Məhkəmə qərarları › İş №3(3-8)-517/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-517/2026

19.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-517/2026 19.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Əsgәrova Ruhiyyә Orucәli qızının sәdrliyi, Şükürov Cahangir Fәxrәddin oğunun katibliyi, Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs vә zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs iştirakı ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 157-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azәrbaycan Respublikası Daxili İşlәr Nazirliyi Sumqayıt şәhәr Polis İdarәsi 3-cü Polis Bölmәsi tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 157-ci maddәsi ilә tәrtib edilmiş inzibati xәta haqqında ##.##.2026-cı il tarixli, MN ******* nömrәli protokol baxılması üçün Sumqayıt Şәhәr Mәhkәmәsinә göndәrilmişdir. İnzibati xәta haqqında protokola әsasәn ##.##.2026-cı il tarixdә saat 20:00 radәlәrindә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Sumqayıt şәhәri, 41-ci mәhәllә, yataqxana 16, otaq 30 qarşısında Zәrәrçәkmiş şәxs xәsarәt yetirmişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qәrarı (hakim G.İsmayılova) ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 157-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinәrәk barәsindә 300 (üç yüz) manat mәblәğindә inzibati cәrimә tәnbeh tәdbiri tәtbiq edilmәsi qәrara alınmışdır. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs qәrardan apellyasiya şikayәti verәrәk, qәrarın lәğv edilmәsini, iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, qәrar qanunsuzdur, әsaslandıılmamışdır. Birinci instansiya mәhkәmәsi tәrәfindәn prosessual hüquq normaları vә qaydaları pozulmuşdur. O, mәhkәmә iclasına mәcburi aparılmış, iddia vә materiallarla tanış olmaq imkanı verilmәdәn tәcili qaydada mәhkәmә keçirilmişdir. Hüquqi müdafiә vә әdalәtli mәhkәmә araşdırması hüququ kobud şәkildә pozulmuşdur. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә İnzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәri ilә bağlı proses iştirakçılarının çıxışlarını dinlәyib, tәdqiq edilmiş sübutlarla bağlı birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә üzrә dәyәrlәndirmә apararaq, proses iştirakçılarının izahatını dinlәyәrәk hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn gәlinәn nәticә qanuni vә әsaslı olduğundan, apellyasiya şikayәtinin dәlillәri formal mülahizә kimi dәyәrlәndirildiyindәn, apelyasiya şikayәti tәmin edilmәmәli, qәrar dәyişdirilmәdәn saxlanılmalıdır. Apellyasiya instansiya mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. Sumqayıt Şәhәr Polis İdarәsinin 3-cü Polis Bölmәsinin sahә rәisi X3 tәrәfindәn tәrtib edilmiş ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrәli inzibati xәta haqqında protokoldan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs qızı ##.##.2026-cı il tarixdә saat 20:00 radәlәrindә Sumqayıt şәhәri, 41-ci mәhәllә, yataqxana 16, otaq 30-un qarşısında Zәrәrçәkmiş şәxs xәsarәt yetirmişdir. Nәticәdә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 157-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmişdir. Cinayәt işinin başlanmasının rәdd edilmәsi barәdә ##.##.2026-cı il tarixli qәrardan görünür ki, material üzrә cinayәt işinin başlanması rәdd edilmiş, hәmçinin qәrar Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 157-ci maddәsi ilә inzibati tәnbeh tәtbiq edilmәsi üçün Sumqayıt ŞPİ-nin 3-cü PB-yә göndәrilmişdir. Sumqayıt Şәhәr Polis İdarәsinin 3-cü Polis Bölmәsinin verdiyi raportdan görünür ki, ##.##.2026-cı il tarixdә saat 19:50 radәlәrindә Azәrbaycan Respublikası DİN-in 102 xidmәtinә Zәrәrçәkmiş şәxs ***-***-**-** saylı nömrәdәn zәng edәrәk, Reyhan adlı şәxsin onun ev ünvanına yaxınlaşıb qapısını döymәsinә vә onunla münaqişә edib onun geyim әşyalarının yararsız vәziyyәtә salmasına görә intihar edәcәyi barәdә mәlumat vermişdir. Sumqayıt Şәhәr Polis İdarәsinin 3-cü Polis Bölmәsinin verdiyi raportdan görünür ki, ##.##.2026-cı il tarixdә saat 21:15 radәlәrindә Azәrbaycan Respublikası DİN-in 102 xidmәtinә X1 ***-***-**-** saylı nömrәdәn zәng edәrәk, bacısı Reyhanın evindә kirayәdә yaşayan Şamil adlı şәxsin bacısını döymәsi barәdә mәlumat vermişdir. Mәhkәmә-tibbi ekspertizasının ##.##.2026-cı il tarixli, *** nömrәli rәyindәn görünür ki, Zәrәrçәkmiş şәxsnın bәdәni üzәrindә aşağıdakı xәsarәtlәr vardır: döş qәfәsinin ön sәthinin vә boyun nahiyyәnin sıyrıqları. Qeyd olunan xәsarәt küt әşyanın tәsirindәn yaranmışdır, müayinәdәn bir günә qәdәr әvvәl olmaqla qәrarda göstәrilәn ##.##.2026-cı il tarixdә әmәlә gәlә bilәr vә sağlamlığa zәrәrvurmayan xәsarәtlәrә aid olduğundan dәrәcәsi tәyin edilmir. Azәrbaycan Respublikası İXM-nin 157-ci maddәsinә әsasәn döymә vә sair zorakı hәrәkәtlәrlә qәsdәn fiziki ağrı yetirmәyә görә - üç yüz manatdan beş yüz manatadәk mәblәğdә cәrimә edilir vә ya işin hallarına görә, xәtanı törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla, iki ayadәk müddәtә inzibati hәbs tәtbiq olunur. Hәmin maddәnin qeyd hissәsinә görә bu maddәdә nәzәrdә tutulmuş әmәl sağlamlığa ağır, az ağır vә ya yüngül zәrәr vurmaqla törәdildikdә, Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsinin müvafiq maddәlәrinә әsasәn cinayәt mәsuliyyәtinә sәbәb olur. İnzibati Xәtalar Mәcәllәsinin 48-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan, inzibati xәta törәtmiş şәxsi aşkar etmәkdәn vә onu inzibati mәsuliyyәtә cәlb etmәkdәn, çıxarılmış qәrarın icrasını tәmin etmәkdәn, habelә inzibati xәtanın törәdilmәsinә kömәk edәn sәbәblәri vә şәraiti aşkar etmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir. İnzibati Xәtalar Mәcәllәsinin 76.1-ci maddәsinә әsasәn inzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi orqanın (qurumun) informasiya sistemindә, habelә digәr dövlәt informasiya sistemlәrindә (ehtiyatlarında) aşkar olunan mәlumatlarla, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. Bununla әlaqәdar apellyasiya instansiya mәhkәmәsi qeyd edir ki, birinci instansiya mәhkәmәsi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İХMnin 157-ci maddәsindә nәzәrdә tutulmuş inzibati хәtanı törәtmәsi barәdә qәnaәtә gәlәrkәn Azәrbaycan Respublikası İnzibati Хәtalar Mәcәllәsinin 75-85-ci maddәlәrinin tәlәblәrinә әmәl edәrәk inzibati хәta törәtmiş şәхsin ona istinad olunmuş inzibati хәtanı törәtmәsi haqda mötәbәr nәticәyә gәlmәk üçün kifayәt qәdәr sübutlar toplamış vә bu sübutların hәr birinin mәnsubiyyәti, mümkünlüyü vә mötәbәrliyi qiymәtlәndirilәrәk işin faktiki hallarına uyğun olan yekun qәrarı qәbul edilmişdir. İşin faktiki halları vә әmәlin hüquqi tövsifinә dair gәlinәn nәticә qanuni vә әsaslı olduğundan apellyasiya şikayәtinin dәlillәri әmәldә inzibati xәta tәrkibinin olmaması vә inzibati tәnbeh tәtbiq edilmәsi barәdә qәrarın lәğv edilmәsi üçün әsas ola bilmәz. Çünki zәrәrçәkmiş şәxsin izahatı ilә ekspert rәyinin müqayisәli tәhlili barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin izahatının özünü müdafiә xarakterli dәyәrlәndirilmәli olması qәnaәtini formalaşdırır. Konstitusiya Mәhkәmәsinin Plenumu, hәmçinin apellyasiya instansiyası mәhkәmәlәrinin diqqәtini ona cәlb etmәyi lazım bilir ki, onlar birinci instansiya mәhkәmәsinin faktlar nöqteyi nәzәrindәn qanuni vә әsaslı, mahiyyәt üzrә düzgün olan qәrarının yalnız formal mülahizәlәrә görә lәğv edilmәsindәn çәkinmәlidirlәr (Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2019-cu il tarixli Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 38.1 vә 430.4-cü maddәlәrinin әlaqәli şәkildә şәrh edilmәsinә dair Qәrarı). Belәliklә apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası İXM-nin 133-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar