Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-511/2026 12.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Əsgәrova Ruhiyyә Orucәli qızının sәdrliyi, Şükürov Cahangir Fәxrәddin oğunun katibliyi ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC barәsindә Azәrbaycan Respublikasının İXM-nin 430.4-cü maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDİ: Protokolu tәrtib edәn orqan tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC barәsindә tәrtib edilmiş inzibati xәta haqqında protokol baxılması üçün Abşeron Rayon Mәhkәmәsinә göndәrilmişdir. Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı (hakim V.Hәsәnov) ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinmәklә barәsindә inzibati xәtanın obyekti olmuş 99572.50 ABŞ dolları valyuta vәsaiti mәblәğinin 20% mәblәğindә, yәni 19914.50 ABŞ dolları mәblәğinin ödәniş gününә olan Azәrbaycan manatının mәzәnnәsi nәzәrә alınmaqla cәrimә növündә inzibati tәnbeh tәdbiri tәtbiq edilmәsi qәrara alınmışdır. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC qәrardan apellyasiya şikayәti verәrәk, qәrarın lәğv edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, qәrar maddi vә prosessual hüquq normalarının pozulması ilә qәbul edilmiş, iş üzrә tәqdim olunmuş sübutlara tam vә obyektiv hüquqi qiymәt verilmәmişdir. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxsMMC şirkәti gömrük orqanından heç bir mәlumat gizlәtmәmiş, әksinә aşkar edilmiş texnik uyğunsuzluqların aradan qaldırılması mәqsәdilә öz tәşәbbüsü ilә Dövlәt Gömrük Komitәsinә rәsmi müraciәtlәr etmişdir. ##.##.2026-cı il tarixli müraciәt әsasında müvafiq sifarişlәr tәrtib edilmişdir. Sonradan müәyyәn edilmişdir ki, hәmin müraciәtdә 44-cü qrafada aparılacaq dәyişikliklәr tam göstәrilmәdiyindәn yenidәn rәsmi müraciәt edilәrәk aşağıdakılar tәlәb edilmişdir: 1) 210912653 PİN kodlu müqavilәnin 220802835 PİN kodlu müqavilә ilә әvәz olunması; 2) 240727278 PİN kodlu müqavilә әlavәsinin әlavә olunması. Dövlәt Gömrük Komitәsinin ##.##.2026-cı il tarixli mәktubumuza cavab olaraq açıq şәkildә göstәrir ki,müraciәtdә göstәrilәn dәyişikliklәr aidiyyәti struktur bölmәlәrinin müsbәt rәylәrindәn sonra icra edilmişdir.Bu fakt artıq dövlәt orqanının özü tәrәfindәn tәsdiq olunmuşdur. Belә olan halda hәmin sәnәdlәrin hüquqi qüvvәsi mәhkәmә tәrәfindәn nәzәrә alınmalıdır. X3 әldә edilmiş çıxarış da hәmin dәyişikliklәrin faktiki olaraq sistemdә aparıldığını tәsdiq edir. Abşeron Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-****/**** saylı qәrarında mәhkәmәnin yol verdiyi pozuntulara әlavә olaraq qeyd etmәk istәr ki, mәhkәmә sübutlara hüquqi qiymәt vermәmişdir. Əlavә olaraq qeyd etmәk istәr ki, İnzibati tәnbeh növündә cәza İnzibati xәta tәrkibinin olmasına diqqәt yetirmәk lazımdır. İnzibati mәsuliyyәt yalnız tәqsir sübuta yetirildikdә mümkündür. Hazırki iş üzrә sәnәdlәrә diqqәt yetirdikdә görmәk olar ki, hazırkı iş üzrә özü müraciәt edәrәk özü düzәliş edilmәsini istәmiş vә daha sonra Dövlәt Gömrük Komitәsi hәmin düzәlişlәri qanuni hesab etmişdir. Hal-hazırda apellyasiya Şikayәtinә әlavә olunan qoşmada düzәlişlәrin sistemdә icra olunması öz әksini tapmışdır .Bu isә göstәrir ki, mәqsәd qanunsuz bәyanetmә deyil, texniki xarakterli uyğunsuzluğun aradan qaldırılması olmuşdur. Əlavә olaraq Abşeron rayon Mәhkәmәsi sübutların düzgün qiymәtlәndirilmәmәsi görә әsassız qәrar qәbul etmişdir. Belә ki, Mәhkәmә tәqdim olunmuş bütün sübutları ayrı-ayrılıqda vә onların qarşılıqlı әlaqәsini qiymәtlәndirmәyә borcludur. Lakin qeyd etmәk istәr ki, mәhkәmә 1 ay müddәtinә vaxt uzadılması barәdә qәrardad qәbul etmәsinә baxmayaraq mәhkәmә tәyin olunduğu günәdәk rәsmi qaydada cavab mәktubu gәlmәmiş vә buna görә dә xxxx” MMC şirkәtinә inzibati tәnbeh növündә qәrar qәbul etmişdir Tәqdim olunmuş rәsmi sәnәdlәrә ümumiyyәtlә hüquqi qiymәt verilmәmişdir. Əlavә olaraq bildirir ki, buna bәnzәr digәr bir şirkәtә Abşeron Rayon Mәhkәmәsinin ##.##.2023-cü il tarixli, 3(012)- 1364/2023saylı qәrarı bu kimi inzibati tәnbeh növündә qәrar qәbul edilmiş, lakin Sumqayıt Apellyasiya Mәhkәmәsinin ##.##.2024-cü il tarixli *(***)-**/**** saylı qәrarı ilә “xxxx” MMC barәsindә Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsi ilә başlanmış inzibati xәta haqqında iş üzrә icraata “xxxx” MMC-nin әmәlindә inzibati xәta tәrkibinin olmaması ilә xitam verilmişdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәri ilә bağlı birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә üzrә dәyәrlәndirmә apararaq hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn gәlinәn nәticә qanuni vә әsaslı olduğundan, apellyasiya şikayәtinin dәlillәri formal mülahizә kimi dәyәrlәndirildiyindәn, apellyasiya şikayәti tәmin edilmәmәli, qәrar dәyişdirilmәdәn saxlanılmalıdır. Apellyasiya instansiya mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. ##.##.2024-cü il tarixli Köçürmә әrizәsindәn görünür ki, hüquqi şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Mәhdud Mәsuliyyәtli Cәmiyyәti tәrәfindәn 99572.50 ABŞ dolları mәblәğindә xarici valyutada olan pul vәsaiti ##.##.2024-cü il tarixindә «xxxx» ASC-dә olan hesabından, Azәrbaycan Respublikasından kәnara köçürülmüşdür. «xxxx» ASC tәrәfindәn Protokolu tәrtib edәn orqan ünvanlanmış KB-***/*-**/**** saylı, ##.##.2026-cı il tarixli mәktubdan görünür ki, Azәrbaycan Respublikasının rezident vә qeyrirezidentlәrinin xarici valyuta әmәliyyatlarının aparılması Qaydaları” nın 4.3.1.3 bәndinә әsasәn ödәnişin aparıldığı gündәn 2 il müddәtindә malların ölkәyә idxalını tәsdiq edәn gömrük bәyannamәsi vә ya idxal olunan xidmәtlәrin göstәrilmәsini tәsdiq edәn sәnәdlәr Banka tәqdim edilmәmişdir. Azәrbaycan Respublikası Mәrkәzi Bankının İdarә Heyәtinin ##.##.2016-cı il tarixli, **/* nömrәli Qәrarı ilә tәsdiq edilmiş vә ##.##.2016-cı il tarixdә qüvvәyә minmiş “Azәrbaycan Respublikasının rezident vә qeyri-rezidentlәrinin xarici valyuta әmәliyyatlarının aparılması” Qaydalarının 4.3.1.1-ci bәndinә әsasәn ödәniş malların idxalı ilә әlaqәdar olduqda banka idxal müqavilәsi vә ya ödәnişin tәyinatını, mәblәğini vә idxal olunan mallar barәdә mәlumatı özündә әks etdirәn bildiriş, hesab-faktura vә ya digәr sәnәdlәr, hәmçinin malların idxalını tәsdiq edәn gömrük bәyannamәsinin әsli (vә ya rezident vә qeyri-rezident fiziki şәxslәrin kommersiya vә istehsal mәqsәdlәri üçün nәzәrdә tutulmayan beynәlxalq poçt göndәrişlәri ilә göndәrilәn mallarla bağlı Ümumdünya Poçt İttifaqının aktlarında nәzәrdә tutulmuş müşayiәtedici sәnәd) tәqdim edilir (bәyannamә elektron formada tәrtib edildikdә, bank hesabının sahibi hәmin sәnәdin elektron formada әldә edilmәsini tәmin etmәlidir); Hәmin Qaydaların 4.3.1.3-cü bәndinә görә qabaqcadan ödәniş aparıldıqda banka ödәnişin tәyinatını, şәrtlәrini vә mәblәğini әks etdirәn sәnәd tәqdim edilir. Qabaqcadan ödәniş müqabilindә malların ölkәyә idxalını (xidmәtlәrin göstәrilmәsini) tәsdiq edәn gömrük bәyannamәsi (xidmәtlәrin göstәrilmәsini tәsdiq edәn sәnәd) banka tәqdim olunmalıdır vә ya xeyrinә qabaqcadan ödәnişin edildiyi şәxs vә ya üçüncü şәxs tәrәfindәn qabaqcadan ödәnilmiş mәblәğ geri qaytarılmalıdır. Müvafiq sәnәdlәr ödәnişin aparıldığı gündәn әn geci 2 (iki) il müddәtindә banka tәqdim edilmәdikdә vә ya qabaqcadan ödәnilmiş mәblәğ geri qaytarılmadıqda vә bu zaman idxal edilmәyәn malların (göstәrilmәyәn xidmәtlәrin) vә ya geri qaytarılmayan mәblәğin qalıq dәyәri 10 000 (on min) ABŞ dolları ekvivalenti mәblәğindәn çox olduqda, bank tәrәfindәn qabaqcadan ödәniş әmәliyyatına dair bütün sәnәdlәr 5 (beş) iş günü әrzindә Protokolu tәrtib edәn orqan tәqdim edilir. İnzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsinә әsasәn avans yolu ilә ödәnilmiş valyuta vәsaitinin müqabilindә müәyyәn edilmiş müddәtlәrdә müvafiq mallar idxal edilmәdikdә, işlәr görülmәdikdә vә ya xidmәtlәr göstәrilmәdikdә ödәnilmiş valyuta vәsaitinin xaricdәn geri qaytarılmamasına görә-vәzifәli şәxslәr inzibati xәtanın bilavasitә obyekti olmuş valyuta vәsaiti mәblәğinin on faizindәn iyirmi faizinәdәk mәblәğdә, hüquqi şәxslәr inzibati xәtanın obyekti olmuş valyuta vәsaiti mәblәğinin iyirmi faizindәn otuz faizinәdәk mәblәğdә cәrimә edilir. İnzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsindә göstәrilәn inzibati mәsuliyyәtin yaranması üçün әsas, vәsaitin xaricdә fәaliyyәt göstәrәn hüquqi şәxsә köçürülmәsi anı ilә deyil, bu ödәnişin aparıldığı gündәn Qaydaların 4.3.1.3-cü bәndindә müәyyәn edilmiş müddәtdә malların ölkәyә idxalını tәsdiq edәn gömrük bәyannamәsinin vә ya idxal olunan xidmәtlәrin göstәrilmәsini tәsdiq edәn sәnәdin banka tәqdim olunmaması ilә şәrtlәndirilmişdir. Bu halda avans ödәnişi edildiyi gündәn Qaydalarla müәyyәn edilmiş müddәt әrzindә mallar (xidmәtlәr) idxal edilmәdikdә vә ya valyuta vәsaiti geri qaytarılmadıqda növbәti gün artıq inzibati xәtanın törәdildiyi gün kimi qәbul edilmәlidir (Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 38.1 vә 430.4-cü maddәlәrinin әlaqәli şәkildә şәrh edilmәsinә dair ## ###### 2019-cu il tarixli qәrarı). “Azәrbaycan Respublikasının rezidentlәrinin xarici valyutada, habelә qeyri-rezidentlәrin milli vә xarici valyutada әmәliyyatlarının aparılması Qaydaları” ilә müәyyәn edilmiş müddәt әrzindә mallar idxal edilmәdikdә, işlәr görülmәdikdә vә ya xidmәtlәr göstәrilmәdikdә, habelә ödәnilmiş mәblәğ geri qaytarılmadıqda, növbәti gün inzibati xәtanın törәdilmәsi günü hesab edilir. Apellyasiya instansiya mәhkәmәsi qeyd edir ki, avans yolu ilә ödәnilmiş valyuta vәsaitinin müqabilindә 2 (iki) il müddәtindә, hәmin ödәnişә görә edilmiş mallar idxal edilmәdikdә, işlәr görülmәdikdә vә ya xidmәtlәr göstәrilmәdikdә ödәnilmiş valyuta vәsaiti xaricdәn geri qaytarılmalıdır. Ödәnişin edildiyi vaxtdan әn geci iki il müddәtindә malların gәtirilmәsinә dair müvafiq sәnәdlәr yaxud da köçürülmüş pul vәsaitinin geri qaytarılmasına dair sәnәd banka tәqdim edilmәlidir. Əks halda hәmin müddәtdә mallar idxal edilmәdikdә, işlәr görülmәdikdә vә ya xidmәtlәr göstәrilmәdikdә vә pul vәsaiti geri qaytarılmadıqda, hәmin pul vәsaitini göndәrәn şәxslәr inzibati qaydada mәsuliyyәtә cәlb olunurlar. Belә ki, ödәnişin aparıldığı gündәn әn geci 2 (iki) il müddәtindә müvafiq sәnәdlәr banka tәqdim edilmәdikdә vә ya qabaqcadan ödәnilmiş mәblәğ geri qaytarılmadıqda vә bu zaman idxal edilmәyәn malların (göstәrilmәyәn xidmәtlәrin) vә ya geri qaytarılmayan mәblәğin qalıq dәyәri 10 000 (on min) ABŞ dolları ekvivalenti mәblәğindәn çox olduqda, bank tәrәfindәn qabaqcadan ödәniş әmәliyyatına dair bütün sәnәdlәr inzibati mәsuliyyәt mәsәlәsi hәll edilmәsindәn ötrü 5 (beş) iş günü әrzindә Protokolu tәrtib edәn orqan tәqdim edilir. İnzibati xәta haqqında protokolun tәrtib edilmәsinә әsas olan pul vәsaiti üzrә malın idxal edilmәsi vә ya hәmin mәblәğdә valyuta vәsaiti geri qaytarılmasına dair әsaslı şübhә yaratmayan mötәbәr sübut tәqdim edilmәmiş, tәqdim edilmiş gömrük bәyannamәlәri üzrә dә ödәniş usulu (kod-120, yәni malın dәyәrinin idxaldan sonra ödәnilәcәyi tәrәflәr arasındakı sövdәlәşmә ilә nәzәrdә tutulduqda vә malın dәyәri idxaldan sonra ödәnildikdә) göndәrilәn pul vәsaiti üzrә malın idxal edilmәsi qәnaәtinә gәlinmәsi mümkünsüzdür. Belә ki, pul vәsaitinin göndәrilmәsinә dair müqavilәdә pulun göndәrildikdәn sonra sifarişin icra edildiyi tәsbit edildiyi halda tәqdim edilәn gömrük bәyannamәlәri pulun köçürülmәsi tarixindәn әvvәlki dövrә aid edilir ki, bu da әmәldә inzibati xәta tәrkibinin olması qәnaәtinә gәlinmәsini mümkünsüz edir. Halbuki әmәldә inzibati xәta tәrkibinin olub-olmaması әsaslı şübhә yaratmayan mötәbәr sübutlarla tәsdiq edilmәlidir. Hazırkı halda isә istinad edilәn sübutlarla hәmin qәnaәtә gәlinmәsi mümkünsüzdür. Mәhz bunun mәntiqi nәticәsidir ki, protokol tәrtib edәn orqan da tәqdim edilәn bәyannamәlәrin avans ödәnişi kimi bank tәrәfindәn bağlanmadığını, şikayәtin tәmin edilib-edilmәmәsini mәhkәmәnin mülahizәsinә buraxmışdır. “Azәrbaycan Respublikasının rezidentlәrinin xarici valyutada, habelә qeyri-rezidentlәrin milli vә xarici valyutada әmәliyyatlarının aparılması Qaydaları” ilә müәyyәn edilmiş müddәt әrzindә mallar idxal edilmәdikdә, işlәr görülmәdikdә vә ya xidmәtlәr göstәrilmәdikdә, habelә ödәnilmiş mәblәğ geri qaytarılmadıqda, növbәti gün inzibati xәtanın törәdilmәsi günü hesab edilir. İnzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. İnzibati Xәtalar Mәcәllәsinin 21-ci maddәsinә әsasәn inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. Belә olan halda apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin barәsindә İXM-nin 430.4-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәta tәrkibinin olmasına dair birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә qanuni vә әsaslıdır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Belәliklә apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası İXM-nin 133-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-511/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-511/2026
12.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver