Məhkəmə qərarları › İş №3(3-8)-534/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-534/2026

22.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-534/2026 22.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X1 katibliyilə, barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan İsmayılzadə Rəfail İsmayıl oğlunun iştirakı ilə, İsmayılzadə Rəfail İsmayıl oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.6-cı maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminin ##.##.2026-cı il tarixli EQ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətin qismən təmin edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ****/**** saylı qərarından İsmayılzadə Rəfail İsmayıl oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminin ##.##.2026-cı il tarixli EQ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə taksi duracaqlarında taksi minik avtomobili olmayan nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə İsmayılzadə Rəfail İsmayıl oğlu Azərbaycan Respublikası İXM-nin 346.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İsmayılzadə Rəfail İsmayıl oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək ##.##.2026-cı il tarixli EQ******** saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və şikayətinin təmin edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə İsmayılzadə Rəfail İsmayıl oğlunun şikayəti qismən təmin edilməklə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminin ##.##.2026-cı il tarixli EQ******** saylı qərarı ləğv edilərək, yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. (hakim Elşad Əliyev) Məhkəmənin qərarından narazı qalan İsmayılzadə Rəfail İsmayıl oğlu ## #### 2026cı il tarixdə apellyasiya şikayət verərək, işə yenidən baxılmasını xahiş etmişdir. İş materiallarından göründüyü kimi, mübahisələndirilən Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının surəti İsmayılzadə Rəfail İsmayıl oğlu tərəfindən ##.##.2026-cı il tarixdə qəbul edilsə də, həmin qərardan apellyasiya şikayəti 10 gün müddətində verilməli olduğu halda ##.##.2026-cı il tarixdə verilmiş, yəni apellyasiya şikayəti bir ay ötürülməklə verilmişdir. Lakin ötürülmüş prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından verilmiş apellyasiya şikayəti hərəkətsiz saxlanılaraq Azərbaycan Respublikası CPM-nin 386.1-ci maddəsinin tələblərinin yerinə yetirilməsi üçün 10 (on) gün müddət təyin edilmişdir. İş materiallarından görünür ki, İsmayılzadə Rəfail İsmayıl oğlu tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa olunması barədə vəsatət verməmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən İsmayılzadə Rəfail İsmayıl oğlu bildirdi ki, birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa olunması barədə vəsatət verməmişdir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, İsmayılzadə Rəfail İsmayıl oğlu tərəfindən verilmiş apellyasiya şikayəti verilməmiş hesab edilməklə baxılmamış saxlanılmalıdır. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarında göstərilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə müddəti müəyyən edilmiş, habelə buraxılmış müddətin bərpa olunmasının mümkünlüyü nəzərdə tutulmuşdur. Lakin İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə müddətinin buraxıldığı hallarda həmin qərardan verilən şikayətin (protestin) mümkünlüyünün yoxlanılmasına dair prosessual qaydaları təfsilatı ilə müəyyən etməmişdir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, inzibati xətalar qanunvericiliyində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə müddətinin buraxılıb buraxılmamasının müəyyən edilməsi, habelə şikayət və ya protestin mümkünlüyü ilə əlaqədar digər prosessual məsələlər (şikayətin səlahiyyəti olan şəxs tərəfindən verilibverilməməsi, imzalanıb-imzalanmaması və s.) kifayət qədər tənzimlənməmişdir. Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu mövcud qanunvericilik normalarından, həmçinin özünün əvvəlki hüquqi mövqeyindən çıxış edərək hesab etmişdir ki, inzibati xəta haqqında iş üzrə məhkəmə qərarından verilmiş şikayət və ya protest vermə müddətinin buraxılıb-buraxılmamasının yoxlanılması ilə əlaqədar prosessual məsələlərin tənzimlənməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müvafiq normaları qanunun analogiyası üzrə tətbiq edilməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2016-cı il tarixli qərarında vurğulanır ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.4-cü maddəsinə əsasən bu Məcəllənin 386 və 387-ci maddələrinin tələbləri yerinə yetirilmədikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin hərəkətsiz saxlanılması barədə qərar çıxarır və öz qərarı ilə həmin tələblərin yerinə yetirilməsi üçün 10 (on) gündən 20 (iyirmi) günədək müddət təyin edir. Təyin edilmiş müddət ərzində həmin tələblər yerinə yetirilmədikdə, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmiş hesab edilir və baxılmamış saxlanılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 386 və 391-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI : İsmayılzadə Rəfail İsmayıl oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 346.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından apellyasiya şikayəti verilməmiş hesab edilsin və verilmiş apellyasiya şikayəti baxılmamış saxlanılsın. Azərbaycan Respublikası İXM-nin 138.1.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərar qətidir, ondan şikayət və ya protest verilməsi hüququ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar