Məhkəmə qərarları › İş №3(3-8)-523/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-523/2026

12.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-523/2026 12.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Əsgәrova Ruhiyyә Orucәli qızının sәdrliyi, Şükürov Cahangir Fәxrәddin oğunun katibliyi, Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs, müdafiәçisi Vәkil, zәrәrçәkmiş şәxsin qanuni nümayәndәsi Qanuni nümayәndә vә vәkili Nümayәndә iştirakı ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası İXM-nin 157-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin müdafiәçisi Vәkil tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azәrbaycan Respublikası Daxili İşlәr Nazirliyi Sumqayıt şәhәr Polis İdarәsi 1-ci Polis Bölmәsi tәrәfindәn X2 barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 157-ci maddәsi ilә tәrtib edilmiş inzibati xәta haqqında ##.##.2026-cı il tarixli, MN ******* nömrәli protokol baxılması üçün Sumqayıt Şәhәr Mәhkәmәsinә göndәrilmişdir. İnzibati xәta haqqında protokola әsasәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs 2026-cı ilin yanvar ayının ortalarında Sumqayıt şәhәri, 10-cu mikrorayon ünvanında bacısı oğlu X3 әlinin 3-cü barmağını arxa nahiyyәsini alışqanla yandıraraq ona ona xәsarәt yetirilmişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qәrarı (hakim E.Əliyev) ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 157-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinәrәk 15 (on beş) gün müddәtinә inzibati qaydada hәbs edilmәsi, inzibati hәbsdә saxlama müddәtinin әvvәlinin ## ###### 2026-cı il tarixdәn saat 16:40dan hesablanması qәrara alınmışdır. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin müdafiәçisi Vәkil qәrardan apellyasiya şikayәti verәrәk, qәrarın lәğv edilmәsi, iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, qәrar qanunsuz vә әsassızdır. Belә ki, әrizәsi әsasında material toplanmış Qusar rayonu, Avaranqışlaq kәnd sakini Qanuni nümayәndә әsassız ittihamları vә uydurma mәlumatı bütün hüquq- mühafizә orqanlarını demәk olar ki. lazımsız mәşğul etmişdir. Belәki, әrizәçi Qanuni nümayәndә mәhkum edilmiş şәxsin keçmiş yeznәsidir. Onun bacısı ondan mәhz ona etdiyi zülmlәrdәn dolayı canını götürüb qaçmış vә boşanmışdır. Şәxsiyyәt olaraq son dәrәcә böhtançı vә heç bir әxlaqi dәyәrlәrә malik olmayan Qanuni nümayәndә faktiki olaraq әrizәsi ilә yalan mәlumat vermiş vә düzgün olmayan tibbi rәylәr “әldә etmәyә” nail olmuşdur. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәdә qәbul edilmiş qәrardan narazıyıq vә bu sәbәbdәn dә sahә rәisi tәrәfindәn tәqdim edilmiş protokol imzalanmamışdır. İş materiallarında bir dәnә tutarlı dәlil yoxdur ki, Babyev Hәsrәt bacısı oğluna xәsarәt yetirmәsini tәsdiq etsin. Hesab edirәm ki, tamamilә әsassız vә düzgün olmayan formada aparılmış tәhqiqat araşdırması nәticәsindә preyudisial nәticәlәr meydana çıxmış vә әsassız faktlar tәsdiqlәnmişdir. Tәhqiqatçı tәrәfindәn tәqdim edilmiş "cinayәt işinin rәdd edilmәsinә dair” qәrar mәhkәmә nәzarәti qaydasında mübahisәlәndirilmişdir. Belәki, tәhqiqatçı şikayәt әrizәsini tam. hәr tәrәfli vә obyektiv araşdırmamışdır. İş üzrә әhәmiyyәt kәsb edәn ekpertizalar vә komissiya rәylәri әldә edilmәmişdir. Bütün mәhkәmә prosesi әrizәçi tәrәfin әsassız böhtanları vә şәr atmaları ilә aparılmışdır. Şәxs bacısı uşağına qarşı bir dәfә belә әl qaldırmadığını demiş olsa da mәhkәmә heç bir dәlil gәtirmәdәn şәxsin barәsindә tamamilә әsassız qәrar qәbul etmişdir. Mәhkәmә ümumiyyәtlә әmәlin mәhz qәrәzli olaraq törәdilibtörәdilmәmәsini vә digәr mühüm halları araşdırmalı olduğu halda sadәcә işin faktiki hallarına baxaraq qiymәt vermişdir. Baxmayaraq ki. hәm tәqsirlәndirlәn şәxsin özü. hәm dә müdafiәçi mәhkәmә çıxışlarında kifayәt qәdәr әsaslandırmışlar lakin mәhkәmә yenә dә hansısa qeyrimәlum sәbәblәrdәn protokolu tәmin etmiş vә şәxsin barәsindә inzibati hәbs tәtbiq etmişdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә İnzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәri ilә bağlı proses iştirakçılarının çıxışlarını dinlәyib, tәdqiq edilmiş sübutlarla bağlı birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә üzrә dәyәrlәndirmә apararaq, proses iştirakçılarının izahatını dinlәyәrәk hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn gәlinәn nәticә qanuni vә әsaslı olduğundan, apellyasiya şikayәtinin dәlillәri formal mülahizә kimi dәyәrlәndirildiyindәn, apelyasiya şikayәti tәmin edilmәmәli, qәrar dәyişdirilmәdәn saxlanılmalıdır. Apellyasiya instansiya mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. İş materiallarında olan cinayәt işinin başlanmasının rәdd edilmәsi haqqında ##.##.2026-cı il tarixli qәrardan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası İXM-nin 157-ci il maddәsi ilә inzibati tәnbeh tәdbiri götürmәsindәn ötrü Sumqayıt ŞPİ-nin 1-ci PB aidiyyәti sahә rәisinә hәvalә edilmişdir. İş materiallarında olan ##.##.2026-cı ıl tarixli, *** saylı mәhkәmә-tibbi ekspertizasının rәyindәn görünür ki, Zәrәrçәkmiş şәxs bәdәni üzәrindә sağ әlin 3-cu barmağının orta falanqasının arxa sәthinin, sağ sarğının aşağı bayır kvadratının 1ci dәrәcәli yanıq yaraları vardır, qeyd olunan xәsarәtlәr yüksәk hәrarәtin(alovun) tәsirindәn törәnmişdir, törәnmә müddәti qәrarda göstәrilәn vaxt vә şәraitdә әmәlә gәlә bilәr, sağlamlığa zәrәrvurmayan xәsarәtlәrә aid olduğundan dәrәcәsi tәyin edilmir. İş materialalrına әlavә olunmuş xxxxnın ##.##.2026-cı il tarixli mәktubdan görünür ki, ##.##.2026-cı il tarixindә Zәrәrçәkmiş şәxs “xxxx” publik hüquqi şәxsin X1 şöbәsinә müraciәt etmişdir. “Sağ әlin III barmağın vә sağ ayağın sağrı nahiyәdә İ dәrәcәli termik yanığ” diaqnozu qoulmuşdur. Azәrbaycan Respublikası İXM-nin 157-ci maddәsinә әsasәn döymә vә sair zorakı hәrәkәtlәrlә qәsdәn fiziki ağrı yetirmәyә görә - üç yüz manatdan beş yüz manatadәk mәblәğdә cәrimә edilir vә ya işin hallarına görә, xәtanı törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla, iki ayadәk müddәtә inzibati hәbs tәtbiq olunur. Hәmin maddәnin qeyd hissәsinә görә bu maddәdә nәzәrdә tutulmuş әmәl sağlamlığa ağır, az ağır vә ya yüngül zәrәr vurmaqla törәdildikdә, Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsinin müvafiq maddәlәrinә әsasәn cinayәt mәsuliyyәtinә sәbәb olur. İnzibati Xәtalar Mәcәllәsinin 48-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan, inzibati xәta törәtmiş şәxsi aşkar etmәkdәn vә onu inzibati mәsuliyyәtә cәlb etmәkdәn, çıxarılmış qәrarın icrasını tәmin etmәkdәn, habelә inzibati xәtanın törәdilmәsinә kömәk edәn sәbәblәri vә şәraiti aşkar etmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir. İnzibati Xәtalar Mәcәllәsinin 76.1-ci maddәsinә әsasәn inzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi orqanın (qurumun) informasiya sistemindә, habelә digәr dövlәt informasiya sistemlәrindә (ehtiyatlarında) aşkar olunan mәlumatlarla, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. Bununla әlaqәdar apellyasiya instansiya mәhkәmәsi qeyd edir ki, birinci instansiya mәhkәmәsi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İХMnin 157-ci maddәsindә nәzәrdә tutulmuş inzibati хәtanı törәtmәsi barәdә qәnaәtә gәlәrkәn Azәrbaycan Respublikası İnzibati Хәtalar Mәcәllәsinin 75-85-ci maddәlәrinin tәlәblәrinә әmәl edәrәk inzibati хәta törәtmiş şәхsin ona istinad olunmuş inzibati хәtanı törәtmәsi haqda mötәbәr nәticәyә gәlmәk üçün kifayәt qәdәr sübutlar toplamış vә bu sübutların hәr birinin mәnsubiyyәti, mümkünlüyü vә mötәbәrliyi qiymәtlәndirilәrәk işin faktiki hallarına uyğun olan yekun qәrarı qәbul edilmişdir. İşin faktiki halları vә әmәlin hüquqi tövsifinә dair gәlinәn nәticә qanuni vә әsaslı olduğundan apellyasiya şikayәtinin dәlillәri әmәldә inzibati xәta tәrkibinin olmaması vә inzibati tәnbeh tәtbiq edilmәsi barәdә qәrarın lәğv edilmәsi üçün әsas ola bilmәz. Çünki mәhkәmә iclasında tәdqiq edilmәklә toplanılmış sübutların müqayisәli tәhlili barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin izahatının özünü müdafiә xarakterli dәyәrlәndirilmәli olması qәnaәtini formalaşdırır. Konstitusiya Mәhkәmәsinin Plenumu, hәmçinin apellyasiya instansiyası mәhkәmәlәrinin diqqәtini ona cәlb etmәyi lazım bilir ki, onlar birinci instansiya mәhkәmәsinin faktlar nöqteyi nәzәrindәn qanuni vә әsaslı, mahiyyәt üzrә düzgün olan qәrarının yalnız formal mülahizәlәrә görә lәğv edilmәsindәn çәkinmәlidirlәr (Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2019-cu il tarixli Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 38.1 vә 430.4-cü maddәlәrinin әlaqәli şәkildә şәrh edilmәsinә dair Qәrarı). Belәliklә apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası İXM-nin 133-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin müdafiәçisi Vәkil tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar