Məhkəmə qərarları › İş №3(3-8)-516/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-516/2026

25.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-516/2026 25.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Rzayev Mәhәmmәdәli Əsәd oğlunun sәdrliyi, Hacıyeva Aytәkin Qurban qızının katibliyi, Barәsindә inzibati qaydada iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs iştirakı ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikasının İXMnin 333.1-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarından Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati materialdan müәyyәn olunur ki, Sumqayıt şәhәr Polis İdarәsi Dövlәt X1 tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 333.1-ci maddәsi ilә inzibati xәta haqqında ##.##.2026-cı il tarixli, İXP ******* nömrәli protokol tәrtib olunaraq baxılması üçün Sumqayıt Şәhәr Mәhkәmәsinә göndәrilmişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı ilә (hakim X2) ##.##.1995-ci ildә Sumqayıt şәhәrindә anadan olmuş, Azәrbaycan Respublikasının vәtәndaşı, Xızı rayonu, Yeni Yaşma әrazi dairәsi, Yeni Yaşma kәndindә qeydiyyatda olan vә yaşayan (FİN:*******) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azәrbaycan Respublikasının İXM-nin 333.1-ci maddәsi ilә tәqsirli bilinәrәk, nәqliyyat vasitәsini idarә etmәk hüququ 06 (altı) ay müddәtinә mәhdudlaşdırılmışdır. Hәmin qәrardan narazı qalan barәsindә inzibati qaydada iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәti verәrәk, mübahisәli qәrarın dәyişdirilmәsini vә barәsindә cәrimә növündә tәnbeh tәdbirinin tәtbiq edilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-*)-****/**** saylı qәrarından narazıdır. Hesab edir ki, birinci instansiya mәhkәmәsi inzibati tәnbehin seçilmәsi zamanı Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin tәlәblәrini tam vә düzgün tәtbiq etmәmiş, iş üzrә mövcud olan mühüm yüngüllәşdirici halları lazımi qaydada qiymәtlәndirmәmiş vә nәticәdә onun barәsindә qanunun nәzәrdә tutduğu alternativ tәnbeh növlәrindәn daha ağırını seçmişdir. İş üzrә mәsuliyyәti ağırlaşdıran heç bir hal mövcud deyildir. Bu, onun ilk inzibati xәta halıdır;әvvәllәr analoji mәsuliyyәtә cәlb olunmamış;qәza baş vermәmiş; hәr hansı şәxsә zәrәr dәymәmiş; polis әmәkdaşlarının qanuni tәlәblәrinә tam әmәl etmiş; hadisә yerindәn yayınmamış; mәhkәmә iclasında әmәlini etiraf etmiş vә peşman olduğunu bildirmişdir. Bundan başqa, mәhkәmә özü dә qәrarında qeyd etmişdir ki, onun әmәlindә İXM-in 32 vә 33-cü maddәlәrindә nәzәrdә tutulmuş mәsuliyyәti ağırlaşdıran hallar müәyyәn edilmәmişdir. İXM-in 32.2-ci maddәsinә әsasәn hakim qanunda birbaşa göstәrilmәyәn digәr halları da mәsuliyyәti yüngüllәşdirәn hal kimi nәzәrә ala bilәr. Lakin mәhkәmә: ilk dәfә inzibati mәsuliyyәtә cәlb olunmağını; sәmimi peşmançılığını; hadisәdәn sonrakı davranışını; ailә vәziyyәtini; әmәk fәaliyyәtini mәsuliyyәti yüngüllәşdirәn hallar kimi qiymәtlәndirmәmişdir. Onun yeganә әmәk fәaliyyәti vә gәlir mәnbәyi Bakı şәhәrindә taksi fәaliyyәti ilә mәşğul olmaqdır. Bu mәqsәdlә Azәrbaycan Respublikasının qanunvericiliyinin tәlәblәrinә uyğun olaraq taksi minik avtomobili sürücülәri üçün etik davranış vә avtomobil nәqliyyatı ilә sәrnişin daşımalarını tәnzimlәyәn normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçmiş vә müvafiq şәhadәtnamә almışdır. Bu fakt onu göstәrir ki, o sürücülük fәaliyyәtini peşәkar әsaslarla hәyata keçirir vә mәhz nәqliyyat vasitәsini idarә etmәk hüququ hesabına öz әmәk fәaliyyәtini davam etdirir. Hazırda ailәnin yeganә işlәyәn vә gәlir әldә edәn üzvü odur. Ailәsinin bütün maddi tәminatı, gündәlik yaşayış xәrclәri vә anasının saxlanılması onun qazancı hesabına tәmin edilir. Bu sәbәbdәn nәqliyyat vasitәsini idarә etmәk hüququ 6 ay müddәtinә mәhdudlaşdırılması onun yalnız müәyyәn hüququnu mәhdudlaşdırmır, eyni zamanda yeganә әmәk fәaliyyәtini hәyata keçirmәk imkanını tam aradan qaldırır, nәticәdә hәm özünün, hәm dә ailә üzvlәrinin normal yaşayış sәviyyәsinә ciddi mәnfi tәsir göstәrir. Qeyd edir ki, hazırda onun müxtәlif kredit tәşkilatları qarşısında qüvvәdә olan kredit öhdәliklәri mövcuddur vә hәmin öhdәliklәr üzrә aylıq ödәnişlәri mütәmadi şәkildә yerinә yetirir. Onun yeganә gәlir mәnbәyi taksi fәaliyyәti olduğundan, nәqliyyat vasitәsini idarә etmәk hüququnun altı ay müddәtinә mәhdudlaşdırılması faktiki olaraq әmәk fәaliyyәtini hәyata keçirmәk imkanını aradan qaldıracaq, nәticәdә mövcud kredit öhdәliklәrinin vaxtında icrası da ciddi şәkildә çәtinlәşәcәkdir. Bu isә yalnız onun maliyyә vәziyyәtinә deyil, kredit öhdәliklәrinin icra edilmәmәsi nәticәsindә әlavә faizlәrin, cәrimәlәrin hesablanmasına, kredit tarixçәsinin pislәşmәsinә vә gәlәcәk maliyyә münasibәtlәrinә mәnfi tәsir göstәrә bilәcәk hüquqi nәticәlәrә sәbәb olacaqdır. Halbuki, inzibati tәnbehin mәqsәdi şәxsi vә ailәsini hәddindәn artıq ağır sosial vә iqtisadi vәziyyәtә salmaq deyil, qanunlara hörmәt ruhunda tәrbiyәlәndirmәk vә gәlәcәkdә oxşar hüquqpozmaların qarşısını almaqdan ibarәtdir. O törәtdiyi әmәlә görә sәmimi peşmandır, onu tәkrar etmәyәcәyini dәrk edir vә hesab edir ki, bu mәqsәdlә qanunda alternativ olaraq nәzәrdә tutulmuş 400 manat mәblәğindә inzibati cәrimәnin tәtbiqi ilә dә tam nail olmaq mümkündür. Bu halda hәm inzibati tәnbehin mәqsәdi tәmin edilәcәk, hәm dә o әmәk fәaliyyәtini davam etdirәrәk ailәsinin dolanışığını vә mövcud maliyyә öhdәliklәrini yerinә yetirmәk imkanını itirmәyәcәkdir. Xüsusi texniki vasitәnin nәticәsinә әsasәn alkoqol göstәricisi 0,384 promil müәyyәn edilmişdir. Qәrarda da göstәrildiyi kimi sәrxoşluq halının müәyyәn edilmәsi üçün hәdd 0,3 promildir. Belәliklә, müәyyәn edilmiş göstәrici qanunla müәyyәn olunmuş hәddi cәmi 0,084 promil keçmişdir vә bu hal mәsuliyyәti aradan qaldırmasa da, tәqsirin dәrәcәsinin müәyyәn edilmәsindә vә tәtbiq edilәcәk inzibati tәnbehin seçilmәsindә nәzәrә alınmalı olan mühüm hal idi. Mәhkәmә isә bu xüsusatı ümumiyyәtlә qiymәtlәndirmәmişdir. Mәhkәmә iclasında da izah etdiyi kimi, spirtli içkini avtomobili idarә etmәzdәn dәrhal әvvәl deyil, tәxminәn 6-7 saat әvvәl qәbul etmişdir. O hәmin müddәt әrzindә alkoqolun orqanizmdәn tam xaric olacağını düşünәrәk nәqliyyat vasitәsini idarә etmişdir. Əgәr onun mәqsәdi yol hәrәkәti tәhlükәsizliyinә laqeyd yanaşmaq olsaydı, avtomobili spirtli içkini qәbul etdikdәn dәrhal sonra idarә edәrdi. Əksinә, müәyyәn müddәt gözlәmәyi tәhlükәsizlik qaydalarına riayәt etmәyә çalışdığını göstәrir. Buna baxmayaraq mәhkәmә heç bir sübut göstәrmәdәn belә nәticәyә gәlmişdir ki, guya bu hal "şәxsin yol hәrәkәti qaydalarına vә digәr şәxslәrin hәyatına laqeyd yanaşmasının göstәricisidir". Hüquqi məsələlər: Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Apellyasiya mәhkәmә baxışı iclasında barәsindә inzibati qaydada iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәtinin dәlillәrinә uyğun çıxış edәrәk bildirdi ki, 11 ildir avtomobil idarә edir vә bu müddәt әrzindә inzibati qaydada cәrimә olunmamışdır. Hәr zaman buna mәsuliyyәtlә yanaşmışdır. Hadisә baş verәndәn bir gün әvvәl, tәxminәn saat 18:00 radәlәrindә pivә içmişdir. Bundan sonra gecә saat 00:00 radәlәrindә Sumqayıt şәhәr Polad Hәşimov küçәsindә hәrәkәtdә olan zaman yol polisi әmәkdaşları onu saxlamışlar. O, qayda pozmamışdır. Qeyd olunub ki, guya o Çerkassi küçәsindә hәrәkәtdә olarkәn yol hәrәkәti qaydalarını pozmuş, saxlanılarkәn isә içkili olduğu aşkar edilib. Halbuki, o hәmin günü saat 00:00 radәlәrindә Bulvar küçәsindәn Polad Hәşimov küçәsi istiqamәtindә hәrәkәtdә olan zaman saxlanılmışdır. Xüsusi aparatla sәrxoşluq vәziyyәti yoxlanan zaman 0.38 promil alkoqol aşkar olundu. Lakin o 6 saat gözlәdikdәn sonra avtomobil idarә etmişdir. Bundan әlavә, uşaqlıqdan atası olmadığı üçün ailәni o saxlayır. Evdә 3 nәfәrdir. Yәni maddi vәziyyәtini taksi fәaliyyәti ilә mәşğul olaraq hәll edir. İki kredit öhdәliyi var. Himayәsindә xәstә anası var. Özü dә psoriaz xәstәliyindәn әziyyәt çәkir. Buna görә müalicә alır. Ayaqlarında, qolunda, bәdәnindә sәpkilәr var. İş qabiliyyәti dә yoxdur. Psoriaz diaqnozu qoyulduğuna görә işlәyә bilmir, günәş altında çalışmaq ona qadağandır. Bu xәstәlik daxili orqanlarında da problem yaradıb, 3 dәfә әmәliyyat olunmuşdur. O, әmәlindәn peşmandır. Mәhkәmә iclasının yeri vә vaxtı barәdә lazımi qaydada mәlumat verilmәsinә baxmayaraq, Azәrbaycan Respublikası DİN-in Sumqayıt şәhәr DYPŞ-nin nümayәndәsi mәhkәmә iclasında iştirak etmәmiş, mәhkәmә nümayәndәnin iştirakı olmadan materiala baxılmasını mümkün hesab etmişdir. Azәrbaycan Respublikası İXM-nin 133.2.8-ci maddәsinә әsasәn, inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә şikayәtin dәlillәrini iş materialları ilә әlaqәli şәkildә araşdırıb, barәsindә inzibati qaydada iş üzrә icraat aparılan şәxsi dinlәyib, tәdqiq olunmuş sübutlara qiymәt verәrәk hesab edir ki, aşağıda göstәrilәn sәbәblәrә görә apellyasiya şikayәti tәmin edilmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı dәyişdirilmәlidir. Belə ki, iş materiallarında olan ## #### 2026-cı il tarixli İXP ******* nömrәli inzibati xәta haqqında protokoldan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs hәmin tarixdә saat 00:51 radәlәrindә “Toyota Corolla” minik markalı **-BA-*** dövlәt qeydiyyat nişanlı avtomobili Sumqayıt şәhәri Polad Hәşimov küçәsindә idarә edәrkәn yol hәrәkәt qaydalarını pozduğu üçün saxlanılmış, daha sonra isә müayinә zamanı onun sәrxoş olması müәyyәn edilmişdir. “Sәrxoşluq vәziyyәtinin tibbi müayinәsi haqqında” ##.##.2026-cı il tarixli, **** nömrәli aktdan görünür ki, sürücü Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ##.##.2026-cı il tarixdә, saat 00:50-dә müayinә olunmuş, alkoqol sәrxoşluq vәziyyәti aşkar edilmişdir. (0, 384 promilli). “Avtonәqliyyat vasitәsinin saxlanca qәbul edilmәsi barәdә” ## #### 2026-cı il tarixli aktından görünür ki, “Toyota Corolla” minik markalı **-BA-*** dövlәt qeydiyyat nişanlı avtomobil ## #### 2026-cı il tarixdә duracağa qәbul edilmiş, nәqliyyat vasitәsinin saxlanma sәbәbi aradan qaldırıldığından, ## #### 2026-cı il tarixdә duracaqdan buraxılmışdır. ##.##.2026-cı il tarixli Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs izahatından görünür ki, sonuncu ##.##.2026-cı il tarixdә Polad Hәşimov küçәsindә “Toyota Corolla” minik markalı **-BA-*** dövlәt qeydiyyat nişanlı avtomobili idarә edәrkәn yol polisi tәrәfindәn saxlanılmış, yoxlama zamanı nәfәsindәn spirt qoxusu gәldiyi üçün onu әvvәlcә alkotestr vasitәsilә müayinә etmiş, daha sonra isә onu hәkim müayinәsinә dәvәt etmişlәr. Hәkim tәrәfindәn müayinә olunduqdan sonra onda sәrxoşluq vәziyyәti aşkarlanmışdır. Azәrbaycan Respublikası İXM-nin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. Azәrbaycan Respublikası İXM-nin 12.1-ci maddәsinә әsasәn bu Mәcәllә ilә qorunan ictimai münasibәtlәrә qәsd edәn, hüquqazidd olan, tәqsirli sayılan (qәsdәn vә ya ehtiyatsızlıqdan törәdilәn) vә inzibati mәsuliyyәtә sәbәb olan әmәl (hәrәkәt vә ya hәrәkәtsizlik) inzibati xәta hesab olunur. Azәrbaycan Respublikası İXM-nin 13-cü maddәsinә әsasәn inzibati xәta törәtmiş şәxs öz әmәlinin (hәrәkәtinin vә ya hәrәkәtsizliyinin) hüquqazidd xarakterini dәrk etmiş, onun zәrәrli nәticәlәrini qabaqcadan görmüş vә bunları arzu etmişdirsә, yaxud belә nәticәlәrin baş vermәsinә şüurlu surәtdә yol vermişdirsә, bu xәta qәsdәn törәdilmiş xәta hesab olunur. Azәrbaycan Respublikası İXM-nin 16.1-ci maddәsnә әsasәn inzibati xәta törәdәrkәn on altı yaşı tamam olmuş fiziki şәxslәr inzibati mәsuliyyәtә cәlb olunurlar. Azәrbaycan Respublikası İXM-nin 21-ci maddәsindәn görünür ki, inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. Mәhkәmә hesab edir ki, birinci instansiya mәhkәmәsi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs әmәlini Azәrbaycan Respublikası İXM-nin 333.1-ci maddәsi ilә tövsif etmәklә әsaslı nәticәyә gәlmişdir. Apellyasiya instansiya mәhkәmәsi işin hallarını, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin ilk dәfә inzibati xәta hadisәsi törәtmәsini, sürücü işlәmәsini nәzәrә alaraq belә nәticәyә gәlir ki, inzibati xәta törәtmiş şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә maddәnin sanksiyasında nәzәrdә tutulmuş cәrimә növündә tәnbeh tәdbiri tәtbiq edilmәlidir. Azәrbaycan Respublikası İXM-nin 9.1-ci maddәsinә әsasәn inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. Azәrbaycan Respublikası İXM-nin 22-ci maddәsinә әsasәn inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. Azәrbaycan Respublikası İXM-nin 31.2-ci maddәsinә әsasәn fiziki şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, xәtanın xarkteri, inzibati xәta törәdәn şәxsin şәxsiyyәtini xarakterizә edәn hallar, onun tәqsirinin dәrәcәsi, әmlak vәziyyәti, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 333.1-ci maddәsinә әsasәn nәqliyyat vasitәsini idarә etmәk hüququ olan şәxs tәrәfindәn nәqliyyat vasitәsinin alkoqoldan istifadә olunması nәticәsindә sәrxoş vәziyyәtdә idarә edilmәsinә görә - dörd yüz manat mәblәğindә cәrimә edilir vә ya nәqliyyat vasitәsini idarә etmәk hüququ аltı аydаn bir ilәdәk müddәtә mәhdudlaşdırılır. Apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İXM-nin 333.1-ci maddәsi ilә tәtbiq edilmiş 06 (altı) ay müddәtә nәqliyyat vasitәsini idarә etmәk hüququnun mәhdudlaşdırılması inzibati tәnbehi onun şәxsiyyәtinә, törәtdiyi inzibati xәtanın xarakterinә, ailә vәziyyәtinә vә tәqsirinin dәrәcәsinә, habelә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsindә qeyd edilәn normalara uyğun gәlmir. Mәhkәmә inzibati xәta törәtmiş şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs törәtdiyi inzibati xәtanın xarakterini, mәsuliyyәtini yüngüllәşdirәn halları, mәhkәmә iclasında әmәlini etiraf edәrәk peşman olduğunu, ailәyә yeganә qazanc gәtirәn şәxs olmasını, sәhhәtini, mәsuliyyәtini ağırlaşdıran halların olmamasını nәzәrә alaraq hesab edir ki, onu qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk vә onun tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq üçün 400 (dörd yüz) manat mәblәğindә cәrimә edilmәlidir. Göstәrilәnlәri nәzәrә alaraq mәhkәmә hesab edir ki, şikayәt tәmin edilmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı dәyişdirilmәli, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 333.1-ci maddәsi ilә tәqsirli bilinәrәk, 06 ay müddәtә nәqliyyat vasitәsini idarә etmәk hüququnun mәhdudlaşdırılması növündә inzibati tәnbeh 400 (dörd yüz) manat mәblәğindә inzibati cәrimә ilә әvәz edilmәlidir. Azәrbaycan Respublikası İXM-nin 135.1.5-ci maddәsinә әsasәn tәtbiq edilmiş tәnbehin bu Mәcәllәnin 31-34-cü maddәlәrinin tәlәblәrinә uyğun olmaması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsasdır. Göstәrilәnlәri vә Azәrbaycan Respublikası İXM-nin 134.1.3-ci maddәsini rәhbәr tutaraq, mәhkәmә, QƏRARA ALDİ : Apellyasiya şikayәti tәmin edilsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikasının İXMnin 333.1-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı dәyişdirilsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәyin edilmiş 06 (altı) ay müddәtinә nәqliyyat vasitәlәrini idarә etmәk hüququnun mәhdudlaşdırılması növündә inzibati tәnbeh 400 (dörd yüz) manat mәblәğindә inzibati cәrimә ilә әvәz edilsin. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrar qәtidir, ondan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz. Hakim Məhəmmədəli Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar