Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-522/2026 17.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimi Mәmmәdov Elçin Qüdrәt oğlunun sәdrliyi, mәhkәmә iclas katibi X5 katibliyilә, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) iştirakları ilә Qәrardan şikayәt verәn orqan (şәxs) Bakı şәhәr Binәqәdi RPİ-nin X2 Şöbәsinin ##.##.2026-cı il tarixli TP******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarından verdiyi şikayәtin tәmin edilmәmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-****/**** nömrәli qәrarından Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin binasında audio-video yazı aparılmaqla keçirilәn açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә Müəyyən etdi: Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı ilә Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәti tәmin edilmәmiş, Bakı şәhәr Binәqәdi RPİ-nin X2 Şöbәsinin ##.##.2026-cı il tarixli TP******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrar dәyişdirilmәdәn saxlanılmışdır. (hakim Samir İsmayılov). İşin halları : Bakı şәhәr Binәqәdi RPİ-nin X1 Şöbәsinin ##.##.2026-cı il tarixli TP******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarından görünür ki, Qәrardan şikayәt verәn orqan (şәxs) ##.##.2026cı il tarixdә saat 15:30-da “Kia K5 Hibrid” minik markalı, **-EV-*** dövlәt qeydiyyat nişanlı avtomobili idarә edәrkәn әks istiqamәtli hәrәkәt zolağına çıxmadan manevr etmә qaydalarını pozduğuna görә Azәrbaycan Respublikası İXM-in 327.1-ci maddәsi ilә tәqsirli bilinәrәk 40 manat mәblәğindә inzibati cәrimә edilmişdir. Qәrardan şikayәt verәn orqan (şәxs) Bakı şәhәr Binәqәdi RPİ-nin X2 Şöbәsinin ##.##.2026-cı il tarixli TP******* nömrәli qәrarından şikayәt verәrәk, hәmin qәrarın lәğv edilmәsini xahiş etmişdir. İşә baxan Sumqayıt Şәhәr Mәhkәmәsi yuxarıda qeyd edilәn qәrarı qәbul etmişdir. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәti verәrәk, Bakı şәhәr Binәqәdi RPİ-nin X2 Şöbәsinin ##.##.2026-cı il tarixli TP******* nömrәli qәrarının vә Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarının lәğv edilmәsini, inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırmışdır ki, birinci instansiya mәhkәmәsi hadisәnin başvermә mexanizmini tam araşdırmadan yalnız inzibati orqanın topladığı materiallar әsasında qәrar qәbul etmişdir. Belә ki, hadisәdәn sonra çәkilmiş fotoşәkillәr vә sxem hadisәnin necә baş vermәsini tam sübut etmir. Hesab edir ki, onun tәqsiri sübuta yetirilmәmişdir, hәmçinin iş materiallarında onun İXM-nin 327.1-ci maddәsinin tәlәblәrini pozmasını tәsdiq edәn videoyazı, ekspertiza rәyi vә ya digәr obyektiv sübut yoxdur. İnzibati mәsuliyyәt yalnız şәxsin tәqsiri tam sübuta yetirildikdә tәtbiq edilә bilәr. Tәqsirlә bağlı aradan qaldırılması mümkün olmayan bütün şübhәlәr isә hәmin şәxsin xeyrinә hәll edilmәlidir. Habelә digәr sürücünün izahatı birtәrәfli qiymәtlәndirilmiş vә mәhkәmә digәr sürücünün izahatını әsas sübut kimi qәbul etsә dә, hәmin izahatın obyektivliyini ayrıca araşdırmamışdır. Onun izahatına isә eyni sәviyyәdә hüquqi qiymәt verilmәmişdir. Apellyasiya instansiyası mәhkәmәsindә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs apellyasiya şikayәtini müdafiә edәrәk, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarının lәğv edilmәsini vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etdi. Mәhkәmә iclasının yeri vә vaxtı barәdә mәlumat verilmiş Bakı şәhәr Binәqәdi RPİ-nin X1 Şöbәsinin R X4 mәhkәmә iclasına gәlmәmiş vә mәhkәmә onun iştirakı olmadan işә baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Hәmin Mәcәllәnin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә inzibati xәtaya dair işin materiallarını araşdırıb, proses iştirakçısını dinlәyib, apellyasiya şikayәtinin dәlillәrini iş materialları ilә müqayisәli şәkildә tәdqiq edәrәk hesab edir ki, aşağıda qeyd olunanlara görә apellyasiya şikayәti tәmin edilmәmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, iş materiallarında olan Bakı şәhәr Binәqәdi RPİ-nin X2 Şöbәsinin ##.##.2026-cı il tarixli TP******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarından görünür ki, Qәrardan şikayәt verәn orqan (şәxs) ##.##.2026-cı il tarixdә saat 15:30-da “Kia K5 Hibrid” minik markalı, **-EV- *** dövlәt qeydiyyat nişanlı avtomobili idarә edәrkәn әks istiqamәtli hәrәkәt zolağına çıxmadan manevr etmә qaydalarını pozduğuna görә Azәrbaycan Respublikası İXM-in 327.1-ci maddәsi tәqsirli bilinәrәk 40 manat mәblәğindә inzibati cәrimә edilmişdir. İş materiallarına әlavә edilmiş yol nәqliyyat hadisәsinin sxemindәn vә fotoşәkillәrdәn görünür ki, “Kia K5 Hibrid” minik markalı, **-EV-*** dövlәt qeydiyyat nişanlı avtomobil sağa manevr edәrkәn ön sağ qapı hissәsi “Mercedes” markalı **-BA-*** dövlәt qeydiyyat nişanlı avtomobilin sol ön hissәsi ilә toqquşmuşdur. Hәmin fotoşәkillәr yol nәqliyyat hadisәsindәn bilavasitә sonra çәkilmiş, fotoşәkillәrdә avtomobillәrin yerlәşәmә yeri vә tәkәrlәrinin istiqamәtindәn görünür ki, hәr iki avtomobil sağa manevr etmәk istәmişdir. “Kia K5 Hibrid” minik markalı, **-EV-*** dövlәt qeydiyyat nişanlı avtomobilә dәymiş zәdәlәrdәn görünür ki, hәmin zәdәlәr ön sağ bufer hissәdәn başlayaraq ön sağ qapının qurtarcağına kimi davam etmiş, digәr avtomobilin sol ön hissәsi mәhz ön sağ qapının qurtarcağına söykәnmiş formada avtomobilllәr dayanmışdır. İş materiallarına әlavә edilmiş yol-nәqliyyat hadisәsinin sxemi vә hadisә yerindә çәkilmiş fotoşәkillәrdәn görünür ki, “Kia K5 Hibrid” markalı, **-EV-*** dövlәt qeydiyyat nişanlı avtomobil sağa doğru manevr etdiyi zaman onun ön sağ hissәsi “Mercedes” markalı, **-BA-*** dövlәt qeydiyyat nişanlı avtomobilin sol ön hissәsi ilә tәmas etmişdir. Hadisәdәn dәrhal sonra çәkilmiş fotoşәkillәrdәn avtomobillәrin yolun hәrәkәt hissәsindә yerlәşmә vәziyyәti, tәkәrlәrinin istiqamәti vә toqquşmadan sonra aldıqları son mövqe aydın görünür. Hәmin fotoşәkillәrdәn müәyyәn edilir ki, hәr iki nәqliyyat vasitәsi eyni vaxtda sağa dönmә manevri icra etmiş, “Kia K5 Hibrid” markalı avtomobildә әmәlә gәlmiş zәdәlәr isә ön sağ bufer hissәsindәn başlayaraq ön sağ qapının arxa kәnarına qәdәr davam etmişdir. Eyni zamanda, “Mercedes” markalı avtomobilin sol ön hissәsi mәhz hәmin zәdәlәrin son nöqtәsinә söykәnmiş vәziyyәtdә dayanmışdır. İş materiallarına әlavә edilmiş İsmayılov Sәfәr Mütәllim oğlunun Bakı şәhәr Binәqәdi RPİ-nin X2 Şöbәsindә verdiyi izahatdan görünür ki, “Mercedes mikroavtobus” markalı **-BA-*** dövlәt qeydiyyat nişanlı avtomobili idarә edib yol ayrıcına çatmamış yolun sağ kәnarında dayanıb baş yolda olan avtomobillәrә yol verәrkәn ondan solda eyni istiqamәtdә bәrabәr dayanmış “Kia K5 Hibrid” minik markalı, **-EV-*** dövlәt qeydiyyat nişanlı avtomobilin sürücüsü hәrәkәtә başlayıb soldan sağa manevr etmiş, nәticәdә digәr avtomobilin qabaq sağ qapısı onun avtomobilinin qabaq ön-yan hissәlәrinә toxunaraq әzmişdir. Birinci instansiya mәhkmәsi tәrәfindәn müәyyәn edilmişdir ki, şikayәtçinin irәli sürdüyü, digәr nәqliyyat vasitәsinin arxadan gәlәrәk onun avtomobilinә çırpılması barәdә izahatı işin digәr halları ilә dә tәkzib olunur. Belә ki, әgәr toqquşma hәqiqәtәn dә şikayәtçinin göstәrdiyi kimi digәr avtomobilin onun avtomobilinә arxadan yaxınlaşaraq vurması nәticәsindә baş vermiş olsaydı, bu halda zәdәlәrin yaranma istiqamәti arxa hissәdәn ön hissәyә doğru inkişaf etmәli, hadisәdәn sonra avtomobillәrin dayandığı vәziyyәtdә isә “Mercedes” markalı avtomobilin ön hissәsi zәdәlәrin son nöqtәsindә deyil, onların başlanğıc hissәsinә yaxın yerlәşmәli idi. Bu halda avtomobilin ön tәrәfdәn çәkilmiş fotoşәkillәrindә zәdәlәrin digәr avtomobilin tәmasda dayandığı nöqtәdәn ön hissәdә deyil, hәmin nöqtәdәn arxada yerlәşmәsi müşahidә olunardı. Halbuki iş materiallarında olan fotoşәkillәr bunun әksini göstәrir. Fotoşәkillәrdә “Mercedes” markalı avtomobilin sol ön hissәsi mәhz “Kia K5 Hibrid” markalı avtomobildә әmәlә gәlmiş zәdәlәrin son nöqtәsinә söykәnmiş vәziyyәtdәdir ki, bu da zәdәlәrin ön hissәdәn başlayaraq arxa istiqamәtә doğru әmәlә gәldiyini vә şikayәtçinin avtomobilinin manevr zamanı digәr avtomobilә doğru hәrәkәt etdiyini göstәrәn mühüm әlamәt olmasına dair birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә әsaslıdır. Apellyasiya mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsi inzibati icraat üzrә qәrar qәbul edәrkәn iş materiallarını mahiyyәti üzrә tam araşdırmış, inzibati mәsuliyyәtә cәlb edilmәnin әsası olan qanunvericiliyin tәlәblәrinә riayәt etmişdir. Apellyasiya mәhkәmәsi inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi barәdә apelyasiya şikayәtinin dәlillәrinә münasibәtdә qeyd edir ki, birinci instansiya mәhkәmәsi araşdırma zamanı müәyyәn edilmiş faktiki hallara tәtbiq edilmәli qanun normalarına uyğun qiymәt vermiş vә işә baxan hakimin yuxarıda qeyd olunan qәnaәti qanuni, әsaslı vә iş üzrә müәyyәn edilmiş faktiki hallara uyğun olmuş, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin әmәlindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 327.1-ci maddәsi ilә müәyyәn edilmiş inzibati xәtanın törәdilmәsi vә onun tәqsirliliyi tam tәsdiq olunmuşdur. Şikayәtdә göstәrilәn hallar Qәrardan şikayәt verәn orqan (şәxs) özünü müdafiәsi üçün gәtirdiyi dәlillәrdir. Hәmin dәlillәr mәsuliyyәtdәn yayınmaq mәqsәdi güdür vә işin faktiki hallarını әks etdirmir. Azәrbaycan Respublikası İXM-in 327.1-ci maddәsinә әsasәn yol nişanlarının vә ya yolların hәrәkәt hissәsinin işarәlәrinin tәlәblәrinә riayәt edilmәmәsinә, yaxud nәqliyyat vasitәsinin yolların hәrәkәt hissәlәrindә yerlәşdirilmәsi, yaxud aramәsafәsi, yedәyә alma, yük daşıma, sürmә tәlimi keçmә, yaşayış zonasında hәrәkәt etmә, әks istiqamәtli hәrәkәt zolağına çıxmadan ötmә vә ya manevr etmә qaydalarının pozulmasına, sәkilәrlә vә “Yol hәrәkәti haqqında” Azәrbaycan Respublikasının Qanunu ilә nәzәrdә tutulmamış hallarda yolun çiyni ilә hәrәkәt edilmәsinә görә inzibati mәsuliyyәt nәzәrdә tutulmuşdur. Mәhkәmә yuxarıda qeyd olunanlara mәcmu halında qiymәt verәrәk hesab edir ki, Qәrardan şikayәt verәn orqan (şәxs) Bakı şәhәr Binәqәdi RPİ-nin X2 Şöbәsinin ##.##.2026-cı il tarixli TP******* nömrәli inzibati xәta haqqında qәrarından verdiyi şikayәtinin tәmin edilmәmәsinә dair birinci instansiya mәhkәmәsinin qәrarı qanuni vә әsaslıdır. Ona görә dә, barәsindә inzibati xәta haqqında qәrar qәbul edilmiş şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinin dәlillәri Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarının lәğv edilmәsi vә inzibati iş üzrә icraata xitam verilmәsinә әsas ola bilmәz. Azәrbaycan Respublikası İXM-nin 21 vә 31.1-ci maddәlәrinә әsasәn inzibati tәnbeh inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır vә bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. Azәrbaycan Respublikası İXM-nin 31.2-ci maddәsinә әsasәn fiziki şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, xәtanın xarakteri, inzibati xәta törәdәn şәxsin şәxsiyyәtini xarakterizә edәn hallar, onun tәqsirinin dәrәcәsi, әmlak vәziyyәti, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. Azәrbaycan Respublikası İXM-nin 134.1, 134.1.1-ci maddәlәrinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxıldıqda, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә protestin tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Göstәrilәnlәrә әsasәn Azәrbaycan Respublikası İXM-nin 128-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Apellyasiya şikayәti tәmin edilmәsin. Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindәki Azәrbaycan Respublikası İXM-nin 327.1-ci maddәsi ilә olan inzibati xәta haqqında material üzrә Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Azәrbaycan Respublikası İXM-nin 138.1.3-cü maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Bu qәrardan kassasiya şikayәti vә ya protesti verilmәsi hüququ Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsindә nәzәrdә tutulmamışdır.
Məhkəmə qərarları › İş №3(3-8)-522/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-522/2026
17.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver