Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-528/2026 14.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Əsgərova Ruhiyyə Orucəli qızının sədrliyi, məhkəmə iclas katibi Şükürov Cahangir Fəxrəddin oğlunun katibliyi ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin ##.##.2026-cı il tarixli EQ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından verilmiş şikayət üzrə Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin ##.##.2026-cı il tarixli EQ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı (hakim G.İsmayılova) ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin ##.##.2026-cı il tarixli EQ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət və ona əlavə edilmiş materialların baxılması üçün ərazi aidiyyəti üzrə Laçın Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs Qərardan şikayət verən orqan (şəxs) qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. İş materiallarını tədqiq edərək hesab edirəm ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ləğv edilməli və inzibati xəta haqqında qərardan şikayət baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. İş materiallarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin ##.##.2026-cı il tarixli EQ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsindən ötrü Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Qərardan şikayət verən orqan (şəxs) Laçın rayonundan məcburi köçkün olmaqla, Sumqayıt şəhərində yaşayır. Onun sürücülük vəsiqəsində də ünvanı ünvan 1 kimi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest bu Məcəllənin 122.1-ci və 127- 3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İnzibati xəta haqqında tənbeh vermə barədə qərardan verilmiş şikayət üzrə materialın Laçın Rayon Məhkəməsinə göndərilməsi qənaətinə gəlinsə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Sumqayıt şəhərində faktiki yaşamaşı, sürücülük vəsiqəsinin də alarkən ünvanının Sumqayıt şəhəri olması nəzərə alınmamışdır. İnzibati xəta haqqında material üzrə ədalət mühakiməsi realizə edilərkən “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərinə riayət edilərək baxılmasından ötrü gəlinən nəticə qanuni və əsaslı hesab edilməməlidir. Belə olan halda hesab edirəm ki, materialın aidiyyəti üzrə baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilməsinə dair gəlinən nəticənin mübahisələndirilməsi əsaslı hesab edilməməli, şikayət təmin edilməli, material baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129, 132-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDIM: Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin ##.##.2026-cı il tarixli EQ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından verilmiş şikayət baxılması üçün material, birinci instansiya məhkəməsinə qaytarılsın. Şikayət təmin edilsin. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-8)-528/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-528/2026
14.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver