Məhkəmə qərarları › İş №3(3-8)-530/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-530/2026

21.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-530/2026 21.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Ağayev Rəşadət Əhməd oğlu, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Quba Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDIM : Quba Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (hakim G.H.Kamilli) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə edilməsi alınmışdır. IŞIN HALLARI : Inzibati materialdan müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Quba rayon Icra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş protokol məhkəməyə göndərilmiş və protokola baxan birinci instansiya məhkəməsinin hakimi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, qərarın ləğv edilib, işi yeni məhkəmə baxışına qaytarılmasını xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, uzun illərdir ki, onun sərancamında rəsmi heç bir torpaq sahəsi mövcud deyil. Quba Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarı ləğv edilməlidir. Belə ki, Quba rayonu X8 ##.##.1997-ci il tarixli, ** nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 0.90 ha torpaq sahəsi Kazımova (Əsədova) Bircəgül Iskəndər qızının və X1 adlarına Dövlət Akti ilə mülkiyətlərinə verilmişdir. Quba Regional ASAN xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu X5 tərəfindən ##.##.2021-ci il tarixində mülkiyyətçilər, Kazimova (Əsədova) Bircəgül Iskəndər qızı və X1 tərəflərindən Daşınmaz Əmlakın Bağışlanması müqaviləsi əsasında X3 bağışlamışlar. PROSES IŞTIRAKÇILARININ IZAHATLARI : Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsinin iclasının yeri və vaxtı barədə məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş Quba rayon Icra və Probasiya şöbəsinin nümayəndəsi və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məlumatlandırılmış olsalar da, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdirlər. Hesab edirəm ki, şikayət üzrə məhkəmə baxışı iclası inzibati xəta haqqında protokol tərtib etmiş icra idarəsinin nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan keçirilməsi mümkündür. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikasının IXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materialları ilə apellyasiya şikayətinin dəlillərini əlaqəli şəkildə tədqiq edərək hesab edirəm ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Quba Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs uzun illərdir sərəncamında rəsmi torpaq sahəsinin olmadığını, əvvəllər ona və X1 məxsus olmuş 0,90 ha torpaq sahəsinin sonradan bağışlama müqaviləsi əsasında digər şəxsə verildiyini göstərməklə, faktiki olaraq icra sənədlərində nəzərdə tutulmuş torpaq sahəsi üzərində hüququnun olmadığını bildirmişdir. Lakin məhkəmə qeyd edir ki, hazırkı inzibati xəta haqqında iş üzrə araşdırmanın predmetini torpaq sahəsi üzərində mülkiyyət hüququnun kimə məxsus olmasının yenidən müəyyən edilməsi deyil, qanuni qüvvəyə minmiş və icrası məcburi olan məhkəmə aktlarından irəli gələn icra sənədlərinin borclu tərəfindən icra edilib-edilməməsinin, habelə icra məmurunun qanuni tələblərinə əməl olunub-olunmamasının müəyyən edilməsi təşkil edir. Iş materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində bir neçə qanuni qüvvəyə minmiş məhkəmə aktları üzrə icra sənədləri mövcud olmuş, həmin icra sənədləri üzrə o, konkret olaraq mübahisəli torpaq sahəsinin müəyyən hissələrindən çıxarılmalı, torpaq sahəsində yaradılmış maneələri aradan qaldırmalı, çəkilmiş hasarı və yerləşdirdiyi digər konstruksiyaları sökməli olmuşdur. Icra sənədlərinin icrası ilə əlaqədar ona dəfələrlə bildirişlər göndərilmiş, könüllü icra üçün şərait yaradılmış və icra tədbirləri görülmüşdür. Buna baxmayaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədlərindən irəli gələn tələbləri yerinə yetirməmiş, həmçinin verdiyi izahatlarında mübahisəli torpaq sahəsinin ona məxsus olduğunu və həmin sahədən çıxmaq niyyətində olmadığını açıq şəkildə bildirmişdir. Məhkəmə hesab edir ki, apellyasiya şikayətində istinad olunan Aqrar Islahat Komissiyasının qərarı və sonradan bağışlama müqaviləsinin bağlanmasına dair hallar qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş və icra sənədlərində əks olunmuş öhdəliklərin icra edilməməsinə haqq qazandıra bilməz. Əgər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin torpaq sahəsi ilə bağlı öz hüquqlarının pozulduğunu və ya icra sənədlərinin əsaslandığı məhkəmə aktlarının qanunsuz olduğunu hesab etmişdirsə, həmin məhkəmə aktlarından qanunla müəyyən olunmuş qaydada və müddətlərdə şikayət vermək və ya qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqi vasitələrdən istifadə etmək imkanına malik olmuşdur. Lakin qüvvədə olan məhkəmə aktlarının mövcudluğu şəraitində onların icrasından birtərəfli qaydada imtina edilməsi və ya həmin aktların düzgünlüyünün icraatın bu mərhələsində mübahisələndirilməsi yolverilməzdir. Həmçinin iş materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin icra sənədlərinin icrası ilə əlaqədar əvvəllər də inzibati məsuliyyətə cəlb olunaraq barəsində 500 manat məbləğində inzibati cərimə tətbiq edilmiş, lakin buna baxmayaraq, o, icra sənədlərindən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Beləliklə, şəxsin əvvəlki inzibati tənbehdən sonra da eyni icra sənədləri üzrə qanuni tələbləri yerinə yetirməməsi onun hərəkətlərində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətlərinin mövcud olduğunu təsdiq edir. Məhkəmə birinci instansiya məhkəməsinin iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq onlara düzgün hüquqi qiymət verdiyi qənaətinə gəlir. Birinci instansiya məhkəməsi haqlı olaraq müəyyən etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədlərində nəzərdə tutulmuş tələbləri üzrsüz səbəbdən yerinə yetirməmiş, icra məmurunun məhkəmə qərarlarının icrası ilə əlaqədar qanuni tələblərinə əməl etməmiş və əvvəl tətbiq edilmiş inzibati tənbehə baxmayaraq həmin davranışı davam etdirmişdir. Bu hallar onun əməlində IXM-nin 528.1-1-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğunu göstərir. Bununla yanaşı, birinci instansiya məhkəməsi inzibati tənbeh təyin edərkən xətanın xarakterini, şəxsin şəxsiyyətini, əmlak vəziyyətini və işin digər hallarını nəzərə almış, IXM-nin 528.1-1-ci maddəsinin sanksiyası çərçivəsində daha yüngül tənbeh növü olan 1000 manat məbləğində inzibati cərimə tətbiq etməklə ədalətli və mütənasib nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə sübutlara düzgün hüquqi qiymət verilmiş, inzibati xətanın obyektiv və subyektiv tərkibi düzgün müəyyən edilmiş və nəticə etibarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinməsi barədə nəticə qanuni və əsaslı olmuşdur. Eyni zamanda, tətbiq edilmiş 1000 manat məbləğində inzibati cərimə sanksiyanın aşağı həddində olmaqla, törədilmiş inzibati xətanın xarakterinə, borcun məbləğinə, şəxsin şəxsiyyətinə və işin digər hallarına uyğun seçilmiş, ədalətlilik və proporsionallıq prinsiplərinə cavab verir. Bu səbəbdən apellyasiya şikayətində cərimənin əsassız olması barədə dəlillər də qəbul edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 129 maddəsinin İ və II hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikasının IXM-nin 528.1-1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Yuxarıda qeyd olunanlara əsasən hesab edirəm ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməməsi iş materialları ilə sübuta yetirildiyindən birinci instansiya məhkəməsinin onu IXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilərək, barəsində 1000 (min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində cərimə növündə tənbeh tədbirini tətbiq etməsi inzibati tənbeh tədbirinin inzibati xəta törətmiş şəxsin islah olunmasına, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınması baxımından qanuni və ədalətli olmuşdur. Hesab edirəm ki, apellyasiya şikayətinin dəlilləri mülahizə xarakterli olmaqla işin halları ilə təkzib edildiyindən əsassızdır və bu dəlillərə istinad etməklə inzibati xəta törətmiş şəxs məsuliyyətdən yayınmaq məqsədi daşıyır, ona görə də barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətmiş olduğu inzibati xətaya görə inzibati xətalar qanunvericiliyinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsi əsaslı olmuşdur. Qanunun tələbinə əsasən məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Belə ki, IXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. IXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. IXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. IXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda şərh edilənlərə əsasən hesab edirəm ki, apellyasiya şikayətinin dəlilləri formal əsaslar kimi qiymətləndirilməklə təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə edilməsinə dair Quba Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, IXM-nin 134.1, 134.1.1-ci maddələrinə əsasan inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, qərarın dəyişdirilmədən, şikayətin və protestin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən IXM-nin 134.1.1, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDIM : Quba Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti təmin olunmasın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar