Məhkəmə qərarları › İş №3(3-8)-519/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-519/2026

26.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-519/2026 26.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimi Mәmmәdov Elçin Qüdrәt oğlunun sәdrliyi, mәhkәmә iclas katibi X10 katibliyilә, Azәrbaycan Respublikası Baş Prokurorluğunun Cinayәt Tәqibindәn kәnar İcraatlar İdarәsinin böyük prokuroru X13, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs «X1 and Distribution» MMCnin nümayәndәsi barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 iştirakları ilә, «X1 and Distribution» MMC-nin Azәrbaycan Respublikası İXM-nin 192.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinmәsinә dair Quba Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarından «X1 and Distribution» MMC-nin nümayәndәsi barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla keçirilәn açıq mәhkәmә iclasında baxaraq, Müəyyən etdi: Protokol tәrtib edәn orqanlar tәrәfindәn «X1 and Distribution» MMC-nin barәsindә Azәrbaycan Respublikasının İXM-nin 192.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәta haqqında iş üzrә icraatın başlanması barәdә ##.##.2026-cı il tarixli qәrar qәbul edilmişdir. Qәrar vә ona әlavә edilmiş sәnәdlәr baxılması üçün Quba Rayon Mәhkәmәsinә göndәrilmişdir. Quba Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı ilә «X1 and Distribution» MMC Azәrbaycan Respublikası İXM-nin 192.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәrәk, 20000 (iyirmi min) manat mәblәğindә cәrimә edilmişdir. (Hakim Günel Kamilli) Birinci instansiya mәhkәmәsinin qәrarından narazı qalan «X1 and Distribution» MMC-nin nümayәndәsi apellyasiya şikayәti verәrәk, birinci instansiya mәhkәmәsinin mübahisәlәndirilәn qәrarının lәğv edilmәsi vә iş üzrә icraata xitam verilmәsini, bu mümkün olmadığı tәqdirdә isә işin yenidәn şikayәtdә göstәrilәn bütün sübutların hәrtәrәfli araşdırılması şәrti ilә, birinci instansiya mәhkәmәsinә göndәrilmәsi haqqında qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, birinci instansiya mәhkәmәsinin qәrarı hәm prosessual, hәm dә maddi-hüquqi normaları baxımından qanunsuz vә әsassız olmaqla, İXM-nin 76.1 vә 84.1-ci maddәlәrinin tәlәb etdiyi kimi bütün sübutların hәrtәrәfli, tam vә obyektiv qiymәtlәndirilmәsi әsasında qәbul edilmәmişdir. Belә ki, iş materiallarına 25 fevral tarixli video/sәs yazısı tәqdim edilmişdir ki, bu yazıda X5 bilavasitә etiraf edir ki, o, "xxxx" şirkәtindә heç vaxt işlәmәmişdir vә müştәrilәr şirkәtin adını tanıdığı üçün, sadәcә, bu addan rahat istifadә üçün istifadә etmişdir. Bu sübut qәrarın tәsviri hissәsindә qeyd olunsa da ("Hәmin sәs yazısı mәhkәmәyә tәqdim eilmişdir"), qәrarın әsaslandırıcı hissәsindә mәhkәmә bu sübutu qiymәtlәndirmәmiş, ona istinad etmәmiş vә nә üçün rәdd etdiyini әsaslandırmamışdır. Hesab edir ki, bu hal İXM-nin 76.1 vә 84.1-ci maddәlәrinin — bütün faktik mәlumatların hәrtәrәfli araşdırılması tәlәbinin — açıq pozuntusudur. Hәmçinin ##.##.2026-cı il tarixli mәhkәmә iclasında telefon vasitәsilә әlaqә saxlanılan X5 özü 2 sәnәd tәqdim etmişdir. Onlardan biri "xxxx" fakturası, digәri isә 2025-ci ilin iyul ayına aid "xxxx" adına olan sәnәddir. Bu sәnәdlәr onun "xxxx"-da işlәdiyi barәdә ifadәsi ilә ziddiyyәt tәşkil edir vә әksinә, şirkәtin ardıcıl mövqeyini, yәni Rәşidin fәaliyyәtinin, әgәr mövcud idisә belә, әsasәn borc yığımı ilә bağlı olduğunu vә rәsmi әmәk münasibәtlәrinin olmadığını tәsdiqlәyir. Bununla belә qәrarda bu faktın araşdırılmasına dair heç bir mülahizә yer almamışdır. Hәmçinin distributor fәaliyyәti göstәrәn bir şirkәtdә hәr bir satış әmәliyyatı mütlәq şәkildә rәsmi sәnәdlәrlә (faktura, tәhvil-tәslim aktı, kassa sәnәdi) rәsmilәşdirilir. İddia edilәn 3 aylıq fәaliyyәt dövründә (iyun-avqust 2025) gündәlik orta hesabla azı 5 satışın baş vermәsi vә ümumilikdә tәxminәn 4500 sәnәdin mövcud olması gözlәnilirdi. Rәşid Hәsәnovdan dәfәlәrlә hәm prokurorluqda, hәm dә mәhkәmә iclaslarında bu fәaliyyәti tәsdiq edәn sәnәdlәrin tәqdim olunması tәlәb edilmişdir. O, bu minlәrlә sәnәddәn yalnız bir әdәd faktura tәqdim edә bilmişdir vә hәmin faktura da "X1 and Distribution" MMC-nin deyil, başqa bir şirkәtin adına tәrtib olunmuşdur. Hesab edir ki, bu fakt araşdırmanın obyektivliyinә ciddi şübhә yaradır vә qәrarda lazımi qiymәtini almamışdır. Hәmçinin "Əmәk müqavilәsi mәlumatları" bölmәsinә keçirilmiş baxış zamanı rәsmi qaydada müәyyәn edilmişdir ki: X9 "X1 and Distribution" MMC ilә bağlanmış әmәk müqavilәsinә ##.##.2025-ci il tarixdә artıq xitam verilmişdir; X5 isә "X1 and Distribution" MMC ilә ümumiyyәtlә heç bir әmәk müqavilәsi mövcud olmamışdır. Bu rәsmi dövlәt sisteminin mәlumatları WhatsApp yazışmaları vә ya şifahi izahatlardan fәrqli olaraq obyektiv vә tәkzibedilmәz sübutdur, lakin qәrarda bu mәlumatlara qarşı, әsaslandırılmamış şәkildә, iddiaçıların şәxsi izahatlarına üstünlük verilmişdir. X11 tәrәfindәn tәqdim edilәn sübutlar iki WhatsApp yazışmasından ibarәtdir (##.##.2025 vә ##.##.2025 tarixli). İyun ayına aid yazışma sırf texniki xarakter daşıyır (anbar hesabatının hazırlanması ilә bağlı sorğu). Avqust ayına aid yazışma isә ##.##.2025-ci il tarixli anbar sayımı zamanı aşkarlanmış 6 700 AZN mәblәğindә kәsrlә bağlıdır. Hesab edir ki, bu әmәk münasibәtinin sübutu deyil, әksinә Kazımovanın maddi mәsuliyyәt daşıdığı mübahisәli mәsәlәnin davamıdır. ## ###### 2025-ci il tarixdә aparılmış tәkrar sayım eyni kәsri yenidәn tәsdiqlәmişdir. Bu kontekst nәzәrә alınmadan yazışmalar әmәk münasibәtinin sübutu kimi qәbul edilmәsi mәntiqi әsasa malik deyildir. Hәmçinin hazırda әmәk münasibәtlәri, o cümlәdәn işә qәbul vә işdәn azad olunma, tam rәqәmsallaşdırılmış qaydada hәyata keçirilir vә SİMA platforması, myGov sistemi vә elektron poçt vasitәsilә avtomatik bildirişlәr göndәrilir. Kazımova Sәidәnin müasir mobil telefondan fәal istifadә etdiyi onun öz WhatsApp yazışmalarından da aydın görünür. Hesab edir ki, bu şәraitdә onun әmәk müqavilәsinә xitam verildiyini 5-6 ay sonra öyrәnmәsi iddiası texniki baxımdan inandırıcı deyil vә onun öz bәyan etdiyi tarixlәrlә (әn çoxu 3 ay) dә üst-üstә düşmür vә bu ziddiyyәt qәrarda kifayәt qәdәr tәnqidi qiymәtlәndirilmәmişdir X12 tәrәfindәn "işçilәrin iş başında olduğunu" göstәrmәk mәqsәdilә tәqdim edilmiş fotoşәkillәr әslindә şirkәtә borclu olan Müşfiq Əliyev vә Mәtanәt Mәmmәdova tәrәfindәn borcun qismәn qaytarılması zamanı, üçüncü tәrәf anbarında çәkilmişdir vә "X1 and Distribution" MMCyә mәxsus anbarla heç bir әlaqәsi yoxdur. Hesab edir ki, bu şәkillәrin әmәk fәaliyyәtinin sübutu kimi şәrh olunması faktiki әsasa söykәnmir X14 üçtәrәfli borc müqavilәsini bilәrәkdәn imzalamaqdan boyun qaçırması, digәr әmәkdaşların isә eyni xarakterli öhdәliklәri şәxsәn imzalaması ilә kәskin ziddiyyәt tәşkil edir. Hesab edir ki, yuxarıda göstәrilәn hallar bir araya gәtirildikdә aydın olur ki, X9 vә X5 "X1 and Distribution" MMC ilә әmәk münasibәtlәrinin iddia edilәn dövrlәrdә mövcud olması yalnız tәrәflәrin öz izahatlarına vә qismәn, kontekstdәn çıxarılmış WhatsApp yazışmalarına әsaslanır vә bu zaman rәsmi dövlәt sistemlәrinin mәlumatları (Elektron İnformasiya Sistemi, Vergi Xidmәti arayışı), Rәşid Hәsәnovun öz audio-etirafı vә özünün tәqdim etdiyi ziddiyyәtli sәnәdlәr, habelә bir tәrәfli imzalanmış tәhvil-tәslim aktının hüquqi qüsuru kifayәt qәdәr araşdırılmamış vә qiymәtlәndirilmәmişdir. Bu, İXM-nin 76.1 vә 84.1-ci maddәlәrinin tәlәb etdiyi hәrtәrәfli, tam vә obyektiv araşdırma prinsipinin pozulmasıdır Prosessual məsələlər: Mәhkәmә iclasında iştirak edәn barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 apellyasiya şikayәtinin dәlillәrinә uyğun çıxış edәrәk şikayәtinin tәmin edilmәsini, Quba Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qәrarının lәğv edilәrәk iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Mәhkәmә iclasında iştirak edәn X13 apellyasiya şikayәtinin dәlillәrinә etiraz edәrәk şikayәtin tәmin edilmәmәsini, Quba Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qәrarının dәyişdirilmәdәn saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. İXM-nin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı işdә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. İnzibati xәtaya dair işin materiallarını araşdırıb, proses iştirakçılarını dinlәyib, şikayәtin dәlillәrini iş materialları ilә müqayisәli şәkildә tәdqiq edәrәk hesab edir ki, aşağıda qeyd olunanlara görә apellyasiya şikayәti tәmin edilmәmәli, iş üzrә Quba Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, iş materiallarında olan barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 26.12.205-ci il tarixli izahatından görünür ki, o, 2023-cü ilin dekabr ayından hәmin MMC-dә icraçı direktor vәzifәsindә işlәyir. "xxxx" MMC 2023-cü ilin sentyabr ayında tәsis edilmişdir. Hәmin MMC-in baş direktoru Elfad Əhmәdovdur. Onun vәzifәsi satışın idarә olunmasından, işin gedişinә nәzarәtdәn ibarәtdir. İşçilәrin işә qәbulu vә işdәn azad edilmәsi isә Elfad Hüseynovun sәlahiyyәtindәdir. İşçilәri faktiki olaraq işә qәbul edәn isә regionların filial üzrә rәhbәrlәri olur. Əmәk müqavilәsi isә Elfad müәllim tәrәfindәn bağlanır. "xxxx" şirkәti regionlar üzrә qida vә qeyriqida mәhsullarının satışını hәyata keçirir. Rәşid Hәsәnovu tanıyır. Gәncә şәhәr әrazisindә mağazalardan borcları toplamaq lazım olmuş, X6 vasitәsilә tanımışdır. O vә Elfad müәllim dә razılıq verdikdәn sonra Gәncә şәhәri әrazisi üzrә satış nümayәndәsi X7 Hәsәnovla 15000 manat borcun tәhvil-tәslimini hәyata keçirmişlәr. Hәmin vaxt Rәşidә 2025-ci ilin sonunadәk borcun toplanması tapşırılmışdır. Bundan sonra satış mәntәqәlәri ilә әlaqә yaradılan zaman mәlum olmuşdur ki, Rәşid 2000 manat mәblәğindә borcu toplamış, lakin kassaya mәdaxil etmәmişdir. 13000 manat pul isә әrazilәrdә qalmışdır. Rәşidlә nә "xxxx" MMC, nә dә "xxxx" MMC arasında әmәk müqavilәsi bağlanmamışdır. Çünki hәmin şәxs sadәcә borcu tәhvil alan olmuşdur. Borc tәhvili ilә әlaqәdar әmәk müqavilәsi bağlanmasına ehtiyac duyulmamışdır. X9 2023-cü ilin noyabr ayından "xxxx" MMC-dә mühasib-kassir vәzifәsindә işlәmişdir. Sәidә Kazımova satış üzrә daxil olan ödәmәlәri qәbul edir, qeydiyyatını aparır vә xәrclәrә nәzarәt etmişdir. Sәidә Kazımova ilә olan әmәk müqavilәsinә 2025-ci ilin aprel ayınada xitam verilmişdir. Bundan sonra sonuncu heç vaxt "xxxx" MMC-dә işlәmәmişdir. Bundan başqa Sәidә xanım Gәncә anbarına nәzarәt etmişdir. Hәmin şәxsin nәzarәt etdiyi sahәlәrdә dә müәyyәn kәsrlәr aşkar edilmişdir. İş materiallarında olan X9 ##.##.2025-ci il tarixli izahatından görünür ki, 0, 2023-cü il tarixdәn mәrkәzi Bakı şәhәrindә yerlәşәn “xxxx” MMC-nin Yeni Gәncә qәsәbәsindә yerlәşәn Gәncә filialında mühasib-operator kimi işlәmişdir. Vәzifәsi fakturaları, qaimәlәri toplamaq, kassaya pulun qәbulu vә nәzarәt işlәrini hәyata keçirmәkdәn ibarәt olmuşdur. O әmәk müqavilәsi әsasında qәbul edilmişdir. O 5-6 ay әvvәl bilmişdir ki, әmәk müqavilәsinә xitam verilmişdir. Xitamdan sonra 2025-ci ilin ## #### tarixinәdәk işlәmәyinә baxmayaraq onunla әmәk müqavilәsi bağlanmamışdır. Əmәk fәaliyyәtinә MMC-nin icraçı direktoru barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 nәzarәt etmişdir. Hәmin şәxs әmәk haqlarının verilmәsi mәsәlәsinә dә baxmışdır. Ona aylıq әmәk haqqı 2025-ci il aprel ayınadәk kartla verilmişdir. Aprel ayından isә әmәk haqqını Rüfәt müәllimin tapşırığı ilә kassadan götürmüşdür. Xәrclәrin tәyinatına Rüfәt müәllim qәrar vermişdir. Demәk olar ki, ona may ayından әmәk haqq verilmir. Bu günәdәk ümumilikdә 4031 manat әmәk haqqı vә mәzuniyyәt pulu ona ödәnilmәmişdir. Bundan başqa anbara nәzarәt dә mart, aprel aylarında ona verilmişdir. Daha sonra anbarı Rüfәt müәllimin tapşırığı ilә Vüqar adlı anbardara tәhvil vermişdir. MMC-nin rәhbәri Elfad adlı şәxsdir. Hәmin şәxsi heç vaxt görmәmişdir. Sanki onun әvәzindәn işlәri Rüfәt aparır. O 2025-ci ilin iyulun sonunda artıq әmәk haqları tam ödәnilmәdiyi üçün tәngә gәlib işdәn ayrılmışdır. İş materiallarında olan X5 ##.##.2025-ci il tarixli izahatından görünür ki, 2025-ci ilin mart ayından mәrkәzi Bakı şәhәrindә yerlәşәn “xxxx” MMC-nin Yeni Gәncә qәsәbәsindә yerlәşәn Gәncә filialında satış tәmsilçisi kimi işlәmişdir. Vәzifәsi MMC-nin qida, qeyri qida vә spitrli içkilәrinin Gәncә şәhәri, Dәlimәmmәdli, Samux, Göygöl әrazisindә satışını hәyata keçirmәkdәn ibarәt olmuşdur. Tanışı Müşfiq icraçı direktor barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 ilә danışdıqdan sonra hәmin şәxsin razılığı ilә o işә başlamışdır. Rüfәt müәllim arabir Gәncәyә gәlib fәaliyyәtә nәzarәt etmişdir. Hәmin şәxs işә qәbul, satış vә s. işlәrә nәzarәti aparmışdır. MMC-nin rәhbәri Elfad adlı şәxsdir. Hәmin şәxsi heç vaxt görmәmişdir. Sanki onun әvәzindәn işlәri Rüfәt aparmışdır. İşә qәbul olan zaman Rüfәt müәllimә onunla әmәk müqavilәsi bağlanacağını soruşduqda, hәmin şәxs yaxın tarixdә әmәk müqavilәsi bağlanacağını, әmәk haqqını kart vasitәsilә alacağını demişdir. Lakin buna baxmayaraq 2025-ci ilin mart ayından 2025-ci ilin ## ######## tarixinәdәk satış tәmçsilçisi kimi işlәsә dә, ona heç vaxt tam әmәk haqqı verilmәmiş vә onunla әmәk müqavilәsi bağlanmamışdır. İş materiallarında olan ##.##.2025-ci il tarixdә “X1 and Distribution” MMC ilә “xxxx” MMC arasında bağlanmış borc müqavilәsinә әsasәn Borc verәn Borc alana olan borcunu Gәncә, Tovuz, Şәmkir, Qazax, Ağstafa әrazilәrinә satmış olduğu mallara әsasәn уaranan debitorla borcu qaytarır. Debitordan qayıdan geri qaytarmalar cәmlәnib hesablanır, vaxtı keçmiş geri qaytarmalar borc alanın borcundan çıxılmır. xxxx Trade and Distribution şirkәtinә borcu olan әmәkdaşların 57 766 AZN borcu qaytarması ilә borc alınır. X8 27532, X21 - 11846 AZN, X4 - 14388 AZN. Müqavilәnin 3.2.3-cü bәndinә әsasәn X2 әmәkdaşların Borclarını ##.##.2025-ci il tarixinә qәdәr qaytara bilmәdikdә bu tarixdәn sonra borcunu Borc verәndәn nağd şәkildә tәlәb etmәk hüququna malikdir. İş materiallarında olan “xxxx” MMC-nin adından tәrtib edilmiş ## ##### 2025-ci il tarixli tәhvil-tәslim aktına әsasәn borc mәblәğlәri Elşәn Rüstәmov tәrәfindәn Rәşid Hәsәnova tәhvil verilmişdir. İş materiallarında olan Azәrbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlәt Vergi Xidmәt * saylı Ərazi Vergilәr İdarәsinin ##.##.2026-cı il tarixli mәktubuna әsasәn “X1 and Distribution” MMC ** saylı Ərazi Vergilәr İdarәsindә vergi ödәyicisi kimi uçotdadır. İş materiallarında olan Dövlәt Vergi Xidmәtinin arayışına әsasәn “X1 and Distribution” MMC ##.##.2025-ci il tarixdә vergi ödәyicisi fәaliyyәtini dayandırmışdır. İş materiallarında olan ##.##.2025-ci il tarixli, ##/##/2025 saylı әmәk müqavilәsinә xitam verilmәsi barәdә әmrinә әsasәn X9 әmәk müqavilәsinә xitam verilmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli ****** saylı qaimәyә әsasәn qaimәdә operator qrafasında Kazımova Sәidәnin adı qeyd edilmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli kassa mәxaric orderinә әsasәn görünür ki, Kazımova Sәidәyә 321 manat әmәk haqqı ödәnilmişdir. İş materiallarında olan Protokol tәrtib edәn orqanlar ##.##.2026-cı il tarixli cinayәt işinin başlanmasının rәdd edilmәsi haqqında qәrarına әsasәn Hüquqi şәxs "X1 and Distribution" MMC (VÖEN:********** ) barәsindә Azәrbaycan Respublikası İXM-in 192.1-ci maddәsi ilә inzibati xәta haqqında iş üzrә icraat başlanması, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsә Azәrbaycan Respublikasının İXM-in 61-ci maddәsindә nәzәrdә tutulmuş hüquq vә vәzifәlәri izah edilmәsi, qәrar vә toplanmış material şәxsin barәsindә inzibati tәnbeh tәdbirinin tәtbiq edilmәsi mәqsәdilә baxılması üçün Quba rayon mәhkәmәsinә göndәrilmәsi qәrara alınmışdır. İş materiallarında olan “X1 and X18 tәrәfindәn tәrtib edilmiş ## ##### 2025-ci il tarixli satış sifariş qaimәsinә әsasәn satış tәmsilçisi qismindә X5 çıxış etmәklә mallar sürücü tәrәfindәn tәhvil verilmiş vә müştәri tәrәfindәn tәhvil alınmışdır. İş materiallarında olan ## ###### 2025-ci il tarixli, ******** nömrәli anbar sayım aktına әsasәn “xxxx Trade and Distribution” MMC-nin mühasib operatoru X9 tәhkim edilmiş anbar qalıqlarının tәhvil tәslimi işlәrinin aparılması barәdә sayım sәnәdi tәrtib edilmişdir. İş materiallarında olan MN ******* saylı, ##.##.2026-cı il tarixli qәrara әsasәn “X1 and Distribution” MMC-nin icraçı direktoru barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 192.1-ci maddәsi ilә tәqsirli bilinib 4000 manat mәblәğindә cәrimә edilmişdir. İş materiallarında olan “X3 Filialı tәrәfindәn tәrtib edilmiş ## #### 2025-ci il tarixli satış sifariş qaimәsindәn görünür ki, qaimәdә operator olaraq Kazımova Sәidәnin adı qeyd edilmişdir. İXM-nin 76.1-ci maddәsinә әsasәn inzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi orqanın (qurumun) informasiya sistemindә, habelә digәr dövlәt informasiya sistemlәrindә (ehtiyatlarında) aşkar olunan mәlumatlarla, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. Azәrbaycan Respublikası İXM-nin 192.1-ci maddәsi ilә Azәrbaycan Respublikasının Əmәk Mәcәllәsindә nәzәrdә tutulmuş qaydada әmәk müqavilәsi (kontraktı) hüquqi qüvvәyә minmәdәn işәgötürәn tәrәfindәn fiziki şәxslәri hәr hansı işlәrin (xidmәtlәrin) yerinә yetirilmәsinә cәlb edilmәsinә görә mәsuliyyәt nәzәrdә tutulmuşdur. Azәrbaycan Respublikası Əmәk Mәcәllәsinin 49.1-ci maddәsinә әsasәn bu maddәnin 2ci vә 3-cü hissәlәri ilә müәyyәn edilmiş hallar istisna olmaqla, әmәk müqavilәsi vә ya ona dәyişiklik tәrәflәrin güclәndirilmiş elektron imzası ilә imzalandıqda, son imzalanma tarixindәn әmәk müqavilәsi bağlanılmış vә ya ona dәyişiklik edilmiş hesab olunur vә hüquqi qüvvәyә minir. Belәliklә, “X1 and Distribution” MMC tәrәfindәn İXM-nin 192.1-ci maddәsindә nәzәrdә tutulan inzibati xәtanın törәdilmәsi işdә olan sübutlarla tәsdiq edilir. Belә ki, yuxarıda qeyd edilәn X9, X5, barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 Xaliq oğlunun izahatları, X9 ##.##.2025-ci il tarixli, ##/##/2025 saylı әmәk müqavilәsinә xitam verilmәsi barәdә әmr, Dövlәt Vergi Xidmәt * saylı Ərazi Vergilәr İdarәsinin ##.##.2026-cı il tarixli mәktubu, ##.##.2025-ci il tarixli tәhvil-tәslim aktı, ##.##.2025-ci il tarixli ****** saylı qaimә, ##.##.2025-ci il tarixli kassa mәxaric orderi, sms mәlumatları, kassa hesabat sәnәdlәri ilә әmәk müqavilәsi hüquqi qüvvәyә minmәdәn “X1 and Distribution” MMC tәrәfindәn X9 vә X5 işlәrin (xidmәtlәrin) yerinә yetirilmәsinә cәlb edilmәsi sübuta yetirilir. Bununla әlaqәdar mәhkәmә hesab edir ki, “X1 and Distribution” MMC tәrәfindәn Azәrbaycan Respublikası İXM-nin 192.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsi barәdә birinci instansiya mәhkәmәsinin qәnaәti әsaslı olmuşdur. “X1 and Distribution” MMC-nin nümayәndәsi tәrәfindәn verilәn apellyasiya şikayәtinin onun әmәlindә inzibati xәta tәrkibi olmadığına görә inzibati iş üzrә icraata xitam verilmәsi vә ya işin yenidәn şikayәtdә göstәrilәn bütün sübutların hәrtәrәfli araşdırılması şәrti ilә birinci instansiya mәhkәmәsinә qaytarılmasına dair dәlillәri әsassızdır. Apellyasiya şikayәtindә göstәrilәn dәlillәr “X1 and Distribution” MMC-nin müdafiәsi üçün qeyd edilmiş dәlillәrdir. Hәmin dәlillәr cәmiyyәti mәsuliyyәtdәn yayındırmaq mәqsәdi güdür vә işin faktiki hallarını әks etdirmir. Belә ki, Sәidә Kazımova ilә hüquqi şәxsin nümayәndәsi arasında ## ###### 2025-ci il tarixli “Whatsap” platforması üzәrindәn aparılan danışıqlarda sonuncu, “mart ayından bu günә qәdәr, yәni avqust ayına qәdәr anbara daxil olan vә çıxan mallar” barәdә hesabat hazırlanmasını xahiş etmişdir. Əlavә olaraq ## ###### 2025-ci il tarixli yazışmada Sәidә Kazımova tәrәfindәn әmәk haqqının verilmәsi ilә bağlı hüquqi şәxsin nümayәndәsinә müraciәt edilmiş, sonuncu isә anbardan oğurlanmış malların yerini deyәndәn sonra әmәk haqqı mәsәlәsinin öz hәllini tapacağını bildirmişdir. Hәmçinin Dövlәt Vergi Xidmәtinin arayışından görünür ki, “X1 and Distribution” MMC-nin hәqiqәtәn dә ##.##.2025-ci il tarixdә fәaliyyәtini dayandırmış, lakin iş materiallarına әlavә edilmiş kassa hesabat sәnәdlәrindәn görünür ki, ##.##.2025-ci il tarixdәn sonrakı dövrlәrdә dә hüquqi şәxsin adından kassa hesabat sәnәdlәri tәrtib edilmişdir. Apellyasiya mәhkәmәsi X5 cәmiyәtin işçisi olmamasına dair apellyasiya şikayәtinin dәlillәrinә münasibәtdә qeyd edir ki, “X1 and X18” tәrәfindәn tәrtib edilmiş ## ##### 2025-ci il tarixdә satış sifariş qaimәsindә satış tәmsilçisi olaraq X5 adı qeyd edilmәsi, 22-##.##.2025-ci il tarixli kassa hesabatı ekspeditor mәdaxil qәbzlәrindә dә X5 adı qeyd edilmәsi, bundan әlavә borc mәblәğlәrinin Rәşid Hәsәnov tәrәfindәn tәhvil alınması barәdә “xxxx” MMC tәrәfindәn tәrtib edilmiş tәhvil-tәslim aktlarının da mövcudluğu, hәmçinin birinci instansiya mәhkәmәsinin iclasında mobil telefon vasitәsilә әlaqә saxlanılmış Rәşid Hәsәnovun özünün dә qeyd edilәnlәri tәsdiq etmәsi “X1 and Distribution” MMC tәrәfindәn әmәk müqavilәsi hüquqi qüvvәyә minmәdәn X5 işlәrin (xidmәtlәrin) yerinә yetirilmәsinә cәlb edilmәsi sübuta edir. “X1 and Distribution” MMC barәsindә tәtbiq edilmiş inzibati tәnbehin әsaslılığını müzakirә edәrәk aşağıdakılar nәzәrә alınır. Azәrbaycan Respublikası İXMnun 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizlik) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur vә tәnbeh edilir. İXM-nin 9.1-ci maddәsinә görә inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. Hәmin Mәcәllәnin 18-ci maddәsinә әsasәn hüquqi şәxslәr, o cümlәdәn xarici hüquqi şәxslәr vә xarici hüquqi şәxslәrin filial vә nümayәndәliklәri bu Mәcәllәnin Xüsusi hissәsindә nәzәrdә tutulmuş inzibati xәtalara görә inzibati mәsuliyyәtә cәlb olunurlar. 18.2. Hüquqi şәxs inzibati mәsuliyyәtә hәmin hüquqi şәxsin xeyrinә vә ya onun maraqlarının qorunması üçün aşağıdakı şәxslәr tәrәfindәn törәdilәn inzibati xәtalara görә cәlb edilir: 18.2.1. hüquqi şәxsi tәmsil etmәk sәlahiyyәtinә malik olan vәzifәli şәxs; 18.2.2. hüquqi şәxsin adından qәrarlar qәbul etmәk sәlahiyyәtinә malik olan vәzifәli şәxs; 18.2.3. hüquqi şәxsin fәaliyyәtinә nәzarәt etmәk sәlahiyyәtinә malik olan vәzifәli şәxs; 18.2.4. bu Mәcәllәnin 18.2.1-18.2.3-cü maddәlәrindә nәzәrdә tutulmuş vәzifәli şәxslәr tәrәfindәn nәzarәtin hәyata keçirilmәmәsi nәticәsindә hüquqi şәxsin işçisi Hәmin Mәcәllәnin 31.3-cü maddәsinә әsasәn hüquqi şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, inzibati xәtanın xarakteri, inzibati xәta nәticәsindә hüquqi şәxsin әldә etdiyi xeyrin hәcmi vә ya onun maraqlarının tәmin edilmәsinin xarakteri vә dәrәcәsi, hüquqi şәxsi xarakterizә edәn hallar, o cümlәdәn onun maliyyә vә әmlak vәziyyәti, xeyriyyәçilik vә ya digәr ictimai faydalı fәaliyyәtlә mәşğul olması, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır Belәliklә mәhkәmә hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn “X1 and Distribution” MMC tәrәfindәn Azәrbaycan Respublikası İXM-nin 192.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsi barәdә birinci instansiya mәhkәmәsinin qәnaәti әsaslı olmuşdur. Ona görә “X1 and Distribution” MMC şikayәtindә göstәrilәn dәlillәr әsasında birinci instansiya mәhkәmәsinin hazırki qәrarının lәğv edilmәsi üçün әsaslar yoxdur. Odur ki, “X1 and Distribution” MMC-nin Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 192.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinmәsinә dair Quba Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qәrarı apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmalı, apellyasiya şikayәti tәmin edilmәmәlidir. İXM-nin 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Göstәrilәnlәrә әsasәn Azәrbaycan Respublikası İXM-nin 128-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә Qərara aldı: Apellyasiya şikayәti tәmin edilmәsin. “X1 and Distribution” MMC-nin Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 192.1-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair Quba Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qәrarı dәyişdirilmәdәn saxlanılsın. Azәrbaycan Respublikası İXM-nin 138.1.3-cü maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Bu qәrardan kassasiya şikayәti vә ya protesti verilmәsi hüququ Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsindә nәzәrdә tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar