Məhkəmə qərarları › İş №3(3-8)-512/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-512/2026

14.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-512/2026 14.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mən, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, Sumqayıt şəhər prokurorunun köməkçisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi - Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-nin 198.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ M: Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə (hakim S.B.Ismayılov) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə təqsirli bilinərək 1.000 (min) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. İŞİN HALLARİ: Sumqayıt şəhər prokuroru Mürvət Həsənovun ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-in 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və baxılması üçün məhkəməyə göndərilmişdir. Inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əsasən vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (FIN: *******) “X6 istehsalat üzrə böyük mühəndisi vəzifəsində işləyərkən «Azərkimya» IB-nin «Etilen-Polietilen» zavodunun direktoru Ə.Niftəliyev tərəfindən ## ###### 2023-cü il tarixdə təsdiq edilmiş «Etilen istehsalının Piroliz qazının sıxılması və təmizlənməsi sahəsinin rəisinin vəzifə təlimatının 19 və 20-ci abzasına əsasən, sahənin işçiləri tərəfindən əməyin mühafizəsinin, texniki təhlükəsizliyin, yanğın təhlükəsizliyi, istehsalat sanitariyasının, mülki müdafiənin norma və qaydalarına, həmçinin «Azərkimya» IB-nin daxili nizam qaydalarına riayət olunmasını və «sahənin işçilərinin fərdi mühafizə vasitələrinin və.s.verilməsini təmin etməli olduğu halda qeyd olunan vəzifə təlimatının və «Işçilərin mühafizə vasitələri» 12.4.011-89. Dövlətlərarası standartın 2.1, 2.3-cü bəndlərinin tələblərini pozaraq, həmin Birliyin Etilen-Polietilen zavodunun ** saylı kompressor qurğuları sahəsinin maşinisti vəzifəsində işləyən Zərərçəkmiş şəxs xüsusi qoruyucu maye keçirməyən (plaş, kombinzon və.s) geyimlə təmin etmədiyinə görə, Zərərçəkmiş şəxs ##.##.2026-cı il tarixdə saat 14 radələrində ** saylı kompressor qurğuları sahəsində kimyəvi, yandırıcı xassəyə malik olan inqibitorun çənə vurulması işini, əynində xüsusi qoruyucu maye keçirməyən (plaş, kombinzon və.s) geyim olmadan icra edərkən inqibitor mayəsi üzərinə tökülmüş, nəticədə sonuncu hər iki said nahiyəsinin l-ll dərəcəli kimyəvi yanıq yaralarından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid xəsarət almışdır. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Azərbaycan Respublikası IXM-in 198.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Işə baxan birinci instansiya məhkəməsinin hakimi yuxarıda qeyd edilən qərarı qəbul etmiş və qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçi Vəkil apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarını ləğv edib, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının IXM-nin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərarda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəzifəli şəxs kimi göstərilsə də onun sahə rəisi işləməsi vəzifəli şəxs olması anlamına gəlmir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmişəki kimi, hadisə baş verən gün də vəzifə təlimatı üzrə üzərinə düşən bütün öhdəliklərini yerinə yetirmişdir. Zərərçəkmişin üzərində forma, kaska, əlcək və s. fərdi mühafizə vasitələri olmuşdur. Onların gördükləri iş üzrə maye keçirməyən plaş, kombinzon istifadəsi nəzərdə tutulmamış, ona bununla bağlı hər hansı göstəriş verilməmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın özündən də görünür ki, zərərçəkmiş şəxsin əməllərində təlimat üzrə qaydaların pozulması aşkar olunur. Zərərçəkmiş şəxs uzun müddətdir inqibator işlərini görür, hadisə baş verən gün də bir neçə dəfə həmin əməliyyatı həyata keçirmiş və heç bir xoşagəlməz hal baş verməmişdir. Yəqin ki, zərərçəkmiş şəxs özgüvən və arxayınlıq göstərərək əlcəklərdən düzgün istifadə etmədiyi, yaxud ehtiyatsızlıq etdiyi üçün məhz özünün təqsiri üzündən hadisənin baş verməsinə səbəb olmuşdur. Məhkəmədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qeyd edilən iş üzrə səbəb kimi göstərilən sukeçirməyən plaş (kombinzon) olmadığını (həmin geyiminin iş şəraitində istifadə olunarsa başqa təhlükə yaradıb-yaratmayacağı məlum deyil), onun həmin geyimi almaq, istifadə etmək və ya etdirmək səlahiyyətinin olmadığını bildirdikdə, məhkəmə ona “əgər lazımlı geyim və şərait yoxdursa, işçini işə buraxmazdın, imtina edərdin işin icrasından” demişdir. Bununla bağlı bildirmək istəyir ki, göstərilən qurğu fasiləsiz işləyən qurğudur və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs işi dayandırmaq kimi imkanı yoxdur. Həmçinin, zərərçəkmiş şəxsin qol nahiyəsinə tökülmüş maddənin kimyəvi tərkibi elədir ki, onun töküldüyü anda və ya 30 dəqiqə müddətində adi su ilə yuduqda heç bir hal baş vermir. Zərərçəkmiş şəxs bunu bildiyi halda etməmiş, heç kəsə bu barədə məlumat verməmiş, hətta gün ərzində işini davam etdirmişdir. Ancaq 4-5 gündən sonra qolunda qızartı görüb həkimə müraciət etdikdən sonra bu barədə hamı ilə bərabər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xəbəri olmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs uzun illərdir neft sahəsində çalışır, işinin ustasıdır, heç vaxt bu cür hadisə ilə qarşılaşmayıb. Məhkəmə isə yuxarıda qeyd edilənləri nəzərə almayaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul etmişdir. Hesab edirlər ki, həmin qərar ədalətsiz, əsassız qərardır, nəinki, insanları inzibati xəta törətməkdən çəkindirmir, əksinə illərlə zəhmətlə xidmət göstərən sadə insanların, dövlətə, dövlətçiliyə, konstitusion hüquqların təminatına inamını sarsıdır, ruhdan salır. Iş materiallarından da göründüyü kimi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində IXM-nin 198.2-ci maddəsinin tərkibi yaranmır. PROSES IŞTIRAKÇILARININ IZAHATLARI : Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini vurğulamaqla onu da qeyd etdi ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs mühəndis olaraq inqibitor işinin təkmilləşdirilməsilə bağlı layihə hazırlayaraq aidiyyəti üzrə təqdim etməklə həmin işin görülməsi zamanı işçinin təhlükəli mayeyə yaxın durmasının qarşısını almaqdan ibarətdir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğv edilməklə iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətini müdafiə edib, əlavə olaraq qeyd etdi ki, şirkətdə ayaqqabı, gödəkçə və kombinezon müddətli olaraq verilir. Plaş üst geyiminin verilməli olub-olmadığına Sağlamlıq, Əməyin Təhlükəsizliyi və X3 (SƏTƏM) bölməsi qərar verir. Onlar sadəcə işçilərin ölçüləri barədə məlumatları təqdim edirlər. Ona verilən bütün fərdi mühafizə vasitələrini o, işçilərə təqdim etmişdir. Plaş üst geyimini o özü alıb işçilərə təqdim etsəydi, baş verən bu və ya digər hadisə zamanı yenə o təqsirli bilinəcəkdi, bu dəfə də niyə özbaşına nəzərdə tutulmayan fərdi mühafizə vasitəsini işçiyə təqdim etdiyi əsas gətiriləcəkdi. SƏTƏM tərəfindən daxili araşdırma aparılmış, araşdırmanın nəticəsində bundan sonra plaş üst geyiminin təqdim olunması qənaətinə gəlinməmişdir. Bəlkə də bu geyim ona görə nəzərdə tutulmur ki, zavodda olan texnikalarla işləmək üçün uyğun deyildir və təhlükəlidir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən Sumqayıt şəhər prokurorunun köməkçisi X1 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı müdafiə etməklə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “X6 istehsalat üzrə böyük mühəndisi vəzifəsində işləyərkən «Azərkimya» IB-nin «Etilen-Polietilen» zavodunun direktoru Ə.Niftəliyev tərəfindən ## ###### 2023-cü il tarixdə təsdiq edilmiş «Etilen istehsalının Piroliz qazının sıxılması və təmizlənməsi sahəsinin rəisinin vəzifə təlimatının 19 və 20-ci abzasına əsasən, sahənin işçiləri tərəfindən əməyin mühafizəsinin, texniki təhlükəsizliyin, yanğın təhlükəsizliyi, istehsalat sanitariyasının, mülki müdafiənin norma və qaydalarına, həmçinin «Azərkimya» IB-nin daxili nizam qaydalarına riayət olunmasını və «sahənin işçilərinin fərdi mühafizə vasitələrinin və.s.verilməsini təmin etməli olduğu halda qeyd olunan vəzifə təlimatının və «Işçilərin mühafizə vasitələri» 12.4.011-89. Dövlətlərarası standartın 2.1, 2.3-cü bəndlərinin tələblərini pozaraq, həmin Birliyin Etilen-Polietilen zavodunun ** saylı kompressor qurğuları sahəsinin maşinisti vəzifəsində işləyən Zərərçəkmiş şəxs xüsusi qoruyucu maye keçirməyən (plaş, kombinzon və.s) geyimlə təmin etmədiyinə görə, Zərərçəkmiş şəxs ##.##.2026-cı il tarixdə saat 14 radələrində ** saylı kompressor qurğuları sahəsində kimyəvi, yandırıcı xassəyə malik olan inqibitorun çənə vurulması işini, əynində xüsusi qoruyucu maye keçirməyən (plaş, kombinzon və.s) geyim olmadan icra edərkən inqibitor mayəsi üzərinə tökülmüş, nəticədə sonuncu hər iki said nahiyəsinin l-ll dərəcəli kimyəvi yanıq yaralarından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid xəsarət almışdır. Göstərilən hallar ekspert rəyləri ilə təsdiq olunmuşdur. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Azərbaycan Respublikası IXM-in 198.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş edir. Apellyasiya instansiyası məhkəməsinin iclasının yeri və vaxtı barədə məlumat verilmiş zərərçəkmiş şəx Zərərçəkmiş şəxs məlumatlandırılmış olsa da, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Hesab edirəm ki, şikayət üzrə məhkəmə baxışı iclası zərərçəkmiş şəxsin iştirakı olmadan keçirilməsi mümkündür. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikasının IXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati icraat materiallarını yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, şikayətin dəlillərini iş üzrə toplanmış materiallar ilə müqayisəli şəkildə tədqiq edərək hesab edirəm ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır, ona görə ki, birinci instansiya məhkəməsi inzibati icraat üzrə qərar qəbul edərkən iş materiallarını mahiyyəti üzrə tam araşdırmış, inzibati məsuliyyətə cəlb edilmənin əsası olan qanunvericiliyin tələblərinə riayət etmişdir. Belə ki, Azərbaycan Respublikası IXM-in 75-ci maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin olub-olmaması, inzibati xəta törətmiş şəxsin müəyyən edilməsi, onun təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, habelə işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar müəyyən edilməlidir. Iş materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “Azərkimya” X5-Polietilen zavodunda müvafiq vəzifədə çalışarkən sahə işçilərinin əməyin mühafizəsi, texniki təhlükəsizlik və digər təhlükəsizlik qaydalarına riayət etməsinin, habelə onların fərdi mühafizə vasitələri ilə təmin edilməsinin təşkilinə dair vəzifə öhdəliklərinə malik olmuşdur. Iş üzrə müəyyən edilmiş hallara görə, ## ##### 2026-cı il tarixdə ** saylı kompressor qurğuları sahəsində maşinist vəzifəsində işləyən Zərərçəkmiş şəxs kimyəvi və yandırıcı xassəyə malik inqibitorun çənə vurulması işini müvafiq xüsusi qoruyucu, maye keçirməyən geyimlə təmin edilmədən həyata keçirərkən həmin maddə onun üzərinə tökülmüş və nəticədə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli xəsarət almışdır. Hadisənin baş verməsi və zərərçəkmiş şəxsin aldığı xəsarətin xarakteri iş materiallarında olan sübutlarla, o cümlədən ekspert rəyləri ilə təsdiq olunur. Apellyasiya baxışı zamanı həmin sübutların mötəbərliyini şübhə altına alan, onların başqa cür qiymətləndirilməsini zəruri edən və ya yeni ekspert tədqiqatının aparılmasını tələb edən hər hansı əsaslı hal müəyyən edilməmişdir. Müdafiə tərəfi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəzifəli şəxs olmadığını, onun sahə rəisi işləməsinin öz-özlüyündə belə nəticəyə gəlməyə əsas vermədiyini, habelə işçilərin xüsusi qoruyucu geyimlə təmin edilməsinin onun səlahiyyətində olmadığını bildirmişdir. Lakin bu dəlillər iş materiallarında olan vəzifə təlimatının məzmunu ilə uzlaşmır. Belə ki, həmin təlimatda sahə işçilərinin əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etməsinin, habelə fərdi mühafizə vasitələri ilə təmin edilməsinin təmin olunmasına dair müvafiq vəzifələr nəzərdə tutulmuşdur. Üstəlik, apellyasiya baxışı zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özü də müəssisədə işçilərə fərdi mühafizə vasitələrinin verildiyini, həmin vasitələrin verilməsi ilə bağlı SƏTƏM bölməsinin qərar qəbul etdiyini, işçilərin ölçüləri barədə məlumatların təqdim edildiyini və ona verilmiş bütün fərdi mühafizə vasitələrini işçilərə təqdim etdiyini bildirmişdir. Bu izahat da onun işçilərin fərdi mühafizə vasitələri ilə təmin edilməsi prosesindən tamamilə kənarda olmadığını göstərir. Müdafiə tərəfinin xüsusi qoruyucu plaş və ya kombinezonun müəssisədə istifadəsinin nəzərdə tutulmaması barədə dəlili də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs üzərinə düşən vəzifə öhdəliklərini aradan qaldırmır. Çünki təhlükəli istehsalat prosesində işçinin hansı fərdi mühafizə vasitələri ilə təmin edilməsinin zəruri olduğu məsələsi yalnız həmin vasitənin faktiki olaraq müəssisədə mövcud olub-olmaması ilə deyil, konkret işin xarakteri, istifadə olunan maddənin təhlükəlilik xüsusiyyətləri və əməyin mühafizəsi qaydalarının tələbləri nəzərə alınmaqla müəyyən edilməlidir. Bu baxımdan işçinin kimyəvi və yandırıcı xassəyə malik maddə ilə işlədilməsi zamanı onun müvafiq təhlükəsizlik tələblərinə uyğun fərdi mühafizə vasitələri olmadan işə buraxılmasına yol verilməsi, belə təhlükənin qarşısının alınmasına yönəlmiş tədbirlərin görülməməsi və nəticədə işçinin sağlamlığına zərər vurulması Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəzifə öhdəlikləri baxımından hüquqi qiymətləndirilməlidir. Müdafiə tərəfinin göstərilən istehsalat qurğusunun fasiləsiz işləməsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iş prosesini dayandırmaq imkanının olmaması barədə dəlili də məhkəmənin gəldiyi nəticəni dəyişdirmir. Istehsalat prosesinin fasiləsiz xarakter daşıması öz-özlüyündə əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə riayət edilməməsinə əsas vermir və işçinin təhlükəsizliyinin təmin olunmasına dair vəzifələrin aradan qalxması ilə nəticələnmir. Həmçinin müdafiə tərəfi zərərçəkmiş şəxsin fərdi mühafizə vasitələrindən düzgün istifadə etmədiyini və ya ehtiyatsiz davrandığını, hadisənin də məhz onun öz təqsiri nəticəsində baş verdiyini bildirmişdir. Lakin bu barədə mülahizələr iş materialları ilə kifayət qədər təsdiq olunmadığından, həmin hal Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs öz vəzifə öhdəliklərini yerinə yetirməməsi nəticəsində yaranmış məsuliyyəti istisna edən hal kimi qəbul edilə bilməz. Zərərçəkmiş şəxsin hərəkətlərində hər hansı pozuntunun olub-olmaması məsələsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təhlükəsiz iş şəraitinin yaradılması və işçinin müvafiq mühafizə vasitələri ilə təmin olunmasına dair vəzifələrindən azad edilməsi üçün əsas deyildir. Müdafiəçinin istinad etdiyi və zərərçəkmiş şəxsin hadisə baş verdikdən dərhal sonra su ilə yuyunmaması, gün ərzində işini davam etdirməsi və yalnız bir neçə gün sonra həkimə müraciət etməsi ilə bağlı hallar da inzibati xətanın törədilməsi faktını və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində inzibati xəta tərkibinin mövcudluğunu aradan qaldırmır. Belə ki, iş materialları ilə zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulması ilə nəticələnmiş hadisənin baş verdiyi və həmin hadisənin təhlükəsizlik tələblərinə riayət edilməməsi şəraitində meydana gəldiyi müəyyən edilmişdir. Apellyasiya baxışı zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs mühəndis olaraq inqibitor işinin təkmilləşdirilməklə həmin işin görülməsi zamanı işçinin təhlükəli mayeyə yaxın durmasının qarşısını alınması ilə bağlı layihə hazırlayaraq aidiyyəti üzrə təqdim etməsi və həmin layihənin bəyənilməsi barədə müdafiə tərəfinin göstərdikləri hadisənin baş verdiyi vaxt işçinin təhlükəsizliyinin təmin edilməməsi və müvafiq fərdi mühafizə vasitəsi olmadan təhlükəli işin həyata keçirilməsinə yol verilməsi faktını aradan qaldırmır. Sözügedən layihənin mövcudluğu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs konkret hadisə zamanı üzərinə düşən vəzifə öhdəliklərini yerinə yetiribyetirməməsinə hüquqi qiymət verilməsi baxımından müəyyənedici əhəmiyyət daşımır. Iş materiallarından müəyyən edildiyi kimi cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Protokolu tərtib edən orqan ##.##.2026-cı il tarixli qərarından göründüyü kimi **C- ** nömrəli material araşdırılarkən əldə edilmiş məhkəmə texniki-təhlükəsizlik ekspertizasının ## #### 2026-cı il tarixli **/*** saylı rəyində vurğulanır ki, baş vermiş hadisə ilə əlaqədar «Işçilərin mühafizə vasitələri» 12.4.011-89. Dövlətlərarası standartı 2.1, 2.3-cü bəndlərinin «Təşkilat, idarə, müəssislərin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndinin göstərilən tələbi pozulmuşdur. Maşinist vəzifəsində işləyən Zərərçəkmiş şəxs iş zamanı kimyəvi, yandırıcı xassəyə malik olan inqibitorun çənə vurulması işini, əynində xüsusi qoruyucu maye keçirməyən (plaş, kombinzon və.s) geyim olmadan həyata keçirməsinə yol verildiyinə görə «Işçilərin mühafizə vasitələri»12.4.011- 89.Dövlətlərarası standartın 2.1, 2.3-cü bəndlərinin tələbləri yuxarıda göstərilən vəzifə təlimatına uyğun olaraq sahə rəisi və növbə rəisi tərəfindən pozulmuşdur. Məhkəmə həmçinin nəzərə alır ki, apellyasiya baxışı zamanı iş materiallarında olan sənədlər elan edilmiş, proses iştirakçılarına həmin sübutlara münasibət bildirmək imkanı verilmiş, lakin elan olunmuş sənədlərlə bağlı hər hansı etiraz və ya əlavə fikir bildirilməmişdir. Hesab edirəm ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaəti əsaslı olmaqla araşdırılan sübutlara əsasən düzgün nəticəyə gəlinmiş, ona görə də həmin sübutların məzmununu hazırkı qərarda təkrar sadalamağa zərurət görülmür. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tənbeh növünü seçərkən xətanın xarakterini və zərərçəkmişin sağlamlığına vurulan "yüngül" zərərin dərəcəsini düzgün nəzərə almışdır. Tətbiq edilən 1.000 manat məbləğində cərimə IXM-in 198.2-ci maddəsinin sanksiyası daxilindədir və qanunvericiliyin tələblərinə tam uyğundur. Beləliklə, apellyasiya şikayətinin dəlillərində qeyd edilən hallarla bağlı iş materiallarında toplanılmış sübutlar, eləcə də apellyasiya icraatı zamanı tərəflərin göstərdiyi hallarla əlaqəli şəkildə tədqiq edilməklə bu qənaətə gəlinir ki, həmin dəlillər iş materialları üzrə toplanılmış sübutlarla təkzib edilir, bu baxımdan apellyasiya şikayətinin dəlilləri əsassız hesab edilir həm də ona görə ki, işin hallarının hərtərəfli və tam olaraq araşdırılmış məhkəmənin qəbul etdiyi nəticəyə gəlməsi üçün kifayət edici məlumatlara əsaslanmışdır. Apellyasiya şikayətində irəli sürülən əsaslı fakt və dəlillər yoxdur ki, birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün nəzərə alınsın. Belə ki, IXM-nin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətanın xarakterini və şəxsiyyətini nəzərə alaraq məhkəmənin təyin etdiyi tənbeh tədbiri törədilmiş inzibati xətanın xarakterinə, inzibati xəta törətmiş şəxsin şəxsiyyətinə, onun təqsirinin dərəcəsinə uyğun hesab edilir. IXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. IXM-nin 21 və 31.1-ci maddələrinə əsasən inzibati tənbeh inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır və bu Məcəlləyə uyğun olaraq tətbiq edilir IXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edirəm ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas kimi qəbul oluna bilməz, ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, IXM-nin 134.1, 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq o cümlədən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən IXM-nin 134.1.1, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilməsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar