Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-535/2026 24.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Əsgәrova Ruhiyyә Orucәli qızının sәdrliyi, Şükürov Cahangir Fәxrәddin oğunun katibliyi, Azәrbaycan Dövlәt Su Ehtiyatları Agentliyi yanında Suların İstifadәsinә vә X13 Xidmәtinin nümayәndәlәri X1 vә X3 iştirakı ilә, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 264.0.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qәrarından Azәrbaycan Dövlәt Su Ehtiyatları Agentliyi yanında Suların İstifadәsinә vә X13 Xidmәtinin Qәrarından şikayәt verilәn orqan tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azәrbaycan Dövlәt Su Ehtiyatları Agentliyi yanında Suların İstifadәsinә vә X13 Xidmәtinin Qәrarından şikayәt verilәn orqan rәisi F.M.Haqverdiyev tәrәfindәn qәbul edilmiş MN seriyalı, ******* saylı, ## #### 2026-cı il tarixli qәrara әsasәn Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 264.0.1-ci maddәsi ilә tәqsirli bilinәrәk, barәsindә 2500 manat mәblәğindә inzibati cәrimә tәnbeh tәdbiri tәtbiq edilmişdir. Barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilmiş şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) müdafiәçisi Vәkil şikayәt әrizәsi ilә Abşeron Rayon Mәhkәmәsinә müraciәt edәrәk, inzibati tәnbeh vermә haqqına qәrarın lәğv edilmәsini vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Şikayәt onunla әsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixli MN ******* saylı qәrar ilә Qәrardan şikayәt verәn orqan (şәxs) AR İXM-nin 264.0.1-ci maddәsindә nәzәrdә tutlmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinәrәk, 2500 manat mәblәğindә cәrimә olunmuşdur. Qәrardan narazıdır, aşağıda sadalananlara әsasәn qәrarı әsassız vә qanunsuz hesab edir: Abşeron rayonu Quldarqışlaq otlaq sahәsindә yerlәşәn ona mәxsus İstixana Kompleksinin әrazisindә yağış vә suvarma sularının axıdılması üçün bәnd tikilmişdir. 2026-cı il aprel ayı әrzindә yaxınlıqdakı Sumqayıt çayın daşması nәticәsindә bәndin çaya yaxın hissәsi dağılmış vә bәnddәki sular çay suyuna qarışmışdır. Baş vermiş hadisә ADSEA-nın Suların İstifadәsinә vә X13 Xidmәtinin Qәrarından şikayәt verilәn orqan әmәkdaşlarının nәzәrinә çatdırılmış vә bәndin qısa müddәtdә tәmir olunması tәrәflәrindәn bildirilmişdir. Hal-hazırda bәnd tәrәflәrindәn bәrpa olunmuşdur. Hәmin bәndin bәrpa olunması inzibati xәta haqqında protokol tәrtib edәn orqan tәrәfindәn hәyata keçirilmәli olduğu halda onlar tәrәflәrindәn hәyata keçirilmişdir. Buna baxmayaraq * saylı Abşeron-X4 әmәkdaşları tәrәfindәn İnzibati xәta haqqında MN № ******* Protokol tәrtib edilmiş, tәkliflәri nәzәrә alınmamış vә o, AR İXM 264.0.1-ci maddәsi ilә tәqsirli bilinәrәk cәrimә olunmuşdur. Burada cәrimә üçün heç bir әsas yoxdur. Çünki fövqәladә hal baş vermişdir. Onlar fövqәladә halın nәticәsini aradan qaldırmışlar. Onların hәr hansı müdaxilәsi qanunauyğun olmayan hәrәkәti olmamışdır. Qeyd etmәk istәyir ki, bildiriş vә qәrarın poçtda olması Sumqayıt şәhәr Poçtundan X7 (İstixana kompleksinin direktoru) zәng edilәrәk ##.##.2026-cı il tarixdә bildirilimişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qәrarı (hakim V.Mәmmәdova) ilә Qәrardan şikayәt verәn orqan (şәxs) vәkili vә nümayәndәsi Vәkil Azәrbaycan Dövlәt Su Ehtiyatları Agentliyi yanında Suların İstifadәsinә vә X13 Xidmәti Qәrarından şikayәt verilәn orqan ##.##.2026-cı il tarixli, MN ******* nömrәli qәrarından verdiyi şikayәtin qismәn tәmin edilmәsi, Azәrbaycan Dövlәt Su Ehtiyatları Agentliyi yanında Suların İstifadәsinә vә X13 Xidmәti Qәrarından şikayәt verilәn orqan ##.##.2026-cı il tarixli, MN ******* saylı qәrarının lәğv edilmәsi vә yenidәn araşdırılması üçün Azәrbaycan Dövlәt Su Ehtiyatları Agentliyi yanında Suların İstifadәsinә vә X13 Xidmәti Qәrarından şikayәt verilәn orqan göndәrilmәsi qәrara alınmışdır. Azәrbaycan Dövlәt Su Ehtiyatları Agentliyi yanında Suların İstifadәsinә vә X13 Xidmәti Qәrarından şikayәt verilәn orqan qәrardan apellyasiya şikayәti verәrәk, qәrarın lәğv edilmәsini, şikayәtin tәmin edilmәmәsini, inzibati tәnbeh vermә haqqında qәrarın dәyişdirilmәdәn saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, Azәrbaycan Dövlәt Su Ehtiyatları Agentliyi yanında Suların İstifadәsinә vә X13 Xidmәtinin * saylı Abşeron-Xız regional bölmә rәisinin ##.##.2026-cı il tarixli ****** saylı Sәrәncamı әsasında xidmәti әrazi üzrә su qanunvericiliyinin tәlәblәrinә riayәt edilmәsi vәziyyәtinin müәyyәn edilmәsi üçün aparılan nәzarәt tәdbirlәri çәrçivәsindә Abşeron rayonu, “X2” әrazisindә fәaliyyәt göstәrәn Qәrardan şikayәt verәn orqan (şәxs) mәxsus istixana kompleksindә formalaşan tullantı sularının heç bir tәmizlәnmә prosesindәn keçirilmәdәn xüsusi çәkilmiş boru vasitәsi ilә әraziyә, oradan isә torpaq kanal vasitәsilә Sumqayıt çayına axıdılması faktı müәyyәn edilmişdir. Aşkar edilmiş faktla bağlı inzibati araşdırma aparılmış vә ##.##.2026-cı il tarixdә Azәrbaycan Respublikası İXM-nin 264.0.1-cü maddәsi ilә MN******* nömrәli inzibati xәta haqqında protokol tәrtib edilmişdir. Toplanmış materiallara baxıldıqdan sonra Qәrarından şikayәt verilәn orqan rәisi Fәrrux Haqverdiyev tәrәfindәn ##.##.2026-cı il tarixdә ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrar qәbul edilmiş vә Qәrardan şikayәt verәn orqan (şәxs) vәzifәli şәxs qismindә 2500 (iki min beş üz) manat mәblәğindә inzibati cәrimә edilmişdir. Qәrardan narazı qalan Qәrardan şikayәt verәn orqan (şәxs) Sumqayıt Şәhәr Mәhkәmәsinә şikayәtlә müraciәt etmiş, şikayәtә baxan mәhkәmә ##.##.2026-cı il tarixdә qәbul etdiyi *(*-***)-****/**** saylı qәrarı ilә şikayәti qismәn tәmin edәrәk qәrarı lәğv etmiş vә işi yenidәn araşdırılması üçün regional bölmәyә göndәrmişdir. Sumqayıt Şәhәr Mәhkәmәsi qarşı tәrәfin özünü müdafiә xarakterli işin hәqiqi hallarına uyğun olmayan izahatlarına әsaslanaraq onun maraqlarından çıxış etdiyindәn, mәhkәmәyә tәqdim olunmuş sübutları düzgün qiymәtlәndirmәdiyindәn, gәldiyi nәticәlәr işin hallarına uyğun olmadığından qәbul etdiyi qәrarla razı deyillәr. Qәrardan şikayәt verәn orqan (şәxs) tәqsiri toplanmış sәnәdlәrlә, foto vә video görüntülәrlә öz tәsdiqini tapmışdır. Lakin mәhkәmә Azәrbaycan Dövlәt Su Ehtiyatları Agentliyi yanında Suların İstifadәsinә vә X13 Xidmәti Qәrarından şikayәt verilәn orqan tәrәfindәn araşdırma tam, hәrtәrәfli aparılmadığını, iş üzrә gәlinәn nәticәlәr üzrә mühüm әhәmiyyәt kәsb edәn bütün faktiki halların araşdırılmadığını hesab etmişdir vә qәrarını onunla әsaslandırmışdır ki, Sumqayıt çayı әtrafında Qәrardan şikayәt verәn orqan (şәxs) mәxsus istixanadan başqa kifayәt qәdәr istehsalat müәssisәlәri fәaliyyәt göstәrir, su obyektinә atılan çirkli vә zәrәrli suyun әtrafda fәaliyyәt göstәrәn digәr müәssisәlәr tәrәfindәn atılıbatılmaması işin şübhә doğuran mәqamlarındandır, qeyd olunan tullantı sularının mәhz Quldarqışlaq otlaq sahәsindә yerlәşәn Qәrardan şikayәt verәn orqan (şәxs) mәxsus istixana kompleksindәn axıdılması qeyri-müәyyәndir. Hesab edirlәr ki, mәhkәmәnin bu nәticәsi iş materiallarında olan sübutların mәzmununa vә onların qarşılıqlı әlaqәdә qiymәtlәndirilmәsinә uyğun deyildir. Belә ki, aparılmış nәzarәt tәdbiri zamanı yalnız Sumqayıt çayında tullantı sularının mövcudluğu müәyyәn edilmәmiş, hәmin suların axıdılma istiqamәti dә müәyyәn edilmişdir. Müәyyәn olunmuşdur ki, tullantı suları әvvәlcә istixana kompleksindәn xüsusi çәkilmiş boru vasitәsilә Qәrardan şikayәt verәn orqan (şәxs) istifadә etdiyi torpaq sahәsinә axıdılır, hәmin әrazidәn isә torpaq kanal vasitәsilә Sumqayıt çayına istiqamәtlәndirilir. Göstәrilәn hallar nәzarәt tәdbiri zamanı tәrtib edilmiş sәnәdlәrdә, habelә iş materiallarına әlavә edilmiş fotoşәkillәr vә video görüntülәrdә öz әksini tapmışdır. Bu baxımdan, mәhkәmәnin әrazidә digәr istehsalat müәssisәlәrinin dә fәaliyyәt göstәrmәsi barәdә mülahizәsi özlüyündә tullantı sularının Qәrardan şikayәt verәn orqan (şәxs) istixana kompleksindәn axıdılması faktını tәkzib etmir. Əgәr әrazidә digәr müәssisәlәrin dә fәaliyyәt göstәrmәsi iş üzrә әlavә araşdırmaya ehtiyac yaradırdısa, bu hal mövcud sübutların hüquqi әhәmiyyәtini aradan qaldırmır. Əksinә, hәmin müәssisәlәrin hәr hansı birindәn tullantı sularının sözügedәn boru vә torpaq kanal vasitәsilә Sumqayıt çayına axıdılması barәdә konkret sübutların mövcud olub-olmaması araşdırılmalı idi. Lakin mәhkәmә digәr müәssisәlәrin mövcudluğunu müәyyәn etmәklә kifayәtlәnmiş, hәmin müәssisәlәrdәn hәr hansı birinin iş üzrә müәyyәn edilmiş axıdılmanın mәnbәyi olması barәdә konkret sübutun mövcudluğunu göstәrmәmişdir. Digәr tәrәfdәn, iş materiallarında tullantı sularının axıdılması üçün istifadә edilәn xüsusi borunun Qәrardan şikayәt verәn orqan (şәxs) istixana kompleksi ilә әlaqәsi vә hәmin borudan axıdılan suların onun istifadә etdiyi әraziyә istiqamәtlәnmәsi barәdә sübutlar mövcuddur. Bu sübutların digәr sübutlarla birlikdә qiymәtlәndirilmәsi nәticәsindә tullantı sularının mәnbәyinin müәyyәn edilmәsi mümkün olduğu halda, yalnız әrazidә başqa müәssisәlәrin dә fәaliyyәt göstәrmәsi sәbәbindәn inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәsi iş üzrә sübutların mәcmu halında qiymәtlәndirilmәsi prinsipinә uyğun deyildir. Mәhkәmә qәrarında hәmçinin qarşı tәrәfin verdiyi izahatlara istinad edilmişdir. Lakin hәmin izahatların iş materiallarında olan obyektiv sübutlarla, o cümlәdәn foto vә video görüntülәrlә müqayisәli şәkildә qiymәtlәndirilmәsi zәruridir. Şәxsin özünün inzibati mәsuliyyәtә cәlb edilmәmәsi vә ya mәsuliyyәtin aradan qaldırılması mәqsәdilә verdiyi izahat digәr sübutlardan üstün hüquqi qüvvәyә malik deyildir. Belә izahat yalnız iş üzrә digәr sübutlarla birlikdә qiymәtlәndirilmәlidir. Bu halda Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş izahatın mәzmunu iş üzrә müәyyәn edilmiş obyektiv hallarla, xüsusilә tullantı sularının axıdılma istiqamәtini әks etdirәn foto vә video materiallarla müqayisәdә qiymәtlәndirilmәli idi. Belәliklә, birinci instansiya mәhkәmәsi iş üzrә mövcud sübutların hәr birini ayrı-ayrılıqda deyil, onların mәcmusunu vә qarşılıqlı әlaqәsini nәzәrә alaraq qiymәtlәndirmәli olduğu halda, әsas sübutların mәzmununa lazımi hüquqi qiymәt vermәmiş vә nәticәdә inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәsini әsaslandıran nәticәyә gәlmişdir. Hesab edirlәr ki, iş üzrә müәyyәn edilmiş faktiki hallar vә toplanmış sübutlar Qәrardan şikayәt verәn orqan (şәxs) fәaliyyәti ilә tullantı sularının Sumqayıt çayına axıdılması arasında birbaşa әlaqәnin müәyyәn edilmәsi üçün kifayәt etmişdir. Bu sәbәbdәn Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı әsassız hesab edilmәli vә lәğv edilmәlidir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә İnzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәri ilә bağlı birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә üzrә dәyәrlәndirmә apararaq, proses iştirakçısının izahatını dinlәyәrәk hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn gәlinәn nәticә lәğv edilmәli, apellyasiya şikayәti tәmin edilmәli, inzibati tәnbeh vermә haqqında qәrar dәyişdirilmәdәn saxlanılmalıdır. Apellyasiya instansiya mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. Azәrbaycan Dövlәt Su Ehtiyatları Agentliyi yanında Suların İstifadәsinә vә X13 Xidmәti Qәrarından şikayәt verilәn orqan ##.##.2026-cı il tarixli, MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarın surәtindәn görünür ki, Abşeron rayonu, X2 әrazisi vәzifәli şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) mәxsus istixanada formalaşan tullantı sularının tәmizlәnmәdәn Sumqayıt çayına axdılması aşkar edilmiş, nәticәdә Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 264.0.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtdiyinә görә 2500 manat mәblәğindә inzibati cәrimә edilmişdir. ##.##.2026-cı il tarixli, MN ******* nömrәli inzibati xәta haqqında protokoldan görünür ki, Abşeron rayonu, X2 әrazisi ünvanında Qәrardan şikayәt verәn orqan (şәxs) mәxsus istixanada formalaşan tullantı suların Sumqayıt çayına axıdılmasına görә qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә AR İXM-nin 264.0.1-ci maddәsi ilә inzibati xәta haqqında protokol tәrtib olunmuşdur. ##.##.2026-cı il tarixli ****** saylı aktdan görünür ki, Abşeron rayonu, X2 әrazisi әtrafında fәaliyyәt göstәrәn Qәrardan şikayәt verәn orqan (şәxs) mәxsus istixanada formalaşan tullantı suların Sumqayıt çayına axıdılması faktına rast gәlinmişdir. Belә ki, keçirilәn baxış zamanı Qәrardan şikayәt verәn orqan (şәxs) mәxsus istixanada fәaliyyәti zamanı formalaşan tullantı sularının xüsusi çәkilmiş boru vasitәsi ilә әrazidә ona mәxsus torpaq sahәsinә axıdılır, oradanda torpaq kanal vasitәsi ilә Sumqayıt çaya axır. Qәrardan şikayәt verәn orqan (şәxs) nümayәndәsi X7 yerindә aparılan araşdırmada onlarla birlikdә iştirak etdi. Şifahi olaraq tullantı sularının Sumqayıt çaya axıdılması faktı ona bildirilmişdir. Bununla da qanunvericiliyin tәlәblәri pozulmuşdur. Ərazidә çәkilmiş fotoşәkillәr akta әlavә edilmişdir. Xәqani Mәhәrrәm aktı imzalamaqdan imtina etmişdir. ##.##.2026-cı il tarixli Qәrardan şikayәt verәn orqan (şәxs) göndәrilmiş inzibati araşdırmada iştiraka dәvәt edilmәsi ilә bağlı mәktubdan görünür ki, Qәrardan şikayәt verәn orqan (şәxs) ##.##.2026-cı il tarixdә saat 11:00-inzibati araşdırmada iştiraka dәvәt edilmişdir. ##.##.2026-cı il tarixli Qәrardan şikayәt verәn orqan (şәxs) göndәrilmiş bildirişdәn görünür ki, ##.##.2026-cı il tarixli, MN ******* nömrәli inzibati xәta haqqında protokol üzrә inzibati xәta haqqında işә baxılması ##.##.2026-cı il tarixdә saat 12:00-a tәyin olunmuşdur. ##.##.2026-cı il tarixli mәktubdan görünür ki, inzibati xәta haqqında protokolun vә aktın nüsxәsi Qәrardan şikayәt verәn orqan (şәxs) göndәrilmişdir. İnzibati Xәtalar Mәcәllәsinin 264.0.1-ci maddәsinә görә 264.0.1-ci maddәsinә görә su obyektlәrinin mühafizәsi qaydalarının pozulmasına, yәni su obyektlәrinin çirklәnmәsinin, zibillәnmәsinin vә suların zәrәrli tәsirinin qarşısını alan qurğuları vә avadanlıqları olmayan müәssisәlәrin, kommunal vә digәr obyektlәrin istismar edilmәsi inzibati mәsuliyyәt yaradır. İnzibati Xәtalar Mәcәllәsinin 2-ci maddәsinә görә Azәrbaycan Respublikasının inzibati xәtalar qanunvericiliyinin vәzifәlәri insan vә vәtәndaş hüquqlarını vә azadlıqlarını, onların sağlamlığını, әhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mәnәviyyatı, mülkiyyәti, şәxslәrin iqtisadi maraqlarını, ictimai qaydanı vә ictimai tәhlükәsizliyi, әtraf mühiti, idarәçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkәmlәndirmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir. İnzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan, inzibati xәta törәtmiş şәxsi aşkar etmәkdәn vә onu inzibati mәsuliyyәtә cәlb etmәkdәn, çıxarılmış qәrarın icrasını tәmin etmәkdәn, habelә inzibati xәtanın törәdilmәsinә kömәk edәn sәbәblәri vә şәraiti aşkar etmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir (İnzibati Xәtalar Mәcәllәsinin 48-ci maddәsi). İnzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәrçәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir (İXM-nin 76.1-ci maddәsi). Apellyasiya instansiya mәhkәmәsi qeyd edir ki, inzibati tәnbeh vermә haqqında qәrar qәbul edilәrkәn şәxsin әmәlindә inzibati xәta tәrkibi olması qәnaәtinә gәlinәrkәn akta vә fotoşәkillәrә istinad edilmişdir. Belә ki, hәmin sübutlarla Abşeron rayonu, Quldar qış otaq әrazisindә Qәrardan şikayәt verәn orqan (şәxs) mәxsus istixanada formalaşan tullantı sularının tәmizlәnmәdәn Sumqayıtçaya axıdılması müәyyәn edilmişdir. Hәmin araşdırma üzrә istixananın әmәkdaşı, sәlahiyyәtli şәxsi kimi X.Mәhәrrәmovun da iştirak etdiyi müәyyәn edilmişdir. birinci instansiya mәhkәmәsi tәrәfindәn tullantı sularının mәhz Quldarqışlaq otlaq sahәsindә yerlәşәn İstixana Kompleksindәn axıdılmasının axıdılmasının әsaslandırılmaması, hәmin әrazidә başqa kifayәt qәdәr istehsalat müәssisәlәrin olması qәnaәtinә gәlinsә dә, hәmin qәnaәtin tәdqiq edilmiş sübutlarla tәsr mütәnasiblik yaratması birinci instansiya mәhkәmәsi tәrәfindәn nәzәrә alınmamışdır. İnzibati araşdırma üzrә istintad edilәn sübutların müqayisәli tәhlili mübahisә predmeti olan istixana kompleksindәn tullantı sularının axıdılması istiqamәti üzrә sübutların tәhlili hәmin tullantı suların bilavasitә Sumqayıtçaya axıdılması qәnaәtini formalaşdırır. Bu isә o qәnaәti formalaşdırır ki, Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası İХM-nin 264.0.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati хәtanı törәtmәsi barәdә Azәrbaycan Respublikası İХM-nin 75-85-ci maddәlәrinin tәlәblәrinә әmәl edәrәk inzibati хәta törәtmiş şәхsin ona istinad olunmuş inzibati хәtanı törәtmәsi haqda mötәbәr nәticәyә gәlmәk üçün kifayәt qәdәr sübutlar toplanıldığını vә hәmin sübutların hәr birinin mәnsubiyyәti, mümkünlüyü vә mötәbәrliyi qiymәtlәndirilәrәk işin faktiki hallarına uyğun olan qәrar qәbul edildiyini tәsdiq edir. Azәrbaycan Respublikası İXM-nin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. İnzibati Xәtalar Mәcәllәsinin 6.1-ci maddәsinә әsasәn inzibati xәtaya görә inzibati tәnbeh bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. Belә olan halda apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, inzibati cәrimәnin tәtbiq edilmәsi haqqında qәrar qәbul edәn orqanın qәrarın verilmәsinә әsas olan sübutlarla barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxsin tәqdim etdiyi sübutların müqayisәli tәhlili әmәldә inzibati xәta tәrkibin olmasının şübhә altına alınmasına әsas ola bilmәz. Birinci instansiya mәhkәmәsi tәrәfindәn әdalәtli mәhkәmә araşdırılmasının pozulmasına rәvac verәn mәhkәmә aktı qәbul edilmişdir. İnzibati tәnbeh vermә haqqında qәrarın qәbul edilmәsinә әsas olan sübutların müqahyisәli tәhlili inzibati tәnbeh tәtbiq edilmәsi barәdә qәrarın lәğv edilmәsi üçün Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 135-ci maddәsindә nәzәrdә tutulan qanuni әsasın olmadığını, nәticәdә isә birinci instansiya mәhkәmәsi tәrәfindәn gәlinәn nәticәnin işin faktiki hallarına uyğun olmadığı qәnaәtini formalaşdırır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 9.1-ci maddәsinә әsasәn inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. Hәmin Mәcәllәnin 21-ci maddәsinә әsasәn inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. Hәmin Mәcәllәnin 31.2-ci maddәsinә әsasәn fiziki vә ya vәzifәli şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, xәtanın xarakteri, inzibati xәta törәdәn şәxsin şәxsiyyәtini xarakretizә edәn hallar, onun tәqsirinin dәrәcәsi, әmlak vәziyyәti, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. Belә olan halda apellyasiya instansiya mәhkәmәsi qeyd edilәnlәr üzrә dәyәrlәndirmә apararaq hesab edir ki, MN seriyalı, ******* saylı, ## #### 2026-cı il tarixli inzibati tәnbeh vermә haqqında qәrarın lәğvinә dair şikayәtin dәlillәri әsaslı hesab edilmәdiyindәn, hәmin şikayәtin tәmin edilmәli olması barәdә birinci instansiya mәhkәmәsi tәrәfindәn gәlinәn nәticә dә lәğv edilmәlidir. İnzibati Xәtalar Mәcәllәsinin 134.1.2-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq bu Mәcәllәnin 135.1.2 – 135.1.5-ci maddәlәri ilә müәyyәn edilmiş hallarda qәrarın dәyişdirilmәsi haqqında vә ya qәrarı lәğv edәrәk yeni qәrarın çıxarılması haqqında qәrar qәbul edilir. İnzibati Xәtalar Mәcәllәsinin 135.1.1 vә 135.1.2-ci maddәlәrinin mәzmununa görә hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) gәldiyi nәticәlәr üzrә mühüm әhәmiyyәt kәsb edәn bütün faktiki halların araşdırılmaması vәgәldiyi nәticәlәrin işin faktiki hallarına uyğun olmaması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsaslardır. Belәliklә apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәri üzrә yekun hüquqi dәyәrlәndirmә apararaq hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qәrarı lәğv edilmәli, MN seriyalı, ******* saylı, ## #### 2026-cı il tarixli inzibati tәnbeh vermә haqqında qәrarın lәğvinә dair şikayәt tәmin edilmәmәlidir. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası İXM-nin 133-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Azәrbaycan Dövlәt Su Ehtiyatları Agentliyi yanında Suların İstifadәsinә vә X13 Xidmәtinin Qәrarından şikayәt verilәn orqan tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilsin. Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qәrarı lәğv edilsin. Barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn Qәrardan şikayәt verәn orqan (şәxs) müdafiәçisi Vәkil tәrәfindәn verilmiş şikayәt tәmin edilmәsin. Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikasının İXM-nin 264.0.1-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair MN seriyalı, ******* saylı, ## #### 2026-cı il tarixli inzibati tәnbeh vermә haqqında Azәrbaycan Dövlәt Su Ehtiyatları Agentliyi yanında Suların İstifadәsinә vә X13 Xidmәtinin Qәrarından şikayәt verilәn orqan tәrәfindәn qәbul edilmiş qәrar dәyişdirilmәdәn saxlanılsın. Qәrar elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-535/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-535/2026
24.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver