hallar tam sübuta yetirilmişdir. Bu sәbәbdәn Şamaxı Rayon Mәhkәmәsinin ekoloji tәlәbin çatdırılması vә sübutların kifayәt etmәmәsi barәdә gәldiyi nәticә işin faktiki hallarına vә qüvvәdә olan qanunvericiliyin tәlәblәrinә uyğun olmadığından әsassız hesab edilmәli vә apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn lәğv olunmalıdır. Şamaxı Rayon Mәhkәmәsi işә baxarkәn Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 541-ci maddәsinin tәtbiqi şәrtlәrini düzgün müәyyәn etmәmiş, hәmin normanın hüquqi mahiyyәtini dar vә yanlış şәrh etmişdir. Nәticәdә inzibati orqan tәrәfindәn qәbul edilmiş qanuni inzibati tәnbeh vermә haqqında qәrar әsassız olaraq lәğv edilmişdir. İş materialları ilә tam tәsdiq edilir ki, ##.##.2026-cı il tarixindә aparılmış dövlәt ekoloji nәzarәti zamanı "Çuxuryurd" restoranında atmosferә tullantıların tәmizlәnmәsi üçün qanunvericiliklә tәlәb olunan qaz-toztutucu qurğunun mövcud olmadığı müәyyәn edilmiş, bununla bağlı akt vә inzibati xәta haqqında protokol tәrtib edilmişdir. Daha sonra hüquqpozuntu törәtmiş şәxsә ekoloji tәlәb verilmiş, pozuntunun aradan qaldırılması üçün kifayәt qәdәr müddәt tanınmışdır. Lakin ##.##.2026-cı il tarixindә aparılmış tәkrar araşdırma zamanı müәyyәn olunmuşdur ki, verilmiş ekoloji tәlәb yerinә yetirilmәmiş, pozuntu olduğu kimi saxlanılmışdır. Bu hal inzibati xәta tәrkibinin bütün obyektiv әlamәtlәrinin mövcud olduğunu göstәrir vә inzibati mәsuliyyәtin yaranması üçün kifayәt edәn hüquqi әsasdır. Mәhkәmә isә qanunun mahiyyәtini nәzәrә almadan mәsәlәni yalnız ekoloji tәlәbin tәqdim edilmә forması baxımından qiymәtlәndirmiş, hüquqpozuntusunun davam etmәsini, ekoloji tәlәbin icra edilmәmәsini vә dövlәt nәzarәtinin qanuni tәlәblәrinә әmәl olunmamasını lazımi hüquqi qiymәtlәndirmәdәn kәnarda saxlamışdır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә İnzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәri ilә bağlı birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә üzrә dәyәrlәndirmә apararaq hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәli, gәlinәn nәticә lәğv edilmәli vә inzibati tәnbeh vermә haqqında qәrardan verilmiş şikayәt tәmin edilmәmәlidir. Apellyasiya instansiya mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsinin mәslәhәtçi müfәttiş X2 tәrәfindәn tәrtib edilmiş İnzibati xәta haqqında MN ******* nömrәli, ##.##.2026-cı il tarixli protokolun surәtindәn görünür ki, Şamaxı rayon “Çuxuryurd” restoranı ##.##.2026-cı il tarixdә qaz toztutucu qurğu qurlaşdırılmadan fәaliyyәt göstәrdiyinә görә, Qәrardan şikayәt verәn orqan (şәxs) oğlunun barәsindә Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 237.2-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәta törәdilmәsi ilә bağlı inzibati xәta haqqında protokol tәrtib edilmişdir. Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsinin baş mәslәhәtçi müfәttiş X3 tәrәfindәn tәrtib edilmiş İnzibati xәta haqqında MN ******* nömrәli, ##.##.2026-cı il tarixli protokolun surәtindәn görünür ki, Şamaxı rayonu, Çuxuryurd kәndi әrazisindә yerlәşәn “Çuxuryurd” restoranı ##.##.2026-cı il tarixdә verilmiş ekoloji tәlәbin yerinә yetirilmәmәsinә görә, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 541-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәta törәdilmәsi ilә bağlı inzibati xәta haqqında protokol tәrtib edilmişdir. Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsinin rәis әvәzi X1 tәrәfindәn tәrtib edilmiş inzibati tәnbeh vermә haqqında ## #### 2026-cı il tarixli, MN ******* nömrәli qәrarından görünür ki, Şamaxı rayonu, Çuxuryurd kәndi әrazisindә yerlәşәn “Çuxuryurd” restoranında qaz-toztutucu qurğunun quraşdırması üçün verilmiş ##.##.2026-cı il tarixli, G-MG/****-*** nömrәli ekoloji tәlәbin yerinә yetirilmәmәsinә görә, Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 541-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinib, barәsindә 3000 manat mәblәğindә cәrimә növündә inzibati tәnbeh tәdbiri tәtbiq edilmişdir. Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsi tәrәfindәn Qәrardan şikayәt verәn orqan (şәxs) ünvanlanmış ##.##.2026-cı il tarixli, G-MG/****-*** nömrәli mәktundan görünür ki, “Ətraf mühitin mühafizәsi haqqında” Azәrbaycan Respublikası Qanununun 13cü maddәsinin 1.1-ci hissәsinin, 35, 37, 38, 40, 41, 42, 43, 46, 47, 5 0,7 0 vә 71-cı, “Atmosfer havasının mühafizәsi haqqında” Azәrbaycan Respublikası Qanununun 13, 14. 24, 27, 28-ci vә “Tullantılar haqqında” Azәrbaycan Respublikası Qanununun 7, 9, 10, 11, 12 vә 13-cü maddәlәrindәn irәli gәlәn tәlәblәrin yerinә yetirilmәsi vәziyyәti araşdırılmışdır. Aparılan araşdırma zamanı tәrtib edilmiş ## ###### 2026-cı il tarixli, ****** saylı akta әsasәn, Şamaxı rayonu, Çuxuryurd kәndi әrazisindә yerlәşәn “Çuxuryurd” restoranının manqalxanasında qaz-toztutucu tәmizlәyici qurğunun olmaması müәyyәn edildi. Ətraf mühitin ekoloji tarazlığının nizamlanması mәqsәdilә “Ətraf mühitin mühafizәsi haqqında” Qanununun 71-ci maddәsinin 2.6-cı hissәsini (әtraf mühitin mühafizәsi sahәsindә pozuntuların aradan qaldırılmasına dair fiziki vә hüquqi şәxslәrә tәlәblәr irәli sürmәk;) nәzәrә alaraq 6 Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsi aşağıdakı ekoloji tәlәblәrin yerinә yetirilmәsini Şamaxı rayonu, Çuxuryurd kәndindә yerlәşәn “Çuxuryurd” restoranının mәnqalxanasına qaz-toztutucu tәmizlәyici qurğunun quraşdırılması tәmin edilsin. Müddәt - 1 (bir) ay. “Ətraf mühitin mühafizәsi haqqında” Azәrbaycan Respublikası Qanununun 1.4-cü (әtraf mühitin mühafizәsi sahәsindә dövlәt nәzarәtini hәyata keçiriәn orqanların tәlәbi ilә lazımı mәlumatları tәqdim etmәk) bәndini rәhbәr tutaraq, ekoloji tәlәblәrin aradan qaldırılması barәdә ## ###### 2026-cı il tarixinәdәk * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsinә mәlumat vermәlisiniz. Göstәrilәn xüsusatları nәzәrә almağınızla bağlı Sizә xәbәrdarlıq edilir vә nәzәrinizә çatdırılır ki, tәrәfinizdәn yuxarıda qeyd edilәn tәlәblәr yerinә yetirilmәdiyi tәqdirdә, barәnizdә Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 541-ci maddәsinin tәlәblәrinә әsasәn, vәzifәli şәxs qismindә 3000 (üç min) manat mәblәğindә İnzibati cәrimәnin şәrti olaraq tәtbiq edilmәsi haqqında Qәrar qәbul edilәcәkdir. Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Regional İdarәsi tәrәfindәn Qәrardan şikayәt verәn orqan (şәxs) ünvanlanmış ##.##.2026-cı il tarixli Ekologiya vә Tәbii Sәrvәtlәr, G-BM/****-*** nömrәli mәktundan görünür ki, Azәrbaycan İnzibati Xәtalar Mәcәllәsinә әsasәn cәrimәnin şәrti olaraq tәtbiq edilmәsi haqqında qәrarda nәzәrdә tutulan müddәtdә hüquqpozma aradan qaldırılarsa, inzibati cәrimә ödәnilmir. İnzibati xәta törәtmiş şәxs hüquqpozmanı aradan qaldırıldıqda qәrarda nәzәrdә tutulan müddәt әrzindә inzibati xәta haqqında işә baxan sәlahiyyәtli orqana (vәzifәli şәxsә) bu barәdә mәlumat vermәlidir. İşә baxan sәlahiyyәtli orqan (vәzifәli şәxs) ona mәlumatın verildiyi gündәn 5 iş günü müddәtindә bu mәlumatın düzgünlüyünü araşdırır vә araşdırmanın nәticәsi barәdә inzibati xәta törәtmiş şәxsә yazılı bildiriş göndәrir. Əks tәqdirdә, inzibati cәrimәnin şәrti olaraq tәtbiq edilmәsi haqqında qәrarda nәzәrdә tutulan cәrimә mәblәği xüsusi fonda ödәnilmәlidir. Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinә әsasәn, barәsindә inzibati cәrimә tәnbeh növü tәtbiq edilәn şәxs qәrarı dәrhal vә ya qәrarın qanuni qüvvәyә mindiyi gündәn 10 gün müddәtindә icra edәrsә, tәtbiq olunan cәrimәnin 10 faizi mәblәğindә ödәnişdәn azad edilir. İnzibati cәrimә növündә inzibati tәnbeh tәtbiq etmә haqqında qәrar qanuni qüvvәyә mindiyi gündәn 30 gün müddәtindә cәrimәni qanunla müәyyәn edilmiş әsaslar olmadan ödәmәyәn şәxsә onun ödәnilmәdiyi hәr növbәti gün üçün cәrimә mәblәğinin 1 faizi mәblәğindә dәbbә pulu hesablanır. Hәmçinin qәrar qanuni qüvvәyә mindiyi gündәn 3 ay müddәtindә cәrimә qanunla müәyyәn edilmiş әsaslar olmadan ödәnilmәdikdә, mәcburi icraya yönәldilir. ##.##.2026-cı il tarixdә Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsi tәrәfindәn Qәrardan şikayәt verәn orqan (şәxs) ünvanlanmış bildirişdәn görünür ki, * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtiәr İdarәsi bildirir ki, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 541-ci maddәsinә әsasәn, inzibati xәta haqqında protokol tәrtib edilmişdir. Barәsindә olan inzibati xәta ilә bağlı işә 01.06.2026cı il tarixindә, saat 10:00-da Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsindә baxılacaqdır. İnzibati işә baxılması zamanı şәxsәn iştirak etmәklәri vә ya sәlahiyyәtli nümayәndәlәrinin (şәxsiyyәti tәsdiq edәn sәnәd vә etibarnamә ilә birlikdә) iştirakını tәmin edilmәsi xahiş olunmuşdur. ##.##.2026-cı il tarixli Aktın surәtindәn görünür ki, Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsinin ##.##.2026cı il tarixli, “0044” saylı sәrәncamına әsasәn, Şamaxı rayonu, Çuxuryurd kәndindә yerlәşәn “Çuxuryurd” restornanın sahibi Qәrardan şikayәt verәn orqan (şәxs) verilmiş icrası mәcburi, müddәtli G-MG/****-*** saylı ekoloji tәlәbin icra vәziyyәti araşdırılmışdır. Araşdırma müddәtindә ekoloji tәlәbin qeyd olunan müddәtdә ##.##.2026-cı il tarixindәk ekolojin tәlәbin aradan qaldırılması barәdә idarәyә mәlumat verilmәsi qeyd olunsa da, restoran rәhbәrliyi tәrәfindәn hәr hansı mәlumat verilmәmişdir. Araşdırma zamanı Şamaxı rayonu, Çuxuryurd kәndi әrazisindә yerlәşәn “Çuxuryurd” restoranın manqalxanasına qaz-toztutucu qurğunun quraşdırılması barәdә ekoloji tәlәbin icra edilmәdiyi mәlum olmuşdur. Bununla da, restoran sahibi Qәrardan şikayәt verәn orqan (şәxs) әmәli İXM-nin 541-ci maddәsi ilә tövsif edilmiş, akta toplanmış materiallar әlavә olunmuşdur. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 541-ci maddәsinin mәzmununa görә әtraf mühitin mühafizәsini hәyata keçirәn müvafiq icra hakimiyyәti orqanının qanuni tәlәblәrinin vә ya qәrarlarının yerinә yetirilmәmәsi inzibati mәsuliyyәtә sәbәb olur. Azәrbaycan Respublikası İXM-nin 3-cü maddәsinә әsasәn Yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. Apellyasiya instansiya mәhkәmәsi qeyd edir ki, istinad olunan inzibati xәtaya görә mәsuliyyәtin yaranmasından ötrü әtraf mühitin mühafizәsini hәyata keçirәn müvafiq icra hakimiyyәti orqanının qanuni tәlәblәri vә ya qәrarı yerinә yetirilmәmәlidir. İnzibati cәrimәnin şәrti tәtbiq edilmәsi barәdә qәrar barәsindә qәrar qәbul edilәn şәxs tәrәfindәn mübahisәlәndirmiş, hәmin mübahisә әsasında işә baxana birinci instansiya mәhkәmәsi inzibati xәta tәrkibinin olmaması әsası ilә iş üzrә icraata xitam verilmәli olması qәnaәtinә gәlmiş, bunu isә onunla әsaslandırmışdır ki, ekoloji tәlәbin şәxsә çatdırılmasının tәsdiq edәn sübut yoxdur. Lakin şikayәt verәn şәxsin şikayәtinin vә izahatının mәzmunu onun ekoloji tәlәbdәn mәlumatı olduğu, lakin tәlәbdә göstәrilәn çatışmazlığın aradan qaldırılmadığı qәnaәti formalaşır. Bu qәnaәti poçt göndәrişinin izlәnilmәsi barәdә mәlumat da tәsdiq edir. Bu isә onu ehtiva edir ki, inzibati хәtanı törәtmәsi barәdә inzibati хәta haqqında qәrar qәbul etmiş etmiş orqan Azәrbaycan Respublikası İnzibati Хәtalar Mәcәllәsinin 75-85-ci maddәlәrinin tәlәblәrinә әmәl edәrәk inzibati хәta törәtmiş şәхsin ona istinad olunmuş inzibati хәtanı törәtmәsi haqda mötәbәr nәticәyә gәlmәk üçün kifayәt qәdәr sübutlar toplamış vә bu sübutların hәr birinin mәnsubiyyәti, mümkünlüyü vә mötәbәrliyi qiymәtlәndirilәrәk işin faktiki hallarına uyğun olan yekun qәrarı qәbul edilmişdir. İnzibati Xәtalar Mәcәllәsinin 6.1-ci maddәsinә әsasәn inzibati xәtaya görә inzibati tәnbeh bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. Belә olan halda apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, inzibati tәnbeh vermә haqqında qәrar qәbul edәn orqanın qәrarın verilmәsinә әsas olan sübutlarla barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxsin tәqdim etdiyi sübutların müqayisәli tәhlili әmәldә inzibati xәta tәrkibin olmasının şübhә altına alınmasına әsas ola bilmәz. Birinci instansiya mәhkәmәsi tәrәfindәn әdalәtli mәhkәmә araşdırılmasının pozulmasına rәvac verәn mәhkәmә aktı qәbul edilmişdir. İnzibati tәnbeh vermә haqqında qәrarın qәbul edilmәsinә әsas olan sübutların müqayisәli tәhlili qәrarın lәğv edilmәsi üçün Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 135-ci maddәsindә nәzәrdә tutulan qanuni әsasın olmadığını, nәticәdә isә birinci instansiya mәhkәmәsi tәrәfindәn gәlinәn nәticәnin işin faktiki hallarına uyğun olmadığı qәnaәtini formalaşdırır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. İnzibati Xәtalar Mәcәllәsinin 9.1-ci maddәsinә әsasәn inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. Hәmin Mәcәllәnin 21-ci maddәsinә әsasәn inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. Hәmin Mәcәllәnin 31.2-ci maddәsinә әsasәn fiziki vә ya vәzifәli şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, xәtanın xarakteri, inzibati xәta törәdәn şәxsin şәxsiyyәtini xarakretizә edәn hallar, onun tәqsirinin dәrәcәsi, әmlak vәziyyәti, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. Belә olan halda apellyasiya instansiya mәhkәmәsi qeyd edilәnlәr üzrә dәyәrlәndirmә apararaq hesab edir ki, inzibati tәnbeh vermә haqqında qәrarın lәğvinә dair şikayәtin dәlillәri әsaslı hesab edilmәdiyindәn, hәmin şikayәtin tәmin edilmәli olması barәdә birinci instansiya mәhkәmәsi tәrәfindәn gәlinәn nәticә dә lәğv edilmәlidir. İnzibati Xәtalar Mәcәllәsinin 134.1.2-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq bu Mәcәllәnin 135.1.2 – 135.1.5-ci maddәlәri ilә müәyyәn edilmiş hallarda qәrarın dәyişdirilmәsi haqqında vә ya qәrarı lәğv edәrәk yeni qәrarın çıxarılması haqqında qәrar qәbul edilir. İnzibati Xәtalar Mәcәllәsinin 135.1.1 vә 135.1.2-ci maddәlәrinin mәzmununa görә hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) gәldiyi nәticәlәr üzrә mühüm әhәmiyyәt kәsb edәn bütün faktiki halların araşdırılmaması vәgәldiyi nәticәlәrin işin faktiki hallarına uyğun olmaması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsaslardır. Belәliklә apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәri üzrә yekun hüquqi dәyәrlәndirmә apararaq hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәli, Şamaxı Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qәrarı lәğv edilmәli, ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarın lәğvinә dair şikayәt tәmin edilmәmәlidir. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası İXM-nin 133-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsi tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilsin. Şamaxı Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qәrarı lәğv edilsin. Barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn Qәrardan şikayәt verәn orqan (şәxs) Baladadaş oğlu tәrәfindәn verilmiş şikayәt tәmin edilmәsin. Qәrardan şikayәt verәn orqan (şәxs) Baladadaş oğlunun Azәrbaycan Respublikasının İXM-nin 541-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrәli inzibati cәrimәnin şәrti tәtbiq edilmәsi haqqında Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsi tәrәfindәn qәbul edilmiş qәrar dәyişdirilmәdәn saxlanılsın. Qәrar elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-508/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-508/2026
12.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver