Məhkəmə qərarları › İş №3(3-8)-533/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-533/2026

21.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-533/2026 21.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mәn, Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimi Ağayev Rәşadәt Əhmәd oğlu, Hüseynzadә Elsevәr Ismayıl oğlunun katibliyi, Qәrarı verәn orqan böyük müstәntiqi, R X1, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan vәzifәli şәxs barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1, barәsindә inzibati xәta haqqında protokol tәrtib edilmiş barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-nin nümayәndәsi – Xaçmaz şәhәr Vәkil Bürosunun vәkili Vәkil iştirakları ilә, barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-nin vә vәzifәli şәxs barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 barәsindә Azәrbaycan Respublikası IXM-nin 192.1ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Xaçmaz Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC vә hәmin müәssisәnin direktoru barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 tәrәfindәn verilmiş apellyasiya şikayәtlәrinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDIM : Xaçmaz Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı ilә (hakim S.Z.Bayramov) hüquqi şәxs barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin (VÖEN: **********) Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 192.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәrәk, barәsindә 20000 (iyirmi min) manat mәblәğindә inzibati cәrimә növündә inzibati tәnbeh tәtbiq edilmәsi, vәzifәli şәxs barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 192.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәrәk, barәsindә 3000 (üç min) manat mәblәğindә inzibati cәrimә növündә inzibati tәnbeh tәtbiq edilmәsi, iş materiallarına әlavә edilmiş elektron daşıyıcılar, foto vә videogörüntülәr, habelә digәr sәnәdlәrin inzibati xәta haqqında işin materiallarında saxlanılması qәrara alınmışdır. IŞIN HALLARI : Xaçmaz rayon prokurorunun ## #### 2026-cı il tarixli qәrarları ilә hüquqi şәxs barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 Mәhdud Mәsuliyyәtli Cәmiyyәti (VÖEN: **********) vә hәmin hüquqi şәxsin direktoru - vәzifәli şәxs barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 192.1-ci maddәsi ilә inzibati xәta haqqında işlәr üzrә icraat başlanılaraq baxılması üçün Xaçmaz Rayon Mәhkәmәsinә göndәrilmişdir. Prokurorun qәrarlarına әsasәn, barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-ni tәmsil etmәk, onun adından qәrarlar qәbul etmәk vә fәaliyyәtinә rәhbәrlik etmәk sәlahiyyәtinә malik direktor barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 hüquqi şәxsin xeyrinә vә maraqlarının tәmin edilmәsi üçün hәrәkәt edәrәk әmәk müqavilәsi barәdә bildirişi әmәk münasibәtlәrinin elektron informasiya sisteminә daxil etmәdәn vә әmәk müqavilәsi hüquqi qüvvәyә minmәdәn zәrәrçәkmiş şәxs2 ## ### 2025-ci il tarixdәn ## #### 2025-ci il tarixәdәk “Şimal Store” mağazasında kassir, zәrәrçәkmiş şәxs1 2025-ci ilin iyun ayından # ##### 2026-cı il tarixәdәk әvvәlcә paketçi-qablaşdırıcı, sonra isә meyvә-tәrәvәz bölmәsindә satıcı kimi işlәrin yerinә yetirilmәsinә cәlb etmişdir. Xaçmaz Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli qәrardadı ilә barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 barәsindә olan *(*-***)-****/**** saylı inzibati xәta haqqında iş barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC barәsindә olan *(*-***)-****/**** saylı inzibati xәta haqqında işә birlәşdirilmiş, *(*-***)-****/**** saylı iş *(*-***)- ****/**** saylı işә birlәşdirildiyindәn hәmin iş üzrә icraata xitam verilmiş vә birlәşdirilmiş iş üzrә icraatın 3(5-126)-1049/2026 nömrәsi ilә davam etdirilmәsi qәrara alınmışdır. Inzibati xәta haqqında protokollara baxan birinci instansiya mәhkәmәsinin hakimi yuxarıda qeyd olunan nәticәyә gәlmişdir. Qәrardan narazı qalan barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC vә hәmin müәssisәnin direktoru barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 tәrәfindәn apellyasiya şikayәtlәri verilmişdir. APELLYASIYA ŞIKAYƏTLƏRININ DƏLILLƏRI : barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 apellyasiya şikayәtindә Xaçmaz Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarının lәğv ediәrәk, inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmәklә şikayәti onunla әsaslandırmışdır ki, mәhkәmә yalnız ona qarşı qәrәzli mövqedә olan dırnaqarası zәrәrçәkmişlәrin vә ziddiyyәtli şahid izahatlarına әsaslanaraq barәsindә cәrimә tәtbiq etmişdir. Lakin izahatlarla uzlaşan heç bir sübut mәhkәmәyә tәqdim edilmәmişdir. Buna görә dә mәhkәmә mötәbәr olmayan sübutlara әsaslandığı üçün qәrar lәğv edilmәlidir. barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-nin nümayәndәsi Vәkil apellyasiya şikayәtindә Xaçmaz Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarının lәğv ediәrәk, inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmәklә şikayәti onunla әsaslandırmışdır ki, dırnaqarası zәrәrçәkmişlәrdәn zәrәrçәkmiş şәxs2 anası şahid8 tәmsil etdiyi müәssisәdә qanuni әsaslarla çalışmış, sonradan tәrәflәr arasında münaqişә yaranmışdır. Bundan sonra şahid8 qәrәzli şәkildә MMC-yә ziyan vurmaq üçün müxtәlif orqanlara qәrәzli şikayәtlәr etmişdir. Bütün şikayәtlәrindә şikayәtçinin qeyd etdiyi hallar tәsdiqini tapmamışdır. Sonuncu dәfә Qәrarı verәn orqan müraciәt etmiş, Qәrarı verәn orqan qeyd edilәn hal araşdırılmış, yalnız şahid izahatlarına әsaslanan mәlumatlarla inzibati xәta haqqında iş üzrә icraat başlanılaraq iş Xaçmaz Rayon Mәhkәmәsinә verilmişdir. Xaçmaz Rayon Mәhkәmәsi isә heç bir әsaslı sübuta söykәnmәyәn, yalnız ziddiyәtli şahid izahatlarına әsaslanan qanunsuz qәrar qәbul etmişdir. Belә ki, obyektiv hәqiqәtә nail olmaq üçün verdiklәri vәsatәtlәrin heç biri tәmin edilmәmişdir. Hәmçinin lap ehtimal edilsә ki, vәzifәli şәxsin hәrәkәtlәri vә ya hәrәkәtsizliyi nәticәsindә xәta baş vermişdir.(hansı ki hesab edirlәr ki, inzibati xәta yoxdur) Nәzәrә almaq lazımdır ki, bu xәta hüquqi şәxsin maraqlarına xidmәt edib ya yox. Inzibati Xәtalar Mәcәllәsinin Xüsusi hissәsinin bir çox maddәsinin sanksiya hissәsindә subyekt kimi hәm hüquqi, hәm dә vәzifәli şәxslәr nәzәrdә tutulub. Hüquqi şәxslәrin inzibati mәsuliyyәtinin yaranması vәzifәli şәxslәrin әmәllәri ilә bağlı olduğu üçün Inzibati Xәtalar Mәcәllәsinin 18.2-ci maddәsindә bu mәsuliyyәtin әsası kimi hәmin әmәllәrin hüquqi şәxsin xeyrinә vә ya onun maraqlarının qorunması üçün törәdilmәsi göstәrilmişdir. Lakin hesab edir ki, lap vәzifәli şәxsin hәrәkәtlәrindә xәta olsa belә hazrki işdә hüquqi şәxsin maraqlarının qorunmasından söhbәt gedә bilmәz. Çünki hüquqi şәxs direktoru vәzifәyә tәyin edәrkәn ona hüquq vә vәzifәlәr vermişdir. Vәzifәli şәxsin hәmin vәzifәlәrinin icrası ilә bağlı nöqsanına hüquqi şәxs cavabdeh ola bilmәz. Hәmçinin işçinin әmәk müqavilәsindәn kәnar işlәtmәk hüquqi şәxsin hansı maraqlarına xidmәt edә bilәr ki?! Əksinә vәzifәli şәxsin hәrәkәti hüquqi şәxsin maraqlarına zidd olan addımdır. Vәzifәli şәxs öz vәzifә öhdәliklәrini yerinә yetirmәmәsi vә ya lazımınca yerinә yetirmәmәsinә görә inzibati mәsuliyyәt daşıyır, hüquqi şәxs isә mәhz onun xeyrinә vә ya maraqlarının qorunması üçün tәmsilçilik, qәrar qәbul etmә vә fәaliyyәtә nәzarәt sәlahiyyәtinә malik olan vәzifәli şәxsinin vә ya bu vәzifәli şәxslәrin nәzarәti hәyata keçirmәmәsi nәticәsindә işçisinin törәtdiyi әmәllәrә görә mәsuliyyәtә cәlb olunur. Hüquqi şәxsin inzibati xәtaya görә mәsuliyyәtә cәlb edilib-edilmәmәsi mәsәlәsinin hәlli zamanı işin bütün halları, xüsusilә әmәlin onun xeyrinә vә ya onun maraqlarının qorunması üçün törәdilib-törәdilmәmәsi müvafiq icraat çәrçivәsindә әtraflı araşdırılmalı vә qiymәtlәndirilmәlidir. Hazırki işdә hüquqi şәxsin hansı maraqları naminә xәtanın baş verdiyi ümumiyyәtlә әsaslanıdırılmamışdır. Mәhkәmә sübutlara düzgün hüquqi qiymәt vermәmiş, zәrәçәkmişlәrdәn zәrәrçәkmiş şәxs2 münasibәtdә inzibati cәlb etmә müddәti belә bitmişdir. Digәr zәrәrçәkmiş zәrәrçәkmiş şәxs1 isә bir neçә dәfә ziddiyәtli izahatlar vermiş, PPX-nin maşını vasitәsilә mәhkәmәyә gәtirilәrәk izahat vermәyә mәcbur edilmişdir. Hәmçinin zәrәrçәkmiş şәxs1 Qәrarı verәn orqan dindirilәrkәn yetkinlik yaşına çatmamış vә onun nümayәndәsinin iştirakı olmadan izahatı alınmış, hәmin izahat isә sübutlar siyahısından çıxarılmamışdır. Hansı ki, IXM-nin 63.1ci maddәsinә әsasәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan fiziki şәxs vә ya zәrәr çәkmiş şәxs yetkinlik yaşına çatmadıqda, yaxud fәaliyyәt qabiliyyәti olmadıqda vә ya mәhdud fәaliyyәt qabiliyyәtli olduqda, hәmin şәxslәrin mәnafeyini onların qanuni nümayәndәlәri tәmsil edir. Lakin göründüyü kimi iş üzrә zәrәrçәkmiş şәxs kimi qeyd edilәn zәrәrçәkmiş şәxs1 yetkinlik yaşına çatmadan qanuni nümayәndәsinin iştirakı olmadan zәrәrçәkmiş kimi tanına bilmәz. Çünki qanunun mәnasından da görünür ki, yetkinlik yaşına çatmayan zәrәrçәkmişi qanuni nümayәndәlәri tәmsil etmәlidir. Hәmçinin hәmin Mәcәllәnin 63.6-cı maddәsinә әsasәn on sәkkiz yaşına çatmayan şәxslәr barәsindә inzibati xәtalar haqqında işlәrә baxılarkәn hәmin şәxsin qanuni nümayәndәsinin iştirakı mәcburidir. Yәni qanunun imperativ tәlәblәrinә әmәl edilmәdәn tәmsil etdiyi şәxsә qarşı qәrәzli mövqe nümayiş etdirilәrәk barәsindә qanunsuz qәrar qәbul edilib baxılması üçün mәhkәmәyә göndәrilmişdir. PROSES IŞTIRAKÇILARININ IZAHATLARI : Apellyasiya instansiya mәhkәmәsinin iclasında iştirak edәn müdafiәçi Vәkil apellyasiya şikayәtinin dәlilini onunla әsaslandırdı ki, hazırda mübahisәlәndirilәn qәrar qanunvericiliyin tәlәblәrinә uyğun çıxarılmayıb vә lәğv olunmalıdır. Şikayәtçilәrdәn biri, zәrәrçәkmiş şәxs2 anası şahid8 tәmsil etdiyi müәssisәdә çalışmış, hәmin müәssisә ilә tәrәflәr arasında çox böyük mübahisәlәr baş vermiş vә ziddiyyәtlәr olmuşdur. Artıq bunlar arasında qәrәzli münasibәt yarandığına görә zәrәrçәkmiş şәxs2 anası şahid8 şikayәt vermişdir ki, guya onun qızı 1 il әvvәl qanunsuz, әmәk müqavilәsi olmadan çalışdırılmışdır. Sadәcә izahatlardan başqa bunu tәsdiq edәcәk heç bir sübut nә mәhkәmәdә, nә dә prokurorluqda yoxdur. barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 özü dә qeyd edir ki, ola bilsin ki, bu şәxs müәssisә açılan әrәfәdә, may-iyun aylarında orada çalışsın. Çalışsın dedikdә, yәni anası tәrәfindәn gәtirilsin vә yaxud onların diqqәtsizliyindәn çalışa bilәr. Özü dә izahatlarında deyir ki, “mәn orada iyul ayına qәdәr çalışmışam”. Iyul ayına qәdәr çalışıbsa, Inzibati Xәtalar Mәcәllәsinin 38-ci maddәsindә nәzәrdә tutulan mәsuliyyәtә cәlb etmә müddәti ötür. Birinci instansiya mәhkәmәsi bu cәlb etmә müddәtini nәzәrә almayıb, zәrәrçәkmiş şәxs2 münasibәtdә bu cәlb etmә müddәtini tәtbiq etmәyib. Iş materiallarına fotoşәkillәr dә әlavә edilib. Guya hәmin fotoşәkillәrlә onların orada işlәdiklәri müәyyәn olunur. Fotoşәkillәrin dә hansı formada vә necә әldә olunması, hansı tarixdә çәkilmәsi heç mәlum deyil, yәni o tarixlәr müәyyәn deyildir. Ümumiyyәtlә, hazırda süni intellekt yüksәk inkişaf edib, bәlkә dә süni intellektlә düzәldilmiş fotoşәkillәrdir. Müәssisәnin direktoru özü deyir ki, onun diqqәtsizliyindәn hansısa bir işçinin orada әmәk müqavilәsiz çalışması ola bilәrdi. Amma bu da may-iyun aylarına tәsadüf edir. Zәrәrçәkmiş şәxs deyir ki, iyul ayının 25-dә işdәn çıxmışdır. Amma bunu da tәsdiq edәcәk bir sübut yoxdur. Göstәrilәn inzibati xәtanın mahiyyәti ilә bağlı Konstitusiya Mәhkәmәsi Plenumun qәrarı var. Tәsәvvür edin, birinci instansiya mәhkәmәsindә hәmin Plenum Qәrarına әsasәn o vәsatәt verdi ki, bunlara ayrı-ayrı baxıla bilmәz, bir icraatda baxılmalıdır. Iş materiallarına nәzәr yetirilsә, direktorla hüquqi şәxsin mәsәlәsi üzrә protokollar vә qәrarlar ayrı-ayrı verilmişdir. Sonradan onun verdiyi vәsatәt nәticәsindә bu işlәr bir icraatda birlәşdirilmişdir. O düşünür ki, ümumiyyәtlә inzibati xәta yoxdur. Ehtimal edәk ki, direktor burada hәr hansı bir diqqәtsizlik göstәrib. Diqqәtsizlik göstәribsә, Konstitusiya Mәhkәmәsinin hәmin Plenum qәrarında da konkret qeyd olunub ki, hüquqi şәxsin maraqları deyilәndә bu maraqların dәrәcәsini müәyyәn etmәk lazımdır ki, bu әmәl әhәmiyyәtli dәrәcәdә onun maraqlarına toxunur, yoxsa әhәmiyyәtli dәrәcәdә onun maraqlarına xidmәt etmәk üçün nәzәrdә tutulub? Əksinә, direktor bu әmәli ilә hüquqi şәxsin maraqlarına zidd addım atmış olur. 300-400 nәfәr işçisi olan böyük müәssisә 1-2 işçi ilә әmәk müqavilәsi bağlamamaqla hansı qazancı әldә edә bilәr, burada hansı xeyirdәn, hansı maraqlardan söhbәt gedә bilәr? Tәәssüf ki, belә bir praktika formalaşıb ki, direktora cәza verildisә, avtomatik hüquqi şәxsә dә cәrimә tәtbiq edirlәr. O hesab edir ki, bu, düzgün deyildir. X2 Mәcәllәsindә hәmin maraqların araşdırılmasına, Konstitusiya Mәhkәmәsinin Plenum qәrarına ümumiyyәtlә nә ehtiyac var idi? Digәr zәrәrçәkmiş zәrәrçәkmiş şәxs1 meyvә-tәrәvәz bölmәsindә işlәdiyini bildirir. Meyvәtәrәvәz bölmәsini işlәdәn şәxs zәrәrçәkmiş şәxs1 onun işçisi olduğunu, barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC ilә heç bir aidiyyәti olmadığını bildirmişdir. Hansı ki, şikayәtçilәrdәn zәrәrçәkmiş şәxs2 özü dә mağazada әtir, meyvә-tәrәvәz bölmәlәrinin ayrı-ayrı şәxslәr tәrәfindәn icarәyә götürülüb işlәdildiyini bildirirdi. Birinci instansiya mәhkәmәsinә zәrәrçәkmiş şәxs1 teleqram vurub gәlmәdiyini qeyd etmişdir. Prokurorluq orqanına çağırırlar, gәlmәk, şikayәt etmәk istәmir. Bunu post-patrul xidmәti ilә, babası ilә bir yerdә mәcburi şәkildә avtomobilә әylәşdirirlәr, Qәrarı verәn orqan inzibati binasına gәtirirlәr vә şikayәt әrizәsi yazmağa mәcbur edirlәr. zәrәrçәkmiş şәxs1 prokurorluq orqanında izahatı alınanda o, heç yetkinlik yaşına çatmamışdı. Inzibati Xәtalar Mәcәllәsinә әsasәn yetkinlik yaşına çatmayan şәxsin nümayәndәsi olmadan dindirilmәsi qadağandır; 3 nәfәr işlәyib deyir, üç nәfәr işlәmәyib deyir. Apellyasiya şikayәtinin tәmin olunmasını xahiş edir. Apellyasiya instansiya mәhkәmәsinin iclasında iştirak edәn barәsindә inzibati xәta haqqında protokol tәrtib edilmiş barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMCnin direktoru, eyni zamanda barәsindә inzibati xәta haqqında protokol tәrtib edilmiş vәzifәli şәxs barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 apellyasiya şikayәtinin dәlilini onunla әsaslandırdı ki, müdafiәçimin bildirdiklәri ilә razıdır. Apellyasiya şikayәtinin tәmin olunmasını xahiş edir. zәrәrçәkmiş şәxs1 onların mağazasında işlәmәyib, icarәyә verilmiş meyvә-tәrәvәz bölmәsindә işlәyib. Malın qәbulu arxa, yәni meyvә-tәrәvәz tәrәfdәndir, bir qapı vardır. Bu sәbәbdәn zәrәrçәkmiş şәxs1 anbar tәrәfdәki qapıdan girib-çıxa bilir. Onun әynindәki köynәkdә onların mağazasının adı yazılmağı o demәk deyil ki, hәmin şәxs mağazanın işçisidir. Mağaza ötәn ilin may ayında açılmışdır. Hәmin vaxtdan iyul ayınadәk işçinin әmәk müqavilәsi olmadan çalışması ola bilәrdi. Bunun sәbәbi dә qarışıqlıq olması idi. Apellyasiya instansiya mәhkәmәsinin iclasında iştirak edәn Qәrarı verәn orqan böyük müstәntiqi, R X1 apellyasiya şikayәtlәrinin dәlillәrinә etiraz edәrәk şikayәtlәrin tәmin edilmәmәsini vә birinci intansiya mәhkәmәsinin qәrarının dәyişdirilmәdәn saxlanılmasını xahiş etmәklә әlavә olaraq qeyd etdi ki, müdafiәçinin zәrәrçәkmiş şәxs2 ilә bağlı dediyi mәsәlәlәrdә müddәtin keçmәsi mәsәlәsilә bağlı bildirir ki, izahatlardan göründüyü kimi, zәrәrçәkmiş şәxs2 ## #### 2025-ci il tarixinә qәdәr hәmin marketdә işlәmiş, Xaçmaz Rayon Mәhkәmәsi tәrәfindәn isә ## #### 2026-cı il tarixdә mәhkәmә qәrarı çıxarılmışdır. Bu o demәkdir ki, mәhkәmә qәrarı artıq bir il keçmәdәn çıxarılmışdır, yәni Inzibati Xәtalar Mәcәllәsinin 38-ci maddәsinin hәr hansı bir tәlәbinin pozulması halı olmamışdır. Müdafiәçi qeyd edir ki, orada hansısa bir qәrәzli münasibәt olmuş, qәrәzli münasibәt zәminindә şikayәt edilmişdir. Bu, inzibati xәtanın baş vermәsini, inzibati xәta tәrkibinin yaranmasını istisna edәn norma deyil. Inzibati xәta varsa, onun qәrәzdәn formalaşması vә ya digәr sәbәblәr tәhqiqata aidiyyәti olan mәsәlә deyil. Konstitusiya Mәhkәmәsinin qәrarı ilә bağlı digәr mәsәlәni demәk istәyir ki, hüquqi şәxsin maraqları qeyd olunmuşdur. Lakin, mәlum olduğu kimi, әgәr şәxs әmәk müqavilәsi olmadan işlәyirsә, mövcud qanunvericiliyә әsasәn hәmin hüquqi şәxs dövlәtә hәr hansı bir vergi vә daxilolma ödәnişi etmir, sığorta ödәnişi etmir vә gәlәcәkdә işçini qanunsuz şәkildә işdәn çıxararsa vә ya hәr hansı bir qanunsuzluq edәrsә, işçinin mәhkәmә qaydasında tәlәb irәli sürmәk, kompensasiya tәlәb etmәk kimi hüquqları yaranmır. Bundan әlavә, әmәk müqavilәsiz işlәdilәn bu işçilәr hәmin marketin ticarәt dövriyyәsindә iştirak etmiş vә hәmin hüquqi şәxsin iqtisadi maraqlarına xidmәt etmişdir. Bu da hüquqi şәxsin öz maraqlarının bu işdә olduğunu göstәrir. Bundan әlavә, hәmin Konstitusiya Mәhkәmәsinin qәrarında qeyd olunmuşdur ki, hüquqi şәxs mәhz onun xeyrinә vә ya maraqlarının qorunması üçün tәmsilçilik, qәrar qәbul etmә vә fәaliyyәtinә nәzarәt sәlahiyyәti verilmiş vәzifәli şәxslәrin vә ya bu vәzifәli şәxsin nәzarәti hәyata keçirmәmәsi nәticәsindә işçisinin törәtdiyi әmәlә görә mәsuliyyәtә cәlb edilir. Burada da mәhkәmә qәrarından göründüyü kimi, hüquqi şәxsin direktoru öz izahatında bildirmişdir ki, bu işlәrin hamısını şәxsin özü hәyata keçirirdi, hüquqi şәxsin kifayәt qәdәr müddәti olmuşdur ki, hәmin şәxslәrlә әmәk müqavilәsi bağlasın vә onların pozulmuş hüquqlarını bәrpa etsin. Əmәk müqavilәsinin bağlanmaması qәsdәn törәdilәn bir әmәldir. Digәr mәsәlә isә zәrәrçәkmiş şәxs1la bağlı qeyd olunan mәsәlәdir. Şahid izahatlarından vә zәrәrçәkmiş şәxs1 öz izahatlarından göründüyü kimi, zәrәrçәkmiş şәxs1 marketdә әvvәlcә paketçi işlәmiş, ondan sonra isә meyvә-tәrәvәz bölmәsindә işlәmişdir. Paketçi işlәdiyi dövrdә dә, meyvә-tәrәvәzdә işlәdiyi dövrdә dә onun әmәk müqavilәsi olmamışdır. Hәmçinin meyvә-tәrәvәz bölmәsini işlәdәn şahid3 hәmin hüquqi şәxsin direktorunun doğma qardaşıdır. Qardaşlar arasında, yәni hüquqi şәxslә meyvә-tәrәvәz bölmәsini işlәdәn şәxs arasında hәr hansı icarә müqavilәsi vә ya rәsmi şәkildә digәr bir müqavilә imzalanmamışdır. Bu o demәkdir ki, zәrәrçәkmiş şәxs1 başqa bir şәxsin işçisi kimi yox, mәhz eyni marketin daxilindә sadәcә işi dәyişdirilәrәk paketçidәn meyvә-tәrәvәz bölmәsindә satıcı kimi işlәmәyә başlamışdır. Bu da hüquqi şәxsin üzәrinә yenә eyni mәsuliyyәti qoyur ki, onunla әmәk müqavilәsi bağlanmalı idi vә bu müqavilә bağlanmamışdır. Bundan әlavә, hörmәtli vәkil qeyd edir ki, şәxs yetkinlik yaşına çatmadığına vә qanunsuz şәkildә dindirildiyinә görә prokurorluqda alınan izahat qanunsuzdur. Onların araşdırmaları cinayәt xarakterli material kimi vә Cinayәt-Prosessual Mәcәllәsinin tәlәblәrinә әsasәn aparılmışdır. Cinayәt-Prosessual Mәcәllәsinin tәlәbinә әsasәn, 14 yaşınadәk, müstәntiqin mülahizәsinә görә isә 16 yaşınadәk olan şәxslәr pedaqoqun iştirakı ilә dindirilir; hәmçinin zәruri hallarda qanuni nümayәndә vә digәr şәxslәr cәlb edilә bilәr. Burada isә mәlum olur ki, şәxs 16 yaşdan yuxarıdır vә orada dindirilib. Habelә bunu inzibati qaydada nәzәrә alsaq vә zәrәrçәkmiş şәxs1 prokurorluqdakı izahatını qanunsuz hesab etsәk belә, onun mәhkәmәdә dә izahatı alınmışdır. Mәhkәmәdә izahat qanuni qaydada alındığı üçün onun sübut kimi qiymәtlәndirilmәsi düzgün mövqedir. Düzdür, zәrәrçәkmiş şәxs1 mәhkәmәyә gәlmәkdәn imtina etdiyinә görә, Xaçmaz Rayon Mәhkәmәsi tәrәfindәn hәm rayon prokurorluğuna, hәm dә rayon polis şöbәsinә rәsmi qaydada müraciәt ünvanlanmışdır ki, hәmin şәxsin gәlmәsinә kömәklik göstәrilsin. Ona görә dә şahid post-patrul xidmәti vasitәsilә mәhkәmәyә gәtirilmiş, lakin heç bir sübutda mәcburiyyәt halı olmamışdır. HÜQUQI MƏSƏLƏLƏR : Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. IXM-nin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Inzibati icraat materiallarını yoxlayıb, apellyasiya şikayәtlәrinin dәlillәrini iş materiallarındakı sәnәdlәrlә tәhlil edib hesab edirәm ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Xaçmaz Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır ona görә ki, birinci instansiya mәhkәmәsi inzibati icraat üzrә qәrar qәbul edәrkәn iş materiallarını mahiyyәti üzrә tam araşdırmış, inzibati mәsuliyyәtә cәlb edilmәnin әsası olan qanunvericiliyin tәlәblәrinә riayәt etmişdir. Aşağıda qeyd olunanlara görә birinci instansiya mәhkәmәsinin iş üzrә gәldiyi nәticәsini qanuni vә әsaslı sayıram. Belә ki, müdafiә tәrәfi apellyasiya şikayәtindә birinci növbәdә inzibati xәtanın törәdilmәsinin yalnız ziddiyyәtli şahid izahatları ilә әsaslandırıldığını, hәmin izahatları tәsdiq edәn digәr mötәbәr sübutların mövcud olmadığını bildirmişdir. Mәhkәmә hәmin dәlillә razılaşmır. Inzibati xәtalar haqqında iş üzrә sübutlar hәr hansı bir sübut növü ilә mәhdudlaşmır. Işin halları barәdә mәlumatların sübut kimi qәbul edilmәsi üçün onların qanuni qaydada әldә edilmәsi vә işin hallarının müәyyәn edilmәsinә xidmәt etmәsi әsasdır. Hazırkı iş üzrә birinci instansiya mәhkәmәsi sübutları ayrı-ayrılıqda deyil, onların mәcmusu vә qarşılıqlı әlaqәsi baxımından qiymәtlәndirmişdir. Bu baxımdan, müdafiә tәrәfinin “şahid izahatlarını tәsdiq edәn ayrıca sübut yoxdur” arqumenti öz-özlüyündә hәmin izahatların sübut әhәmiyyәtini aradan qaldırmır. Əksinә, iş üzrә mövcud olan izahatlar, sәnәdlәr, fotoşәkillәr vә digәr materiallar birlikdә qiymәtlәndirildikdә birinci instansiya mәhkәmәsinin inzibati xәta hadisәsinin baş vermәsi vә tәqsirin mövcudluğu barәdә gәldiyi nәticә üçün kifayәt qәdәr әsasların olduğu müәyyәn edilir. Eyni zamanda, apellyasiya şikayәtindә fotoşәkillәrin hansı şәraitdә vә hansı tarixdә әldә edilmәsinin müәyyәn olmadığı, hәtta onların süni intellekt vasitәsilә hazırlanmasının mümkün olduğu irәli sürülmüşdür. Lakin müdafiә tәrәfinin bu barәdә mülahizәsi ehtimal xarakterli olmaqla, fotoşәkillәrin saxtalaşdırılmasını vә ya hәqiqәti әks etdirmәdiyini tәsdiq edәn hәr hansı konkret sübutla әsaslandırılmamış, әksinә MMC-nin direktoru da hәr iki şәxsin işlәdiyini istisna etmәyәrәk bunu belә әsaslandırmışdır ki, zәrәrçәkmiş şәxs2 müәyyәn vaxtlar anasının yerinә işlәmiş, zәrәrçәkmiş şәxs1 isә mağazaya aidiyyәti olmayan bir әrazidә yerlәşәn meyvә tәrәvәz sahәsindә çalışmışdır. Buna görә dә yalnız ehtimal әsasında iş materiallarına әlavә edilmiş fotoşәkillәrin sübut әhәmiyyәtinin istisna edilmәsi mümkün deyildir. Müdafiә tәrәfi zәrәrçәkmiş şәxs2 әmәk müqavilәsi olmadan işlәmәsinin müdafiә tәrәfinin mövqeyinә görә 2025-ci ilin may-iyul aylarında baş verdiyini vә buna görә IXM-in 38-ci maddәsindә nәzәrdә tutulmuş inzibati mәsuliyyәtә cәlbetmә müddәtinin keçdiyini bildirsә dә, bu dәlil dә әsaslı hesab edilә bilmәz, ona görә ki, iş materiallarından zәrәrçәkmiş şәxs2 ## #### 2025-ci ilәdәk işlәdiyi müәyyәn edilir. Birinci instansiya mәhkәmәsinin qәrarı isә ## #### 2026-cı il tarixindә qәbul edilmişdir. Belәliklә, xәta törәdildiyi iddia olunan son tarixdәn mәhkәmә qәrarının qәbul edildiyi tarixәdәk bir il müddәti tamam olmamışdır. Bu hal mәhkәmә iclasında prokurorluq nümayәndәsi tәrәfindәn dә izah edilmişdir. Bu sәbәbdәn zәrәrçәkmiş şәxs2 ilә bağlı inzibati mәsuliyyәtә cәlbetmә müddәtinin ötürülmәsi barәdә apellyasiya şikayәtlәrinin dәlillәri әsassızdır. Müdafiә tәrәfi hәmçinin IXM-in 18.2-ci maddәsinә istinad edәrәk hәtta vәzifәli şәxsin hәrәkәtlәrindә inzibati xәta olduğu qәbul edilsә belә, hәmin әmәlin barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-nin maraqlarına xidmәt etmәdiyini bildirmişdir. Müdafiәçinin mövqeyinә görә bir-iki işçi ilә әmәk müqavilәsinin bağlanmaması hüquqi şәxs üçün әhәmiyyәtli iqtisadi fayda yaratmır vә әksinә, direktorun belә hәrәkәti hüquqi şәxsin maraqlarına ziddir. Mәhkәmә bu dәlili dә әsassız hesab edir. Belә ki, әmәk müqavilәsi hüquqi qüvvәyә minmәdәn şәxsin işә cәlb edilmәsi nәticәsindә işәgötürәnin hәmin işçinin әmәk münasibәtlәrindәn irәli gәlәn sosial vә digәr hüquqlarının tәmin edilmәsi ilә bağlı qanuni öhdәliklәri yerinә yetirilmir. Bununla yanaşı, әmәk münasibәtlәrinin rәsmilәşdirilmәmәsi nәticәsindә işәgötürәnin qanunla nәzәrdә tutulmuş vergi vә sosial sığorta öhdәliklәri dә müvafiq qaydada formalaşmır. Bu baxımdan, belә әmәlin hüquqi şәxsin maraqlarına heç bir aidiyyәtinin olmaması barәdә müdafiә tәrәfinin mövqeyi qәbul edilә bilmәz. Üstәlik, iş üzrә müәyyәn edilmiş hallardan görünür ki, işin halı müәssisәnin fәaliyyәtindәn kәnar, tamamilә tәsadüfi hәrәkәtdәn deyil, hәmin müәssisәnin ticarәt fәaliyyәti çәrçivәsindә şәxslәrin faktiki әmәk fәaliyyәtinә cәlb edilmәsindәn gedir. Belә vәziyyәtdә hüquqi şәxsin fәaliyyәtinә rәhbәrlik vә hәmin fәaliyyәtә nәzarәt etmәk sәlahiyyәtinә malik olan direktorun әmәk münasibәtlәrinin qanunvericiliyin tәlәblәrinә uyğun rәsmilәşdirilmәsini tәmin etmәk imkanı olmuşdur. Burada mühüm mәqam ondan ibarәtdir ki, hüquqi şәxsin inzibati mәsuliyyәtә cәlb edilmәsi avtomatik olaraq onun vәzifәli şәxsinә dә inzibati tәnbeh tәtbiq edilmәsindәn irәli gәlәn mexaniki nәticә deyildir. Lakin konkret halda hüquqi şәxsin fәaliyyәtinә rәhbәrlik edәn şәxsin әmәk münasibәtlәrinin rәsmilәşdirilmәsi vә işçilәrin fәaliyyәtinә nәzarәt etmәk sәlahiyyәtinә malik olması, buna baxmayaraq әmәk müqavilәlәrinin bağlanmaması hüquqi şәxsin inzibati mәsuliyyәtinin yaranması üçün qanunda nәzәrdә tutulan halların mövcudluğunu tәsdiq edir. Müdafiә tәrәfi zәrәrçәkmiş şәxs1 barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-nin deyil, market daxilindә icarәyә götürülmüş meyvә-tәrәvәz bölmәsinin işçisi olduğunu bildirmişdir. barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 da mәhkәmә iclasında Turanın mağazada deyil, icarәyә verilmiş meyvә-tәrәvәz bölmәsindә işlәdiyini, hәmin bölmәnin ayrıca fәaliyyәt göstәrdiyini bildirmiş olsa da, bu izahat iş üzrә digәr sübutlarla birlikdә qiymәtlәndirildikdә zәrәrçәkmiş şәxs1 barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-nin fәaliyyәt göstәrdiyi marketdә faktiki әmәk fәaliyyәti göstәrmәsi barәdә birinci instansiya mәhkәmәsinin gәldiyi nәticәni tәkzib etmir. Xüsusilә nәzәrә alınmalıdır ki, prokurorluq nümayәndәsinin mәhkәmә iclasında verdiyi izahatına әsasәn, zәrәrçәkmiş şәxs1 әvvәlcә hәmin marketdә paketçi kimi, sonradan isә meyvәtәrәvәz bölmәsindә çalışmışdır vә hәr iki dövrdә onunla әmәk müqavilәsi bağlanmamışdır. Hәmçinin meyvә-tәrәvәz bölmәsini işlәdәn şahid3 barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-nin direktorunun doğma qardaşı olduğu vә hәmin bölmәnin fәaliyyәti ilә bağlı rәsmi icarә vә ya digәr müqavilәnin tәqdim edilmәdiyi bildirildiyindәn müdafiә tәrәfinin “zәrәrçәkmiş şәxs1 işçi olaraq MMC-yә heç bir aidiyyәti yoxdur” arqumentinin iş materialları ilә tәsdiqlәnmәdiyini göstәrir. Əgәr meyvә-tәrәvәz bölmәsinin hәqiqәtәn müstәqil sahibkarlıq fәaliyyәti hәyata keçirәn başqa şәxs tәrәfindәn icarә әsasında idarә edilmәsi iddia edilirsә, hәmin münasibәtin mövcudluğunu tәsdiq edәn müqavilәnin vә digәr müvafiq sәnәdlәrin tәqdim edilmәsi mümkün idi. Lakin belә sәnәdlәrin mövcudluğu iş materiallarından müәyyәn edilmir. Müdafiә tәrәfi zәrәrçәkmiş şәxs1 prokurorluqda izahatı alınarkәn yetkinlik yaşına çatmadığını, qanuni nümayәndәsinin iştirak etmәdiyini vә buna görә hәmin izahatın yolverilmәz sübut hesab edilmәli olduğunu bildirmişdir. Mәhkәmә qeyd edir ki, bu dәlilin qiymәtlәndirilmәsi zamanı yalnız prokurorluqda alınmış izahatla kifayәtlәnmәk olmaz. Iş üzrә zәrәrçәkmiş şәxs1 mәhkәmәdә dә izahatı alınmışdır vә hәmin izahat mәhkәmә tәrәfindәn bilavasitә dinlәnilmişdir. Prokurorluq nümayәndәsi dә apellyasiya instansiyasının iclasında mәhz bu hala diqqәt çәkәrәk, prokurorluqdakı izahatın qiymәtlәndirilmәsindәn asılı olmayaraq, zәrәrçәkmiş şәxs1 mәhkәmәdә qanuni qaydada verdiyi izahatının ayrıca sübut kimi qiymәtlәndirilmәsinin mümkün olduğunu bildirmişdir. Odur ki, müdafiә tәrәfinin prokurorluqda alınmış izahatın yolverilmәz olması barәdә arqumentinin mövcudluğu iş üzrә bütün digәr sübutların, o cümlәdәn mәhkәmәdә verilmiş izahatın sübut әhәmiyyәtini aradan qaldırmır. Müdafiә tәrәfi zәrәrçәkmiş şәxs1 prokurorluğa vә mәhkәmәyә polis әmәkdaşları tәrәfindәn mәcburi gәtirildiyini, ona şikayәt vermәsi vә ya izahat vermәsi üçün tәzyiq göstәrildiyini iddia etsә dә, bu iddianı sübut edәn hәr hansı bir hal iş materiallarında öz tәsdiqini tapmır. Əksinә, apellyasiya iclasında prokurorluq nümayәndәsi zәrәrçәkmiş şәxs1 mәhkәmәyә gәlmәkdәn imtina etmәsi ilә әlaqәdar birinci instansiya mәhkәmәsi tәrәfindәn polis vә prokurorluq orqanlarına onun mәhkәmәyә gәtirilmәsinә kömәklik göstәrilmәsi barәdә rәsmi müraciәtlәr edildiyini bildirmiş vә bu hala dair iş materiallarında müvafiq rәsmi mәktub mövcuddur. Bu sәbәbdәn yalnız müdafiә tәrәfinin ehtimal vә iddiasına әsaslanaraq zәrәrçәkmiş şәxs1 verdiyi izahatların iradәsinә zidd vә ya mәcburiyyәt şәraitindә alınmış hesab edilmәsi mümkün deyildir. Belәliklә, apellyasiya instansiyası mәhkәmәsi iş materiallarını, birinci instansiya mәhkәmәsinin qәrarını vә apellyasiya iclasında tәrәflәrin verdiklәri izahatları birlikdә qiymәtlәndirәrәk hesab edir ki, müdafiә tәrәfinin irәli sürdüyü dәlillәr әsasәn iş üzrә artıq birinci instansiya mәhkәmәsindә araşdırılmış halların fәrqli formada qiymәtlәndirilmәsinә yönәlmişdir. Müdafiә tәrәfi hәmin sübutların mәzmununu tәkzib edәn, onların saxta vә ya yolverilmәz olduğunu tәsdiq edәn, yaxud birinci instansiya mәhkәmәsinin nәticәlәrini şübhә altına alan yeni mötәbәr sübut tәqdim etmәmişdir. Əksinә, apellyasiya iclasında MMC-nin direktorunun özünün verdiyi izahatda da müәssisә fәaliyyәtә başladığı dövrdәn iyul ayınadәk әmәk müqavilәsi olmadan işçinin çalışmasının mümkün olduğu etiraf edilmişdir. Protokola әsasәn, barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 mağazanın ötәn ilin may ayında açıldığını vә hәmin vaxtdan iyul ayınadәk işçinin әmәk müqavilәsi olmadan çalışmasının mümkün olduğunu bildirmişdir. Bu izahat iş üzrә digәr sübutlardan tәcrid olunmuş şәkildә deyil, onların mәcmusunda qiymәtlәndirildikdә birinci instansiya mәhkәmәsinin gәldiyi nәticәni tәkzib etmir, әksinә, hәmin nәticә ilә uzlaşır. Nәticә etibarilә, birinci instansiya mәhkәmәsi iş üçün әhәmiyyәtli olan halları araşdırmış, sübutları qanunun tәlәblәrinә uyğun qiymәtlәndirmiş, barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-nin vә vәzifәli şәxs barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 әmәllәrinә düzgün hüquqi qiymәt vermiş vә onların IXM-in 192.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәlәri barәdә әsaslı nәticәyә gәlmişdir. Belә ki, IXM-nin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizlik) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur vә tәnbeh edilir. IXM-nin 9.1-ci maddәsinә әsasәn inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına uyğun, qanuni vә әsaslı olmalıdır. IXM-nin 18.1-ci maddәsinә әsasәn hüquqi şәxslәr, o cümlәdәn xarici hüquqi şәxslәr vә xarici hüquqi şәxslәrin filial vә nümayәndәliklәri bu Mәcәllәnin Xüsusi hissәsindә nәzәrdә tutulmuş inzibati xәtalara görә inzibati mәsuliyyәtә cәlb olunurlar. IXM-nin 18.5-ci maddәsinә әsasәn bu Mәcәllәnin 127-4.5-ci maddәsindә nәzәrdә tutulmuş hal istisna olmaqla, hüquqi şәxs barәsindә inzibati tәnbeh yalnız hakim tәrәfindәn tәtbiq edilir. IXM-nin 21 vә 31.1-ci maddәlәrinә әsasәn inzibati tәnbeh inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır vә bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. IXM-nin 31.2-ci maddәsinә әsasәn, fiziki vә ya vәzifәli şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, xәtanın xarakteri, inzibati xәta törәdәn şәxsin şәxsiyyәtini xarakterizә edәn hallar, onun tәqsirinin dәrәcәsi, әmlak vәziyyәti, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. IXM-nin 31.3-cü maddәsinә әsasәn hüquqi şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, inzibati xәtanın xarakteri, inzibati xәta nәticәsindә hüquqi şәxsin әldә etdiyi xeyrin hәcmi vә ya onun maraqlarının tәmin edilmәsinin xarakteri vә dәrәcәsi, hüquqi şәxsi xarakterizә edәn hallar, o cümlәdәn onun maliyyә vә әmlak vәziyyәti, xeyriyyәçilik vә ya digәr ictimai faydalı fәaliyyәtlә mәşğul olması, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. Yuxarıda qeyd olunanlara mәcmu halında qiymәt verәrәk hesab edirәm ki, apellyasiya şikayәtlәrinin dәlillәri formal xarakter daşımaqla Xaçmaz Rayon Mәhkәmәsinin ## #### 2026cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarının lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsas kimi qәbul oluna bilmәz, ona görә dә apellyasiya şikayәtlәri tәmin edilmәmәli, birinci instansiya mәhkәmәsinin qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, IXM-nin 134.1, 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn IXM-nin 134.1.1, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, QƏRARA ALDİM: Xaçmaz Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı apellyasiya şikayәtlәrinә münasibәtdә dәyişdirilmәdәn saxlanılsın. barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-i vә vәzifәli şәxs barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 tәrәfindәn verilmiş apellyasiya şikayәtlәri tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar