Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-536/2026 31.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X2 katibliyilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Mənzil Tikinti Kooperativinin nümayəndəsi nümayəndə2 iştirakı ilə, “xxxx” Mənzil Tikinti Kooperativinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi tərtib edilmiş inzibati xəta haqqında protokolla bağlı Sumqayıt Şəhər Məhkəməsinin qəbul etdiyi ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxx” MTK Mənzil Tikinti Kooperativinin nümayəndəsi nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Mənzil-Tikinti Kooperativi (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 41959987.00 Rusiya rublu valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, 41959987.00 (qırx bir milyon doqquz yüz əlli doqquz min doqquz yüz səksən yeddi) Rusiya rublu məbləğində (Rusiya rublunun ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə edilmişdir. (hakim Elşad Əliyev) İşin halları : Protokolu tərtib edən orqan Hüquq Departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin aparıcı hüquq məsləhətçisi X1 tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “xxxx” MTK tərəfindən 89826000.00 Rusiya rublu məbləğində vəsait bank vasitəsilə ## ### 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinini xarici valyutada, habelə qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarım bəndinin tələblərinə baxmayaraq ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 41959987.00 Rusiya rublu məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta ## ### 2026-cı il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. İnzibati xəta haqqında protokola baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Qərardan narazı qalan “xxxx” MTK nümayəndəsi apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə qiymət verərkən gecikmə ilə bağlı hallar araşdırılmamış, məhkəməyə sübutlarını təqdim edə, izahat verə bilməmişlər və nəticə etibari ilə gecikmənin mənbəyi ilə bağlı məhkəməyə məlumat verilməmişdir. Eyni zamanda tərəfimizdən Banka ünvanlanmış məktub, qarşı tərəf tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış məktublar icraatda araşdırılmamış, fors major hala qiymət verilməmişdir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK(“Alıcı”) ilə “xxxx” MMC(“Satıcı”) arasında bağlanılmış ##.##.2024-cü il tarixli 05.** nömrəli müqaviləyə əsasən hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK tərəfindən ##.##.2024-cü il tarixdə 89826000.00(səksən doqquz milyon səkkiz yüz İyirmi altı min) Rusiya rublu məbləğində xarici valyutada olan pul vəsaiti “Satıcı”nın hesabına köçürülmüşdür. Rusiya Federasiyasında məlum mövcud vəziyyətlə əlaqədar olaraq malların bir hissəsinin idxalı ilə bağlı çətinlik yarandığından tərəflər arasında 05.** nömrəli, ##.##.2024-cü il tarixli müqaviləyə üçtərəfli (Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK (“Alıcı”) ilə “xxxx” MMC (“Satıcı”) və “SHANDONG YIFUSTEEL SHEET CO LTD” (“Mal göndərən”) Əlavə bağlanaraq “xxxx” MMC tərəfindən göndərilməsi nəzərdə tutulmuş mallar göndərilə bilmədiyindən və əlavə vaxta zərurət olduğundan “xxxx” tərəfindən göndərilməsi razılaşdırılmışdır. Eyni zamanda malların göndərilməsi, daşınması və keyfiyyəti ilə bağlı öhdəliklər “xxxx”yə aid edilmişdir. “xxxx” Şirkəti tərəfindən Protokolu tərtib edən orqan məktub ünvanlanmış və bildirilmişdir ki, Çin Xalq Respublikasında qeydiyyatdan keçmiş “xxxx” şirkəti tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK-nın ünvanına tikinti materialları göndərilmişdir. Ümumilikdə 13 konteyner (sənəd qoşmaya əlavə edilir) yüklənilərək 2026-cı ilin mart ayının 13-dən etibarən göndərilmişdir. İlkin plana əsasən qeyd olunan malların Azərbaycan Respublikasına çatdırılmasının 1 may tarixindən ## ### 2026-cı il tarixinədək həyata keçirilməli olmasının nəzərdə tutulmasına baxmayaraq X5, İran İslam Respublikası və İsrail arasında yaranmış hərbi gərginliklə əlaqədar beynəlxalq nəqliyyat marşrutlarında dəyişikliklər baş vermiş, bunun nəticəsində yüklər əvvəllər planlaşdırıldığı kimi Bender-Abbas (İran) deyil, Poti limanına (Gürcüstan) istiqamətləndirilmişdir. Qeyd olunan hallarla əlaqədar yüklərin daşınması prosesində təxminən 50–60 günlük gecikmə yaranmışdır. İlkin plana uyğun olaraq yüklər may ayının 5-dən 7-dək Bakı şəhərinə çatdırılmalı idi, lakin yaranmış vəziyyətlə əlaqədar onların iyun ayında Poti limanına gəlməsi gözlənilir. Müvafiq olaraq, yüklərin təhvil verilmə müddəti ## ### 2026-cı ildən iyun ayına keçirilir. Yaranmış gecikmənin fors-major hallarla əlaqədar olması bildirilmiş və səbəblərin nəzərə alınması xahiş edilmişdir. Həmçinin, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK tərəfindən ##.##.2026-cı il tarixdə Protokolu tərtib edən orqan məktub ünvanlanmış və bildirilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK tərəfindən ## ### 2024-cü il tarixində Rusiya Federasiyasının Stavropol bölgəsi, Predqornı rayonu, Nejinski qəsəbəsi, Tepliçnaya küçəsi, ev 146, otaq 1 ünvanında qeydiyyatda olan “xxxx” MMC-yə armatur məhsullarının alınması məqsədilə 1.679.746,2 (bir milyon altı yüz yetmiş doqquz min yeddi yüz qırx altı manat 20 qəpik) məbləğində pul vəsaiti köçürülmüşdür. ##.##.2024-cü il tarixli qərarına əsasən Rusiya Federasiyasından idxal olunan armaturun hər tonuna 200 ABŞ dolları məbləğində əlavə rüsum tətbiq edildiyinə görə həmin məhsulların idxalı iqtisadi cəhətdən məqsədəuyğun olmamış razılaşma əsasında qeyd olunan məbləğə uyğun olaraq Çin Xalq Respublikasından (ÇXR) inşaat və tikinti materiallarının göndərilməsi qərara alınmışdır və müvafiq sifarişlər həyata keçirilmişdir. Həmin yüklərin təxminən 1.200.000 manat dəyərində olan dəmir məhsulları vaxtında çatdırılmış, təqribən 480.000 manat məbləğində malların isə çatdırılmasında gecikmə yaranmışdır. ÇXR-dan yüklərin daşınması prosesində beynəlxalq vəziyyət, xüsusilə ABŞ–İsrail və İran İslam Respublikası arasında yaranmış hərbi gərginlik səbəbindən gəmilər əvvəlcədən planlaşdırıldığı kimi İranın Bəndər-Abbas limanına deyil, Gürcüstanın Poti limanına yönləndirilmişdir. Bu səbəbdən daşınma prosesində təxminən 50–60 gün gecikmə baş vermişdir. Əvvəlcədən planlaşdırmaya əsasən yüklərin Bakı şəhərinə 5–7 may tarixlərində çatdırılması nəzərdə tutulsa da, mövcud şəraitlə əlaqədar olaraq gəmilərin Poti limanına iyun ayında çatmasının gözlənildiyi, nəticə etibarilə yüklərin təhvil verilmə müddətinin 21 may deyil, iyun ayına təsadüf edəcəyi bildirilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, yaranmış gecikmənin fors-major hallardan irəli gəldiyi və nəzərə alınması xahiş edilmişdir. “xxxx” Şirkəti tərəfindən eyni zamanda “xxxx” ASC-yə də ##.##.2026-cı il tarixli məktub ünvanlanaraq, 27 konteyner malın göndərildiyi (ümumi məbləğ 680.300 ABŞ dolları/61.227.000 rubl) bildirilmişdir. 307.785 ABŞ dolları (27.773.000 rubl) hissənin isə göndərildiyi, yolda olduğu və 2026-cı ilin iyun ayında çatdırılacağı bildirilmişdir. Bundan əlavə “xxxx” ASC-yə ünvanlanmış ##.##.2026-cı tarixli məktubla bildirilmişdir ki, xxxx” MTK tərəfindən ## ### 2024-cü il tarixində Rusiya Federasiyasının Stavropol bölgəsi, Predqornı rayonu, Nejinski qəsəbəsi, Tepliçnaya küçəsi, ev 146, otaq 1 ünvanında qeydiyyatda olan “xxxx” MMC-yə armatur məhsullarının alınması məqsədilə 1.679.7462, (bir milyon altı yüz yetmiş doqquz min yeddi yüz qırx altı manat 20 qəpik) məbləğində pul vəsaiti köçürülmüşdür. Lakin həmin məhsulların idxalı iqtisadi cəhətdən məqsədəuyğun olmamışdır. Bununla əlaqədar olaraq, qarşı tərəf olan “xxxx” MMC ilə razılaşma əsasında qeyd olunan məbləğə uyğun olaraq Çin Xalq Respublikasından(ÇXR) inşaat və tikinti materiallarının göndərilməsi qərara alınmışdır və müvafiq sifarişlər həyata keçirilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildiririk ki, Çin Xalq Respublikasının(ÇXR) “xxxx” LTD şirkəti tərəfindən ümumilikdə 27 (iyirmi yeddi) konteyner yük göndərilmiş, həmin konteynerlər Azərbaycan Respublikasının gömrük orqanlarında müvafiq qaydada bəyan edilmişdir. Sözügedən gömrük bəyannamələrinin nömrələrini (01261000181888, 01261000181528, 01261000181038, 01261000181245, 01261000181434, 01261000185966, 01261000186339, 01261000186344, 01261000186385, 01261000186393, 01261000186354, 01261000185062, 01261000186350, 01261000186402, 01261000186363, 01261000186377, 01261000186373, 01261000186358, 01261000186388, 01261000185397, 01261000186743) məktuba qeyd edilmişdir. “xxxx” ASC-yə ünvanlanmış digər məktubda isə bildirilmişdir ki, ÇXR-dan yüklərin daşınması prosesində beynəlxalq vəziyyətlə əlaqədar olaraq, xüsusilə ABŞ-İsrail və İran İslam Respublikası arasında yaranmış hərbi gərginlik səbəbindən gəmilər əvvəlcədən planlaşdırıldığı kimi İranın Bəndər-Abbas limanına deyil, Gürcüstanın Poti limanına yönləndirilmişdir(təsdiqedici sənədlər əlavə edilmişdir). Bu səbəbdən daşınma prosesində təxminən 50–60 gün gecikmə baş vermişdir. Əvvəlcədən planlaşdırmaya əsasən yüklərin Bakı şəhərinə 5–7 may tarixlərində çatdırılması nəzərdə tutulsa da, mövcud şəraitlə əlaqədar olaraq gəmilərin Poti limanına iyun ayında çatması gözlənilir. Nəticə etibarilə yüklərin təhvil verilmə müddəti 21 may deyil, iyun ayına təsadüf edəcəkdir. Yuxarıda qeyd edilən məktubların məzmunundan da müəyyən edildiyi kimi həm Protokolu tərtib edən orqan, həm “xxxx” ASC-yə gecikmənin səbəblərinin fors-major hallarla əlaqəli olduğu bildirilmiş, lakin buna baxmayaraq əlavə araşdırma aparılmadan hüquqi şəxs barədə protokol tərtib edilmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, qeyd edilmiş vaxtda sözügedən malların idxalı tam olaraq başa çatmışdır. Prosessual məsələlər : Apellyasiya instansiyası məhkəməsinin iclasında iştirak etmiş Protokolu tərtib edən orqan nümayəndəsi apellyasiya şikayətinin təmin olunub-olunmaması məsələsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirib qeyd etdi ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK tərəfindən təqdim edilmiş 5 bəyannamə üzrə 11.701.282 rubl məbləğində gələn malların vaxtında gəlməsini qəbul edirlər. Həmin bəyannamələrdə şirkətin adında səhvlik olmuş, sonradan bu məsələ həllini tapmışdır. Apellyasiya instansiyası məhkəməsinin iclasında iştirak etmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK-nın nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək bildirdi ki, X5, İran İslam Respublikası və İsrail arasında yaranmış hərbi gərginliklə əlaqədar beynəlxalq nəqliyyat marşrutlarında dəyişikliklər baş vermiş, bunun nəticəsində yüklər əvvəllər planlaşdırıldığı kimi Bender-Abbas (İran) limanı ilə deyil, Poti limanına (Gürcüstan) istiqamətləndirilmişdir. Bu səbəbdən daşınma prosesində təxminən 50–60 gün gecikmə baş vermişdir. Gömrük bəyannamələrinin hamısı Mərkəzi Bankda olmadığı üçün protokol tərtib edilmişdir. Gecikmənin səbəblərinin fors-major hallarla əlaqəli olması, hazırda malların ölkəyə idxal edilməsi nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Hüquqi məsələlər : Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini iş materiallarında olan və şikayətə əlavə edilmiş sənədlərlə müqayisəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməklə Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv olunmalı, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Apellyasiya instansiya məhkəməsi gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2020-ci il tarixli **/* nömrəli Qərarı ilə “Azərbaycan Respublikasnın rezident və qeyri - rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbənddə dəyişikliklər edilərək, müvafiq sənədlərin ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokolu tərtib edən orqan təqdim edilir kimi qeyd edilmişdir. Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il ## ###### tarixli Qərarında qeyd etmişdir ki, məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulur. İş materiallarında olan ## #### 2026-cı il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda “xxxx” MTK MTK tərəfindən 89826000.00 Rusiya rubl məbləğində vəsait bank vasitəsilə ## ### 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüş, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 41959987.00 Rusiya rublu məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməməsi və ya həmin məbləğdə valyuta vəsaitinin geri qaytarılmaması göstərilmişdir. Məhkəmə iclasında tədqiq edilən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK(“Alıcı”) ilə “xxxx” MMC(“Satıcı”) arasında bağlanılmış ##.##.2024-cü il tarixli 05.** nömrəli müqavilədən görünür ki, alıcı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK bu müqavilənini tərkib hissələri sayılan əlavələrində göstərilmiş xarakteristikalara uyğun qəbul edib, satıcı “xxxx” MMC-nin bank hesabına 217000000.00 rubl köçürməyi öhdəsinə götürmüşdür. Məhkəmə iclasında tədqiq edilən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK(“Alıcı”) ilə “xxxx” MMC(“Satıcı”) arasında bağlanılmış ##.##.2024-cü il tarixli 05.** nömrəli müqaviləyə ##.##.2026-cı il tarixli əlavədən görünür ki, “xxxx” MMC tərəfindən göndərilməsi nəzərdə tutulmuş mallar göndərilə bilmədiyindən və əlavə vaxta zərurət olduğundan 3-cü şirkət “xxxx” tərəfindən göndərilməsi razılaşdırılmış, həmçinin malların göndərilməsi, daşınması və keyfiyyəti ilə bağlı öhdəliklər “xxxx”yə aid edilmişdir. Məhkəmə iclasında tədqiq edilən “xxxx” ASC-yə ünvanlanmış məktubdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK tərəfindən ## ### 2024-cü il tarixində Rusiya Federasiyasının Stavropol bölgəsi, Predqornı rayonu, Nejinski qəsəbəsi, Tepliçnaya küçəsi, ev 146, otaq 1 ünvanında qeydiyyatda olan “xxxx” MMC-yə armatur məhsullarının alınması məqsədilə 1.679.7462, (bir milyon altı yüz yetmiş doqquz min yeddi yüz qırx altı manat 20 qəpik) məbləğində pul vəsaiti köçürülmüşdür. Məktubdan görünür ki, X5, İran İslam Respublikası və İsrail arasında yaranmış hərbi gərginliklə əlaqədar beynəlxalq nəqliyyat marşrutlarında dəyişikliklər baş vermiş, bunun nəticəsində yüklər əvvəllər planlaşdırıldığı kimi Bender-Abbas (İran) limanı deyil, Poti limanına (Gürcüstan) istiqamətləndirilmişdir. Qeyd olunan hallarla əlaqədar yüklərin daşınması prosesində təxminən 50–60 günlük gecikmə yaranmışdır. İlkin plana uyğun olaraq yüklər may ayının 5-dən 7-dək Bakı şəhərinə çatdırılmalı idi, lakin yaranmış vəziyyətlə əlaqədar onların iyun ayında Poti limanına çatması gözlənilir. Müvafiq olaraq, yüklərin təhvil verilmə müddəti 21 may deyil, iyun ayına təsadüf edəcəkdir. Yaranmış gecikmənin fors-major hallarla əlaqədar olması bildirilmiş və səbəblərin nəzərə alınması xahiş edilmişdir. Məhkəmə iclasında təqdqiq edilən GB 01261000181888, GB 01261000181528, GB 01261000181038, GB 01261000181245, GB 01261000181434,GB 01261000185062, GB 01261000185966, GB 01261000186344, GB 01261000186385, GB 01261000186339, GB 01261000186393, GB 01261000186354, GB 01261000186350, GB 01261000186363, GB 01261000186377, GB 01261000186373, GB 01261000186358, GB 01261000186388, GB 01261000185397, GB 01261000186402, GB ************** nömrəli yük gömrük bəyannamələrindən görünür ki, həmin bəyannamələrə əsasən 4786601272 Rusiya rublu məbləğində vəsait hesabına alınan mallar ödənişin aparıldığı gündən 2 (iki) il müddətində ölkəyə idxal edilmişdir. Məhkəmə iclasında təqdqiq edilən GB 01261000185909, GB 01261000264847, GB 01261000264851, GB 01261000264859, GB 01261000264898, GB 01261000264966, GB 01261000265054, GB 01261000265144, GB 01261000265406, GB 01261000265409, GB 01261000265412, GB 01261000265416, GB 01261000265422, GB ************** nömrəli yük gömrük bəyannamələrindən görünür ki, həmin bəyannamələrə əsasən 3427124543 Rusiya rublu məbləğində vəsait hesabına alınan mallar ödənişin aparıldığı gündən 2 (iki) il müddət keçdikdən sonra, yəni ##.##.2026 və ##.##.2026-cı il tarixlərdə ölkəyə idxal edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, hamıya bəlli olan X5, İran İslam Respublikası və İsrail arasında yaranmış hərbi gərginliklə əlaqədar beynəlxalq nəqliyyat marşrutlarında baş vermiş dəyişikliklər nəticəsində yüklərin əvvəl planlaşdırıldığı kimi Bender-Abbas (İran) limanı deyil, Poti limanına (Gürcüstan) istiqamətlənməsi yüklərin daşınması prosesində təxminən 50–60 günlük gecikməyə səbəb olmuş, yəni fors-major hallarla əlaqədar yüklərin ölkəyə idxalı gecikmişdir. Qeyd olunan hal məhkəməyə o nəticəyə gəməyə əsas verir ki, malların ölkəyə idxalının gecikməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Mənzil-Tikinti Kooperativininin təqsiri üzündən baş verməmişdir. Məhkəmə iclasında GB 01261000185700, GB 01261000186368, GB 01261000185460, GB 01261000185552, GB ************** nömrəli gömrük bəyannamələri tədqiq edilərkən müəyyən edilmişdir ki, gömrük bəyannamələrində hesab-faktura (invoys) nömrələri uyğun gəlməməsinə baxmayaraq, həmin bəyannamələrə uyğun 1066331616 Rusiya rublu məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilmişdir. Bu hal Mərkəzi Bankının nümayəndəsi tərəfindən də təsdiq edilmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi sözügedən valyuta əməliyyatı iqtisadi və hüquqi baxımdan tam yekunlaşmış, vəsaitin xaricdə qalması faktı öz təsdiqini tapmamışdır. Həmçinin məhkəmə iclasında Protokolu tərtib edən orqan nümayəndəsi “xxxx” MTK tərəfindən hazırda 41959987.00 Rusiya rublu məbləğində vəsait hesabına alınan malların (xidmət) ölkəyə idxal edilməsini və bu səbəbdən apellyasiya şikayətinin təmin olunub-olunmaması məsələsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdi. Məhkəmə kollegiyası onu da qeyd edir ki, 1-ci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Mənzil-Tikinti Kooperativini 41959987.00 Rusiya rublunun iyirmi faizi miqdarında, 41959987.00 (qırx bir milyon doqquz yüz əlli doqquz min doqquz yüz səksən yeddi) Rusiya rublu məbləğində cərimə edərkən hesablamada səhvə yol vermişdir. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibinin olmadığı halda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Ona görə də apellyasiya instansiya məhkəməsi belə nəticəyə gəlir ki, “xxxx” Mənzil Tikinti Kooperativinin İXM-nin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv olunmalı, “xxxx” MTK Mənzil Tikinti Kooperativinin əməlində İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün barəsində başlanmış inzibati xəta haqqında işin icraatına İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 128- 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Mənzil-Tikinti Kooperativinin (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilsin və “xxxx” MTK barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Azərbaycan Respublikası İXM-nin 138.1.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardan kassasiya şikayəti və ya protesti verilməsi hüququ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №3(3-8)-536/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-536/2026
31.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver