Məhkəmə qərarları › İş №3(3-8)-529/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-529/2026

21.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-529/2026 21.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin qanuni təmsilçisi X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının IXM-nin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Qusar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru Rafiq Alməmmədov tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Qusar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (hakim G.A.Səfərli) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinib, 900 kq plintus istehsalı üçün polivinilxlorid (PVC) əsaslı polimer xammalın müsadirə edilməsi qərara alınmışdır. IŞIN HALLARI: BBGI-nin Əməliyyat və Təhqiqat Idarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, R X3 tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, № *****-02471/26 nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, ##.##.2026-cı il tarixində Rusiya Federasiyası istiqamətindən Azərbaycan Respublikası istiqamətinə “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Tacikistan Respublikası vətəndaşı X7 idarə etdiyi "DAF FX" markalı, 1100QZ07/07HA4057 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Tacikistan Respublikası, Xatlonskiy rayonu, Şahraki Vaxş Şəhəri, Lenin küç.20 ünvanında qeydiyyatda olan ŞDMM “xxxx” şirkətindən Azərbaycan Respublikası ünvan 1 ünvanında qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin ünvanına göndərilən “plintus istehsalı üçün dəzgah” yükünə Samur gömrük postunda keçirilmiş X-RAY yoxlaması zamanı müşayiət sənədlərində qeyd olunmayan çəkisi 900 kq olan 40 kisə polietilen aşkar olunaraq protokol əsasında götürülmüşdür. Inzibati xəta haqqında protokola baxan birinci instansiya məhkəməsinin hakimi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktoru Rafiq Alməmmədov şikayət verərək həmin qərarının ləğv edilərək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində IXMin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin olmaması əsası ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI : Şikayət onunla əsaslandırılmışdır ki, Inzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan əməl yalnız qəsdən törədilmiş inzibati xətanı ehtiva edir və sərhəddən keçirilən malların hər hansı bir anlaşılmazlıq və ya texniki səhv nəticəsində ehtiyatsızlıq üzündən bəyan edilməməsi Inzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tərkibin yaratmır. Şirkətin yeni biznes layihəsi üzrə polivinilxlorid (PVC) əsaslı Plintusların istehsalına başlamaq üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə Tacikistan Respublikasında yerləşən ŞDMM “xxxx” şirkəti arasında bağlanmış müqaviləyə əsasən şirkət “xxxx” şirkətindən “plintus istehsalı üçün dəzgah almış, həmin dəzgahın ilkin işlədilməsi üçün “xxxx” şirkəti onlara 900 kq çəkidə 40 kisə nümunə kimi plintusların istehsalı üçün polivinilxlorid (PVC) əsaslı polimer xammal təqdim etmişdir. Bütün bu mallar “xxxx” şirkəti ilə bağladıqları ## ### 2026-cı il tarixli alqı-satqı müqaviləsinə əlavədə öz əksini tapmış, həmin malların dəyəri müqavilədə ümumilikdə göstərildiyinə görə onlar tərəfindən verilmiş qısa idxal bəyannaməsində əsas mal göstərilsə də, texniki səhv olaraq əlavə mal kimi göndərilən polivinilxlorid (PVC) əsaslı polimer xammal bəyannamədə göstərilməmişdir. Yəni, qısa idxal bəyannməsində texniki səhv olaraq, malı bəyan etməsələr də, malın dəyərini bəyan etmiş, bu yalnız bir texniki səhv olmuş, sonradan gömrük bəyannaməsi verərkən onlar həmin malın adını da bəyan etmiş və vergisini də ödəmişdirlər. Birinci istansiya məhkəməsi isə bütün bu halları nəzərə almadan, onların məhkəmə iclasında iştirakını təmin etmədən, onlara məxsus malın müsadirə edilməsi barədə qərar qəbul etmişdir. Halbuki, həmin mal aldıqları dəzgahın işlədilməsi üçün xüsusi ilə vacib olan, yalnız ölkə xaricindən gətirilməsi mümkün olan xammaldır və həmin mal olmadan onlar dəzgahın lazımı səviyyədə işləyib-işləməməsini müəyyən edə bilməyəcək, təkcə həmin dəzgahın işləyib-işləməməsinin müəyyən edilməsi üçün xammalın ölkəyə idxal edə bilməyəcəklər. Belə ki, ayrıca 900 kq polietilenin ölkəyə idxal edilməsi nə iqtisadi cəhətdən əlverişlidir, nə də ki, qısa vaxt ərzində mümkündür. Yəni onlar həmin mal olmadan aldıqları dəzgahın lazımınca işləyib-işləməməsini yoxlaya bilməyəcək, dəzgahın işə salınması, onun işlədilməsinin işçilərə öyrədilməsi mümkünsüz olacaqdır ki, onlara məxsus malın müsadirə olunması şirkətin biznes planının iflasa uğramasına, bir-neçə şəxsin işsiz qalmasına səbəb olacaqdır. Məhkəmə iclası təyin edildiyi ## #### 2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin rəhbəri X2 ilə əlaqədar xaricdə olduğuna görə məhkəmədə iştirak etməsi üçün kimsə etibarnamə ala bilməmiş, bu üzdən məhkəmə iclasında şirkətin nümayəndəsi iştirak etməmişdir. Belə ki, direktor X2 tək imza səlahiyyəti olan şəxsdir, məhkəmədə iştirak etmək və ya bunun üçün etibarnamə vermək səlahiyyəti yalnız ona məxsus olduğuna və direktor ölkədə olmadığına görə onlar məhkəmədə iştirak edə bilməmiş, işə baxılmasını təxirə salmaq haqqında vəsatət verə bilməmişlər. Hər hansı bir şəxsin əməlində Azərbaycan Respublikası IXM-nin 482.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi yalnız həmin əməlin qəsdən törədilməsi zamanı yaranır. Yəni əgər şəxsin əməlində qəsd yoxdursa və ya qısa idxal bəyannaməsində malın bəyan edilməməsi texniki səhv ucbatından baş vermişdirsə, onun əməlində Azərbaycan Respublikası IXM-nin 482.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibindən söhbət belə gedə bilməz. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ölkədə istehsalla məşğul olan şirkətdir və istehsal etdiyi mallar üçün xammal əsasən xarici ölkələrdən idxal edir ki, bu vaxta qədər yüz min tonlarla idxal əməliyyatarı aparmış, heç bir zaman hər hansı bir bəyan edilməmiş mal aşkar edilməmişdir. Cəmi 900 kq malın sərhəddən bəyan edilmədən keçirilməsində isə şirkətin heç bir marağı olmamış, həmin mal qısa idxal bəyannaməsi ilə bəyan edilməsə də, gömrük bəyannaməsi ilə bəyan edilmiş və vergisi ödənilmişdir. Bu vaxta qədər idxal əməliyyatlarında milyonlarla vergi ödəmiş bir Şirkət kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin 275 manat verginin ödənilməsindən yayınmaq üçün malın bəyan edilməməsi nə dərəcədə ağlabatan hesab edilə bilər. PROSES IŞTIRAKÇISININ IZAHATI : Apellyasiya instansiyası məhkəməsinin iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin qanuni təmsilçisi X2 apellyasiya şikayətini müdafiə edib, əlavə olaraq qeyd etdi ki, o, səhhətilə bağlı əməliyyat olunmaq üçün Türkiyə Respublikası, Ankara şəhərinə getmişdi. ## #### 2026-cı il tarixdən ## ###### 2026-cı il tarixədək Ankara şəhərində olmuşdur. Məhkəmə ## #### 2026-cı il tarixdə, əməliyyatı isə ## #### 2026-cı il tarixdə olmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsində iştirak edə bilməmişdir. Ümumi olaraq bildirir ki, o özü istehsalçıdır. Tacikistan Respublikasında bu sahə ilə məşğul olan dostları var və onların yanına gedib-gəlir. X1 Respublikasına yaxın olduqları üçün müvafiq avadanlıqları oradan alırlar. Yaxşı münasibətləri olduğuna görə bir dəfə yanlarına gedəndə gördü ki, iki ədəd istehsal xətti alıblar və onlar bir xəttin onlara kifayət etdiyini bildirdilər, birini ona verdilər, o da razılaşdı. Istehsalın necə aparılmasını yoxlamaq üçün nümunə xammalı da avadanlıqla birgə yığıb göndərdilər və onların hamısı bəyannamədə qeyd olunub. ## #### 2026-cı il tarixli bəyannamənin əlavə vərəqində gələn malların içərisində 900 kiloqram xammalın olduğu göstərilir. Protokol tərtib edən orqan tərəfindən bildirilir ki, avtomobildə soyuducu qurğu (kuler) ayrıca qeyd olunmalıdır. O hesab edir ki, bu avadanlıqdır, onu ayırmaq olmaz. Sınaq və test üçün avadanlığa əlavə olunmuş nümunə xammaldır ki, avadanlığı işə salanda onunla sınaqdan keçirək. Yəni, onlar bu malı gizlətməmişlər, nəqliyyat vasitəsində gəlib və göstərilib. Sərhədi keçən kimi də bəyan etmişlər. Sadəcə olaraq mal göndərən Tacikistan Respublikasında bəyan edərkən onların qanunvericiliyin tələblərini bilməyib. O qısa idxal bəyannaməsini əvvəlcədən verir. Burada da təqdim olunan sənədlər əsasında bəyan edilib. Lakin, nəqliyyat vasitəsinə baxış keçirildikdə həmin yük aşkar edilib. Dəyəri də yüksək olmayan və onlar üçün heç bir əhəmiyyət kəsb etməyən bir xammaldır. O öz şəxsi vəsaiti hesabına getmiş və xərc çəkmişdir. Ən əsas məsələ odur ki, nəqliyyat vasitəsinin ümumi çəkisi həmin 900 kiloqram xammalla birlikdə bəyannamənin arxasında göstərilib. Əgər avtomobili tərəzidə çəkib 900 kiloqramı çıxsalar, ümumi çəkinin azaldığı aydın görünər. Deməli, çəki baxımından bu yük mövcuddur. Avadanlığın yanında yağı, soyuducu qurğusu və ümumilikdə 54 adda mal olub. Bəyannamənin əlavə vərəqində bütün bu məlumatlar qeyd edilmişdir. Gələn malların keyfiyyət və yararlılıq sertifikatı olur. Ehtiyac olarsa, o həmin sənədləri tərcümə etdirib təqdim edə bilər. Həmin xammal sadəcə nümunə kimi göndərildiyi üçün əlavə sertifikat tələb etməmişdir. Bu məhsul tabaşir (mel) və ya talk kimi tanınan xammaldır. Bu məhsul tez xarab olan ərzaq malı deyil. Gömrük orqanı bütün lazımi yoxlamaları həyata keçirib. O həmin sertifikatı istehsalçı zavoddan alıb təqdim edə bilər. Apellyasiya baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbdən olması və ya məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin qanuni təmsilçisi isə səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasına etiraz etməmişdir. Hesab edirəm ki, şikayət üzrə məhkəmə baxışı iclası inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkündür. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikasının IXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini iş materialları ilə birgə tədqiq edərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət qismən təmin olunmalı, iş üzrə Qusar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraatın materialları yenidən baxılması üçün Qusar Rayon Məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiya məhkəməsi gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, ## #### 2026-cı il tarixində Tacikistan Respublikasından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin ünvanına göndərilən “plintus istehsalı üçün dəzgah” yükü “Samur” gömrük postunda X-RAY yoxlamasından keçirilərkən müşayiət sənədlərində göstərilmədiyi hesab edilən 900 kq çəkidə, 40 kisədə polimer material aşkar edilmişdir. Həmin fakt əsasında inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla yanaşı, iş materiallarında olan ## #### 2026-cı il tarixli gömrük bəyannaməsinin əlavə vərəqindən görünür ki, “PVC plintusların istehsalı üçün polivinilxlorid (PVC) əsaslı polimer xammal (nümunə)” adı ilə 900 kq miqdarında mal ayrıca göstərilmişdir. Beləliklə, iş üzrə müəyyən edilmiş hallardan bir tərəfdən 900 kq xammalın ilkin təqdim edilmiş sənədlərdə və ya qısa idxal bəyannaməsində göstərilmədiyi, digər tərəfdən isə həmin malın sonrakı gömrük bəyannaməsində ayrıca göstərildiyi görünür. Məhkəmə hesab edir ki, işin düzgün həlli üçün yalnız malın ilkin mərhələdə bəyan edilmədiyinin müəyyən edilməsi kifayət etmir. Həmin hərəkətin konkret olaraq hansı şəraitdə baş verdiyi, bəyan edilməmənin səbəbi, malın idxal olunan avadanlıqla əlaqəsi, malın göndərilməsi zamanı və Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi zamanı mövcud olmuş sənədlərin məzmunu, habelə həmin malın sonradan gömrük bəyannaməsində göstərilməsinin hüquqi əhəmiyyəti tam və hərtərəfli araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası IXM-in 482.1-ci maddəsi üzrə inzibati məsuliyyət məsələsinin həlli üçün yalnız obyektiv olaraq malın bəyan edilməməsi faktının deyil, həmçinin konkret şəxsin əməlində həmin inzibati xətanın bütün zəruri əlamətlərinin mövcud olub-olmamasının müəyyən edilməsi tələb olunur. Bu baxımdan, apellyasiya şikayətində irəli sürülmüş dəlillər iş üzrə əhəmiyyətli hallara aiddir və onların əsassız hesab edilməsi üçün həmin dəlillərin iş materiallarındakı digər sübutlarla müqayisəli şəkildə yoxlanılması zəruridir. Xüsusilə nəzərə alınmalıdır ki, şikayətçi tərəf 900 kq xammalın ayrıca kommersiya məqsədilə gizli şəkildə gətirilmədiyini, onun avadanlıqla birlikdə sınaq məqsədilə göndərildiyini və malın sonradan gömrük bəyannaməsində göstərildiyini bildirir. Bu mövqe iş materiallarında olan ## #### 2026-cı il tarixli gömrük bəyannaməsinin əlavə vərəqində 900 kq həmin xammalın ayrıca göstərilməsi ilə də təsdiq olunur. Bundan başqa, məhkəmənin ## ###### 2026-cı il tarixli məhkəmə iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru X2 apellyasiya şikayətini müdafiə edərək izahatında 900 kq xammalın avadanlığın sınaqdan keçirilməsi məqsədilə avadanlıqla birlikdə göndərildiyini, həmin malın nəqliyyat vasitəsində mövcud olduğunu və sonradan gömrük bəyannaməsində göstərildiyini bildirməklə onu da qeyd etmişdir ki, göndərilən yükün tərkibində avadanlıqla yanaşı digər mallar da olmuş, bəyannamənin əlavə vərəqində həmin mallar göstərilmiş, 900 kq xammal isə avadanlığın sınaqdan keçirilməsi üçün göndərilmiş nümunə xammal olmuşdur. Məhkəmə həmin izahatın iş üçün əhəmiyyətli olduğunu hesab edir. Belə ki, bu izahatda göstərilən hallar iş materiallarında olan gömrük sənədlərinin məzmunu ilə müqayisəli şəkildə yoxlanılmalı, o cümlədən 900 kq xammalın hansı sənədlər əsasında yükə daxil edildiyi, həmin xammalın avadanlıqla birlikdə göndərilməsinin nəzərdə tutulubtutulmadığı, malın müqavilədə və müqaviləyə əlavələrdə necə göstərildiyi və sonrakı gömrük bəyannaməsində bəyan edilməsinin səbəbləri müəyyən edilməlidir. Iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi isə qərarında əsasən 900 kq xammalın gömrük orqanına bəyan edilmədən gömrük sərhədindən keçirilməsi faktına istinad etməklə kifayətlənmiş, həmin malın bəyan edilən avadanlıqla əlaqəsini, qısa idxal bəyannaməsində göstərilməməsinin konkret səbəblərini, sonrakı gömrük bəyannaməsində 900 kq xammalın ayrıca bəyan edilməsini və bunun iş üzrə hüquqi əhəmiyyətini ətraflı araşdırmamışdır. Apellyasiya şikayətində də məhz bu halların birinci instansiya tərəfindən nəzərə alınmadığı göstərilmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilmiş müsadirənin əsaslılığı məsələsi həll edilərkən də işin bütün faktiki halları nəzərə alınmalıdır. Belə ki, IXM-in 482.1-ci maddəsində bəyan edilməməyə görə müəyyən edilmiş tənbeh növlərindən biri malların müsadirəsidir. Buna görə də həmin tənbeh növünün tətbiqi məsələsinə qiymət verilərkən əvvəlcə şəxsin əməlində müvafiq inzibati xətanın tərkibinin mövcudluğu, daha sonra isə konkret halda məhz müsadirənin tətbiq edilməsinə əsas verən hallar tam müəyyən edilməlidir. Başqa sözlə desək qeyd edilən xammalın keyfiyyət göstəricisi (istifadəyə yararlı və ya yararsız olması) müəyyən edilmədən müsadirə edilməsini zəruri edən amilin nədən ibarət olması aydınlaşdırılmalıdır. Iş materiallarından göründüyü kimi, inzibati xəta hadisəsinin predmeti olan xammalın bazar dəyərinin müəyyən olunmasına dair gömrük orqanı tərəfindən mütəxəssis rəyi alınmışdır. Lakin həmin xammalın keyfiyyət göstəricilərini, mənşəyini və müvafiq standartlara uyğunluğunu təsdiq edən sertifikatın iş materiallarında olmadığı müəyyən edilir. Bununla belə, məhkəmə həmin halı qiymətləndirməmiş, xammalın keyfiyyətinin və xüsusiyyətlərinin inzibati xətanın predmeti olan malların taleyinin, o cümlədən onların müsadirə edilməsinin mümkünlüyünün müəyyənləşdirilməsi baxımından əhəmiyyətini araşdırmamışdır. Məhkəmə tərəfindən malların fiziki və hüquqi xüsusiyyətləri, onların keyfiyyət göstəriciləri, dövriyyəyə buraxılmasının mümkünlüyü və bu halların malların müsadirə edilməsinə təsiri barədə nəticəyə gəlmək üçün iş üzrə toplanmış sübutların məcmu qaydada qiymətləndirilməsi təmin edilməmişdir. Təkcə qiymətləndirməyə dair mütəxəssis rəyinin mövcudluğu xammalın keyfiyyətinə dair digər əhəmiyyətli sənədlərin, o cümlədən müvafiq sertifikatın olmamasını aradan qaldırmır və həmin halın hüquqi nəticələri məhkəmə tərəfindən əsaslandırılmalı idi. Başqa sözlə desək tərtib edilmiş protokol üzrə təqsirlilik məsələsi müəyyən edildiyi halda IXM-nin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsinin mümkün olmaması da əsaslandırılmalı idi. Digər tərəfdən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən, az miqdarda malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Beləliklə, qanunverici tərəfindən inzibati xəta törətmiş şəxs barəsində iki alternativ hüquqi nəticə – malların müsadirə edilməsi və ya onların dəyərinin 40 faizindən 60 faizinədək məbləğdə cərimə tətbiq edilməsi nəzərdə tutulmuşdur. Bu baxımdan, məhkəmə tərəfindən həmin alternativ sanksiyalardan məhz hansının tətbiq edilməsinin məqsədəuyğun hesab edilməsi konkret işin halları nəzərə alınmaqla əsaslandırılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsində tərəflərin iştirakının təmin edilməməsi yuxarıda qeyd edilən işin zəruri hallarının müəyyən edilməməsinə səbəb olmuş ki, bu da IXM-nin 48-ci maddəsinin tələblərilə uzlaşmır. Belə ki, IXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Lakin birinci instansiya məhkəməsinin qərarında malların müsadirə edilməsinin nə üçün zəruri hesab edildiyi, habelə IXM-in 482.1-ci maddəsində nəzərdə tutulmuş alternativ cərimə növünün tətbiq edilməsinin nə üçün mümkün və ya məqsədəuyğun hesab edilmədiyi barədə hər hansı əsaslandırmaya rast gəlinmir. Məhkəmə sanksiyanın seçimində inzibati xətanın xarakterini, xətanın törədilmə hallarını, inzibati xətanın predmetinin xüsusiyyətlərini, malların keyfiyyətinə dair məlumatları və iş üzrə müəyyən edilmiş digər halları qiymətləndirməmişdir. Bu səbəbdən, birinci instansiya məhkəməsi tərəfindən IXM-in 482.1-ci maddəsinin tətbiqi zamanı həm inzibati xətanın predmeti olan malların xüsusiyyətlərinin və keyfiyyətinin, həm də qanunda nəzərdə tutulmuş alternativ sanksiyalardan hansının tətbiq edilməsinin əsaslarının tam və hərtərəfli araşdırılmadığı, nəticədə isə məhkəmənin gəldiyi nəticənin kifayət qədər əsaslandırılmadığı qənaətinə gəlinir. Məhkəmə qeyd edir ki, apellyasiya instansiyası mərhələsində apellyatorun irəli sürdüyü dəlillərə tam hüquqi qiymət verilməsi və işin nəticəsinin yalnız həmin qiymətləndirmə əsasında müəyyən edilməsi üçün iş üzrə yuxarıda sadalanan faktiki halların tərəflərin iştirakı ilə araşdırılması zəruridir. Bu isə birinci instansiya məhkəməsinin işə yenidən baxmasını və qeyd olunan halları araşdıraraq müvafiq hüquqi qiymət verməsini tələb edir. Bununla yanaşı, apellyasiya şikayətində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində IXM-in 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olmaması və iş üzrə icraata xitam verilməsi xahiş edilsə də, məhkəmə yuxarıda qeyd olunan halların tam araşdırılmadığını nəzərə alaraq hazırkı mərhələdə bu barədə qəti nəticəyə gəlməyi mümkün hesab etmir. Çünki həmin məsələnin həlli üçün zəruri olan faktiki hallar tam müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, inzibati xəta haqqında işə baxılarkən iş üzrə bütün sübutlar tam, hərtərəfli və obyektiv araşdırılmalı, tərəflərin təqdim etdiyi materiallara hüquqi qiymət verilməlidir. Belə ki, IXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. IXM-nin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. IXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulmuşdur. Qeyd edilən xüsusatlar aydınlaşdırılmadan barəsində inzibati xəta üzrə icraat aparılan hüquqi şəxsin əməlində inzibati xətanın olubolmaması qənaətinə gəlinməsi mümkün olmadığından, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Həmin xüsusatların apelyasiya instansiya məhkəməsində müəyyənləşdirilməsi sonradan gəlinən nəticənin yuxarı instansiya məhkəməsində mübahisələndirilməsini mümkünsüz edəcəyindən ədalətli məhkəmə araşdırılmasının təmin edilməsindən ötrü inzibati xəta haqqında material yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Işə yenidən baxılarkən hazırki qərarda qeyd olunanlarla yanaşı, işin digər zəruri halları araşdırılmalı, nəticəsindən asılı olaraq iş üzrə qanunamüvafiq qərar qəbul edilməlidir. Belə ki, IXM-nin 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyəti orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və inzibati xətalar haqqında qanunla müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsaslardır. IXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayət və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana göndərilməsi haqında qərar qəbul edilir. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikasının IXM-nin 134.1.4 və 135-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Qusar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv olunsun. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində BBGI-nin Əməliyyat və Təhqiqat Idarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, R X3 tərəfindən Azərbaycan Respublikası IXM-nin 482.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında ## #### 2026-cı il tarixli, № *****-02471/26 nömrəli protokola yenidən baxılması üçün material Qusar Rayon Məhkəməsinə göndərilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin şikayəti qismən təmin edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar