Məhkəmə qərarları › İş №3(3-8)-510/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-510/2026

05.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-510/2026 05.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Əsgәrova Ruhiyyә Orucәli qızının sәdrliyi, Şükürov Cahangir Fәxrәddin oğunun katibliyi, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs vә müdafiәçisi vәkil2 iştirakı ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İXM-nin 206-cı maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinib barәsindә 15 (on beş) gün müddәtinә inzibati hәbs seçilmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin *(*-***)- ****/**** saylı, ## ###### 2026-cı il tarixli qәrarından barәsindә inzibati qaydada iş üzrә icraat aparılan şәxsin müdafiәçisi vәkil2 tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azәrbaycan Respublikası Daxili İşlәr Nazirliyi Abşeron rayon Polis İdarәsi tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 206-cı maddәsi ilә tәrtib edilmiş inzibati xәta haqqında protokol baxılması üçün Abşeron Rayon Mәhkәmәsinә göndәrilmişdir. Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qәrarı (hakim F.Kәrimova) ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 206-cı maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinmәsi vә ona, 15 (on beş) gün müddәtinә hәbs növündә inzibati tәnbeh tәtbiq edilmәsi, inzibati hәbs etmәnin әvvәlinin ## ###### 2026-cı il tarixdәn, saat 19:41 dәqiqәdәn hesablanması, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә narkomaniyadan mәcburi müalicә tәyin edilmәsi vә onun әrazi narkoloji dispanserindә qeydiyyata alınması qәrara alınmışdır. Barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxsin müdafiәçisi vәkil2 qәrardan şikayәt verәrәk, qәrarın dәyişdirilmәsini, tәyin edilmiş 15 gün inzibati hәbsin lәğv edilәrәk, daha yüngül inzibati tәnbeh ilә әvәz edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, qәrar maddi vә prosessual hüquq normalarının tәlәblәri pozulmaqla qәbul edilmiş, iş üzrә әhәmiyyәt kәsb edәn hallar tam vә obyektiv araşdırılmamış, müdafiә hüququ tәmin edilmәmiş vә inzibati tәnbeh fәrdilәşdirilmәdәn tәtbiq edilmişdir. Belә ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ## #### 2026-cı il tarixdә saat 22:30-da faktiki olaraq saxlanılmış, üzәrindә şәxsi axtarış aparılaraq Abşeron Rayon Polis İdarәsinә gәtirilmiş vә ## ###### 2026-cı il saat 19:30-dәk X3 saxlanılmışdır. Yalnız bundan sonra onun barәsindә inzibati qaydada tutma haqqında protokol tәrtib edilmişdir. Belәliklә, şәxs inzibati qaydada tutma rәsmilәşdirilmәdәn әvvәl faktiki olaraq azadlıqdan mәhrum edilmişdir. Birinci instansiya mәhkәmәsi bu hala ümumiyyәtlә hüquqi qiymәt vermәmişdir. Bundan başqa, mәn - vәkil2, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs müqavilә üzrә müdafiәçisi olmağıma baxmayaraq, mәhkәmә iclasında iştirakım tәmin edilmәmişdir. Orderim polis әmәkdaşına tәqdim edilmiş, ## ###### 2026-cı il tarixdә saat 17:00dan etibarәn Abşeron Rayon Mәhkәmәsinin qarşısında olmuş, inzibati protokolu tәrtib etmiş R Mütәllim Mәhәrrәmov ilә daim әlaqә saxlayaraq mәhkәmә iclasının keçirilәcәyi vaxt barәdә mәlumat verilmәsini xahiş etmişdir. Buna baxmayaraq, ona heç bir mәlumat verilmәdәn şәxs mәhkәmәyә arxa girişdәn gәtirilmiş, mәhkәmә iclası iştirakı olmadan keçirilmiş vә dövlәt hesabına vәkil tәyin edilmişdir. Seçilmiş müdafiәçi olduğu halda dövlәt hesabına müdafiәçinin tәyin edilmәsi müdafiә hüququnun tәmin edilmәsi kimi qiymәtlәndirilә bilmәz. Mәhkәmә qәrarında göstәrilmişdir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs törәtdiyi әmәli tam etiraf etmiş, sәmimi peşman olduğunu bildirmiş vә daha yüngül inzibati tәnbeh tәtbiq edilmәsini xahiş etmişdir. O, marixuanadan cәmi 10 gün istifadә etdiyini vә narkotik asılılığının olmadığını bildirmişdir. Eyni zamanda qәrarda mәsuliyyәti ağırlaşdıran heç bir halın müәyyәn edilmәdiyi göstәrilmişdir. Lakin buna baxmayaraq, qәrarda mәsuliyyәti yüngüllәşdirәn halların olmadığı qeyd edilmişdir. Halbuki qәrarın özündә şәxsin törәtdiyi әmәldәn sәmimi peşman olduğu açıq şәkildә göstәrilmişdir. Bu hal Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 32.1.1-ci maddәsinә әsasәn mәsuliyyәti yüngüllәşdirәn haldır. Bundan әlavә, İXM-in 32.1.3-cü maddәsinin tәlәbinә әsasәn hüquq pozucusunun şәxsiyyәti vә iş üzrә digәr mühüm hallar da nәzәrә alınmalı idi. Belә ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs himayәsindә iki azyaşlı övladı vardır. Atası vәfat etmişdir. O, anası, hәyat yoldaşı vә iki azyaşlı övladı ilә birlikdә yaşayır. Ailәdә yeganә işlәyәn vә ailәnin maddi tәminatını hәyata keçirәn şәxs mәhz Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxsdur. Bundan başqa, o, әvvәllәr mәhkum olunmamış, Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 206-cı maddәsi ilә ilk dәfә inzibati mәsuliyyәtә cәlb edilmişdir. Hazırkı iş üzrә hәm müdafiә hüququ pozulmuş, hәm dә çox saylı yüngüllәşdirici hallar mövcud olduğu halda mәhkәmә tәrәfindәn bunlara lazımi hüquqi qiymәt verilmәmiş, әn ağır inzibati tәnbeh növü olan inzibati hәbs tәtbiq edilmişdir. Halbuki şәxs artıq ## #### 2026-cı il tarixdәn faktiki olaraq azadlıqdan mәhrum edilmiş, sonradan inzibati qaydada tutulmuş vә daha sonra 15 günlük inzibati hәbsә mәhkum edilmişdir. Bu hallar cәzanın mütәnasibliyinin qiymәtlәndirilmәsi baxımından mühüm әhәmiyyәt kәsb edir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә İnzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәri ilә bağlı birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә üzrә dәyәrlәndirmә apararaq hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, qәrar dәyişdirilmәdәn saxlanılmalıdır. Apellyasiya instansiya mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. Azәrbaycan Respublikası Sәhiyyә Nazirliyi Respublika Narkoloji X1 X2-X4 ##.##.2026-cı il tarixli **** saylı Narkoloji-Tibbi Yoxlamanın rәyindә qeyd edilmişdir ki, müayinә zamanı Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs kannabinioidlәrin qәbulu nәticәsindә yaranan asılılıq sindromu aşkar olunmuşdur, narkomaniya xәstәliyindәn әzab çәkir, narkomaniyadan mәcburi müalicәyә ehtiyacı vardır, әrazi narkoloji tibb müәssisәsindә dispanser qeydiyyata alınması mәslәhәt görülür. ##.##.2026-cı il tarixli Azәrbaycan Respublikası Ədliyyә Nazirliyi Mәhkәmә Ekspertizası Mәrkәzinin ## ###### 2026-cı il nömrәli ekspert rәyindәn görünür ki, tәdqiqata tәqdim edilmiş üzәrindә әl yazıları vә imzalar olan zәrfdәki 02 әdәd bükümdә ümumi çәkisi 0,543 qram olan bitki mәnşәli kütlә tәrkibindә narkotik maddә olan çәtәnә bitkisindәn kustar üsulla hazırlanmış narkotik vasitә olan qurudulmuş marixuanadır. Abşeron RPİ-nin TŞ-nin tәhqiqatçısı Ə.R.Hüseynov tәrәfindәn HK-*/**** nömrәli material üzrә qәbul edilmiş ##.##.2026-cı il tarixli cinayәt işinin başlanmasının rәdd edilmәsi haqqında qәrardan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs üzәrindә şәxsi islahlak miqdarından az miqdarda narkotik vasitә olan metamfetamin saxlaması faktı әsasında aparılmış yoxlamanın nәticәlәri üzrә cinayәt işinin başlanması rәdd edilmiş, әmәlindә Azәrbaycan Respublikası İXM-nin 206-cı maddәsindә nәzәrdә tutulan inzibati xәtanın tәrkibi olduğundan barәsindә tәsir tәdbirlәrinin görülmәsi üçün qәrarın surәtinin Abşeron RPİ-nin TŞә göndәrilmәsi qәnaәtinә gәlinmişdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 206-cı maddәsinә görә qanunsuz olaraq narkotik vasitәlәrin, psixotrop maddәlәrin istehlakına, satış mәqsәdi olmadan şәxsi istehlak miqdarında hazırlanmasına, әldә edilmәsinә, saxlanılmasına, daşınmasına vә ya göndәrilmәsinә görә inzibati mәsuliyyәt müәyyәn edilmişdir. Göründüyü kimi, şәxsin qeyd edilәn әmәl üzrә tәqsirinin müәyyәn edilmәsi üçün hәmin şәxs narkotik vasitәlәri, psixotrop maddәlәri istehlak etmәsi, yәni onlardan istifadә etmәsi, yaxud da satış mәqsәdi olmadan şәxsi istehlak miqdarında hazırlanması, әldә edilmәsinә, saxlanılmasına, daşınmasına vә ya göndәrilmәsi müәyyәn edilmәlidir. M.Yusibov tәrәfindәn narkotik vasitәdәn istifadә etmәsi onun etiraf edici ifadәsi ilә yanşı tibbi müayinә aktı ilә dә müәyyәn edilir. Belә olan halda mәhkәmә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs inzibati qaydada mәsuliyyәtә cәlb edilәrәk barәsindә inzibati tәnbeh tәdbiri tәtbiq edilmәli olması barәdә birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә qanuni vә әsaslıdır. Barәsindә inzibati xәta üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәyin edilmiş 15 (on beş) gün müddәtinә inzibati hәbs tәnbeh tәdbiri ilә bağlı apellyasiya instansiya mәhkәmәsi qeyd etmәyi zәruri hesab edir ki, törәdilmiş әmәlin ictimai tәhlükәliliyi vә şәxsiyyәti nәzәrә alınarsa onun barәsindә hәbs inzibati tәnbeh tәdbirinin görülmәsi qәnaәtinә birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә qanuni vә әsaslı hesab edilmәlidir. Onun himayәsindә azyaşlı uşaqlarının olması, törәtmiş olduğu әmәlindәn peşman olmasının tәnbeh tәdbiri tәyin edilәrkәn nәzәrә alınmaması mübahisәlәndirilsә dә, әmәlin ictimai tәhlükәliliyinә görә tәyin edilmiş tәnbeh tәdbirinin növe vә hәddi әdalәtli hesab edilmәlidir. Belә ki, hәmin inzibati xәtaya görә cәrimә vә 2 ayadәk inzibati hәbs tәnbeh tәdbirinin tәtbiq edilmәli olması tәsbit edilmişdir. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs isә inzibati hәbs qәnbeh tәdbiri tәnbeh tәdbirinin 1/4 hissәsindә tәyin edilmişdir ki, bu da mәhkәmә aktında tәsbit edilmәsә dә, cәza tәyin edilәrkәn yüngüllәşdirәn halların ümumәn nәzәrә alındığını ehtiva edir. Bundan әlavә qeyd edilmәlidir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs törәtmiş olduğu, yәni cәmiyyәtin ciddi bәlasına çevrilәn, insan cәmiyyәtinin mәnәvi vә әxlaqi dәyәrlәrinә böyük zәrbә vuran әmәlә görә daha yüngül cәza tәyin edilmәsi cәzasızlıq mühitinin yaranmasına rәvac verә bilәr. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 2-ci maddәsinә görә Azәrbaycan Respublikasının inzibati xәtalar qanunvericiliyinin vәzifәlәri insan vә vәtәndaş hüquqlarını vә azadlıqlarını, onların sağlamlığını, әhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mәnәviyyatı, mülkiyyәti, şәxslәrin iqtisadi maraqlarını, ictimai qaydanı vә ictimai tәhlükәsizliyi, әtraf mühiti, idarәçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkәmlәndirmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir. İnzibati Xәtalar Mәcәllәsinin 9.1-ci maddәsinә görә inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. Hәmin Mәcәllәnin 21-ci maddәsinә әsasәn inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. İnzibati Xәtalar Mәcәllәsinin 31.2-ci maddәsinә әsasәn fiziki vә ya vәzifәli şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, xәtanın xarakteri, inzibati xәta törәdәn şәxsin şәxsiyyәtini xarakretizә edәn hallar, onun tәqsirinin dәrәcәsi, әmlak vәziyyәti, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. Apelyatorun müdafiәçi qismindә onun iştirakının tәmin edilmәmәsi barәdә dәlili üzrә isә qeyd edilmәlidir ki, birinci instansiya mәhkәmәsindә icraat zamanı inzibati xәta haqqında icraat aparılan şәxsә dövlәt büdcәsinin vәsaiti hesabına müdafiәçi tәyin edilmişdir. Bu isә onun müdafiә hüququnun mәhdudlaşdırılmaqla icraatın aparılması qәnaәtinә gәlinmәsini mümkünsüz edir. Avropa Mәhkәmәsinin hüquqi mövqeyinә görә, mәhkәmә araşdırmasının Konvensiyanın 6-cı maddәsinin әdalәtlilik tәlәbinә uyğun olub-olmadığı müәyyәn edilәrkәn, hәr hansı hal vә yaxud hadisә ayrı-ayrılıqda әsas götürülmәmәli, mәhkәmә prosesinin ümumilikdә әdalәtli olubolmamasının nәzәrdәn keçirilmәsi zәruridir (mәsәlәn, Fariz Əhmәdov Azәrbaycana qarşı, № *****/**, § 53, ## ###### 2021-ci il). Belәliklә apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Abşeron Rayon Mәhkәmәsinin *(***)-****/**** saylı, ## ######## 2025-ci il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Konstitusiya Mәhkәmәsinin Plenumu, hәmçinin apellyasiya instansiyası mәhkәmәlәrinin diqqәtini ona cәlb etmәyi lazım bilir ki, onlar birinci instansiya mәhkәmәsinin faktlar nöqteyi nәzәrindәn qanuni vә әsaslı, mahiyyәt üzrә düzgün olan qәrarının yalnız formal mülahizәlәrә görә lәğv edilmәsindәn çәkinmәlidirlәr (Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2019-cu il tarixli Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 38.1 vә 430.4-cü maddәlәrinin әlaqәli şәkildә şәrh edilmәsinә dair Qәrarı). Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası İXM-nin 133-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İXM-nin 206-cı maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinib barәsindә 15 (on beş) gün müddәtinә inzibati hәbs seçilmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin *(*-***)- ****/**** saylı, ## ###### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar