Məhkəmə qərarları › İş №3(3-8)-524/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-524/2026

20.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-524/2026 20.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Ağayev Rəşadət Əhməd oğlu, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDIM : Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (hakim E.İ.Əliyev) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətə məhdudlaşdırılması qərara alınmışdır. IŞIN HALLARI : Inzibati materialdan müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Sumqayıt ŞPI-nin X1 Şöbəsinin R X2 tərəfindən tərtib edilmiş protokol məhkəməyə göndərilmiş və protokola baxan birinci instansiya məhkəməsinin hakimi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilib, iş üzrə icraata xitam verilməsi barədə qərarın qəbul olunmasını xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanuni və əsaslı deyildir. Məhkəmə iclasında iştirakı olmadan işə baxılması nəticəsində hüquqları məhdudlaşdırılıb. Birinci instansiya məhkəməsi ağırlaşdırıcı hal müəyyən etmədiyi halda, daha yüngül inzibati tənbeh təyin etməyib, konkret əsaslandırmayıb və yalnız ümumi ifadələrlə hüququn məhdudlaşdırılmasını məqsədəuyğun sayıb. Hadisədən sonra ərazidən yayınmamış, zərərçəkmiş şəxsi dərhal xəstəxanaya aparmış, araşdırma ilə əməkdaşlıq etmişdir. Sərxoş olmamışdır. Zərərçəkmiş şəxs ilkin izahatında şikayət və tələbinin olmadığını bildirib. Araşdırma orqanı piyadanın öz davranışında da IXM-in 338.2-ci maddəsinin əlamətlərini görüb. Bu hallar nəzərə alaraq IXM-in 31.2 və 32.2-ci maddələri baxımından tənbehin fərdiləşdirilməsində nəzərə alınaraq, IXM-in 9.1-ci maddəsindəki ədalətlilik prinsipinə uyğun olaraq daha yüngül alternativ tənbeh seçilə bilərdi. Ali Məhkəmə Plenumunun ## ###### 2013-cü il rarixli, * nömrəli Qərarının 21-ci bəndində daha ciddi cəzanın yalnız az ciddi cəza cəzanın məqsədlərini təmin etmədikdə seçilməli olduğu, hadisədə zərərçəkmişin mümkün qarşılıqlı təqsirinin, sürücünün hadisə yerindən qaçmamasının və zərərçəkmişə yardım göstərməsinin cəza təyin edilərkən nəzərə alınmalı olduğu izah edilmişdir. Lakin onun işində bu hallar heç biri nəzərə alınmamışdır. PROSES IŞTIRAKÇISININ IZAHATI : Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini vurğulamaqla onu da qeyd etdi ki, səkkiz ildən artıqdır ki, hərbi xidmətdə qulluq edir, hadisə olan günü səhər xidmət yerinə gedərkən yolun hərəkət hissəsinin sərhədi ilə hərəkətdə olan piyadanın qoluna idarə etdiyi avtomaşının güzgüsü dəymiş, dərhal avtomaşını saxlayaraq zərərçəkmişi həkimə aparıb və piyadaya yüngül xəsarət dəyməsi müəyyən olunmuşdur. O, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs zəruri yardımı etmiş və sonuncunun ona qarşı şikayət və tələbinin olmaması cinayət işinin başlanılmasının rədd qərarında da qeyd edilmişdir. Xahiş edir ki, şikayəti nəzərə alınaraq yüngül cəza tətbiq edilsin. Apellyasiya baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt ŞPI-nin X1 Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya şikayəti üzrə məhkəmə baxışı iclasının zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş polis şöbəsinin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikasının IXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, inzibati xəta haqqında işin materiallarını və birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsaslılığını yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı isə yalnız Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş inzibati tənbehin növü hissəsində dəyişdirilməlidir. Belə ki, iş materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs idarə etdiyi “Opel Astra” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurulmuşdur. Bu hal inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, məhkəmə-tibbi ekspertin rəyi və digər iş materialları ilə təsdiq olunur. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən zərərçəkmiş şəxsin bədənində aşkar edilmiş xəsarətlər ## ###### 2026-cı il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurma kateqoriyasına aid edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması və onun həmin maddə ilə təqsirli bilinməsi barədə nəticəsi iş materiallarının məcmusu ilə təsdiq olunduğundan, apellyasiya şikayətinin onun əməlində həmin inzibati xətanın tərkibinin olmaması və təqsirliliyinin sübuta yetirilməməsi ilə bağlı dəlilləri əsassızdır. Eyni zamanda, apellyasiya şikayətində göstərilən məhkəmə iclasında iştirak etməməsi ilə bağlı dəlil də qərarın ləğvi üçün əsas yaratmır. Belə ki, birinci instansiya məhkəməsinin qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin qanunla müəyyən edilmiş şərtlər daxilində işə onun iştirakı olmadan baxması prosessual pozuntu kimi qiymətləndirilə bilməz. Lakin məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş inzibati tənbehin növü məsələsinə yenidən hüquqi qiymət verilməlidir. Belə ki, Inzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, IXM-in 327.8-ci maddəsinin sanksiyasında alternativ olaraq 300 manat məbləğində inzibati cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirliliyini düzgün müəyyən etsə də, sanksiyada nəzərdə tutulan alternativ tənbeh növlərindən məhz nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasının seçilməsini konkret hallarla kifayət qədər əsaslandırmamışdır. Birinci instansiya məhkəməsinin öz qərarında da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran halların müəyyən edilmədiyi göstərilmişdir. Bununla yanaşı, iş materiallarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hadisə yerini tərk etmədiyi, zərərçəkmiş şəxsi tibb müəssisəsinə apardığı, hadisə vaxtı spirtli içki və ya narkotik vasitələrin təsiri altında olmadığı, habelə baş vermiş hadisənin ehtiyatsızlıq nəticəsində baş verdiyi müəyyən olunur. Digər tərəfdən, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda hadisə zamanı piyada qismində olmuş şəxsin hərəkətlərində də IXM-in 338.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əlamətlərinin olub-olmamasına hüquqi qiymət verilməsi üçün materialın aidiyyəti üzrə göndərilməsi göstərilmişdir. IXM-nin 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə qeyd olunan halları inzibati tənbehin fərdiləşdirilməsi baxımından nəzərə alaraq hesab edir ki, konkret halda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması zəruri deyildir və ona IXM-in 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 300 manat məbləğində inzibati cərimə tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə daha uyğun və ədalətli tənbeh hesab edilməlidir. Belə ki, IXM-nin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəlləsinin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənləri və Azərbaycan Respublikası IXM-nin 133, 135.1.5, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDIM : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ona təyin edilmiş 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh növü ilə əvəz edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar