Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-526/2026 20.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X2 katibliyilə, inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsi ilə 20000 manat cərimə edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə (hakim Vüsalə Məmmədova) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İşin halları : Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi PHŞ-nin tibbi nəzarət şöbəsi tərəfindən hüquqi ünvanı Sumqayıt şəhəri, H.Əliyev prospekti, 208E olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsi ilə ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ##.##.2026-cı il tarixdə ünvan 1 ünvanında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus müəssisədə DVX-nin * saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı lisenziyasız özəl tibb fəaliyyəti (stomotoloji) ilə məşğul olması faktı aşkarlanmışdır. İşə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən qərarı qəbul etmişdir. Qərarla razılaşmayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayət onunla əsaslandırılmışdır ki, birinci instanisya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, hüquqi şəxs ##.##.2026 və ##.##.2026-cı il tarixlərdə lisenziyanın verilməsi ilə bağlı müraciətlər etmişdir. Daha sonra bəlli olmuşdur ki, 1125 manat dövlət rüsumu ödənilməlidir. Texniki problemlər olduğu üçün rüsum ödənilməmiş və ##.##.2026-cı il tarixdə ödənilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdə yalnız bir xanım görsənir. Həmin vaxt hər hansı xidmət göstərilməmişdir. Həmin xanım direktorun qohumudur və tibb bacısı kimi işə götürülmüşdür. Klinika da heç bir müalicə və müayinə işləri aparılmamış, həmçinin bu halın əksini sübut edən faktlar yoxdur. Hesab edir ki, qurğunun elektrik cərəyanına birləşdirilməsi orada fəaliyyət göstərilməsini sübut etmir və belə olan halda protokol əsassız və qanunsuz tərtib edilmişdir. Vergi Xidmətinin müvafiq aktı və izahatlar ilə protokol tərtib edilmişdir. İş materiallarında olan şəkillərdən qurğunun elektrik yuvasına birləşdirilməsi sübuta yetirilmir. Lakin məhkəmə bu hallara formal olaraq baxmış və diqqət yetirməmişdir. Bundan əlavə məhkəmə iclasında şahid Şahid bildirmişdir ki, o, ##.##.2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də kiçik tibb bacısı kimi işləmiş, yoxlama aparılan zaman orada olmuş, həmin gün təmizlik üçün getmişdir. Onun məlumatı olmuşdur ki, dövlət rüsumu ödənilib və lisenziya verilməlidir. Yoxlama gələn zaman mətbəxdə olmuş, əməkdaşlar ondan burada nə işə baxdığını soruşmuşlar və cavab olaraq təmizlik üçün gəldiyini bildirmişdir. Məlumatlıdır ki, cəmiyyətin adı səhv yazıldığına onlara irad bildirmişlər. Qeydiyyat şöbəsinə keçərək yoxlamaya gələn əməkdaşlara post-terminalı təqdim etmişdir. Həmin vaxt qeydiyyat şöbəsində əməkdaş olmadığından o işləri özü görmüşdür. Klinikda xəstə qəbul etməmiş, işləməmişdir. O, əvvəllər də klinikaya təmizliyə getmişdir. Hesab edir ki, məhkəmə ədalətli araşdırma aparmamışdır. Qanunun tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmçinin inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İşdə olan akt və protokol mötəbər sübut kimi qəbul oluna bilməz. Çünki işdə maraqlı olan orqanın əməkdaşları tərəfindən tərtib olunmuşdur. İşdə olan fotoşəkillər ilə fakt öz təsdiqini tapmır. Otaqlarda olan qurğuların mövcud olması normal haldır. Çünki həmin qurğular olmalıdır ki, liseynziya verilsin. Bu halı qarşı tərəfin nümayəndəsi də təsdiq etmişdir. Lakin həmin qurğular lisenziya alınana kimi istifadə olunmamış və ya hər hansı bir xəstə müalicə və müayinə olunmamışdır. Məhkəmə işə səthi yanaşmışdır. Yəni fakt öz təsdiqini tapmadığı halda cəmiyyətin cərimə olunması qanunsuz və əsassızdır. Proses iştirakçısının izahatı : Apellyasiya instansiya məhkəməsinin iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmiş, əlavə olaraq MMC-yə lisenziya verilməsini təsdiq edən sənədi məhkəməyə təqdim etmişdir. Apellyasiya instansiya məhkəməsinin iclasında inzibati xəta haqqında protokol tərtib edilmiş orqanın nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər : Azərbaycan Respublikasının İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi inzibati xəta haqqında icraat materiallarını yoxlayıb, şikayətin dəlillərini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını iş materiallarındakı sənədlərlə əlaqəli şəkildə təhlil edib qeyd edir ki, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Apellyasiya instansiya məhkəməsi gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin tibbi nəzarət şöbəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ##.##.2026-cı il tarixdə ünvan 1 ünvanında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus müəssisədə DVX-nin * saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı lisenziyasız özəl tibb fəaliyyəti (stomotoloji) ilə məşğul olması faktı aşkarlanmışdır. Buna görə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan ##.##.2026-cı il tarixli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərardan görünür ki, xxxx MMC-yə məxsus obyektdə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) huquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə ##.##.2026 il tarixdən ##.##.2026 il tarixədək (##.##.2026 tarixi daxil olmaqla) operativ vergi nəzarəti keçirilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan ##.##.2026-cı il tarixli KY********* saylı Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin çıxarışından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də (VÖEN: **********) Dövlət Vergi Xidməti tərəfindən ##.##.2026-##.##.2026-cı il tarixlərdə plandankənar yoxlamanın aparılması nəzərdə tutulmuş və reyestrdə qeydə alınmışdır. İş materiallarında olan ##.##.2026-cı il tarixli ****** saylı aktdan görünür ki, * saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də aparılan yoxlama zamanı klinikada özəl tibb fəaliyyəti (stomotologiya sahəsində göstərilən xidmətlər) məşğul olması faktı aşkar olunmuşdur. Həmin akt yalnız vergi əməkdaşları tərəfindən imzalanmışdır. İş materiallarında olan ##.##.2026-cı il tarixli Abasov İmanqulu Hüseynağa oğlunun izahatından görünür ki, Sumqayıt şəhər Sülh küçəsində Bağçaşəhər 27 ünvanında yerləşən xxxx diş klinikasında təmir işləri getdiyi üçün fəaliyyətə ##.##.2026-cı il tarixdən başlanmışdır. Təmir getdiyi müddətdə lisenziyanın alınması üçün ##.##.2026 və ##.##.2026 tarixlərdə müraciət etmişdir. Amma lisenziya alınması üçün ödənilən dövlət rüsumu ödəniş portalında texniki problem olduğuna görə ödənişi ##.##.2026-cı il tarixdə etmişdir. Yeni fəaliyyətə başladığına görə heç bir gəlir əldə etməmişdir. Lisenziyanın alınması üçün müraciət və dövlət rüsumunu ödəmişdir İş materiallarında olan ##.##.2026-cı il tarixli Abasov İmanqulu Hüseynağa oğlunun digər izahatından görünür ki, 01 iyun tarixində Vergi əməkdaşları onların klinikasına daxil oldular. O, vergi əməkdalarına hazırda fəaliyyət göstərmədiyini bildirmişdir. Klinika fəaliyyətə 04 iyun tarixində lisenziya veriləndən sonra başlayıb. 01 iyun tarixində onlar fəaliyyətə hazırlıq işləri görmüşlər. İş materiallarında olan “Liseziyalar və İcazələr Portalı”ndan əldə edilmiş çıxarışdan görünür ki, Abasov İmanqlu Hüseynağa oğlu adlı istifadəçi adından özəl tibb fəaliyətinə lisenziya verilməsi barədə ##.##.2026-cı il tarixli DO-*****/**** nömrəli ərizə ilə müraciət edilmişdir. İş materiallarında olan ##.##.2026-cı il tarixli DO-*****/**** nömrəli ərizədən görünür ki, Abasov İmanqlu Hüseynağa oğlu tərəfindən özəl tibb fəaliyyəti üçün lisenziya verilməsi barədə müraciət edilmişdir. İş materiallarında olan ##.##.2026-cı il tarixli ASAN ödəniş sistemindən əldə edilmiş qəbzdən görünür ki, Abasov İmanqlu Hüseynağa oğlu tərəfindən özəl tibb fəaliyətinə lisenziya verilməsinə görə dövlət rüsumu olaraq Liseziyalar və İcazələr Portalına ümumillikdə 1136.25 manat ödəniş edilmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarını onunla əsaslandırmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətində aparılan yoxlamalar zamanı Abasov İmanqulu Hüseynağa oğlunun lisenziya olmadan özəl tibb fəaliyyəti göstərməsi aşkar olunmuş, bu həmin stomatoloji kabinetdə çəkilmiş fotoşəkillərlə də sübut olunmuş, bununla bağlı kifayət qədər mötəbər sübutların olması, bunu protokol tərtib etmiş orqanın nümayəndəsi və vəkili təkzib etsə də məhkəməyə həmin sübutları şübhə altına ala biləcək heç bir sübutun təqdim edilməməsi, nümayəndə və şahidin özünün göstərdiyi halların da inzibati xəta hadisəsinin baş verməsini təsdiq etmiş və ona görə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində olan inzibati material üzrə icraata xitam verilməsi üçün qanuni əsasın olmaması qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı hesab edilə bilməz ona görə ki, işin faktiki halları inzibati xətalar qanunvericiliyin tələbləri ilə uzlaşmır. Belə ki, İXM-nin 210.1-ci maddəsi ilə lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsindəki çıxışında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi cəmiyyət tərəfindən ##.##.2026 və ##.##.2026-cı il tarixlərdə özəl tibb fəaliyyəti üçün lisenziya verilməsi barədə müraciət edilməsini bildirmişdir. Məhkəməyə təqdim edilmiş ##.##.2026-cı il tarixli EL-***/**** nömrəli lisenziyadan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də keçirilən yoxlamadan 3 gün sonra özəl tibb fəaliyyətinin həyata keçirilməsinə icazə verilmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş şahid Şahid izahatında bildirmişdir ki, o, ##.##.2026-cı il tarixdə xxxx MMC-də kiçik tibb bacısı kimi işləmiş, yoxlama aparılan zaman orada olmuş, həmin gün təmizlik üçün getmiş, dövlət rüsumu ödənilməsi və lisenziya verilməli olmasından onun məlumatı olmuş, yoxlama gələn zaman mətbəxdə olmuş, əməkdaşlar ondan burada nə işə baxdığını soruşmuş və cavab olaraq təmizlik üçün gəldiyini bildirmiş, MMC-nin adının səhv yazılması barədə onlara irad bildirilməsindən məlumatı olmuş, qeydiyyat şöbəsinə keçərək yoxlamaya gələn əməkdaşlara post-terminalı təqdim etmiş, hazırda qeydiyyat şöbəsində əməkdaş olmadığından o işləri özü görmüş, klinikda xəstə qəbul etməmiş, işləməmiş, əvvəllər də klinikaya təmizliyə getmişdir. Şahid Şahid izahatından göründüyü kimi o, cəmiyyətdə ##.##.2026-cı il tarixdən işləməsini qeyd etsə də, həmçinin izahatında klinikda xəstə qəbul edilməməsini, işləməməsini, əvvəllər klinikaya təmizliyə getməsini bildirib ziddiyyətli izahatlar vermişdir. Apellyasiya məhkəməsi qeyd edir ki, klinikada aparılan yoxlama zamanı çəkilmiş fotoşəkillərdən görünür ki, stomotoloji fəaliyyətin aparılması nəzərdə tutulan otaqda stomotoloji fəaliyyətlə məşğul olmaq üçün müəyyən olunmuş aparatların quraşdırılması sözügedən fəaliyyətin həyata keçirilməsini sübut etmir. Belə ki, həmin avadanlıqlar özəl tibb fəaliyyətini həyata keçirilməsi və lisenziya əldə etmək üçün zəruri olan aparatlardır. Qeyd olunan aparatlarda hər hansı xəstənin əyləşməsi, hər hansı xəstəyə tibbi xidmət göstərilməsi, yəni MMC-nin lisenziya olmadan özəl tibbi fəaliyyəti ilə məşğul olması müəyyən edilmir. Məhkəmə onu da qeyd edir ki, hazırki iş üzrə inzibati xəta haqqında protokol tərtib olunduğu ## #### 2026-cı il tarixdə artıq ## #### 2026-cı il tarixdən MMC-yə müvafiq lisenziya verilmişdir. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 48-ci maddəsinin tələblərinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh edilənlərə əsasən apellyasiya məhkəməsi qeyd edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 105, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI : Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində İXM-nin 210.1-ci maddəsi ilə başlanılmış İnzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Azərbaycan Respublikası İXM-nin 138.1.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardan kassasiya şikayəti və ya protesti verilməsi hüququ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №3(3-8)-526/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-526/2026
20.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver