Məhkəmə qərarları › İş №3(3-8)-518/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-518/2026

17.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-518/2026 17.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Əsgәrova Ruhiyyә Orucәli qızının sәdrliyi, Şükürov Cahangir Fәxrәddin oğunun katibliyi, Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs iştirakı ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 342.9-cu maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Qubadlı Rayon Mәhkәmәsinin *(*-***)-**/**** saylı, ## #### 2026-cı il tarixli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azәrbaycan Respublikası Daxili İşlәr Nazirliyi Qubadlı rayon rayon Polis Şöbәsi tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası İXMnin 342.9-cu maddәsi ilә tәrtib edilmiş inzibati xәta haqqında protokol baxılması üçün Qubadlı Rayon Mәhkәmәsinә göndәrilmişdir. Qubadlı Rayon Mәhkәmәsinin *(*-***)-**/**** saylı, ## #### 2026-cı il tarixli qәrarı (hakim R.Quliyev) ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 342.9-cu maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinmәsi vә onun 500 (beş yüz) manat mәblәğindә cәrimә olunması, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs idarә etdiyi nәqliyyat vasitәsinә müvafiq icazә olmadan quraşdırılmış sayrışan işıq siqnallarının müsadirә edilmәsi qәrara alınmışdır. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs qәrardan apellyasiya şikayәti verәrәk, qәrarın lәğv edilmәsini, xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, qәrarla razı deyildir. “xxxx” MMC ilә Azәrbaycan Respublikası Minatәmizlәmә Agentliyi PHŞ (ANAMA) arasında bağlanmış ****/TS-** nömrәli müqavilәyә әsasәn tәhvil verilmiş QAZ C41R13-1061 markalı BAN: X5J2790DFM0001014olan nәqliyyat vasitәsinә quraşdırılmış sayrışan işıqlar avtomobil istehsalçısı tәrәfindәn zavod şәraitindә quraşdırılmış vә nәqliyyat vasitәsi hәmin vәziyyәtdә ANAMA-ya tәhvil verilmişdir. Bu mәktubdan görünür ki, sayrışan işıqlar idarә etdiyi “QAZC41R13-1061 YÜK” markalı **-JO-*** dövlәt qeydiyyat nişanlı nәqliyyat vasitәsinә tәrәfindәn quraşdırılmamışdır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәri ilә bağlı birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә üzrә dәyәrlәndirmә apararaq hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәli, qәrar lәğv edilmәli vә iş üzrә icraata xitam verilmәlidir. Apellyasiya instansiya mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. Qubadlı RPŞ-nin İTB-nin sahә rәisi, R Ülvi Mәmmәdov tәrәfindәn tәrtib edilmiş ## ### 2026-cı il tarixli tәhvil-tәslim aktından görünür ki, “QAZ C41R13-1061 YÜK” markalı, **-JO-*** dövlәt qeydiyyat nişanlı nәqliyyat vasitәsinә mәxsus işıq siqnalı müsadirә edilmiş vә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәhvil alınmışdır. Azәrbaycan Respublikasının Minatәmizlәmә Agentliyinә ünvanlanmış sorğuya ##.##.2026-cı il tarixdә verilmiş cavab mәktubundan görünür ki, Agentliyin mülkiyyәtindә olan “QAZ C41R13-1061 YÜK” markalı, **JO*** dövlәt qeydiyyat nişanlı avtomobili xüsusi tәyinatlı nәqliyyat vasitәsi hesab olunur vә tәhlükәli yüklәrin daşınmasına dair şәhadәtnamәyә malikdir. Azәrbaycan Respublikası “Yol hәrәkәtlәri haqqında” Qanunun 1ci maddәsinin 20-ci bәndinә әsasәn operativ nәqliyyat vasitәlәri – yanğından mühafizә, polis, tәcili tibbi yardım, qәza-xilasetmә bölmәlәrinin, hәrbi avtomobil müfәttişliyinin vә feldyeger rabitәsi orqanının funksional tapşırıqlarının yerinә yetirilmәsi, minatәmizlәmә fәaliyyәti üzrә sәlahiyyәtli qurumun minatәmizlәmә әmәliyyatlarında tәcili vә tәxirәsalınmaz tәdbirlәrinin hәyata keçirilmәsi vә partlayıcı sursatların daşınması, pul mәdaxilinin inkassasiyası vә qiymәtli yüklәrin daşınması, Azәrbaycan Respublikasının ali vәzifәli şәxslәrinin mühafizәsi vәzifәlәrinin icrası, poçt rabitәsinin milli operatoruna mәxsus olan vә poçtun daşınmasında istifadә edilmәsi, prokurorluq orqanlarına mәxsus olan vә kriminalistik avadanlıqlarla tәmin edilәrәk hadisә yerindә tәxirәsalınmaz prosessual hәrәkәtlәrin yerinә yetirilmәsi, növbәtçi әmәkdaşların hadisә yerinә çatdırılması vә ya tәxirәsalınmaz әmәliyyat-axtarış tәdbirlәrinin hәyata keçirilmәsi üçün nәzәrdә tutulan, üstündә xüsusi qrafikalı rәngli sxemlәr, yazılar vә tanınma nişanları olan, xüsusi işıq vә sәs siqnalları ilә tәchiz edilmiş avtomobillәrdir. Azәrbaycan Respublikası Fövqәladә Hallar Nazirliyi tәrәfindәn verilmiş Nәqliyyat vasitәsinin tәhlükәli yüklәrin daşınmasına buraxılması haqqında şәhadәtnamәdәn görünür ki, “QAZ C41R13-1061 YÜK” markalı, **-JO-*** dövlәt qeydiyyat nişanlı avtomobili tәhlükәli yük hesab edilәn neft mәhsullarının (benzin, dizel yanacağı) daşınması üçün nәzәrdә tutulmuşdur. Azәrbaycan Respublikası DİN Baş Dövlәt Yol Polisi İdarәsinә ünvanlanmış sorğuya ##.##.2026-cı il tarixdә verilmiş cavab mәktubundan “QAZ C41R13-1061 YÜK” markalı, **-JO- *** dövlәt qeydiyyat nişanlı avtomobilin operativ nәqliyyat vasitәsi olmadığı müәyyәn edilmişdir. DVD diskdә olan videogörüntüdәn “QAZ C41R13-1061 YÜK” markalı, **-JO-*** dövlәt qeydiyyat nişanlı avtomobilin sayrışan işıq siqnallarından istifadә etdiyi müәyyәn edilmişdir. “Yol hәrәkәtlәri haqqında” Azәrbaycan Respublikası Qanunun 1-ci maddәsinin 20-ci bәndinә әsasәn operativ nәqliyyat vasitәlәri – yanğından mühafizә, polis, tәcili tibbi yardım, qәza-xilasetmә bölmәlәrinin, hәrbi avtomobil müfәttişliyinin vә feldyeger rabitәsi orqanının funksional tapşırıqlarının yerinә yetirilmәsi, minatәmizlәmә fәaliyyәti üzrә sәlahiyyәtli qurumun minatәmizlәmә әmәliyyatlarında tәcili vә tәxirәsalınmaz tәdbirlәrinin hәyata keçirilmәsi vә partlayıcı sursatların daşınması, pul mәdaxilinin inkassasiyası vә qiymәtli yüklәrin daşınması, Azәrbaycan Respublikasının ali vәzifәli şәxslәrinin mühafizәsi vәzifәlәrinin icrası, poçt rabitәsinin milli operatoruna mәxsus olan vә poçtun daşınmasında istifadә edilmәsi, prokurorluq orqanlarına mәxsus olan vә kriminalistik avadanlıqlarla tәmin edilәrәk hadisә yerindә tәxirәsalınmaz prosessual hәrәkәtlәrin yerinә yetirilmәsi, növbәtçi әmәkdaşların hadisә yerinә çatdırılması vә ya tәxirәsalınmaz әmәliyyat-axtarış tәdbirlәrinin hәyata keçirilmәsi üçün nәzәrdә tutulan, üstündә xüsusi qrafikalı rәngli sxemlәr, yazılar vә tanınma nişanları olan, xüsusi işıq vә sәs siqnalları ilә tәchiz edilmiş avtomobillәrdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 342.9-cu maddәsinә әsasәn nәqliyyat vasitәlәrinin müvafiq icazә olmadan xüsusi (çoxavazlı) sәs vә ya sayrışan işıq siqnalları vә ya operativ nәqliyyat vasitәlәri üçün müәyyәn edilmiş rәnglәnmә sxemlәri, yazılar vә tanınma nişanları ilә tәchiz edilmәsinә, yaxud nәqliyyat vasitәsinin dövlәt qeydiyyat nişanının görünüşünü çәtinlәşdirәn örtüklәrdәn vә ya qurğulardan, nәqliyyat vasitәsinin sürәtini ölçmәyә maneçilik törәdәn vә ya ölçmә cihazlarının işinә mane olan antiradar vә digәr texniki vasitәlәrdәn, yaxud әhalinin dincliyini nümayişkaranә şәkildә pozan sәs siqnallarından istifadә edilmәsi inzibati mәsuliyyәtә sәbәb olur. İnzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan, inzibati xәta törәtmiş şәxsi aşkar etmәkdәn vә onu inzibati mәsuliyyәtә cәlb etmәkdәn, çıxarılmış qәrarın icrasını tәmin etmәkdәn, habelә inzibati xәtanın törәdilmәsinә kömәk edәn sәbәblәri vә şәraiti aşkar etmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir (İnzibati Xәtalar Mәcәllәsinin 48-ci maddәsi). İnzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir (İXM-nin 76.1-ci maddәsi). İnzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. Bununla әlaqәdar qeyd edilmәlidir ki, istinad edilәn maddә üzrә mәsuliyyәtin yaranmasından ötrü hәmin maddәdә göstәrilәn dispozitiv şәrtlәri ehtiva edәn hәr hansı bir hәrәkәt edilmәlidir. Belә ki, nәqliyyat vasitәlәri müvafiq icazә olmadan xüsusi (çoxavazlı) sәs vә ya sayrışan işıq siqnalları vә ya operativ nәqliyyat vasitәlәri üçün müәyyәn edilmiş rәnglәnmә sxemlәri, yazılar vә tanınma nişanları ilә tәchiz edilmәli, yaxud nәqliyyat vasitәsinin dövlәt qeydiyyat nişanının görünüşünü çәtinlәşdirәn örtüklәrdәn vә ya qurğulardan, nәqliyyat vasitәsinin sürәtini ölçmәyә maneçilik törәdәn vә ya ölçmә cihazlarının işinә mane olan antiradar vә digәr texniki vasitәlәrdәn, yaxud әhalinin dincliyini nümayişkaranә şәkildә pozan sәs siqnallarından istifadә edilmәlidir. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә inzibati xәta haqqında protokol ona görә tәrtib edilmişdir ki, istifadәsindә olan nәqliyyat vasitәsi operativ nәqliyyat vasitәsinә mәxsus işıq siqnallarından istifadә edilmişdir. Minatәmizlәmә fәaliyyәti üzrә sәlahiyyәtli qurumun minatәmizlәmә әmәliyyatlarında tәcili vә tәxirәsalınmaz tәdbirlәrinin hәyata keçirilmәsi vә partlayıcı sursatların daşınması üçün nәzәrdә tutulan, üstündә xüsusi qrafikalı rәngli sxemlәr, yazılar vә tanınma nişanları olan, xüsusi işıq vә sәs siqnalları ilә tәchiz edilmiş avtomobillәr operativ nәqliyyat vasitәsi hesab edilir. İnzibati xәta haqqında protokol tәrtib edilәn “QAZ C41R13-1061 YÜK” markalı, **-JO-*** dövlәt qeydiyyat nişanlı avtomobil Azәrbaycan Respublikasının Minatәmizlәmә Agentliyinin mülkiyyәtindә olmaqla “xüsusi tәyinatlı nәqliyyat vasitәsi”dir. Xüsusi tәyinatlı nәqliyyat vasitәsi olması onu ehtiva edir ki, minatәmizlәmә fәaliyyәti üzrә sәlahiyyәtli qurumun minatәmizlәmә әmәliyyatlarında tәcili vә tәxirәsalınmaz tәdbirlәrinin hәyata keçirilmәsi vә partlayıcı sursatların daşınmasını tәmin edir. Belә ki, minatәmizlәmә әmәliyyatlarında avtomobillәrin fәaliyyәtinin fasilәsizliyinin tәmin edilmәsindәn ötrü qeyd edilәn nәqliyyat vasitәsi onları yanacaqla tәmin edir. Mәhz bunun nәticәsidir ki, hәmin nәqliyyat vasitәsi Azәrbaycan Respublikasının Minatәmizlәmә Agentliyinin mülkiyyәtinә verilәrkәn sayrışan işıqlar avtomobil istehsalçısı tәrәfindәn zavod şәraitindә quraşdırılmaqla tәhvil verilmişdir. Bu isә әmәldә inzibati xәta üzrә tәqsirin olması qәnaәtinә gәlinmәsini mümkünsüz edir. Birinci instansiya mәhkәmәsi Minatәmizlәmә Agentliyi tәrәfindәn verilәn mәktubda göstәrilәn nәqliyyat vasitәsinin xüsusi sayrışan işıq siqnallarından istifadә etmәsinә dair icazәnin olması qeyd edilmәdiyinә istinad etsә dә, sübutlar üzrә dәyәrlәndirmә apararkәn hәmin nәqliyyat vasitәsinin üzәrinә sayrışan işıqların zavod şәraitindә quraşdırılmasını vә avtomobilin istifadә tәyinatını nәzәrә almamışdır. Bununla da gәldiyi nәticә işin faktiki halları ilә tәrs mütәnasiblik tәşkil etmәklә maddi hüquq normasını sәhv tәfsir etmәklә tәtbiq etmişdir. İnzibati Xәtalar Mәcәllәsinin 53.1.2-ci maddәsinә görә inzibati xәta tәrkibi olmadıqda inzibati xәtalar haqqında işlәr üzrә icraat başlanıla bilmәz, başlanmış icraata isә xitam verilir. İnzibati Xәtalar Mәcәllәsinin 135.1.5-1-ci maddәsinә әsasәn bu Mәcәllәnin 53-cü maddәsindә nәzәrdә tutulmuş halların müәyyәn olunması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsasdır. İnzibati Xәtalar Mәcәllәsinin 134.1.3-cü maddәsinә görә inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq bu Mәcәllәnin 135.1.5-1-ci maddәsindә nәzәrdә tutulduğu hallarda qәrarı lәğv edәrәk inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi haqqında qәbul edilir. Belәliklә apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәli, Qubadlı Rayon Mәhkәmәsinin *(*-***)-**/**** saylı, ## #### 2026-cı il tarixli qәrarı lәğv edilmәli, inzibati xәtaya dair iş üzrә icraata Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs әmәlindә inzibati xәta tәrkibi olmaması әsası ilә xitam verilmәlidir. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası İXM-nin 133-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilsin. Qubadlı Rayon Mәhkәmәsinin *(*-***)-**/**** saylı, ## #### 2026-cı il tarixli qәrarı lәğv edilsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası İXM-nin 342.9-cu maddәsi ilә başlanmış inzibati xәta haqqında iş üzrә icraata Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs әmәlindә inzibati xәta tәrkibi olmaması әsası ilә xitam verilsin. Qәrar elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar