Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-514/2026 18.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Ağayev Rəşadət Əhməd oğlu, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC barəsində Azərbaycan Respublikası IXM-nin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Abşeron Rayon Məhkəməsinin 03 iyul 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDIM : Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə (hakim E.R.Teymur-Zadə) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, ona 2.000 (iki min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi, qərarın icrası Abşeron Rayon Icra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. IŞIN HALLARI : Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı regional idarəsinin səlahiyyətli şəxsi tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Inzibati xəta haqqında protokola baxan birinci instansiya məhkəməsinin hakimi yuxarıda qeyd edilən qərarı qəbul etmiş və qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə yalnız inzibati xəta haqqında protokola istinad etmiş, həmin protokolda göstərilən halların kifayət edib-etmədiyini, onların mötəbər və yol verilən sübutlarla təsdiq olunmasını lazımi qaydada işin hallarını tam və ətraflı araşdırmamış, tərəflərin təqdim etdikləri sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməyərək səhv nəticəyə gəlmişdir. Məhkəmənin öz qərarında gəldiyi nəticə əsasən cavabdehin mülahizələri üzərində qurulmuş dəlillərlə əsaslandırılmış, bu mülahizələrin qanuna uyğun olub-olmaması ilə bağlı düzgün hüquqi əsaslandırma aparılmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq norma səhv tətbiq edilmiş, qanunvericiliyin zaman etibarilə qüvvəsi prinsipi kobud şəkildə pozulmuşdur: Inzibati xətanın törədildiyi iddia edilən tarix ##.##.2026-cı ildir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC kommersiya məqsədli daşıyıcı (başqasına haqq müqabilində xidmət göstərən) deyil, cəmiyyət özünə məxsus məhsulları öz nəqliyyat vasitəsi ilə bir ünvandan digərinə daşıyan istehsalçı müəssisədir. Konstitusiya Məhkəməsinin qərarından irəli gələrək, qanunvericiliyə edilmiş dəyişikliklər şəxsin vəziyyətini ağırlaşdıran (yeni məsuliyyət növü və ya subyekti yaradan) normadırsa, o, qüvvəyə mindiyi tarixdən əvvəlki hüquqi münasibətlərə və ya həmin dəyişikliyə qədər formalaşmış hüquqi statusa şamil oluna bilməz. IXM-in 3-cü maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmasa, şəxs məsuliyyətə cəlb edilə bilməz. Hüquqi şəxsin təsərrüfat ehtiyacı üçün həyata keçirdiyi daxili daşımalara görə reysqabağı mexaniki/tibbi yoxlama məcburiyyətinin IXM-in 326-cı maddəsi ilə cərimələndirilməsi qanunsuzdur. Məhkəmə təqdim edilmiş etirazın bütün hüquqi arqumentlərinə ayrıca qiymət verməmiş, yalnız ümumi nəticə ilə kifayətlənmişdir. Məhkəmə qərarında “Avtomobil nəqliyyatı haqqında” Qanunun ## #### 2026-cı il tarixli dəyişikliklərinə istinad etsə də, həmin dəyişikliklərin Inzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinin tətbiqinə necə təsir göstərdiyini kifayət qədər hüquqi əsaslandırmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2025-ci il tarixli Qərarında birmənalı şəkildə müəyyən edilmişdir ki, sərəncamlarında olan avtonəqliyyat vasitələri ilə öz işçilərinin və ya yüklərinin daşınması məqsədilə öz hesabına daşımaları (təsərrüfat ehtiyacları üçün daşımaları) yerinə yetirən hüquqi şəxslər IXM-in 326-cı maddəsində nəzərdə tutulan inzibati xətanın subyekti deyildirlər. Məhkəmə Konstitusiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarına münasibət bildirsə də, həmin qərarda göstərilən hüquqi mövqelərin konkret iş üzrə hansı səbəbdən tətbiq edilməməsini tam hüquqi əsaslarla izah etməmişdir. Qərarda yalnız qanun dəyişikliyinin mövcudluğu göstərilmiş, lakin həmin dəyişikliklərin inzibati məsuliyyətin yaranmasına necə səbəb olduğu sistemli hüquqi təhlil edilməmişdir. Belə yanaşma məhkəmə qərarının əsaslandırılması prinsipinə uyğun hesab edilə bilməz. PROSES IŞTIRAKÇISININ IZAHATI : Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən protokol tərtib etmiş orqan - Azərbaycan Respublikasının Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etməklə onu da vurğuladı ki, “Avtomobil nəqliyyatı haqqında” ##.##.2008-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.9-cu maddəsinə # #### 2026-cı il tarixdə dəyişiklik edildiyindən verilmiş etirazda istinad edilmiş müddəlar əsassızdır. Yəni istinad edilən Qanunun 1.0.9-cu maddəsində dəyişiklik edildikdən sonra maddənin məzmununa həmin Qanunun 1.0.4-cü və 1.0.5-ci maddələrində nəzərdə tutulan daşımalar da əlavə edilmişdir ki, məhz həmin əlavə də Konstitusiya Məhkəməsinin məlum Plenum qərarında müəyyən edilmiş hüquqi mövqeyə uyğun olmuşdur. Apellyasiya baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbdən olması və ya məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmiş, protokol tərtib etmiş orqanın nümayəndəsi isə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasına etiraz etməmişdir. Hesab edirəm ki, şikayət üzrə məhkəmə baxışı iclası barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkündür. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikasının IXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış materiallar ilə müqayisəli şəkildə tədqiq edərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır ona görə ki, birinci instansiya məhkəməsi inzibati icraat üzrə qərar qəbul edərkən iş materiallarını mahiyyəti üzrə tam araşdırmış, inzibati məsuliyyətə cəlb edilmənin əsası olan qanunvericiliyin tələblərinə riayət etmişdir. Aşağıda qeyd olunanlara görə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsini apellyatorun şikayətinə münasibətdə qanuni və əsaslı sayıram. Belə ki, iş materiallarında olan və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, ##.##.2026-cı il, saat 14:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvanski küçəsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-yə məxsus yük daşıma fəaliyyətini icra edən “Isuzi” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmçinin həmin avtonəqliyyat vasitəsinin sürücüsünün reysqabağı tibbi müayinəsinin təşkil edilməməsi aşkar edilmiş, bu səbəbdən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC barəsində Azərbaycan Respublikası IXM-in 326-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Apellyasiya şikayəti verən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC öz şikayətində əsasən göstərmişdir ki, inzibati xətanın törədildiyi iddia edilən ##.##.2026-cı il tarixində hüquqi şəxs kommersiya məqsədli daşıyıcı kimi deyil, özünə məxsus məhsulları öz daxili təsərrüfat ehtiyacları üçün daşımışdır. Şikayət edən şəxs Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2025-ci il tarixli Qərarına istinad edərək daxili təsərrüfat ehtiyacları üçün daşımaları həyata keçirən subyektlərin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (IXM) 326-cı maddəsinin subyekti olmadığını, həmin normanın ağırlaşdırıcı xarakter daşıdığını və zamana görə qüvvəsi prinsipinin pozulduğunu iddia etmişdir. Apellyasiya instansiyası məhkəməsi aparılmış məhkəmə baxışı zamanı iş materiallarını, birinci instansiya məhkəməsinin qərarını, apellyasiya şikayətinin dəlillərini, eləcə də protokol tərtib etmiş orqan - Azərbaycan Respublikasının Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X1 izahatını hərtərəfli və obyektiv tədqiq edərək aşağıdakı hüquqi nəticəyə gəlir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2025-ci il tarixli Qərarında açıq şəkildə müəyyən edilmişdir ki, reysqabağı texniki yoxlama və tibbi müayinələrlə bağlı tələblərin təsərrüfat ehtiyacları üçün daşımaları həyata keçirən hüquqi şəxslərə qanunvericiliyə müvafiq dəyişikliklər edilməsi vasitəsilə şamil olunması mümkündür. Məhz bu hüquqi mövqeyə uyğun olaraq, "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə ## #### 2026-cı il tarixdə dəyişiklik edilmiş və tənzimləmə əhatəsinə həm kommersiya, həm də təsərrüfat ehtiyacları üçün həyata keçirilən daşımalar daxil edilmişdir. Inzibati xəta haqqında protokolla müəyyən olunmuşdur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC tərəfindən müvafiq qaydada reysqabağı texniki yoxlamanın və sürücünün tibbi müayinəsinin təşkil edilməməsi faktı ## ### 2026-cı il tarixdə aşkar olunmuşdur. Yəni inzibati xətanın törədildiyi vaxt qanunvericiliyə edilmiş ## #### 2026-cı il tarixli dəyişikliyin qüvvəyə mindiyi tarixdən sonrakı dövrə təsadüf edir. IXM-in 3-cü maddəsinə və normativ hüquqi aktların zamana görə qüvvəsi prinsipinə əsasən, hüquq pozuntusu törədildiyi zaman qüvvədə olan qanunvericilik aktı tətbiq edilir. Şikayətçinin istinad etdiyi Konstitusiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli Qərarı qanunvericilikdə müvafiq dəyişiklik edilənədək olan dövrü əhatə etdiyindən və ## #### 2026-cı il tarixli dəyişiklikdən sonra qanunverici təsərrüfat ehtiyacları üçün daşımaları da reysqabağı yoxlama öhdəliyinə daxil etdiyindən, şikayətdəki "əməldə xəta tərkibinin olmaması" və "normanın geriyə şamil edilməsi" barədə dəlillər əsassızdır. Hüquqi şəxsin daşımanı kommersiya məqsədilə və ya daxili təsərrüfat ehtiyacları üçün həyata keçirməsindən asılı olmayaraq, nəqliyyat vasitələrinin yollarda hərəkəti zamanı təhlükəsizliyin təmin olunması, vətəndaşların həyat və sağlamlığının qorunması məqsədilə reysqabağı texniki və tibbi yoxlamadan keçirilməsi məcburidir. Məhsulların hüquqi şəxs tərəfindən öz daxili ehtiyacları üçün daşınması faktı onu IXM-in 326-cı maddəsi ilə müəyyən edilmiş məsuliyyətdən azad etmir. Birinci instansiya məhkəməsi işdə olan sübutları - ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu, aktı və digər materilları IXM-in 76-cı maddəsinin tələblərinə uyğun olarak məcmu şəkildə düzgün qiymətləndirmiş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları tam və ətraflı aydınlaşdırmışdır. Beləliklə, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələrə əsaslanmaqla məsuliyyətdən yayınmaq üçün gətirilən arqumentlər olmaqla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASCnin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən hesab edirəm ki, quvvədə olan qanunvericilik aktlarında nəzərdə tutulan normaların pozulması ilə müşayət olunan hərəkətlərə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-yə törətmiş olduğu inzibati xətalara görə inzibati xətalar qanunvericiliyinin tələbləri çərçivəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi əsaslı olmuşdur. Həmin qərarın ləğv edilməsi barədə şikayətin dəlilləri əsassız və formal mülahizə kimi dəyərləndirilməlidir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun qərarında vurğulandığı kimi, apellyasiya instansiyası məhkəmələrinin diqqətini ona cəlb etməyi lazım bilinir ki, onlar birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı, mahiyyət üzrə düzgün olan qərarının yalnız formal mülahizələrə görə ləğv edilməsindən çəkinməlidirlər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2019-cu il tarixli Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarı). IXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. IXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. IXM-nin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. IXM-nin 18.5-ci maddəsinə görə bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. IXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. IXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. IXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin Azərbaycan Respublikası IXM-nin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 2000 (iki min) manat məbləğində cərimə edilməsinə dair birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz, ona görə də apellyasiya şikayəti təmin edilmədən birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, IXM-nin 134.1, 134.1.1-ci maddələrinə əsasan inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, qərarın dəyişdirilmədən, şikayətin və protestin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən IXM-nin 134.1.1, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDIM : Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-8)-514/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-514/2026
18.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver