Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-509/2026 14.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mәn, Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimi Ağayev Rәşadәt Əhmәd oğlu, Hüseynzadә Elsevәr Ismayıl oğlunun katibliyi, Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X3 Xidmәtinin nümayәndәsi Nümayәndә, barәsindә inzibati xәta haqqında protokol tәrtib edilmiş barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-nin tәsisçisi vә direktoru, eyni zamanda barәsindә inzibati xәta haqqında protokol tәrtib edilmiş vәzifәli şәxs barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 iştirakları ilә, Hüquqi şәxs barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC vә vәzifәli şәxs barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 barәsindә Azәrbaycan Respublikası IXM-nin 192.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Qusar Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrәli qәrarından Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X3 Xidmәtinin Hüquq Idarәsinin rәis müavini Tamerlan Mәlikli tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audiovideo yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDIM : Qusar Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı ilә (hakim G.A.Sәfәrli) barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-nin vә vәzifәli şәxs barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 barәsindә Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 192.1-ci maddәsi ilә Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X3 Xidmәti tәrәfindәn tәrtib edilmiş ##.##.2026-cı il tarixli, MN 2465297 vә MN ******* nömrәli protokollar әsasında başlanmış inzibati xәta haqqında iş üzrә icraata Azәrbaycan Respublikası IXM-nin 53.2-ci maddәsinә әsasәn xitam verilmәsi qәrara alınmışdır. IŞIN HALLARI : Tәqdim edilmiş inzibati xәta haqqında protokollardan vә ona әlavә olunmuş sәnәdlәrdәn görünür ki, barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC vә vәzifәli şәxs barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 Bakı şәhәri, Nәsimi rayonu, Ağadadaş Qurbanov, Sarabski, Sübhi Salayev vә Mәhәmmәd Naxçıvani küçәlәrinin kәsişmәsindә yerlәşәn tikinti obyektindә ##.##.2026-cı il tarixdә saat 10:48 vә 12:27-dә işçi X1 ilә әmәk müqavilәsi bağlanmadan onu işlәrin, xidmәtlәrin yerinә yetirilmәsinә cәlb etmişdir. X5 Mәcәllәsinin 192.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmişdir. Əmәk X10 tәrәfindәn tәtbiq ilә tәsdiq edilmiş ##.##.2026-cı il tarixli 00396 nömrәsi ilә yoxlama aktı, CD diski protokolun tәsdiq edilmәsinin әsasını tәşkil etmişdir. Hәmin faktla bağlı Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X3 Xidmәti tәrәfindәn barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-nin vә vәzifәli şәxs barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 barәsindә Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 192.1-ci maddәsi ilә ##.##.2026-cı il tarixli, MN 2465297 vә MN ******* nömrәli protokollar tәrtib edilәrәk Qusar Rayon Mәhkәmәsinә göndәrilmişdir. Inzibati xәta haqqında protokollara baxan birinci instansiya mәhkәmәsinin hakimi yuxarıda qeyd olunan nәticәyә gәlmişdir. Qәrardan narazı qalan Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X3 Xidmәtinin Hüquq Idarәsinin rәis müavini Tamerlan Mәlikli apellyasiya şikayәti verәrәk birinci instansiya mәhkәmәsinin qәrarının lәğv edilmәsi vә Xidmәtin Aparatı tәrәfindәn tәrtib edilmiş barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC barәsindә ##.##.2026-cı il tarixli, MN ******* nömrәli inzibati xәta haqqında protokol vә müәssisәnin direktoru barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 barәsindә MN ******* nömrәli inzibati xәta haqqında protokol әsasında barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-nin vә barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 inzibati mәsuliyyәtә cәlb edilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, hazırkı iş üzrә inzibati xәta әmәli bilavasitә yerindә aşkar edilmişdir. Belә ki, yoxlamanın “xxxx” MMC-nin fәaliyyәtinә dair olması, barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC barәsindә hәr hansı protokol tәrtib edilmәzdәn öncә hәmin müәssisәyә dair yoxlama aparılması barәdә reyestrdәn çıxarışın әlavә edilmәsi ilә bağlı mәhkәmәnin yanaşmasına münasibәtdә bildirirlәr ki, müvafiq inzibati orqan tәrәfindәn barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-dә yoxlama aparılmadığından belә bir tәlәbin qanuni әsası yoxdur. Müvafiq reyestrә yalnız yoxlamalar barәdә mәlumatlar daxil edilir. Hәmçinin, belә yoxlamanın aparılmaması inzibati orqan tәrәfindәn xәtanın bilavasitә aşkar edilmәsini istisna etmir. Belә ki, müvafiq orqan tәrәfindәn digәr müәssisәyә münasibәtdә yoxlama aparılsa da, faktiki olaraq yoxlama hüdüdlarından kәnara çıxılmamış vә hәmin yerdә başqa müәssisә tәrәfindәn işçinin әmәk fәaliyyәtinә cәlb edilmәsi aşkar edilmişdir. Dolayısı ilә müvafiq mәlumat inzibati orqana daxil olduqdan sonra inzibati xәta haqqında iş üzrә icraata başlama әsası mövcud olmuş olur. Müәssisәnin işçinin işlә tanış olduqdan sonra әmәk münasibәtlәrini rәsmilәşdirmәk niyyәti barәdә mülahizәlәri qanuna söykәnmir. Belә ki, qanunvericilikdә şәxsin әmәk müqavilәsi hüquqi qüvvәyә minmәdәn işlәrin görülmәsinә cәlb edilmәsi birmәnalı qadağan edilmişdir. Qanunla müәssisәnin dә maraqlarını qorumağa xidmәt edәn “sınaq müddәti” anlayışı mövcud olduğundan işәgötürәn tәrәfindәn yenә әmәk müqavilәsi bağlanılmaqla sınaq müddәti tәtbiq edilә bilәrdi. Müәssisә tәrәfindәn yoxlamalardan dәrhal sonra hәmin gün әmәk münasibәtlәri rәsmilәşdirilmişdir. Belәliklә, Qusar Rayon Mәhkәmәsi tәrәfindәn mötәbәr sübutların qiymәtlәndirilmәsi düzgün aparılmadığından işin faktiki hallarına uyğun olmayan әsassız nәticәyә gәlinmişdir. PROSES IŞTIRAKÇILARININ IZAHATLARI : Apellyasiya mәhkәmәsinin iclasında iştirak edәn inzibati xәta haqqında protokolu tәrtib etmiş orqanın nümayәndәsi Nümayәndә apellyasiya şikayәtini müdafiә edib, әlavә olaraq qeyd etdi ki, Azәrbaycan Respublikasının Prezidenti yanında Vәtәndaşlara Xidmәt vә Sosial Innovasiyalar üzrә X4 X10 tәrәfindәn yoxlama keçirilmiş vә X1 ilә әmәk müqavilәsi bağlanmadan onun işlәrin, xidmәtlәrin yerinә yetirilmәsinә cәlb edildiyi aşkar olunmuşdur. Elektron sistemdәn dә görünür ki, Nasir Nurәliyev ilә protokol tәrәtib olunduqdan sonra әmәk müqavilәsi bağlanılmışdır. Qeyd olunan hallar iş materiallarında olan diskdәki videogörüntülәr ilә dә tәsdiq olunur. Apellyasiya instansiya mәhkәmәsinin iclasında iştirak edәn barәsindә inzibati xәta haqqında protokol tәrtib edilmiş barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-nin tәsisçisi vә direktoru, eyni zamanda barәsindә inzibati xәta haqqında protokol tәrtib edilmiş vәzifәli şәxs barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 apellyasiya şikayәtinin dәlillәrinә etiraz edәrәk şikayәtin tәmin edilmәmәsini vә birinci intansiya mәhkәmәsinin qәrarının dәyişdirilmәdәn saxlanılmasını xahiş edәrәk әlavә olaraq qeyd etdi ki, X1 işlәyәrkәn tutulmamışdır. O, işlә tanış olmağa gәlmişdi. Nasir Nurәliyevin әynindә heç iş paltarı, yәni tәhlükәsizlik geyimi dә olmamışdır. Nasir Nurәliyev tәsisçi olduğu şirkәtdә әvvәllәr lift quraşdırma işindә çalışırdı. Hazırda onunla bәrabәr kran vasitәsilә yuxarıda müәyyәn işlәr görülmәsi üçün 2 nәfәr dә iş şәraitinә baxmağa gәlmişdilәr. Digәr 2 nәfәr qorxdu vә işlәmәk istәmәdi. Nasir Nurәliyev isә işlәyә bilәcәyini dedi. Hәmin gün dә onunla әmәk müqavilәsi bağlanıldı. Nasir Nurәliyev әvvәl onlarla işlәsә dә, hazırki işlәyәcәyi sahә fәrqli olduğu üçün iş şәraiti ilә tanış olmağa gәlmişdi. Nasir Nurullayevin ixtisası çilingәr kimi qeydә alınaraq әmәk müqavilәsi bağlanılmışdır. Tәxminәn 10 gündür ki, Nasir Nurullayev yüksәklikdә işlәmәk üçün iş yeri tәrәfindәn tәmin olunan müvafiq kursa getmiş vә sertifikat almışdır. Hәmin sertifikatı alanadәk o, aşağıda işlәyirdi. Nasir Nurullayevin kursa göndәrilmәsi vә oxuması üçün MMC tәrәfindәn göndәriş mәktubunu vә pul ödәniş sәnәdi gәtirmәmişdir. Nasir Nurullayevin iş vaxtı 08:00-dan başlayır, bәzәn 16:00, bәzәn 17:00, bәzәn dә 18:00da bitirdi. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs izahatında Nasir Nurullayevin müvafiq kursa göndәrilmәsi ilә bağlı göndәriş mәktubu vә ödәniş sәnәdini mәhkәmәyә tәqdim etmәdiyini, yalnız sertifikat vә digәr sәnәdlәri tәqdim etdiyini bildirmişdir. O, Nasir Nurullayevin iş vaxtının ümumilikdә 08:00-dan başlayaraq 16:00, 17:00 vә ya 18:00-dәk davam etdiyini, lakin onun konkret işә gәlib-getmә vaxtını bilmәdiyini, çünki adәtәn hәmin әrazidә olmadığını qeyd etmişdir. X6 yarımştat әsaslarla işә qәbul edildiyini, digәr şirkәtdә dә yarımştat işlәdiyini vә hәmin şirkәtin icraçı direktorunun da özü olduğunu bildirmişdir. Inzibati tәnbeh vermiş orqanın nümayәndәsi mәhkәmәyә Nasir Nurullayevlә bağlanmış әmәk müqavilәsini tәqdim edәrәk onun yarımştat әsaslarla işә qәbul edildiyini vә müvafiq kursa digәr işәgötürәn tәrәfindәn dә göndәrilә bilәcәyini bildirmişdir. Iş materiallarında olan diskdә olan videogörüntülәr mәhkәmә zalında olan monitor vasitәsilә proses iştirakçılarının izlәyә bilәcәyi şәkildә ekranda әks etdirilәrәk izlәnilmiş, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs izahatında videogörüntüdә әks olunan әrazinin tikinti sahәsinә giriş hissәsi olduğunu, hәmin әrazidә tikinti işlәrinin aparılmadığını, kәnar şәxslәrin, o cümlәdәn mәnzil almaq istәyәn şәxslәrin әraziyә baxış keçirmәk mәqsәdilә buraxıldığını, işlәrin aparıldığı zonaya isә yalnız müvafiq tәhlükәsizlik geyimindә daxil olmağın mümkün olduğunu bildirmişdir. O, videogörüntüdә Nasir Nurullayevin hәr hansı iş görәrkәn deyil, hәmin әrazidә olduğu halda görüntülәndiyini, bu halın onun şirkәtin işçisi olmasını vә inzibati xәtanın törәdilmәsini tәsdiq etmәdiyini, әrazidәn kәnar şәxslәrin dә keçdiyini vә әks halın şirkәtin hәr belә vәziyyәtdә cәrimәlәnmәsinә sәbәb ola bilmәyәcәyini qeyd edәrәk inzibati mәsuliyyәtә cәlb edilmәsini әsassız hesab etmәsini bildirmişdir. Apellyasiya instansiya mәhkәmәsinin iclasında iştirak edәn şahid X2 ifadәsindә bir ildir barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 şirkәtindә çalışdığını, әvvәllәr lift işindә çalışsa da, ## ### 2026-cı il tarixdә kran işindә çalışmaq tәklifi ilә әlaqәdar tikinti sahәsinә getdiyini vә hәmin gün әmәk müqavilәsinin bağlandığını bildirmişdir. Şahid hәmin gün işә başlamadığını, yalnız iş şәraitinә baxmaq mәqsәdilә әrazidә olduğunu, onunla birlikdә gәlәn şәxslәrin işlәmәkdәn imtina edәrәk getdiklәrini, özünün isә işi bәyәndiyi üçün işlәmәyә razı olduğunu qeyd etmiş, eyni zamanda verilmiş sualları cavablandırarkәn şahid iş vaxtının 8 saat olduğunu vә 450 manat әmәkhaqqı aldığını, müvafiq kursun ödәnişinin barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 tәrәfindәn hәyata keçirildiyini bildirmişdir. Mәhkәmәnin suallarına cavab olaraq hәmin gün işә baxmaq üçün әraziyә getdiklәrini, lakin faktiki olaraq işlәmәdiklәrini, yalnız әrazidә olarkәn iş sahәsini uzaqdan müşahidә etdiklәrini qeyd etmişdir. HÜQUQI MƏSƏLƏLƏR : Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә Inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. IXM-nin 133.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәt vә ya protest hakim vә ya vәzifәli şәxs tәrәfindәn tәkbaşına baxılır. IXM-nin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә apellyasiya şikayәtinin dәlillәrini iş materialları ilә әlaqәli şәkildә araşdırıb, tәdqiq olunmuş sübutlara qiymәt verәrәk hesab edir ki, Qusar Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı lәğv edilmәli, yeni qәrar qәbul edilmәklә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC vә vәzifәli şәxs barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 IXM-nin 192.1-ci maddәsilә nәzәrdә tutulmuş inzibati xәtaya görә tәqsirli bilinәrәk inzibati qaydada cәrimә edilmәklә apellyasiya şikayәti tәmin edilmәlidir. Belә ki, birinci instansiya mәhkәmәsi barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-nin vә vәzifәli şәxs barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 IXM-in 192.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәlәrinin sübuta yetirilmәdiyi qәnaәtinә gәlәrәk icraata xitam verilmәsi nәticәsinә gәlәrkәn X1 ## ### 2026-cı il tarixdә barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-nin xeyrinә әmәk fәaliyyәti göstәrmәsinin tәsdiq olunmadığını, onun iş geyimindә olmadığını, hadisә yerindә olmasının işlә tanış olmaq mәqsәdi daşıması barәdә verdiyi izahatların inandırıcı olduğunu, habelә barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC barәsindә ayrıca yoxlamanın aparılmasına dair mәlumatın reyestrdә olmadığını nәzәrә almışdır. Mәhkәmә birinci instansiya mәhkәmәsinin hәmin nәticәlәri ilә razılaşmır. Əvvәla, iş materiallarından müәyyәn olunur ki, ## ### 2026-cı il tarixdә X1 barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC tәrәfindәn işlәrin görülmәsi ilә әlaqәdar tikinti obyektinә göndәrilmiş vә hәmin günun ikinci yarısında onunla 1/2 ştat vahidindә әmәk müqavilәsi bağlanmış vә әmәk müqavilәsindә iş vaxtı saat 15.00-dan 18.00-dәk müәyyәn edilmişdir. Bu hal hәm iş materiallarında olan sәnәdlәrlә, hәm dә apellyasiya instansiyası mәhkәmәsindә araşdırılmış sübutlarla tәsdiq olunur. Bundan başqa apellyasiya instansiyası mәhkәmәsinin ## ###### 2026-cı il tarixli mәhkәmә iclasında barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 Nasir Nurәliyevin әvvәllәr barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-dә lift quraşdırılması işindә çalışdığını, sonradan kranla görülәcәk işә münasibәtdә iş şәraitinә baxmaq üçün hәmin әraziyә göndәrildiyini vә hәmin gün onunla әmәk müqavilәsi bağlandığını bildirdiyindәn iclas zamanı iş materiallarında olan videogörüntülәrә mәhkәmә tәrәfindәn baxılaraq günün birinci yarısında Nasir Nurullayevin başqa bir işçi ilә “xxxx” MMC-nin tikinti sahәsindә olması Azәrbaycan Respublikasının Prezidenti yanında Vәtәndaşlara Xidmәt vә Sosial Innovasiyalar üzrә X4 X10 әmәkdaşları tәrәfindәn keçirilәn yoxlama zamanı müәyyәn olunmuşdur. Daha sonra ## ###### 2026-cı il tarixli mәhkәmә iclasında şahid qismindә dindirilmiş X1 da әvvәllәr barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1lә lift işindә işlәdiyini, ## ### 2026-cı il tarixdә kran işinә çağırıldığını vә sәhәr tezdәn işә baxmaq üçün hәmin әraziyә getdiyini, onunla birlikdә gәlmiş digәr şәxslәrin işlәmәk istәmәyәrәk getdiklәrini, özünün isә işlәmәyә razı olduğunu vә hәmin gün onunla әmәk müqavilәsi bağlandığını tәsdiq etmişdir. Şahidin “hәmin gün işlәmәdiyi, sadәcә baxmağa getdiyi” barәdә ifadәsi iş materiallarının digәr sübutları ilә birlikdә qiymәtlәndirilmәlidir. Belә ki, şahid eyni zamanda bildirmişdir ki, onu kran işinә çağırmışlar, әvvәl barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-dә lift işindә çalışmışdır, işi bәyәndikdәn sonra işlәmәyә qәrar vermiş vә hәmin gün müqavilә bağlanmışdır. Belәliklә, şahidin ifadәsindәn onun hәmin әraziyә tәsadüfi vә ya hәr hansı başqa mәqsәdlә deyil, mәhz barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-dә görülәcәk işlә әlaqәdar göndәrildiyi aydın olur. Mәhkәmә hesab edir ki, şәxsin işә başlamazdan әvvәl iş şәraiti vә görәcәyi işlә tanış olması onun hәmin işәgötürәn tәrәfindәn işlәrin vә ya xidmәtlәrin yerinә yetirilmәsinә cәlb edilmәsi faktını öz-özlüyündә istisna etmir. Əksinә, iş materiallarından görünür ki, Nasir Nurәliyev artıq hәmin işәgötürәnin әmәk münasibәtlәrindә olmuş, sonradan başqa xarakterli işә – kran işinә cәlb olunması nәzәrdә tutulmuş vә hәmin mәqsәdlә iş yerinә göndәrilmişdir. Bu baxımdan birinci instansiya mәhkәmәsinin Nasir Nurәliyevin hadisә yerindә olmasını yalnız “işlә tanış olmaq” kimi qiymәtlәndirәrәk onun әmәk fәaliyyәtinә cәlb edilmәdiyi nәticәsinә gәlmәsi iş materiallarında olan sübutların mәcmusuna uyğun deyildir. Eyni zamanda, birinci instansiya mәhkәmәsinin Nasir Nurәliyevin iş geyimindә olmamasına istinad etmәsi dә әsaslı hesab edilә bilmәz. Işçinin hәmin anda fәrdi mühafizә vasitәlәri vә iş geyimindә olmaması onun işәgötürәn tәrәfindәn әmәk fәaliyyәtinә cәlb edilmәdiyini avtomatik olaraq tәsdiq edәn hal deyildir. Əksinә, iş materiallarından vә tәrәflәrin mәhkәmә iclaslarında verdiklәri izahatlardan görünür ki, hәmin şәxsin yerinә yetirmәli olduğu işin xarakteri ilә bağlı müvafiq tәhlükәsizlik vasitәlәri ilә tәmin edilmәsi nәzәrdә tutulmuşdur. Buna görә dә iş geyiminin olmaması hadisәnin digәr sübutlarından tәcrid olunmuş şәkildә şәxsin işә cәlb edilmәmәsinin sübutu kimi qәbul edilә bilmәz. Mәhkәmә hәmçinin birinci instansiya mәhkәmәsinin barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC barәsindә ayrıca yoxlama aparılmasına dair mәlumatın Sahibkarlıq sahәsindә aparılan yoxlamaların vahid mәlumat reyestrindә olmaması ilә bağlı nәticәsini әsaslı hesab etmir. Belә ki, hazırkı işdә inzibati xәta barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-dә ayrıca planlı vә ya plandankәnar yoxlama aparılması nәticәsindә deyil, “xxxx” MMC-nin fәaliyyәtinin yoxlanılması zamanı hәmin әrazidә faktiki vәziyyәtin aşkar edilmәsi nәticәsindә müәyyәn edilmişdir. Apellyasiya şikayәtindә dә qeyd edildiyi kimi, inzibati xәta bilavasitә yerindә aşkar edilmişdir. Bu sәbәbdәn barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC barәsindә ayrıca yoxlamanın reyestrdә qeyd olunmaması hәmin inzibati xәtanın aşkar edilmәsini vә bununla bağlı inzibati xәta haqqında iş üzrә icraata başlanılmasını öz-özlüyündә istisna edәn hal kimi qiymәtlәndirilә bilmәz. Iş materiallarında olan ## ### 2026-cı il tarixli ***** nömrәli yoxlama aktı, hәmin aktın vә digәr materialların әsasını tәşkil edәn videogörüntülәr, inzibati xәta haqqında protokollar, әmәk münasibәtlәrinin hәmin gün rәsmilәşdirilmәsi barәdә mәlumatlar, tәrәflәrin izahatları vә apellyasiya instansiyası mәhkәmәsindә şahid qismindә dindirilmiş X1 ifadәsi birlikdә qiymәtlәndirildikdә, onun әmәk müqavilәsi hüquqi qüvvәyә minmәdәn barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC tәrәfindәn işlәrin yerinә yetirilmәsinә cәlb edilmәsi barәdә nәticәyә gәlmәk üçün kifayәt qәdәr sübutların olduğu müәyyәn edilir. Bu sübutların hәr biri digәrindәn tәcrid olunmuş şәkildә deyil, onların mәcmusu vә qarşılıqlı әlaqәsi baxımından qiymәtlәndirilmәlidir. Birinci instansiya mәhkәmәsi isә sübutları әsasәn Nasir Nurәliyevin iş geyimindә olmaması, onun hadisә yerindә olmasını “işlә tanış olmaq” kimi izah etmәsi vә barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC barәsindә ayrıca yoxlamanın reyestrdә olmaması kontekstindә qiymәtlәndirmiş, lakin iş materiallarında olan digәr sübutların hәmin hallarla qarşılıqlı әlaqәsini lazımi qaydada nәzәrә almamışdır. Bununla yanaşı, apellyasiya instansiyası mәhkәmәsindә barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 verdiyi izahat da diqqәtәlayiqdir. O, Nasir Nurәliyevin hәmin gün iş şәraitinә baxmaq üçün әraziyә göndәrildiyini vә sonradan onunla әmәk müqavilәsi bağlandığını tәsdiq etmişdir. Digәr tәrәfdәn, ## ###### 2026-cı il tarixdә şahid qismindә dindirilmiş Nasir Nurәliyev dә hәmin gün kran işi ilә әlaqәdar әraziyә göndәrildiyini, digәr şәxslәrin işlәmәk istәmәyәrәk getdiklәrini, özünün isә işlәmәyә razılaşdığını vә hәmin gün әmәk müqavilәsinin bağlandığını bildirmişdir. Bu hallar işçinin hәmin әraziyә barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC ilә әlaqәsi olmayan kәnar şәxs kimi gәlmәsi barәdә müdafiә mövqeyini tәsdiq etmir. Azәrbaycan Respublikası IXM-in 192.1-ci maddәsinә әsasәn Azәrbaycan Respublikasının Əmәk Mәcәllәsindә nәzәrdә tutulmuş qaydada әmәk müqavilәsi (kontraktı) hüquqi qüvvәyә minmәdәn işәgötürәn tәrәfindәn fiziki şәxslәrin hәr hansı işlәrin (xidmәtlәrin) yerinә yetirilmәsinә cәlb edilmәsinә görә vәzifәli vә hüquqi şәxslәr inzibati mәsuliyyәt daşıyırlar. Hәmin normanın dispozisiyasından göründüyü kimi, inzibati mәsuliyyәtin yaranması üçün şәxsin әmәk müqavilәsi hüquqi qüvvәyә minmәdәn işәgötürәn tәrәfindәn hәr hansı işin vә ya xidmәtin yerinә yetirilmәsinә cәlb edilmәsi kifayәtdir. IXM-in 192.1-ci maddәsindә işçinin mütlәq iş geyimindә vә ya fәrdi mühafizә vasitәlәrindә olması kimi әlavә şәrt nәzәrdә tutulmamışdır. Hazırkı iş üzrә müәyyәn edilmiş hallardan görünür ki, Nasir Nurәliyev ## ### 2026-cı il tarixdә barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC tәrәfindәn “xxxx” MMC-nin tikinti әrazisindә mövcud olan qaldırıcı kranda tәmir işlәrinin aparılması ilә әlaqәdar iş şәraiti ilә tanış olmaq üçün göndәrilmiş, Nasir Nurәliyevin demәsinә görә krana kәnardan baxaraq işlәyә bilәcәyinә razılıq verdikdәn sonra sonuncu ilә әmәk müqavilәsi hәmin gün, yәni inzibati xәta aşkar edildikdәn sonra saat 15:33-dә rәsmilәşdirilmişdir. Bu hallar onun әmәk müqavilәsi hüquqi qüvvәyә minmәdәn işәgötürәn tәrәfindәn işlәrin yerinә yetirilmәsinә cәlb edilmәsi faktını tәsdiq edir. Belәliklә, iş üzrә toplanmış sübutlar barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-nin әmәlindә IXM-in 192.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәta tәrkibinin mövcudluğunu, habelә hәmin hüquqi şәxsin vәzifәli şәxsi barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 bu әmәlin törәdilmәsindә tәqsirini tәsdiq edir. IXM-in 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. IXM-nin 48-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan, inzibati xәta törәtmiş şәxsi aşkar etmәkdәn vә onu inzibati mәsuliyyәtә cәlb etmәkdәn, çıxarılmış qәrarın icrasını tәmin etmәkdәn, habelә inzibati xәtanın törәdilmәsinә kömәk edәn sәbәblәri vә şәraiti aşkar etmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir. IXM-nin 76.1-ci maddәsinә әsasәn inzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi orqanın (qurumun) informasiya sistemindә, habelә digәr dövlәt informasiya sistemlәrindә (ehtiyatlarında) aşkar olunan mәlumatlarla, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. IXM-nin 80.1-ci maddәsinә әsasәn sәnәdlәrdә müәssisәlәrin, idarәlәrin, tәşkilatların, vәzifәli şәxslәrin vә fiziki şәxslәrin tәsdiq etdiklәri vә ya şәrh etdiklәri mәlumatların inzibati xәta haqqında iş üzrә icraat üçün әhәmiyyәti vardırsa, bu sәnәdlәr iş üzrә sübutlar hesab edilir. IXM-nin 84.1-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәrә baxan hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) işin bütün hallarının mәcmusunun hәrtәrәfli, tam vә obyektiv surәtdә baxılmasına әsaslanan öz daxili inamı ilә sübutları qiymәtlәndirir. IXM-nin 192.1-ci maddәsinә әsasәn Azәrbaycan Respublikasının Əmәk Mәcәllәsindә nәzәrdә tutulmuş qaydada әmәk müqavilәsi (kontraktı) hüquqi qüvvәyә minmәdәn işәgötürәn tәrәfindәn fiziki şәxslәri hәr hansı işlәrin (xidmәtlәrin) yerinә yetirilmәsinә cәlb edilmәsinә görә fiziki şәxslәr min manatdan iki min manatadәk mәblәğdә, vәzifәli şәxslәr üç min manatdan beş min manatadәk mәblәğdә, hüquqi şәxslәr iyirmi min manatdan iyirmi beş min manatadәk mәblәğdә cәrimә edilir. Iş materiallarında olan sübutların mәcmusu iş üzrә IXM-dә nәzәrdә tutulan şәrtlәrin mövcudluğunu tәsdiq edir. Bu baxımdan birinci instansiya mәhkәmәsinin inzibati xәtanın törәdilmәsinin sübuta yetirilmәdiyi vә IXM-in 53.2-ci maddәsinә әsasәn icraata xitam verilmәli olduğu barәdә nәticәsi işin faktiki hallarına vә sübutların mәcmusuna uyğun deyildir. Azәrbaycan Respublikası Əmәk Mәcәllәsinin 7-ci maddәsinin 2-ci hissәsinә әsasәn bu Mәcәllәnin 7-ci maddәsinin 2-1-ci vә 2-2-ci hissәlәri ilә müәyyәn edilmiş hallar istisna olmaqla, әmәk münasibәtlәri әmәk müqavilәsi elektron informasiya sistemindә elektron sәnәd formasında bağlandıqda yaranır. Hәmin Mәcәllәsinin 49-cu maddәsinin 1-ci hissәsinә әsasәn bu maddәnin 2-ci vә 3-cü hissәlәri ilә müәyyәn edilmiş hallar istisna olmaqla, әmәk müqavilәsi vә ya ona dәyişiklik tәrәflәrin güclәndirilmiş elektron imzası ilә imzalandıqda, son imzalanma tarixindәn әmәk müqavilәsi bağlanılmış vә ya ona dәyişiklik edilmiş hesab olunur vә hüquqi qüvvәyә minir. Qeyd edilmәlidir ki, Azәrbaycan Respublikası Əmәk Mәcәllәsinin 7-ci maddәsinin 2- 3.4 vә 2-4-cü hissәlәrinin Azәrbaycan Respublikası Konstitusiyasının 35-ci maddәsinin III vә IV hissәlәri ilә әlaqәli şәkildә şәrh edilmәsinә dair Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ####### 2023-cü il tarixli Qәrarında vurğulanan hüquqi mövqeyә görә “....Əmәk münasibәtlәri zahirәn müәyyәn işlәrin yerinә yetirilmәsi ilә bağlı mülki dövriyyә subyektlәri arasında yaranan mülki münasibәtlәrә (tapşırıq, podrat, müqavilә münasibәtlәri vә s.) bәnzәyir. Lakin bu münasibәtlәr bir sıra әhәmiyyәtli mәqamlarda fәrqlәnirlәr ki, bu da hәmin münasibәtlәrin müvafiq olaraq әmәk vә ya mülki hüquq normaları ilә tәnzimlәnmәsini labüd edir. Tәsadüfi deyildir ki, Əmәk Mәcәllәsinin 6-cı maddәsinin “d” bәndi ilә podrat, tapşırıq, komisyon, müәlliflik vә başqa mülki-hüquqi müqavilәlәr üzrә işlәri yerinә yetirәn şәxslәrә bu Mәcәllәnin şamil edilmәdiyi tәsbit edilmişdir. Əmәk münasibәtlәri - әmәk qanunvericiliyindә, kollektiv müqavilә vә sazişlәrdә nәzәrdә tutulmuş öhdәliklәrә uyğun olaraq işәgötürәnlә qarşılıqlı razılıq әsasında müәyyәn edilәn iş yerindә işçi tәrәfindәn onun işә qәbul (tәyin) edildiyi, seçildiyi, bәrpa olunduğu peşә vә ya vәzifә üzrә әmәk funksiyasının әmәkhaqqı ödәnilmәklә şәxsәn yerinә yetirilmәsinә, daxili intizam qaydalarına riayәt edilmәsinә, işәgötürәn tәrәfindәn işçinin әmәk şәraitinin, tәminatlarının vә әmәyinin mühafizәsinin tәmin edilmәsinә, habelә bu Mәcәllәnin prinsiplәrinә әsaslanan münasibәtlәrdir (Əmәk Mәcәllәsinin 3-cü maddәsinin 4-1-ci hissәsi). Əmәk münasibәtlәri yazılı qaydada bağlanılmalı olan әmәk müqavilәsi ilә rәsmilәşdirilmәlidir. Əmәk Mәcәllәsinin 3-cü maddәsinә әsasәn, әmәk müqavilәsi (kontraktı) – işәgötürәnlә işçi arasında fәrdi qaydada bağlanan әmәk münasibәtlәrinin әsas şәrtlәrini, tәrәflәrin hüquq vә vәzifәlәrini әks etdirәn yazılı müqavilәdir. Mülki-hüquqi müqavilәlәrin predmeti yerinә yetirilәcәk işin vә ya xidmәtin nәticәsidir. Əmәk münasibәtlәrinin predmetini isә işçinin әmәk fәaliyyәti tәşkil edir. Işçinin әmәk fәaliyyәti müәssisәnin istehsal fәaliyyәtinin ayrılmaz tәrkib hissәsi olduğu halda, mülkihüquqi müqavilәlәrdә icraçının fәaliyyәti, adәtәn müәssisәnin istehsal fәaliyyәtinin ayrılmaz tәrkib hissәsi olmadan, birdәfәlik vә ya dövrü xarakter daşıyır. Əmәk müqavilәlәrindә işçi әmәk funksiyasını şәxsәn icra etmәli vә işәgötürәndәn әmәk funksiyası ilә bağlı daxil olan tapşırıqları yerinә yetirmәli olduğu halda, mülki-hüquqi müqavilәlәrdә icraçı müqavilәdә müәyyәn olunan formada nәticә ilә yekunlaşan konkret işi vә ya xidmәti yerinә yetirmәlidir. Əmәk müqavilәlәrindә işçinin әmәk qanunvericiliyi ilә müәyyәn edilәn әmәk (iş yerinin saxlanılması, mәzuniyyәtlәrin verilmәsi, ezamiyyә xәrclәrinin ödәnilmәsi, tәhsilin davam etdirilmәsi vә s.) vә sosial tәminat (işdәnçıxarma, әmәk qabiliyyәtinin müvәqqәti itirilmәsi vә digәr hallarda sosial müavinәtin ödәnilmәsi, sosial sığortanın hәyata keçirilmәsi vә s.) hüquqları vә işәgötürәnin bununla bağlı vәzifәlәri olduğu halda, mülkihüquqi müqavilәlәrdә icraçının yalnız müqavilәdә göstәrilәn vә qanunvericiliklә bu hal üçün müәyyәn edilәn tәminatlardan istifadә etmәk hüququ vardır. Əmәk müqavilәlәrindә işçi müәssisәdaxili intizam qaydalarına vә iş vaxtı rejiminә mütlәq tabe olduğu vә onları pozduqda intizam tәnbehinә mәruz qaldığı halda, mülkihüquqi müqavilәlәr üçün bu cür tәnbehlәr xas deyil. Belәliklә, işçi işәgötürәnin müәyyәn etdiyi iş rejimi vә tәlimatlarına uyğun, sonuncunun rәhbәrliyi altında әmәk fәaliyyәti göstәrmәklә, müqavilәnin daha zәif vә asılı tәrәfi olaraq әmәk hüquq normaları ilә daha üstün müdafiә vә tәminat altına alındığı halda, mülki hüquq normaları, әsasәn tәrәflәrin bәrabәrliyinә, mәnafelәrinin qarşılıqlı tәmin olunmasına әsaslanır. Bu sәbәbdәndir ki, Əmәk Mәcәllәsinin 2-ci maddәsinin 3-cü hissәsindә әmәk münasibәtlәrinin mülki-hüquqi müqavilәlәrlә rәsmilәşdirilmәsinin yolverilmәz olduğu qeyd olunur...”. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 17, 18.2 vә 18.3-cü maddәlәrinin әlaqәli şәkildә şәrh olunmasına dair Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2023-cü il tarixli Qәrarında vurğulanmışdır ki, “...Inzibati Xәtalar Mәcәllәsinin müvafiq normalarının әlaqәli tәhlili belә nәticәyә gәlmәyә әsas verir ki, hüquqi şәxsin tәqsiri inzibati xәtanın törәdilmәsinin sәbәbkarı olan nümayәndәsinin tәqsiri ilә eynilәşdirilmәsә dә, onunla sıx әlaqәdardır. Burada onu da nәzәrә almaq lazımdır ki, subyektlәri hәmçinin hüquqi şәxslәr olan Inzibati Xәtalar Mәcәllәsinin Xüsusi Hissәsi ilә nәzәrdә tutulmuş әmәllәrin bәzilәri (mәsәlәn, Mәcәllәnin 388.0.4, 492-ci maddәlәri ilә nәzәrdә tutulmuş әmәllәr) yalnız qәsdәn törәdildikdә inzibati xәtanın tәrkibi yaranır. Hәmin Mәcәllәnin 13-cü maddәsinә әsasәn, inzibati xәta törәtmiş şәxs öz әmәlinin (hәrәkәtinin vә ya hәrәkәtsizliyinin) hüquqazidd xarakterini dәrk etmiş, onun zәrәrli nәticәlәrini qabaqcadan görmüş vә bunları arzu etmişdirsә, yaxud belә nәticәlәrin baş vermәsinә şüurlu surәtdә yol vermişdirsә, bu xәta qәsdәn törәdilmiş xәta hesab olunur. “Arzu etmәk”, “şüurlu” kimi kateqoriyalar hüquqi şәxs üçün sәciyyәvi olmadığından, inzibati xәtanın subyektiv cәhәtinin zәruri әlamәti kimi hüquqi şәxsin tәqsiri onun vәzifәli şәxslәrinin tәqsiri ilә әlaqәdә müәyyәn edilir. Belәliklә, hüquqi şәxsin inzibati xәta üzrә mәsuliyyәtinin yaranması hәr bir halda onun vәzifәli şәxslәrinin vә ya işçilәrinin hüquqazidd davranışı nәticәsindә baş verir, tәqsiri isә Inzibati Xәtalar Mәcәllәsinin 18.2-ci maddәsindә sadalanan şәxslәrin tәqsirinin törәmәsidir...”. Istinad edilәn Konstitusiya Mәhkәmәsi Plenumunun qәrarlarında vurğulanan hüquqi mövqeyә әsaslanaraq hesab edilir ki, işәgötürәnin әsas fәaliyyәt sahәsinә aid işlәrin (xidmәtlәrin) yerinә yetirilmәsi ilә әlaqәdar ayrı-ayrı şәxslәrlә daxil olduğu hüquqi münasibәtlәr bir qayda olaraq әmәk münasibәtlәri olaraq çıxış edir vә işәgötürәnin әsas fәaliyyәt sahәsinә dair işlәr әsasәn mütәmadi, sistematik vә davamlı xarakter daşımaqla, onun nәzarәti altında vә tәlimatına uyğun olaraq hәyata keçirilsә dә, bir sıra hallarda işәgötürәnin әsas fәaliyyәt sahәsinә aid iş vә xidmәtlәrә dair münasibәtlәr dә birdәfәlik vә ya qeyri-mütәmadi olmaqla, daşıdığı xüsusiyyәtlәrә vә mahiyyәtinә görә әmәk deyil, mülki-hüquqi mәzmunlu ola bilmәsi halına mәhkәmә tәrәfindәn qiymәt verilmәklә müәyyәn edilir. Bu baxımdan hazırkı iş üzrә müәyyәn edilәn işin halları bir daha zәmin yaradır ki, apellyasiya şikayәtinin dәlillәri әsaslı olmaqla belә qәnaәtә gәlinmәlidir birinci instansiya mәhkәmәsi düzgün olmayan nәticәyә gәlmişdir. Başqa sözlә desәk iş materiallarında toplanan sübutlardan göründüyü kimi barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC tәrәfindәn Azәrbaycan Respublikası Əmәk Mәcәllәsinin 7 vә 49-cu maddәlәrinin tәlәblәri pozularaq Nasir Nurәliyev әmәk müqavilәsi hüquqi qüvvәyә minmәdәn iş vә xidmәtlәrin yerinә yetirilmәsinә cәlb edilmişdir. Mәhkәmә hesab edir ki, birinci instansiya mәhkәmәsinin gәldiyi nәticәlәr işin faktiki hallarına uyğun olmadığından onun qәrarı lәğv edilmәlidir. IXM-in 135.1.2-ci maddәsi dә hakimin gәldiyi nәticәlәrin işin faktiki hallarına uyğun olmamasını qәrarın lәğv edilmәsi üçün әsas kimi nәzәrdә tutur. Inzibati tәnbeh növü vә mәblәği müәyyәn edilәrkәn isә IXM-in 192.1-ci maddәsinin sanksiyası nәzәrә alınmalıdır. Hәmin normaya әsasәn hüquqi şәxslәr iyirmi min manatdan iyirmi beş min manatadәk, vәzifәli şәxslәr isә üç min manatdan beş min manatadәk mәblәğdә cәrimә edilirlәr. Bu baxımdan barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC barәsindә 20.000 manat, vәzifәli şәxs barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 barәsindә isә 3.000 manat mәblәğindә inzibati cәrimә tәtbiq edilmәsi hәmin maddәnin sanksiyasının aşağı hәddinә uyğundur. Yuxarıda qeyd edilәnlәr üzrә yekun hüquqi dәyәrlәndirmә apararaq hesab edirәm ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn gәlinәn nәticә qanuni vә әsaslı hesab edilmәyәrәk tәrtib olunmuş inzibati xәta haqqında protokol qanunun tәlәblәrinә vә işin faktiki hallarına uyğun olduğundan, barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC vә vәzifәli şәxs barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 IXM-nin 192.1-ci maddәsi ilә tәqsirli bilinmәklә barәsindә inzibati tәnbeh növü olaraq cәrimә tәtbiq edilmәlidir. Iş materialları ilә barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-nin mәsuliyyәtini yüngüllәşdirәn vә ağırlaşdıran hallar müәyyәn edilmir. Belә ki, IXM-nin 9.1-ci maddәsinә görә, inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. IXM-nin 18.1-ci maddәsinә әsasәn hüquqi şәxslәr, o cümlәdәn xarici hüquqi şәxslәr vә xarici hüquqi şәxslәrin filial vә nümayәndәliklәri bu Mәcәllәnin Xüsusi hissәsindә nәzәrdә tutulmuş inzibati xәtalara görә inzibati mәsuliyyәtә cәlb olunurlar. IXM-nin 18.5-ci maddәsinә әsasәn bu Mәcәllәnin 127-4.5-ci maddәsindә nәzәrdә tutulmuş hal istisna olmaqla, hüquqi şәxs barәsindә inzibati tәnbeh yalnız hakim tәrәfindәn tәtbiq edilir. IXM-nin 31.2-ci maddәsinә әsasәn fiziki vә ya vәzifәli şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, xәtanın xarakteri, inzibati xәta törәdәn şәxsin şәxsiyyәtini xarakterizә edәn hallar, onun tәqsirinin dәrәcәsi, әmlak vәziyyәti, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. IXM-nin 31.3-cü maddәsinә әsasәn hüquqi şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, inzibati xәtanın xarakteri, inzibati xәta nәticәsindә hüquqi şәxsin әldә etdiyi xeyrin hәcmi vә ya onun maraqlarının tәmin edilmәsinin xarakteri vә dәrәcәsi, hüquqi şәxsi xarakterizә edәn hallar, o cümlәdәn onun maliyyә vә әmlak vәziyyәti, xeyriyyәçilik vә ya digәr ictimai faydalı fәaliyyәtlә mәşğul olması, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. IXM-nin 134.1.2-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq bu Mәcәllәnin 135.1.2-135.1.5-ci maddәlәri ilә müәyyәn edilmiş hallarda qәrarın dәyişdirilmәsi haqqında vә ya qәrarı lәğv edәrәk yeni qәrarın çıxarılması haqqında qәrar qәbul edilir. IXM-nin 135.1.2-ci maddәsindә әsasәn hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) gәldiyi nәticәlәrin işin faktiki hallarına uyğun olmaması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsasdır. Göstәrilәnlәrә әsasәn vә IXM-nin 134.1.2, 135-137-ci maddәlәrini rәhbәr tutaraq, QƏRARA ALDIM : Qusar Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı lәğv edilsin. Iş üzrә yeni qәrar qәbul edilsin. Hüquqi şәxs barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 192.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinsin vә barәsindә 20000 (iyirmi min) manat mәblәğindә inzibati cәrimә növündә inzibati tәnbeh tәtbiq edilsin. Vәzifәli şәxs barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 192.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinsin vә barәsindә 3000 (üç min) manat mәblәğindә inzibati cәrimә növündә inzibati tәnbeh tәtbiq edilsin. Apellyasiya şikayәti tәmin edilsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan şikayәt vә ya protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-509/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-509/2026
14.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver