Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-521/2026 21.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mәn, Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimi Ağayev Rәşadәt Əhmәd oğlunun sәdrliyi, Hüseynzadә Elsevәr Ismayıl oğlunun katibliyi ilә, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә qәbul edilmiş ##.##.2026-cı il tarixli, EQ seriyalı, ******** nömrәli inzibati tәnbeh vermә haqqında qәrardan verilmiş şikayәt üzrә Siyәzәn Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxsin müdafiәçisi Vәkil tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDIM : Siyәzәn Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı ilә (hakim G.C.Quluzadә) şikayәtin tәmin edilmәmәsi, Azәrbaycan Respublikası Daxili Işlәr Nazirliyinin BDYPI-i tәrәfindәn ## ###### 2026-cı il tarixli, EQ seriyalı, ******** saylı inzibati tәnbeh vermә haqqında qәrar әsasında qәbul edilmiş ## ### 2026-cı il tarixli qәrarın dәyişdirilmәdәn qüvvәdә saxlanılması qәrara alınmışdır. IŞIN HALLARI: Azәrbaycan Respublikası Daxili Işlәr Nazirliyinin BDYPI-nin ##.##.2026-cı il tarixli qәrarı ilә Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası IXM-nin 353.2ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtdiyinә 600 (altı yüz) manat mәblәğindә cәrimә edilmişdir. Qeyd edilәn qәrardan narazı qalan Qәrardan şikayәt verәn orqan (şәxs) müdafiәçisi Vәkil şikayәtlә mәhkәmәyә müraciәt edәrәk hәmin qәrarın lәğv edilmәsi barәdә qәrar qәbul edilmәsini vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmәklә şikayәtini onunla әsaslandırmışdır ki, Azәrbaycan Yerüstü Nәqliyyat Agentliyinin “xxxx” MMC-yә (VÖEN: **********)- mәxsus ** JG *** dövlәt qeydiyyat nişanlı, “MAN TGA-41400” markalı özüboşaldan yük maşını ilә IXM-in 353.2-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsi barәdә tәrtib edilmiş protokola әsasәn sürücü Qәrardan şikayәt verәn orqan (şәxs) Dövlәt Yol Polisi Baş Idarәsinin ##.##.2025-ci il tarixli EQ seriyalı, ******** saylı qәrarı ilә 600 manat cәrimә edilmişdir. Inzibati orqanın qәrarları ## ###### 2026-cı il tarixdә elektron yerlәşdirilmiş, ## ###### 2026-cı il tarixdә bu qәrarlardan avtomaşının mülkiyyәtçisi Binәqәdi Rayon Mәhkәmәsinә şikayәt vermiş, lakin mәhkәmә şikayәti hüquqi şәxsin yerlәşdiyi әrazi üzrә Xәtai Rayon Mәhkәmәsinә göndәrmiş, habelә sonuncu qeyd olunan mәhkәmәnin ## ###### 2026-cı il tarixli qәrardadı ilә şikayәt geri qaytarılmış vә hәmin qәrardad ## ###### 2026-cı il tarixdә elektron yerlәşdirilmişdir. Hәmçinin, qәrardadda izah edilmişdir ki, qәrarlar fiziki şәxslәrinsürücülәrin barәsindә qәbul edildiyinә görә onlar şikayәtlә müraciәt edә bilәrlәr. Sürücülәrin, yәni şikayәtçilәrin ünvanlarının müxtәlif olduğu nәzәrә alınaraq, Azәrbaycan Respublikası IXM-in 110.1-ci maddәsinә әsasәn şikayәt inzibati xәtanın törәdildiyi әrazi aidiyyәti üzrә ## ###### 2026-cı il tarixdә Şabran Rayon Mәhkәmәsinә göndәrilmiş vә bu mәhkәmәnin ## ###### 2026-cı il tarixli qәrardadı ilә şikayәt geri qaytarılmış, habelә qәrardad ## ###### 2026-cı il tarixdә yerlәşdirilmişdir. Qәrardadda izah edilmişdir ki, inzibati tәnbeh haqqında verilәn şikayәt, şikayәt verәn şәxsin qeydiyyatda olduğu yer üzrә rayon (şәhәr) mәhkәmәsinә verilmәlidir. ## #### 2026-cı il tarixdә şikayәt ötürülmüş müddәtin bәrpası haqqında vәsatәtlә birlikdә yenidәn Siyәzәn Rayon Mәhkәmәsinә göndәrilmiş, habelә bu mәhkәmәnin ##.##.2026-cı il tarixli qәrarı ilә şikayәt qismәn tәmin edilmiş vә iş yenidәn baxılması üçün sәlahiyyәtli orqana (Azәrbaycan Respublikası Daxili Işlәr Nazirliyinin Baş Dövlәt Yol Polisi Idarәsinә) göndәrilmişdir. Baş Dövlәt Yol Polisi Idarәsi işin materiallarına yenidәn baxaraq IXM-nin 353.2-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsi haqqında ##.##.2026-cı il tarixli yeni qәrar tәrtib edilmişdir. Hesab edilmişdir ki, inzibati orqanın tәrtib etdiyi bu qәrar qanunsuz vә әsasız olduğuna görә o lәğv edilәrәk, IXM-in 53.0.1-ci maddәsindә nәzәrdә tutulmuş әsasla inzibati icraata xitam verilmәlidir. Belә ki, göstәrilәn nәqliyyat vasitәsinin qeydiyyat şәhadәtnamәsindәn göründüyü kimi, onun icazә verilmiş maksimum kütlәsi 44 ton, o cümlәdәn yüksüz kütlә 7500 kiloqram, maksimum isә 36,5 ton yük daşımasına icazә verilmişdir. Bundan әlavә, tәqdim edilmiş qәbzlәrdәn göründüyü kimi, yüklәr yol örtüyünә uyğun çәkidә avtomaşına qablaşdırılmış, lakin yoldakı elektron cihazın göstәrdiyi çәki sәhv olduğuna görә rәqәmlәr süni artırılmışdır. Bu faktı Azәrbaycan Yerüstü Nәqliyyat Agentliyi dә tәsdiq edir. Inzibati xәta haqqında protokollarda isә yük hәcmlәri maksimum 31,9 ton göstәrilmiş, başqa sözlә, qanunla icazә verilmiş yükdәn 4,6 ton vә daha az olmuşdur. Halbuki, Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin ##.##.2009-cu il tarixli, *** nömrәli qәrarının 2.5.1-ci maddәsinә әsasәn: “iriqabaritli vә (vә ya) ağırçәkili nәqliyyat vasitәsinin ümumi kütlәsi 44 tondan artıq olduqda” belә, onların hәrәkәtinә, intensivliyin әn aşağı dövrlәrindә icazә verilir. Normativ aktın bu müddәasına baxmayaraq hәmin avtomaşının yük kütlәsi icazә verilmiş normadan xeyli aşağı olmuşdur. Bu sәbәbdәn, hәmin iş üzrә (qәrarla) inzibati xәta hadisәsi müәyyәn edilmir vә demәli, o lәğv edilәrәk işin icraatına xitam verilmәlidir. Odur ki, şikayәtin tәmin edilmәsi barәdә qәrar qәbul edilmәsi xahiş edilmişdir. Şikayәtә baxan birinci instansiya mәhkәmәsi yuxarıda qeyd edilәn qәrarı qәbul etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Qәrarla razılaşmayan barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxsin müdafiәçisi Vәkil apellyasiya qaydasında şikayәt verәrәk şikayәtini birinci instansiya mәhkәmәsinә inzibati tәnbeh vermә haqqında qәrardan vermiş olduğu şikayәtlә eyni mәzmunda әsaslandıraraq Siyәzәn Rayon Mәhkәmәsinin ## #### 2026cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarının dәyişdirilәrәk, inzibati qәrarın lәğv edilmәsinә dair yeni qәrar qәbul edilmәsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya baxışı ilә әlaqәdar işә baxılmanın vaxtı vә yeri barәdә lazımi qaydada xәbәrdar edilmәsinә baxmayaraq, inzibati tәnbeh vermә haqqında qәrar qәbul etmiş orqanın nümayәndәsi, barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs vә müdafiәçisi mәhkәmә iclasına gәlmәmişdirlәr. Barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxsin müdafiәçisi Vәkil e-kabinet vasitәsilә әrizә ilә müraciәt edәrәk şikayәtә bütün sübutların әlavә edildiyini, digәr sübut vә dәlillәrinin olmadığını bildirәrәk, mәhkәmә iclasının onun iştirakı olmadan keçirilmәsini xahiş etmişdir. Hesab edirәm ki, şikayәt üzrә mәhkәmә baxışı iclası inzibati tәnbeh vermә haqqında qәrarı qәbul etmiş orqanın nümayәndәsinin, barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs vә müdafiәçisinin iştirakı olmadan keçirilmәsi mümkündür. HÜQUQI MƏSƏLƏLƏR : Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. IXM-nin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Inzibati icraat materiallarını yoxlayıb, apellyasiya şikayәtinin dәlillәrini iş materiallarındakı sәnәdlәrlә tәhlil edib hesab edirәm ki, şikayәt tәmin edilmәmәli, Siyәzәn Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır ona görә ki, birinci instansiya mәhkәmәsi inzibati icraat üzrә qәrar qәbul edәrkәn iş materiallarını mahiyyәti üzrә tam araşdırmış, inzibati mәsuliyyәtә cәlb edilmәnin әsası olan qanunvericiliyin tәlәblәrinә riayәt etmişdir. Aşağıda qeyd olunanlara görә birinci instansiya mәhkәmәsinin iş üzrә gәldiyi nәticәsini qanuni vә әsaslı sayıram. Belә ki, apellyasiya şikayәtindә әsasәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin idarә etdiyi nәqliyyat vasitәsinin icazә verilmiş maksimum kütlәsinin 44 ton olduğu, tәqdim edilmiş tәrәzi qәbzindә yükün çәkisinin 31760 kq göstәrildiyi, bu sәbәbdәn nәqliyyat vasitәsinin icazә verilmiş çәki normasını aşmadığı vә inzibati xәta hadisәsinin mövcud olmadığı göstәrilmişdir. Hәmçinin, xüsusi texniki vasitәnin, yәni elektron tәrәzinin göstәricilәrinin düzgün olmadığı, ölçmә nәticәlәrinin süni şәkildә artırıldığı bildirilmişdir. Apellyasiya instansiyası mәhkәmәsi hәmin dәlillәri әsaslı hesab etmir. Iş materiallarından müәyyәn olunur ki, Qәrardan şikayәt verәn orqan (şәxs) ## ###### 2025-ci il tarixdә, saat 03:04-dә ** JG *** dövlәt qeydiyyat nişanlı “MAN TGA- 41400” markalı nәqliyyat vasitәsi ilә Şabran rayonu Mollakamalı kәndi әrazisindәn keçәn Bakı-Quba avtomobil yolunun 129-cu kilometrliyindә hәrәkәtdә olarkәn iriqabaritli vә ya ağırçәkili nәqliyyat vasitәlәrinin icazә verilәn çәki vә yüklә birlikdә oxa düşәn kütlә parametrlәrini aşmaqla ümumi istifadәdә olan avtomobil yollarında idarәetmә qaydalarını pozmuş, xüsusi texniki vasitәnin mәlumatlarına әsasәn nәqliyyat vasitәsinin çәkisi 34370 kq müәyyәn edilmişdir. Bu әsasla onun әmәlindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 353.2-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın tәrkibi müәyyәn edilmiş vә barәsindә 600 manat mәblәğindә inzibati cәrimә tәtbiq edilmişdir. Inzibati Xәtalar Mәcәllәsinin 76.1-ci maddәsinә әsasәn Inzibati xәtanın olubolmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. Iş üzrә mövcud olan xüsusi texniki vasitәlәrin vә elektron informasiya sisteminin mәlumatları nәqliyyat vasitәsinin müәyyәn edilmiş çәki parametrlәri ilә hәrәkәt etdiyini tәsdiq edir. Apellyasiya şikayәtindә elektron tәrәzinin göstәricilәrinin sәhv olması vә çәki nәticәlәrinin süni şәkildә artırılması barәdә irәli sürülәn mülahizәlәr isә mötәbәr, obyektiv vә kifayәt qәdәr sübutlarla tәsdiq edilmәmişdir. Tәkcә şikayәtçinin tәqdim etdiyi qәbzdә yükün fәrqli çәkidә göstәrilmәsi, inzibati xәta xüsusi texniki vasitәlәrlә aşkar edilәrkәn әldә olunmuş vә müvafiq informasiya sistemindә qeydә alınmış mәlumatların mötәbәrliyini öz-özlüyündә aradan qaldırmır. Bununla yanaşı, apellyasiya şikayәtindә nәqliyyat vasitәsinin icazә verilmiş maksimum kütlәsinin 44 ton olması vә faktiki yükün hәmin hәddәn aşağı olması barәdә dәlilә istinad edilmişdir. Lakin hәmin dәlil inzibati xәta hadisәsinin mövcud olmadığını tәsdiq edәn әsas kimi qәbul edilә bilmәz. Belә ki, IXM-in 353.2-ci maddәsindә mәsuliyyәt yalnız nәqliyyat vasitәsinin ümumi kütlәsinin müәyyәn edilmiş hәddi aşması ilә deyil, hәmçinin yüklә birlikdә oxa düşәn kütlә parametrlәrinin icazә verilәn hәddәn 5 faiz vә daha artıq aşılması ilә dә nәzәrdә tutulmuşdur. Birinci instansiya mәhkәmәsinin istinad etdiyi normativ tәnzimlәmәyә әsasәn konkret nәqliyyat vasitәsi növü üçün müәyyәn edilmiş çәki parametrlәrinin gözlәnilmәsi zәruridir vә nәqliyyat vasitәsinin qeydiyyat şәhadәtnamәsindә göstәrilәn maksimum texniki yükdaşıma imkanının mövcudluğu hәmin nәqliyyat vasitәsinin istәnilәn şәraitdә hәmin hәddә qәdәr yüklә ümumi istifadәdә olan avtomobil yollarında hәrәkәt etmәsinә hüquqi әsas yaratmır. Apellyasiya şikayәtindә Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin # #### 2009-cu il tarixli *** nömrәli qәrarının 2.5.1-ci bәndinә istinad edilmәklә, ümumi kütlәnin 44 tondan artıq olduğu halda belә müәyyәn şәraitdә hәrәkәtә icazә verildiyi göstәrilmişdir. Lakin hәmin normaya istinad edilmәsi konkret halda IXM-in 353.2-ci maddәsi ilә müәyyәn edilmiş mәsuliyyәtin mövcudluğunu istisna etmir. Çünki inzibati xәta haqqında iş üzrә hüquqi qiymәt verilәrkәn nәqliyyat vasitәsinin konkret çәki vә oxa düşәn yük parametrlәrinin müvafiq normativ aktlarla müәyyәn edilmiş hәdlәrә uyğunluğu, habelә xüsusi texniki vasitәlәrin qeydә aldığı mәlumatlar nәzәrә alınmalıdır. Hәmçinin iş materiallarından müәyyәn olunur ki, şikayәtçi nәqliyyat vasitәsini idarә etmәdiyini bildirsә dә, müvafiq informasiya sistemindә olan mәlumatlara әsasәn ** JG *** dövlәt qeydiyyat nişanlı nәqliyyat vasitәsi üzrә ## ###### 2025-ci il tarixdә saat 02:04dәn 10:00-dәk Qәrardan şikayәt verәn orqan (şәxs) adına yol vәrәqәsinin verilmәsi vә bu barәdә mәlumatın mәrkәzi informasiya sisteminә daxil edilmәsi tәsdiq olunmuşdur. Şikayәtçinin hәmin vaxt başqa yerdә, o cümlәdәn dәniz platformasında olması barәdә verdiyi izahat isә hәr hansı mötәbәr sәnәdlә tәsdiq edilmәmişdir. Apellyasiya instansiyası mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsi iş üzrә mövcud sübutları tam, hәrtәrәfli vә obyektiv şәkildә araşdırmış, onların qarşılıqlı әlaqәsinә düzgün hüquqi qiymәt vermiş vә nәticә etibarilә Qәrardan şikayәt verәn orqan (şәxs) IXM-in 353.2-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәsi barәdә düzgün nәticәyә gәlmişdir. Belә ki, IXM-nin 48-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan, inzibati xәta törәtmiş şәxsi aşkar etmәkdәn vә onu inzibati mәsuliyyәtә cәlb etmәkdәn, çıxarılmış qәrarın icrasını tәmin etmәkdәn, habelә inzibati xәtanın törәdilmәsinә kömәk edәn sәbәblәri vә şәraiti aşkar etmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir. IXM-nin 84.1-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәrә baxan hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) işin bütün hallarının mәcmusunun hәrtәrәfli, tam vә obyektiv surәtdә baxılmasına әsaslanan öz daxili inamı ilә sübutları qiymәtlәndirir. IXM-nin 120-ci maddәsinә görә bu Mәcәllәnin 327-356-cı maddәlәrindә nәzәrdә tutulmuş yol hәrәkәti qaydaları, yol hәrәkәti tәhlükәsizliyinin tәmin edilmәsi vә avtomobil yollarından istifadә qaydaları әleyhinә olan inzibati xәtalar haqqında işlәrә, bu fәsillә müәyyәn edilmiş xüsusiyyәtlәr nәzәrә alınmaqla, bu Mәcәllә ilә müәyyәn edilmiş qaydada baxılır. IXM-nin 122.1-ci maddәsinә әsasәn bu Mәcәllәnin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 vә 469.3-cü maddәlәrindә nәzәrdә tutulmuş xәtalar foto vә ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitәlәrin kömәyi ilә aşkar edildikdә, xüsusi texniki vasitәlәrin mәlumatları müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram tәminatı әsasında real vaxt rejimindә elektron formada birbaşa hәmin mәrkәzi informasiya sisteminә ötürülür, inzibati xәtanı törәtmiş şәxsin iştirakı olmadan real vaxt rejimindә, “Elektron imza vә elektron sәnәd haqqında” Azәrbaycan Respublikasının Qanunu ilә müәyyәn edilmiş qaydada elektron sәnәd şәklindә vә bu Mәcәllәnin 122.1-1-ci maddәsinә uyğun olaraq “ICMAL” informasiya sistemi tәrәfindәn unikal nömrә verilmәklә inzibati tәnbeh vermә haqqında elektron qәrar çıxarılır vә hәmin mәrkәzi informasiya sisteminin müvafiq sәlahiyyәtli әmәkdaşının elektron imzası ilә tәsdiqlәnir. Tәsdiq edilmiş hәmin qәrar real vaxt rejimindә, xüsusi texniki vasitәlәrin mәlumatları әlavә edilmәklә, elektron qaydada müvafiq icra hakimiyyәti orqanının informasiya sisteminә göndәrilir. Bu Mәcәllәnin 346- 1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsi barәdә tәsdiq edilmiş qәrarlar real vaxt rejimindә hәmçinin müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminә göndәrilir. IXM-nin 353.2-ci maddәsinә әsasәn iriqabaritli vә ya ağırçәkili nәqliyyat vasitәlәrinin icazә verilәn çәki vә yüklә birlikdә oxa düşәn kütlә parametrlәrini aşmaqla (icazә verilәn ümumi kütlә vә ya oxa düşәn yükün kütlәsi üzrә 5 faiz vә daha artıq) ümumi istifadәdә olan avtomobil yollarında idarә edilmәsinә görә fiziki şәхslәr altı yüz mаnаt mәblәğindә cәrimә edilir. “Yol hәrәkәti haqqında” Azәrbaycan Respublikası Qanunun İ maddәsinin 52-ci bәndinә görә iriqabaritli nәqliyyat vasitәsi - ümumi istifadәdә olan avtomobil yolları vә yol qurğuları üçün müәyyәn edilmiş qabarit parametr hәdlәrini aşan yüklü vә ya yüksüz nәqliyyat vasitәsidir. Hәmin Qanunun 57-ci maddәsinin İ bәndinә әsasәn daşınan yükün kütlәsi vә yüklәrin oxlar üzrә paylanması istehsalçı müәssisәnin hәmin nәqliyyat vasitәsinin növü üçün müәyyәn etdiyi kәmiyyәtlәrdәn artıq olmamalıdır. “Azәrbaycan Respublikasının ümumi istifadәdә olan avtomobil yolları ilә iriqabaritli vә ağırçәkili nәqliyyat vasitәlәrinin hәrәkәt etmәsi vә onların hәrәkәtinә xüsusi icazәnin verilmәsi Qaydası”nın 4.1-ci bәndinә әsasәn iriqabaritli vә (vә ya) ağırçәkili nәqliyyat vasitәlәrinin avtomobil yolları ilә hәrәkәt etmәsinә nәzarәt Azәrbaycan Respublikasının Daxili Işlәr Nazirliyi tәrәfindәn qanunvericiliklә müәyyәn edilmiş qaydada hәyata keçirilir. Hәmin Qaydaların 4.2-ci bәndinә әsasәn hәrәkәtdә olan iriqabaritli vә (vә ya) ağırçәkili nәqliyyat vasitәlәrinin qabarit, çәki vә yüklә birlikdә oxa düşәn kütlә parametrlәrini ölçәn Azәrbaycan Avtomobil Yolları Dövlәt Agentliyinin elektron tәrәzilәri vә foto vә ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitәlәri ilә, habelә Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsindә nәzәrdә tutulmuş halda Azәrbaycan Respublikası Daxili Işlәr Nazirliyinin vә Azәrbaycan Avtomobil Yolları Dövlәt Agentliyinin nәzarәt mәntәqәlәrindә Azәrbaycan Respublikası Daxili Işlәr Nazirliyinin әmәkdaşları tәrәfindәn saxlanılmaqla, Azәrbaycan Avtomobil Yolları Dövlәt Agentliyinin әmәkdaşları ilә birgә xüsusi ölçü alәtlәri, cihazları vә tәrәzilәr vasitәsilә yoxlanılır. Azәrbaycan Respublikasının ümumi istifadәdә olan avtomobil yolları ilә hәrәkәt edәn avtonәqliyyat vasitәlәrinin icazә verilәn qabarit vә çәki parametrlәrinin 1.2-ci bәndinә müvafiq olaraq “Azәrbaycan Respublikasının ümumi istifadәdә olan avtomobil yolları ilә hәrәkәt edәn avtonәqliyyat vasitәlәrinin icazә verilәn qabarit vә çәki parametrlәri” avtomobil yollarında hәrәkәt edәn avtomobil nәqliyyatı vasitәlәrinin müxtәlif növlәri üzrә onların icazә verilәn ümumi kütlәsini, qabarit parametrlәrini, hәmçinin hәmin nәqliyyat vasitәlәrinin oxlarına düşәn yükün icazә verilәn kütlәsini müәyyәn edir. Azәrbaycan Respublikasının ümumi istifadәdә olan avtomobil yolları ilә hәrәkәt edәn avtonәqliyyat vasitәlәrinin icazә verilәn qabarit vә çәki parametrlәrinә әsasәn nәqliyyat vasitәsinin icazә verilәn ümumi kütlәsi (çәkisi) * nömrәli cәdvәllә müәyyәn edilmiş hәdlәri aşmamalıdır: Dördoxlu, iki oxu aparıcı olan, hәr biri iki cüt tәkәrdәn ibarәt olan hava vә ya ona ekvivalent asqıya malik olan avtomobilә icazә verilәn ümumi kütlә 32 ton, ikioxlu dartıcı üçoxlu yarımqoşqu, üçoxlu dartıcı ikioxlu yarımqoşqu elәcә dә üçoxlu dartıcı üçoxlu yarımqoşqu ulә 40 ton nәzәrdә tutulmuşdur. Mәhkәmә Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә tәtbiq edilmiş inzibati tәnbehin әsaslılığını müzakirә edәrәk aşağıdakıları nәzәrә alır. IXM-nin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizlik) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur vә tәnbeh edilir. IXM-nin 9.1-ci maddәsinә әsasәn inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına uyğun, qanuni vә әsaslı olmalıdır. IXM-nin 21 vә 31.1-ci maddәlәrinә әsasәn inzibati tәnbeh inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır vә bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. Hesab edirәm ki, apellyasiya şikayәtinin dәlillәrindә qeyd edilәn hallar barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn birinci instansiya mәhkәmәsinә verdiyi şikayәtdә göstәrdiyi hallarla eynilik tәşkil etdiyindәn vә hәmin hallara dair birinci instansiya mәhkәmәsi tәrәfindәn verilmiş hüquqi qiymәt әsaslı olduğundan şikayәtin dәlillәri әsaslı hesab edilmәyәrәk formal xarakter daşımaqla Siyәzәn Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrәli qәrarının lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsas kimi qәbul oluna bilmәz, ona görә dә apellyasiya şikayәti tәmin edilmәmәli, birinci instansiya mәhkәmәsinin qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, IXM-nin 134.1, 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn IXM-nin 134.1.1, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, QƏRARA ALDIM : Siyәzәn Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılsın. Müdafiәçi Vәkil apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-521/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-521/2026
21.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver