Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-525/2026 25.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Rzayev Mәhәmmәdәli Əsәd oğlunun sәdrliyi, X3 iclas katibliyi, Prorotokol tәrtib etmiş şәxs Sumqayıt ŞPI-nin DYPŞ-nin Yol patrul xidmәti inspektoru, R X2, Barәsindә inzibati xәtaya dair iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs iştirakları ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 333.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Inzibati materialdan müәyyәn olunur ki, Sumqayıt şәhәr Polis Idarәsi Dövlәt X1 tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 333.1-ci maddәsi ilә inzibati xәta haqqında ##.##.2026-cı il tarixli, IXP ******* nömrәli protokol tәrtib olunaraq baxılması üçün Sumqayıt Şәhәr Mәhkәmәsinә göndәrilmişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı ilә (hakim X4) ##.##.1980-ci ildә Dәvәçi rayonunda anadan olmuş, Azәrbaycan Respublikasının vәtәndaşı, evli, Şabran rayonu, Rәhimli әrazi dairәsi, Rәhimli kәndindә qeydiyyatda olan vә Sumqayıt şәhәri, Yeni Yaşayış massivindә yerlәşәn fәrdi evdә yaşayan (FIN:*******) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azәrbaycan Respublikası IXM-nin 333.1-ci maddәsi ilә tәqsirli bilinәrәk, nәqliyyat vasitәsini idarә etmәk hüququ 06 (altı) ay müddәtinә mәhdudlaşdırılmışdır. Hәmin qәrardan narazı qalan barәsindә inzibati qaydada iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәti verәrәk, mübahisәli qәrarın dәyişdirilmәsini vә barәsindә cәrimә növündә tәnbeh tәdbirinin tәtbiq edilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, birinci instansiya mәhkәmәsinin qәrarı ilә razılaşmır. Belә ki, o, nәqliyyat vasitәsini sәrxoş vәziyyәtdә idarә etdiyini etiraf etmişdir. Bununla bağlı hәm polis şöbәsindә, hәm dә mәhkәmәdә tәqsirini boynuna alaraq әmәlindәn sәmimi peşman olduğunu bildirmişdir. Hәmçinin, bu onun il әrzindә törәtdiyi ilk inzibati xәtadır. Hәm әmәlindәn peşman olmağı, hәm dә il әrzindә ilk dәfә inzibati xәta törәtmәyi inzibati mәsuliyyәti yüngüllәşdirәn hallardır. VÖEN sahibi olmaqla sahibkarlıq fәaliyyәti ilә mәşğuldur. Himayәsindә azyaşlı uşaqları vardır. Ailәsini sahibkarlıq fәaliyyәtini hәyata keçirmәklә dolandırır. Hazırki halda sürücülük hüququnun mәhdudlaşdırılması onu vә ailәsini ağır vәziyyәtә salacaqdır. Törәtdiyi inzibati xәtada sürücülük hüququnun mәhdudlaşdırılması yeganә inzibati mәsuliyyәt deyildir. Hәmin maddәnin sanksiyasında 400 manat mәblәğindә inzibati cәrimә vә ya nәqliyyat vasitәlәrini idarә etmәk hüququnun 6 aydan bir ilәdәk müddәtinә mәhdudlaşdırılması qeyd edilmişdir. Belә olan halda ilk dәfә inzibati xәta törәtmәyini, әmәlindәn sәmimi peşman olmağını nәzәrә alaraq onun barәsindә inzibati cәrimә tәtbiq etmәk mümkün olduğu halda ona ağır cәza olan nәqliyyat vasitәlәrini idarә etmәk hüququnun mәhdudlaşdırlması cәzasının tәyin edilmәsi onun vәziyyәtini ağırlaşdıran haldır. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya mәhkәmәsindә şikayәtin dәlillәrinә uyğun izahat verәrәk bildirdi ki, avtomobili sәrxoş idarә etdiyi üçün saxlanmışdır. Cәrimәni ödәmәyә hazırdır. Əmәlindәn peşmandır. Qeyd olunanların nәzәrә alınaraq şikayәtin tәmin edilmәsini xahiş etmişdir. Sumqayıt ŞPI-nin DYPŞ-nin Yol patrul xidmәti inspektoru, R X2 apellyasiya mәhkәmәsindә izahat verәrәk, apellyasiya şikayәtinin tәmin edilmәmәsini xahiş etmişdir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn, inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә inzibati xәta haqqında iş üzrә icraat materiallarını araşdırıb, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsi, inzibati xәta haqqında protokol tәrtib etmiş şәxsi dinlәyib, apellyasiya şikayәtinin dәlillәrini öyrәnib, belә qәnaәtә gәlir ki, aşağıdakı әsaslara görә apellyasiya şikayәti tәmin edilmәmәli, mәhkәmәnin mübahisә olunan qәrarı dәyişdirilmәmәlidir. Belә ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli, IXP ******* saylı inzibati xәta haqqında protokoldan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ##.##.2026-cı il tarixdә saat 01:30-da “BMW 528I” minik markalı, **-BX-*** dövlәt qeydiyyat nişanlı avtomobili idarә edәrkәn YPX әmәkdaşları tәrәfindәn saxlanılmış vә alkotestr vasitәsilә müayinә olunan zaman sәrxoş olması müәyyәn edilmişdir. Iş materiallarında olan “Alcovisor” markalı, Jupiter X nömrәli xüsusi texniki vasitәnin qәbzindәn vә ***** nömrәli protokoldan görünür ki, ##.##.2026-cı il, saat 01:20-dә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs 0,678 % promilli alkoqol sәrxoşluq vәziyyәti aşkar edilmişdir. Iş materiallarında olan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs izahatından görünür ki, “BMW 528I” markalı, **-BX-*** dövlәt qeydiyyat nişanlı avtomobillә Sumqayıt şәhәri, Sülh küçәsindә hәrәkәtdә olan zaman polis әmәkdaşları tәrәfindәn saxlanılmış vә onda müayinә zamanı sәrxoşluq vәziyyәti aşkar edilmişdir. O spirtli içki qәbul etdiyini vә alkotesterin nәticәsi ilә razı olduğunu bildirmişdir. Apellyasiya instansiyası mәhkәmәsi iş materiallarına әsasәn hesab edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs avtomobili sәrxoş vәziyyәtdә idarә etmәsi vә bununla da inzibati xәtanı törәtmәsi işdә olan sübutlarla tam tәsdiq olunur. Birinci instansiya mәhkәmәsi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs әmәlini Azәrbaycan Respublikası IXM-nin 333.1-ci maddәsi ilә tövsif etmәklә әsaslı nәticәyә gәlmişdir. Bununla yanaşı apellyasiya instansiya mәhkәmәsi işin hallarını nәzәrә alaraq, belә nәticәyә gәlir ki, inzibati xәta törәtmiş şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs şikayәtinin inzibati tәnbehin ağır olması barәdә dәlili әsassızdır. Bu sәbәbdәn dә apellyasiya mәhkәmәsi verilmiş apellyasiya şikayәtinin dәlillәri ilә razılaşmır. Belә ki, Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn, yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizlik) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur vә tәnbeh edilir. Azәrbaycan Respublikası IXM-nin 9.1-ci maddәsinә görә, inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. Azәrbaycan Respublikası IXM-nin 21-ci maddәsinә әsasәn inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. Azәrbaycan Respublikası IXM-nin 31.2-ci maddәsinә әsasәn, fiziki vә ya vәzifәli şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, xәtanın xarakteri, inzibati xәta törәdәn şәxsin şәxsiyyәtini xarakterizә edәn hallar, onun tәqsirinin dәrәcәsi, әmlak vәziyyәti, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. Azәrbaycan Respublikası IXM-nin 333.1-ci maddәsinә әsasәn Nәqliyyat vasitәsini idarә etmәk hüququ olan şәxs tәrәfindәn nәqliyyat vasitәsinin alkoqoldan istifadә olunması nәticәsindә sәrxoş vәziyyәtdә idarә edilmәsinә görә dörd yüz manat mәblәğindә cәrimә edilir vә ya nәqliyyat vasitәsini idarә etmәk hüququ altı aydan bir ilәdәk müddәtә mәhdudlaşdırılır. Hәmin maddәnin qeyd hissәsinә әsasәn xüsusi texniki vasitә qanda alkoqolun konsentrasiyasının 0,3 promilli vә daha artıq olmasını göstәrdiyi halda şәxsin alkoqoldan istifadә olunması nәticәsindә sәrxoşluq vәziyyәtindә olduğu hesab edilir. Göründüyü kimi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs alkoqol şәrxoşluğu yaradan minimum hәddәn artıq olan sәrxoşluq dәrәcәsindә avtomobili idarә etmiş, digәr yol hәrәkәti iştirakçıları üçün real olaraq tәhlükә yaratmışdır. Ona görә dә onun 06 (altı) ay müddәtinә nәqliyyat vasitәsini idarәetmәk hüququnun mәhdudlaşdırılması qanuni vә әsaslı olmuşdur. Birinci instansiya mәhkәmәsi ona qeyd olunan inzibati tәnbehi tәtbiq edәrkәn, onun tәrәfindәn törәdilmiş inzibati xәtanın xarakterini xarakterini, şәxsiyyәtini, tәqsirinin dәrәcәsini nәzәrә almışdır. Bundan başqa oda qeyd olunmalıdır ki, şikayәtçi apellyasiya şikayәtindә qeyd olunan dәlillәrlә bağlı mәhkәmәyә hәr hansı sübut tәqdim etmәmişdir. Apellyasiya Mәhkәmәsi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs himayәsindә azyaşlı övladlarının olmasını yüngülәşdirici hal kimi nәzәrә alaraq onu da qeyd etmәyi zәruri hesab edir ki, apellyasiya şikayәtindә göstәrilәn dәlillәrә әsasәn mübahisәli qәrarın dәyişdirilmәsi üçün әsaslar yoxdur, birinci instansiya mәhkәmәsi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs әmәlindә Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 333.1-ci maddәsindә nәzәrdә tutulan inzibati xәta tәrkibinin olması qәnaәtinә gәlmәklә düzgün nәticәyә gәlmişdir. Belәliklә qeyd olunanlara әsasәn apellyasiya mәhkәmәsi belә qәnaәtә gәlir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 333.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәti әsassız olduğundan, mәhkәmәnin onun barәsindә olan qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası Inzibatı Xәtalar Mәcәllәsinin 134.1, 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn Azәrbaycan Respublikası Inzibatı Xәtalar Mәcәllәsinin 134.1.1-ci maddәsini rәhbәr tutaraq mәhkәmә, QƏRARA ALDİ: Apellyasiya şikayәti tәmin edilmәsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 333.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrar qәtidir, ondan şikayәt vә ya protest verilә bilmәz. Hakim Məhəmmədəli Rzayev
Məhkəmə qərarları › İş №3(3-8)-525/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-525/2026
25.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver