Məhkəmə qərarları › İş №3(3-8)-532/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-532/2026

24.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-532/2026 24.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Əsgәrova Ruhiyyә Orucәli qızının sәdrliyi, Şükürov Cahangir Fәxrәddin oğunun katibliyi, Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin nümayәndәsi nümayәndә1 iştirakı ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC barәsindә Azәrbaycan Respublikasının İXM-nin 483-cü maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Xaçmaz Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azәrbaycan Respublikası Dövlәt Gömrük Komitәsi Xaçmaz Baş Gömrük İdarәsi tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC barәsindә tәrtib edilmiş inzibati xәta haqqında protokol baxılması üçün Xaçmaz Rayon Mәhkәmәsinә göndәrilmişdir. İnzibati xәta haqqında protokoldan görünür ki, Xaçmaz rayonu, N.Mәhәmmәdov küçәsi, ev 8 ünvanında qeydiyyatda olan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMCnin (VÖEN: **********) 2025-ci ilin sentyabr ayı әrzindә 01252000109447 vә 01252000103089 sorğu nömrәli gömrük bәyannamәlәri üzrә 2743,83 ABŞ dolları (4664,51 manat) dәyәrindә “meyvә” mәhsullarını Xaçmaz Gömrük İdarәsindә rәsmilәşdirmәklә Rusiya Federasiyasına ixrac etmiş vә xarici iqtisadi fәaliyyәtin hәyata keçirilmәsi nәticәsindә әldә etdiyi xarici valyuta vәsaitlәrini Azәrbaycan Respublikasının qanunvericiliyinә müvafiq olaraq Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin Azәrbaycan Respublikasında müvәkkil edilmiş bankının hesabına köçürmәmişdir. Xarici valyuta vәsaitlәrinin müvәkkil edilmiş bankının hesabına köçürülmәsinin tәmin edilmәsi ilә bağlı qeydiyyatda olduğu ünvana ##.##.2026-cı il tarixli *-**-****/*-******/**** nömrәli bildiriş göndәrilsә dә, hazırkı dövrә qәdәr qeyd olunan vәsaitlәrin köçürülmәdiyi müәyyәn edilmişdir. Faktla bağlı aparılmış araşdırma ilә әlaqәdar Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin hal-hazırda fәaliyyәt göstәrib-göstәrmәmәsi barәdә mәlumat әldә etmәk mәqsәdilә Gömrük Xidmәtinin Vahid Avtomatlaşdırılmış İdarәetmә Sistemindәn әldә olunmuş mәlumata әsasәn, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin ##.##.2024-cü il tarixdә ********** nömrәli VÖEN-lә hüquqi şәxs qismindә qeydiyyata alındığı, ünvanının ünvan 1lmuşdur. İş üzrә ##.##.2026-cı il tarixli “Vahid Avtomatlaşdırılmış İdarәetmә Sistemi informasiya resursuna baxış keçirilmәsi haqqında” protokoldan müәyyәn olunur ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC tәrәfindәn Xaçmaz Gömrük İdarәsindә ixrac gömrük prosedurunda rәsmilәşdirmәklә 2025-ci ilin sentyabr avı әrzindә 01252000109447 vә 01252000103089 sorğu nömrәli gömrük bәyannamәlәri әsasında ixrac edilmiş yüklәrin müqabilindә qaytarılmalı olan 2743,83 ABŞ dolları (4664,51 manat) mәblәğindә vәsait Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMCnin Azәrbaycan Respublikasındakı müvәkkil bankda olan hesablarına köçürülmәmişdir. Bundan sonra, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin qeydiyyatda olduğu ünvana ##.##.2026-cı il tarixli, *-**-****/*-******/**** saylı dәvәt mәktub göndәrilmiş vә ixrac etdiyi yüklәrin müqabilindә köçürülmәli olan, ümumilikdә 2743,83 ABŞ dolları (4664,51 manat) mәblәğindә vәsaitin müvәkkil bankda olan hesabına köçürülmәsinin tәmin edilmәmәsi ilә bağlı aparılan araşdırma ilә әlaqәdar müvafiq tәsdiqedici sәnәdlәrlә birlikdә 11 mav 2026-cı il tarixdә Xaçmaz Gömrük İdarәsinә gәlmәsi xahiş edilmişdir. Lakin Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin nümayәndәsi Xaçmaz Gömrük İdarәsinә gәlmәmişdir. Xaçmaz Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı (hakim S.Sәmәdzadә) ilә "xxxx" Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 483-cü maddәsindә nәzәrdә tutulan inzibati xәtanı törәtmәkdә tәqsirli bilinmәsi vә inzibati xәtanın obyekti olan 2743,83 ABŞ dolları (4664,51 manat) valyuta vәsaiti mәblәğinin qırx faizi miqdarında (inzibati xәtanın törәdildiyi gün Azәrbaycan Respublikası Mәrkәzi Bankının rәsmi mәzәnnәsinә uyğun olaraq) 1097,53 ABŞ dolları mәblәğindә inzibati cәrimә edilmәsi qәrara alınmışdır. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC qәrardan apellyasiya şikayәti verәrәk, qәrarın lәğv edilmәsini vә iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, Xaçmaz Rayon Mәhkәmәsinin qәrarı әsassız vә qanunsuzdur. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-ilә Rusiya Federasiyasının “Qrand-Treyd” Sәhmdar Cәmiyyәti (SC) arasında olan ##.##.2024-cü il tarixli, № GT/****/** saylı müqavilә әsasında ##.##.2025-ci il tarixindә 01252000103089 sorğu nömrәli gömrük bәyannamәsi üzrә gömrük dәyәri 68000 manat olan vә ##.##.2026-ci il tarixindә isә 01252000109447 sorğu nömrәli gömrük bәyannamәsi üzrә gömrük dәyәri 55335 manat olan tәyinatı qida üçün yararlı tezә şaftalı,tezә nektarin Rusiya Federasiyasına ixrac edilmişdir.Mülki müqavilә şәrtlәrinә әsasәn ixrac edilәn mәhsulu tәhvil alan “Qrand-Treyd” SC ##.##.2025-ci il tarixindә ixrac edilәn mәhsula görә ##.##.2025-ci il tarixindә 1864.69 manat vә 278.58 manat dәyәrindә,hәmçinin ##.##.2025-ci il tarixindә ixrac edilәn mәhsula görә isә ##.##.2025-ci il tarixindә әvәzlәşdirmә haqqında bildirişi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-yә göndәrmiş vә tәrәfimizdәn hәmin bildirişә razılıq verildiyi üçün (göndәrilәn qida mәhsulunun seçmә üsulu ilә yoxlanılması zamanı korlanması vә satış üçün yararlı olmaması halları labüd olmasına görә) yuxarıda göstәrilәn gömrük bәyannamәlәri әsasında ixrac edilmiş yüklәrin müqabilindә qaytarılmayan 2743.83 ABŞ dolları (4664.51 manat) mәblәğindә vәsait Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin Azәrbaycan Respublikasındakı müvәkkil bankda olan hesablarına köçürülmәmişdir. Bu halın baş vermәsi qanundan kәnar hal hesab edilә bilmәz. Çünki ixrac edilәn yüklәri tәhvil alan tәrәflә azad iradә ifadәsinin bәyanı kimi mövcud olan vә hüquqi qüvvәsini itirmәyәn müqavilә şәrtlәri әsasında olması aşkardır. (Bu müqavilә şәrtlәri ilә bağlı 3(üç) әvәzlәşdirmә bildirişlәrinin Azәrbaycan dilinә tәrcümә olunmuş formada rәsmi sәnәdlәri apellyasiya şikayәtinә әlavә edilmişdir). Xaçmaz Gömrük İdarәsi tәrәfindәn inzibati iş üzrә protokola әlavә edilmiş bildirişә әsasәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin hüquqi ünvanı olan Xaçmaz rayonu, N.Mәhәmmәdov küçәsi,ev 8 ünvanına faktla bağlı Əmәliyyat vә tәhqiqat şöbәsindә aparılan arşdırma ilә әlaqәdar müvafiq tәsdiqedici sәnәdlәrlә birlikdә ##.##.2026-cı il tarixindә, saat 14:00-da hәmin idarәyә gәlmәyimiz tәlәb edilmişdir. Lakin iş materiala әlavә edilәn bu bildiriş hüquqi ünvana rәsmi qaydada göndәrilmәmiş, qanuni tәmsilçi olaraq faktla bağlı araşdırma aparılmasından xәbәrdar olmamışdır. Belә ki, Xaçmaz Gömrük İdarәsinin Əmәliyyat vә tәhqiqat şöbәsinin tәhqiqatçısı nümayәndә2 tәrәfindәn tәrtib edilmiş Protokol tXM-nin 100.3-cü maddәsinin tәlәbinә әsasәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan fiziki şәxsә vә ya hüquqi şәxsin nümayәndәsinә, habelә inzibati xәta haqqında iş üzrә icraatın digәr iştirakçılarına bu Mәcәllәdә nәzәrdә tutulmuş hüquqları vә vәzifәlәri izah edilmәmiş, iştirakımız tәmin edilmәdәn qәbul edilmiş vә baxılması üçün Xaçmaz rayon Mәhkәmәsinә göndәrilmişdir.Bu protokol qanunsuz vә әsassız qәbul edilmiş,İXM-nin 31-34-cü maddәlәrinin tәlәblәri kobud surәtdә pozulmuş,inzibati xәta hadisәsi (inzibati xәta törәdilmişdirmi),inzibati xәta törәtmiş şәxs vә inzibati xәtanın törәtmәkdә şәxsin tәqsiri İXM-nin tәlәblәrinә uyğun olaraq araşdırılmamışdır. Bu halın olması İXM- nin 75-ci maddәsinin tәlәblәrinin kobud surәtdә pozulması demәkdir. Barәsindә inzibati protokol qәbul edilәn “xxxx’MMC-nin İXM-nin 483-cü maddәsi ilә tәqsirli bilinmәsi üçün hüquqi әsaslar olmalıdır. Xaçmaz Rayon Mәhkәmәsindә inzibati xәta barәdә iş üzrә icraat zamanı “MİKA FRUTT”MMC-yә mәhkәmә prosesinin keçirilәcәyi vaxt ilә bağlı heç bir bildiriş gәlmәmişdir. Mәhkәmәdә iştirakları tәmin edilmәdiyi üçün hüquq vә mәnafelәri pozulmuş, ziyanlarına qәrar qәbul edilmişdir. İşә baxan mәhkәmә inzibati xәta haqqında protokola әlavә edilmiş sübutlar әsasında qәrar qәbul etmiş, hansı ki tәrәfimizdәn inzibati xәtaya yol verilmәdiyi tәsdiq edәn rәsmi sәnәdlәri mәhkәmәyә tәqdim edә bilmәmişlәr. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәri ilә bağlı birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә üzrә dәyәrlәndirmә apararaq hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn gәlinәn nәticә qanuni vә әsaslı olduğundan, apellyasiya şikayәti tәmin edilmәmәli, qәrar dәyişdirilmәdәn saxlanılmalıdır. Apellyasiya instansiya mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC 01252000109447 vә 01252000103089 sorğu nömrәli gömrük bәyannamәlәri üzrә 2743,83 ABŞ dolları (4664,51 manat) mәblәğindә vәsaiti bәyan olunduğu gündәn bu günә qәdәr Azәrbaycan Respublikasındakı müvәkkil bankda olan hesabına köçürülmәsini tәmin edә bilmәmişdir. Azәrbaycan Respublikası Prezidentinin ## #### 1997-ci il tarixli, *** nömrәli Fәrmanı ilә tәsdiq olunmuş “Azәrbaycan Respublikasında idxal-ixrac әmәliyyatlarının tәnzimlәnmәsi Qaydaları”-nın 12.1-ci bәndinә görә hüquqi vә fiziki şәxslәr tәrәfindәn malların (işlәrin, xidmәtlәrin) konsiqnasiya yolu ilә ixracı gömrük orqanlarında bәyan edilmәklә aparılır. Konsiqnasiya yolu ilә ixrac әmәliyyatları xarici şәxslәrlә bağlanmış müqavilәyә әsasәn ixrac olunmuş malların (işlәrin, xidmәtlәrin) müqabilindә vәsaitlәrin müәyyәn edilmiş müddәt әrzindә ixracatçıya ödәnilmәsini nәzәrdә tutur. “Azәrbaycan Respublikasında idxal-ixrac әmәliyyatlarının tәnzimlәnmәsi Qaydaları”-nın 12.2-ci bәndinә görә hüquqi vә fiziki şәxslәr konsiqnasiya yolu ilә ixrac etdiklәri malların (işlәrin, xidmәtlәrin) müqabilindә vәsaitlәrin onların bәyan olunduğu gündәn 180 (yüz sәksәn) gün әrzindә Azәrbaycan Respublikasındakı müvәkkil bankda olan hesablarına köçürülmәsini tәmin etmәlidirlәr. Hәmin Qaydaların 15.1-ci bәndinә görә şәxslәr bu Qaydaların pozulmasına görә Azәrbaycan Respublikasının qanunvericiliyinә әsasәn mәsuliyyәt daşıyırlar. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 483-cü maddәsinin mәzmununa görә xarici iqtisadi fәaliyyәtin hәyata keçirilmәsi nәticәsindә әldә edilmiş vә Azәrbaycan Respublikasının müvәkkil olunmuş banklarının hesablarına mәcburi qaydada köçürülmәli olan az miqdarda xarici valyuta vәsaitlәrinin xaricdәn qaytarılmaması inzibati mәsuliyyәt yaradır. Apellyasiya instansiya mәhkәmәsi qeyd edilәn normaları müqayisәli tәhlil edib, iş üzrә müәyyәn edilmiş hallara tәtbiq edәrәk, qeyd edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC 2025-ci ilin sentyabr ayı әrzindә 01252000109447 vә ************** nömrәli gömrük bәyannamәlәri üzrә 2743,83 ABŞ dolları (4664,51 manat) dәyәrindә “meyvә” mәhsullarını Xaçmaz Gömrük İdarәsindә rәsmilәşdirmәklә Rusiya Federasiyasına ixrac etmiş vә xarici iqtisadi fәaliyyәtin hәyata keçirilmәsi nәticәsindә әldә etdiyi xarici valyuta vәsaitlәrini Azәrbaycan Respublikasının qanunvericiliyinә müvafiq olaraq Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin Azәrbaycan Respublikasında müvәkkil edilmiş bankının hesabına köçürmәmişdir. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs malın bir hissәsindә alıcıya çamtamasına görә hәmin mala görә dә pulun göndәrilmәsi istisna olunduğundan, hәmin hissә ümumi mәblәğdәn çıxılmaqla yararlı mallara görә pulun köçürüldüyünü vә buna görә dә inzibati xәta tәrkibini mübahisәlәndirsә dә, müqavilә üzrә mәhsulun keyfiyyәtli vә lazımı hәddә olmaqla göndәrilmәsi riski hüquqi şәxsin üzәrinә düşdüyündәn, iddia elәdiyi malın keyfiyyәti nәticәlәrinә görә dә mәsuliyyәt daşıyır. Bu hal isә inzibati xәta tәrkibinin olmaması qәnaәtinә gәlinmәsi anlamına gәlinmәsini mümkünsüz edir. İnzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. İnzibati Xәtalar Mәcәllәsinin 12.1-ci maddәsinә әsasәn bu Mәcәllә ilә qorunan ictimai münasibәtlәrә qәsd edәn, hüquqazidd olan, tәqsirli sayılan (qәsdәn vә ya ehtiyatsızlıqdan törәdilәn) vә inzibati mәsuliyyәtә sәbәb olan әmәl (hәrәkәt vә ya hәrәkәtsizlik) inzibati xәta hesab olunur. Belә olan halda apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsi “xxxx’’ MMC-nin Azәrbaycan Respublikası İХM-nin 483-cü maddәsindә nәzәrdә tutulmuş inzibati хәtanı törәtmәsi barәdә qәnaәtә gәlәrkәn Azәrbaycan Respublikası İnzibati Хәtalar Mәcәllәsinin 75-85-ci maddәlәrinin tәlәblәrinә әmәl edәrәk inzibati хәta törәtmiş şәхsin ona istinad olunmuş inzibati хәtanı törәtmәsi haqda mötәbәr nәticәyә gәlmәk üçün kifayәt qәdәr sübutlar toplamış vә bu sübutların hәr birinin mәnsubiyyәti, mümkünlüyü vә mötәbәrliyi qiymәtlәndirilәrәk işin faktiki hallarına uyğun olan yekun qәrarı qәbul edilmişdir. İşin faktiki halları vә әmәlin hüquqi tövsifinә dair gәlinәn nәticә qanuni vә әsaslıdır. Şikayәtin dәlillәri kimi istinad edilәn hallar, özünümüdafiә xarakteri daşımaqla mәsuliyyәti istisna edәn hal kimi dәyәrlәndirilә bilmәz. Onların iştirakının tәmin edilmәmәsi mübahisәlәndirilsә dә, apellyasiya icraatı zamanı iştirak zamanı iştirakları tәmin edilsә dә, әmәldә inzibati xәta tәrkibinin olmaması qәnaәtinә gәlinmәsi üçün әsaslı şübhә yaratmayan sübut tәqdim etmәmәsi, hәmçinin protokol tәrtib edilәrkәn ona bildirişlәrin göndәrilmәsinә dair poçt qәbzlәrinin olması apelyatorun iştirakının olmadan inzibati xәta haqqında materiala baxılmasını mübahisәlәndirmәsi, faktlar nöqteyi-nәzәrdәn әsaslı olan gәlinәn nәticәnin lәğvi üçün әsas olan bilmәz. Konstitusiya Mәhkәmәsinin Plenumu, hәmçinin apellyasiya instansiyası mәhkәmәlәrinin diqqәtini ona cәlb etmәyi lazım bilir ki, onlar birinci instansiya mәhkәmәsinin faktlar nöqteyi nәzәrindәn qanuni vә әsaslı, mahiyyәt üzrә düzgün olan qәrarının yalnız formal mülahizәlәrә görә lәğv edilmәsindәn çәkinmәlidirlәr (Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2019-cu il tarixli Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 38.1 vә 430.4-cü maddәlәrinin әlaqәli şәkildә şәrh edilmәsinә dair Qәrarı). Belә olan halda apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn barәsindә inzibati xәta üzrә gәldiyi nәticә qanuni vә әsaslı olmaqla, hәmin qәrarın lәğv edilmәsi barәdә apellyasiya şikayәtinin dәlillәri әsassız vә formal mülahizә kimi dәyәrlәndirilmәlidir. Belәliklә apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, apellyasiya şikayәtinin dәlillәri Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin inzibati mәsuliyyәtdәn azad edilmәsi üçün әsas olmadığından tәmin edilmәmәli, Xaçmaz Rayon Mәhkәmәsinin *(*-***)- ***/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası İXM-nin 133-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Xaçmaz Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar