Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-527/2026 21.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Əsgәrova Ruhiyyә Orucәli qızının sәdrliyi, Şükürov Cahangir Fәxrәddin oğunun katibliyi, Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin nümayәndәsi Vәkil iştirakı ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC barәsindә Azәrbaycan Respublikasının İXM-nin 430.4-cü maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## ###### 2026-cı il tarixli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDİ: Protokolu tәrtib edәn orqan tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC barәsindә tәrtib edilmiş inzibati xәta haqqında protokol baxılması üçün Sumqayıt Şәhәr Mәhkәmәsinә göndәrilmişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## ###### 2026-cı il tarixli qәrarı (hakim V.Mәmmәdova) ilә AZ 5000, ünvan 1 ünvanında olan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC (VÖEN **********) Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinmәsi vә inzibati xәtanın obyekti olmuş 24217.12 (iyirmi dörd min iki yüz on yeddi dollar, on iki sent) ABŞ dolları pul vәsaitinin 20 (iyirmi) faizi mәblәğindә, yәni 4843.42 (dörd min sәkkiz yüz qırx üç dollar, qırx iki sent) ABŞ dolları mәblәğindә (ödәniş günü üçün Azәrbaycan Respublikası Mәrkәzi Bankının müәyyәn etdiyi rәsmi valyuta mәzәnnәsinә uyğun olaraq Azәrbaycan manatı ilә) cәrimә olunması qәrara alınmışdır. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC qәrardan apellyasiya şikayәti verәrәk, qәrarın lәğv edilmәsini vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinmiş vә 24.217,12 ABŞ dollarının 20 faizi miqdarında – 4.843,42 ABŞ dolları ekvivalentindә inzibati cәrimә edilmişdir. Birinci instansiya mәhkәmәsi nәticәyә gәlmişdir ki, ##.##.2024-cü il tarixdә “xxxx” ASC vasitәsilә 65.036 ABŞ dolları mәblәğindә hәyata keçirilmiş ödәnişin 24.217,12 ABŞ dolları hissәsinin Mәrkәzi Bankın informasiya sistemindә müvafiq “avans kodu” altında hәr hansı gömrük bәyannamәsinә bağlılığı müәyyәn edilmәdiyindәn, hәmin mәblәğ üzrә İXM-in 430.4cü maddәsindә nәzәrdә tutulan inzibati xәta törәdilmişdir. Hәmin qәrarla razı deyilik. Hesab edirik ki, mәhkәmәnin gәldiyi nәticә işin faktiki hallarına uyğun deyil, maddi hüquq norması düzgün tәtbiq edilmәmiş, sübutlar tam vә qarşılıqlı әlaqәdә qiymәtlәndirilmәmiş vә nәticәdә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin әmәlindә inzibati xәta tәrkibi olmadığı halda hüquqi şәxs inzibati mәsuliyyәtә cәlb edilmişdir. Hazırkı işdә isә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin qәsdәn vә ya ehtiyatsızlıqdan 24.217,12 ABŞ dolları mәblәğindә malı idxal etmәmәsi müәyyәn edilmәmişdir. Əksinә, iş materialları xaricә köçürülmüş vәsaitin tam hәcmdә mal idxalı ilә nәticәlәndiyini göstәrir. Birinci instansiya mәhkәmәsi müqavilәlәri, bank ödәnişlәrini vә YGB-lәri vahid iqtisadi әmәliyyatın sübutları kimi qarşılıqlı әlaqәdә qiymәtlәndirmәmişdir. Əgәr 626.391,12 ABŞ dolları ödәnilmiş vә eyni dәyәrdә malların Azәrbaycan Respublikasına idxalı gömrük sәnәdlәri ilә rәsmilәşdirilmişdirsә, inzibati ittiham tәrәfi mәhz 24.217,12 ABŞ dolları müqabilindә hansı malın idxal edilmәdiyini mötәbәr sübutlarla müәyyәn etmәli idi. Mәhkәmә belә müәyyәnlәşdirmә aparmamış, Dövlәt Gömrük Komitәsindәn bir müqavilәdә -27.661,12 ABŞ dolları, digәrindә +27.661,12 ABŞ dolları fәrqin yaranmasının sәbәbini araşdırmamış, bank sәnәdlәrindә müqavilә nömrәsi ilә gömrük kodu arasındakı ziddiyyәtә hüquqi qiymәt vermәmişdir. Bununla işin düzgün hәlli üçün mühüm әhәmiyyәt kәsb edәn hallar tam vә hәrtәrәfli araşdırılmamışdır. Birinci instansiya mәhkәmәsi qәrarın özündә müdafiә tәrәfinin tәqdim etdiyi hesablamaları, o cümlәdәn iki müqavilә üzrә ümumi 626.391,12 ABŞ dolları ödәnişi, eyni mәblәğdә ümumi idxalı, habelә bir müqavilәdә - 27.661,12 ABŞ dolları vә digәr müqavilәdә +27.661,12 ABŞ dolları fәrqin mövcudluğunu әks etdirmişdir. Lakin mәhkәmә bu rәqәmlәrin yanlış olduğunu müәyyәn etmәmiş, hәr hansı YGBnin saxta vә ya idxalın baş vermәdiyini tәsdiq edәn sәnәd olduğunu göstәrmәmiş, faktiki idxalın ümumi mәblәğini tәkzib edәn sübut müәyyәn etmәmişdir. Buna baxmayaraq, mәhkәmә yalnız informasiya sistemindә 24.217,12 ABŞ dollarının konkret avans koduna bağlılığının görünmәmәsindәn hәmin mәblәğdә malın idxal edilmәdiyi nәticәsini çıxarmışdır. Bu nәticә iş üzrә müәyyәn edilmiş faktlardan irәli gәlmir vә sübutlarla nәticә arasında zәruri hüquqi әlaqә mövcud deyildir. Hazırkı işdә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC tәrәfindәn valyuta vәsaitinin xaricә köçürülmәsi mübahisәsizdir. Lakin hәmin valyuta müqabilindә malların idxal edilmәmәsi sübuta yetirilmәmişdir. Əksinә, müqavilәlәrin ümumi dәyәri, bank vasitәsilә ödәnilmiş vәsaitlәrin ümumi mәblәği vә YGBlәr üzrә idxalın ümumi dәyәri 626.391,12 ABŞ dolları olmaqla tam eynidir. Belә vәziyyәtdә texniki uçot uyğunsuzluğu İXM-in 430.4-cü maddәsinin obyektiv tәrәfini yaratmır. Obyektiv tәrәf mövcud olmadığından inzibati xәta tәrkibi dә mövcud deyildir vә iş üzrә icraata İXM-in 53.0.2-ci maddәsinә әsasәn xitam verilmәlidir. İş materialları ilә tәsdiq edilir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC ilә X1 Technologies Co., Ltd. arasında ##.##.2024-cü il tarixli APT****** nömrәli, dәyәri 335.800 ABŞ dolları olan vә ##.##.2024-cü il tarixli APT****** nömrәli, dәyәri 290.591,12 ABŞ dolları olan iki xarici ticarәt müqavilәsi bağlanmışdır. Müqavilәlәrin ümumi dәyәri 626.391,12 ABŞ dolları tәşkil etmişdir. Bank sәnәdlәrinә әsasәn APT****** nömrәli müqavilә üzrә cәmi 335.800 ABŞ dolları, APT****** nömrәli müqavilә üzrә isә cәmi 290.591,12 ABŞ dolları köçürülmüşdür. Belәliklә, hәr iki müqavilә üzrә ümumilikdә 626.391,12 ABŞ dolları ödәnilmiş vә müqavilә mәblәğlәri ilә bank ödәnişlәri arasında hәr hansı fәrq yaranmamışdır. Eyni zamanda işә tәqdim edilmiş yük gömrük bәyannamәlәri üzrә malların ümumi dәyәri dә 626.391,12 ABŞ dolları tәşkil edir. APT240219 müqavilәsi üzrә YGB-lәrdә 308.138,88 ABŞ dolları, yәni müqavilә dәyәrindәn 27.661,12 ABŞ dolları az, APT240314 müqavilәsi üzrә isә 318.252,24 ABŞ dolları, yәni müqavilә dәyәrindәn mәhz 27.661,12 ABŞ dolları artıq mәblәğ rәsmilәşdirilmişdir. Belәliklә, bir müqavilә üzrә yaranmış -27.661,12 ABŞ dolları fәrq digәr müqavilә üzrә yaranmış +27.661,12 ABŞ dolları fәrqlә dollar vә sentinә qәdәr üst-üstә düşür. İki müqavilә birlikdә qiymәtlәndirildikdә ödәnilmiş vәsait 626.391,12 ABŞ dolları, idxal edilmiş malların YGBlәr üzrә ümumi dәyәri 626.391,12 ABŞ dolları, yekun fәrq isә 0 ABŞ dollarıdır. Bu faktlar malların idxal edilmәmәsini deyil, iki müqavilә üzrә idxal edilmiş malların YGB vә gömrük kodları üzrә texniki uyğunlaşdırılmasında sәhvә yol verildiyini göstәrir. Mәhkәmә isә işin iqtisadi mahiyyәtini müәyyәn edәn bu faktları tәkzib etmәdәn, elektron sistemdә konkret ödәnişin konkret “avans kodu”na bağlı görünmәmәsini malın idxal edilmәmәsi kimi qiymәtlәndirmişdir. İş materiallarında olan bank sәnәdlәri texniki uyğunsuzluğun yaranma mexanizmini dә tәsdiq edir. Belә ki, ayrı-ayrı ödәniş sәnәdlәrindә ödәnişin aid olduğu müqavilә APT240219 kimi göstәrildiyi halda, hәmin sәnәdlәrdә digәr müqavilә ilә әlaqәlәndirilәn ********* nömrәli gömrük kodu qeyd edilmişdir. Bu hal müqavilә nömrәsi ilә gömrük kodunun bank sәnәdlәrindә müxtәlif müqavilәlәrә uyğunlaşdırıldığını vә nәticәdә sonrakı bank-gömrük mәlumat mübadilәsindә texniki fәrqin yaranmasının obyektiv sәbәbini göstәrir. Birinci instansiya mәhkәmәsi isә bu mühüm sübuta hüquqi qiymәt vermәk, bankdan vә Dövlәt Gömrük Komitәsindәn uyğunsuzluğun sәbәbini müәyyәn edәn mәlumatları tәlәb etmәk әvәzinә, texniki bağlılığın informasiya sistemindә görünmәmәsini İXM-in 430.4-cü maddәsindә nәzәrdә tutulan “malların idxal edilmәmәsi” faktına bәrabәr tutmuşdur. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәri ilә bağlı birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә üzrә dәyәrlәndirmә apararaq hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn gәlinәn nәticә qanuni vә әsaslı olduğundan, apellyasiya şikayәtinin dәlillәri formal mülahizә kimi dәyәrlәndirildiyindәn, apellyasiya şikayәti tәmin edilmәmәli, qәrar dәyişdirilmәdәn saxlanılmalıdır. Apellyasiya instansiya mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. -“xxxx” ASC tәrәfindәn AR Mәrkәzi Bankına ünvanlanmış KB-**/****/**** saylı, ## ### 2026-cı il tarixli mәktubdan görünür ki, Azәrbaycan Respublikasının rezidentlәrinin xarici valyutada, habelә qeyri-rezidentlәrin milli vә xarici valyuta әmәliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3 bәndinә müvafiq olaraq Azәrbaycan Respublikasından kәnara qabaqcadan aparılmış ödәniş müqabilindә malların (xidmәtlәrin) idxalını tәsdiq edәn sәnәdlәrini tәqdim etmәyәn müştәrilәrin adlarını vә köçürmәyә aid bütün tәsdiqedici sәnәdlәri Mәrkәzi Banka tәdim etmişlәr. Sözügedәn mәktuba әlavә edilmiş siyahıda Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin adı vardır. Hәmin Qaydaların 4.3.1.3-cü bәndinә görә qabaqcadan ödәniş aparıldıqda banka ödәnişin tәyinatını, şәrtlәrini vә mәblәğini әks etdirәn sәnәd tәqdim edilir. Qabaqcadan ödәniş müqabilindә malların ölkәyә idxalını (xidmәtlәrin göstәrilmәsini) tәsdiq edәn gömrük bәyannamәsi (xidmәtlәrin göstәrilmәsini tәsdiq edәn sәnәd) banka tәqdim olunmalıdır vә ya xeyrinә qabaqcadan ödәnişin edildiyi şәxs vә ya üçüncü şәxs tәrәfindәn qabaqcadan ödәnilmiş mәblәğ geri qaytarılmalıdır. Müvafiq sәnәdlәr ödәnişin aparıldığı gündәn әn geci 2 (iki) il müddәtindә banka tәqdim edilmәdikdә vә ya qabaqcadan ödәnilmiş mәblәğ geri qaytarılmadıqda vә bu zaman idxal edilmәyәn malların (göstәrilmәyәn xidmәtlәrin) vә ya geri qaytarılmayan mәblәğin qalıq dәyәri 10 000 (on min) ABŞ dolları ekvivalenti mәblәğindәn çox olduqda, bank tәrәfindәn qabaqcadan ödәniş әmәliyyatına dair bütün sәnәdlәr 5 (beş) iş günü әrzindә Protokolu tәrtib edәn orqan tәqdim edilir. İnzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsinә әsasәn avans yolu ilә ödәnilmiş valyuta vәsaitinin müqabilindә müәyyәn edilmiş müddәtlәrdә müvafiq mallar idxal edilmәdikdә, işlәr görülmәdikdә vә ya xidmәtlәr göstәrilmәdikdә ödәnilmiş valyuta vәsaitinin xaricdәn geri qaytarılmamasına görә-vәzifәli şәxslәr inzibati xәtanın bilavasitә obyekti olmuş valyuta vәsaiti mәblәğinin on faizindәn iyirmi faizinәdәk mәblәğdә, hüquqi şәxslәr inzibati xәtanın obyekti olmuş valyuta vәsaiti mәblәğinin iyirmi faizindәn otuz faizinәdәk mәblәğdә cәrimә edilir. İnzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsindә göstәrilәn inzibati mәsuliyyәtin yaranması üçün әsas, vәsaitin xaricdә fәaliyyәt göstәrәn hüquqi şәxsә köçürülmәsi anı ilә deyil, bu ödәnişin aparıldığı gündәn Qaydaların 4.3.1.3-cü bәndindә müәyyәn edilmiş müddәtdә malların ölkәyә idxalını tәsdiq edәn gömrük bәyannamәsinin vә ya idxal olunan xidmәtlәrin göstәrilmәsini tәsdiq edәn sәnәdin banka tәqdim olunmaması ilә şәrtlәndirilmişdir. Bu halda avans ödәnişi edildiyi gündәn Qaydalarla müәyyәn edilmiş müddәt әrzindә mallar (xidmәtlәr) idxal edilmәdikdә vә ya valyuta vәsaiti geri qaytarılmadıqda növbәti gün artıq inzibati xәtanın törәdildiyi gün kimi qәbul edilmәlidir (Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 38.1 vә 430.4-cü maddәlәrinin әlaqәli şәkildә şәrh edilmәsinә dair ## ###### 2019-cu il tarixli qәrarı). “Azәrbaycan Respublikasının rezidentlәrinin xarici valyutada, habelә qeyri-rezidentlәrin milli vә xarici valyutada әmәliyyatlarının aparılması Qaydaları” ilә müәyyәn edilmiş müddәt әrzindә mallar idxal edilmәdikdә, işlәr görülmәdikdә vә ya xidmәtlәr göstәrilmәdikdә, habelә ödәnilmiş mәblәğ geri qaytarılmadıqda, növbәti gün inzibati xәtanın törәdilmәsi günü hesab edilir. Apellyasiya instansiya mәhkәmәsi qeyd edir ki, avans yolu ilә ödәnilmiş valyuta vәsaitinin müqabilindә 2 (iki) il müddәtindә, hәmin ödәnişә görә edilmiş mallar idxal edilmәdikdә, işlәr görülmәdikdә vә ya xidmәtlәr göstәrilmәdikdә ödәnilmiş valyuta vәsaiti xaricdәn geri qaytarılmalıdır. Ödәnişin edildiyi vaxtdan әn geci iki il müddәtindә malların gәtirilmәsinә dair müvafiq sәnәdlәr yaxud da köçürülmüş pul vәsaitinin geri qaytarılmasına dair sәnәd banka tәqdim edilmәlidir. Əks halda hәmin müddәtdә mallar idxal edilmәdikdә, işlәr görülmәdikdә vә ya xidmәtlәr göstәrilmәdikdә vә pul vәsaiti geri qaytarılmadıqda, hәmin pul vәsaitini göndәrәn şәxslәr inzibati qaydada mәsuliyyәtә cәlb olunurlar. Belә ki, ödәnişin aparıldığı gündәn әn geci 2 (iki) il müddәtindә müvafiq sәnәdlәr banka tәqdim edilmәdikdә vә ya qabaqcadan ödәnilmiş mәblәğ geri qaytarılmadıqda vә bu zaman idxal edilmәyәn malların (göstәrilmәyәn xidmәtlәrin) vә ya geri qaytarılmayan mәblәğin qalıq dәyәri 10 000 (on min) ABŞ dolları ekvivalenti mәblәğindәn çox olduqda, bank tәrәfindәn qabaqcadan ödәniş әmәliyyatına dair bütün sәnәdlәr inzibati mәsuliyyәt mәsәlәsi hәll edilmәsindәn ötrü 5 (beş) iş günü әrzindә Protokolu tәrtib edәn orqan tәqdim edilir. İnzibati xәta haqqında protokolun tәrtib edilmәsinә әsas olan pul vәsaiti üzrә malın idxal edilmәsi vә ya hәmin mәblәğdә valyuta vәsaiti geri qaytarılmasına dair әsaslı şübhә yaratmayan mötәbәr sübut tәqdim edilmәmiş, texniki uyğunsuzluğa görә köçürülmüş pul vәsaitinә görә idxal edilmiş malların daxil olmasının texniki uyğunsuzluq sәbәbindәn tәsdiq edilmәsinin mümkün olmadığı mübahisәlәndirilsә dә, idxal edilmiş mallara dair gömrük bәyannamәsindә göstәrilәn rekvizitlәrin fәrqliliyi әmәldә inzibati xәta tәrkibinin olmaması qәnaәtinә gәlinmәsini mümkünsüz edir. Halbuki әmәldә inzibati xәta tәrkibinin olubolmaması әsaslı şübhә yaratmayan mötәbәr sübutlarla tәsdiq edilmәlidir. Hazırkı halda isә istinad edilәn sübutlarla hәmin qәnaәtә gәlinmәsi mümkünsüzdür. Mәhz bunun mәntiqi nәticәsidir ki, protokol tәrtib edәn orqan da tәqdim edilәn bәyannamәlәrlә istinad edilәn pul mәblәğinin әvәzlәşdirilmәsinin mümkün olmamasına görә şikayәtin tәmin edilmәmәsini xahiş etmişdir. “Azәrbaycan Respublikasının rezidentlәrinin xarici valyutada, habelә qeyri-rezidentlәrin milli vә xarici valyutada әmәliyyatlarının aparılması Qaydaları” ilә müәyyәn edilmiş müddәt әrzindә mallar idxal edilmәdikdә, işlәr görülmәdikdә vә ya xidmәtlәr göstәrilmәdikdә, habelә ödәnilmiş mәblәğ geri qaytarılmadıqda, növbәti gün inzibati xәtanın törәdilmәsi günü hesab edilir. İnzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. İnzibati Xәtalar Mәcәllәsinin 21-ci maddәsinә әsasәn inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. Belә olan halda apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, xxxx” MMC-nin barәsindә İXM-nin 430.4-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәta tәrkibinin olmasına dair birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә qanuni vә әsaslıdır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Belәliklә apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## ###### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası İXM-nin 133-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## ###### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-527/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-527/2026
21.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver