Məhkəmə qərarları › İş №3(3-8)-520/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-520/2026

24.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-520/2026 24.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Ağayev Rəşadət Əhməd oğlu, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş idarə - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 541-ci maddəsi ilə təqsirli bilinməsinə dair ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət üzrə Şamaxı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəis müavini Elmar Musayev tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ M: Qərardan şikayət verən orqan (şəxs) şikayətlə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək barəsində qəbul edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəis əvəzi Xəzər Vəliyevin “Inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” ## #### 2026-cı il tarixli, MN ******* saylı qərarı ilə onun Azərbaycan Respublikasının IXM-nin 541-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməyi əsası ilə barəsində 3000 manat məbləğində inzibati cərimə şərti tətbiq edilmişdir. Barəsində 3000 manat məbləğində inzibati cərimənin şərti tətbiq edilməsi barədə qərarın qəbul edilməsi əsası “Şamaxı rayon Çuxuryurd kəndi ərazisində “Yarpızlı göl” restoranında qaz-toz tutucu qurğusunun quraşdırılması üçün verilmiş ##.##.2026-cı il tarixli, G-MB/****-*** saylı “Ətraf mühitin mühafizəsi sahəsində pozuntuların aradan qaldırılması barədə Ekoloji tələb”in yerinə yetirilməməsi olmuşdur. Qərar və ona əsas olan sənədlər, yəni akt, protokol, ekoloji tələb və məktublar əsassız, həqiqəti əks etdirməyən, vəzifəli şəxsin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, onun tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi və beləliklə də qanuna zidd olmasına görə qərar ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmalıdır. Belə ki, bundan əvvəl də, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və təbii sərvətlər Idarəsinin rəis əvəzi Xəzər Vəliyevin “Inzibati tənbeh vermə haqqında” ## ###### 2026-cı il tarixli, MN ******* saylı Qərarı ilə onun Azərbaycan Respublikası IXM-nin 237.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməyi əsası ilə barəsində 3500 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Həmin qərar əsassız və qanunsuz olduğuna görə şikayəti əsasında Şamaxı rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, məhkəmənin qərarından regional idarə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraat Sumqayıt Apellyasiya Məhkəməsinin ## ##### 2026cı il tarixli Qərarı ilə dayandırılmışdır. Bundan əvvəlki inzibati protokola baxarkən olduğu kimi, hazırkı qərar qəbul edilərkən də, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəis əvəzi Xəzər Vəliyev tərəfindən qanunvericiliyin tələbləri bilərəkdən qərəzli olaraq (əvvəlki qərarı məhkəmə tərəfindən ləğv edildiyindən) kobudcasına pozulmuşdur. Lakin, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəis əvəzi Xəzər Vəliyevin “Inzibati cərimənin şərti olaraq tətbiq edilinəsi haqqında” ## #### 2026-cı il tarixli, MN ******* saylı Qərarı və ona əsas olan sənədlər, yəni məhkəmə tərəfindən müəyyən edildiyi kimi həm əvvəlki akt, protokol və məktublar əsassız, həm də hazırkı qərarda istinad edilən MN******* saylı, ## ### 2026-cı il tarixli akt əsassız və həqiqəti əks etdirməyən, vəzifəli şəxsin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamaqla həmin vəzifələrlə tam ziddiyyət təşkil edir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəis əvəzi Xəzər Vəliyevin qəbul etdiyi qərar və ona əsas olan sənədlər, yəni qərar və məktub əvvəlki dəfə olduğu kimi ona nəinki şəxsən verilməmiş, heç yaşadığı ünvana belə çatdırılmamış, Çuxuryurd kəndində evindən təxminən 500-600 metr məsafədə olmaqla, ona heç bir aidiyyəti olmayan dükana verilmiş, ## #### 2026-cı ildə oradan keçərkən dükanda işləyən şəxs ona çatası məktub olmasını bildirib 1 zərf vermişlər. Zərfdə isə * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəis əvəzi Xəzər Vəliyevin “Inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” ## #### 2026-cı il tarixli, MN ******* saylı Qərarı və müşayiət məktubu olmasını müəyyən etmişdir. Qərardan məlum olur ki, guya restoranda tərtib olunmuş ## ### 2026-cı il tarixli, NM ******* saylı protokola baxılaraq hazırkı qərar qəbul olunmuşdur. Qərarda istinad edilən həmin protokol da saxtadır. Belə ki, nə həmin tarixdə, nə də ondan əvvəl və ya sonra * saylı RETSI-nin əməkdaşları restoranda olmamışlar və protokol tərtib etməmişlər, əgər onlar restoranda olub protokol tərtib etsəydilər onun iştirakı ilə olmalı idi və o, protokola imza edərdi. Beləliklə də barəsində olan inzibati protokola baxilması vaxtı və yeri haqqında ona məlumat verilməmiş, qanunsuz olaraq iştirakı olmadan protokola baxılaraq qanunsuz və əsassız qərar qəbul edilmişdir. Şikayətə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən qərarı qəbul etmişdir. Qeyd edilən qərardan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəis müavini Elmar Musayev apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və Qərardan şikayət verən orqan (şəxs) tərəfindən inzibati tənbeh vermə haqqında ##.##.2026-cı il tarixli, MN ******* nömrəli qərardan verilmiş şikayətinin təmin edilməməsi və inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması barədə müvafiq qərar qəbul olunmasını xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müəyyən edilmiş müddət başa çatdıqdan sonra ## ### 2026-cı il tarixdə təkrar monitorinq keçirilmiş və ekoloji tələbdə göstərilən tədbirlərin, o cümlədən qaz-toztutucu qurğunun quraşdırılmasının həyata keçirilmədiyi müəyyən edilmişdir. Bununla bağlı müvafiq akt və inzibati xəta haqqında protokol tərtib edilmiş, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 541-ci maddəsinə əsasən ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi həmin halları və iş materiallarında olan monitorinq aktlarını, ekoloji tələbi, inzibati xəta haqqında protokolu və digər sübutları tam və hərtərəfli qiymətləndirməmiş, yalnız X1 ekoloji tələbdən xəbərsiz olması və həmin tələbin ona təqdim edilməməsi barədə izahatlarına əsaslanaraq inzibati tənbeh vermə haqqında qərarı ləğv etmişdir. Ekoloji tələbin sifarişli poçt vasitəsilə göndərilməsi və iş materiallarında bu barədə sənədlərin mövcud olması məhkəmə tərəfindən lazımi qaydada qiymətləndirilməmişdir. Apellyasiya şikayəti verənə görə, sübutlar ayrı-ayrılıqda deyil, onların məcmusu əsasında qiymətləndirilməli olduğu halda, məhkəmə inzibati orqan tərəfindən təqdim edilmiş rəsmi sənədlərin sübutetmə əhəmiyyətini əsassız olaraq aşağı qiymətləndirmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə istinad etməsi də mübahisələndirilir. Belə ki, məhkəmə X1 barəsində ## ###### 2026-cı il tarixdə qəbul edilmiş MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın sonradan məhkəmə tərəfindən ləğv edilməsini nəzərə alaraq, həmin şəxs barəsində bir il ərzində yenidən inzibati tənbeh tətbiq edilməsinin mümkün olmadığı qənaətinə gəlmişdir. Məhkəmə tərəfindən ləğv edilmiş həmin inzibati tənbeh qərarı hüquqi qüvvəsini itirdiyindən, onun IXM-in 116.1-ci maddəsinin tətbiqi üçün hüquqi əsas kimi nəzərə alınması mümkün deyildir. Bundan başqa, şikayətdə bildirilir ki, ## ###### 2026-cı il tarixli əvvəlki qərarla ## #### 2026-cı il tarixli hazırkı qərar eyni hüquqazidd əmələ görə qəbul edilmiş qərarlar hesab edilə bilməz. Belə ki, sonuncu qərar ## ### 2026-cı il tarixli təkrar monitorinq zamanı pozuntunun davam etdiyinin müəyyən edilməsi nəticəsində qəbul edilmiş və yeni faktiki hallara əsaslanmışdır. Apellyasiya şikayətində həmçinin qeyd olunur ki, ekoloji tələbin icra edilməməsi nəticəsində yaranmış hüquqazidd vəziyyət davam etdiyindən, inzibati orqanın müəyyən müddətdən sonra təkrar monitorinq aparması və pozuntunun davam etdiyini müəyyən etdikdən sonra yeni inzibati icraat başlatması qanunvericiliyin məqsədlərinə uyğundur. Əks yanaşma ekoloji tələblərin icrasının təmin edilməsinə və dövlət ekoloji nəzarətinin səmərəli həyata keçirilməsinə mane ola bilər. Inzibati orqanın fəaliyyəti ilk növbədə aşkar edilmiş ekoloji pozuntunun aradan qaldırılmasına yönəlmiş olmuş, inzibati tənbeh yalnız ekoloji tələbin müəyyən edilmiş müddətdə icra edilmədiyi və pozuntunun təkrar monitorinq zamanı davam etdiyi müəyyən edildikdən sonra tətbiq edilmişdir. PROSES IŞTIRAKÇILARININ IZAHATLARI : Apellyasiya instansiyası məhkəməsinin əvvəlki iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş idarənin nümayəndəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edib, əlavə olaraq qeyd etmişdir ki, inzibati xəta monitorinq zamanı aşkar olunmuşdur. X6 Ekoloji Monitorinq Idarəsi tərəfindən həyata keçirilmişdir. “X4 Monitorinq Idarəsi” Ekologiya və Təbii Sərvətlər Nazirliyin tabeliyində fəaliyyət göstərir. Onlar öz iş qrafikinə uyğun olaraq xidməti ərazidə, o cümlədən iaşə obyektlərində və tullantı poliqonlarında mütəmadi monitorinqlər və reydlər keçirirlər. Toplanmış məlumatları bülleten formasında hazırlayıb idarəyə göndərirlər, idarə də müvafiq tədbirlər görməyə məcbur olur. Göstərişin çatdırılmasına dair məhkəmənin sualına cavab olaraq bildirir ki, birinci instansiya məhkəməsində həmin fakt mübahisələndirildiyi üçün idarə tərəfindən poçt göndərişi təqdim olunmuşdu. Apellyasiya instansiyası məhkəməsinin iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edib, əlavə olaraq qeyd etdi ki, ## ###### 2026-cı il tarixli ekoloji tələb şəxsən ona çatdırılmamış, həmin tələbin məzmunu barədə ona məlumat verilməmişdir. Ziyatxan Hüseynov qohumudur, rayon mərkəzində mağazada işləyir. Ziyatxan Hüseynov bildirişi ona gec, yəni məhkəmə prosesi baş tutduqdan 2 gün sonra vermişdir. Çatdırılma faktı sübut olunmadığından, tələbin icra edilməməsinə görə məsuliyyət yarana bilməz. Hazırda restoranda qeyd olunan təmizləyici qurğu quraşdırılmamışdır. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikasının IXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati icraat materiallarını yoxlayıb, apellyasiya şikayətinin dəlillərini iş materiallarındakı sənədlərlə tədqiq edib hesab edirəm ki, apellyasiya şikayəti təmin olunmaqla iş üzrə Şamaxı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməklə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi şikayəti təmin edərkən əsas arqument kimi X1 ## ###### 2026-cı il tarixli, Ç-MG/****-*** nömrəli ekoloji tələbin çatdırılmasının və onun bu tələbdən xəbərdar olmasının sübut olunmadığını göstərmişdir. Lakin məhkəmə bu nəticəni işdəki sübutların məcmusuna uyğun olmayan və maddi-prosessual hüquq normalarının yanlış təfsirinə əsaslanan nəticə hesab edir. Belə ki, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinin 2.6-cı hissəsinə əsasən ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı müəssisə və obyektlərdə aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün fiziki və hüquqi şəxslərə icrası məcburi olan ekoloji tələblər irəli sürmək hüququna malikdir. Iş materiallarından müəyyən edilir ki, ## ###### 2026-cı il tarixli ****** nömrəli aktla Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən "Yarpızlı göl" restoranının manqalxanasında qaztoztutucu təmizləyici qurğunun olmadığı aşkar edilmişdir. Inzibati orqan tərəfindən həmin pozuntunun aradan qaldırılması üçün ## ###### 2026-cı il tarixli ekoloji tələb tərtib edilərək sifarişli poçt vasitəsilə cavabdehin rəsmi ünvanına göndərilmişdir. Inzibati icraat çərçivəsində rəsmi orqanın sənədləri poçt rabitəsi vasitəsilə cavabdehin fəaliyyət göstərdiyi ünvanı üzrə göndərməsi qanunvericiliyin tələblərinə tam uyğundur. Sahibkar öz obyektində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin normativlərinə riayət etməyə və səlahiyyətli dövlət orqanının bildirişlərinə məsuliyyətlə yanaşmağa borcludur. Iş materiallarında yer alan ## ### 2026-cı il tarixli ****** nömrəli akt və MN ******* nömrəli protokol göstərir ki, verilmiş 1 aylıq müddət bitdikdən sonra keçirilmiş təkrar monitorinq zamanı manqalxanada qaz-toztutucu qurğunun hələ də quraşdırılmadığı və hüquqazidd vəziyyətin aradan qaldırılmadığı aşkar olunmuşdur. IXM-in 541-ci maddəsi üzrə məsuliyyətin yaranması yalnız tələbin çatdırılması ilə deyil, dövlət ekoloji nəzarəti orqanının qanuni tələbinin icra edilməməsi faktı və təkrar yoxlama ilə bu halların obyektiv sabitləşdirilməsi ilə şərtlənir. Məhz bu səbəbdən, şikayətçinin poçt xəbərdarlığını şəxsən almaması bəhanəsilə üzərinə düşən qanuni öhdəlikdən və inzibati məsuliyyətdən yayınmaq cəhdi hüquqi əsas kimi qəbul edilə bilməz. Birinci instansiya məhkəməsi qərarında IXM-in 116.1-ci maddəsinə istinad edərək, şəxsə bir il ərzində yalnız bir dəfə inzibati cərimənin şərti olaraq tətbiq edilə biləcəyini, əvvəllər barəsində qərar qəbul edildiyindən təkrar cərimə tətbiqinin bu normanın mahiyyətinə zidd olduğunu vurğulamışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin bu mülahizəsini yanlış hesab edir. Birincisi, IXM-in 116.1-ci maddəsi qanunverici tərəfindən şəxsin xeyrinə nəzərdə tutulmuş və müəyyən inzibati xətalar zamanı cərimənin şərti tətbiqini nizamlayan stimullaşdırıcı normadır. Bu norma yalnız qanuni qüvvəyə minmiş və hüquqi nəticələr doğuran tənbeh qərarlarına münasibətdə şamil olunur. Şamaxı Rayon Məhkəməsinin əvvəlki qərarı ilə inzibati orqanın ## ###### 2026-cı il tarixli MN ******* nömrəli qərarı ləğv edilmişdir. Məhkəmə tərəfindən ləğv edilmiş inzibati akt qəbul edildiyi andan hüquqi qüvvəsini itirir və heç bir hüquqi nəticə doğurmur. Hüquqi qüvvəsi olmayan və ləğv edilmiş akta istinadən IXM-in 116.1-ci maddəsinin tətbiq imkanının tükəndiyini iddia etmək hüququn ümumi prinsiplərinə ziddir. Ikincisi, birinci instansiya məhkəməsi əvvəlki icraatla hazırkı icraatı eyni fakt üzrə həyata keçirilmiş icraat kimi səhvən eyniləşdirmişdir. Əvvəlki ## ###### 2026-cı il tarixli qərar ilkin baxış nəticəsində tərtib olunmuş, lakin prosessual əsaslarla ləğv edilmişdir. Hazırda mübahisələndirilən ## #### 2026-cı il tarixli MN ******* nömrəli qərar isə ## ### 2026-cı il tarixdə keçirilmiş yeni monitorinq zamanı müəyyən edilən faktiki hal əsasında verilmişdir. Ekoloji qanunvericiliyin tələblərinin pozulması (qaz-toztutucu qurğunun olmaması) davam edən inzibati xəta xarakteri daşıyır. Qanun pozuntusu aradan qaldırılmadığı müddətcə səlahiyyətli orqanın növbəti monitorinq keçirməsi, yeni akt və protokol tərtib edərək şəxsi IXM-in 541-ci maddəsi ilə məsuliyyətə cəlb etməsi tam qanunauyğundur. Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinə əsasən hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. Dövlət ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminat verir. Işin faktiki hallarından görünür ki, * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi birbaşa cəzalandırma yolunu tutmamış, əvvəlcə pozuntunun könüllü aradan qaldırılması üçün sahibkara adekvat müddət (1 ay) tanımış, yalnız tələb icra olunmadıqdan və davam edən pozuntu təkrarən təsdiqləndikdən sonra IXM-in 541-ci maddəsinə əsasən inzibati tənbeh haqqında qərar qəbul etmişdir. Inzibati orqan tərəfindən inzibati icraatın ardıcıllıq prinsiplərinə tam riayət olunmuş, toplanmış sübutlar (aktlar, protokollar, monitorinq materialları) IXM-in 76-cı maddəsinin tələblərinə uyğun olaraq məcmu halında qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsi isə bu materiallara hüquqi qiymət verməyərək yalnız şikayətçinin subyektiv izahatlarına üstünlük vermiş və IXM-in 53.1.2-ci maddəsini yanlış tətbiq etməklə icraata əsassız olaraq xitam vermişdir. Beləliklə, iş materiallarının məcmu qiymətləndirilməsi göstərir ki, Qərardan şikayət verən orqan (şəxs) əməlində Azərbaycan Respublikası IXM-in 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri mövcuddur və onun həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsini istisna edən hallar müəyyən edilməmişdir. Halbuki, IXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-nin 76.1-ci maddəsinin tələblərinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. IXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. IXM-nin 541-ci maddəsinə əsasən ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə fiziki şəxslər altı yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Maddənin məzmunundan göründüyü kimi, inzibati məsuliyyətin yaranması üçün əsas şərt səlahiyyətli dövlət orqanı tərəfindən qanunvericiliyə uyğun verilmiş qanuni tələbin şəxsə rəsmi qaydada çatdırılması və həmin tələbdə müəyyən edilmiş müddət ərzində göstərişin icra edilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsidir. Inzibati orqan tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli ekoloji tələb «Ətraf mühitin mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinin tələblərinə uyğun olaraq tərtib olunmuş və icrası məcburi olan hüquqi akt xarakteri daşıyır. Tələbin rəsmi poçt rabitəsi vasitəsilə cavabdehin fəaliyyət ünvanına göndərilməsi inzibati orqan tərəfindən bildiriş proseduruna riayət olunduğunu təsdiq edir. Belə ki, işdə olan poçt göndərişlərinin izlənməsi sənədindən görünür ki, SS9553355428AZ ştrix kodlu məktub ##.##.2026əcı il tarixində alıcıya çatdırılıb, eyni zamanda rayon məhkəməsinin sorğusuna cavab olaraq “xxxx” MMC-nin Idarə Heyətinin sədrinin vəzifələriuni icra edən M.Babayevin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Idarəsini tərəfindən vətəndaş Qərardan şikayət verən orqan (şəxs) ünvanlanmış SS9553355428AZ ştrix kodlu məktub Şamaxı Müştəri Xidmətləri Şöbəsi tərəfindən qəbul edilmiş və həmin şöbənin poçtalyonunun izahatından məlum olmuşdur ki, sözügedən məktubun Qərardan şikayət verən orqan (şəxs) şatdırılması üçün sonuncu il telefon əlaqəsi saxlanılmış və Qərardan şikayət verən orqan (şəxs) xahişi ilə məktub ##.##.2026-cı il tarixində qohumu Ziyatxan Hüseynova çatdırılma vərəqinə imza etdirilməklə təhvil verilmişdir. Qeyd edilən hal apellyasiya icraatı zamanı Qərardan şikayət verən orqan (şəxs) tərəfindən də təsdiq edildiyindən səlahiyyətli orqanın qanuni tələbini icra etmək öhdəliyindən azad etmir. IXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. IXM-nin 21 və 31.1-ci maddələrinə əsasən inzibati tənbeh inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır və bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Yuxarıda qeyd olunanlara əsasən hesab edirəm ki, birinci instansiya məhkəməsinin inzibati xəta haqqında qərar qəbul etmiş orqanın işin tam, hərtərəfli və obyektiv araşdırılmamasına dair nəticəsi əsaslı olduğundan apellyasiya şikayəti təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməklə yeni qərar qəbul edilməli, Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməyərək onun IXM-nin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, IXM-nin 134.1, 134.1.2-ci maddələrinə əsasan bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən IXM-nin 134.1.2, 135-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDIM : Şamaxı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin olunmasın. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəis əvəzi X2 tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar