Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-515/2026 17.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimi Mәmmәdov Elçin Qüdrәt oğlunun sәdrliyi, X2 katibliyilә, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs iştirakları ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 333.1-ci maddәsindә nәzәrdә tutulmuş xәtanı törәtmәkdә tәqsirli bilinmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla keçirilәn açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә Müəyyən etdi: Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 333.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәrәk, onun nәqliyyat vasitәlәrini idarә etmә hüququ 06 (altı) ay müddәtә mәhdudlaşdırılmışdır (hakim Samir İsmayılov). İşin halları: Sumqayıt Şәhәr Polis İdarәsinin X1i şöbәsinin inpektoru X3 tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 333.1-ci maddәsi ilә inzibati xәta haqqında ##.##.2026-cı il tarixli İXP seriyalı ******* nömrәli inzibati xәta haqqında protokol tәrtib olunaraq baxılması üçün Sumqayıt Şәhәr Mәhkәmәsinә göndәrilmişdir. İşә baxan mәhkәmә tәrәfindәn yuxarıda qeyd olunan qәrar qәbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Qәrardan narazı qalan barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәti verәrәk, әmәlindәn peşman olmasını, ilk dәfә inzibati xәta törәtmәsini, mәsuliyyәtini ağırlaşdıran halların olmamasını, әmәk fәaliyyәti üçün avtomobildәn istifadәnin zәruri olmasını, sürücülük hüququndan mәhrum edilmәsinin әmәk fәaliyyәtinә vә ailәsinin maddi tәminatına tәsirini nәzәrә alaraq, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarının dәyişdirilmәsini vә barәsindә tәtbiq edilmiş inzibati tәnbehin cәrimә ilә әvәz edilmәsini xahiş etmişdir. Prosessual məsələlər: Apellyasiya instansiya mәhkәmәsinin iclasında iştirak edәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs apellyasiya şikayәtinin dәlillәrinә uyğun izahat verәrәk, nәqliyyat vasitәsini idarә etmә hüququnun mәhdudlaşdırılması tәnbehinin cәrimә ilә әvәz edilmәsini xahiş etdi. Mәhkәmә iclasının yeri vә vaxtı barәdә mәlumat verilmiş Sumqayıt Şәhәr Polis İdarәsinin X1i şöbәsinin inspektoru X3 mәhkәmә iclasına gәlmәmiş vә mәhkәmә onun iştirakı olmadan işә baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası İXM-nin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә inzibati xәta haqqında iş üzrә icraat materiallarını araşdırıb, proses iştirakçısını dinlәyib, apellyasiya şikayәtinin dәlillәrini iş materialları ilә müqayisәli şәkildә tәdqiq edәrәk, belә qәnaәtә gәlir ki, aşağıdakı әsaslara görә apellyasiya şikayәti tәmin edilmәli, birinci instansiya mәhkәmәsinin qәrarı dәyişdirilmәlidir. Belә ki, iş materiallarında olan ## #### 2026-cı il tarixli İXP******* nömrәli inzibati xәta haqqında protokoldan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs “BMW 530I” minik markalı, **-MV-*** dövlәt qeydiyyat nişanlı avtomobili idarә edәrkәn yol hәrәkәt qaydalarını pozduğu üçün saxlanılmış, daha sonra isә müayinә zamanı sәrxoş olması müәyyәn edilmişdir. İş materiallarında olan xüsusi texniki vasitәnin hesabatından görünür ki, ##.##.2026-cı il tarixdә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs alkoqol sәrxoşluğu vәziyyәtindә olması müәyyәn edilmişdir (0,410 promilli). İş materiallarında olan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Sumqayıt ŞPİ-nin X1 Şöbәsindә verdiyi izahatından görünür ki, o, sәrxoş olmasını etiraf edәrәk, mәsuliyyәt daşımağa hazır olduğunu bildirmişdir. Birinci instansiya mәhkәmәsi qәrarında qeyd etmişdir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 333.1-ci maddәsindә nәzәrdә tutulan әmәli törәtmәsi özünü etirafedici izahatı, hәmçinin inzibati xәta haqqında protokol, xüsusi texniki vasitәnin göstәricilәri vә digәr iş materialları ilә tam sübuta yetirilir. Mәhkәmә hesab edir ki, birinci instansiya mәhkәmәsi istinad etdiyi sübutlara әsasәn düzgün olaraq Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İXM-nin 333.1-ci maddәsi ilә tәqsirli olması barәdә nәticәyә gәlmişdir. Azәrbaycan Respublikası İXM-nin 333.1-ci maddәsinә әsasәn nәqliyyat vasitәsini idarә etmәk hüququ olan şәxs tәrәfindәn nәqliyyat vasitәsinin alkoqoldan istifadә olunması nәticәsindә sәrxoş vәziyyәtdә idarә edilmәsinә görә dörd yüz manat mәblәğindә cәrimә edilir vә ya nәqliyyat vasitәsini idarә etmәk hüququ altı aydan bir ilәdәk müddәtә mәhdudlaşdırılır. Birinci instansiya mәhkәmәsi tәrәfindәn inzibati xәta törәtmiş şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İXM-nin 333.1-ci maddәsi ilә tәqsirli olması düzgün qiymәtlәndirilmiş vә ona tәqsirli bilindiyi maddәnin sanksiyasında nәzәrdә tutulan nәqliyyat vasitәsini idarә etmәk hüququnu altı ay mәhdudlaşdırmışdır. Apellyasiya instansiya mәhkәmәsi işin hallarını, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin şәxsiyyәtini, sәmimi peşmançılığını, ilk dәfә inzibati mәsuliyyәtә cәlb olunmasını, himayәsindә bir yetkinlik yaşına çatmayan övladının olmasını, ailә başçısı olmaqla ailәnin yeganә qazanc gәtirәn şәxs olmasını, әmәk fәaliyyәti ilә mәşğul olmaq üçün daimi avtomobilә ehtiyacı olmasını, hәmçinin onun mәhkәmә iclaslarındakı davranışları ilә hәqiqәtәn törәtdiyi әmәldәn peşiman olmasını hiss etdirdiyini nәzәrә alıb humanizm prinsipinә әsaslanaraq belә nәticәyә gәlir ki, inzibati xәta törәtmiş şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәtinin tәmin olunaraq barәsindә tәqsirli bilindiyi әmәlә görә inzibati qaydada cәrimә tәnbeh növünün tәtbiq edilmәsi mümkündür. İXM-nin 9.1-ci maddәsinә әsasәn inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәn şәxsiyyәtinә uyğun olmalıdır. İXM-nin 31.2-ci maddәsinә әsasәn fiziki şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, xәtanın xarakteri, inzibati xәta törәdәn şәxsin şәxsiyyәtini xarakterizә edәn hallar, onun tәqsirinin dәrәcәsi, әmlak vәziyyәti, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. Göstәrilәnlәrә әsasәn hesab edilir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İXM-nin 333.1-ci maddәsi ilә tәtbiq edilmiş 06 (altı) ay müddәtә nәqliyyat vasitәsini idarә etmәk hüququnun mәhdudlaşdırılması inzibati tәnbeh növü humanizm prinsipi baxımından onun ailә vәziyyәtinә (әmәk fәaliyyәti ilә mәşğul olmaq üçün daimi avtomobilә ehtiyacı olması vә ailәnin yeganә qazanc gәtirәn şәxs olması) uyğun gәlmir. İXM-nin 135.1.5-ci maddәsinә әsasәn tәtbiq edilmiş tәnbehin bu Mәcәllәsinin 31-34-cü maddәlәrinin tәlәblәrinә uyğun olmaması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsasdır. Göstәrilәnlәri vә Azәrbaycan Respublikası İXM-nin 128-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Apellyasiya şikayәti tәmin edilsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 333.1-ci maddәsindә nәzәrdә tutulmuş xәtanı törәtmәkdә tәqsirli bilinmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilsin, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İnzibati Xәtalar Mәcәllәsinin 333.1-ci maddәsi ilә tәyin edilmiş 06 (altı) ay müddәtinә nәqliyyat vasitәlәrini idarә etmәk hüququnun mәhdudlaşdırılması növündә inzibati tәnbeh tәdbiri 400 (dörd yüz) manat mәblәğindә inzibati cәrimә tәnbeh növü ilә әvәz edilsin. Azәrbaycan Respublikası İXM-nin 138.1.3-cü maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Bu qәrar qәtidir, ondan şikayәt vә ya protest verilmәsi hüququ Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsindә nәzәrdә tutulmamışdır.
Məhkəmə qərarları › İş №3(3-8)-515/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-515/2026
17.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver