Məhkəmə qərarları › İş №3(3-8)-513/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-513/2026

17.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-513/2026 17.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimi Mәmmәdov Elçin Qüdrәt oğlunun sәdrliyi, mәhkәmә iclas katibi X4 katibliyilә, Sumqayıt şәhәr prokurorunun kömәkçisi X1, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs vә onun müdafiәçisi Bakı şәhәri Mәrkәz Vәkil Bürosunun vәkili Vәkil iştirakları ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İXM-nin 198.1.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qәrarından Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs müdafiәçisi Vәkil tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla keçirilәn açıq mәhkәmә iclasında baxaraq, Müəyyən etdi: Sumqayıt şәhәr prokuroru Mürvәt Hәsәnovun ##.##.2026-cı il tarixli qәrarı ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası İXM-in 198.1.1ci maddәsi ilә inzibati xәta haqqında iş üzrә icraat başlanmış vә baxılması üçün Sumqayıt Şәhәr Mәhkәmәsinә göndәrilmişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qәrarı ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 198.1.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinәrәk 500 (beş yüz) manat mәblәğindә cәrimә edilmişdir. (Hakim Samir İsmayılov) Birinci instansiya mәhkәmәsinin qәrarından narazı qalan müdafiәçi Vәkil apellyasiya şikayәti verәrәk, birinci instansiya mәhkәmәsinin mübahisәlәndirilәn qәrarının lәğv edilmәsi vә iş üzrә icraata xitam verilmәsinә dair qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tabeliyindә bir neçә anbar var, o fiziki olaraq hәr bir anbara hәr an nәzarәt edә bilmәz. Bundan әlavә zәrәrçәkmiş şәxs özü iş icraçısı olmuş vә özü öz tәhlükәsizliyini tәmin etmәli idi. Belә ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs 2023-cü ildәn “Azәrkimya” İB-nin Etilen Polietilen zavodunun anbar tәsәrrüfatının müdiri vәzifәsindә işәyir. Tabeliyindә 7 anbar var. Zәrәrçәkmiş şәxs xәsarәt aldığı anbar * saylı anbardır, anbar müdiri isә Püstә Mәmmәdovadır. Anbarda yenidәnqurma işlәri getdiyi üçün anbarda olan mallar yenidәn qablaşdırılmış vә bu işlәri görmәsi üçün Sosial Quruculuq İB-nin işçilәri dә anbara ezam olunmuşdur. Onlar әsasәn tәmizlik işlәri görmüş vә bәzi qablaşdırma işlәrinә dә yardım etmişdir. Hadisәdә zәrәr çәkmiş Zәrәrçәkmiş şәxs özü hәmin vaxt tәhlükәziliyi tәmin etmәli şәxs olmuşdur. ## #### 2026-cı il tarixdә saat 09 radәlәrindә hәmin işlәr icra olunarkәn “xxxx” Services MMC-nin avtokarı anbarda geriyә hәrәkәt edәrkәn “Sosial Quruculuq” İB-nin işçisi olan Zәrәrçәkmiş şәxs vurmuşdur. Hәmin vaxt Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs anbar sahәsinin digәr hissәsindә olmuş vә anbarlar çox olduğuna görә o, hәr yerә eyni vaxtda nәzarәt edә bilmәzdi. Hesab edir ki, belә olan halda Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs әmәlindә inzibati xәta tәrkibi mövcud deyildir. Prosessual məsələlər: Mәhkәmә iclasında iştirak edәn müdafiәçi apellyasiya şikayәtinin dәlillәrinә uyğun çıxış edәrәk şikayәtin tәmin edilmәsini, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qәrarının lәğv edilmәsini, iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Əlavә olaraq qeyd etdi ki, işçilәrә tәhlükәsizlik tәdbirlәri ilә әlaqәdar tәlim keçirilmişdir. İşçilәrin özlәri dә tәhlükәsizliklәrinә әmәl etmәlidir. Hadisәdә zәrәr çәkmiş Zәrәrçәkmiş şәxs özü hәmin vaxt tәhlükәziliyi tәmin etmәli şәxs olmuşdur. Hәmin vaxt Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs anbar sahәsinin digәr hissәsindә olmuş vә anbarlar çox olduğuna görә o, hәr yerә eyni vaxtda nәzarәt edә bilmәzdi. Mәhkәmә iclasında iştirak edәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәtinin dәlillәrini müdafiә edәrәk şikayәtin tәmin edilmәsini, Sumqayıt Şәhәr Mәhkәmәsinin qәrarının lәğv edilәrәk, iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya instansiyası mәhkәmәsinin iclasında Sumqayıt şәhәr prokurorunun nümayәndәsi apellyasiya şikayәtinin dәlillәrinә etiraz edәrәk, şikayәtin tәmin edilmәmәsini vә birinci instansiya mәhkәmәsinin qәrarının dәyişdirilmәdәn saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. İXM-nun 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. İnzibati xәtaya dair işin materiallarını araşdırıb, proses iştirakçılarını dinlәyib, şikayәtin dәlillәrini iş materialları ilә müqayisәli şәkildә tәdqiq edәrәk hesab edir ki, aşağıda qeyd olunanlara görә apellyasiya şikayәti tәmin edilmәmәli, iş üzrә Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, iş materiallarında olan Sumqayıt şәhәr prokuroru, R Mürvәt Hәsәnov tәrәfindәn qәbul edilmiş ##.##.2026-cı il tarixli qәrarı ilә müәyyәn edilmişdir ki, vәzifәli şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs (FİN: *******) -“Azәrkimya İstehsalat Birliyi”nin “Etilen- Polietilen” zavodunun anbar tәsәrrüfatının rәisi vәzifәsindә işlәyәrkәn “Azәrkimya İstehsalat Birliyinin Etilen-Polietilen” zavodunun direktorunun ## #### 2025-ci il tarixdә tәsdiq etdiyi “Etilen- Politetilen” zavodunun Anbar tәsәrrüfatının müdirinin vәzifә tәlimatının vәzifә öhdәliklәrinin 5-ci bәndinә әsasәn, anbar әrazisindә iş proseslәrinin aparılması zamanı әmәyin mühafizәsi, tәhülkәsizlik texnikası,istehsalat sanitariyası, yanğına qarşı mübarizә, mülki müdafiә normaları vә qaydalarına әmәl edilmәsini tәmin etmәyә mәsul şәxs olaraq “Müәssisәdaxili nәqliyyatın istismarında tәhlükәsizlik texnikası qaydaları”nın 7.28-ci bәndinin tәlәblәrini pozaraq ## #### 2026-cı il tarixdә saat 09 radәlәrindә hәmin zavodun * saylı hәmin anbarında “xxxx SERVICES” MMC-yә mәxsus avtoyüklәyici ilә yükboşaltma işlәrinin görülmәsinә baxmayaraq, hәmin anbara tәhkim edilmiş “Sosial Quruculuq” İctimai Birliyindә usta vәzifәsindә çalışan Zәrәrçәkmiş şәxs anbar әrazisindә olmasına yol vermәklә әmәyin mühafizәsi üzrә standartların, normaların vә qaydaların tәlәblәrinә әmәl etmәmişdir. İş materiallarında olan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Protokolu tәrtib edәn orqan verdiyi ##.##.2026-cı il tarixli izahatından görünür ki, o, 2023-cü ildәn “Azәrkimya” İB-nin Etilen Polietilen zavodunun anbar tәsәrrüfatının müdiri vәzifәsindә işlәyir, tabeliyindә 7 anbar var. Anbar tәsәrrüfatının müdiri olaraq әmәk funksiyası malların anbarlara düzgün qәbul edilmәsi, sәnәdlәrinin yoxlanılması, SAP sistemi üzәrindәn mal-materialların düzgün mәdaxil vә mәxaric edilmәsinә nәzarәt, sahә üzrә yanğın tәhlükәsizliyinә әmәyin tәhlükәsizliyinә nәzarәt etmәkdir. Zәrәrçәkmiş şәxs xәsarәt aldığı anbar * saylı anbardır. Anbar müdiri isә Püstә Mәmmәdovadır. 3 ay olardı ki, anbarda yenidәnqurma işlәri getdiyi üçün anbarda olan mallar yenidәn qablaşdırılırdı. Bu işlәri görmәsi üçün Sosial Quruculuq İB-nin işçilәri dә anbara ezam olunmuşdu, onlar әsasәn tәmizlik işlәri görür vә bәzi heblaşdırma işlәrinә dә yardım edirdi. Hәmçinin mallar “xxxx” şirkәtinin avtokarları vasitәsilә anbara gәtirilirdi. ## #### 2026-cı il tarixdә saat 09 radәlәrindә hәmin işlәr icra olunarkәn xxxx Services MMCnin avtokarı anbarda geriyә hәrәkәt edәrkәn Sosial Quruculuq İB-nin işçsi olan Zәrәrçәkmiş şәxs vurmuşdur. Hәmin vaxt o anbar sahәsinin digәr hissәsindә idi. X5 isә mәzuniyyәtdә idi. İş materialına әlavә edilmiş Azәrbaycan Respublikası Sәhiyyә Nazirliyi “xxxx” X2 Sumqayıt şәhәr şöbәsinin mәhkәmә-tibb ekspertizası tәdqiqinә dair ##.##.2026-cı il tarixli ** saylı rәyindәn görünür ki, Zәrәrçәkmiş şәxs üzәrindә aşağıdakı xәsarәtlәr vardır: Sol qamış vә incik sümüyünün açıq yerdәyişәn sınıqları. Qeyd olunan xәsarәt küt әşya tәsirindәn yaranmışdır, onun xәstәxanaya müraciәt etdiyi vaxtdan az әvvәl olmaqla qәrarda göstәrilәn ##.##.2026-cı il tarixdә әmәlә gәlә bilәrdilәr vә dәrәcәsinә görә hәyat üçün tәhlükәli olan sağlamlığa ağır zәrәrvurmaya aiddir. İş materiallarında olan mәhkәmә texniki-tәhlükәsizlik ekspertizasının ## #### 2026-cı il tarixli **/*** saylı rәyindәn görünür ki, “Sumqayıt Etilen-Polietilen zavodu”nda * saylı anbarda avtoyüklәyici ilә yüklәmә-boşaltma işlәri aparılarkәn avtoyüklәyicidәn yükü boşaldıb yaxınlıqda insanların vә ya yad әşyaların olmamasına әmin olmadan avtoyüklәyicini anbardan geriyә hәrәkәt etdirmәsi zәrәrçәkmişi vurmasına gәtirib çıxarmışdır ki, bu da hadisәnin baş vermәsinә sәbәb olmuşdur. Baş vermiş hadisә ilә әlaqәdar, “Müәssisәdaxili nәqliyyatın istismarında tәhlükәsizlik texnikası qaydaları”nın 7.9, 7.14, 7.28-ci bәndlәrinin, “Avtomobil nәqliyyatında әmәyi mühafizәsi qaydalan”nın 17.29-cu bәndinin vә materiala әlavә edilmiş "Forklift operatorunun vәzifә tәlimatı vә öhdәliklәri”nin 3-cü bәndinin 4-cü abzasının tәlәblәri pozulmuşdur. 4-cü dәrәcәli avtoyüklәyici operatoru ixtisasına malik olan X3 istifadәsindә olan avtoyüklәyici ilә anbara yükü boşaltdıqdan sonra, yaxınlığında adamların olmamasına әmin olmadan avtoyüklәyicini arxaya doğru hәrәkәt etdirdiyinә görә, “Müәssisәdaxili nәqliyyatın istismarında tәhlükәsizlik texnikası qaydalan”nın (НПАОП 63.12-1.05-79) 7.9, 7.14-cü bәndlәrinin tәlәblәri, “Avtomobil nәqliyyatında әmәyi mühafizәsi qaydaları”nın 17.29-cu bәndinin vә “Forklift operatorunun vәzifә tәlimatı vә öhdәliklәrinin 3-cü bәndinin 4-cü abzasının tәlәbi avtoyüklәyicinin operatoru (sürücüsü) tәrәfindәn pozulmuşdur. “Sumqayıt Etilen-Polietilen zavodu”nda * saylı anbarın yerlәşdiyi әrazidә avtoyüklәyici ilә işlәr aparılarkәn hәmin sahәdә adamın (konkret halda Zәrәrçәkmiş şәxs) olmasına (dayanmasına) yol verildiyinә görә, “Müәssisәdaxili nәqliyyatın istismarındatәhlükәsizlik texnikası qaydaları”nın 7.28-ci bәndinin tәlәbi hәmin sahәdә işlәrin tәhlükәsiz aparılmasına cavabdeh olan şәxslәr tәrәfindәn pozulmuşdur. Hadisәnin baş vermә sәbәb vә şәraiti nәzәrә alaraq, zәrәrçәkmiş Zәrәrçәkmiş şәxs tәrәfindәn qayda vә tәlimatların tәlәblәrinin pozulması halı müәyyәn edilmir. İş materiallarında olan “Azәrkimya İstehsalat Birliyinin Etilen-Polietilen” zavodunun direktorunun ## #### 2025-ci il tarixdә tәsdiq etdiyi “Etilen-Politetilen” zavodunun Anbar tәsәrrüfatının müdirinin vәzifә tәlimatının vәzifә öhdәliklәrinin 5-ci bәndindәn görünür ki, hәmin şәxs anbar әrazisindә iş proseslәrinin aparılması zamanı әmәyin mühafizәsi, tәhülkәsizlik texnikası, istehsalat sanitariyası, yanğına qarşı mübarizә, mülki müdafiә normaları vә qaydalarına әmәl edilmәsini tәmin etmәlidir. İXM-nin 76.1-ci maddәsinә әsasәn inzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi orqanın (qurumun) informasiya sistemindә, habelә digәr dövlәt informasiya sistemlәrindә (ehtiyatlarında) aşkar olunan mәlumatlarla, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 198.1.1-ci maddәsinә әsasәn әmәyin mühafizәsi üzrә standartların, normaların vә qaydaların tәlәblәrinә әmәl edilmәmәsinә görә beş yüz manatdan min manatadәk mәblәğdә cәrimә edilir. Belәliklә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn İXM-nin 198.1.1-ci maddәsindә nәzәrdә tutulan inzibati xәtanın törәdilmәsi işdә olan sübutlarla tәsdiq edilir. Belә ki, yuxarıda qeyd edilәn mәhkәmә texniki tәhlükәsizlik-texnikası ekspertizasının rәyindәn göründüyü kimi “Sumqayıt Etilen-Polietilen zavodu”nda * saylı anbarın yerlәşdiyi әrazidә avtoyüklәyici ilә işlәr aparılarkәn hәmin sahәdә adamın (konkret halda Zәrәrçәkmiş şәxs) olmasına (dayanmasına) yol verildiyinә görә, “Müәssisәdaxili nәqliyyatın istismarındatәhlükәsizlik texnikası qaydaları”nın 7.28-ci bәndinin tәlәbi hәmin sahәdә işlәrin tәhlükәsiz aparılmasına cavabdeh olan şәxslәr tәrәfindәn pozulmuş vә “Etilen-Politetilen” zavodunun Anbar tәsәrrüfatının müdirinin vәzifә tәlimatının vәzifә öhdәliklәrinin 5-ci bәndindәn görünür ki, anbar әrazisindә iş proseslәrinin aparılması zamanı әmәyin mühafizәsi, tәhülkәsizlik texnikası, istehsalat sanitariyası, yanğına qarşı mübarizә, mülki müdafiә normaları vә qaydalarına әmәl edilmәsini tәmin etmәlidir. Bununla әlaqәdar mәhkәmә hesab edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn Azәrbaycan Respublikası İXM-nin 198.1.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsi barәdә birinci instansiya mәhkәmәsinin qәnaәti әsaslı olmuşdur. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilәn apellyasiya şikayәtinin onun әmәlindә inzibati xәta tәrkibi olmamasına görә inzibati iş üzrә icraata xitam verilmәsinә dair dәlili әsassızdır. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә tәtbiq edilmiş inzibati tәnbehin әsaslılığını müzakirә edәrәk aşağıdakılar nәzәrә alınır. Azәrbaycan Respublikası İXMnun 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizlik) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur vә tәnbeh edilir. İXMnun 9.1-ci maddәsinә görә inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. 17-ci maddәsinә әsasәn vәzifәli şәxslәr öz vәzifәlәrinin yerinә yetirilmәmәsi vә ya lazımınca yerinә yetirilmәmәsi ilә bağlı inzibati xәtalara görә inzibati mәsuliyyәtә cәlb olunurlar. İXM-nin 21 vә 31.1-ci maddәlәrinә әsasәn inzibati tәnbeh inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır vә bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. İXM-nin 31.2-ci maddәsinә әsasәn fiziki vә ya vәzifәli şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, xәtanın xarakteri, inzibati xәta törәdәn şәxsin şәxsiyyәtini xarakretizә edәn hallar, onun tәqsirinin dәrәcәsi, әmlak vәziyyәti, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. Belәliklә mәhkәmә hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә tәtbiq edilmiş inzibati tәnbeh törәdilmiş inzibati xәtanın xarakterinә vә tәqsirin dәrәcәsinә, işin hallarına, habelә İXM-nin yuxarıda qeyd edilәn normalarına uyğun gәlir. Ona görә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs şikayәtindә göstәrilәn dәlillәr әsasında birinci instansiya mәhkәmәsinin qәrarının lәğv edilmәsi üçün әsaslar yoxdur. Odur ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 198.1.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qәrarı apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmalı, apellyasiya şikayәti tәmin edilmәmәlidir. İXM-nin 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Göstәrilәnlәrә әsasәn Azәrbaycan Respublikası İXM-nin 128-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә Qərara aldı: Apellyasiya şikayәti tәmin edilmәsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 198.1.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qәrarı dәyişdirilmәdәn saxlanılsın. Azәrbaycan Respublikası İXM-nin 138.1.3-cü maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Bu qәrardan kassasiya şikayәti vә ya protesti verilmәsi hüququ Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsindә nәzәrdә tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar